Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2089/2021 15.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndələri X1 və Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və müqaviləyə xitam verilməsinin etibarsız hesab olunması barədə ilkin, Cavabdeh İddiaçınə qarşı icarə haqqının, cərimənin, təzminatın və digər xərclərin ödənilməsi, əşya və avadanlıqların aparılması, qeyri – yaşayış sahəsinin fasad hissəsinin əvvəlki vəziyyətə uyğun bərpa edilməsi barədə qarşılıqlı iddialarına dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2050543,15 manat məbləğində zərərin əvəzinin, ******* manat məbləğində əldən çıxmış faydanın Cavabdeh tutularaq ona ödənilməsi, 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə Cavabdeh tərəfindən bir tərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 10 iyun 2014-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinin predmetini ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli binanın və zirzəminin icarəyəverən Cavabdeh tərəfindən icarəçi İddiaçı MMC-yə istifadəyə verilməsi təşkil edir. Müqaviləyə tərəflərin təşəbbüsü ilə müxtəlif zamanlarda müvafiq Əlavələr edilmişdir. İcarə müqaviləsinin predmetini təşkil edən binanın istismara qəbulu ilə bağlı hal – hazıra kimi cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilməməsi, son zamanlar binada yaranan çoxsaylı defektlər, problemlər üzrə cavabdehə tərəfimizdən dəfələrlə müraciət olunmuşdur. Pandemiya dövrünə təsadüf edən sonuncu müraciətdən sonra cavabdeh bu problemlərin həlli məqsədilə binanın əsaslı təmirinə ehtiyac olduğunu və onun tərəfindən təmir işlərinin maneəsiz görülməsi üçün tərəfimizdən binanın ilk üç mərtəbəsinin müvəqqəti boşaldılmasına zərurət yarandığını bildirmişdir. Bu danışıq və razılaşma nəticəsində 22 iyul 2020-ci il tarixdə icarə müqaviləsinə 5 saylı əlavə və düzəliş olunaraq 2.2.11-ci maddəsinə əsasən icarəçi tərəfindən “icarəyə götürülən binanın ikinci və üçüncü mərtəbələrinə mülkiyyətçinin icazə verdiyi üçüncü şəxslərin maneəsiz giriş və çıxışını təmin etmək barədə” öhdəlik götürülmüşdür. Pandemiya dövründə çətinliklə ilk 3 mərtəbəni, xüsusilə 1-ci mərtəbədə yerləşən və ağır mebel və texniki avadanlıqların yerləşdiyi texniki cihazların satış mağazasının mebellərini boşaltdıqdan sonra, cavabdeh yaranmış vəziyyətdən sui-istifadə etməklə həmin mərtəbələri 3-cü tərəfə icarəyə vermiş və iddiaçının binanın ümumi infrastrukturu, daxili və xarici yaxşılaşdırma işləri üzrə qoyduğumuz invesitisiya üzərindən əsassız varlanmışdır. Həmçinin, binanın 3-cü şəxsə icarəyə verilməsi binanın ümumi yükünün artmasına və elektrik kəsintiləri, liftin yüklənməsi, su kəsintiləri, binanın yuxarı mərtəbələrində titrəmənin daha da artması və s. kimi problemlərə səbəb olmuşdur. Çünki həmin bina əlavə bu qədər şəxs üçün nəzərdə tutulmamışdır. Binadan istifadə edildiyi sonuncu günə qədər binanın iddiaçının istifasində olan 4 və 5-ci mərtəbələrində su kəsintisi davam etmiş, bu isə xüsusilə pandemiya dövründə normal fəaliyyəti mümkünsüz etmişdir. Dəfələrlə cavabdeh tərəfindən edilən səhlənkarlıqlar nəticəsində şirkətiə külli miqdarda ziyan dəymiş və bununla bağlı cavabdehə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Belə ki, keçən ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bu səbəbdən də, yuxarıda göstərilənləri nəzərə alaraq, son aylarda cavabdeh tərəfindən icarə haqqının tələb edilməsi əsassızdır və hüququn ümumi prinsipi sayılan vicdanlılıq prinsipinə ziddir. Cavabdeh 01 may 2020-ci il tarixli Əlavənin 6.2.6-cı bəndini əsas gətirərək müqavilə münasibətlərinə 12 mart 2021-ci il tarixindən xitam verdiyini bildirmişdir. Həmin bəndə əsasən “İcarəçi 2 ay ardıcıl olaraq icarə haqqını ödəməzsə, icarə müqaviləsinə 3 iş günü müddətində xitam verilir.” Lakin, həmin bənd Mülki Məcəllənin imperativ normalarına ziddir və etibarsızdır. Müqavilə qüvvədə olan dövrdə İddiaçı MMC-yə məxsus texniki avadanlıqların və tərkibində əhəmiyyətli idarə və müəssisələrin də mövcud olduğu müştərilərə xidmət göstərən şəbəkənin yerləşdiyi obyektin cavabdeh tərəfindən qıfıllanması, həmçinin binanın girişinə mühafizəçi yerləşdirərək əməkdaşlarımızın binaya daxil olmağının əngəllənməsi şirkət tərəfindən mövcud müştərilərə operativ xidmət, (şəbəkə avadanlıqlarının yerləşdiyi məkan cavabdeh tərəfindən qıfıllandığı üçün), yeni tərəfdaşlıq münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, (şirkətin möhürü yerləşən inzibati binaya girişimizin məhdudulaşdırıldığı üçün) kimi kommersiya fəaliyyətinə külli miqdarda zərər vurmaqla yanaşı, həmçinin dövlət orqanları, səfirliklər, yeni yerli və xarici tərəfdaşlar, korporativ və fərdi müştərilər arasında şirkət reputasiyasının ciddi şəkildə xələl görməsinə səbəb olmuşdur. 02 may 2021-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə məxsus bütün telekommunikasiya avadanlıqlarını, ofis qurğularını, konfidensial məlumatların yer aldığı bütün sənədləri özbaşına olaraq başqa yerə daşımış, nəticədə 2050543,15 manat zərər dəymişdir, əldən çıxmış faydanın miqdarı isə ******* manat təşkil edir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 15000 manat icarə haqqı, icarə haqqının ödənilmədiyinə görə 14200 manat cərimə, 800 manat daşınma xərci, əşyaları götürdüyü günədək 04 may 2021-ci il tarixdən hər ay hesablanan 190 manat icarə haqqı, 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutulması, ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların öz hesabına aparılması və qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli bina və zirzəmidən ibarət qeyri – yaşayış sahəsini İddiaçı MMC-yə icarəyə vermişdir. İddiaçı MMC 05 sentyabr 2016-cı il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə müqaviləsinin ləğv edilməsi və 568462 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür. Həmin iddia ərizəsində İddiaçı MMC qeyd etmişdir ki, guya binada təhlükəsizlik problemləri var və bina təhlükə altında olduğundan özlərini rahat hiss etmədiklərinə görə işləyə bilmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən həm ilkin, həm də qarşılıqlı iddia üzrə tələblərdən imtina edilmişdir. Sonradan İddiaçı MMC-nin icarə haqqını ödəməyə çətinlik çəkməsi səbəbindən icarə müqavləsinə 01 may 2020-ci il tarixli, 4 saylı əlavəyə uyğun olaraq 1-ci və 2-ci mərtəbələrin Cavabdeh təhvil verilməsi, 22 iyul 2020-ci il tarixli, 5 saylı əlavəyə uyğun olaraq isə binanın 3-cü mərtəbəsi də təhvil verilmiş və icarə haqqı da azaldılmışdır. Bundan sonra Cavabdeh təhvil verilən sahələri icarəyə vermişdir. Sonradan İddiaçı MMC 2021-ci ilin fevral və mart aylarının icarə haqqını ödməməmişdir. Cavabdeh 12 mart 2021-ci il tarixdə İddiaçı MMC-yə məktub yazaraq müqaviləyə uyğun icarə haqqının hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 10-dan gec olmayaraq ödənilməsini və 6.2.6-cı bəndə uyğun olaraq icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə müqaviləyə bir tərəfli qaydada 3 iş günü ərzində xitam verildiyini bildirmişdir. Lakin İddiaçı MMC tərəfindən icarə haqqı ödənilməmiş, Cavabdeh məcbur olaraq mülkiyyətində olan sahəni geri götürmüş və 18 mart 2021-ci il tarixli məktubla orada olan əyşaların köçürülməsini təklif etmişdir. Çünki, əşyalar orada olduğundan sahənin başqa şəxsə icarəyə verilməsi mümkün olmayacaqdır. İddiaçı MMC əyşaları aparmadığından Cavabdeh məcbur olaraq yük şirkəti dəvət etmiş, 02 və 03 may 2021-ci il tarixlərdə həmin əşyaları icarəyə götürdüyü sahəyə köçürmüş və bunun üçün yük şirkətinə 800 manat məbləğində pul ödəmişdir. Cavabdeh ünvan 2 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən sahənin icarəyə götürülməsi ilə bağlı 04 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən hər ay 190 manat icarə haqqı ödəyir. Bundan başqa, 2021-ci ilin fevral, mart və aprel aylarının icarə haqqı da ödəniməmişdir. Həmçinin, müqavilədə icarə haqqının ödənilməsi gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay həmin avadanlıqların saxlanılmasına görə Cavabdeh tərəfindən pul vəsaiti ödənildiyinə görə "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların götürülməsi İddiaçı MMC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Eyni zamanda, 16 mart 2021-ci il tarixdən icarə müqaviləyə xitam verilməsinə baxmayaraq, İddiaçı MMC icarəyə götürülmüş sahələri (binanın 4-cü, 5-ci mərtəbələri və zirzəmi) 02 may 2021-ci il tarixədək təhvil verməmişdir və verməkdən imtina etmişdir. İcarə müqaviləsinin 7.4-cü bəndinə əsasən icarəçi müqavilənin müddəti bittiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə, icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir. Bir ay yarımlıq təzminat da 75 000 manat təşkil edir. Bundan başqa, İddiaçı MMC binanın üzərinə monitor yerləşdirən zaman binanın fasadı olan alkapon fasadı sökmüşdür. Ona görə, gələcəkdə monitor binanın üzərindən çıxarılaraq həmin alkapon fasadı icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq bərpa etməlidir. İddiaçının nümayəndəsi X2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərmişdir ki, qeyri – yaşayış sahəsi icarəyə götürüldükdən sonra İddiaçı MMC sahənin yenidən tam təmiri, fasadın yenilənməsi, daxili yaxşılaşdırma işləri, mərkəzi havalandırma, habelə binaya fiber optik internet xətti, artırılmış güclə elektrik xətti və s. kimi işlərin görülməsi üzrə sahəyə iri həcmdə vəsait yatırmışdır. Belə genişmiqyaslı işlərin görülməsində məqsəd telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətin uzunmüddətli fəaliyyətinin məhz bu ünvanda təmin edilməsi olmuşdur. Müəssisə 2015-ci ilin iyun ayında bu ünvana köçmüş, lakin qısa bir zaman sonra binada ciddi problemlər müsahidə olunmağa başlamışdır. Bunlara binanın titrəməsi, tez-tez subasma kimi hadisələr daxildir. Bu xoşagəlməz hadisələr fəaliyyətdə olan bir müəssisənin işinə əngəl törətməklə yanaşı, zirzəmidə yerləşən və subasma nəticəsində sıradan çıxmış serverlər, texniki qurğularda mövcud olan sənəd və məlumatların itməsinə səbəb olmuşdur. Keçmiş illər ərzində bu hallar baş verdikdə cavabdehə problemlərin həlli üzrə tərəfimizdən müraciətlər edilir və o, problemin nəticələrini aradan qaldırmaq üçün ünvana gəlir, müəyyən tədbirlər görür, lakin problem köklü şəkildə həll edilmədiyi üçün bu hallar davam edirdi. Müəssisə bu ünvanda iri həcmdə vəsait yatıraraq fəaliyyətini qurduğu üçün icarə müqaviləsini ləğv etmək niyyətində olmamış, bu səbəbdən icarə müqaviləsinin 2.1.1 bəndində cavabdehin vəzifəsi kimi təsbit edilmiş binanın saz vəziyyətdə olmasını ondan tələb etmişdir. Məhz bu problemlərə görə tərəflər arasında 2019-cu il oktyabr ayında imzalanmış "İcarə müqaviləsinə 3 saylı Əlavə”yə əsasən cavabdeh İddiaçı MMC tərəfindən ödənilməli olan 22000 manat vəsaiti almaqdan 1 il müddətinə imtina etmiş və bu 1 il ərzində binada tez-tez baş verən subasma, titrəmə kimi ciddi təhlükə yaradan problemləri həll edəcəyinə dair söz vermişdir. Əks halda, ləngitmə hüququndan istifadə edərək cəmi 5000 manat icarə haqqını ödəmədiyi üçün şirkətə qanunsuz daxil olaraq bütün maddi texniki bazanı dayandıran, onun fəaliyyətini iflic vəziyyətinə salan cavabdehin 22000 manat vəsaiti heç bir səbəb olmadan bir il ərzində şirkətdən tələb etməyəcəyinə dair rəsmi sənəd imzalaması mümkün olmazdı. Lakin, aradan 1 il keçməsinə baxmayaraq problemlər nəinki aradan qalxmış, əksinə şirkətə dəymiş ziyanın məbləği günbəgün daha da artmış və nəticədə şirkətin bu haqlı tələb və iradları binanın standartlardan kənar inşa olunduğunu yaxşı bilən cavabdehi ciddi narahat etməyə başlamışdır. Məhz bu səbəbdən 2020-ci ilin sentyabr - noyabr ayları ərzində subasma hadisələri ilə əlaqədar olaraq cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərə əhəmiyyət verməməklə o öz öhdəliklərini İddiaçı MMC-nin üzərinə yıxmağa cəhd etmiş və cavabdehin öz etirazında istinad etdiyi Mülki Məcəllənin 425-ci maddəsinə onun özü tərəfindən təəssüf ki, riayət edilməmişdir. Belə ki, həmin maddədə deyilir: "Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.” Tərəflər arasında bağlanmış 10 iyun 2014-cü il tarixli müqavilənin 6.2.3.-cü bəndində müqaviləyə xitam verilməsi halları nəzədə tutulmuşdur ki, bu hallardan biri də "birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə ” müqaviləyə xitam verilməsi qaydasını nəzərdə tutur. Bu bənd birmənalı olaraq müqavilənin hər iki tərəfinə, həm icarəyəverənə, həm də icarəçiyə aiddir. İcarə müqaviləsinə 01 may 2020-ci il tarixli, 4 saylı Əlavənin 6.2.6cı bəndinin əlavə edilməsi və 1 saylı əlavədə nəzərdə tutulan 6.2.4-cü bəndinin qüvvədən düşməməsi göstərir ki, müqavilə üzrə öhdəlkilərini icra etmədikdə icarəyəverən tərəfindən 90 gün müddətində müqaviləyə xitam verilməsi şərti öz qüvvəsini saxlayır, lakin yeni bəndin mənası bu anlama gəlir ki, bu, 3 iş günü müddətində həyata keçirilir. Bu bənddə 3 iş günü ilə bağlı "xəbərdarlıq müddəti” sözlərindən istifadə edilməməsi də bu fikri təsdiqləyir. Elə həmin 4 saylı əlavədə yalnız 3-cü mərtəbə ilə bağlı “qabaqcadan xəbərdarlıq” sözlərindən istifadə olunmuşdur və bunun üçün 7 təqvim günü göstərilmişdir. Lakin bu bənd də Mülki Məcəllənin 691.1.3.-cü maddəsinə ziddiyyət təşkil edir. Qeyd edilənlərin tam xarici investisiyalı telekommunikasiya şirkəti kimi İddiaçı MMC-nin fəaliyyətinə göstərdiyi mənfi təsirlərin aradan qaldırılması üçün icarəyə verənin təxirəsalınmaz surətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə ehtiyac yaranmışdır. Lakin, təəssüf ki, 2020- ci ilin sentyabr ayından etibarən İcarəyə verəni danışıqlara cəlb etməklə onun öz öhdəliklərini yerinə yetirməsinə nail olmağın mümkünsüzlüyünü anlayan İddiaçı MMC MM-in 562-ci maddəsində göstərilən “ləngitmə hüququ”ndan istifadə edərək və yalnız 5 ay sonra - 2021-ci ilin fevral ayında cavabdehi heç bir vasitə ilə danışıqlara cəlb etməyə nail olmadıqdan sonra, qarşılıqlı olaraq öhdəliyini icra etməməyə, yəni ləngitmə hüququndan istifadə edərək aylıq icarə haqqını ödəməməyə, bu yolla həm də tərəfi müzakirələrə və problemlərin danışıqlar yolu ilə həllinə dəvət etməyə qərar vermişdir. Cavabdehi danışıqlara cəlb edərək mübahisənin konstruktiv yolla həllinə cəhdlərimiz məhkəməyə təqdim edilmiş 17 noyabr 2020-ci il və 09 fevral 2021-ci il cavabdehi danışıqlara dəvət etdiyimizi sübut edən məktublarla təsbit edilir. 09 fevral tarixli məktubda qeyd olunmuşdur ki, “Məsələnin aydınlaşdırılması və bütün tərəflər üçün faydalı olacaq bir razılığa gəlinməsi üçün müzakirələrə ehtiyac vardır. Qeyd edilənləri nəzərə alaraq, bu həftə ərzində uyğun bir vaxtda görüş təyin edilməsini xahiş edirik.” Cavabdeh 17 noyabr tarixli məktubumuza ümumiyyətlə məhəl qoymamış, 09 fevral tarixli məktubumuzu da özünə uyğun şəkildə şərh edərək “cəfəngiyatdır” deyə cavablandırmaqla sonrakı hadisələrin baş verməsinə qəsdən və bilərəkdən təkan vermişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsində təzadlı məqamlardan biri də budur ki, o, cari ilin 16 mart tarixində icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini iddia edir, lakin buna baxmayaraq, cari ilin aprel ayı üçün də icarə haqqı tələb edir. Eyni zamanda, icarə müqaviləsinə əsasən ödəmənin hər gecikdirilən günü üzrə cərimə yalnız müqavilə qüvvədə olduğu, həmçinin ona qarşılıqlı razılaşma, yaxud məhkəmə qaydasında xitam verilmə halında hesablana bilər və bu səbəbdən cavabdehin cərimə tələbi tamamilə əsassızdır. Belə ki, öncə Avirtel MMC əməkdaşlarının obyektə girişini zor tətbiq etməklə məhdudlaşdıran, daha sonra heç bir məhkəmə qərarı olmadan, polis və ya hər-hansı icra qurumlarını məlumatlandırmadan, həmin qurumları tərəf kimi prosesə cəlb etmədən, habelə məhz həmin tarixlərdə obyektə giriş edəcəyi haqqında İddiaçı MMC-yə nə yazılı, nə də şifahi şəkildə heç bir bilgi vermədən, özbaşına, qanunsuz şəkildə icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini bəyan edərək, şirkətə məxsus 24/7 çəkiliş aparan təhlükəsizlik nəzarət kameralarını qəsdən, məqsədli şəkildə söndürərək, qeyri-iş günlərində qapı qıfıllarını sındıraraq gizli surətdə, mütəşəkkil qaydada ofisə daxil olub şirkətə məxsus ofis mebeli və əşyaları, telekommunikasiya avadanlıqları və inventarları, məxfi sayılan sənəd və məlumatları, arxiv sənədləri, rəsmi yazışmalar, müqavilə və aktları, bank kartları, şirkətin rəsmi lisenziya və icazələri, şirkət əməkdaşlarının şəxsi əşyaları, serverlərdə şirkətə, müştərilərə və tərəfdaşlara məxsus fərdi məlumatlar, o cümlədən iddia üzrə məhkəmə üçün sübutlar, geniş çeşidli “Apple” məhsulları, o cümlədən 24 əyarlı qızıl Apple markalı cihazları, bir sözlə 20 illik fəaliyyəti olan tam xarici investisiyalı bir şirkətin bütün maddi texniki bazası, avadanlıqları və sənədlərini özbaşına surətdə onların yerləşdiyi məkandan təxminən 20 dəfə daha kiçik, 54 kvm-lik, yumşaq ifadə etsək şəraitsiz bir məkana daşımaqla bütün qanunvercilik norma və prinsiplərini kobud şəkildə pozaraq külli miqdarda ziyan verən cavabdehin bütün bu qanunsuz əməllərindən sonra Avirtel MMC-dən hər hansı bir cərimə və ya təzminat tələb etməsi qanunsuzdur. Cavabdeh iddia edir ki, yuxarıda qeyd edilən, lakin bununla məhdudlaşmayan qanunsuz əməllərinin əsas motivi sahəni boşaldaraq təcili icarəyə vermək olmuşdur. Əvvəla, tərəfin də etirazında istinad etdiyi kimi, müqavilənin 7.4-cü bəndində qeyd edilir ki, qanunvercilik normaları qorunmaqla müqavilə müddətinin bitməsi və ya ona xitam verilməsindən sonra, icarəçi sahəni təhvil verməkdən imtina etdikdə, hər ay yüklü miqdarda təzminat ödəyir. Əgər cavabdeh həqiqətən müqaviləyə birtərəfli qaydada xitam verməsini qanuni hesab edirdisə, o zaman məhkəmə qaydasında iddia qaldıraraq, həmin təzminatı İddiaçı MMC-dən tutulmasına asanlıqla nail ola bilərdi. Nəzərə alınarsa ki, icarə müqaviləsinin "birtərəfli qaydada xitam”ından 8 aydan artıq müddət keçməsinə baxmayaraq, obyekt hələ də hər-hansı üçüncü tərəfə icarəyə verilməmişdir, o zaman hesab edir ki, qeyd edilən məqamlara məhkəmə tərəfindən hüquqi qiymət verilməli, həmçinin cavabdehin əməllərində cinayət tərkibinin mövcudluğunun araşdırılması üzrə prokurorluğa müraciət ünvanlanmalıdır. Eyni zamanda, müqavilənin 7.4-cü maddəsində qeyd olunan "İcarəçi, müqavilənin müddəti bitdiyi və ya ona xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə, İcarəyə verənə icarə haqqından əlavə sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir” bəndi üzrə qeyd etmək vacibdir ki, həmin bənd icarə müqaviləsinin müddətinin bitdiyi və yaxud ona xitamı (qarşılıqlı razılaşma və ya məhkəmə qaydasında) özündə ehtiva edir və yalnız bu kontekstdə keçərlidir. Həmçinin, cavabdeh ərizəsində icarə müqaviləsinin 3.3. bəndinə istinad edərək, sahənin yalnız fasadının əvvəlki qaydada təhvil-təslim edilməsini tələb etmişdir. Bu bənd bütünlükdə sahənin qəbul olunduğu qaydada təhvil verilməsini özündə ehtiva etdiyi üçün, nəinki fasad, ofisdaxili sahə də daxil olmaqla bütövlükdə sahənin qəbul edildiyi qaydada təhvil verilməsi üzrə məhkəmə tərəfindən qərar çıxarılmasına ehtiyac vardır. Müştərilərin internet xidmətində yaranmış problemlər nəticəsində şirkətə dəymiş ziyanla bağlı qeyd etmək lazımdır ki, İddiaçı əməkdaşlarının 16 mart 2021-ci il tarixindən etibarən binaya girişi qadağan edilmişdir. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən müştəri texniki problemlə əlaqədar bizə müraciət etdikdə, mütəxəssislərimizin fiziki olaraq ofisə daxil olaraq avadanlığa baxış keçirmək imkanı olmamışdır. Bununla yanaşı, 16 martdan etibarən cavabdehin təyin etdiyi şəxsin bizə məxsus texniki avadanlıqları, svitçləri söndürməsini şirkətdə mövcud olan nəzarət kameraları vasitəsilə canlı izləmək imkanımız olmuş, sonralar bu əməllərini gizlətmək üçün həmin şəxs öncə təhlükəsizlik kameralarını söndürmüş, daha sonra binada mövcud olan xidməti avadanlıqlara müdaxilə edərək, müştəriləri internet və digər telekommunikasiya xidmətlərindən məhrum etmişdir. Buna sübut olaraq cavabdehin nümayəndəsinin bizə məxsus təhlükəsizlik kameralarına müdaxilə edərək onları söndürməsini əks etdirən video görüntüləri əlavə edirik. Şirkətə məxsus veb səhifələr, billing və proqram təminatları cavabdehin də vurğuladığı kimi yaradılmış, lakin hazırda məhz onun sistemə qanunsuz müdaxiləsi ucbatından bütün backup sistemi ilə birgə çökmüşdür. Veb səhifələrin və proqram təminatının yaradılma səbəbinin onların onlayn olması, veb səhifələrin e-ticarət, proqram təminatlarının isə biznes proseslərə nəzarət funksiyası vasitəsilə şirkətə birbaşa gəlir gətirdiyini, onların hazırda işlək vəziyyətdə olmamasının isə şirkətin külli miqdarda zərərə uğraması ilə nəticələndiyini nəzərə alaraq, hesab edirik ki, dəymiş ziyanla bağlı tələb tamamilə əsaslıdır. Apple brendinə məxsus məhsullarla bağlı qeyd etmək vacibdir ki, avirstore mağazası "showroom” kimi fəaliyyət göstərdiyi üçün burada mövcud olan cihazlar satış məqsədli deyil, vitrin - nümunə cihazları xarakteri daşımış və cari ilin yay aylarında 1-ci mərtəbədən digər mərtəbələrə daşınmışdır. Hər bir halda 1-ci mərtəbənin boşaldılması 150 kvm-dən artıq bir məkanda mövcud olan malların məkandan buxarlanması demək deyil. Həmin cihazların bir hissəsi zirzəmidə, digər hissəsi isə şirkətin əşyaları yerləşən digər mərtəbələrdə yerləşdirilmişdir. Buna sübut olaraq, 5-ci mərtəbədə arxiv sənədlərinin saxlandığı otaqda yerləşdirilmiş 27 inch ölçülü yeni iMac cihazının öz qutusunda fotoşəkli əlavə olunur. Maraqlıdır ki, avirstore mağazasında elə həmin istinad olunan fotoşəkillərdə əks olunmuş sadə və qızıl telefonların bir hissəsinin, eksklüziv və VİP kateqoriyalı məhsulların önündə qoyulmuş dəmir baryerlərin və s. hazırda onda olduğunu cavabdeh təqdim etdiyi siyahıda qəbul edir. Video çəkiliş zamanı isə açıq-aşkar görünür ki, 5-ci mərtəbədə direktorun kabinetində macbookların qutuları açılmır və onlar üçün "boşdur” deyilir. İddiaçı MMC tərəfindən məhkəməyə iddia 11 yanvar tarixində təqdim edilmişdir, ərizə təqdim olunan zaman müəyyən sübutlar (təhvil-təslim aktları,müqavilələr,məktublar və s.) da məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə təqdim olunmuş qətnamədən də görünür ki, 520000 dollar və 176000 AZN-lik borc məbləği qarşı tərəfdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir, yəni, İddiaçı MMC 3 il ərzində ******* manat pul itirmişdir, həmin məbləğ bir neçə layihələrə yatırıla bilərdi və bununla bağlı İddiaçı MMC-yə 3 il ərzində digər biznes subyektləri tərəfindən çoxsaylı ofertalar da təqdim olunmuşdur. Mütəxəssislərimiz bu biznes layihələrini, ofertaları məhkəmə çəkişməsi davam edən dövrdə analiz edib hesablama apararaq, əldən çıxmış faydanın ******* təşkil etdiyini sübuta yetirmişlər. Lakin, cavabdehin sahəyə giriş-çıxışı məhdudlaşdırmaq kimi qanunsuz bir addım atacağını bilmədiyi üçün 6 aprel tarixində təyin olunmuş məhkəmə iclasında sübutları təqdim etmək qeyri-mümkün olmuşdur. Ofisdə mövcud olan texniki avadanlıq, mebel və əsas vəsaitlərlə bağlı qeyd etmək vacibdir ki, sübut olaraq təqdim edilən əmlak vergi bəyannaməsi yalnız texniki avadanlıqların və yalnız bir hissəsini əks etdirir. Nəzərə alsaq ki, şirkətə məxsus bir sıra dəyəri yüksək olan avadanlıqlar test və yaxud müəyyən müddətə istifadə məqsədli və geri qaytarılma şərtilə əldə edilmişdir, onlar təbii olaraq həmin siyahıya daxil edilə bilməz. Və əlbəttə ki, tərəfin iddia etdiyi avtomobil, monitor və s. da texniki avadanlıq olmadığından həmin siyahıda yer almayıb. Ayrıca, sadə riyaziyyatla da anlamaq olar ki, 924 kv.m. sahədə yerləşmiş, iri həcmli şəbəkə avadanlıqlarının, texnikanın və ofis mebellərinin 54 kvm-lik bir sahəyə yerləşdirilməsi mümkünsüzdür. Hətta cari ilin yay aylarında 2-ci və 3-cü mərtəbədə mövcud olan ofis mebelləri və avadanlıqların paketlənərək zirzəmiyə və digər mərtəbələrə sıx-sıx yerləşdirilməsini nəzərə alsaq, yenə də 500 kvm-lik böyük bir sahədə belə sıxlıqla yerləşdirilmiş bu həcmdə və sayda avadanlığın 54 kvm-lik bir sahəyə sığışdırılması fizikanın təməl qanunlarına ziddir. Cavabdehin facebook səhifəsində şirkətin fəaliyyəti ilə bağlı qeyd etdiyi məqama gəldikdə isə, bu əsassız iddianın tərəfin məhz telekommunikasiya sahəsində kifayət qədər məlumatsız olması nəticəsində irəli sürüldüyünü güman etmək olar. Belə ki, şirkətin itirilmiş müştərilər üzrə tələb etdiyi 14460 manat aylıq xidmət haqqı yalnız şirkətin məhz bu ünvanda yerləşən telekommunikasiya qurğuları vasitəsilə xidmət göstərdiyi müştərilərlə əlaqədar dəymiş ziyanı əhatə edir və məhz bu qurğulara onun qanunsuz müdaxiləsi nəticəsində itirilmiş müştərilər üzrə ziyanın həcmini əks etdirir. İddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, İddiaçı MMC binada guya 721536,10 manat məbləğində telekommunikasiya qurğu və avadanlıqları, 405244,92 manat ofis mebeli və avadanlıqları, 165735,90 manat məbləğində apple cihaz və aksesuarları, 168280 manat məbləğində dəyəri 500 manatdan az olan inventarlar olduğunu qeyd edir. Bütün avadanlıqlar və mebellər binanın 4-cü, 5-ci mərtəbələrində və zirzəmidə mövcud olmuşdur. Elə həmin əşya və avadanlıqların siyahısı məhkəməyə təqdim edilir. İddiaçı tərəfindən təqdim olunmuş siyahıda çox sayda apple məhsulları, brilliant saatlar, akvarium və çoxsaylı qızıl telefonlar qeyd olunmuşdur və məhkəməyə köhnə fotoşəkillər təqdim olunmuşdur, hansılar ki, hələ vaxtı ilə icarəyə götürdüyü 1-ci mərtəbəni telefon dükanı kimi işlətdiyi əks olunmuşdur. Mübahisəsiz faktdır ki, 2020-ci ilin avqust ayının 1-dək Cavabdeh məxsus qeyri-yaşayış binasını 1-ci, 2-ci və 3-cü mərtəbələr boş sahə şəklində mülkiyyətçiyə təhvil verilmişdir və Cavabdeh həmin sahələri 01.08.2020-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx"MMC-yə icarəyə vermişdir. Ona görə 1 il bundan qabaq təhvil verilmiş sahəni məhkəməyə əşyalarla dolu sahə kimi təqdim etmək qanunsuzdur. İddiaçı yalnız binanın 4-cü, 5-ci mərtəbələri və binanın zirzəmisini istifadə edirdi. Cavabdeh icarə müqaviləyə xitam verəndən sonra dəfələrlə əşyalar götürmək təklifini iddiaçı məhəl qoymadıqda, məcburiyyət qarşısında qalaraq mülkiyyətində olmuş 4-cü və 5-ci mərtəbələrə və zirzəmi mərtəbəsinə daxil olaraq, orada yerləşən iddiaçıya məxsus bütün əşyaları video çəkilişini aparıb, həmin əşyaları siyahıya almışdır. Bu günə qədər 560 addan ibarət, 2031 ədəd əşyalar icarəyə götürülmüş anbarda yerləşir və Cavabdeh istənilən zaman həmin əşyaları iddiaçıya təhvil verməyə hazırdır. Üstəlik də, iddiaçının nümayəndələri 21 oktyabr 2021-ci il tarixdə həmin anbarda yerləşən əşyalara və avadanlıqlara baxış keçiriblər. Həmin baxışın video çəkilişi də aparılmışdır. Siyahıda olan əşyalardan başqa digər əşyaların obyektdə olması, siyahıda göstərilmiş əşyaların dəyərlərini qəbul etmirlər və reallıqda da həmin əşyalar mövcud olmamışdır. Hətta onların təqdim etdiyi siyahıda bəzi əşya və avadanlıqlar var ki, hansıların ki, sayı faktiki çoxdur. Bu da iddiaçının özunə məxsus avadanlıq və əşyaların dəqiq məlumatların olmadığı subutudur. Üstəlik iddiaçı özü tərəfindən təqdim olunmuş avadanlıqların alınması ilə bağlı hər hansı bir sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim etmiş apple məhsulları ilə bağlı yeganə sübutları 06 dekabr 2017-ci il tarixli, 29216,11 manat və 5258,89 manat məbləğində iki ödəniş tapşırıqlarıdır, onlardan biri 5258,89 manat ƏDV ödənişidir. 2017-ci ildən 2020-ci ilin avqust ayının 1-dək iddiaçının apple satış dükanı fəaliyyət göstərirdi və yəqin ki, 3 il ərzində kifayət qədər apple məhsulu satılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunana əmlak vergisi bəyannaməsində aydın görünür ki, iddiaçının əmlakının ümumi dəyəri 629862,46 manat təşkil edir, yəni bu bir daha onların 1460796,92 manat dəyərində olan siyahını yalan olmasının sübutudur. Üstəlik də həmin əmlakın nədən ibarət olması bəlli deyildir. Lakin, Cavabdeh binası üzərində olan monitor 310000 manat civarındadır, üstəlik də İddiaçı MMC-nin respublikada müxtəlif ərazilərdə əmlakları var, o cümlədən bir neçe avto nəqliyyat vasitəsi var. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər köhnə zamanlara aiddir. Belə ki, bəzi fotoşəkillərdə iddiaçı şirkətin rəhbəri birinci mərtəbədə apple avadanlıqları üzərində şəkil çəkilməsi əslində 2016-ci ildə satış dükanın açılması zamanı çəkilmişdir. 2020-ci ildə həmin sahələr mülkiyyətçiyə boş şəklində təhvil verilmişdir. Həmçinin iddiaçı şəkillər təqdim etmişdir ki, zirzəmi mərtəbəsində server avadanlıqlar var, halbuki özü 17 noyabr 2020-ci il tarixli məktubunda zirzəmidə olan əsas serveri zirzəmidən daşımasını özü həyata keçirtmişdir. Serverlərin digər sahəyə köçürülməsi bir daha iddiaçının digər sahənin mövcüdluğunu və fəaliyyətin dayandırılmadığını dəlalət edir. Bundan başqa arayışda qeyd olunub ki, iddiaçı subasmanın qarşısını almaq məqsədilə 5300 manat vəsait xərcləmişdir. Əvvəla onu bildirirəm ki, icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Cavabdeh icarəyə verdiyi binanı icarəçiyə saz vəziyyətdə təhvil vermişdir. Həmin müqavilənin 2.2.4-cü 2.2.5-ci bəndlərinə uyğun olaraq icarəçi, yəni bu iş üzrə iddiaçı sahəni lazımı vəziyyətdə saxlamaq və sahədə sanitar gigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini öhdəsinə götürmüşdür. Ona görə subasma sırf iddiaçının obyektini düzgün istismar etməməsindən baş vermişdir və icarəyə götürmüş sahənin saxlanılması üçün sərf etdiyi vəsait özünə aid olmalıdır. Üstəlik də həmin vəsaitin xərclənməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin arayışda iddiaçı qeyd edir ki, itirilmiş müştəri üzrə 14460 manat aylıq xidmət haqqı olmaqla fevral-oktyabr 2020-ci il, yəni, 9 ay üzrə müəssisəyə dəymiş ziyan 130 140 manat təşkil etmişdir və bunun sübutunu məhkəməyə təqdim etmişdir. Həmin sübut bir vərəqli, öz işçiləri tərəfindən imzalanmış aktdan ibarətdir. Həmin aktda hansı müştərilər onların xidmətindən imtina etmişdir, həmin müştərilərin xidmətdən imtina edilməsi barədə məktubları, onların ödənişləri aparılması sübutları məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim edilmiş müştərilərlə bağlı yazışmada “Arsenal Group” adlı şirkətin yazışması cəlb edir. Belə ki, həmin şirkət iddiaçıya 13 aprel 2021-ci il tarixli məktubunda “Biz artıq uzun müddətdir ki internet istifadəsi ilə problemlər yaşayırıq. Artıq 3 gündür ki, bizim şirkət internetin olmaması ilə bağlı itkilərə məruz qalır”. Yəni 13 aprel tarixli məktub onu subut edir ki, iddiaçı aprel ayında uzun müddət öncə müştərilərə internet xidmət göstərməsində çətinliklərlə üzləşirdi. Hər halda icarəçinin istənilən müştəriyə xidmətin göstərilməməsi Cavabdeh günahı ucbatından baş verməmişdir. Ona görə də həmin vəsaitin də tələb edilməsi əsassız və qanunsuzdur. Bundan başqa arayışda qeyd olunub ki, biz iddiaçıya bir neçe saytın yaradılmasına, proqram təminatına, billing hesablama sisteminə və delhero.com layihəyə görə 245600 manat vəsait ödənilməlidir. Halbuki, həmin web saytların arayışda göstərilən məbləğlərin əksəriyyəti yaradılmasına görə ödənilmişdir və göründüyü kimi həmin saytlar yaradılmışdır. Ən əsası isə hal – hazıra kimi İddiaçı MMC öz fəaliyyətini davam etdirir, xidmətlərini müştərilərə təqdim edir. Buna görə onların satışında və fəaliyyətində hər hansı bir problemlərin yaşanması və bunun nəticəsində bizdən hər hansı bir vəsaitin tələb edilməsi əsassızdır. Eyni zamanda iddiaçı arayışda 2018-ci ildə çəkdirilmiş və 3 il ərzində istifadə etdiyi rabitə xəttinin 15340 manat dəyərində vəsaiti, həmin fiber optik kabel kanal üzrə mart-oktyabr ayları üçün 2542,72 haqqın ödənilməsini istəmişdir. İddiaçı təqdim etdiyi müqavilədə yalnız istifadə haqqında müqaviləni əlavə edib və həmin müqavilədə görünür ki, həmin müqaviləyə xitam verilə bilərdi və bununla da ödəniş öhdəliyi iddiaçı isə əksinə müqaviləni dayandırmaqla bağlı müraciət eleyib və təbii ki, telefon rabitəsi müqavilədə xidmətin dayandaırılması nəzərdə tutulmadığından məktubla iddiaçıya imtina cavabı vermişdir. Həmçinin arayışa əsasən iddiaçı 2021-ci il üçün əldən çıxmış faydanın həcmi)- 22000 manat və 2022-ci ildə 5 illik (proqnozlaşdırılan gəlir) hesabatına əsasən əldən çıxmış faydanın həcmi kimi 500000 manat Cavabdeh istənmişdir. İddiaçı tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut, dəlil, sənəd təqdim etməmişdir və təbii ki, bu cür proqnozlaşdırılan gəlir ən azı əsaslı şəkildə olmalıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. İş materiallarında olan: - 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli bina və zirzəmidən ibarət qeyri – yaşayış sahəsini İddiaçı MMC-yə icarəyə vermiş, icarə haqqı müqavilə qüvvəyə mindiyi anadan 1 il müddətində 12000 manat, 01 sentyabr 2015ci il tarixdən 01 sentyabr 2019-cu il tarixədək 15000 manat, 01 sentyabr 2019-cu il tarixdən 01 sentyabr 2024-cü il tarixədək 20000 manat müəyyən olunmuşdur. - icarə müqaviləsinə 01 may 2020-ci il tarixli, 4 saylı əlavənin surətindən görünür ki, müqavilənin bəndləri dəyişdirilərək binanın 3, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə haqqı 2020-ci ilin may ayından etibarən 5500 manat müəyyən olunmuş, 6.2.6-cı yarımbəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur. - icarə müqaviləsinə 22 iyul 2020-ci il tarixli, 5 saylı əlavənin surətindən görünür ki, müqavilənin bəndləri dəyişdirilərək binanın zirzəmi, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə haqqı 2020-ci ilin avqust ayından etibarən 5000 manat müəyyən olunmuşdur. - əmlak vergisi bəyannaməsinin surətindən görünür ki, hesabat ilinin sonuna İddiaçı MMC-nin əmlakının ümumi qalıq dəyəri 671536,35 manat müəyyən olunmuşdur. - RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli qeyri – yaşayış sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. - Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanmış məktubun məzmunundan görünür ki, həmin məktubda icarə müqaviləsinə 16 mart 2021-ci il tarixdən xitam verildiyi, əyşaların qısa müddət ərzində aparılması və icarə haqqının ödənilməsi bildirilmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış təhvil – təslim aktlarının surətindən görünür ki, yüklərin daşınması üçün ümumilikdə 800 manat məbləğində pul vəsaiti ödənilmişdir. - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 54 kv.m sahə anbar kimi hər ay 190 manat icarə haqqı ödənilmək şərtilə icarəyə verilmişdir. - qəbzlərin surətindən görünür ki, hər ay 190 manat məbləğində pul vəsaiti Cavabdeh tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İlkin iddia ərizəsinin məzmunundan görünür ki, 3 hissədən ibarətdir: - 2050543,15 manat məbləğində zərərin əvəzinin ödənilməsi; - ******* manat məbləğində əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi; - 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə Cavabdeh tərəfindən bir tərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması. 2050543,15 manat məbləğində zərəri iddiaçı real zərər kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin məzmununa görə real zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Yəni, çəkilən və ya çəkilməli olan xərclərin əsaslandırılması üçüe İddiaçı MMC tərəfindən məhkəməyə zərər vurulmuş əmlakların konkret siyahısı, zərərin nədən ibarət olması, hansı xərclərin çəkilməsi və çəkilməli olması əsaslandırılmalı və bu barədə sübutlar təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı MMC tərəfindən məhkəməyə real zərəri təsdiq edən sübut olaraq əmlakların siyahısı barədə arayış və işçiləri tərəfindən tərtib olunmuş aktlar təqdim olunmuşdur. Arayışda 721536,10 manat məbləğində telekommunikasiya qurğu və avadanlıqları, 405244,92 manat ofis mebeli və avadanlıqları, 165735,90 manat məbləğində “Apple” markalı cihaz və aksesuarlar, 168280 manat məbləğində dəyəri 500 manatdan az olan inventarlar olması qeyd olunsa da, həmin əmlakların hansı sənədlər əsasında alınması, xüsusiyyətləri və digər əlamətləri barədə heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən siyahıya alınmış və icarəyə götürülmüş anbarda yerləşən əmlakların dəyəri isə zərər hesab oluna bilməz. Çünki, həmin əmlakların işlək vəziyyətdə olması, cavabdeh tərəfindən əmlaklara hər hansı bir zərər vurulub – vurulmaması barədə hər hansı bir sübut təqdim olunmamışdır və məhkəmə tərəfindən də bu xüsusatın müəyyən edilməsi mümkün deyildir. Bu əmlakların dəyərinin zərər kimi qiymətləndirilməsi üçün həmin əmlaklar tam yararsız vəziyyətdə olmalıdır. Cavabdeh tərəfindən siyahıya alınmış əmlaklardan başqa digər əmlaklara münasibətdə isə məhkəmə onu qeyd edir ki, həmin əmlakların mövcud olması ilə bağlı məhkəməyə iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Həmçinin, iddiaçı subasmanın qarşısını almaq məqsədilə 5300 manat vəsait xərcləməsini qeyd etsə də, həmin pul vəsaitinin xərclənməsi ilə bağlı da sənəd təqdim etməmişdir. Ümumiyyətlə, İddiaçı MMC tərəfindən zərər kimi qiymətləndirilən xüsusatlarla hər hansı xərcin çəkilməsini təsdiq edən sənəd təqdim olunmamışdır. Yalnız bu sənədlərin təqdim olunduğu, yəni, zərərin mövcud olduğu təqdirdə digər məsələlər (zərərin vurulmasında cavabdehin təqsirli hərəkəti, həmin hərəkətlə vurulmuş zərər arasındakı səbəbli əlaqə və s.) aydınlaşdırıla bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin məzmununa görə əldən çıxmış fayda dedikdə hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın mövcud olması üçün iddiaçı tərəfindən məhkəməyə ilkin olaraq əvvəlki dövrlərdə və cavabdehin təqsirli hərəkətlərindən sonrakı dövrdə olan gəlirləri ilə bağlı sənədlər təqdim olunmalı, fərqin mövcud olduğu təqdirdə isə gəlirin aşağı düşməsi ilə cavabdehin təqsirli hərəkətləri arasında səbəbli əlaqə aydınlaşdırılmalıdır. Lakin İddiaçı MMC tərəfindən məhkəməyə qeyd olunan sənədlər təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia zərərin əvəzinin ödənilməsi hissəsində təmin edilə bilməz. İlkin iddianın digər hissəsi - 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə Cavabdeh tərəfindən bir tərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması hissəsi ilə bağlı iddiaçı əsas kimi ona istinad edir ki, tərəflər arasında bağlanmış 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinin 6.2.3.-cü bəndində müqaviləyə xitam verilməsi halları nəzədə tutulmuşdur ki, bu hallardan biri də "birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” müqaviləyə xitam verilməsi qaydasını nəzərdə tutur. Sonradan 4 saylı Əlavədə bu müddət 2 aya qədər azaldılır. Bu bənd birmənalı olaraq müqavilənin hər iki tərəfinə, həm icarəyəverənə, həm də icarəçiyə aiddir. Sonradan qeyd olunan İcarə müqaviləsinə 01 iyul 2015-ci il tarixli 1 saylı Əlavə edilir və müqavilənin 6.2.3.-cü bəndi aşağıdakı redaksiyada verilir : “İcarəçi tərəfindən birtərəfli qaydada icarəyəverəni 6 ay qabaqcadan xəbərdar etməklə” . Bu əlavədən sonra müqavilədə bir növ icarəyəverənin hər hansı bir xəbərdarlıq etməklə müqaviləyə birtərəfli qaydada xitam vermək öhdəliyi olmur, yəni icarəyəverən hər hansı bir xəbərdarlıq etmədən də birtərəfli qaydada müaviləyə xitam vermək hüququna malik olur. Lakin, elə həmin əlavədə müqaviləyə 6.2.4.cü bənd əlavə edilir ki, həmin bənddə nəzərdə tutulur: “Tərəflərdən hər-hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində müqaviləyə xitam verilir.” Əgər İcarəyəverən tərəfindən həm onun icarəçiyə ünvanladığı məktubları, həm də qarşılıqlı iddia ərizəsi üzrə onun iddia tələbini əsaslandırdığı halları nəzərə alınarsa, belə bir qənaətə gəlmək olur ki, icarəyəverən tərəfindən icarə müqaviləsinə xitam verilməsinin əsas səbəbi icarəçinin icarə haqqını 2 ay ərzində ödəməməsi olmuşdur, yəni İcarəçinin müqavilə öhdəliklərini yerinə yetirməməsi İcarəyəverən tərəfindən müqaviləyə birtərəfli qaydada xitam verilməsinə səbəb olmuşdur. Bu halda, İcarəyəverən müqavilənin 6.2.4.-cü bəndində olan 90 gün müddəti gözləməli idi. İcarə müaviləsinə edilmiş digər 1, 2, 3, 4, 5, saylı Əlavələrdə müqavilənin bu bəndinin qüvvədən düşməsi ilə bağlı hər-hansı bir bənd yoxdur və bu səbəbdən bu bənd öz hüquqi qüvvəsini saxlamışdır. İcarə müqaviləsinə 01 may 2020-ci il tarixli, 4 saylı Əlavənin 6.2.6-cı bəndinin əlavə edilməsi və 1 saylı əlavədə nəzərdə tutulan 6.2.4-cü bəndinin qüvvədən düşməməsi göstərir ki, müqavilə üzrə öhdəlkilərini icra etmədikdə icarəyəverən tərəfindən 90 gün müddətində müqaviləyə xitam verilməsi şərti öz qüvvəsini saxlayır, lakin yeni bəndin mənası bu anlama gəlir ki, bu, 3 iş günü müddətində həyata keçirilir. Bu bənddə 3 iş günü ilə bağlı "xəbərdarlıq müddəti” sözlərindən istifadə edilməməsi də bu fikri təsdiqləyir. Elə həmin 4 saylı əlavədə yalnız 3cü mərtəbə ilə bağlı “qabaqcadan xəbərdarlıq” sözlərindən istifadə olunmuşdur və bunun üçün 7 təqvim günü göstərilmişdir. Lakin iddiaçı hesab edir ki, bu bənd də Mülki Məcəllənin 691.1.3.-cü maddəsinə ziddiyyət təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. - 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinin “Müqaviləyə dəyişikliklər edilməsi və ya ona xitam verilməsi” adlanan 6-cı bölməsində müqavilnin birtərəfli qaydada xitamını nəzərdə tutan 6.2.3-cü bəndində “birtərəfli qaydada, digər tərəfi ən azı 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” ifadəsi nəzərdə tutulmuşdur. 01 iyul 2015-ci il tarixli, 1 saylı əlavədə isə 6.2.3-cü bəndinin məzmunu dəyişdirilərək “İcarəçi tərəfindən bir tərəfli qaydada icarəyə verəni 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” kimi göstərilmiş, 6.2.4-cü bənd (tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində) əlavə olunmuşdur. 01 may 2020-ci il tarixli, 4 №-li əlavədə isə müqavilənin 6.2-ci bəndinə 6.2.6 və 6.2.7-ci yarımbəndlər aşağakı məzmunda əlavə edilmişdir: 6.2.6. icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində; 6.2.7. 3-cü mərtəbə ilə bağlı birtərəfli qaydada 7 təqvim günü qabaqcadan xəbərdarlıq etmək şərtilə. Göründüyü kimi tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə müvafiq olaraq müqavilə bağlayaraq məzmununu müəyyənləşdirmiş, sonradan həmin Məcəllənin 421.1 və 423.1-ci maddələrinə müvafiq olaraq müqavilə ilə eyni formada həmin müqaviləyə dəyişikliklər etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilənin 6.2.4-cü bəndində ifadə olunan “tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində” şərti məzmunundan göründüyü kimi tərəflərin hər ikisinə aid edilir. Lakin 01 may 2020-ci il tarixli, 4 №-li əlavədə müəyyən olunan “icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində” ifadəsi isə bu hüququn yalnız icarəyəverənə məxsus olduğunu ehtiva edir, müqaviləyə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməsinin xüsusi qaydasını nəzərdə tutur və qanunvericiliyin hər hansı norması ilə ziddiyyət təşkil etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 685.2 və 685.2.1-ci maddəsində qeyd olunmuşdur ki, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. İcarə haqqının ardıcıl olaraq 2 ay ödənilməməsi mübahisələndirilmədiyindən işin mübahisələndirilməyən halıdır. Cavabdeh tərəfindən həmin bəndin tələbi nəzərə alınmaqla icarə haqqı ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə 12 mart 2021-ci il tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərmiş və 3 gün sonra müqaviləyə xitam verimişdir. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə də təmin oluna bilməz. Qarşılıqlı iddia aşağıdakı tələblərdən ibarətdir: - 15000 manat icarə haqqının və ödənilmədiyinə görə 14200 manat cərimənin tutulması; - 800 manat daşınma xərci və əşyalar götürülən günədək 04 may 2021-ci il tarixdən hər ay hesablanan 190 manat icarə haqqının tutulması; - 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin tutulması; - ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların öz hesabına aparılması; - qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. İcarə haqqının ödənilməsi qaydası tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1-ci bəndində aşağıdakı kimi müəyyən olunmuşdur: “İcarə haqqı hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 10-dan gec olmamaq şərtilə köçürmə yolu ilə ödənilir.” Cavabdeh qarşılıqlı iddia ərizəsində fevral, mart və aprel ayları üçün hər 5000 manat məbləğində icarə haqqı hesablanmaqla ümumilikdə 3 ay üçün 15000 manat pül vəsaiti tələb etmişdir. Lakin işin halları ilə müəyyən olunur ki, müqaviləyə 16 mart 2021-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh icarə haqqı 2021-ci il ilin fevral ayı və mart ayının 15 günü üçün icarə haqqını tələb etmək hüququ vardır. İcarə haqqının ödənilməməsini səbəbini İddiaçı MMC onunla əsaslandırmışdır ki, əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşdüyündən ləngitmə hüququndan istifadə etmişdir və son aylar üçün icarə haqqının tələb edilməsi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən əgər həmin Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər. Lakin İddiaçı MMC-nin ləngitmə hüququndan istifadə edərək icarə haqqını ödəməmək üçün əsas hesab etdiyi hallar (əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşməsi) nə Mülki Məcəlləyə, nə də müqaviləyə əsasən Cavabdeh barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbinin olması ilə eyniləşdirilə bilməz. Qeyd edilənlər tərəflər arasında yaranmış mübahisənin predmetidir və bununla əlaqədar İddiaçı MMC-nin hüququ və ya tələbi yalnız həmin mübahisə qarşılıqlı razılaşma və ya qanuna qüvvəyə minmiş yeukn məhkəmə qərarına əsasən yarana bilər. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin icarə haqqını ödəməməsi ilə bağlı irəli sürdüyü xüsusat əsassızdır və buna görə də icarə haqqının ödənilməsi tələbi qismən təmin olunaraq 7500 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, “İcarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər bir gecikdirilmiş gün üçün ödənilməyən aylıq icarə haqqı məbləğinin 1% həcmində icarəyə verənə cərimə ödəyir”. Lakin məhkəmə əsas borca tənasübsüz olaraq 14200 manat cərimə hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. İcarə haqqının ödənilməməsi iddiaçıya 12 mart 2021-ci il tarixdə məlum olduğuna görə onun həmin vaxt da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bir neçə ay sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zərərin (cərimənin məbləğinin) artmasına şərait yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, həm iddianın əsas borca dair hissəsinin qismən təmin olunması, həm də icarə haqqı gecikdirildikdən bir neçə ay sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Qarşılıqlı iddianın 800 manat daşınma xərcinin, 04 may 2021-ci il tarixdən hər ay 190 manat məbləğində pul vəsaitinin tutulması və ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların cavabdehin öz hesabına aparılması hissəsilərni məhkəmə əsaslı hesab edir. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə müqaviləyə birtərəfli qaydada xitam verilməsi və qeyri – yaşayış sahəsində olan əmlakların götürülməsi ilə xəbərdarlıq olunsa da, sonuncu əmlakların götürülməsini təmin etmədiyindən Cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakların anbara daşınmasına görə 800 manat məbləğində pul vəsaiti sərf etmişdir və bundan sonra həmin əşyaların saxlanılması ilə bağlı müqaviləyə əsasən hər ay 190 manat məbləğində icarə haqqı ödəyir. Məhkəmə hesab edir ki, qeyd ounan xərclər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan real zərər, yəni, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərc kimi qiymətləndirilməli və qarşılıqlı iddia həmin hissələrdə təmin olunmalıdır. İddianın 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin tutulması hissəsini Cavabdeh müqavilənin 7.4-cü bəndi ilə əsaslandırmış, qeyri – yaşayış sahəsinin 1 ay 15 gün ərzində İddiaçı MMC tərəfindən təhvil verilməməsinə istinad etmişdir. Müqavilənin 7.4-cü bəndində qeyd olunmuşdur ki, “İcarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir.” Həmin bəndin məzmunundan görünür ki, təzminatın ödənilmə şərti kimi icarəçinin sahəni təhvil verməkdən imtina etməsi nəzərdə tutulmuşdur, yəni, bu şərtin mövcud olması üçün sahə müqaviləyə xitam verildiyi vaxtdan İddiaçı MMC-nin ixtiyarında olmalı idi. Lakin işin mübahisəsiz halıdır ki, əşyalar saxlanılsa da, 16 mart 2021-ci il tarixdən İddiaçı MMC-nin həmin qeyri – yaşayış sahəsinə daxil olmaq imkanı olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz. Qarşılıqlı iddianın qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması hissəsi ilə bağlı Cavabdeh müqavilənin 3.3-cü bəndinə istinad etmişdir. Qarşılıqlı iddianın bu hissəsinə qiymət verilməsi üçün məhkəmə hesab edir ki, müqavilənin 2.2.10, 3.1 və 3.3-cü bəndlərinin məzmununa diqqət yetirilməlidir. Müqavilənin 2.2.10-cu bəndinə əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni saz vəziyyətdə, qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsi kimi qeyd olunmuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən sahə tərəflər arasında bağlanmış təhvil – təslim aktı əsasında icarəyə verən tərəfindən icarəçiyə təhvil verməklə, icarəçi isə həmin sahəni təhvil almaqla həyata keçirilir. Həmin təhvil – təslim aktı və eyni zamanda təhvil zamanı çəkilən fotoşəkillər bu müqavilənin ayrılmaz hissəsi hesab olunur. Müqavilənin 3.3-ci bəndinə əsasən həmin müqavilənin 2.2.10-cu bəndinə riayət etmək məqsədilə müqavilənin 3.1-ci bəndində qeyd olunan təhvil – təslim aktına və əlavə olunan fotoşəkillər əsasında sahə icarəçi tərəfindən icarəyə verənə təhvil verilir. Qeyd olunan bəndlərin məzmunundan da görünür ki, sahənin əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsidir. Qarşılıqlı iddianın bu hissəsi ilə bağlı cavabdehin münasibəti bundan ibarət olumşdur ki, müqavilənin qeyd olunan bəndi bütünlükdə sahənin qəbul olunduğu qaydada təhvil verilməsini özündə ehtiva etdiyi üçün, nəinki fasad, ofisdaxili sahə də daxil olmaqla bütövlükdə sahənin qəbul edildiyi qaydada təhvil verilməsi üzrə məhkəmə tərəfindən qərar çıxarılmasına ehtiyac vardır. Lakin ilkin iddia ərizəsində belə bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq barədə icarəçi tərəfindən öhdəlik götürüldüyündən qarşılıqlı iddia bu hissədə də təmin olunmalıdır. Qarşılıqlı iddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı MMC-yə aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və müqaviləyə xitam verilməsinin etibarsız hesab olunması barədə ilkin iddiası rədd edilsin. Cavabdeh İddiaçınə qarşı icarə haqqının, cərimənin, təzminatın və digər xərclərin ödənilməsi, əşya və avadanlıqların aparılması, qeyri – yaşayış sahəsinin fasad hissəsinin əvvəlki vəziyyətə uyğun bərpa edilməsi barədə qarşılıqlı iddiası qismən təmin edilsin. 7500 manat məbləğində icarə haqqı, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 8000 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh ödənilsin. 800 manat məbləğində daşınma xərci və İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbardan əşyalar götürülən günədək 04 may 2021-ci il tarixdən hesablanmaqla hər ay 190 manat icarə haqqı İddiaçındən tutularaq Cavabdeh ödənilsin. ünvan 2 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların İddiaçı öz hesabına aparılması və ünvan 7 ünvanında yerləşən qeyri - yaşayış sahəsinin fasad hissəsini monitor götürüləndən sonra əvvəlki vəziyyətə uyğun bərpa edilməsi öhdəliyi İddiaçı üzərinə qoyulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 5 manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2089/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2089/2021
15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver