Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-374/2020 02.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və Bakı şəhər Sabunçu rayon İcra və probasiya şöbəsinə) qarşı hərracların etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X9 Edilməsi Agentliyi” MMC cavabdeh “xxxx” MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və Bakı şəhər Sabunçu rayon İcra və probasiya şöbəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail rayon Məhkəməsinin 2(009)- 342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “xxxx” MMC tərəfindən borclu X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018ci il tarixlərdə keçirilmiş hərracların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı2 QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı2 QSC-yə keçmişdir. İddiaçı2 QSC ilə “X9 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı2 QSC-yə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X9 Edilməsi Agentliyi” MMC həyata keçirir. “xxxx” ASC-nin cavabdeh X8 və X2 qarşı ipotekaya qoyulmuş mənzilə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələblərinə dair mülki iş üzrə 2(009)-343/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X3 “xxxx" ASC-nin xeyrinə 345.610 manat əsas, 62.889 manat faiz və 12.000 manat cərimə borcu olmaqla, cəmi 420.499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, X6 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satıması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev satıldıqdan sonra cavabdehlər X8 və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılmaları (ev iddiaçıya satıldığı təqdirdə), “xxxx" ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X6 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun X3 tutularaq “X12” MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Səbail rayon icra şöbəsinin böyük icra məmuru C.Y.Əliyevin xx.xx.2017-ci il tarixli qərarı ilə Səbail rayon məhkəməsi tərəfindən verilmiş 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icra olunması üçün ərazi aidiyyəti üzrə Sabunçu rayon icra şöbəsinə göndərilməsi, qərarın surətinin icra sənədini vermiş məhkəməyə və tərəflərə göndərilməsi qərara alınmışdır. İşdə olan “xxxx” MMC-nin bildirişlərindən müəyyən edilir ki, hərrac təşkilatı tərəfindən tələbkar və borcluya hərracın keçirilməsi barədə məlumat verilmişdir. Hərracın 3 dəfə keçirilməsi barədə tələbkara və borcluya bilridişlər göndərilmiş, lakin www.birjanews.az saytında dərc olunan məlumatlarda isə iki hərracın keçirilməsi göstərilmişdir. Halbuki xx.xx.2017-ci il tarixində keçirilən ilkin hərracın baş tutub-tutmaması barədə məlumat gizlədilmiş, guya ilkin hərrac xx.xx.2018-ci il tarixində, ikinci hərrac isə xx.xx.2018-ci il tarixində keçirilmişdir. Buradan müəyyən olunur ki, tərəflərə göndərilən hərrac barədə bildirişlərdə olan məlumatlarla www.birjanews.az saytında dərc olunan məlumatlar arasında ziddiyət vardır. İddia ərizəsinə əlavə edilmiş “xxxx” MMC-nin açıq hərracın keçirilməsinə dair 01/3742 saylı, xx.xx.2017-ci il və 01/3927 saylı, xx.xx.2017-ci il tarixli bildirişlərdən müəyyən olunur ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Səbail rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə mülkiyyətdə olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinə tutma yönəldilmiş və həmin əmlak hərracda satılmalıdır. Birinci hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə saat 11:00-a təyin edilməklə əmlakın ilkin satış qiyməti 1.050.000 manat və hərracda iştirak üçün 5% miqdarında behin məbləği 52.500 manat təşkil edilməklə bu barədə bildiriş göndərilmiş, həmçinin rəsmi olaraq www.birjanews.az saytında elan dərc edilmişdir. Aparılan araşdırma zamanı www.birjanews.az saytında müəyyən edilmişdir ki, həqiqətən də qəzetin 17-xx xxxxxx 2017-ci il tarixli 90 nömrəsində 01/1275D lot üzrə ilkin hərracın xx.xx.2017-ci il, saat 11:00-a təyin edilməsi barədə elan verilmişdir. Daha sonra isə 01/4448 saylı, xx.xx.2017-ci il və 01/14 saylı, xx.xx.2018-ci il tarixli bildirişlərdən müəyyən edilir ki, ikinci hərrac xx.xx.2018-ci il saat 11:00-a təyin edilmişdir. Lakin həmin hərrac barəsində məlumat www.birjanews.az saytında elan dərc edilməmişdir. Bundan sonra üçüncü dəfə borclu və tələbkara göndərilən 101/266 saylı, xx.xx.2018-ci il tarixli bildirişdən müəyyən edilir ki, hərrac xx.xx.2018-ci il tarixə saat 11:00-a təyin edilmiş və əmlakın ilkin satış qiyməti 1050000-15%=892.500 manat məbləğində müəyyən edilmişdir. Bu barədə məlumat www.birjanews.az saytında 09-xx xxxxxx 2018-ci il tarixli 102 nömrəsində dərc edilmişdir. Elanda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin satışı ilə bağlı xx.xx.2018-ci il tarixə təyin olunmuş birinci hərrac baş tutmadığından təkrar hərracın xx.xx.2018-ci il tarixində saat 11:00-da keçiriləcəyi qeyd edilmişdir. Qeyd olunanlardan müəyyən edilir ki, www.birjanews.az saytında mənzil 01/81275D lot üzrə məlumatda xx.xx.2017-ci il tarixində keçirilən ilkin hərracın baş tutmaması səbəbi qeyd edilmədən və bu barədə tələbkara məlumat verilmədən xx.xx.2018-ci il tarixə yenidən ilkin hərrac keçirilməsi barədə bildiriş və elan dərc edilmişdir. Bu da ona görə edilmişdir ki, guya həmin lot üzrə iki hərrac keçirilmişdir. Halbuki qeyd olunan əmlakla bağlı hərraclar xx.xx.2017-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə keçirilmişdir və bu barədə sayt və qəzetdə elan verilmişdir. Belə olan halda “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsinin tələbləri kobud formada pozulmuşdur və bu hal Mülki Məcəllənin 416.2-cı maddəsinə əsasən 01/81275D lot üzrə keçirilmiş hərracın etibarsız sayılmasına səbəb olmuşdur. Hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Səbail Rayon Məhkəməsinin 2(009)- 342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “xxxx” MMC tərəfindən borclu X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2017-ci il, xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixlərdə keçirilmişhərrac etibarsız hesab edilməlidir. xx xxxxx 2019-cu il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı “X9 Edilməsi Agentliyi” MMC əsl İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC və üçüncü şəxslər X8 və Bakı şəhər Sabunçu rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli 2(009)-342/2017 saylı qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh X8 və X2 qarşı ipoteka qoyulmuş mənzilə tutmanın yönəldilməsi və kredit borcunun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, X3 “xxxx” ASC-nin xeyrinə 345.610 manat məbləğində əsas, 62.889 manat məbləğində faiz və 12.000 manat məbləğində cərimə borcu olmaqla, cəmi 420.499 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, ipoteka predmeti olan, X6 məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə, tutmanın həmin fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “xxxx” ASC-nin təmin edilmiş tələblərinin ödənilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı ev satıldıqdan sonra cavabdehlər X8 və X1 evdən istifadə hüquqlarına xitam verilməklə onların evdən çıxarılmaları, “xxxx” ASC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdeh X6 qaytarılması, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 300 manatın X3 tutularaq “X12” MMC-nin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Sabunçu rayon İcra və Probasiya şöbəsinin sifarişinə əsasən həmin qətnamənin əsasında verilmiş icra sənədinin icrasını təmin etmək məqsədilə açıq hərracın keçirilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. xx.xx.2017-ci il tarixdə “xxxx” MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin satışı üçün açıq hərracın xx.xx.2017-ci il tarixdə sааt 11.00-dа keçiriləcəyi barədə Sabunçu rayon İcra şöbəsinə, “xxxx” ASC-yə, X6 və X2 01/3742 №-li bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2017-ci il tarixdə “xxxx” MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın xx.xx.2017-ci il tarixdə sааt 11.00-dа keçiriləcəyi barədə Sabunçu rayon İcra şöbəsinə, “xxxx” ASC-yə, X6 və X2 01/3927 №-li bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixdə sааt 11.00-dа sözügedən evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satış üçün açıq hərracın keçirilməsi barədə Sabunçu rayon İcra şöbəsinə, “xxxx” ASC-yə, X6 və X2 01/14 №-li bildiriş göndərilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən sözügedən evinin ilkin satış qiyməti (1.050.000 - 15%) 892.500 manat müəyyən edilməklə satışı üçün açıq hərracın xx.xx.2018-ci il tarixdə sааt 11.00-dа keçiriləcəyi barədə Sabunçu rayon İcra şöbəsinə, “xxxx” ASC-yə, X6 və X2 01/266 №-li bildiriş göndərilmişdir. “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli 90 (90) nömrəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satış üçün açıq hərracın xx.xx.2017-ci il tarixində 11:00-da keçirilməsi barədə elan verilmişdir. “Birja yenilikləri” qəzetinin 09-xx xxxxxx 2018-ci il tarixli N 102(102) nömrəsində xx.xx.2018-ci il tarixdə keçirilmiş 1-ci hərrac baş tutmadığından Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin ilkin satış qiymətindən 15% aşağı qiymətlə 892.500 manat satışa çıxarılması ilə bağlı hərracın xx.xx.2018-ci il tarixdə saat 11:00-da keçirilməsi barədə elan dəırc edilmişdir. xx.xx.2018-ci il tarixdə “xxxx” MMC tərəfindən Sabunçu Rayon İcra Şöbəsinə, “xxxx” ASC-yə, X6 və X2 məktub ünvanlanaraq bildirilmişdir ki, Sabunçu rayon icra və probasiya şöbəsi tərəfindən 19624-291846 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq ipoteka qoyan və saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya vasitəsilə məlumat verilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən ipoteka saxlayana ipoteka predmeti haqda qəbul etdiyi son qərarla hərrac təşkilatının tanış edilməsi xahiş olunmuşdur. «xxxx» ASC ilə İddiaçı2 QSC arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı2 QSC-yə güzəşt edilməsinə dair» müqaviləyə əsasən «xxxx» Аçıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq «xxxx» АSC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq İddiaçı2 QSC-nin idarəetməsinə verməyi və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı2 QSC-yə güzəşt etməyi öhdəsinə götürmüşdür. «xxxx» АSC ilə İddiaçı2 QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı2 QSC-yə güzəşt edilməsinə dair xx xxxxx 2017-ci il tarixli müqaviləyə əlavə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı2 QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin xx.xx.2017-ci il tarixli S-FK- 991 nömrəli təhvil-təsliminə dairaktına əsasən borclu X6 aid hüquqi sənədlər, xx.xx.2014cu il tarixli 618 №-li kredit müqaviləsi, borcun alınmasını təsdiq edən sənədlərin əsli və ya müvafiq qaydada təsdiq olunmuş surəti borc alan X5 420.499 manat faiz borcu məbləği ilə birlikdə «xxxx» АSC tərəfindən İddiaçı2 QSC-yə təhvil verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3896/2018 saylı qətnaməsi ilə “xxxx” ASC ilə X8 arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli, 618 nömrəli kredit müqaviləsinin təminatı kimi (kreditor – ipoteka saxlayan “xxxx” ASC ilə alıcı – ipoteka qoyan X8 arasında imzalanmış xx xxxxxx 2014-cü il tarixli, 02 nömrəli alqı-satqı və ipoteka müqaviləsi) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin “xxxx” ASC qarşısında ipotekasına xitam verilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ipoteka yüklülüyünün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6820/2019 saylı qətnaməsi ilə cavabdehlər “xxxx” ASC, İddiaçı2 QSC və “X9 Edilməsi Agentliyi” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7382/2019 saylı qərarı ilə cavabdehlər İddiaçı2 QSC-nin və “xxxx” ASC-nin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(103)-6820/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə X3 cəmi 420.499 manat məbləğində pulun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş X6 məxsus 1.050.000 manat məbləğində qiymətləndirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə satışı üçün hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra evin ilkin satış qiyməti 1.050.000 manat müəyyən edilməklə yenidən satışı üçün hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmiş, lakin hərrac baş tutmamış, ev hərracda satılmamışdır. Bundan sonra ev ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə 892.500 manata təkrar hərraca çıxarılmış, təkrar hərracın keçirilməsi xx.xx.2018-ci il tarixə təyin edilmiş, lakin təkrar hərrac da baş tutmamış, ev hərracda satılmamışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir; 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir; 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır; 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər; 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2014-ci il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. İşin yuxarıda göstərilən hallarına əsasən təsdiq edilir ki, hazırkı iş üzrə X6 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı evin satışının təşkil edilməsi məqsədilə cəmi üç dəfə - xx.xx.2017-ci il tarixdə, xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixdə hərraclar keçirilmiş, bununla “İpoteka haqqında” AR Qanunun 43cü maddəsinin pozuntusuna yol verilmişdir. Digər tərəfdən işin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisəli evin satışı ilə bağlı ikinci hərracın keçirildiyi və ipoteka predmeti «xxxx» ASC-yə təklif edildiyi vaxta borclu X5 xx.xx.2014-cu il tarixli 618 №-li kredit müqaviləsi üzrə “xxxx” ASC-yə borcu ilə bağlı tələb hüququ «xxxx» ASC-dən İddiaçı2 QSC-yə güzəşt edilmişdir. Mülki Məcəllənin 194.1 -ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə görə, tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Göründüyü kimi təkrar hərrac keçirilərkən tələbkar dəyişmiş, lakin hərrac təşkilatı tərəfindən tələbkar İddiaçı2 QSC BOKT-a hərracın keçirilməsi barədə bildiriş göndərilməmişdir. Halbuki “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə görə hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Nəticədə İddiaçı2 QSC hərracda iştirak etməli olduğu halda, iştirak etməmişdir. Eyni zamanda təkrar hərrac baş tutmadıqdan sonra ipoteka predmeti olan qeyd edilən mənzil ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə edilməsinə dair təklif İddiaçı2 QSC BOKT-a deyil, “xxxx” ASC-yə göndərilmişdir. “İpoteka haqqında” AR Qanununun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatının hərracların etibarsız hesab edilməsi tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Səbail Rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “xxxx” MMC tərəfindən borclu X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində keçirilmiş hərraclar etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Səbail Rayon Məhkəməsinin 2(009)-342/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “xxxx” MMC tərəfindən borclu X5 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1-ci kvartal, 137 saylı fərdi yaşayış evinin hərracda satılmasına dair xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərində keçirilmiş hərraclar etibarsız hesab edilsin. Hazırkı iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutularaq İddiaçı2 QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-374/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-374/2020
02.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver