Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-221/2023 13.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, AX 230/1021 saylı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 11.846,15 manat vəsait tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehlə aralarında bağlanmış sazişini məhkəməyə təqdim etməklə barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı da məhkəməyə ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirmiş və məhkəmə iclasını onların iştirakı olmadan keçirib, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış 09 dekabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1 .Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Sazişin predmeti 2.1. Tərəflər sözügedən kommersiya işlə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2. Bu sazişə uyğun olaraq Birinci tərəf İddiaçı İkinci tərəf "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3. "xxxx" ASC İddiaçı qızma xx.xx.2021-ci il tarixli AX 230/1021 saylı icra müqaviləsi üzrə 11846,15 (on bir min səkkiz yüz qırx altı manat on beş qəpik) manatı hər ay 3948,71 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 30-na qədər aparılacaqdır. 2.4. Hər iki tərəf kommersiya işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq.
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasım təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.
4. Digər müddəalar 4.1. Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2021-ci il tarixli, AX 230/1021 saylı icarə müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 09 dekabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin. 1 .Preambula İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Sazişin predmeti 2.1. Tərəflər sözü gedən kommersiya işlə əlaqədar mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 2.2. Bu sazişə uyğun olaraq Birinci tərəf İddiaçı İkinci tərəf "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddia tələbindən imtina edir. 2.3. "xxxx" ASC İddiaçı qızma xx.xx.2021-ci il tarixli AX 230/1021 saylı icra müqaviləsi üzrə 11846.15 (on bir min səkkiz yüz qırx altı manat on beş qəpik) manatı hər ay 3948,71 manat olmaqla hiss-hissə ödəməyi öhdəsinə götürür. Ödənişlər hər ayın 30-na qədər aparılacaqdır. 2.4. Hər iki tərəf kommersiya işin icraatına xitam verilməsi və barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalayaraq
3. Öhdəliklərin icrası 3.1. Bu sazişin müddəalarının pozulmasına görə mübahisə yaranarsa, barışıq sazişinin icrasım təmin etmək üçün məhkəmə icra vərəqəsi verməklə icra tədbirləri görülməsi üçün icra şöbəsinə göndəriləcəkdir.
4. Digər müddəalar 4.1. Bu saziş, tərəflər onu imzaladığı gündən qüvvəyə minir. 4.2. Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və məhkəmədə saxlanılır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Əliyeva