Məhkəmə qərarları › İş №e-2-2(113)-2456/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2456/2025

15.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2456/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəməsinin binasında, nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Novruz oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Əzizə» Şadlıq Sarayında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək baş tutmuş toy və nişan şənliklərinə görə ümumlikdə əldə edilmiş 48.900 manat qazancın, eləcə də cavabdehlə onun paylı mülkiyyətində olan əmlak kompleksində yerləşən bilyard zalının icarəsindən 2024-cü ilin iyul ayından 2025-ci ilin fevral ayınadək əldə edilmiş 3.500 manat məbləğin, cəmi əldə edilmiş 52.400 manat məbləğin ¾ hissəsinin, yəni 39.300 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 aprel 2025-ci il tarixdə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, «Əzizə» Şadlıq Sarayında xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək keçirilmiş toy və nişan şənliklərinə görə cəmi əldə edilmiş 55.800 manat qazancın və əmlak kompleksində yerləşən bilyard zalının icarəsindən 2024-cü ilin iyul ayından 2025-ci ilin aprel ayınadək (cari ilin mart ayı daxil olmaqla) 9 ay müddətində əldə edilmiş cəmi 4.500 manat məbləğin, ümumilikdə əldə edilmiş 60.300 manat məbləğin ½ hissəsinin, yəni 30.150 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Həmin tarixdə cavabdehin nümayəndəsi və vəkili ərizə təqdim edərək iddia ərizəsinin geri götürülməsinə və işin baxılmamış saxlanmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi hazırlıq iclasında geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 210 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən **********67 nömrəli qəbz üzrə ödənilmiş 210 manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar