Məhkəmə qərarları › İş №e-2-2(113)-480/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-480/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-480/2021 03.11.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqavilələri üzrə yaranmış borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarə haqqına görə yaranmış ******* ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 020 saylı icarə müqaviləsi əsasında 21 adda, ümumi sahəsi 3245 kv.m olan yaşayış və qeyri-yaşayış sahələri, aylıq 7000 ABŞ dollarına, 24 iyul 2019-cu il tarixli 023 saylı icarə müqaviləsi əsasında 23 adda texnikalar və avadanlıqlar aylıq 14600 ABŞ dollarına, 10 iyun 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi əsasında 11 adda və cəmi 23 sayda texnika aylıq 13500 ABŞ dollarına, 19 iyul 2019-cu il tarixli 021 saylı icarə müqaviləsi əsasında 8 adda və cəmi 13 sayda texnika aylıq 17000 ABŞ dollarına, 25 iyul 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi əsasında 71 adda müxtəlif çeşidli avadanlıqlar və materiallar aylıq 15500 ABŞ dollarına, 06 mart 2020-ci il tarixli 028 saylı icarə müqaviləsi əsasında 2 adda və cəmi 2 sayda texnika və avadanlıq aylıq 8000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli 027 saylı icarə müqaviləsi əsasında 1 ədəd mobil beton zavodu dəsti aylıq 11000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli 026 saylı icarə müqaviləsi əsasında 6 adda və cəmi 7 sayda texnika və avadanlıq aylıq 7000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli A53 saylı icarə müqaviləsi əsasında 16 adda texnika və avadanlıq aylıq 15300 ABŞ dollarına Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialına icarəyə verilmişdir. İcarə müqavilələri bağlanmış və müqavilə predmeti olan əmlak Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialına təhvil verilmişdir. Buna baxmayaraq, heç bir müqavilə üzrə bu günədək ödəniş həyata keçirilməmişdir. Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialın rəhbəri ilə dəfələrlə əlaqə saxlayaraq icarə haqqlarının ödənilməsini tələb edilsə də, heç bir nəticəsi olmamışdır. Beləliklə, Cavabdeh MMC-nin "xxxx" ASC-yə bu günə olan borcu 10 iyun 2019-cu il tarixli 020 saylı icarə müqaviləsi üzrə 119000 ABŞ dolları, 24 iyul 2019-cu il tarixli 023 saylı icarə müqaviləsi üzrə 233600 ABŞ dolları, 10 iyun 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi üzrə 229500 ABŞ dolları, 19 iyul 2019-cu il tarixli 021 saylı icarə müqaviləsi üzrə 272000 ABŞ dolları, 25 iyul 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi üzrə 248000 ABŞ dolları, 06 mart 2020-ci il tarixli 028 saylı icarə müqaviləsi üzrə 72000 ABŞ dolları, 02 sentyabr 2019-cu il tarixli 027 saylı icarə müqaviləsi üzrə 165000 ABŞ dolları, 02 sentyabr 2019-cu il tarixli 026 saylı icarə müqaviləsi üzrə 105000 ABŞ dolları, 02 sentyabr 2019-cu il tarixli A53 saylı icarə müqaviləsi üzrə 229500 ABŞ dolları, icarə haqqına görə borc ümumilikdə ******* ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 10 iyun 2019-cu il tarixli 020 saylı icarə müqaviləsi əsasında verilmiş 21 adda, ümumi sahəsi 3245 kv.m. olan yaşayış və qeyri-yaşayış sahələrinin, 24 iyul 2019-cu il tarixli 023 saylı icarə müqaviləsi əsasında verilmiş 23 adda texnikalar və avadanlıqların, 10 iyun 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi əsasında verilmiş 11 adda və cəmi 23 sayda texnikanın, 19 iyul 2019-cu il tarixli 021 saylı icarə müqaviləsi əsasında verilmiş 8 adda və cəmi 13 sayda texnikanın, 25 iyul 2019-cu il tarixli 024 saylı icarə müqaviləsi əsasında verilmiş 71 adda müxtəlif çeşidli avadanlıqlar və materialların, 06 mart 2020-ci il tarixli 028 saylı icarə müqaviləsi əsasında verilmiş 2 adda və 2 sayda texnika və avadanlığın, 02 sentyabr 2019-cu il tarixli 027 saylı icarə müqaviləsi əsasında verilmiş 1 ədəd mobil beton zavodu dəstinin, 02 sentyabr 2019-cu il tarixli 026 saylı icarə müqaviləsi əsasında verilmiş 6 adda və cəmi 7 sayda texnika və avadanlığın, 02 sentyabr 2019-cu il tarixli A53 saylı icarə müqaviləsi əsasında verilmiş 16 adda texnika və avadanlığın Cavabdeh MMC-dən alınaraq ona verilməsi və icarə haqqına görə yaranmış ******* ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı ASC-nin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək icarə haqqına görə yaranmış ******* ABŞ dollarının ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh MMC-dən İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qismən, yəni, ekspert rəyində göstərilən ******* ABŞ dolları hissəsində qəbul etdiyini bildirdi və qalan hissədə iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: - "xxxx" ASC ilə Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialı arasında bağlanmış 10 iyun 2019-cu il tarixli 020 saylı İcarə Müqaviləsinə əsasən 21 adda, ümumi sahəsi 3245 kv.m olan yaşayış və qeyri-yaşayış sahələri, aylıq 7000 ABŞ dollarına, 24 iyul 2019-cu il tarixli 023 saylı İcarə Müqaviləsi əsasında 23 adda texnikalar və avadanlıqlar aylıq 14600 ABŞ dollarına, 10 iyun 2019-cu il tarixli 024 saylı İcarə Müqaviləsi əsasında 11 adda və cəmi 23 sayda texnika aylıq 13500 ABŞ dollarına, 19 iyul 2019-cu il tarixli 021 saylı İcarə Müqaviləsi əsasında 8 adda və cəmi 13 sayda texnika aylıq 17000 ABŞ dollarına, 25 iyul 2019-cu il tarixli 024 saylı İcarə Müqaviləsi əsasında 71 adda müxtəlif çeşidli avadanlıqlar və materiallar aylıq 15500 ABŞ dollarına, 06 mart 2020-ci il tarixli 028 saylı icarə müqaviləsi əsasında 2 adda və cəmi 2 sayda texnika və avadanlıq aylıq 8000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli 027 saylı İcarə Müqaviləsi əsasında 1 ədəd mobil beton zavodu dəsti aylıq 11000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli 026 saylı İcarə Müqaviləsi əsasında 6 adda və cəmi 7 sayda texnika və avadanlıq aylıq 7000 ABŞ dollarına, 02 sentyabr 2019-cu il tarixli A53 saylı İcarə Müqaviləsi əsasında 16 adda texnika və avadanlıq aylıq 15300 ABŞ dollarına Cavabdeh MMC-nin Qazaxıstan Respublikasındakı Filialına icarəyə verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.08.2021-ci il tarixli, 9/3802 saylı rəyinə əsasən 10 iyun 2019-cu il tarixli 20 saylı icarə müqaviləsi üzrə ödənilməli icarə məbləği ƏDV daxil 140000 ABŞ dolları, 10 iyun 2019-cu il tarixli, 24 saylı icarə müqaviləsi üzrə 270000 ABŞ dolları, 19 iyul 2019-cu il tarixli, 21 saylı icarə müqaviləsi üzrə 323000 ABŞ dolları, 24 iyul 2019-cu il tarixli 23 saylı icarə müqaviləsi üzrə ******* ABŞ dolları, 25 iyul 2019-cu il tarixli, 24 saylı icarə müqaviləsi üzrə 294500 ABŞ dolları, 02 sentyabr 2019-cu il tarixli A53 saylı icarə müqaviləsi üzrə 260100 ABŞ dolları və 02 sentyabr 2019-cu il tarixli, 26 saylı icarə müqaviləsi üzrə 119000 ABŞ dolları, 02 sentyabr 2019-cu il tarixli, 27 saylı icarə müqaviləsi üzrə 187000 ABŞ dolları, 06 mart 2020-ci il tarixli, 28 saylı icarə müqaviləsi üzrə 88000 ABŞ dolları olmaqla ödənilməli olan ümumi icarə məbləği ƏDV daxl ******* ABŞ dolları, o cümlədən ƏDV-siz 1660169,50 ABŞ dolları təşkil etmişdir. - 05.09.2021-ci il tarixli, 081 saylı məktubda İddiaçı ASC-nin iddia tələbi Cavabdeh MMC tərəfindən qismən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş rəylə müəyyən edilmiş ümumi icarə məbləğini qəbul etdiklərini və iddia tələbinin həmin hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; - 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; - 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. İşin halları ilə təsdiq olunur ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış, cavabdeh üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. ******* ABŞ dolları məbləğində borcun mövcud olması ekspert rəyi ilə təsdiqini tapdığından və cavabdeh tərəfindən mübahisləndirilmədiyindən məhkəmə qeyd olunan xüsusata işin mübahisələndirilməyən halı kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 52.5-ci madddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Lakin işin hallarından görünür ki, cavabdehin iddianı qismən etiraf etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Lakin iddianın digər hissəsi ilə bağlı (2692***-*******=733400) 733400 ABŞ dolları məbləğində borcun hansı əsaslarla yaranması, hansı qaydada hesablanması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmadığından məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd olunmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspert rəyi verilən tarixə hesablanmış borc məbləği ilə iddia tələbində göstərilən borc məbləğinin uyğunluq təşkil etməsi nəzərə alınaraq məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı icarə müqavilələri üzrə yaranmış borcun tutulması barədə iddiası qismən təmin edilsin. 1959000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 22 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar