Məhkəmə qərarları › İş №e-2-2(113)-2336/2020

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2336/2020

07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2336/2020 07.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədirliyi ilə, X2 Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 100631.49 manat maddi ziyan, 5031,57 əldən çıxmış mənfəət olmaqla ümumilikdə 105663,06 manat pulun tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehdən iddiaçının xeyrinə 100631.49 manat maddi ziyan, 5031,57 əldən çıxmış mənfəət olmaqla ümumilikdə 105663,06 manat pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili vəsatətlə məhkəməyə müraciət edərək, e-2- 2(113)-2336/2020 saylı kommersiya işi ilə məhkəmənin icraatında olan e-2-2(113)- 1869/2020 saylı kommersiya işinin birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı MMC “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-yə qarşı anbarda olan malların məhvi ilə əlaqədar “dəymiş ziyanın tələbinə dair” iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" ASC İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Elektron məhkəmə sistemində qarşılıqlı iddia ərizəsinin verilməsi qeyri-mümkün olduğundan iddia ərizələri ümumi qaydada verilmişdir. Lakin sözügedən tələblərin birbirinə yönəlməsi, eyni müqavilə və eyni hüquqi hadisə ilə əlaqədar olması, kommersiya işlərin birlikdə baxılacağı təqdirdə işlərin tez və obyektiv baxılmasına kömək edəcəyi, ayrıayrılıqda baxılacağı təqdirdə çıxarılan qətnamələrin icrasına çətinləşdirməsi səbəbi ilə e-2- 2(l13)-2336/2020 saylı kommersiya işi ilə məhkəmənin icraatında olan e-2-2(113)- 1869/2020 saylı kommersiya işinin birləşdirilməsi zəruridir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətə uyğun izahat verərək, vəsasətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 vəsatətə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı və "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizələrinə dair kommersiya işləri bir icraatda birləşdirilmələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasənhakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə icraatında iddiaçı "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsibarədə iddia ərizəsinə dair e-2-2(113)-1869/2020 saylı kommersiya işi vardır və həmin iş ilkin olaraq məhkəmənin icraatına qəbul edilmişdir. İşlərin hər ikisində tərəflər eynidir, hər iki iş üzrə mübahəsinin predmetini pul tələbi təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, mübahisə predmeti eyni olan hər iki kommersiya işi üzrə bir-birinə zidd olan məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması və obyektiv araşdırılması üçün birgə baxılması məqsədilə İddiaçı və "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizələrinə dair kommersiya işlərin bir icraatda birləşdirilmələri məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 169, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdehdən iddiaçının xeyrinə 100631.49 manat maddi ziyan, 5031,57 əldən çıxmış mənfəət olmaqla ümumilikdə 105663,06 manat pulun tutulması barədə kommersiya işi, iddiaçı "Nadir Quliyev adına Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçınə qarşı dəymiş ziyanın ödənilməsi barədə iddia ərizəsinə dair e-2-2(113)-1869/2020 saylı kommersiya işinə birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar