Məhkəmə qərarları › İş №e-2-2(113)-2500/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2500/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2500/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionunun cavabdeh X2 qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionu cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun razılığı ilə X3 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98 A ünvanında yerləşən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun balansında olan 253,6 kv.metr (158,6 kv.m – 1 mərtəbəli tikililər, 98.0 kv.m – mansard) qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixli, 2153 nömrəli icarə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionuna təhvil verilməsi, cavabdehdən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il dövr üzrə ödənilməli olan 50231,19 (əlli min iki yüz otuz bir manat on doqquz qəpik) manat məbləğində vəsait və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumunun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Tofiq Bəhramov adına Respublika Stadionunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, müəyyən olunur ki, cavabdeh X1 qeydiyyat ünvanı “ünvan 2lər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-2-ci maddəsinə və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarına əsasən Goranboy rayonu Gəncə Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Eləcə də, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: İddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionunun cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbz üzrə ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu iddiaçı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tofiq Bəhramov adına Respublika Stadionuna geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar