Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-37/2020 16.03.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi və vəkili X5, cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X8iştirakıilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə (üçüncü şəxs Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir xidmət sahəsi) qarşı məhkəməyə müraciət edərək Cavabdeh X19 X6 Xidmət sahəsinin nümayəndəsi tərəfindən xx.xx.2019-cu il tarixli akt əsasında qanunsuz hesablanmış 70 000 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının iddia təmin tədbiri barədə ərizəsi təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(083)-718/2019 saylı qərardadı ilə İddiaçı Cavabdehnə, üçüncü şəxs Cavabdeh Şəmkir rayon Qaz X6 xidmət sahəsinə qarşı cərimə borcunun silinməsi tələbinə dair iş üzrə mübahisə mahiyyəti üzrə həll edilənədək İddiaçı məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən 1,50 ha istixanada təbii qazın verilməsi bərpa edilməsi və təbii qazın verilməsinin dayandırılması Cavabdeh Şəmkir rayon Qaz X6 xidmət sahəsinə qadağan edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonu, Yeni Həyat kəndində 3.50 hektar istixana qurdurmuşdur. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün istixanaya qaz xətti çəkdirmişdir. Həmin qazdan ancaq qış fəsilində, yəni günün soyuq vaxtlarında istixananın isidilməsində istifadə etmişdir. Yaz və yay fəsillərində qazdan istifadə etməmişdir. Cavabdeh əməkdaşları xx xxxxxx 2019-cu ildə heç bir əsas olmadan qaz sayğacına baxış keçirərək şifahi olaraq impuls xəttində tutulma aşkar olunduğunu əsas gətirərək həmin tarixdə qanunsuz olaraq onun hesabına 70000 manat borc hesablamışlar. Həmin vaxt cavabdeh idarənin əməkdaşları ilə aralarında narazılıqlar olmuş, o, deyilənlərlə razılaşmamış, lakin cavabdehin nümayəndəsi onu istixanaya gedən təbii qazı kəsəcəkləri ilə hədələdikləri üçün akta imza etmək məcburiyyətində qalmışdır. Çünki istixanada pamidor şitili olduğundan və həmin vaxt havalar soyuq keçdiyindən məsulunun soyuqdan məhv olacağında qorxmuşdur. Bundan sonra onun müvafiq dövlət idarələrinə şikayəti əsasında cavabdeh idarənin qanunsuz hərəkətləri araşdırılmış və nəticədə Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini vəzifəsində işləyən X1 və qazın balansı və satışı şöbəsinin rəis müavini X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsi ilə barələrində inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X7 Filialı tərəfindən Şəmkir .TQİİ-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın pozulduğu üçün vətəndaş onun hesabına işlənmiş 350000 m3 qazın xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixinə qədər aparılmış hesabata yenidən baxılması üçün göstərişi verilmişdir. Lakin cavabdeh idarənin hazırkı vaxtadək əsassız və qanunsuz hesabladığı qaz borcunu silməmişdir. Cavabdeh yoxlama aparılması haqqında hər hansı qərarı olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki, sahibkarlar barəsində yoxlama aparılarkən müvafiq reyestrdə qeyd aparılmalı və bu barədə müvafiq qərar qəbul olunmalıdır. Lakin "Cavabdeh” İstehsalat Birliyinin əməkdaşları bu qanunun tələblərini kobud şəkildə pozmuşdurlar. xx.xx.2019-cu il tarixdə cavabdeh idarənin əməkdaşları tərəfindən yoxlama aparılarkən mütəxəssisin iştirakı təmin olunmamış, impuls xəttində olan tutulmanın onun təqsiri ucbatından olduğu sübut olunmamış və tərtib olunmuş aktda təlimatlara uyğun olmamışdır. Qaz sayğacı qaz paylayıcı stansiyasında yerləşir. Yəni cavabdeh idarənin balansında və mühavizəsindədir. Qaz paylayıcı stansiyasına cavabdeh idarənin əməkdaşları tərəfindən nəzarət olunur və nəzarətçinin icazəsi olmadan həmin sahəyə heç bir şəxs buraxılmır. Belə olan halda qaz sayğacına onun və ya digər şəxslərin müdaxiləsi mümkün deyildir. Həmçinin qeyd olunan paylayıcı stansiyada onun qaz sayğacına daxil olan qazdan əvvələ cavabdeh idarəyə məxsus sayğac var. Həmin vaxt cavabdeh idarənin sayğacına nəzər yetirdikdə elektron löhfədə olan rəqəmlər eynilik təşkil etdiyi görünürdü. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı məxsus istixanada olan qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilmiş, heç bir laborotoriya və mütəxəssis rəyi olmadan şifahi olaraq impuls xəttində tutulma aşkar olunduğu əsas gətirilərək qanunsuz olaraq iddiaçıya 70000 manat borc hesablamışdırlar. Cavabdehin nümayəndəsi X15 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia əsassızdır. Belə ki İddiaçı məxsus istixananın təbii qaz sayğacının implus xəttində nasazlıq olduğundan sayğac keçən qazı tam qeyd etməmiş, cihaz yenidən işə salındıqda isə sərfiyyat tam həcimdə artmışdır. Abonentin iştirakı ilə ölçülməmiş 70000 min manat qaz sərfi müəyyən edilmişdir. İstehlakda yaranmış fərq abonentin razılığı, həmçinin onun iştirakı ilə akt tərtib edilərək 70000 manatlıq məbləğ bərpa edilməklə abonent hesabına daxil edilmişdir. xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasına şahid qismində ifadə vermiş X11 bildirmişdir ki, İddiaçı məxsus istixanada olan qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən vaxt orada olmuşdur. Sayğacda heç bir problem olmamamışdır. Lakin buna baxmayaraq onlara qərəzli şəkildə borc hesablanmışdır. Ona görə ki, onların Cavabdeh ilə əvvəllər bir milyon manatlıq borc mübahisəsi olmuş və bildirmişdilər ki, əgər borcla razılaşmasalar onlara problemlər yaradılacaq. Ona görə də İddiaçı həmin aktı imzalamağa məcbur olmuşdur. xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, İddiaçı məxsus istixanada olan qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilən vaxt orada olmuşdur. Həmin vaxt sayğaca baxış keçirilməsi üçün mütəxəsis gəlmiş və sayğacda heç bir problem olmamışdır. Regional Qaz idarəsinin baş mühəndisi Qənimət Səmədov onlara qazın dayandırılacağını bildirmiş və həmin gün onları Qaz idarəsinə aparmışlar. İddiaçın qaz idarəsinin müdiriyyətinin otağına dəvət etmişlər. Ordan çıxdıqdan sonra İddiaçı onlara bildirmişdi ki, belə bir şərt qoyublar ya qazı dayandıracaqlar, ya da onlar akta imza etməlidirlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək İddiaçı 153.566.30 manat borcun tutulması qərara alınmışdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən qətnamə qanuni qüvvəsini almamışdır. Ona görə də hazırkı iş üzrə preyudisial xarakter daşımır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli aktın surətndən görünür ki, Çinarlı QPS-də quraşdırılmış İddiaçı məxsus ROC-107 tipli ölçü cihazına xx.xx.2019-cu il tarixdə baxış keçirilmiş və cihaz tam təftiş edilmiş, təftiş zamanı impuls xəttində tutulma olduğu aşkar edilmişdir. Ona görə də xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 350.000 m3 qazın qaz İddiaçı hesabına hesablanmışdır. Həmin həcmdə qazın dəyəri 70.000 manat təşkil edir ki, iddiaçı da hazırda həmin borcun silinməsini tələb edir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X7 Filialının İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS üzrə rəis müavini vəzifəsində işləyən X1 və qazın balansı və satışı şöbəsinin rəis müavini X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Məhkəmə iddia tələbini əsaslı hesab edir. Belə ki, istixanaya aid sayğaca baxış keçirilərkən impuls xəttində tutulmanın olması barədə sübutlar toplanılmamış, tutulmanın olduğu təqdirdə səbəbləri araşdırılmamış, bunun istehlakçının təqsiri nəticəsində baş verməsi halı müəyyən olunmamışdır. Halbuki, baş vermiş qüsurun əsasında istehlakçının təqsirli hərəkəti dayandığı halda təbii qazın itkisinə görə yaranan borc ondan tələb edilə bilər. Buna baxmayaraq həmin nasazlığa görə itirilmiş sərfiyyatın əvəzinin ödənilməsi ondan tələb olunmuşdur. Məhkəmə qeyd edir ki, aktı tərtib etmiş təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Qəbul edilmiş aktın qanuni və əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. xx.xx.2019-cu il tarixdə tərtib olunmuş aktın yazı üslubundan göründüyü kimi akt yerində tərtib edilməmişdir. Kompyuterdən istifadə edilməklə yazılması şahidlərin ifadələrində göstərildiyi kimi İddiaçı qaz istismar idarəsinə dəvət edilməklə orada imzalanması faktı ilə uyğunluq yaradır. İstehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Ona görə də qaz təchizatı müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. Qeyd olunanlardan göründüyü kimi keçirilmiş təftiş zamanı impuls xəttində tutulmanın olması halı digər sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. Məhkəmə xx.xx.2019-cu il tarixdə aktın istehlakçı tərəfindən imza edilməsi ilə bağlı onu da qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə iş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahat sübut növü sayılır. Əvvəllər təsdiq etdiyi faktı məhkəmədə təkzib etdiyindən əvvəlki etiraf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinin tələbləri baxımından qəbul edilməməlidir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Həmin maddədə deyilir ki, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X3 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X3” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 70 000 (yetmiş min) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Şəmkir RQİİ əməkdaşları tərəfinədən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 70 000 (yetmiş min) manat borc İddiaçı hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-37/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-37/2020
16.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver