Məhkəmə qərarları › İş №e-2-2(113)-5320/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-5320/2025

14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-5320/2025 14.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2022ci il tarixli, 263/22 nömrəli subicarə müqaviləsi ilə xx.xx.2024 – xx.xx.2025 tarixləri üzrə hesablanmış ümumilikdə ƏDV daxil 3160.56 manat məbləğində borcun; - 553.66 (beş yüz əlli üç manat altmış altı qəpik) manat məbləğində dəbbə pulunun; - vəkil xərcinin əvəzi olaraq 700 (yeddi yüz) manat və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, 235/21 nömrəli subicarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən co-working iş masasını "xxxx" MMC-yə icarəyə vermişdir. Bunun müqabilində "xxxx" MMC Müqavilənin 3-cü bəndinə əsasən iddiaçıya bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 440.00 manat, eləcə də 373,00 manat depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür. Bu müqavilənin müddəti xx.xx.2022 tarixində bitmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixindən qüvvəyə minməsi şərti ilə xx.xx.2022-ci il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında 263/22 nömrəli subicarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 3-cü bəndinə əsasən, iddiaçı ünvan 1 ünvanında yerləşən 511 saylı ofisi 01 iyun 2022-ci il tarixli təhvil təslim Aktını imzalanmaqla "xxxx" MMC-yə icarəyə vermişdir. Bunun müqabilində "xxxx" MMC Müqavilənin 3-cü bəndinə əsasən iddiaçıya bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 689.24 manat, eləcə də 584,00 manat depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür. Bundan əlavə, bəhs edilən müqavilənin 2.2 və 2.4-cü bəndlərinə əsasən, tərəflər bu Müqavilənin 2.1-ci maddəsində göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsi barədə razılığa gəldiyi təqdirdə, belə xidmətlərin qiyməti və onların göstərilməsi qaydası Subicarəyə verən tərəfindən birtərəfli qaydada müəyyən edilir. Bütün əlavə xidmətlər Subicarəçinin xidmət üçün müraciət etdiyi vaxtda Subicarəyə verənin işçi heyətinin, avadanlığının və digər faktiki şəraitin mövcudluğundan asılıdır. Buna baxmayaraq, hər bir halda əlavə xidmətlərin göstərilməsi Subicarəyə verənin şəxsi mülahizəsindən asılıdır. Tərəflər əlavə xidmətlərin göstərilməsi barədə razılığa gəldikdə, Subicarəçinin bu xidmətləri Subicarəyə verən tərəfindən artıq fakturası göndərilmiş ödənişləri ödəməklə istənilən vaxt ləğv etmək hüququ var. Bu Müqavilənin 2.2-ci maddəsində qeyd olunan xidmətlərin qiyməti Subicarəyə verən tərəfindən birtərəfli qaydada müəyyən edilir. Daha sonra, 30 dekabr 2024-cü il tarixində həmin müqavilə üzrə öhdəliklər, müqaviləyə edilən əlavəyə əsasən "xxxx" MMC-nin təsisçisi və direktoru olaraq fiziki şəxs Cavabdeh keçmişdir. Bildiririk ki, xx.xx.2021-ci il tarixli, 235/21 nömrəli və xx.xx.2022-ci il tarixli, 263/22 nömrəli müqavilələr üzrə iddiaçı tərəfindən ümumilikdə ƏDV daxil 32172.52 manat məbləğində icarə və əlavə xidmət göstərilmişdi, o cümlədən: - 2021-ci il üzrə icarə haqqı 745.76 manat, əlavə çap xidmətləri üzrə 8.1 manat, ƏDV 135.7 manat, cəmi 889.56 manat; - 2022-ci il üzrə icarə haqqı 5953.1 manat, əlavə çap, loqonun yerləşdirilməsi, mətbəx, iclas otağı, yeraltı avto dayanacaq xidmətlər üzrə 906.01 manat, ƏDV 1234.64 manat, cəmi 8093.75 manat; - 2023-cü il üzrə icarə haqqı 7009.2 manat, əlavə çap, loqonun yerləşdirilməsi, mətbəx, iclas otağı, yeraltı avto dayanacaq xidmətlər üzrə 1976.25 manat, ƏDV 1617.38 manat, cəmi 10602.83 manat; - 2024-cü il üzrə icarə haqqı 7009.22 manat, əlavə loqonun yerləşdirilməsi, yeraltı avto dayanacaq xidmətlər üzrə 2069.00 manat, ƏDV 1634.08 manat, cəmi 10712.30 manat; - 2025-ci il üzrə icarə haqqı 1168.2 manat, əlavə loqonun yerləşdirilməsi, yeraltı avto dayanacaq xidmətləri üzrə 420.00 manat, ƏDV 285.88 manat, cəmi 1874.08 manat. Nəqliyyat vasitələrinin parklanmasına görə yeraltı avtodayanacaq xidmətlərinin göstərilməsi, binanın sahibi "xxxx" MMC tərəfindən verilmiş məktubla təsdiq edilir. İcarəyə verilən iş masasının yerləşdiyi ofisin giriş hissəsində "xxxx" MMC-nin loqosunun yerləşdirilməsinəgörə əlavə xidmətlərin göstərildiyi foto-şəkil ilə təsdiq edilir. Bunun müqabilində "xxxx" MMC iddiaçıya ümumilikdə ƏDV daxil 29011.95 manat məbləğində ödəniş edilmişdir, o cümlədən - 2021-ci il üzrə ƏDV daxil icarə, xidmət haqları və depozit üzrə cəmi 1309.76 manat; - 2022-ci il üzrə ƏDV daxil icarə, xidmət haqları üzrə cəmi 8261.14 manat; - 2023-cü il üzrə ƏDV icarə, xidmət haqları üzrə cəmi 10602.83 manat; - 2024-cü il üzrə ƏDV icarə, xidmət haqları üzrə cəmi 8838.22 manat. Nəticə etibarı ilə xx.xx.2022-ci il tarixli, 263/22 nömrəli müqavilə üzrə öhdəliklər xx.xx.2024-cü il tarixinə qədər "xxxx" MMC tərəfindən, sonradan isə Cavabdeh tərəfindən tam yerinə yetirilməmişdir. Ümumilikdə isə 2024-cü ilin noyabr ayından müqaviləyə xitam verilən xx.xx.2025-ci il tarixinə qədər 3748.16 manat (ƏDV daxil) ödənişin icra edilməsi bu günə qədər təmin edilməmişdir, o cümlədən 2024-cü ilin Noyabr ayı üzrə icarə haqqı 584.1 manat,əlavə loqonun yerləşdirilməsi və yeraltı avto dayanacaq xidmətləri üzrə 210.00 manat, ƏDV 142.94 manat,cəmi 937.04 manat. 2024-cü ilin Dekabr ayı üzrə icarə haqqı 584.1 manat,əlavə loqonun yerləşdirilməsi və yeraltı avto dayanacaq xidmətləri üzrə 210.00 manat, ƏDV 142.94 manat,cəmi 937.04 manat. 2025-ci ilin Yanvar ayı üzrə icarə haqqı 584.1 manat, əlavə loqonun yerləşdirilməsi və yeraltı avto dayanacaq xidmətləri üzrə 210.00 manat, ƏDV 142.94 manat,cəmi 937.04 manat. 2025-ci ilin Fevral ayı üzrə icarə haqqı 584.1 manat,əlavə loqonun yerləşdirilməsi və yeraltı avto dayanacaq xidmətləri üzrə 210.00 manat, ƏDV 142.94 manat,cəmi 937.04 manat. Nəzərə alsaq ki, Cavabdeh 263/22 nömrəli müqavilə üzrə depozit şəklində 587.59 manat (ƏDV daxil) məbləğində artıq ödəməsi mövcud olub, 2024-cü ilin noyabr ayından etibarən xx.xx.2025 tarixinə qədər hesablanmış ümumilikdə 3748.16 manat (ƏDV daxil) borc məbləğdən 587.59 manat (ƏDV daxil) çıxıldıqda, nəticədə, iddiaçı qarşısında ümumilikdə ƏDV daxil 3160.57 manat məbləğində borcun qaytarılması qalmışdır. Qeyd edilməlidir ki, ödənişlərin aparılması üçün iddiaçı tərəfindən e-qaimələr göndərilmiş və həmin qaimələr də təsdiq edilmişdir. 263/22 nömrəli Müqavilənin 5.3-cü maddəsinə əsasən, Başlanma Tarixindən gec olmayaraq ödənilməli olan depozit, ilk ay üçün İcarə Haqqı və aylıq müntəzəm qaydada göstərilən əlavə xidmətlər üçün haqlar istisna olmaqla, İcarə Haqqı və aylıq müntəzəm qaydada göstərilən əlavə xidmətlər üçün haqlar Subicarəçi tərəfindən barəsində ödənişin aid olduğu aydan əvvəlki ayın 10-cu günündə və ya bu gündən əvvəl ödənilməlidir. Ödənişlər Müqavilə ilə müəyyən edilmiş vaxt ödənilmədiyi üçün Müqavilənin 5.6-cı bəndinə rəhbər tutaraq Müqaviləyə birtərəfli qaydada xx.xx.2025 tarixdən xitam verilmiş və vaxtında edilməyən ödənişin hər gecikmiş günü üçün xx.xx.2025 tarixinə qədər 0.1% dərəcəsi ilə ümumilikdə 553.66 manat dəbbə pulu hesablanmışdır, o cümlədən - 937.04 manat (2024 cü ilin noyabr ayından etibarən ödəniş vaxtı keçmiş məbləğ) x 0.1% = 0.94 x 193 (gecikmiş günlərin sayı) = 181.42 manat - 937.04 manat (2024 cü ilin dekabr ayından etibarən ödəniş vaxtı keçmiş məbləğ) x 0.1% = 0.94 x 163 (gecikmiş günlərin sayı) = 153.22 manat - 937.04 manat (2025 ci ilin yanvar ayından etibarən ödəniş vaxtı keçmiş məbləğ) x 0.1% = 0.94 x 132 (gecikmiş günlərin sayı) = 124.08 manat - 937.04 manat (2025 ci ilin fevralayından etibarən ödəniş vaxtı keçmiş məbləğ) x 0.1% = 0.94 x 101 (gecikmiş günlərin sayı) = 94.94 manat Tərəflər аrаsındа münasibətləri məhkəmədən kənar qаydаdа həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə xx.xx.2025-ci tarixli yаzılı bildiriş göndərilmiş lakin bundan sonra da qeyd оlunаn müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Sonucu dəfə prosessual qanunvericililiyin tələblərinə əsasən, iddiaçı tərəfindən cavabdehə həm onlayn kargüzarlıqla, eləcə də poçt vasitəsi ilə Pretenziya göndərilmiş təəssüf ki, borc ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi C.Nağıyev iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, məhkəmə icraatı dövründə əsas borc üzrə ƏDV daxil 708,50 manat məbləğində cavabdeh tərəfindən ödəniş olunmuşdur, həmin ödənişin nəzərə alınmasını xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında cavabdeh borcla razılaşdığını, maddi vəziyyəti ilə bağlı birdəfəlik ödəniş edə bilmədiyini bildirdi.

5. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Sonuncu məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (icarəyə verən) və "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235/21 saylı subicarə müqaviləsinə görə subicarəyə verən mebellə təchiz olunmuş ünvan 1 ünvanında yerləşən co-working iş masasını istifadə olunmaq üçün subicarəçinin sərəncamına verməyi öhdəsinə götürür. Subicarəçi isə aylıq olaraq icarə haqqını ödəməyi öhdəsinə götürür. Ofis sahəsini subicarəyə verən tərəfindən icarəyə verilən binanın (Biznes Mərkəzi) bir hissəsidir.

9. Müqavilənin 3-cü bəndinə əsasən icarəçi iddiaçıya bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 440.00 manat, eləcə də 373,00 manat depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür.

10. Müqavilənin 5.6-cı bəndinə əsasən subicarəçidən vaxtında edilməyən ödənişin hər gecikdirilmiş günü üçün 0,1% dərəcəsi əsasında dəbbə pulu ala bilər.

11. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 263/22 nömrəli subicarə müqaviləsinə əsasən icarəyə mebellə təchiz olunmuş ünvan 1 ünvanında yerləşən 511 saylı ofisi istifadə olunmaq üçün subicarəçinin sərəncamına verməyi öhdəsinə götürür. Subicarəçi isə aylıq olaraq icarə haqqını ödəməyi öhdəsinə götürür. Ofis sahəsini subicarəyə verən tərəfindən icarəyə verilən binanın (Biznes Mərkəzi) bir hissəsidir.

12. Müqavilənin 2.2-ci bəndində göstərilən xidmətlərdən başqa xidmətlərin göstərilməsi barədə razılığa gəldiyi təqdirdə, belə xidmətlərin qiyməti və onların göstərilməsi qaydası Subicarəyə verən tərəfindən birtərəfli qaydada müəyyən edilir. Bütün əlavə xidmətlər Subicarəçinin xidmət üçün müraciət etdiyi vaxtda Subicarəyə verənin işçi heyətinin, avadanlığının və digər faktiki şəraitin mövcudluğundan asılıdır. Buna baxmayaraq, hər bir halda əlavə xidmətlərin göstərilməsi Subicarəyə verənin şəxsi mülahizəsindən asılıdır. Tərəflər əlavə xidmətlərin göstərilməsi barədə razılığa gəldikdə, Subicarəçinin bu xidmətləri Subicarəyə verən tərəfindən artıq fakturası göndərilmiş ödənişləri ödəməklə istənilən vaxt ləğv etmək hüququ var.

13. Müqavilənin 2.4-cü bəndində qeyd olunan xidmətlərin qiyməti Subicarəyə verən tərəfindən birtərəfli qaydada müəyyən edilir.

14. Müqavilənin 3-cü bəndinə əsasən iddiaçıya bir aylıq icarə haqqı ƏDV daxil olmaqla 689.24 manat, eləcə də 584,00 manat depozit məbləği ödəməyi öhdəliyinə götürmüşdür.

15. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022 tarixli 263/22 saylı X2 Müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən Regus BWC mərkəzinin 511 saylı ofisi, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri üçün subicarəyə verilmişdir.

16. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 263/22 nömrəli subicarə müqaviləsinin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən subicarəçi "xxxx" MMC və subicarəyə verən "xxxx" MMC arasında bağlanmış 20 may 2022-ci il tarixli 263/22 saylı X2 müqaviləsi üzrə bütün hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür.

17. İddiaçı tərəfindən "xxxx" MMC-nə MT2501 seriyalı 11181224 nömrəli, xx.xx.2025ci il tarixli 937.038 manat məbləğində, MT2501 seriyalı 10412383 nömrəli, xx.xx.2025 tarixli 937.038 manat məbləğində, MT2411 seriyalı, 10250984 nömrəli, xx.xx.2024-cü il tarixli 937.038 manat məbləğində, MT2410 seriyalı, 10098753 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, MT2409 seriyalı, 10464436 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, MT2408 seriyalı, 10222874 nömrəli, xx.xx.2024-cü il tarixli 882.758 manat məbləğində, MT2407 seriyalı, 10242481 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, EBED seriyalı, 764697 nömrəli, xx.xx.2024-cü il tarixli 878.04 manat məbləğində, MT2405 seriyalı, 10051885 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, MT2404 seriyalı, 00023152 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, MT2403 seriyalı, 00051370 nömrəli, xx.xx.2024-cü il tarixli 931.138 manat məbləğində, MT2402 seriyalı, 00030221 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, MT2401 seriyalı, 00061234 nömrəli, xx.xx.2024-cü il tarixli 878.038 manat məbləğində, EBDU seriyalı, 209130 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDR seriyalı, 880737 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDP seriyalı, 545248 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDN seriyalı, 395791 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDL seriyalı, 169774 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDJ seriyalı, 007513 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDG seriyalı, 985548 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBDE seriyalı, 858393 nömrəli, xx.xx.2023-cü il tarixli 878.06 manat məbləğində, EBDC seriyalı, 741785 nömrəli, xx.xx.2023-cü il tarixli 886.55 manat məbləğində, EBDA seriyalı, 916429 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBCO seriyalı, 020971 nömrəli, xx.xx.2023-cü il tarixli 878.04 manat məbləğində, EBCM seriyalı, 473106 nömrəli, xx.xx.2023-cü il tarixli 935.86 manat məbləğində, EBCK seriyalı, 335456 nömrəli, xx.xx.2022-ci il tarixli 870.96 manat məbləğində, EBCJ seriyalı, 230125 nömrəli, xx.xx.2022-ci il tarixli 505.25 manat məbləğində, EBCİ seriyalı, 431590 nömrəli, xx.xx.2022-ci il tarixli 933.50 manat məbləğində, MT2502 seriyalı, 10165356 nömrəli, xx.xx.2025-ci il tarixli 937.038 manat məbləğində, EBCG seriyalı, 417613 nömrəli, xx.xx.2022-ci il tarixli 875.68 manat məbləğində, EBCD seriyalı, 037503 nömrəli, xx.xx.2022-ci il tarixli 705.76 manat məbləğində, EBCB seriyalı, 071390 nömrəli, xx.xx.2022-ci il tarixli 693.72 manat məbləğində, EBBZ seriyalı, 360532 nömrəli, xx.xx.2022-ci il tarixli 762.87 manat məbləğində, EBBX seriyalı, 793587 nömrəli, xx.xx.2022-ci il tarixli 863.41 manat məbləğində, EBBV seriyalı, 688182 nömrəli, xx.xx.2022-ci il tarixli 462.65 manat məbləğində, EBBT seriyalı, 819368 nömrəli, xx.xx.2022-ci il tarixli 459.59 manat məbləğində, EBBS seriyalı, 127013 nömrəli, xx.xx.2022-ci il tarixli 478.23 manat məbləğində, EBBQ seriyalı, 844755 nömrəli, xx.xx.2022-ci il tarixli 482.12 manat məbləğində, EBCJ seriyalı, 230125 nömrəli, xx.xx.2022-ci il tarixli 505.25 manat məbləğində, EBBN seriyalı, 385063 nömrəli, xx.xx.2021-ci il tarixli 449.56 manat məbləğində, EBBL seriyalı, 682687 nömrəli, xx.xx.2021-ci il tarixli. 440.00 manat məbləğində elektron qaimələr təqdim edilmişdir.

18. "xxxx" MMC tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli, Ç25-026 nömrəli məktubla Cavabdeh nəqliyyat vasitələrinin parklanmasına görə yeraltı avtodayanacaq xidmətləri göstərilmişdir.

19. İş materiallarında olan foto-şəkil ilə təsdiq olunur ki, "xxxx" MMC-nin loqosunun yerləşdirilməsi ilə bağlı əlavə xidmət göstərilmişdir.

20. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 263/22 nömrəli icarə müqaviləsi üzrə 708,50 manat ödəniş olunmuşdur.

21. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

23. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

24. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı (icarəyə verən) və "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235/21 saylı subicarə müqaviləsinə görə subicarəyə verən mebellə təchiz olunmuş ünvan 1 ünvanında yerləşən co-working iş masasını istifadə olunmaq üçün subicarəçinin sərəncamına vermiş, iddiaçı (icarəyə verən) və "xxxx" MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 235/21 saylı subicarə müqaviləsinə görə subicarəyə verən mebellə təchiz olunmuş ünvan 1 ünvanında yerləşən co-working iş masasını istifadə olunmaq üçün subicarəçinin sərəncamına vermişdir. Daha sonra iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 263/22 nömrəli subicarə müqaviləsinin xx.xx.2024-cü il tarixli əlavəsinə əsasən subicarəçi "xxxx" MMC və subicarəyə verən "xxxx" MMC arasında bağlanmış 20 may 2022 ci il tarixli 263/22 saylı X2 müqaviləsi üzrə bütün hüquq və öhdəlikləri Cavabdeh keçmişdir. Sonuncu tərəfindən üzərinə düşən öhdəliklər lazımınca icra edilməmişdir. İddiaçı hazırda yaranmış icarə haqqı üzrə 3160,56 manat borcu cavabdehdən tələb edir.

26. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 263/22 nömrəli icarə müqaviləsi üzrə 708,50 manat ödəniş olunmuşdur.

27. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən 2452,06 manat əsas borc (3160,56 manat – 708,50 manat) tutularaq iddiaçıya ödənilməlidir.

28. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.3cü bəndinə əsasən hesablanmış 553,66 manat dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

29. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

30. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

31. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

32. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat məbləğində müəyyən edilməlidir.

33. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2452,06 manat əsas borc, 100 manat dəbbə pulu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

34. Bundan başqa iddia ərizəsində 700 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 300 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 400 manat xərc iddiaçının özünə aid edilməlidir.

35. Belə ki, xx.xx.2025-ci il tarixli 125 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “LCG” Vəkil Bürosuna 600 manat ödəniş edilmişdir. Bundan əlavə xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “LCG” Vəkil Bürosuna 800 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 45,53 manat (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 19,47 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2452,06 manat əsas borc, 100 manat dəbbə pulu, 300 manat hüquqi yardıma görə xərc, 45,53 manat dövlət rüsumu, ümumilikdə 2897,59 (iki min səkkiz yüz doxsan yeddi manat əlli doqquz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 19,47 manat dövlət rüsumu və 400 manat hüquqi yardıma görə vəsait İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar