Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-9179/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin "xxxx" MTK-nın nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" Mənzil- Tikinti Kooperativinə qarşı müqavilə üzrə öhdəliyin icra edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yem Günəşli qəsəbəsi “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha hissəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli yaşayış binasındakı 180 kv.metr qeyri-yaşayış sahəsinin əvəzi olaraq 63392 manat və 860090 manat pul məbləğinin cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. 07 mart 2018-ci il tarixdə qətnamə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. Eyni zamanda İddiaçı MMC-nin cavabdeh Maraqlı şəxs MTK-ya qarşı müqavilə ilə müəyyən edilmiş əmlakın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddiasına, habelə Maraqlı şəxs MTK-nın İddiaçı MMC-yə qarşı 25 iyul 2005-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına dair iddiasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin ilk iddiası təmin olunmuş, İddiaçı MMC ilə Maraqlı şəxs MTK arasında bağlanmış 25 iyul 2005-ci il tarixli podrat müqaviləsi ilə Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində yerləşən 1,68 ha ərazinin 0,4 ha sahəsində inşa edilmiş 4 bloklu, 16 mərtəbəli. yaşayış binasından təhvil verilməli olan 8000 kv.m sahənin təhvil verilməmiş 5000 kv.m sahəsinin İddiaçı MMC-yə naturada təhvil verilməsi vəzifəsi Maraqlı şəxs MTK-ya həvalə olunmuşdur. Qətnamə əsasında icra vərəqəsi xx.xx.2014-cü il tarixdə verilmişdir. Hazırda iddiaçı yeni, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2013-cü il tarixli 2-1(103)-523/2013 saylı və Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli 2-2(103)-543/2017 saylı icra sənədlərinə əsasən yaranmış öhdəliklərə görə subsidiar məsuliyyətin "xxxx" MTK-nın nizamnamə kapitalında mayalarının miqdarına müvafiq olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6 və Cavabdeh3 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər; 234.1-ci maddəsinə əsasən bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Göründüyü kimi, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər İcra sənədində borclu qismində "xxxx" MTK müəyyən edilmişdir. Hazırda iddiaçının (icra sənədi üzrə tələbkar) icra sənədi üzrə öhdəliklərin borclu qismində digər şəxslərə yönəldilməsi tələbinə münasibətdə belə nəticəyə gəlinir ki, hazırkı iddia tələbinin yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Eyni zamanda izah olunur ki, həmin icra sənədi üzrə mübahisəli məsələlər icra icraatı qaydasında həll oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh6 qarşı subsidiar məsuliyyətin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ərizənin iddianın yolverilməzliyinə görə qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-9179/2024
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-9179/2024
17.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver