Məhkəmə qərarları › İş №e-2-2(115)-157/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-157/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-157/2024 26.01.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı elektron qaimə-fakturaların ləğvi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında, məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı qaimlərin ləğvi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş EBCP 029594; EBCP 029813; EBCP 030559; EBCP 031350; EBCP 033722; EBCP 034032; EBDB 191678; EBDB 191156; EBDB 513416; EBDB 510593; EBDB 510571; EBDE 504956; EBDE 504553; EBDG 604302; EBDG 604124 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsinə və mediasiya üçün ödənilmiş 400 manat, dövlət rüsumu olaraq 985 manat olmaqla, ümumilikdə 1385 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə aralarında 2022-ci ilin müxtəlif vaxtlarında bir neçə texnika ilə bağlı icarə müqavilələri bağlanmışdır. 2022-ci il üzrə götürülmüş texnikalar üzrə müəyyən işlər görülmüş və bu işlər əsasında tərtib edilmiş elektron qaimələrin dəyəri tamamilə ödənilmişdir. Belə ki, 2022-ci ildə cavabdeh tərəfindən tərtib edilmiş qaimələr il sonunda qarşılıqlı razılaşma ilə bağlanmışdır. Belə ki, hər 2 şirkət rəhbərləri arasında yaxın münasibət mövcud olduğundan razılaşma əsasında texnikalar icarəyə verilərək görülmüş işlərə uyğun olaraq onların verdikləri məlumatlar əsasında qaimələr tərtib edilmiş və ödənilmişdir. Lakin şəxsi münasibətlərin soyuqlaşması nəticəsində cavabdeh tərəfindən onlarla razılaşdırılmadan bütün dövrlər üçün icarə üzrə qaimələr vurulmuş, onlar da bundan yalnız uzun müddət sonra məlumatları olmuşdur. Bundan dərhal sonra danışıqlar başlanılmışdır. Belə ki, cavabdehin rəhbərinə qaimələrin əsassız olaraq vurulması bildirildikdə bu qaimələri onlar ləğv edəcəyini bildirsə də uzun müddət keçməsinə baxmayaraq bunu etməmişlər. Lakin cavabdeh tərəfindən artıq 2023cü ilin müxtəlif aylarında 15 ədəd əsassız qaimə yazılmış, bu qaimələr zamanında firmanın əməkdaşları tərəfindən aşkarlanaraq etiraz verilmədiyindən sistem tərəfindən təsdiqlənmişdir. Bu hal daha sonradan aşkar edildiyindən firmanın mühasibi barəsində intizam tənbehi tədbiri görülmüşdür. Cavabdehlə aralarında bağlanmış texnikaların icarə müqavilələri üzrə bu texnikaların adları, markaları, dövlət nişanları və aylıq icarə haqqları belədir: xx.xx.2022 tarixli müqavilə üzrə tırtıllı ekskavator- Hyundai HX 220 S-1** FY ***- 18720 manat; Ekskavator yükləyici CAT 428 F2-** AC ***-10530 manat; özüboşaldanlar: HOWO YÜK- ** JY ***-11700 manat; HOWO-** JO ***- 11700 manat; HOWO-** JO ***- 11700 manat; HOWO-** JO ***- 11700 manat; Özüboşaldan JH6 430 HP YÜK-FAW-** JA ***-11700 manat; xx.xx.2022 tarixli icarə müqaviləsi üzrə: Frontal yükləyici-CAT 226 B3- ** AC ***- 7020 manat; xx.xx.2022 tarixli müqavilə üzrə : Avtoqreyder- SEM 919-** AC ***- 11700 manat; xx.xx.2022 tarixli müqavilə üzrə: Vərdənə-SEM 512- 1** FA ***-6300 manat; Özüboşaldanlar: HOWO YÜK- ** JO ***-5400 manat; HOWO YÜK- ** JY ***-5400 manat; xx.xx.2022 tarixli müqavilə üzrə: Tırtıllı ekskavatorlar- CAT 320 GC-1** FA ***-6000 manat; Hyundai HX 300 SL- 1** FA ***- 7000 manat; xx.xx.2022 tarixli müqavilə üzrə: Özüboşaldanlar- HOWO- ** JO ***- 5400 manat; FAW-** JA ***-5400 manat; Tırtıllı ekskavatorlar- Hyundai HX 300 SL- 1** FA ***-10000 manat; CAT 320 GC-1** FA ***- 10000 manat; xx.xx.2022 tarixli müqavilə üzrə: Tırtıllı ekskavator- Hyundai Robez R-380 LC- 9SH- 1** FY ***-11700 manat; xx.xx.2022 tarixli müqavilə üzrə Özüboşaldanlar- HOWO -** JO ***- 5400 manat; HOWO -** JO ***- 5400 manat; xx.xx.2022 tarixli müqavilə üzrə özüboşaldan - HOWO -** JO ***- 5400 manat; xx.xx.2022 tarixli müqavilə üzrə: Tırtıllı ekskavator-CAT 326- 1** FA ***- 10000 manat; Ekskavator yükləyici- CAT 330 GC1** FA ***-10000 manat. Cavabdeh tərəfindən əsassız olaraq tərtib etdiyi qaimələrin seriya və nömrələri, tarixləri, əsas və ƏDV məbləğləri və qaimələr üzrə əlavə qeydlər belədir : 1. EBCP 029594-xx.xx.2023-93600 manat əsas, 16848 manat ƏDV- (iyun 2022-fevral 2023 icarə haqqı); 2. EBCP 029813-xx.xx.2023-102600 manat əsas, 18468 manat ƏDV- (İyun 2022- dekabr 2022 icarə haqqı); 3. EBCP 030559-xx.xx.2023-123200 manat Əsas, 22176 manat ƏDV- (Avqust 2022-dekabr 2022 icarə haqqı); 4. EBCP 031350-xx.xx.2023-23400 manat Əsas, 4212 manat ƏDV- (Avqust 2022- oktyabr 2022 icarə haqqı); 5. EBCP 033722-xx.xx.2023-Əsas 32400 manat, ƏDV 5832 manat –(Sentyabr 2022- dekabr 2022 icarə haqqı); 6. EBCP 034032-xx.xx.2023-əsas 100000 manat, ƏDV 18000 manat– (Sentyabr 2022- fevral 2023 icarə haqqı); 7. EBDB 191678- xx.xx.2023- 81600 manat əsas, 14688 manat ƏDV-(yanvar-fevral/2023. dekabr-2022 və fevral 2023 aylar üzrə icarə haqqı); 8. EBDB 191156- xx.xx.2023- 35100 manat əsas, 6318 manat ƏDV- (fevral 2023/yanvar-fevral 2023 icarə haqqı); 9. EBDB 513416-xx.xx.2023-146426 manat əsas, 26356.68 manat ƏDV- (qalmış icarə haqları); 10. EBDB 510593-xx.xx.2023-145000 manat əsas, 26100 manat ƏDV- (qalmış icarə haqları); 11. EBDB 510571-xx.xx.2023- 145000 manat əsas, 26100 manat ƏDV; 12. EBDE 504956 xx.xx.2023-33930 manat əsas, 6107.4 manat ƏDV; 13. EBDE 504553-xx.xx.2023-45400 manat əsas, 8172 manat ƏDV;

14. EBDG 604302-xx.xx.2023-45400 manat əsas, 8172 manat ƏDV; 15. EBDG 604124xx.xx.2023-33930 manat əsas, 6107.4 manat ƏDV hesablanmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, texnikalar lizinq şirkətinə məxsus olmaqla bir neçə ay İddiaçı MMC-nin icarəsində olmuşdur. Texnikalar istifadədə olduğu müddət ərzində icarə haqları ödənilmişdir. İcarə müqaviləsinin müddəti bitmədən texnikalar geri alınmışdır. Texnikalar onların icarəsində olmadığı halda eletron qaimələr gönərilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumatların cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə daxil edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin iddia tələbinə yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Belə ki, cavabdeh təşkilat “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş olduğundan hazırkı mübahisə üzrə xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş xx.xx.2023-cü il tarixdə, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası barədə bildiriş xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclası barədə bildiriş isə xx.xx.2024-cü il tarixdə cavabdeh təşkilatın “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən aylıq icarə haqqı ümumilikdə 87750 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 7020 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 11700 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 17100 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 13 000 manat, xx.xx.2022ci il tarixli icarə müqaviləsinə əsasən 30 800 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 11700 manat, xx.xx.2022-ci il tarixli icraə müqaviləsinə əsasən 10800 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 5400 manat, xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən 20 000 manat məbləğində texnikaları icarəçinin istifadəsinə verməyi, icarəçi- İddiaçı MMC isə icarə haqqını ödəməyi və icarə müddəti bitdikdən sonra texnikaları icarəyəverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli MŞB/12-2023-00703 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 60 000 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 34600 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən 15500 manat məbləğində pul İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına ödənilmişdir. İş materiallarında olan qaimələrlə bağlı məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EBCP 029594 nömrəli qaiməyə əsasən 93600 manat əsas, 16848 manat ƏDV- (iyun 2022-fevral 2023 icarə haqqı); 2. xx.xx.2023-cü il tarixli, EBCP 029813 nömrəli qaiməyə əsasən 102600 manat əsas, 18468 manat ƏDV- (İyun 2022- dekabr 2022 icarə haqqı); 3. xx.xx.2023-cü il tarixli, EBCP 030559 nömrəli qaiməyə əsasən 123200 manat əsas, 22176 manat ƏDV- (Avqust 2022-dekabr 2022 icarə haqqı); 4. xx.xx.2023-cü il tarixli EBCP 031350 nömrəli qaiməyə əsasən 23400 manat əsas, 4212 manat ƏDV- (Avqust 2022- oktyabr 2022 icarə haqqı); 5. xx.xx.2023-cü il tarixli EBCP 033722 nömrəli qaiməyə əsasən əsas 32400 manat, ƏDV 5832 manat –(Sentyabr 2022- dekabr 2022 icarə haqqı);

6. xx.xx.2023-cü il tarixli EBCP 034032 nömrəli qaiməyə əsasən əsas 100000 manat, ƏDV 18000 manat – (Sentyabr 2022- fevral 2023 icarə haqqı); 7. xx.xx.2023-cü il tarixli EBDB 191678 nömrəli qaiməyə əsasən 81600 manat əsas, 14688 manat ƏDV-(yanvarfevral/2023.dekabr-2022 və fevral 2023 aylar üzrə icarə haqqı); 8. xx.xx.2023-cü il tarixli EBDB 191156 nömrəli qaiməyə əsasən 35100 manat əsas, 6318 manat ƏDV- (fevral 2023/yanvar-fevral 2023 icarə haqqı); 9. xx.xx.2023-cü il tarixli EBDB 513416-cü il tarixli qaiməyə əsasən 146426 manat əsas, 26356.68 manat ƏDV- (qalmış icarə haqları); 10. xx.xx.2023-cü il tarixli EBDB 510593 nömrəli qaiməyə əsasən 145000 manat əsas, 26100 manat ƏDV- (qalmış icarə haqları); 11. xx.xx.2023-cü il tarixli, EBDB 510571 nömrəli qaiməyə əsasən 145000 manat əsas, 26100 manat ƏDV; 12. xx.xx.2023-cü il tarixli EBDE 504956 nömrəli qaiməyə əsasən 33930 manat əsas, 6107.4 manat ƏDV; 13. xx.xx.2023cü il tarixli EBDE 504553 nömrəli qaiməyə əsasən 45400 manat əsas, 8172 manat ƏDV;

14. xx.xx.2023-cü il tarixli EBDG 604302 eektron qaiməyə əsasən 45400 manat əsas, 8172 manat ƏDV; 15. xx.xx.2023-cü il tarixli EBDG 604124 nömrəli qaiməyə əsasən 33930 manat əsas, 6107.4 manat ƏDV hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə öncə onu qeyd edir ki, iddiaçının mübahisələndirdiyi elektron qaimələr malların məxaricini bildirən uçot sənədidir. Elektron qaimələrin tətbiqi vergi nəzarəti mexanizminin daha səmərəli təşkilinə xidmət edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” Qaydalarının: 1.1-ci maddəsinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2-ci bəndinə əsasən elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir. İşin hallarından göründüyü kimi Cavabdeh MMC ilə İddiaçı MMC arasında 2022-ci ilin aprel-sentyabr ayları ərzində tikintidə istifadə olunan müxtəlif növ texnikaların icarəyə verilməsi barədə 10 icarə müqaviləsi balanımış və həmin müqavilələr əsasında 22 sayda texnika İddiaçı MMC-yə icarəyə verilmişdir. Müqavilələr əsasında hər bir texnikanın aylıq icarə haqqı müəyyən olunmuşdur. xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığında Cavabdeh MMC tərəfindən 15 elektron qaimə-fakturalar göndərilmişdir. Göründüyü kimi tərəflər arasında icarə hüquq münasibətləri mövcud olmuş və müvafiq texnikalar icarəyə verilmişdir. Yəni ki, malların təqdim olunması, işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik yarada bilən müqavilələr olmamışdır. Həmçinin elektron qaimə-fakturaların tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikaya və yaxud işgüzar adətlərə uyğun qaydada tərtib edilməsini müəyyən edən hallar mövcud deyildir. Tərəflər arasında olan icarə müqavilələri əsasında əmlaklar müvəqqəti istifadəyə verilmişdir ki, bu, vergi qanunvericliyinə əsasən malların təqdim olunması və yaxur xidmətin (işin) görülməsi hesab edilmir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin13.2.10-cu maddəsində verilən anlayışa görə malların təqdim edilməsi dedikdə, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi başa düşülür. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur. Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir. Həmin Məcəlləni 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Qeyd olunanlardan aydın olur ki, əmlakın icarəyə verilməsi ilə bağlı məsələlərdə elektron qaimə-fakturaların göndərilməsi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Həmin Məcəllənin 72.1-ci maddəsinə əsasən bu məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Həmin Məcəllənin 72.2-ci maddəsinə əsasən bu məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, icarə müqavilələri üzrə hər iki tərəf hüquqi şəxs olduğundan icarəyə verən illik icarə haqqı məbləğini mənfəət vergisinə daxil etməklə vergi orqanına bəyannamə təqdim etməlidir. Məhkəmə onu da qeyd etməyi zəruru hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli 26 №-li qərarı ilə təsdiq edilmiş “elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi” qaydalarının 2.5-ci bəndində elektron qaimə-fakturaların doldurulma qaydadası göstərilmişdir. Həmin Qayadaların 2.5.4-cü yarımbəndinə əsasən “Sıra №-si” sütununda - malların (işlərin, xidmətlərin) adlarının ardıcıl nömrələri qeyd edilir; 2.5.5. “Malın (işin, xidmətin) adı” sütununda - malın (işin, xidmətin) adları göstərilir; 2.5.6. “Malın (işin, xidmətin) kodu” sütununda malın (işin, xidmətin) kodu göstərilir; 2.5.7. “Malın barkodu” sütununda malın barkodu göstərilir; 2.5.8. “Ölçü vahidi” sütununda - malın (işin, xidmətin) ölçü vahidi göstərilir; 2.5.9. “Miqdarı, həcmi” sütununda - malın (işin, xidmətin) miqdarı (həcmi) göstərilir; 2.5.10. “Vahidinin satış qiyməti” sütununda - malın (işin, xidmətin) müəyyən olunmuş ölçü vahidinin qiyməti (ƏDV, aksiz və yol vergisi nəzərə alınmadan) göstərilir; 2.5.11. “Cəmi məbləği” sütununda - malın (işin, xidmətin) ümumi dəyəri (ƏDV, aksiz və yol vergisi nəzərə alınmadan) göstərilir; Həmin Qaydaların 2.18-ci bəndinəsaən elektron qaimə-faktura tərtib edilən zaman göndərilmiş, yaxud təqdim olunmuş malların (işlərin, xidmətlərin) adlarının dəqiq qeyd edilməməsinə, ümumiləşdirilmiş adlardan (məsələn, “mallar”, “tikinti materialları”, “müqaviləyə əsasən iş, xidmət” və digər bu kimi adlar) istifadə edilməsinə yol verilmir. Qeyd olunanlardan göründüyü kimi mübahisələndirilən elektron qaimə-fakturalarda ancaq pul məbləğləri yazılmışdır ki, həmin sənədlər forma və məzmun baxımından müqavilə şərtlərinə və mövcud qaydalara uyğun deyildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, mübahisələndirilən elektron qaiməfakturalar vergi qanunveriliyinin tələblərinə, tərəflər arasında olan müqavilələrin şərtlərinə və mövcud qaydalara uyğun tərtib edilmədiyindən ləğv eilməlidir. Dövlət Rüsumu haqqında Qanunun 9.1-1-ci maddəsinə əsasən “mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməl, cavabdeh tərəfindən tərtib edilmiş elektron qaimə-fakturalar ləğv edilməli və cavabdehdən 400 (dörd yüz) manat mediasiya xərci, 985 (doqquz yüz səksən beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1385 (bir min üç yüz səkdən beş) manat pul tutularaq tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən

qət etdi:

İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş EBCP 029594; EBCP 029813; EBCP 030559; EBCP 031350, EBCP 033722; EBCP 034032; EBDB 191678; EBDB 191156; EBDB 513416; EBDB 510593; EBDB 510571; EBDE 504456; EBDE 504553; EBDG 604302; EBDG 604124 nömrəli elektron qaimələr ləğv edilsin və cavabdehdən 400 (dörd yüz) manat mediasiya xərci, 985 (doqquz yüz səksən beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 1385 (bir min üç yüz səkdən beş) manat pul tutularaq tutularaq İddiaçınə ödənilsin. Cavabdehndən 400 (dörd yüz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər.

Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar