Məhkəmə qərarları › İş №e-2-2(113)-7807/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-7807/2025

29.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-7807/2025 29.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızı, İddiaçı Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı cavabdeh Azərbaycan Qiymətləndiricilər Palatasına qarşı “birliyin adının qiymətləndirici təşkilatlar siyahısına daxil edilməsi və.s” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri Bakı Kommersiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. Azərbaycan X1rşı edilmiş hərəkətlərinin qanunsuz hesab edilməsi;

2. Cavabdeh tərəfindən: a) Birliyin adının Azərbaycan Qiymətləndiricilər Palatasının “Qiymətləndirici təşkilatlar” siyahısına daxil edilməsini; b) Birliyin adının Azərbaycan Qiymətləndiricilər Palatasının reyestrinə “Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı” şəklində daxil edilməsini; c) Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı əleyhinə məlumatların yayımlandığı sosial platformalarda, o cümlədən, bütün qiymətləndiricilərin olduğu “Whatsapp” qrupunda təkzibedici məlumatların açıq-aydın şəkildə bəyan edilməsini; d) Birlik barədə təhrif olunmuş məlumatların yayılması nəticəsində 1 000 (min) manat məbləğində mənəvi zərərin, 1 000 (min) manat məbləğində vəkil xərcinin, 41 manat məbləğində manat dövlət rüsumu olmaqla, ümumilikdə 2 041 (iki min qırx bir) manat və digər məhkəmə xərclərinin ödənilməsini təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin icraata qəbulu zamanı iddianın məhkəmə aidiyyatı qaydalarına riayət olunmaqla verilməsini, yəni, kommersiya məhkəməsinin həmin iddia ərizəsinə baxılması üçün səlahiyyətli məhkəmə olub – olmaması məsələsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. - 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. - 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların müqayisəli təhlilindən belə nəticəyə gəlinir ki, mübahisəyə kommersiya məhkəməsində baxılması üçün işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri buna imkan verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli, 10 saylı qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, ... MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin qərarın 13-cü bəndində qeyd olunur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyrikommersiya hüquqi şəxsdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.5-ci maddəsinə əsasən Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 43.6-cı maddəsinə əsasən Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər. İş materiallarında olan Hüquqi şəxsin dövlət qeydiyyatı çıxarışından görünür ki, Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı təsisçisi və nizamnamə kapitalının 100% pay sahibi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasıdır. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası isə Azərbaycan Respublikasının milli iqtisadiyyatının inkişafına yardım edən müstəqil, qeyri dövlət ictimai təşkilatdır. Beləliklə, hazırki işdə iştirak edən şəxslərin subyektiv tərkibi və mübahisənin predmeti nəzərə alınmaqla işə kommersiya məhkəməsində baxılması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından, iddiaçı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə deyil, ümumi məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; - 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası Ticarət-Sənaye Palatasının İddiaçı cavabdeh Azərbaycan Qiymətləndiricilər Palatasına qarşı “birliyin adının qiymətləndirici təşkilatlar siyahısına daxil edilməsi və.s” tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. İddia ərizəsi verilərkən xx.xx.2025-ci il tarixli, **********34 saylı qəbzə əsasən ödənilmiş 41 manat dövlət rüsumu ödəyən şəxsə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar