Məhkəmə qərarları › İş №e-2-2(113)-5136/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5136/2025

02.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5136/2025 02.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənə dəymiş maddi ziyanın əvəzi olaraq 5950 (beş min doqquz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumunun alınaraq mənə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdehlə aramızda olan razılaşmaya əsasən mən 2024–cü ilin may ayında cavabdehdən satmaq üçün 4000 (dörd min) manat dəyərində qida məhsulları və dərman ləvazimatlarıalmışam. Satış işlərini Şəmkir rayonu Mərkəzi Xəstəxanasının yanında açmış olduğum yerdə həyata keçirirdim. Həmin məhsulların bir neçəsiniayrı–ayrışəxslərə satsam da, məhsulların keyfiyyətsiz olmasısəbəbindən müştərilər narazılıqlar etməyə başlamışdır. Bir çox alıcılar da həmin məhsullarımənə geri qaytararaq pulunu almışdır. Mən bundan sonra cavabdehdən almış olduğum qida məhsulları və dərman ləvazimatlarınıaldığım vaxtdan qısa müddət sonra aparıb özlərinə qaytararaq pulumu tələb etsəm də, heç bir nəticəsi olmamışdır. Hazırda həmin məhsullar cavabdehin özündədir. Həmçinin almış olduğum məhsullara görə daxili qaydalarla mənə əlavə bonuslar verilməli olduğu halda, mənim bonuslarımı da düzgün hesablamayıblar. Bonus kartları digər şəxslərə verilmiş olsa da, mənə kart təqdim edilməmişdir. Həmin bonus kartında 450 manat mənə çatası pul vəsaiti var. Lakin həmin kartımənə vermirlər. Həmin bonuslar cavabdehin qrup rəhbəri Şahnaz və onun nümayəndəsi Bahar tərəfindən götürülür, lakin özümüzə verilmir. Həmçinin cavabdeh Tiktok sosialşəbəkəsində linklər açaraq dövlət dərmanlarına qarşımənfi rəy formalaşdırmağa çalışırlar. Öz məhsullarını isə guya keyfiyyətli, bitgimənşəli olması kimi reklam etməyə çalışırlar. Guya digər dərmanlar insan orqanlarına ziyandır, lakin onlar öz məsulları keyfiyyətlidir. Lakin mən bunun tam əksini gördüm. Cavabdehdən alıb ayrı–ayrışəxslərə satmış olduğum məhsulların keyfiyyətsiz olmasısəbəbindən alıcılar narazılıqlar etmişdir. Hətta yarımçıq şəkildə qaytarılmış məhuslları da mən cavabdehin özünə qaytarmışam. Mən bununla bağlı Bakışəhəri Nərimanov Polis İdarəsinə də müraciət etmişəm. Lakin həmin İdarədə işimə baxılmadığı üçün 2 ay 20 gün müddət keçmişdir. Həmin ərəfədə mənim solayağım bir neçə yerindən sındığı üçün hərəkət edə bilməmişdim. İkiəsa ilə çətinliklə evdə hərəkət etməyə çalışırdım. DİN–nin qaynar xəttinə etdiyim çoxsaylımüraciətlərdən sonra Polis İdarisindən mənə Bakışəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməyim tövsiyyə edilmişdir. Özüm İİ qrup əliləm. Şəkər xəstəliyindən əziyyət çəkirəm. Ən ağır dozada insuliq qəbuledirəm. Mərum ərim DYP əməkdaşı olmaqla İ Qarabağ müharibəsi veteranı olmuşdur. Mənə qoyulmuş həkim diaqnozu ondan ibarətdir ki, mən ikinci bir şəxsin nəzarəti olmadan hər hansı işlə məşğul ola bilmərəm. Cavabdeh isə mənim xəstəliyimdən sui–istifadə edərək mənə keyfiyyətsiz məhsullar vermiş, daha sonra da məhsulları qaytararkən pulumu verməmişdir. Bundan başqa mən həmin məhsullarıalmaq üçün bankdan kredit də götürmüşəm və 3 ay müddətinə hər ay 255 manat kreditin faizlərini ödəmişəm. Həmin kredit və ümumi xərclərlə əlaqədar mənə əlavə 1500 manat maddi ziyan dəymişdir. Bonus kartında olan mənə çatası 450 manat pul vəsaiti var. Beləliklə mənə ümumilikdə 5950 (beş min doqquz yüzəlli) manat maddiziyan dəymişdir. Dəfələrlə cavabdehdən mənə dəymiş ziyanı ödəməsini tələb etsəm də heç bir nəticəsi olmamışdır.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

4. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

5. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

İddiaçı tərəfindən sübut qismində məhkəməyə yalnız ayrı ayrı şəxslərin adına olan imza və mphür olmayan müxtəlif qəbzlır əlavə edilmişdir. V. Tətbiq edilən hüquq:

6. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 445.7-ci maddənin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

7. AR MPM-in: .2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...” “Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. ...” “Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..

Vİ.Məhkəmənin mövqeyi:

1. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir.

2. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlarla müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" MMC ilə arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yarandığını, lakin təqdim olunan malların qüsurlu olduğuna görə ona 5950 manat məbləğində maddi ziyanın dəydiyini iddia edir.

3. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı malların alınmasını birbaşa təsdiq edən sənədləri (məsələn, alqı-satqı müqaviləsi,elektron qaimə,təhvil-təslim aktı) məhkəməyə təqdim etməsə də, cavabdehin nümayəndəsi məhkəmənin hazırlıq iclasında iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən məbləğdə məhsul almadığını, Belə ki, elektron sistemə əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının başqa şəxslərin adına, başqa şəxslərin özü tərəfindən alınmış mallara dair zərər tələb etmək hüququ olmadığını, ona hansı şəkildə zərər dəydiyinə dair heç bir sübutunun olmadığını, cavabdeh şirkət bilinməyən malların mağazanın önünə qoyulması ilə bağlı polisə də müraciət etdiyini qeyd etmişdir.

4. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində cavabdehdən 4000 manat məbləində mal aldığnı və həmin malların keyfiyyətsiz olması səbəbindən onları qaytarmaq istədiyini bildirsə də, nə 4000 manatlıq mal almasına dair və ya o malların keyfiyyətsiz olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmiş, həmçinin, cavabdeh tərəfindən na dəymiş maddiz ziyan kimi 1500 manat tələb etsə də, həmin tələbə dair heç bir sübut təqdim etməmiş, həmçiin 450 manat “bonus”verilməli olduğuna əsaslaaraq həmin məbləği tələb etsə də, bu tələbin də əsası kimi heç bir sübut təqdim etməmişdir.

5. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad olunan halları sübut etməlidirlər.

6. İmperativ normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

7. Məhkəmə qeyd edir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan hal kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır.

8. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29)

10. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

11. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

12. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

13. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 81 manat məbləğində dövlət rüsum iddiaçı tərəfindən ödənilmişdir.

14. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar