Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2485/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə (üçüncü şəxs Maraqlı şəxs Nurpaşa qızı) qarşı ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(001)- 129/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı Maraqlı şəxs məxsus olan “Dodge Durango” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərracda satılması məqsədi ilə avtomobilin real vəziyyətinə uyğun olaraq likvid qiymətinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Qanunun 51.1-ci maddən əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Məhkəmə hesab edir ki, hazırki tələbə məhkəmədə baxıla bilməz. Belə ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli, 2(001)-129/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinin icrası ilə bağlı Maraqlı şəxs məxsus olan “Dodge Durango” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin icra qurumu vasitəsi ilə hərracda satılması nəzərdə tutulduğuna görə həmin əmlakın qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurunun dəvət edilmiş qiymətləndirici tərəfindən həyata keçirilir. Göründüyü kimi hazırki tələbinin məhkəmədən kənar həll edilməsinin qaydası qanunvericilikdə müəyyən edildiyindən Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Respublika Xammal və Əmtəə Birjası “xxxx” MMC və Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə (üçüncü şəxs Maraqlı şəxs Nurpaşa qızı) qarşı ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 04.05.2021-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2485/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2485/2021
08.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver