Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3491/2024 16.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2020-ci il tarixli 163 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, ünvan 1 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0.72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Məqam” Mənzil Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı Mənzi Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 73A ünvanda yerləşən ümumi sahəsi 75.0 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
3. “Azərmemarlayihə” Dövlət Baş Layihə institutunun Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39, 41 və 43, Ə.Ağaoğlu küçəsi 4 və 6, Qarabağ küçəsi 38 ünvanında tikintisi nəzərədə tutulan yaşayış binalarının 9597 saylı sifariş əsasında tərtib etdiyi şəhərsalma əsaslandırmasından görünür ki, sözügedən ünvanda yerləşən yaşayış binalarının şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılmış (xx.xx.2020-ci il tarix və 02/5022 nömrə ilə) və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmişdir.
4. Bakı şəhəri, ünvan 3 ünvanlarında layihələndirilən çoxmərtəbəli yaşayış binası və qeyri-yaşayış binasının layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayışda binanın döngə nöqtələrinin yerləşmə sxemi və koordinatları göstərilmişdir. Arayış sifarişçi, layihəçi və podratçının imza və möhürləri ilə təsdiq edilmişdir.
5. Fotoşəkillərdə, istifadədə olan çoxmərtəbəli binanı, qeyri-yaşayış sahəsinin görüntüləri əks olunmuşdur.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. İddiaçı MTK Cavabdeh qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MTK-nın qanuni sahibliyində olan ünvan 4 ünvanında yerləşən 0,72 ha torpaq sahəsində mövcud söküləcək köhnə tikililərdən Cavabdeh məxsus (Xətai prospekti 43) 75 kv.m qeyri-yaşayış sahəsinə 20 % sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədən, sahəsi 90 kv.m olan, 18 x 5 metr və hündürlüyü 4 metr olan qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, köhnə tikilinin sökülüb, ərazinin təmizlənməsinin İddiaçı MTK-ya həvalə edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 43 ünvanında yerləşən 75 kv.m qeyri-yaşayış sahəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İHB-nın xx.xx.2000-ci il tarixli 163 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39, 41 və 43, Ə.Ağaoğlu küçəsi 4 və 6, Qarabağ küçəsi 38 ünvanında yerləşən 0,72 ha. torpaq sahəsində bina kompleksinin inşası üçün İddiaçı MTK-nın istifadəsinə verilmişdir. Həmin sahədə, təsdiqlənmiş layihəyə uyğun MTK tərəfindən yaşayış binası tikintisi başa çatdırılmışdır. Qeyd olunan ünvanları əhatə edən ərazidə köhnə tikililərdə yaşayan sakinlər tam şəkildə köçürülmüş, köhnə tikililər sökülmüş, qazma işləri, tikinti işləri çoxdan başa çatmış, və bina kompleksinin təhvil verilməsi üçün hazırda bina kompleksində tamamlama işləri aparılır. İşlərin tamamlanması ilə binaya köçməyini gözləyən yüzlərlə sakin vardır. Cavabdeh - Cavabdeh adı çəkilən binanın tikildiyi ərazidə Xətai prospekti 73A ünvanında (MTK-ya tikinti üçün ayrılmış ərazinin qırağına) 75 kv.m. (hündürlüyü 4 m.) qeyri-yaşayış sahəsindən ibarət köhnə tikilisi vardır. Həmin tikilinin əvəzi verilməklə sökülməsinə razılıqla bağlı hər dəfə müxtəlif və ağlabatan olmayan tələblərlə çıxış etdiyindən, tikilisinə dəyilməmişdir. O, da tikilisi ilə bağlı irəli sürdüyü, məntiqə uyğun olmayan tələblərin yerinə yetirməsinə MTK-nın məcbur etmək üçün hər cür özbaşnalığa əl atdığından, tərəflər arsında mübahisələr yaranmışdır. Bu mübahisələrə ayrı-ayrı idarələrdə və məhkəmələrdə baxılmışdır. Hər dəfə də iddiaçı qanuni əsaslarla ona ayrılmış ərazidə işlərin aparıldığı təsdiqlənmişdir. Şəhərin görkəminə xələl gətirən köhnə tikililərin sökülməsi yerində müasir binaların inşa edilməsi üçün müəyyən edilmiş ümumi qaydaya uyğun olaraq, ərazidə əmlakı olan hər bir mülkiyyətçiyə (əmlak sahibliyində və istifadəsində olanlara) mövcud köhnə tikilinin sahəsinin 20% miqdarında sahə əlavə edilməklə, yeni tikili sahəsinin verilməsi ilə bütün sakinlər köçürülmüşdür. Bu ərazidə əmlakı olan, köçürülməmiş yeqanə sakin Cavabdeh qalmışdır. Ona aid əmlak sökülməyincə layihənin tamamlanıb, bina kompleksinin istismara təhvil verilməsi mümkün deyildir. Cavabdehin qəsdli hərəkətlərininin nəticəsində binada mənzil verilmiş sakinlərin yeni mənzillərə köçürülməsinə imkan vermir. Cavabdeh aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadədə davam etməkdədir. Əslində hazırkı vəziyyətdə cavabdehin mülkiyyət hüququna heç bir xələl gətirilmir. Tam əksinə ona məxsus köhnə tikilinin əvəzində ona sahəsi və həcmi 20% çox olan yeni müasir tipli qeyri-yaşayış obyekti verilir. Burada dəyişən yalnız ondan ibarət olur ki, cavabdehə məxsus köhnə tikili şəhərin görkəminə xələl gətirən formadadır. Yeni tikili isə müasir standartlara cavab verən və görkəmi şəhər tikililərinə uyğun zövqdədir. Məsələnin cavabdehlə məhkəmədən kənar həll edilməsi mümkün olmadığından, iddiaçı hüquqlarının (o cümlədən yeni mənzillər əldə etmiş yüzlərlə sakinlərin hüquqlarını) müdafiəsi üçün məhkəmə müraciət etmək məcburiyyəti yaranmışdır. Sökülməli olan köhnə tikiliyə qeyri-yaşayış sahəsinə mövcud mülkiyyət hüququndan sui-istifadə edən cavabdeh, həmin tikilinin yerləşdiyi ümumi torpaq sahəsində layıhələndirilən yeni bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə imkan vermədiyindən, yeni tikilidən cavabdehə qeyri-yaşayış sahəsi verilməklə, köhnə tikilisi boşaldılıb, sökülməli, ərazi təmizlənib, tikinti altına verilməli, layihənin tamamlanmasına maneçilik törədilməməsi məqsədilə cavabdeh ərazidən çıxarılmalıdır.
8. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə istinad etmişdir.
9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi üzrə e-2(005)-1658/2024 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri 10.Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, iddianın rədd olunmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin mülkiyyətində olan qeyri-yaşayış obyektinin yerləşdiyi torpaq sahəsi İddiaçı MTK-ya Bakı şəhər İH nin sərəncami ilə ayrılan 0.72 ha torpaq sahəsi ilə üst üstə düşmür. İddia ərizəsində qeyd edilir ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi köhnə tikilidir və bu əsasa görə ona iddiaçı tərəfindən həmin ərazidə tikililərin yeni binadan 20% əlavə ilə 90 kv.m qeyri yaşayış sahəsi təklif olunur. Torpaq sahələri üst-üstə düşmüş olarsa belə iddiaçi Bakı şəhər İH nin sərəncamının şərtlərini kobud şəkildə pozmuş olur. Belə ki, iddiaçıya Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli, 163 nömrəli sərəncamı ilə Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən 0,72 ha torpaq sahəsinin bina kompleksinin inşası üçün İddiaçı MTK-ya icarə əsasında torpaq sahəsi ayrılmış, lakin iddiaçı torpaq sahəsinin ayrıc aktını məhkəməyə təqdim etməmişdir. Həmçinin Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamının 1-ci bəndində göstərilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 39, 41 və 43, Ə.Ağaoğlu küçəsi 4 və 6, Qarabağ küçəsi 38 ünvanlarında yerquruluşu planında göstərilən koordinatorlar daxilində yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış, daşınmaz əmlakların istifadəçiləri(mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında İddiaçı MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında verilsin. Həmin sərəncamın 3-cü bəndində isə qeyd olunur ki, yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməməsi, bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə tutulmuş qaydada baxılacaqdır. Beləliklə Bakı şəhər İH-nin xx.xx.2020-ci il tarixli 163 nömrəli sərəncamının 1-ci bəndinin tələbi İddiaçı MTK tərəfindən kobud şəkildə pozulmuşdur. Cavabdehin mülkiyyətində olan qeyri yaşayış obyekti Xətai prospektinə olan görünüş hissəsi 7 metrəyə yaxındır. İddiada isə Xətai prospektinə 5 metrə görünüş hissə təklif olunur. Cavabdehə məxsus obyektin yanı, üstü və arxası açıqdır. Ən əsası isə odur ki, obyekt yer səthinə bərabərdir. İddiaçı MTK-nın cavabdehə təklif etdiyi İ-ci mərtəbə yer səthindən 2 metrəyə yaxın hündürlükdə yerləşir. Təklif edilən obyektin qarşısı metal konstruksiya ilə çəpərlənmişdir.Xüsusi yerlərdə quraşdırılmış ensiz pillələrlə qalxıb, meydançaya daxil olmaqla və müəyyən məsafə qətt etməklə obyektdə daxil olmaq mümkündür. İddiaçi ərizəsində ğöstərir ki, cavabdeh qəsdli hərəkətlərinin nəticəsində binada mənzil verilmiş sakinlərin yeni mənzillərə köçürülməsinə imkan vermir. Cavabdeh aşkar şəkildə mülkiyyət hüququndan sui-istifadədə davam etməkdədir. Bina kompleksində tamamlanma işləri aparılır, işlərin tamamlanması ilə binaya köçməyini gözləyən yüzlərlə sakin vardır. İddiaçının bu əsası da həqiqətə uyğun deyil. İddia ərizəsində göstərilən yaşayış kompleksi Ə.Ağaoğlu küçəsi ilə Qarabağ küçəsi 38 ünvanında inşa edilmişdir. Bina tam hazırdır. Binada mənzillərini təmir edən yüzlərlə sakinlər l(bir) ilə yaxındır ki, mənzillərində yaşayırlar. Axşam və gündüz saatlarında çəkilmiş fotoşəkillər sakinlərin yaşadıqlarını təsdiq edir. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi Xətai prospekti 73A ünvanında yerləşir və yaşayış binasına heç bir aidiyyəti yoxdur. İddiaçı ərizəsində göstərir ki, cavabdehin mülkiyyətində 75 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət köhnə tikilisi vardır. Həmin tikilinin əvəzini verilməklə sökülməsinə razılıqla bağlı hər dəfə müxtəlif ağlabatan olmayan tələblərlə çıxış etdiyindən tikintisinə dəyilməmişdir. O da tikilisi ilə bağlı irəli sürdüyü, məntiqə uyğun olmayan tələblərin yerinə yetirilməsinə MTK-nı məcbur etmək üçün hər cür özbaşınalığa əl atdığından tərəflər arasında mübahisələr yaranmışdır. İddiaçının bu əsası da həqiqətə uyğun deyil. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi köhnə tikili deyildir. Cavabdeh tərəfindən 3 sakindən evlər alınıb, tam sökülüb və layihə əsasında 92,83 kv.m torpaq sahəsi üzərində qeyri-yaşayış obyekti tikilmişdir. Tavanı metal-beton konstruksiya ilə bağlanmışdır. “ İddiaçı MTK-nın əməkdaşları cavabdehə məxsus obyektin, arxa qapısını sındıraraq və giriş-çıxışı ləğv etmək üçün daşla hörmüş, pəncərənin şüşəsini sındırmış, binanın yan tərəfdən divarı qəzalı vəziyyətə salınmış, obyektin arxa künc hissəsində binanın bünövrəsini qəzalı vəziyyətə salmışlar. Kommunikasiya xətləri - işıq, su, kanalizasiya xətləri işləmir. Yanvar 2023-cü ildən bu günə kimi obyekt fəaliyyət göstərmir. İddiaçı MTK-nın bu cür qanunsuz hərəkətləri kiçik sahibkar kimi fəaliyyətlərini dayandırmağa və obyektdə çalışan insanların işsiz qalmasına səbəb olmuşdur. İddiaçı MTK-nın rəhbərliyi hər cür özbaşınalığa əl ataraq cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa imkan verməmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 36 nömrəli sərəncamında Xətai prospekti “AYF Palace” hotel ilə “Çanaqqala" inşaat materialları mağazası arasında dərinliyi 20 metrə və uzunluğu 49,1 metrə olan 1 (bir) mərtəbəli qeyri-yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Bu layihənin təsnifat hissəsinin 3-cü sıra nömrəsində (3D) qeyd edilmişdir, İddiaçı MTK isə həmin ərazidə 3 mərtəbəli: -1 (mənfi bir) yarı zirzəmi, 1 (bir) və 2 (iki), ümumilikdə 3 (üç) mərtəbəli qeyriyaşayış obyektləri inşa etmişdir (tikilən 3 mərtəbəli obyektin şəkilləri). Sual çıxır “Məqam" MTK özü Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 36 nömrəli sərəncamının tələblərini kobud şəkildə pozmurmu? İnşa edilən 3 mərtəbəli qeyri-yaşayış binasında 1-ci mərtəbəni təyin etmək mümkün deyildir. Aidiyyəti qurumlara ünvanlanmış şikayətlərinə baxılarkən İddiaçı MTK-nın layihədən kənar tikinti işlərinin aparılması aşkar edilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin 3- 35-1/2-İ-2xx-xx-1064/2024 nömrəli 07 iyun 2024-cü il tarixli cavab məktubunda qanunsuz tikinti işlərinin aparıldığı aşkar olunduğu üçün İddiaçı MTK-nın rəhbərliyinin xəbərdar edildiyi, inzibati xəta haqqında cərimə protokolu tətbiq olunduğu, əraziyə nəzarət etmək üçün qərarın surəti Nərimanov rayon İH-nə və Nərimanov rayon Polis idarəsinə göndərildiyi qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyinin 3-1832/2-j-3421 -42/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda “Məqam" MTK tərəfindən Azərbaycan Respublikasının “Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla tikinti quraşdırma işlərinin dayandırılması barədə Qərar verilmiş və inzibati xəta haqqında cərimə protokolu tətbiq edilmiş, qəbul edilmiş qərar icra üçün sifarişçiyə göndərilmiş, surəti isə tikinti ərazisinə nəzarət etmək üçün Nərimanov rayon polis idarəsinə göndərilmişdir. Həmin qurumun digər 3-18-2/2-j-619/2-42/2023 nömrəli 1 1.05.2023-cü il tarixli cavab məktubunda da Tikinti Məcəlləsinin tələbləri pozulmaqla söküntü və tiknti işləri aparıldığı üçün “Məqam" MTK-ya tikinti işlərinin dayandırılması barədə 02 may 2023-cü il tarixli 0342 nömrəli Qərar verilmişdir. Bundan başqa Nərimanov MKTB-nin 3/201 nömrəli xx.xx.2023cü il tarixli cavab məktubunda İddiaçı MTK-nın qanunsuz hərəkətləri onun rəhbərliyinin nəzərinə çatdırıldığı və təkrarlaıımamasının təmin edilməsi onlardan tələb edilmişdir. Cavabdeh tərəfindən "xxxx" MMC-yə Nərimanov rayonu, Xətai rayonu 73A ünvanında yerləşən qeyri yaşayış sahəsinin müqayisəli təhlili və təyinatına görə fərqini müəyyən edilməsi ilə bağlı müraciət olunmuşdur. Müraciətdə yer səthinə bərabər olan obyektlə yer səthindən təxminən 2 metrə hündürlükdə olan obyektlərin və həmçinin Xətai prospektinə görünüş hissəsinin eni 6,8 metr olan obyektlə görünüş hissəsinin eni 5,0 metr olan obyektlərin fərqləri və qeyd edilən bu xüsusiyyətlərin bazar dəyərinə təsir etməsi, əgər təsir edirsə mənfi və ya müsbət xüsusiyyətləri əsaslandırılsın. Qeyd olunan ərazidə "xxxx" MMC-nin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və müəyyən edilmişdir ki, qeyd olunan ünvan əsasən inşaat materialları satışı istiqamətində ixtisaslaşdırılmışdır. Bu təyinatla qeyri-yaşayış sahəsinin yer səthindən 2 metrə hündürlükdə yerləşməsi həmin səviyyəyə qalxıb-düşmək məqsədilə quraşdırılan ensiz pillələr və pilləkənin alt hissəsinin boşluq sahə olması obyektin funksionallığına və bazar dəyərinə mənfi təsirsiz ötüşmədiyini, alternativ istifadə imkanlarının məhdudlaşdırdığını, ümumi obyektin və onun daxili sahəsinin yer səthi ilə eyni müstəvidə vizual görüntüsünü, ticarətin aktivliyinin azaldığını, obyektin icarəyə verilmə və satış imkanlarının likvidliyini aşağı salındığı bildirilir. Mövcud obyektin yan, arxa və üst hissəsi açıq olması, torpaq sahəsinin üzərində olması və heç bir tikinti sahəsinə birləşməmişdir. Obyektin sonrakı vəziyyətində yanı və arxa hissəsi hər hansı tikinti sahəsinə birləşdirildikdə və ya alt üst mərtəbə əlavə edildikdə, əvvəlki mövcud vəziyyətlə sonrakı vəziyyət arasında kəskin fərq yarandığı və bu fərq obyektin bazar və icarə dəyərinə mənfi təsir göstərildiyi bildirilir. Eyni zamanda Xətai prospektinə olan görünüş hissəsində 6,8 metr olan obyektlə görünüş hissəsinin 5 metr olan obyektlərin satış və icarə qiymətlərində də mənfiyə doğru kəskin fərqin mövcudluğu qeyd olunur. Belə ki, obyektin görünüş hissəsinin ensizləşməsi onun istismarında məhdudiyyətlər yaradır, giriş-çıxışın intensivliyinə mənfi təsir göstərir. Obyektlərin bu xüsusiyyətləri onların bazar və icarə dəyərləri arasında mənfiyə doğru kəskin fərqin yaratdığını likvidliyini aşağı salındığını və eksporisiya (realizasiya müddətlərinin uzadıldığı bildirilir). Beləliklə, cavabdeh tərəfindən İddiaçı MTK-nın mülkiyyət hüquqlarını pozmur, heç bir tikinti sahəsinə maneçilik törətmir. Əksinə olaraq mənim mülkiyyət hüququ İddiaçı MTK tərəfindən kobud şəkildə pozularaq obyekt qəzalı vəziyyətə salınmış və sahibkarlıq fəaliyyəti dayandırılmışdır. Bundan başqa cavabdehə məxsus qeyri-yaşayış sahəsi yeni tikilidir və İddiaçı MTK-nın inşa etdiyi yaşayış kompleksindən 150 metrə aralıdadır. İnşa edilmiş yaşayış kompleksində yüzlərlə sakinlər 1 ilə yaxındır ki, binaya köçmüşlər.
b) İşdə iştirak edən şəxslər və onların izahatları
12. Məhkəmə iclasında cavabdeh iddia tələbi barədə izahatda (etirazda) göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, baxış iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermişdir.
14. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
15. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
16. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
17. AR Mülki Məcəlləsinin:
18. -Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. -İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Mülki Məcəllənin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -152.6-ci maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. - 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: 203.3.1. öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; 203.3.2. qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 203.3.3. sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 203.3.4. təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; 203.3.5. rekvizisiya; 203.3.6. müsadirə. AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına əsasən mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır
20. “Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərarına əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
21. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 73 a ünvanında yerləşən 75 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
23. Digər tərəfdən məhkəmə araşdırması zamanı o da müəyyən edildi ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 163 saylı sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, ünvan 9 ünvanlarında, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 0,72 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin qarşılıqlı tələblərinə uyğun razılıq əsasında tənzimlənməsi şərti ilə yeni binaların tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir. Sözügedən ərazidə İddiaçı MTK tərəfindən çoxmərtəbəli yaşayış binası kompleksi inşa edilməkdədir.
24. Hazırda İddiaçı MTK ona tikinti üçün ayrılmış ərazidə yerləşən Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı cavabdehlə razılığa gələ bilmədiklərini, həmin qeyri-yaşayış sahəsinin sökülməməsinin bina kompleksinin tamamlanıb, sakinlərə təhvil verilməsinə mane olduğunu əsas göstərərək cavabdehə məxsus qeyri-yaşayış sahəsinə 20% sahə əlavə edilib yerində tikilən qeyri-yaşayış sahəsinin birinci mərtəbədə, həmin əmlakın yerləşdiyi hissədə qeyri-yaşayış sahəsi verilməklə əvəzləşdirilməsi, qeyriyaşayış sahəsindən cavabdehin çıxarılmasını tələb edir.
25. Məhkəmə ilk növbədə İddiaçı MTK-nın həmin iddianı qaldırmağa dair subyektiv hüququnun mövcud olub-olmaması məsələsinə münasibətdə qeyd edir ki, cavabdehin mülkiyyətində olan mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 163 saylı sərəncamı ilə bina tikintisi üçün iddiaçıya ayrılmış və hazırda həmin ərazidə iddiaçı tərəfindən yaşayış binası kompleksi inşa edilir. Odur ki, cavabdehin iddiaçı əvəzinə tikiləcək binada qeyri-yaşayış sahəsi verilməklə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsinə razılıq verməməsinin MTK-nın, o cümlədən bina kompleksinin tikintisinin başa çatmasını gözləyən MTK payçılarının qanunla qorunan hüquq və maraqlarına toxunması açıq-aşkardır. Odur ki, iddiaçı MTK-nın hazırkı iddianı qaldırmağa dair subyektiv hüququ vardır.
26. İddianın mahiyyətinə gəldikdə əsas iddia tələbi əvəzinə tikilməkdə olan binada yeni qeyri-yaşayış sahəsi verilməklə cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məcburi qaydada sökülməsindən, yəni faktiki olaraq cavabdehin həmin əmlak üzərində mülkiyyət hüququna kompensasiya ödənilməklə məcburi qaydada xitam verilməsindən ibarətdir.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, mülkiyyət hüququ insan hüquqları sahəsində AR Konstitusiyasında, eləcə də AR-in tərəfdar çıxdığı beynəlxalq sənədlərdə təsbit edilmiş toxunulmaz, pozulmaz və ayrılmaz insan hüquqlarından biri olmaqla həmin hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanuni məqsədlərə nail olmaq üçün yol verilir.
28. Hazırkı halda cavabdehin mülkiyyətində olan əmlakın məcburi qaydada sökülməsi, yəni fiziki olaraq məhv edilməsi şəxsin mülkiyyət hüququna qarşı yönəlmiş kifayət qədər invaziv müdaxilə olduğundan İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı protokolun 1-ci maddəsinin tələbləri baxımından “mülkiyyətdən məhrum etməyə” bərabər tutulur.
29. Bununla bağlı cavabdehə eyni ərazidə daha böyük sahəyə malik olan qeyriyaşayış sahəsinin veriləcəyi, belə olan halda sonuncunun mülkiyyət hüququnun pozulmayacağı barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, kompensasiya verilməsi cavabdehin mülkiyyətində olan əmlakın onun razılığı olmadan sökülməsi nəticəsində hazırda mülkiyyətində olan əmlakdan məhrum edilməsi faktını, yəni mülkiyyət hüququna müdaxilənin mövcudluğu faktını dəyişdirmir.
30. Mülkiyyətdən məhrum etmənin Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq olması üçün isə üç şərtə əməl olunmalıdır: o, milli orqanlar tərəfindən qanunsuz hərəkətləri istisna edən, “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməlidir; “ictimai marağa” uyğun olmalıdır və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında ədalətli tarazlığı müəyyən etməlidir.
31. Birinci şərtə, yəni mülkiyyət hüququna müdaxilənin qanuni olması barədə tələbə münasibətdə məhkəmə ilk növbədə qeyd edir ki, “müdaxilənin qanuni olması” təkcə daxili qanunvericiliyə riayət edilməsini tələb etmir, həm də qanunun keyfiyyətini nəzərdə tutur və sonuncunun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir (X2rşı, 49-cu bənd). Milli qanunvericilik aydın olmalı, öncəgörülənlik tələbinə cavab verməli və yetərincə əlçatan olmalıdır.
32. AR mülki qanunvericiliyində mülkiyyət hüququnun məcburi qaydada xitam verilməsinin əsasları Mülki Məcəllənin 203.3-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə əmlak yalnız aşağıdakı hallarda məcburi qaydada alına bilər: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Mülki Məcəllənin 207-ci maddəsinə əsasən isə torpaq sahəsinin alınması ilə əlaqədar orada olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi dedikdə torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüququna xitam verilmədən həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlətin bu əmlakı satınalma yolu ilə alması başa düşülür.
33. Hazırkı halda mübahisəli qeyri-yaşayış sahəsi dövlət ehtiyacı üçün dövlət tərəfindən alınmadığından həmin əmlakın məcburi alınmasının “sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi” kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Belə olan halda isə əmlakın məcburi qaydada alınması üçün Mülki Məcəllənin 203-cü maddəsində nəzərdə tutulmuş əsasların hər hansı birinin mövcud olmaması açıqaşkardır. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan sökülməsi üçün digər qanuni əsasın mövcudluğu da məhkəmə tərəfindən müəyyən edilmir.
34. Belə olan halda isə həmin müdaxilə ictimai maraqlara uyğun olması ehtimal edilsə belə İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə müvafiq hesab edilə bilməz.
35. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, yaşayış-binası kompleksinin layihəsinə uyğun olaraq cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin yerində çoxmərtəbəli yaşayış binasının deyil, bina kompleksinin tərkib hissəsi olan birmərtəbəli qeyri-yaşayış sahəsinin tikintisi nəzərdə tutulması işin mübahisəsiz halıdır. Digər tərəfdən mübahisəli qeyri-yaşayış sahəsinin qəzalı vəziyyətdə olması və insanların həyatı üçün hər hansı təhlükə törətməsi də iş materiallarına əsasən müəyyən edilmir.
36. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehin razılığı olmadan sökülməsi, eləcə də cavabdehin mülkiyyətində olan əmlakdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından iddia rədd edilməlidir.
37. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı MTK-nın Cavabdeh qarşı əmlakın sökülməsi, əvəzləşdirilməsi və cavabdehin qeyri-yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva