Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3270/2021 22.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi və İddiaçı nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sənədlərin və digər tələblərinə dair işə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda 0,7 hatorpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəməli, 1 girişli olan 2 (iki) binanın ”Nizami-11” MMMC-nin ümumi mülkiyyətinə verilməsinə dair ”Nizami-11” MMMC ilə “Təhvil-Təslim Aktı” tərtib edib binaları ”Nizami-11” MMMC-nə təhvil verməsi vəzifəsini Cavabdeh MTK-nın üzərinə qoyulması və aşağıda göstərilən sənədlərin - tikinti aparılması üçün Bakı şəhər İH Başçısının Bakı şəhəri, Naxçıvanski küçəsi, 2566-67-ci məhəllədə 0,7 ha torpaq sahəsinin icarə əsasında yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün Cavabdeh MMC-nin istifadəsinə verilməsinə dair Sərəncamın və həmin Sərəncamin əsasında “İstifadəyə verilən torpaq sahəsinin 06/36, nömrəli (iş Nö 06/1-23) Ayrıc Aktının; - ünvan 1 ünvanda 0,7 ha torpaq sahəsində inşa edilmiş 13 mərtəbəli, 4 girişli və 16 mərtəməli, 1 girişli olan 2 (iki) binanın Tikintisinin “İşçi layihələrinin (İnşaat Pasportubinaların tikintisinə dair layihələr, binaların daxili və binaxarici kommunikasiya xəttlərinin layihələri, trasformatordan binaların hər bir girişinin son mərtəbəsinə kimi çəkilmiş elektrik xəttlərinin, binaların su anbarlarına və su anbarlarından bütün girişlərə çəkilmiş su xəttlərinin, binaların girişlərindəki kanalizasiya xəttlərinin şəhər kanalizasiya sisteminə qoşulduğu yerə qədər məsafənin, hər bir girişdə quraşdırılmış yanğından mühafizə su xəttlərinin haradan çəkilməsi və bu xəttlərlə verilən suyun təzyiqinin gücləndirilməsinə dair motorların harada quraşdırılmasına dair, binaların rabitə xəttlərinin layihələri); - Bütün girişlərdə quraşdırılmış sərnişin və yük liftlərinin Texniki Pasportları və liftlərə texniki baxış kitablarının; - hər 2 binanın dövlət qəbuluna dair “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsu haqda dövlət qəbul komissiyasının AKT-nın surətinin və hər iki binada yerləşən bütün daşınmaz əmlakların (yaşayış və qeyri-yaşayış sahələrinin) kimlərə satılması barədə də rəsmi siyahının (həmin alqı-satqını təsdiq edən Müqavilələrin surəti ilə birlikdə)"xxxx" MTK-ndan alınaraq ”Nizami-11” MMMC-nə verilməsi: iddia verilməsi üçün ödənilmiş 30 manat rüsumun və hüquqi yardım üçün vəkilə ödənilmiş 250 (iki yüzəlli) manatın cavabdeh "xxxx" MTK-dan alınıb İddiaçı MMMC-nə verilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı sənədlərin və digər tələblərinə dair iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Ədliyyə Nazirliyi X1 Reyestrindən 11.08.2020-ci il tarixli 05/2432-14 nömrəli Çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. Göründüyü kimi İddiaçı qeyri-kommersiya hüquqi şəxsidir və onun fəaliyyəti yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək və bundan irəli gələn digər məsələləri həll etməkdən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Həmin Məcəllənin 43.6-cı maddəsində isə təsbit olunmuşdur ki, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan göründüyü kimi qeyri-kommersiya hüquqi şəxsləri də sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər, lakin bu o halda mümkün olur ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Lakin hazırki işdə İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olmur və hazırki mübahisənin predmeti də onun kommersiya fəaliyyətindən irəli gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 22-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Həmin Qərarın 25-ci bəndinə görə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisənin tərəfləri hüquqi şəxslər olsa da, hüquq münasibətlərinin xarakteri iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyinə görə hazırki işə ümumi məhkəmədə baxılmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı sənədlərin və digər tələblərinə dair iş baxılması üçün cavabdehin hüquqi ünvanı (ünvan 2i Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264-cü maddələrinə əsasən, QƏRARA A L D İ: İddiaçı Cavabdehnə qarşı sənədlərin və digər tələblərinə dair iş məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra, 10 gün müddətinə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3270/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3270/2021
22.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver