Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-423/2020 03.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı Firmasının qanuni təmsilçisi Qanuni nümayəndə, iddiaçının nümayəndəsi, vəkil X2 və Cavabdeh1 MMC-nin nümayəndələri X5 və X3 iştirakı ilə, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “göstərilən fəaliyyətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması və digər” tələbi barədə kommersiya mübahisəsi ilə bağlı işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) xidməti ilə əlaqədar 2009-cu ilə kimi Heydər Əliyev adına X6 göstərilən fəaliyyətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Heydər Əliyev adına X6 İddiaçı firması tərəfindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) fəaliyyətinin davam etdirilməsi və bu fəaliyyətin yenidən göstərilməsi üçün iddiaçı ilə icarə müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, cavabdehin qanunsuz və əsassız hərəkətləri ucbatından İddiaçı Firmasının 10 ilə yaxın müddətdə fəaliyyətinin tamamilə dayanması səbəbindən dolayı iddiaçıya dəymiş maddi zərərə görə ******* manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 1998-ci ildən iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə həyat yoldaşı X1 tərəfindən yaradılmış İddiaçı firması X9 Aeroportunun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidmət növü ilə 1998-ci ildən məşğul olmuşdur. Firma ilə əməkdaşlıq edən zamanadək aeroportda bağlamalar kağız ilə bağlanırdı. Bu işin Avropa standartlarına uyğun şəkildə görülməsi məqsədilə firma “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin prezidenti ilə görüşüb öz ideyasını bildirdi. Aeroport rəhbərliyinin razılığını aldıqdan sonra bu işi həyata keçirmək üçün xaricdən avadanlıq alındı. Aeroport rəhbərliyi ilə danışıqlarına və müqavilələrinə inanaraq avadanlığı ala bilmək üçün onlar xüsusi mülkiyyətlərində olan evlərini satmış və bütün əllərində olan vəsaitlərini bu işi görmək üçün istifadə etmişlər. Avadanlığın yerləşdirilməsi üçün Aerovağzal kompleksinin cənub terminalında 2-ci mərtəbəsində 2 m2, şimal terminalının 2-ci mərtəbəsində 2 m2, yerli hava xəttləri terminalında 2 m2 yüklərin və əlçantalarının üzlənməsi üçün onların müasir avadanlıqlarına yer ayrılmışdır. Fəaliyyət göstərdikləri dövr ərzində həm Azal, həm də “X14” MMC qarşısında üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirmişlər. Dövlət büdcəsinə 1998-ci ildən 2010-cu ilə qədər vergi ödəmişlər. Heç bir zaman qanunsuz hərəkətə yol verməmişlər. 2009-cu ildə Cavabdeh1 MMC yarananadək onlar X9 Aeroportu ilə daha doğrusu “Airport Gate” şirkəti ilə 12 il əməkdaşlıq etmişlər. Cavabdeh1 MMC yarandıqdan sonra da şirkətlə birgə işgüzarlıq müqaviləsi əsasında çalışmağa başlamışlar. Cavabdeh1 MMC ilə əməkdaşlıq etməyə dair müqavilə bağlamışlar. Şirkət olaraq onlar Aeroportun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı xidməti həyata keçirdirdilər. Lakin, 2009-cu ildə müqavilənin vaxtı bitmədən Cavabdeh1 MMC heç bir səbəb göstərmədən gecə ilə 7 üzləyici müasir avadanlıqlarını aeroportdan kənarlaşdırdılar. Belə ki, Müqavilə Aviaşirkət tərəfindən birtərəfli qaydada pozulduqdan sonra 39 nəfər işçiləri işsiz qalmışdır. Böyük miqdarda vəsait xərclənərək xaricdən alınıb gətirilmiş avadanlıq bu gün dəyərsiz əşya kimi kənarda qalmışdır. Bu avadanlıq yalnız aeroportda bağlamanı həyata keçirmək üçün istehsal olunduğu üçün bu gün onu başqa heç bir sahədə istifadə edə bilmirlər. İstifadəsiz qalan avadanlıq və materiallar xarab olmaq təhlükəsi altındadır. O vaxtdan, bu günədək dəfələrlə Cavabdeh1 MMC-yə işə davam etməklə bağlı müraciətlər edilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Hal-hazırda işsizdilər. Cavabdeh1 MMC ilə aralarında olan müqaviləyə əsasən, Cavabdeh1 MMC heç bir səbəb göstərmədən gecə ilə 7 üzləyici müasir avadanlıqlarını aeroportdan kənarlaşdırdığı 2009-cu il tarixədək xidmətlərini həyata keçirmişlər. Lakin birdən-birə heç bir səbəb göstərilmədən əməkdaşlığı bitirmələri Firmalarına çox böyük maddi zərər vurmuşdur. Belə ki, onlar bu işi görmək üçün öz vəsaitləri hesabına xaricdən 1 ədəd üzləyici müasir avadanlıq almışlar, üstəlik əlavə olaraq 6 ədəd üzləyici avadanlıq öz vəsaitləri hesabına yığdırmışlar və onun ölkəyə gətirilməsi üçün böyük miqdarda vəsait xərcləmişlər. Bu gün həmin 1 avadanlığın alınması üçün xərclənən 85000 ABŞ dolları ödənilməmiş və bağlamada istifadə etdikləri 10000 ABŞ dolları dəyərində olan yarımçıq qalmış strec materialı isə başqa heç bir sahədə istifadə edilmədən əllərində qalmışdır. Məsələ ilə bağlı rəsmi müraciət etdiyimiz zaman, “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin xx.xx.2019-cil tarixli məktubu ilə aidiyyatı üzrə “X15” MMC-yə müraciət etməyimiz tövsiyyə olunsa da, “X15” MMC-nin xx.xx.2019-ci il tarixli məktubu ilə onların göstərdikləri xidmətlə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-yə müraciət edilməsi bildirilmişdir. Hansı ki, onlar xx.xx.2008- ci il tarixli (1 illik, xx.xx.2009-cu il tarixdə bitən) 05 nömrəli Müqaviləni konkret olaraq “X15” MMC-nin rəhbərliyi ilə bağlamışlar. Onlara dəymiş maddi ziyana görə Cavabdeh1 MMC cavabdehdir. Biznes fəaliyyətinin geri qaytarılması və 10 illik müqavilənin bağlanılması və əks təqdirdə ******* manat maddi və mənəvi ziyana görə təzminat ödənilməsi ilə bağlı cavabdehə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək hər hansı bir biznes fəaliyyətinə qayıdış, yeni müqavilənin bağlanılması və ya ödəniş olmamış və buna bənzər hər hansı bir digər şərait yaradılmamışdır. Odur ki, qaldırdıqları iddia əsasında biznes fəaliyyətinə qayıtmaq və 10 illik müqavilə bağlamaq tələbilə razılaşmaya əməl olunmadığı halda, maddi və mənəvi ziyana görə ******* manat qarşı tərəfdən onlara ödənilməlidir ki, onlar yenidən o pulnan başqa bir biznes fəaliyyətinə başlaya bilsinlər, çünki ilk dəfə Azərbaycanda bu biznes fəaliyyətini 1998-ci ildən 2009-cu ilə qədər onlar göstərmişlər (Bakının Aeroportunda ("xxxxxxxxxxxxxxxxxxxxxxx" QSC-nin Bakı şəhər filialında)) və heç bir səbəb olmadan onları aeroportdan uzaqlaşdırıblar və 9 il 9 aydır ki, işsiz, qazancsız qalmışlar, baxmayaraq ki, bu 9 il 9 ayda arada 3 il və 6 il məsafə buraxmadan dayanmadan hər yerə şikayət etmişlər, amma fayda görməmişlər, onlara hədə qorxu gəliblər ona görə də indi məhkəməyə müraciət etməyə cəsarət tapmışlar, çarəsizlikdən, savadsızlıqdan, köməksizlikdən və ailələrinə görə ehtiyyat etdiklərinə görə onlar indi məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi, vəkil X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, iddiaçı hazırki tələblə bağlı ümumi iddia müddəti bitmədən məhkəməyə müraciət edildiyinə iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndələri X5 və X8 izahatlarında iddia tələbini qəbul etmədiklərini bildirərək məhkəməyə ərizə (2 cild, i.v. 27) təqdim edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmçinin izahatlarında aerovaqzal kompleksinin Cavabdeh1 MMC-nin mülkiyyətində olmadığını bildirmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə, işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mustafayev Şakir İddiaçı oğlu ifadəsində əvvəllər İddiaçı firmasında işlədiyini və həmin firmanın X9 Aeroportunun ərazisində sərnişinlərə məxsus bağlamaların üzlənməsi ilə bağlı fəaliyyətlə məşğul olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2000-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, müqavilənin etibarlılıq müddəti 1 il müəyyən edilməklə, tərəflərdən heç biri bu müqavilənin qüvvədə olma müddəti bitənədək 30 gündən gec olmayaraq onu uzatmaq istəmədiyini yazılı şəkildə bildirməzsə, bu müqavilənin həmin müddətə və bağlandığı şərtlərlə uzadılmış sayılması şərti ilə “Airport Gate” Azərbaycan-Britaniya birgə müəssisəsi ilə İddiaçı firması əmlakın, əşya hüquqlarının və əmək iştirakının birləşdirilməsi, əhalinin xidmətlərə olan tələbatını ödəmək və mənfəət əldə etmək məqsədi ilə hüquqi şəxs yaratmadan birlikdə “Bakı” hava limanında baqajın qablaşdırılması xidmətlərinin göstərilməsi üzrə müəssisənin açılması yolu ilə fəaliyyət göstərməyi öhdələrinə götürürlər. “Airport Gate” Azərbaycan-Britaniya birgə müəssisəsi ilə İddiaçı firması ilə aralarında bağlanmış icarə müqavilələrindən görünür ki, indiki X9 X11 Xətləri Terminalı ərazisində İddiaçı firması üçün “Saxlama kamerası” servis xidməti təşkil edilməsi və aeroportun cənub terminalının ikinci mərtəbəsində (2 m2), şimal terminalının ikinci mərtəbəsində (2 m2) və Yerli hava Xəttləri Terminalında (2 m2) yüklərin və əl çantalarının üzlənməsi üçün bükücü aparatlara yer ayrılmasını “Airport Gate” Azərbaycan-Britaniya birgə müəssisəsi öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış sonuncu 05 saylı, xx.xx.2008-ci il tarixli icarə müqaviləsindən görünür ki, “xxxxxxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı tərəfindən Heydər Əliyev X6 əl çantalarının üzlənməsi aparatları üçün yer ayrılaraq «İddiaçı” firmasına icarəyə verilmiş, göstərilən müqavilə 1 il müddətinə (2008-ci ilin dekabr ayının 31-dən 2009-cu ilin dekabr ayının 31-ə kimi) bağlanılmış və müqavilənin 4.3-cü bəndinə əsasən, müqavilə üzrə vəzifələri lazımi qaydada yerinə yetirən icarəyə götürən müqavilənin vaxtını uzatmaqda üstün hüquqa malikdir. xx.xx.2009-cu il tarixli, 255 nömrəli məktubdan görünür ki, cavabdeh “xxxxxxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı tərəfindən 05 saylı, xx xxxxxx 2008-ci il tarixli müqaviləyə xx.xx.2009-cu il tarixdən müqaviləyə qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilir. xx.xx.2009-cu il tarixli, 12 nömrəli məktubdan görünür ki, «İddiaçı” firması tərəflər arasında bağlanmış 05 saylı, xx xxxxxx 2008-ci il tarixli müqaviləyə xx.xx.2009-cu il tarixdən qiymətlərin qalxması ilə əlaqədar birtərəfli qaydada xitam verilməsinə heç bir əsasın olmadığını, təklif ediləcək yeni qiymətlərlə işlərini davam etdirməyə razı olduqlarını “xxxxxxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialına bildirmişlər. xx.xx.2009-cu il tarixli, 260 nömrəli məktubdan görünür ki, “xxxxxxxx” Aviaşirkəti MMC-nin “Airport Gate” filialı tərəfindən tərəflər arasında bağlanmış müqavilə birtərəfli ləğv edildiyindən, 3 gün ərzində firmaya məxsus 4 ədəd üzləyici aparatlarının X9 Aeroportundan çıxarılması «İddiaçı” firmasından tələb olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2019-cu il tarixli **********47 nömləri məktubdan görünür ki, “İddiaçı firmasının icarəsinə verilmiş qeyri-yaşayış sahələrinin yerləşdiyi aerovağzal kompleksinin cənub, şimal və yerli hava xətləri terminalları “xxxxxxxxxxxxxxxxxxxxxxx” X4 balansında olmaqla dövlət mülkiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və 6.1.5-ci maddəsinə əssən isə müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə baxışında müəyyən edilmişdir ki, “İddiaçı firmasının icarəsinə verilmiş qeyri-yaşayış sahələrinin yerləşdiyi aerovağzal kompleksinin cənub, şimal və yerli hava xətləri terminalları “xxxxxxxxxxxxxxxxxxxxxxx” X4 balansında olmaqla dövlət mülkiyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 MMC-yə qarşı fəaliyyətinin davam etdirilməsi və müqavilənin bağlanması ilə bağlı öhdəlik tələbi üzrə iddiaçının subyektiv hüququ yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının belə hüququ olsaydı belə, iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan iddia müddətini ötürmüşdür. Cavabdeh1 MMC-yə qarşı maddi ziyan tələbi ilə bağlı hissədə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən fəaliyyəti ilə bağlı vergi-hesab faktura, qəbzlər və kassa mədaxil orderləri təqdim edilsə də, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Məhkəmə qanunvericiliyinin iradə sərbəstliyi və müqavilələrin bağlanması azadlığı prinsiplərinə əsaslanaraq hesab edir ki, İddiaçı Firmasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı olan tələblərlə bağlı iddiası əsassız olduğundan təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, xüsusi qərardadın çıxarılması müstəqil tələb kimi irəli sürülə bilməz. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tərəflərindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) xidməti ilə əlaqədar 2009-cu ilə kimi Heydər Əliyev adına X6 göstərilən fəaliyyətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Heydər Əliyev adına X6 İddiaçı firması tərəfindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) fəaliyyətinin davam etdirilməsi və bu fəaliyyətin yenidən göstərilməsi üçün iddiaçı ilə icarə müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, cavabdehin qanunsuz və əsassız hərəkətləri ucbatından İddiaçı Firmasının 10 ilə yaxın müddətdə fəaliyyətinin tamamilə dayanması səbəbindən dolayı iddiaçıya dəymiş maddi zərərə görə ******* manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. İddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Firmasının cavabdehlər Cavabdeh1 MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı tərəflərindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) xidməti ilə əlaqədar 2009cu ilə kimi Heydər Əliyev adına X6 göstərilən fəaliyyətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması, Heydər Əliyev adına X6 İddiaçı firması tərəfindən “qablaşdırma” (əşyaların bağlanması, üzlənməsi, paketlənməsi) fəaliyyətinin davam etdirilməsi və bu fəaliyyətin yenidən göstərilməsi üçün iddiaçı ilə icarə müqaviləsinin bağlanılması öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, cavabdehin qanunsuz və əsassız hərəkətləri ucbatından İddiaçı Firmasının 10 ilə yaxın müddətdə fəaliyyətinin tamamilə dayanması səbəbindən dolayı iddiaçıya dəymiş maddi zərərə görə ******* manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-423/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-423/2020
03.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver