Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3947/2025 03.11.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC olmaqla) “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: müstəsna yayım hüququ, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndələri X8, X11, Cavabdehin nümayəndələri Nümayəndə1, X13, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbayan Respublikası Audiovizual Şurası və "xxxx" MMC olmaqla) “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “öhdəliyin qoyulması və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazisində yayımın distribütorluq hüquqları İddiaçı MMC-yə məxsus olan lisenziyalı idman yarışlarının yayım hüquqları cavabdeh tərəfindən qanunsuz yayımlanması nəticəsində vurulmuş 30000 (otuz min) manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180 manat məbləğində Cavabdeh MMC-dən tutulmasına, həmçinin pozulmuş hüquqların bərpası barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Audiovizual Şurası tərəfindən aşağıda qeyd olunan lisenziyalı idman yarışlarının yayım hüquqlarının “X3 LİMİTED” şirkətinə məxsus olduğu təsdiq edildiyindən sözügedən Şura tərəfindən Azərbaycan Respublikası ərazisində xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən operatorlara (siyahı üzrə), o cümlədən hazırkı iş üzrə cavabdehə ünvanlanmış 12 iyun 2023-cü il tarixli, 092/G-2023 nömrəli məktubda Azərbaycan Respublikasının Audiovizual Şurasına “X3 Limited” ("xxxx") şirkəti tərəfindən təqdim olunmuş sənədlərə əsasən müxtəlif idman növləri üzrə məşhur yarışlarının (futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” yarışlarının oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun “X3 LİMİTED” (“Setanta Sports”) şirkətinə məxsus olmasına dair müvafiq məlumatlar cavabdehə verilməklə yanaşı, cavabdehdən platforma və multipleks operatoru olaraq yuxarıda sözügedən idman yarışlarının yayımının dayandırılması tələb olunmuş əks təqdirdə ona qarşı müvafiq sanksiyaların tətbiq ediləcəyi bildirilmişdir. İddiaçı MMC ilə “X3 LİMİTED” şirkəti (bundan sonra EBEL adlandırılacaq)arasında xx.xx.2023-cü il tarixdə bağlanmaqla (əlavə və dəyişikliklərlə) həmin tarixdən qüvvəyə minən və xx.xx.2025-ci il tarixinədək qüvvədə olan “Yayım hüquqlarının distribütorluğu haqqında” müqavilənin şərtlərinə əsasən EBEL-ə məxsus yuxarıda sözügedən lisenziyalı idman yarışlarının Azərbaycan Respublikasının ərazisində yayım hüquqlarını İddiaçı MMC-yə verilmişdir. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən aparılan araşdırmalarla müəyyən edilmişdir ki, aidiyyatı dövlət orqanının yuxarıda sözügedən xəbərdarlığından xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MMCtərəfindən yayım hüquqları “X3 LİMİTED” şirkətinə (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə) məxsus olankontentləri ООО “Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalları vasitələri ilə yuxarıda sözügedən idman yarışlarını buna heç bir hüquqi əsas olmadan (yayımlara icazə verilməsinə dair müqavilə bağlanmadan) hüquq sahibinin hüquqlarını kobud şəkildə pozmaqla hələ də Cavabdeh MMC-yə aid TvinTvoperatoru tərəfindən yayımlanır ki, bu da Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə zidd olmaqla İddiaçı MMC-nin qnaunla qorunan hüquqlarının kobud şəkildə pozulması ilə də nəticələnmişdir. Onu da qeyd etməyi zəruri hesab edirik ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(004)- 747/2025 saylı qərarı ilə Cavabdeh MMC Az.Res.İXM-nin 381.11-ci (Media haqqında qanunvericiliyin pozulması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edilməlidir ki, hüquq sahibinin müvafiq icazəsi olmadan yuxarıda göstərilən yayımın qanunsuz retranslyasiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmaqla yanaşı, bu əməli törədən hüquqi və ya fiziki şəxslər (fərdi sahibkarlar) “Müəllif hüququ və əlaqəli hüquq haqqında” Azərbaycan Respublikası Qanunun 45-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyətə də cəlb olunurlar. Yuxarıda göstərilənlərlə yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, İddiaçı MMC tərəfindən müvafiq pretenziya ilə cavabdehə müraciət olunaraq həmin pretenziyanın aldındığı gündən ən geci 3 gün ərzində yuxarıda göstərilən idman yarışlarının yayımının hüquq sahibi olan “X3 LİMİTED” şirkətinin (Azərbaycan Respublikasının ərazisində İddiaçı MMC-yə məxsus olan) Beynəlxalq və milli qanunvericilik aktları ilə təsbit olunan və qorunan hüquqlarının təmin edilməsi, bununla da ООО “Национальный Спортивный Телеканал” şirkətinə aid МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Примьер, МАТЧ Футбл 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 Cavabdeh MMC-yə aid TvinTvoperatoru vasitəsi ilə yayımının dayandırılmasının təmin edilməsi xahiş olunsa da cavabdeh sözügedən pretenziyada göstərilən tələbə, eləcə də ona ünvanlanmış 06/23 saylı, 20 oktybar 2023-cü il tarixli məktubda göstərilən xahişə əhəmiyyət verməyərək hazırkı vaxtadək qanunsuz retranslyasiya etdiyi yayımın dayandırılmaısnı təmin etməmişdir. Yuxarıda göstərilən xüsusatlarla yanaşı onu da qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən xx.xx.2025-ci il tarixində AVİS vasitəsilə cavabdehə hazırkı iddia ərizəsinə əlavə olunan tələblərlə yeni pretenziya ünvanlanmış, lakin lakin cavabdeh sözügedən pretenziyada göstərilənlərə əməl etməməklə yanaşı qeyd olunan pretenziyanının cavablandırılmasını təmin etməmişdir. Odur ki, pozulmuş hüquqlarımızın bərpa edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Hesab edirik ki, bu iddia ilə məhkəməyə müraciət etməkdə haqlıyıq və bu haqlı tələbimiz məhkəmə tərəfindən təmin olunmalıdır.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı MMC istər Cavabdeh MMC-yə yayım hüquqlarının onlara məxsusluğunu bildirən və müqavilə bağlanması ilə bağlı göndərdiyi məktubda, istərsə də məhkəməyə təqdim etdiyi iddia ərizəsində yayım hüquqlarının həqiqətən də onlara məxsus olduğunu təsdiq edən sübut təqdim etməmişdir. İddiaçı MMC məhkəməyə yalnız ingilis və rus dillərində olan razılaşmanın surətini təqdim etmişdir ki, həmin razılaşmanın mahiyyətinin nədən ibarət olması və mötəbərliliyi şübhə doğurur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia ərizəsindən və iddiaya əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı tərəfin öz tələblərinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmir.
5. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 165000 manat məbləğində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcmini artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus “Tvin TV” xidməti vasitəsilə Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində yayım hüquqları İddiaçı MMC-yə məxsus (aid) olan futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” yarışlarının (oyunlarının) 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə qanunsuz yayımlanması nəticəsində İddiaçı MMC-yə vurulmuş 165000 manat məbləğində əldən çıxmış fayda qismində zərərin, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 455 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə və Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X5 Liqası” , “X17”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasına dair hərəkətlərin Cavabdeh MMC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı xx.xx.2025-ci il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əməlində Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan Sübutları saxtalaşdırma cinayətinin əlamətlərinin olmasına dair əsaslı şübhələrin mövcudluğu ilə əlaqədar bu barədə xüsusi qərardad çıxarmaqla iş materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir.
8. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə Cavabdeh MMC tərəfindən X1rına əsasən təsis edilmiş və fəaliyyət göstərən CHRONO EVENTS FZE şirkəti ilə "xxxx" QSC arasında bağlanmış “02” iyun 2025-ci il tarixli, 11/25 saylı müqavilə xx.xx.2025-ci il tarixində iş materiallarına əlavə edilmiş və bununla əlaqədar cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında izahat verərək qeyd etmişdir ki, CHRONO EVENTS FZE şirkəti SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının Azərbaycan Respublikasının ərazisində yayımına dair hüquq sahibidir. Cavabdeh MMC-də hüquq sahibi CHRONO EVENTS FZE şirkəti ilə “02” iyun 2025-ci il tarixli, 11/25 saylı müqaviləni bağlamış "xxxx" QSC vasitəsilə SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının Azərbaycan Respublikasının ərazisində yayımlanmasına dair hüquq əldə etmişdir və bu əsasla Cavabdeh MMC tərəfindən ölkə ərazisində sözügedən kanalların yayımlanması tam qanuni əsaslarla olmuşdur. Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən məhkəmə iclasında qeyd olunan halların dəqiqləşdirilməsi məqsədilə, sözügedən müqavilənin tərəfi olduğu qeyd olunan CHRONO EVENTS FZE şirkətinə və hazırki iş üzrə maraqlı şəxs qismində çıxış edən Azərbaycan Respublikasının Prezidentinin “05” oktyabr 2002- ci il tarixli, 794 saylı Fərmanı ilə “Media haqqında” Az.Res.Qanununda Audiovizual media sahəsini tənzimləyən müvafiq icra hakimiyyəti orqanı statusunda yaradılmış Azərbaycan Respublikasının Audiovizual Şurasına CHRONO EVENTS FZE şirkətinin SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının Azərbaycan Respublikasının ərazisində yayımlanmasına dair hər hansı hüququnun olub-olmaması barədə müfəssəl məlumatların verilməsi üçün müvafiq sorğu məktubları ünvanlanmışdır. Azərbaycan Respublikasının Audiovizual Şurasından hazırki vaxtadək tərəfimizdən ünvanlanmış sorğu məktubuna dair cavab məktubu ünvanımıza daxil olmasa da, sözügedən müqavilənin tərəfi olduğu qeyd olunan CHRONO EVENTS FZE şirkəti tərəfindən ünvanladığımız sorğu məktubuna dair cavab məktubu (əlavə olunur) elektron ünvanımıza daxil olmuş və bildirilmişdir ki, CHRONO EVENTS FZE şirkətinin Cavabdeh MMC və "xxxx" QSC və yaxud onların nümayəndələri, təmsilçiləri ilə heç vaxt rəsmi və yaxud qeyri-rəsmi formada razılaşmaları olmamış və hər hansı müqavilə bağlanmamışdır. Şirkətdən o da bildirilmişdir ki, CHRONO EVENTS FZE şirkəti heç bir platforma və ya şəbəkə vasitəsilə şifrələnmiş və ya şifrələnməmiş hər hansı formada televiziya kanallarının, məzmunun və ya oxşar xidmətlərin yayımı, çatdırılması və ya yayılması ilə məşğul olmur və şirkətin lisenziyası sadəcə idarəetmə məsləhətçiliyi və tədbirlərin təşkili xidmətləri ilə məhdudlaşır. CHRONO EVENTS FZE şirkəti Azərbaycan Respublikasının ərazisində birbaşa və ya dolayı yolla hər hansı xidmət göstərmir (təmin etmir). Müqavilə tərəfi olduğu iddia olunan CHRONO EVENTS FZE şirkəti tərəfindən bildirilən yuxarıda qeyd olunanlarla heç bir şübhə olmadan müəyyən olunur ki, yayım sahəsində fəaliyyət göstərməyən və nəticədə SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının Azərbaycan Respublikasının ərazisində yayımlanmasına dair hər hansı hüquqa sahib olmayan CHRONO EVENTS FZE şirkətinin möhürü və rəhbərinin imzası saxtalaşdırılaraq, məhkəmə iclasında "xxxx" QSC ilə CHRONO EVENTS FZE şirkəti arasında müvafiq kanalların ölkə ərazisində yayımına dair müqavilə bağlandığı iddia edilmiş və saxta formada hazırlanmış “02” iyun 2025-ci il tarixli, 11/25 saylı müqavilə Cavabdeh MMC tərəfindən iş materiallarına əlavə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin tələbinə görə, Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin dispozisiyasında sübutların saxtalaşdırılması cinayətinin subyektləri kimi mülki işdə iştirak edən şəxslər və məhkəmədə iş aparmaq üçün səlahiyyəti lazımi qaydada rəsmiləşdirilmiş nümayəndə və qanuni nümayəndə birbaşa və açıq şəkildə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 294-cü maddəsinin Azərbaycan Respublikasının 71-ci maddəsinin Vİİİ hissəsi baxımından şərh edilməsinə dair “01” noyabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki ... “ Cinayət Məcəlləsinin 294.1, 294.2 və 294.3-cü (digər işlər üzrə sübutların saxtalaşdırılmasının ağır nəticələrə səbəb olması istisna olmaqla) maddələrində nəzərdə tutulmuş cinayətlər formal tərkiblidir. Bu cinayətlər saxtalaşdırılmış sübutların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mülki və cinayət işinə əlavə edildiyi andan başa çatmış hesab edilir. Cinayət əməllərinin obyektiv cəhətini sübutların saxtalaşdırılması təşkil edir. Nəzəriyyəyə əsasən, eləcə də məhkəmə təcrübəsində saxtalaşdırmanın həyata keçirilməsinin müxtəlif üsullarına rast gəlinir. Təhlil edilən cinayət əməlinə münasibətdə saxtalaşdırma təqdim olunan sübutların, məsələn, sənədlərin (etibarnamələrin, iltizamların, müqavilələrin, yoxlama aktlarının, ekspert rəylərinin, istintaq hərəkətləri protokollarının və s.) saxta formasını hazırlamaq, belə sənədlərə onların həqiqi məzmununu təhrif edən düzəlişlər etmək və ya yalan məlumatlar əlavə etmək, uydurma maddi sübutların hazırlanması və s. bu kimi hərəkətlər vasitəsilə icra edilə bilər. Subyektiv cəhətdən göstərilən cinayətlər birbaşa qəsdlə törədilir. Təqsirli şəxs mülki və ya cinayət işi üzrə sübutları saxtalaşdırdığını dərk edir və belə əməlin törədilməsini arzu edir. Təbii ki, yalnız etibarlı və kifayət qədər mötəbər olan sübutların məcmusu əsasında mülki və ya cinayət işləri özünün qanuni və ədalətli həllini tapa bilər. Çəkişmə şəraitində həyata keçirilən mülki və cinayət prosesində mötəbər olmayan, həqiqətə uyğun gəlməyən (saxtalaşdırılmış) sübutların təqdim edilməsinin mümkünlüyü son dərəcə arzuedilməz və təhlükəlidir. Qeyd olunması zəruridir ki, Cinayət Məcəlləsinin 294-cü maddəsində (Sübutları saxtalaşdırma) nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyətin müəyyən edilməsi işin nəticəsi ilə maraqlı olan şəxslər tərəfindən keyfiyyətsiz sübutların məhkəməyə təqdim edilməsi halları ilə, saxta sübutlar əsasında qanunsuz məhkəmə qərarlarının çıxarılması ilə mübarizəyə yönəlmişdir. O da qeyd olunması zəruridir ki, bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, sübutların saxtalaşdırılması ədalətsiz qərarın qəbul edilməsinə, bununla da məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirilməsinə, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına səbəb ola bilər və Cavabdeh MMC-də məhz bu nəticələrin baş verməsini, ədalətsiz qərarın qəbul edilməsi məqsədini güdmüş və bunu arzu etmişdir. Yuxarıda göstərilənlərlə,o cümlədən hazırki vəsatətə qoşma ilə təqdim olunan CHRONO EVENTS FZE şirkətinin cavab məktubu ilə hazırki işdə cavabdeh qismində iştirak edən Cavabdeh MMC-nin əməllərində Cinayət Məcəlləsinin 294.1-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan Sübutların saxtalaşdırma cinayət əməlinin əlamətlərinin olmasına dair əsaslı şübhələrin mövcudluğu heç bir şübhə olmadan təsdiq olunur.
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3947/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun ödənilməsi və öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.
II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iddiaçının nümayəndələri Y.Məmmədov və İ.Səfərov ayrıayrılıqda iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Səfərov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Y.Məmmədov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq məhkəməyə yazılı çıxış təqdim edərək göstərmişdir ki, “işə baxan Məhkəmə yaranmış zərurətlə əlaqədar Cavabdeh MMC tərəfindən mübahisə predmetinə aid olan yayımların həyata keçirildiyi özünə məxsus “Tvin Tv” xidmətindən istifadə edən abunəçilərin sayına dair arayışın məhkəməyə təqdim olunmasını şifahi formada məhkəmə iclasında cavabdehdən tələb etsə də, cavabdeh həmin arayışın məhkəməyə təqdim olunmasından imtina etmişdir. İddia tələbinin əsaslılığının sübut edilməsi və cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan həyata keçirilən Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüquqları İddiaçı MMC-yə məxsus olan mübahisə predmetinə aid olan yayımlardan əldə etdiyi qazanc miqdarının müəyyən olunması məqsədilə, cavabdehin sözügedən yayımların həyata keçirilməsi üçün əməkdaşlıq etdiyi “X16” MMC-nin Cavabdeh MMC-yə göndərdiyi elektron qaiməfakturaların, tərəflər arasında edilmiş ödənişləri əks etdirən sənədlərin təqdim olunması barədə Dövlət Vergi Xidmətinə etdiyimiz sorğuya Xidmət tərəfindən imtina verilməsi ilə əlaqədar həmin sübutların təmin edilməsi barədə tərəfimizdən məhkəməyə xx.xx.2025-ci il tarixli vəsatət verilmiş və vəsatət əsaslı olduğundan təmin olunaraq, xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3947/2025 saylı qərardadla həmin məlumatlar Dövlət Vergi Xidmətindən təmin olunmuşdur. Dövlət Vergi Xidməti tərəfindən müvafiq məhkəmə sorğularına cavab olaraq “18” sentyabr 2025-ci il tarixli, 3-21-2-3/2-1033970/2025 saylı və “19” sentyabr 2025-ci il tarixli, 3-21-2-3/2-1037379/2025 saylı məktublara qoşma olaraq müvafiq “Excel” cədvəllər məhkəməyə təqdim olunmuşdur. “Dövriyyə yaradan qaimələr” başlıqlı cədvəlin müvafiq qrafalarından görünür ki, məhz Rəqəmsal tv xidmətlərinin həyata keçirilməsinə görə, Cavabdeh MMC tərəfindən “X16” MMC-yə ƏDV daxil 484.399,00 (dörd yüz səksən dörd min üç yüz doxsan doqquz) AZN məbləğində ödəniş həyata keçirilmişdir. Qeyd: yalnız hazırki işlə əlaqədar qrafaların saxlandığı müvafiq cədvəldən çıxarış hazırki iş materiallarına əlavə olunur. Cavabdeh MMC ilə “X16” QSC arasında bağlanmış “22” iyul 2022-ci il tarixli, 1100-04-22/07-471 saylı “İP TV XİDMƏTİ ÜZRƏ MÜQAVİLƏ”-nin 1 nömrəli Əlavəsinin - Ödəniş cədvəlinin 2-ci bəndi ilə 3 (üç) aydan sonra əldə edilən gəlirlərin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci illər üzrə 50%-lik hissəsinin “X16” MMC-yə ödənilməsi razılaşdırılmışdır. Qeyd olunması zəruridir ki, Dövlət Vergi Xidməti tərəfindən təqdim olunan yuxarıda istinad olunan cədvəl ilə “22” iyul 2022-ci il tarixli, 1100-04-22/07- 471 saylı “İP TV XİDMƏTİ ÜZRƏ MÜQAVİLƏ”-nin 1 saylı Əlavəsinin qarşılıqlı təhlilindən görünür ki, Cavabdeh MMC tərəfindən “X16” MMC-yə ödənilmiş 484.399,00 (dörd yüz səksən dörd min üç yüz doxsan doqquz) AZN məbləği mübahisə predmetinə aid olan yayımların həyata keçirilməsi nəticəsində əldə olunmuş qazancın yalnız 50%-ni təşkil etmiş, yayımlardan əldə olunan qazanc məbləği isə ümumilikdə ƏDV daxil olmaqla 968.798,00 (doqquz yüz altmış səkkiz min yeddi yüz doxsan səkkiz) AZN təşkil etmişdir. Bununla da, cavabdehin mübahisə predmetinə aid olan və Azərbaycan Respublikasının ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan yayımları həyata keçirməsi nəticəsində iddia tələbində göstərilən 165.000,00 (bir yüz altmış beş min) AZN məbləğindən dəfələrlə artıq məbləğdə gəlir (qazanc) əldə etməsi heç bir şübhə olmadan müəyyən olunur. Əlavə olaraq qeyd olunması zəruridir ki, cavabdeh adından yenicə iş materiallarına əlavə olunmuş vəsatətlər, o cümlədən etirazda göstərilənlər tamamilə əsassız olmaqla fərziyələrə əsaslanır və məhkəmə icraatının lüzumsuz uzadılması məqsədi daşıyır ki, bu baxımdan da hesab edirik ki, sözügedən etiraz və vəsatətlər məhkəmə tərəfindən təmin olunmamalıdır. Həmçinin, nəzərinizə çatdırmağı zəruri hesab edirik ki, Bakı Kommersiya Məhkəməsinin icraatında iddiaçı qismində iştirak etdiyimiz analoji işlər olan e-2- 2(113)-4199/2025 saylı iş (sədrlik edən hakim Nərmin Əhmədova) üzrə iddia tələbimiz təmin edilərək vurulmuş zərərin əvəzi olaraq 30.000 (otuz min) AZN məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutulmasına və e-2-2(113)-4181/2025 saylı iş (sədrlik edən hakim İlham Əhmədov) üzrə iddia tələbinin qismən təmin olunaraq 2 (iki) ay müddətində əldə etdiyi qazanc məbləğinin vurulmuş zərərin əvəzi olaraq cavabdeh "xxxx" MMC-dən tutulmasına dair müvafiq qətnamələr qəbul olunmuşdur. (Sözügedən qətnamələr elektron sistemə yerləşdirilmədiyindən iş materiallarına əlavə olunması hazırda mümkün olmamışdır.) Bundan əlavə, qeyd olunması zəruridir ki, ərizəçi İddiaçı MMC müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-yə qarşı “Əlaqəli hüquqların müdafiəsi və kompensasiya tələbinə dair” iddia ərizəsi üzrə e-2-2(113)-3947/2025 saylı işə (Hakim Ülkər Həsənova) məhkəmədə mahiyyəti üzrə baxılıb yekun qərar verilənədək müvəqqəti təminat tədbiri olaraq Cavabdeh MMC-yə Azərbaycan Respublikası ərazisində SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının yayımlanmasına dair hərəkətlərin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin (Hakim Ülkər Həsənova) xx.xx.2025-ci il tarixli, e-16(113)- 515/2025 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbirinin tətbiqi edilməsi barədə ərizə təmin olunmuşdur. Cavabdeh MMC xx.xx.2025-ci il tarixdə şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, 16(113)-515/2025 nömrəli qərardadının ləğv olunmasını, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-515/2025 saylı qərardadı (Hakim Ülkər Həsənova) ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)- 515/2025 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli, 16(103)-616/2025 saylı qərardadı ilə (sədrlik edən hakim Təranə Mahmudova) Cavabdeh MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-515/2025 saylı qərardadı dəyişdirilmədən saxlanmışdır. Yuxarıda sadalanan xüsusatlardan, o cümlədən iş materiallarına əlavə olunan sübutlardan və 5 (beş) aya yaxın müddət ərzində keçirilmiş məhkəmə iclaslarında tərəflərin çəkişmə prinsipinə riayət edilməklə edilən müzakirələrlə heç bir şübhə olmadan müəyyən olunur ki, İddiaçı MMC iddia tələbinin əsası kimi istinad etdiyi halları kifayət qədər sübut etsə də, Cavabdeh MMC iddia tələbinə etirazının əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirməmişdir. Odur ki, analoji işlər üzrə məhkəmələrin mövqeləri də nəzərə alınmaqla, hesab edirik ki, hazırki iş üzrə iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul olunmaqla, Cavabdeh MMC barəsində xüsusi qərardad da çıxarılmalıdır”.
13. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə1 və H.Həşimli ayrıayrılıqda iddia ərizəsinə etiraz edib, yazılı etiraz ərizələrinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər.
14. Cavabdeh tərəf məhkəməyə yazılı çıxış təqdim edərək göstərmişdir ki, “məhkəmə mübahisəsinin əsasını İddiaçının ərizəsində qeyd edilmiş bütün hallar barədə əsassız dəlillər təşkil edir "xxxx" MMC Tvin TV platformasının fəaliyyəti ilə bağlı heç bir təqsirli hərəkətə yol verməmişdir. "xxxx" MMC tərəfindən bütün fəaliyyətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və işgüzar adətlərə uyğun həyata keçirilmişdir. Mübahisə predmeti olan yayımın həyata keçirildiyi Tvın TV platformasının fəaliyyəti "xxxx" MMC və “X16” Qapalı Səhmdar Cəmiyyəti (indiki Məhdud Məsuliyyətli Cəmiyyəti) arasında bağlanmış 22 iyul 2022-cı il tarixli, 1100-04-22/07-471 saylı İP TV Xidməti üzrə Müqavilə (bundan sonra Müqavilə) və Azərbaycan Respublikasının (bundan sonra AR) qanunvericiliyi əsasında həyata keçirilir. “Media haqqında” qanunun və “Lisenziyalar və İcazələr haqqında” qanunun tələblərinə əsasən proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən hüquqi şəxs platforma operatoru lisenziyasına malik olmalıdır. Müqavilənin 2.3.1-ci bəndində xidmətin düzgün və vaxtında göstərilməsi üçün lazım olan texniki və məlumat resursları (Stream, EPG servis və s.), o cümlədən yayım və Rəqəmsal TV xidmətini təmin etmək üçün zəruri olan lisenziyaları "xxxx" MMC-yə təqdim etmək və 2.3.5-ci bəndində təmin etməyi öhdəliyinə götürdüyü xidmətlə əlaqədar yarana biləcək istənilən çətinliyə və bunun nəticəsində qəsdən və ya ehtiyatsızlıqdan (hərəkəti və ya hərəkətsizliyi) "xxxx" MMC-yə dəymiş zərərə görə məsuliyyət daşımaq “X16 MMC-nin öhdəliyi olaraq müəyyən edilib Müqavilənin Öhdəliklərin bölgüsü ilə bağlı 3 saylı Əlavəsinin Məsuliyyət sxeminin 1.5-ci sırasına əsasən abunəçilərə təqdim olunan TV kanallarının lisenziyasının alınması (İ-medıa, MRTŞ yayımı və xidməti təmin etmək üçün bütün lisenziyalar) tam öhdəlik olaraq “X16” MMC-nin məsuliyyəti kimi müəyyən edilmişdir Müqavilənin 6.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməməyə və ya lazımi qaydada yerinə yetirməməyə görə Tərəflər bir-biri qarşısında Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra DVX) verilmiş sorğu və ona verilmiş cavaba dəlil kimi istinad edilə bilməz. İş üzrə xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3947/2025 saylı qərardad əsasında Cavabdeh MMC ilə “X16” MMC arasında bağlanmış 22 iyul 2022-ci ıl tarixli, 1100-04-22/07-471 saylı “İP TV xidməti üzrə Müqavilə”yə əsasən “X16” MMC (VÖEN **********) tərəfindən Cavabdeh MMC-yə (VÖEN: **********) göndərilmiş bütün elektron qaimələr və həmin qaimələr üzrə ödəniş edildiyi təqdirdə bütün ödənişlərə dair sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsi DVX-yə həvalə edilmişdir DVX tərəfindən müvafiq məhkəmə sorğularına cavab olaraq 18 sentyabr 2025-ci il tarixli, 3-21-2-3/2- 1033970/2025 saylı və 19 sentyabr 2025-ci il tarixli, 3-21-2-3/2-1037379/2025 saylı məktublara qoşma olaraq müvafiq “Excel” cədvəllər məhkəməyə təqdim olunmuşdur. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 20 10.2025-ci il tarixli ərizəsində “Dövriyyə yaradan qaimələr” başlıqlı cədvəlin müvafiq qrafalarına istinad olunaraq, məhz Rəqəmsal TV xidmətlərinin həyata keçirilməsinə görə, Cavabdeh MMC tərəfindən “X16” MMC-yə ƏDV daxil 484.399,00 (dörd yüz səksən dörd min üç yüz doxsan doqquz) AZN məbləğində ödəniş həyata keçirildiyi iddia edilir Lakin ilk növbədə nəzərə alınmalıdır ki, təqdim edilən məlumatlar müqavilə əsasında xidmət göstərildiyi bütün dövrü əhatə edir Bundan başqa İddiaçı MMC-nin iddiasına əsasən araşdırılan dövr 11 (2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək) ayı əhatə edir O cümlədən nəzərə alınmalıdır ki, Cavabdeh MMC ilə “X16” MMC arasında mövcud olan müqavilə şərtlərinə görə, 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək olan dövr ərzində yalnız TV kanallarının yayımı ilə əlaqədar deyil, cihazların alqı- satqısı, quraşdırılması və sair istiqamətlər üzrə göstərilmiş xidmətlərə görə haqq hesablanmışıdr Göstərilən müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən “X16” MMC-nin təqdim etdiyi elektron qaimə fakturalar, hesab fakturalar və qarşılıqlı hesablaşma aktları əsasında yalnız 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək olan dövr ərzində göstərilmiş xidmətlərə görə deyil, daha əvvəlki dövrlərə görə də xidmət haqları ödənilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, həmin dövrdə həyata keçirilən ödənişlər hansısa bir idman kanalma görə deyil, TVİN TV platforması üzərindən yayımlanan, ümumilikdə 247 TV kanalına görə, abunəçilər tərəfindən ödənilmiş xidmət haqqı müqabilində hesablanaraq “X16” MMC-yə ödənilmişdir Bu səbəbdən göstərilən dövr üzrə həyata keçirilmiş ödənişlərə dəlil kimi istinad edilməsi yanlışdır. Üstəlik həmin dövr üzrə həyata keçirilmiş ödənişləri iddiaçının “əldən çıxmış fayda” hesab etməsi özü əsassızdır. Cavabdeh MMC-nin “TVİN TV” platformasından yayım etdiyi 247 TV kanalma görə ödənilən xidmət haqqı ilə iddia olunan məbləğ qeyri-mütənasibdir. Cavabdeh MMC abunəçilərə təqdim etdiyi “TVİN TV” xidmətinə görə 6 AZN xidmət haqqı alır Cavabdeh MMC-nin “TVİN TV” xidmətindən istifadə edən abunəçi sayı 14 951 nəfər (oktyabr 2025-ci il tarixinə olan məlumat) təşkil edir. Müvafiq olaraq yayımlanan 247 TV kanalının hər birinə görə “X16” MMC-yə ödənilən məbləğ 181,59 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, “X16” MMC tərəfindən yayımı təmin edilmiş müvafiq idman TV kanallarına (ümumilikdə 9 TV kanalı üçün) görə (МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3) aylıq ödəniş məbləği (9x181,59=1634,31) 1634,31 (bir min altı yüz otuz dörd manat otuz bir qəpik) manat təşkil edib. Beləliklə, aylıq olaraq 1634,31 (bir min altı yüz otuz dörd manat otuz bir qəpik) manat gəlir əldə edilən fəaliyyətə görə 15000 (on beş min) manat “əldən çıxan fayda" hesablanması adekvat yanaşma hesab oluna bilməz. Üstəlik iddia ərizəsində istinad edilən X3 Limited tərəfindən yayımlanan televiziya kanalları ilə ООО “Национальный Спортивный Телеканал” tərəfindən yayımlanan televiziya kanalları (МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3) eyni deyildir. İddia ərizəsində qeyd edildiyi kimi X3 Limited şirkətinə məxsus kontentlərin hansı hissəsinin МАТЧ ТВ МАТЧ Боец və sair televiziya kanallarında yayımlanmasına dair ümumiyyətlə heç bır məlumat və ya sübut mövcud deyildir. İddiaçı öz mülahizəsini əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edə bilməyib. Müvafiq məhkəmə işi üzrə 3cü şəxs olan “X16” MMC tərəfindən göstərilən yanaşmaya dair daha dəqiq hesablama aparılıb təqdim edilməsi mümkündür. Cavabdeh MMC hazırkı mübahisə üzrə delikt məsuliyyətinə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci tarixli qərarında mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqazidd olması - ilk növbədə hüquqazidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqazidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır Yuxarıda qeyd edildiyi kimi, platformanın fəaliyyətində hazırkı mübahisə üzrə mübahisə predmeti olan iddia edilən qanunsuz yayımla bağlı Cavabdeh MMC məsuliyyətə cəlb edilə bilməz. Konstitusiya Məhkəməsinin “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Alı Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. AR Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən yalnız qanunla nəzərdə tutulmuş hallarda zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Hazırkı vəziyyətdə deliktə görə zərərin əvəzini ödəmək vəzifəsinin Cavabdeh MMC-yə aid edilməsi üçün heç bir əsas mövcud deyildir. Cavabdeh MMC tərəfindən hüquqazidd əmələ yol verilmədiyi və ya iddiaçı tərəfindən bunun əksini sübut edən heç bir fakt təqdim edilmədiyi üçün delikt məsuliyyətə cəlb edilə bilməz və ya üçüncü şəxsin zərərinin əvəzini ödəmək vəzifəsi ona şamil edilə bilməz. Qanunsuz yayımla bağlı heç bir əsaslı məlumat təqdim edilməmiş, sübut qismində təqdim edilən faktlar həqiqəti əks etdirməyən, təhrif edilmiş və ya mötəbərliyi şübhə doğuran məlumatlar olmuşdur. İddiaçının sübutları məzmunca ziddiyyətlidir və faktları təhrif etmək məqsədi daşıyır. Əgər İddiaçı həqiqətən də, Azərbaycan EBEL-in müstəsna yayım hüququna malikdirsə belə bundan sui-istifadə etməyə çalışır. İddia ərizəsində, qanuni yayım hüququnun onlara məxsus olmasını əsaslandıran heç bir fakt və ya əsaslı sübut təqdim edilməmişdir. Hətta məhkəməyə təqdim edilən və iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur. Belə ki, İddiaçının təqdim etdiyi müqavilə Setanta Sports və X3 Limited arasında əlaqənin nə olduğunu göstərmir. Əgər həqiqətən Setanta Sports EBEL-ə məxsusdursa, mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd mütləq ki, iddia olunan faktı dəstəkləmək üçün təqdim edilməlidir. Hal-hazıradək müvafiq faktı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Eyni hal iddiaya dəqiqləşmə ərizəsində sadalanan müxtəlif beynəlxalq idman yarışları (futbol üzrə X10, İtaliya Seriya A, Fransa Liqa 1, Almaniya Bundesliqa, NHL, UFC, Bellator, NBA, Avropa Liqası, Formula 1, X9 və s.) üçün də xarakterikdir. Müvafiq beynəlxalq idman yarışları ilə X3 Limited arasında əlaqənin nə olduğunu göstərən hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq" anlayışının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Qərardadında göstərilir ki, Subyektiv hüquq şəxsin öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir. Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri tələb etmək imkanını ifadə edir Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə tanınan və qorunan şəxsi (subyektiv) mənafedir. öz iradəsinə uyğun hərəkət etmək; digər şəxslərdən müəyyən davranışı tələb etmək; hüquq pozuntusu halında müdafiə olunmaq. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyun və İ.Şabanovanın şikayəti üzrə 2012-ci il 27 avqust tarixli Qərarlarında da ifadə olunmuşdur. Qeyd olunmalıdır ki, subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından, subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in müvafiq öhdəlikləri ilə təmin edilir. Həmçinin qanunla qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli, real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin əldə olunmasına gətirib çıxarmamalıdır. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçının qeyd edilən idman yarışlarının Azərbaycanda eksklüziv yayım hüququna malik olmasını və qanunsuz yayım iddiası ilə bağlı mübahisələndirmək hüququna (subyektiv hüquq) malik olmasını təsdiqləyən əsaslı dəlillər təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş X3 Limited ilə Razılaşmanın “Terms” başlıqlı 1-ci bəndində bu razılaşmanın müddətinin 01,10.2023-cü ildən 31,08.2024-cü il tarixinə qədər qüvvədə olduğu görünür. Həmçinin razılaşmanın müddət və xitam şərtləri ilə bağlı “Term and Termination” başlıqlı 5-ci maddəsində avtomatik uzadılması ilə bağlı heç bir şərt yoxdur. Üstəlik iş materiallarında həmin müqavilənin xx.xx.2023-31,08.2024- cü il tarixindən sonrakı dövrlərə dair hər hansı sübut mövcud deyil. Buna görə də, həmin razılaşma 31 08 2024-cü il tarixində qüvvədən düşmüşdür. Müqavilə müddətinin digər müddətə uzadılması faktını sübut edən hər hansı sənəd isə iddiaçı tərəfindən təqdim edilməyib. AR Mülki Məcəlləsinin 399-cu maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. AR Mülki Məcəlləsinin 423.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. AR Mülki Məcəlləsinin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. AR Mülki Məcəlləsinin 422-ci maddəsində şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi əsasları öz əksini tapıb İddiaçı tərəfindən təqdim edilən sənədin 17-ci və 18-ci səhifələrində yerləşən Əlavə Razılaşma 2 başlıqlı hissə isə müqavilə müddəti bitdikdən, yəni müqavilə ləğv edildikdən 8 ay sonra - 30 03.2025-ci il tarixində imzalanmışdır. Hətta bu sənəd İddiaçının hüququnu müəyyən etsə belə iddia edilənin əksinə İddiaçının hüququ xx.xx.2025-ci il tarixində başlamış olacaq və buna görə də mart ayına görə əldən çıxmış fayda tələbi qanunsuz və əsassızdır. Buna görə də məhkəməyə təqdim edilən və iddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan həmin sənəd belə yayım hüququnun həqiqətən də İddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyi şübhə doğurur. Audiovizual Şura özü operatorların fəaliyyətini tənzimləmək üçün mübahisə predmeti olan kanalların son yayım tarixini müəyyən etmişdir. Audiovizual Şuranın 3-49/2-340/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda açıq şəkildə göstərilir ki, mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımı 01 06.2025-ci il tarixindən dayandırılmalıdır iddiaçının təqdim etdiyi sübutlardan da aydın şəkildə görünür ki, İddiaçının müraciəti əsasında Audiovizual Şura əlaqədar şəxsləri məlumatlandırmış və həmin şəxslər yayım haqqının yenidən Adrescon tərəfindən əldə edildiyini bildikdən sonra yayımı həyata keçirməmişlər. Üstəlik İddiaçı özü də bu faktı təsdiq edir İddiaçı tərəfindən yalnız “Aztelekom MMC, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı iddialar qaldırılması, digər yayımçılar barədə isə belə bir tələbinin olmaması onun məsələyə qərəzli yanaşmasının bariz nümunəsidir. Yayım hüququ ilə əlaqədar lisenziyanın alınması özlüyündə ictimaiyyətə açıq məlumat olmadığı üçün yayımı həyata keçirən subyekytlərin bunu bilməsi yalnız səlahiyyətli qurum olan Audiovizual Şuranın xəbərdarlığı əsasında mümkündür. Bunu əsasən lazımi qaydada məlumatlandırma etmədən pozulmuş hüquqa görə əldən çıxmış fayda tələb etmək mülki hüququn təməl prinsipi olan vicdanlı lığa tamamilə ziddir. Göründüyü kimi İddiaçı öz iddialarında əsassız faktlara istinad etmiş, faktları təhrif etmiş və iddialarını əsaslandıran sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması hesab edilməklə, həmin qətnamənin ləğv edilməsi əsaslarından biri kimi çıxış edir Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması da məhkəmə qətnaməsinin apellyasıya qaydasında ləğv edilməsi üçün əsasdır (Mülki Prosessual Məcəllənin 385, 388 və 390-cı maddələri). Beləliklə, sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, alınan nəticə kifayət qədər əsaslandırılmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) öz qərarlarında demokratik cəmiyyətdə ədalətli məhkəmə araşdırması hüququnun əhəmiyyətini vurğulayaraq “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyini də daxil etmişdir (Airey İrlandiyaya qarşı iş üzrə 1979-cu il 9 oktyabr, Hırvisaari Finlandiyaya qarşı iş üzrə 2001 -ci il 27 sentyabr, Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərarlar). Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin plenum qərarında müəyyən edilmişdir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiyanın 127-ci maddəsinə əsaslanan Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir Belə iş bölgüsü Roma hüququnun “da mihı factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz, istisnanı yalnız Mülki Prosessual Məcəllənin 82-ci və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Çəkişmə prinsipinin əsasını, həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir, iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarların da bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub- olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, mülki məhkəmə icraatında Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Üstəlik ölkəmizdə fəaliyyət göstərən digər platforma operatorları kimi Cavabdeh MMC və tərəfdaşı “X16” MMC tərəfindən görülən tədbirlərə uyğun olaraq, МАТЧ ТВ, МАТЧ Боец, МАТЧ Арена, МАТЧ Игра, МАТЧ Страна, МАТЧ Пример, МАТЧ Футбол 1, МАТЧ Футбол 2, МАТЧ Футбол 3 televiziya kanalının yayımlanması, Audiovizual Şuranın 3- 49/2-340/2025 saylı xx.xx.2025ci il tarixli məktubunda göstərilən 01,06.2025-ci il tarixindən dayandırılmışdır İddia ərizəsində qeyd edilmiş ”30 000 manat zərər dəyməsi”, həm də “30 000 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum (sonradan bu məbləğ 165000 manat həcminə artırılıb) olması ilə bağlı mülahizələri əsassızıdır. İddiaçı onlara zərər dəyməsi və ya hər hansı həcmdə gəlirdən (əldən çıxmış faydadan) məhrum olması ilə bağlı heç bir əsaslı, məntiqli sübut gətirə bilməmiş, yalnız absurd ehtimal və fərziyyələrə istinad etmişlər. İddiaçının yanaşması belədir ki, İddiaçı MMC ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə (məhkəməyə təqdim olunmuşdur) əsasən, yuxarıda göstərilən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri 15.000 (on beş min) manat təşkil edir Nəticədə cavabdehin 2024-cü və 2025- ci ilin bəzi aylarında 11 (on bir) ay müddətində həyata keçirdiyi qanunsuz yayım nəticəsində İddiaçı MMC adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi 165 000 (bir yüz altımış beş min) manat məbləğində gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur, ifadələri absurd fərziyyədən başqa cür xarakterizə etmək mümkün deyildir. Belə ki, işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb etməyən hallar İddiaçı tərəfindən şişirdilərək, bilərəkdən özünə sərf edən formada şərh edilməsinə cəhd edilir. İddiaçı MMC ilə digər yayım operatorları arasında bağlanmış analoji (oxşar) yayım müqavilələrinə əsasən xidmət göstərilən abunəçi sayının və aylıq xidmət haqqı məbləğinin niyə Tvin TV paltforması ilə müqayisə edilməsinə dair mülahizəni əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan fakta istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. Ümumiyyətlə, bu cür absurd yanaşma İddiaçınn irəli sürdüyü bütün dəlillər üçün xarakterikdir. İddiaçı tərəfindən “müstəsna yayım hüququ”nun əsası kimi təqdim edilən sənədin 17 və 18-ci səhifələrində yerləşən Əlavə Razılaşma 2 başlıqlı hissəsində aydın şəkildə görünür ki, Razılaşmanın qüvvədə olma müddəti bitdikdən, yəni müqavilə ləğv edildikdən 8 ay sonra - xx.xx.2025-ci il tarixində imzalanmışdır. İddia ərizəsinin əsası kimi göstərilən ingilis və rus dillərində olan həmin Razılaşma belə yayım hüququnun həqiqətən də iddiaçıya məxsus olduğunu təsdiq etməməklə yanaşı, həmin razılaşmanın mahiyyəti və mötəbərliliyı şübhə doğurur Hətta bu sənəd İddiaçının hüququnu müəyyən etsə belə İddia edilənin əksinə İddiaçının hüququ xx.xx.2025-ci il tarixində başlamış olacaq və buna görə də mart ayı və ondan əvvəlki aylara görə əldən çıxmış fayda və ya digər zərərlə bağlı tələblər tamamilə qanunsuz və əsassızdır. Aprel ayı ilə bağlı zərərin hesablanması zamanı isə ilk öncə İddiaçı həmin dövrdə Tvin TV-də mübahisə predmeti olan kanallar üzrə qanunsuz yayımın həyata keçirildiyini və həqiqətən də yayımın aprel ayını əhatə etdiyini, həmçinin digər platforma operatorlarının sadalanan yayımları həyata keçirmədiyini sübut etməlidir Əgər bu fakt İddiaçı tərəfindən sübuta yetirilərsə, o zaman zərərin hesablanması üçün İddiaçının əsassız fərziyyələri deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əqli mülkiyyət hüquqları ilə bağlı qonorarın hesablanması qaydaları əsas alınmalıdır. Hansı ki, Audiovizual Şuranın 3-49/2-340/2025 saylı xx.xx.2025-ci ıl tarixli məktubunda mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımı 01,06.2025-ci il tarixindən dayandırılmalı olduğunun göstərildiyini nəzərə alsaq, digər platforma operatorlarının sadalanan yayımları həyata keçirmişdir. İddia ərizəsi absurd ehtimal və fərziyyələrə əsaslanıb. İddiaçı öz tələblərini faktiki və hüquqi baxımdan əsaslandıra bilməmiş, yalnız absurd ehtimal və fərziyyələr irəli sürmüşdür. Belə ki, iddiaçıya necə zərər dəydiyi və bu zərərin, həcminin necə müəyyən edildiyi barədə əsaslandırmaq üçün konkret heç bir ölçülə bilən, qiymətləndirilməsi mümkün olan məlumata, fakta istinad edilmir, yalnız bəyanat və mülahizə xarakterli ehtimallar irəli sürülür. Bundan başqa iddia ərizəsində istinad edilən X3 Limited tərəfindən yayımlanan televiziya kanalları ilə ООО “Национальный Спортивный Телеканал” tərəfindən yayımlanan televiziya kanalları eyni deyildir. İddia ərizəsində qeyd edildiyi kimi X3 Limited şirkətinə (Azərbaycan Respublikası ərazisində Adrescona) məxsus kontentlərin МАТЧ ТВ, МАТЧ Боец və sair televiziya kanallarında yayımlanması ilə bağlı mülahizə və qeydlərin Cavabdeh MMC-yə heç bir aidiyyəti yoxdur. X3 Limited şirkəti və ya Adrescon həmin kontentlər ilə bağlı iddialarını aidiyyəti üzrə ООО “Национальный Спортивный Телеканал”а bildirə bilər. Beləliklə, iddiaçıların Cavabdeh MMC-ni cavabdeh qismində cəlb edərək “vurulmuş zərərin ödənilməsi”ni tələb etmələri faktiki olaraq qanunsuz və əsassız olduğundan iddia rədd edilməlidir. İddiaçının davranışı hüquqdan sui-istifadədir. Göründüyü kimi İddiaçının hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan suiistifadədir. Belə ki, İddiaçı tərəfindən öz mülahizəsini əsaslandırmaq üçün konkret heç bır ölçülə bilən, qiymətləndirilməsi mümkün olan faktlara istinad edilməyib, yalnız bəyanat xarakterli ehtimallar irəli sürülüb. İlkin iddia ərizəsində, sonrakı dəqiqləşmə ərizələrində, həmçinin indiyədək keçirilmiş məhkəmə iclaslarında İddiaçı ona dəymiş zərərin nədən ibarət olduğunu əsaslandıra bilməyib. AR MM-ın 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına əsasən Əmlakın bır şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir. İş materiallarından da göründüyü kimi İddiaçıya dəymiş hər hansı real zərərdən söhbət getdiyini müəyyən etmək mümkün deyil. Bundan başqa, Audiovizual Şuranın 3-49/2-340/2025 saylı xx.xx.2025-ci il tarixli məktubunda mübahisənin predmeti olan bir sıra idman kanallarının yayımının 01 06.2025-ci il tarixindən dayandırılmalı olduğunun göstərildiyini nəzərə alaraq həmin kanalların yayımı dayandırıldığı üçün İddiaçının hər hansı hüququnun pozulmasından söhbət gedə bilməz. Üstəlik həmin idman kanallarının yayımı müvafiq tarixdə dayandığı üçün, İddiaçının hər hansı hüququnun pozulmasını iddia etməsi əsassızdır. Müvafiq olaraq da adi mülki dövriyyə şəraitində əldə edilən gəlirlərin əldən çıxmış fayda olaraq başa düşüldüyünü nəzərə alaraq İddiaçının ona bu cür zərər dəyməsini iddia etməsinin heç bır əsası mövcud deyildir Ümumiyyətlə, bu cür absurd yanaşma İddiaçının bütün icraat zamanı irəli sürdüyü bütün dəlillər üçün xarakterikdir. İddiaçının hərəkətləri ex turpis causa (yolverilməz vicdansız davranış) olmaqla hüquqdan sui- istifadədən başqa cür xarakterizə etmək mümkün deyildir İddiaçı məsələyə qeyri-konstruktiv yanaşmaqla, bilərəkdən vəziyyətdən və hüquqdan sui-istifadə etməyə çalışır. Digər tərəfdən İddiaçı MMC tərəfindən eyni məhsulun alıcılarına münasibətdə qiymət ayrı-seçkiliyinə yol verilməsi faktları mövcuddur. Belə ki, İddiaçı MMC tərəfindən müvafiq idman kanallarının yayımı üçün AiləTV, Citynet, KATV kimi provayderlərə hər abunəçi üçün 2 AZN xidmət haqqı ödənilməsi nəzərdə tutulsa da, qərəzli olaraq Cavabdeh MMC və tərəfdaşına abunəçi sayından asılı olmayaraq aylıq 20 000 manat xidmət haqqı ödənilməsi şərti ilə müqavilə bağlanması tələb olunur. AR Rəqabət Məcəlləsinin 16.2.12.2-ci maddəsinə əsasən eyni növ və eyni keyfiyyətli məhsul oxşarməzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaradılması, hökmran mövqedən sui-istifadə kimi xarakterizə edilməklə qanunvericiliyin tələblərinin pozulmasıdır”.
15. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
16. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququ "xxxx" Şirkətinə məxsusdur, sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə və müqaviləyə əlavələrə əsasən həmin hüquq xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək iddiaçıya verilmişdir.
18. Cavabdeh MMC mübahisələndirilən 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayınadək 11 ay müddətinə Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə futbol üzrə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman yarışlarının (oyunlarının) retranslyasiyasını həyata keçirmiş, xx.xx.2025-ci il tarixdən cavabdeh adıçəkilən idman yarışlarının (oyunlarının) retranslyasiyasını dayandırmışdır.
19. "xxxx" Şirkətinin 2023-cü ildə Audiovizual Şuraya müraciəti əsasında təqdim olunan sənədlərə əsasən sonuncu tərəfindən aparılmış araşdırma ilə İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman yarışlarının (oyunlarının) Azərbaycan Respublikası ərazisində yayım hüququnun "xxxx" Şirkətinə məxsus olduğu müəyyən olunmuş və Audiovizual Şura xx.xx.2023-cü il tarixli məktubla xarici televiziya proqramlarının retranslyasiyasını həyata keçirən yayım operatorlarına müraciət edərək, qeyd olunan idman yarışlarının yayımını həyata keçirən xarici televiziya kanallarının retranslyasiyasını qanunvericiliyə uyğun (rəsmi müqavilə əsasında) həyata keçirilmələrini tələb etmişdir.
20. İddiaçı ilə "xxxx" Şirkəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, sonuncu iddiaçıya Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ, o cümlədən iddiaçının aldığı hüquqları tam və ya qismən üçüncü şəxslərə ötürmək hüququ vermişdir.
21. iddiaçı xx.xx.2025-ci və xx.xx.2025-ci il tarixlərdə Audiovizual Şuraya müraciət edib yuxarıda adıçəkilən idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququnun məxsus olduğu "xxxx" Şirkəti tərəfindən ona verildiyinə istinad edərək Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” ("xxxx") Şirkətinə məxsus olan “Матч ТВ” (“Match TV”), “Матч Боец” (“Match Boyets”), “Матч Арена” (“Match Arena”), “Матч Игра” (“Match İgra”), “Матч Страна” (“Match Strana”), “Матч Премьер” (“Match Prem'yer”), “Матч Футбол 1” (“Match Futbol 1”), “Матч Футбол 2” (“Match Futbol 2”), “Матч Футбол 3” (“Match Futbol 3”) televiziya kanalları vasitəsilə Azərbaycan Respublikası ərazisində qanunsuz yayımlandığını və bununla da iddiaçıya məxsus hüquqların pozulduğunu bildirmişdir. Müraciətə Şuranın xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, yayım operatorlarının yenidən monitorinqi aparılmış, monitorinqlər nəticəsində ... Cavabdeh MMC ... tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsi ilə iddiaçının hüquqlarının pozulduğu təsbit olunmuş, adıçəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdehnə ünvanladığı 02 may 2025-ci il tarixli, 3-49/2-312/2025 saylı məktubunda Şura tərəfindən müraciətdə qeyd olunan yayım operatorlarının yenidən monitorinqinin aparıldığı, monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bir sıra platforma operatorları tərəfindən Rusiya Federasiyasının “Национальный Спортивный Телеканал” şirkətinə məxsus olan “Матч ТВ”, “Матч Боец”, “Матч Арена”, “Матч Игра”, “Матч Страна”, “Матч Премьер”, “Матч Футбол 1”, “Матч Футбол 2”, “Матч Футбол 3” televiziya kanalları vasitəsilə İddiaçı MMC-nin hüquqlarının pozulduğunun təsbit olunduğu, qısa müddət ərzində platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirməyi, yəni, yalnız buna hüquq verən sənədlərin (lisenziya, razılıq, icazə, müqavilə və s) mövcudluğu halında xarici televiziya kanalının retranslyasiyasını aparılması tələb olunmuş, əks təqdirdə Şura tərəfindən qanunvericiliyə müvafiq tədbirlərin görüləcəyi bildirilmişdir.
23. Azərbaycan Respublikası Audiovizual Şurasının Cavabdehnə ünvanladığı 02 may 2025-ci il tarixli, 3-49/2-319/2025 saylı məktubuna əsasən Şura tərəfindən yayım operatorlarının təkrar monitorinqi aparılmış və platforma operatoru lisenziyasından irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq Şura tərəfindən tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
24. Azərbaycan Respublikası Audiovizual Şurasının İddiaçınə ünvanladığı 05 may 2025-ci il tarixli, 3-49/2-322/2025 saylı məktubuna əsasən Şura tərəfindən yayım operatorlarının yenidən monitorinqi aparılmışdır. Monitorinqlər nəticəsində Cavabdeh MMC-nin “Tvin TV” xidməti və digərləri tərəfindən müqavilə olmadan retranslyasiya edilən bir sıra televiziya kanalları vasitəsilə ‘Adrescon” MMC-nin hüquqlarının pozulduğu təsbit olunmuşdur. Yuxarıda adları çəkilən platforma operatorlarına rəsmi məktub göndərilmiş və lisenziyadan irəli gələn fəaliyyəti qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirmələri tələb olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir.
25. İddiaçı MMC və “X3 Limited (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əsasən Setanta Sports 1 və Setanta Sports 2 kanallarının Azərbaycan Respublikası ərazisində yayım hüququ İddiaçı MMC-yə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, EBEL Operatora icazə (lisenziya ) verir ki, kanalı qəbul edib abunəçilərə yayımı həyata keçirir. 1.2-ci bəndinə əsasən, Operator EBEL ilə əvvəlcədən razılaşdırmaq şərti ilə EBEL-dən aldığı kanal hüquqlarını qismən və ya tam şəkildə fiziki və ya hüquqi şəxslərə ötürmək hüququna (sublisenziya) hüququna malikdir.
26. Adrescon” MMC və “X3 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə 2 nömrəli əlavəyə əsasən “X2 Limited” lisenziya sahiblari ilə bağlanmış müvafiq lisenziya müqavilələri əsasında müvafiq mövsümlərdə Azərbaycan Respublikasının ərazisində qeyd olunan idman yarışlarının kanallar (Seriya A, Liqa 1, X10, NBA, Formula 1, X5 Liqası, X17, La liqa, Bundesliqa, WTA, NHL, ATP Masters 1000, ATP Finalları, ATP 500, ATP 250 Pool, Next Gen ATP Finalları və ATP Uncovered, Hollandiya Liqası, Avroliqa, X12 Liqası, UFC, X6, EFL) vasitəsilə yayım hüququna malikdir. Əlaqəli hüquqlar (kanallar vasitəsi ilə yayım hüquqları) “X3 Limited” şirkətinə aid yuxarıda sadalanan idman yarışları Azərbaycan Respublikası ərazisində Setanta Sports 1 və Setanta Sports 2 kanalları vasitəsi ilə təqdim olunur. Tərəflər arasında bağlanmış müqaviləyə və bu əlavəyə əsasən İddiaçı MMC eksklyuziv distrbyutor olaraq xx.xx.2023-cü il tarixindən müqavilənin qüvvədə olduğu tarixinədək həmin kanalların yayım hüquqlarının satışını və müəllif hüquqlarının qorunmasını həyata keçirir.
27. İddiaçı MMC və “X3 Limited” (bundan sonra EBEL) arasında bağlanmış xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqaviləyə əlavə olan 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2023-xx.xx.2025-ci il tarix müəyyən edilmişdir.
28. İddiaçı MMC ilə “ATV”+ arasında aylıq ödəniş 20000 manat olmaqla kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 3 saylı sublisenziya sazişi bağlanmışdır.
29. İddiaçı MMC ilə "xxxx" MMC arasında kanal yayımı barədə xx.xx.2024-cü il tarixində 1 saylı sublisenziya sazişi bağlanmışdır.
30. Cavabdeh MMC ilə “X16” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 1100- 04-22/07-471 nömrəli İP TV Xidmət üzrə müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilə “X16” QSC tərəfindən standartlara uyğun Rəqəmsal TV platformasının “AZT”-ə təqdim edilməsi ilə bağlı texniki, iqtisadi və hüquqi münasibətləri tənzimləyir.
31. İddiaçı MMC ilə “X16” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinin 2.2-ci bəndinə əsasən Sublisenziat Kanalı və ya Kanalda olan proqramları nə yenidən sata, nə onlara əlavə sublisenziya verə, nə də nümayiş etdirə, nə icazə və ya lisenziya verə, habelə Kanalın və ya Kanalda olan proqramların Sistemdən başqa hər hansı cari və ya gələcəkdə yaradılacaq vasitələrlə yayılmasına icazə verə bilməz. Bu Müqaviləyə əsasən, Sublisenziar tərəfindən Sublesenziata açıq-aşkar verilməyən bütün hüquqlar Sublisenziar tərəfindən qorunub saxlanılır.
32. Həmin sazişin 3.3-cü bəndinə əsasən Sublisenziat Kanala girişin yalnız müvafiq abunə haqqını tam ödəyən Abunəçilərə icazə verilməsini təmin etmək üçün bütün mühüm tədbirləri görməlidir. Sublisenziat başqalarına Kanalın hər hansı hissəsini köçürməyə, qeydə almağa, yaddaşda saxlamağa, təkrar nümayişə və ya digər şəkildə təkrar istehsal etməyə icazə verə bilməz və verməməlidir. X7 hər hansı bir hissəsinin icazəsiz surətinin çıxarılması, qeydə alınması, yaddaşda saxlanması, təkrar ötürülməsi və ya istifadəsindən xəbərdar olarsa, o, Sublisenziarı dərhal xəbərdar etməli və Sublisenziranın bütün sorğuları ilə bağlı onunla əməkdaşlıq etməli və bu cür fəaliyyəti dayandırmaq üçün bütün lazımi tədbirləri görməlidir. Sublisenziat başqalarına Sistemdən savayı Kanalı almağa, yaymağa və ya göstərməyə icazə verə bilməz və verməməlidir.
33. İddiaçı MMC ilə “X16” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinə xx.xx.2024-cü il tarixli, 02 saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət xx.xx.2024-cü il tarixədək uzadılmışdır.
34. İddiaçı MMC ilə “X16” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinə xx.xx.2024-cü il tarixli, 03 saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət xx.xx.2024-cü il tarixədək uzadılmışdır.
35. İddiaçı MMC ilə “X16” QSC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 8 nömrəli Sublisenziya sazişinə xx.xx.2024-cü il tarixli, 04 saylı əlavə razılaşmaya əsasən müqavilə üzrə müddət xx.xx.2024-cü il tarixədək uzadılmışdır.
36. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən cavabdeh İXM-nin 381.11-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5000 manat cərimə edilmişdir.
37. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib, materialları araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
38. Məhkəmə iddianı, birinci - Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ iddiaçıya məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X5 Liqası” , “X17”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanmasına dair hərəkətlərin cavabdehə qadağan edilməsi hissəsində əsaslı hesab edir.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir.
40. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən audiovizual əsərlər (kino, tele və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər) müəlliflik hüququnun obyektidir.
41. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.
42. Həmin Qanunun 35-ci maddəsinə əsasən, verilişdən hər hansı istifadəyə görə qonorar almaq hüququ da daxil olmaqla yayım təşkilatının ondan istənilən formada istifadəyə müstəsna hüququ vardır. Yayım təşkilatının verilişlərindən istifadəyə müstəsna hüquq efir (kabel) yayımı təşkilatının aşağıdakı hərəkətləri həyata keçirməyi, həyata keçirməyə icazə verməyi və ya qadağa qoymağı bildirir: verilişi yazmaq; verilişin yazılmasının surətini çıxarmaq; öz verilişinin eyni vaxtda kütləvi bildiriş üçün başqa yayım təşkilatı vasitəsi ilə efir və ya kabellə bildirişi; öz verilişini kütləvi bildiriş üçün kabel televiziyası ilə göstərmək, öz verilişinin pullu giriş olan yerlərdə kütləvi bildirişi, verilişin yazılmasını yaymaq.
43. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.
44. Həmin Qanunun 45.1-ci maddəsinə görə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
45. “Media haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.21-ci maddəsinə əsasən platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxsdir.
46. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadəyə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yol verilir, yəni müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərindən mediada istifadə olunarkən məhz bu Qanunun tələblərinə riayət olunmalıdır.
47. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərir.
48. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir.
49. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən, proqrama müstəsna yayım hüququ əldə etmiş audiovizual yayımçıdan başqa digər audiovizual yayımçıların həmin proqramı yayımlaması qadağandır.
50. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC və “X3 Limited” şirkəti arasında xx.xx.2023-cü il tarixli kanal yayımı barədə müqavilə və müqaviləyə 2 nömrəli əlavə bağlanmış, həmin razılaşmalara əsasən EBEL-ə məxsus Setanta Sports 1 və Setanta Sports 2 kanallarının və həmin kanallar vasitəsi ilə təqdim olunan idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayım hüququ, həmin kanalların yayım hüquqlarının satışı və müəllif hüquqlarının qorunmasının həyata keçirilməsi İddiaçı MMCyə ötürülmüş, müqaviləyə 2 saylı əlavə razılaşmaya əsasən müqavilə müddəti xx.xx.2025ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh sadalanan idman yarışlarının retranslyasiyasını həyata keçirmiş, media sahəsində tənzimlənməni həyata keçirən dövlət orqanı olan Audiovizual Şura tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə rəsmi qaydada müraciət olunaraq yayımın rəsmi müqavilə əsasında həyata keçirmələri tələb edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Daha sonra yenidən Şura tərəfindən cavabdehə xx.xx.2025-ci ildə müraciət edilmiş, iddiaçının Tvin Tv xidməti tərəfindən müqavilə olmadan retranslyasiya edilən televiziya kanalları vasitəsilə iddiaçının hüquqlarının pozulmasının təsbit edildiyi göstərilərək göstərilən pozuntunun qısa zaman ərzində dayandırılması tələb edilmişdir.
51. Cavabdeh tərəfindən Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ iddiaçıya məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X5 Liqası” , “X17”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanması iddiaçının vəsatəti əsasında tətbiq edilmiş müvəqqəti təminat tədbiri barədə qərardadların icrası ilə bağlı 2025-ci ilin iyun ayında dayandırılmışdır.
52. Hazırda iddiaçı yayım hüquqları iddiaçıya məxsus kanalların və idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımlanmasının cavabdehə qadağan edilməsini tələb edir.
53. Hazırda yayım hüquqları iddiaçıya məxsus kanalların və idman yarışlarının Azərbaycan Respublikası ərazisində yayımlanması cavabdeh tərəfindən dayandırılsa da, bu hal gələcəkdə iddiaçının razılığı olmadan yenidən yayımlayacağı halını aradan qaldırmır, həmçinin gələcəkdə də bu hallara yol verə biləcəyini istisna etmir.
54. Cavabdeh tərəfindən məhkəməyə yayımın qanuni əsaslarla həyata keçirilmiş olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
55. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
56. Məhkəmə iddianı, ikinci cavabdehdən 165000 manat pulun tələb edilməsi hissəsində də əsaslı hesab edir.
57. Belə ki, iddia ərizəsindən göürünür ki, iddiaçı cavabdehdən 2024-cü ilin iyul ayından 2025-ci ilin iyun ayına qədər keçən 11 aylıq dövr üzrə 165000 manat (11 ay * 15000 manat) əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş edir.
58. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Y.Məmmədov həmin hesablamanın hansı qaydada aparılması sualına cavab olaraq göstərdi ki, həmin məbləğ iddiaçının ərizədə göstərilən dövr üzrə əldən çıxmış faydasıdır, həmin məbləği hesablayarkən analoji yaym müqavilələrinə əsasən idman yarışlarının yayımından əldə olunan orta aylıq abunə gəliri əsas götürmüş və anoloji müqavilələri iş materiallarına əlavə etmişlər.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
60. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
61. Belə ki, mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
62. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır.
63. İddiaçının təqdim etdiyi yeganə sübut analoji yayım müqavilələridir, tələb edilən 165000 manat isə orta aylıq abunə gəliri əsasında hesablanan məbləğ olmaqla, ehtimal xarakteri daşıyır.
64. Məhkəmə qeyd edir ki, şəxsi qeyri-əmlak hüquqlarının pozulması halında ümumiyyətlə əldən çıxmış faydanın ödənilməsini tələb etmək mümkün deyil, belə ki, bu anlayış şəxsi qeyri-əmlak hüquqlarının müdafiəsinin əsas vasitəsi olan mənəvi zərərin ödənilməsinə deyil, sahibkarlıq və ya digər fəaliyyətdən əldə edilən mənfəətin itirilməsi ilə bağlı zərərin ödənilməsinə aid edilir.
65. Bununla belə, məhkəmə hesab edir ki, əgər hüququ pozan şəxs, şəxsi qeyriəmlak hüququnun pozulması nəticəsində gəlir əldə edibsə, zərərçəkmiş şəxs həmin gəlirdən az olmayan məbləğdə itirdiyi mənfəətin ödənilməsini tələb etmək hüququna malikdir.
66. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması barədə qərar qəbul edə bilər.
67. Həmin Qanunun 47-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
68. “Telekommunikasiya haqqında” Qanunun 41.1-ci maddəsinə görə, telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir.
69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
70. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı 11 ay üzrə üzrə zərərin əvəzinin ödənilməsini tələb etdiyindən iddia tələbi ikinci hissədə cavabdehin həmin aylar üzrə əldə etdiyi gəlir həddində təmin edilməlidir.
71. Cavabdeh tərəfindən əldə edilmiş gəlirin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, "xxxx" MMC və cavabdeh arasında bağlanmış müqavilənin icrası ilə bağlı əldə edilmiş gəlirlərin müəyyən edilməsi məqsədi ilə məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu ilə müraciət olunmuş, vergi orqanı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən cavabdehə mübahisəli dövr üzrə göndərilmiş elektron qaimələr və həmin qaimələr üzrə cavabdeh tərəfindən edilmiş ƏDV ödənişləri barədə məlumat verilmişdir. Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş elektron qaimələrə baxış keçirilən zaman müəyyən edilmişdir ki, rəqəmsal tv xidmətlərinin həyata keçirilməsinə görə, "xxxx" MMC tərəfindən cavabdehə ƏDV daxil 484399 manat məbləğində ödəniş həyata keçirilməsi üçün qaimə təqdim edilmişdir. "xxxx" MMC və cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli, 1100-04-22/07-471 saylı “İP TV xidməti üzrə” müqavilənin 1 nömrəli Əlavəsinə əsasən 3 (üç) aydan sonra əldə edilən gəlirlərin 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci illər üzrə 50%-lik hissəsinin "xxxx" MMC-yə ödənilməsi razılaşdırılmışdır. Beləliklə, mübahisə predmetinə aid olan yayımların həyata keçirilməsi nəticəsində əldə olunmuş qazancın yalnız 50%-nin ödənilməli olmasının razılaşdırılması nəzərə alındıqda yayımlardan əldə olunan qazanc məbləğinin ümumilikdə ƏDV daxil olmaqla 968798 manat təşkil etməsi aydın olur.
72. Məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün hesab edir ki, cavabdehin 11 aylıq dövr üzrə əldə etdiyi gəlir kimi 165000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
73. Cavabdeh yazılı etirazında əldə etdiyi gəlirin az olduğunu, hazırkı kanallarla bağlı aylıq gəlirin 1634,31 manat olmasını, bundan əlavə, cavabdeh həmin qaimələrdə digər xidmətlərin, cihazların alqı-satqısı, quraşdırılması və sairə xərcinin əks olunduğunu, qaimələrdə tələb edilən vəsaitlərin yalnız bir qisminin hazırkı kanalların yayımı ilə bağlı olduğunu bildirsə də, etirazının əsası kimi hər hansı sübutu (elektron qaimələr, razılaşmalar və sairə) məhkəməyə təqdim etməmiş, yazılı etirazını ümumi sözlərlə əsaslandırmışdır.
74. Əldə edilmiş gəlir barədə yeganə sənəd vergi orqanı tərəfindən məhkəməyə təqdim edilmiş elektron qaimələr olmuşdur.
75. Cavabdeh tərəfindən gəlirləri təsdiq edən başqa sübut məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə zərərin məbləği ilə bağlı işdə olan həmin sübutun əsas götürülməsini məqsədəmüvafiq hesab etmişdir.
76. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir.
77. Məhkəmə iddiaçı tərəfindən verilmiş cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə vəsatəti əsassız hesab edir.
78. Belə ki, hazırkı kommersiya mübahisəsi ilə bağlı xüsusi qərardadın çıxarılması üçün əsaslar müəyyən edilməmişdir.
79. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
80. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
81. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş 455 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. V. Nəticə:
82. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 165000 manat məbləğində pul, 455 manat dövlət rüsumu, ümumilikdə 165455 (bir yüz altmış beş min dörd yüz əlli beş) manat məbləğində pul tutularaq tutularaq İddiaçı MMC-yə ödənilsin. Azərbaycan Respublikası ərazisində müstəsna yayım hüququ İddiaçı MMC-yə məxsus olan SETANTA SPORTS 1 və SETANTA SPORTS 2 kanallarının və İngiltərə “Premyer Liqası”nın, İtaliyada “Seria A”nın, Fransada “Liqa 1”in, Almaniyada “Bundesliqa”nın, “X5 Liqası” , “X17”, İspaniya “La Liqası”, Hollandiya Liqası (Eredivisie), Səudiyyə Ərəbistan “Pro Liqası” habelə “NHL”, “UFC”, “Bellator”, “NBA”, “Avropa Liqası”, “Formula 1”, “X9” idman oyunlarının Azərbaycan Respublikasının ərazisində qanuni əsaslar olmadan (hüquq sahibi ilə müqavilə bağlanmadan) yayımlanması Cavabdeh MMC-yə qadağan edilsin. İddiaçı MMC tərəfindən verilmiş Cavabdeh barəsində “xüsusi qərardad çıxarılması barədə” vəsatət təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova