Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2069/2024 04.03.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh1 MMC-yə (ləğv prosesindədir) və Cavabdeh2 qarşı pul tələbinin cavabdehin aralıq ləğvetmə balansına daxil edilmə tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" şirkətinin sadalan pul tələbi məbləğlərinin: İ. 4 iyul 2018-ci il tarixli Arbitraj Məhkəməsinin Hissəvi Yekun Qərarı üzrə 13.532.442,50 ABŞ dolları; İİ. 14.010.476,46 ABŞ dolları; İİİ. 5.396.763,44 ABŞ dolları (30 iyun 2020-ci il tarixinədək hesablanmış faiz); İV. 1 iyul 2020-ci il tarixindən hesablanmaqla 11.468.171,61 ABŞ dolları məbləğinin tam ödənildiyi günədək həmin məbləğə illik 8% hesablanmaqla faiz; V. 1 iyul 2020-ci il tarixindən hesablanmaqla Arbitraj Məhkəməsinin Yekun Qərarının tarixindən sonrakı 14-cü günə qədər olan müddət üçün 14.010.476,46 ABŞ dolları məbləğinə illik 4,6%-lə hesablanan sadə faiz və bundan sonrakımüddəC üçün isə 14.010.476,46 ABŞ dollarıməbləğinə illik 8%-lə hesablanan sadə faiz; Vİ. 10.900.000 ABŞ dolları (AECOM-un xərcləri);və Vİİ. 541.250 ABŞ dolları (BTP-nın xərcləri). cavabdeh “Cavabdeh1 MMC-nin aralıq ləğvetmə balansına daxil edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, aralıq ləğvetmə balansına daxil edilmə barədə mübahisəyə məhkəmə qaydasında baxılmalı deyil, mübahisə mülki qanunvericiliyin tələblərinə uyğun həll edilə və ona uyğun məhkəməyə müvafiq tələblə müraciət oluna bilər. Odur ki, Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, Mülki Məcəllənin 61.1-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi ºəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə borcların olub-olmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin Məcəllənin 61.4-cü maddəsinə əsasən ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən belə nətici müəyyən olunur ki, iddiaçının tələbinin ləğv etmə balansına daxil edilməsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulmamışdır. İddiaçı aralıq balansında irəli sürdüyü tələbin təsviyəçi tərəfindən təmin edilməsindən imtina edildiyi (razılaşmadığı) təqdirdə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Lakin, iş materiallarında kreditorun (hazırkı halda iddiaçının) tələbinə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən baxılmasına və hər-hansı qərarın qəbul edilməsinə dair sübutlar aşkar edilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh1 MMC-yə (ləğv prosesindədir) və Cavabdeh2 qarşı pul tələbinin cavabdehin aralıq ləğvetmə balansına daxil edilmə tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. İddia verilərkən **********40 nömrəli qəbzə əsasən ödənilmiş 100 (üz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova İş № e-2-2(113)-2069/2024 Məhkəmə iclasından kənar prosessual hərəkət barədə protokol Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsi Hakim Namazova Günay Rüstəm qızı, İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh1 MMC-yə (ləğv prosesindədir) və Cavabdeh2 qarşı pul tələbinin cavabdehin aralıq ləğvetmə balansına daxil edilmə tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Bakı Kommersiya Məhkəməsinin binasında 04 mart 2024-cü il tarixdə baxdı. Prosessual hərəkət saat 09:10-da başlandı. Hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, iddia ərizəsinin icraata qəbulundan imtina edilməsinə dair qərardad qəbul etdi. Prosessual hərəkət saat 09:20-də başa çatdı. Protokol 04 mart 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2069/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2069/2024
04.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver