Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7804/2025 26.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXXX ünvanında yerləşən mənzillərin sahə mülkiyyətçiləri ilə bilavasitə məişət abonent müqaviləsinin bağlanması, onların adına sayğacların qeydiyyata alınması və davamlı olaraq əsassız hesablanmış fərqli borcların silinməsinin (sıfırlanması) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin “davamlı olaraq əsassız hesablanmış fərqli borcların silinməsinin (sıfırlanması) vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsi qeyri-müəyyəndir, həmin hissədə iddianın obyekti və qiyməti müəyyən edilə bilmir. Halbuki iddia ərizəsində silinməsi tələb edilən məbləğ dəqiq göstərilməli, iddianın qiyməti müəyyən olmalıdır. İddia ərizəsində pul məbləğinin konkret qeyd edilməməsi və silinməli məbləğinin müəyyənləşdirilməsi vəzifəsinin məhkəməyə həvalə edilməsi prosessual qanunvericiliyin prinsiplərinə (dispozitivlik və çəkişmə) və MPM-in 149-cu maddəsinin tələblərinə uyğun olmadığından məhkəmə bu tələbi icraata götürməyə haqlı deyildir. Bununla yanaşı, “XXXX ünvanında yerləşən mənzillərin sahə mülkiyyətçiləri ilə bilavasitə məişət abonent müqaviləsinin bağlanması, onların adına sayğacların qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi” də qeyri-müəyyəndir. Belə ki, XXXX ünvanında yerləşən mənzillərin sahə mülkiyyətçilərinin kimlər olduğu aydın deyildir. İddiaçı isə qeyri-müəyyən subyektlər dairəsi ilə cavabdeh arasında müqavilə bağlanmasını tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsinin məzmunu ilə bağlı tələblərə riayət olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması zamanı yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əsassız hesablanmış borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Əhmədova
Məhkəmə qərarları › İş №e-2-2(113)-7804/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7804/2025
26.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver