Məhkəmə qərarları › İş №e-2-2(115)-677/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-677/2020

26.11.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-677/2020 26.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və qaz tənzimləyicinin sayğacdan əvvələ qaytarılması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona artıq hesablanmış 119140 manat borcun silinməsi və qaz tənzimləyicinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində ona məxsus istixana fəaliyyət göstərir. Həmin istixana "Cavabdeh tərəfindən təbii qazla təmin edilmişdir, lakin 2018-ci ilin yanvar ayının əvvələrində Cavabdeh nümayəndələri tərəfindən qeyri-qanuni olaraq qaz tənzimləyicisinin yeri dəyişdirilərək, qaz sayğacından sonraya keçirilmişdir. Lakin əvəllər həmin tarixə kimi qaz tənzimləyicisi sayğacdan öndə yerləşirdi. Belə ki, həmin qaz tənzimləyicisinin fəaliyyəti yüksək təzyiqli qazı qəbul edib tənzimləyərək sayğacın qəbul edə bildiyi normada qazla təmin etməkdən ibarətdir. Lakin tənzimləyicinin yeri dəyişdiyi üçün təbii qazı tənzimlənmədən təzyiqlə bir başa qaz sayğacına daxil olduğundan qazın sərfiyyatında artma olmuşdur. Son vaxtlar hava isti keçməsinə və təbii qazdan az istifadə etmələrinə baxmayaraq qaz sərfiyyatları artmış və onlara artıq hesabat aparılmışdır.Buna görə də ona hesablanmış 119140 manat borcu əsassız hesab edir və xüsusi bilik tələb edən şəxslərin (ekspertlərin) iştirakı ilə yenidən hesablanmasını xahiş edir. Bütün hesablanmış borcların silinməsi və mübahisəsinin məhkəmədən kənar həlli üçün Cavabdehnə pretenziya məktubu ilə müraciət edilsə də cavabdeh tərəfindən həmin borclar silinməmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndi ərazisində iddiaçıya məxsus istixana fəaliyyət göstərir. Həmin istixana "Cavabdeh” İstehsalat Birliyi tərəfindən təbii qazla təmin edilmişdir, lakin 2018-ci ilin yanvar ayının əvvələrində Cavabdeh nümayəndələri tərəfindən qeyriqanuni olaraq qaz tənzimləyicisinin yeri dəyişdirilərək, qaz sayğacından sonraya keçirilmişdir. Lakin əvəllər həmin tarixə kimi qaz tənzimləyicisi sayğacdan öndə yerləşirdi. Belə ki, həmin qaz tənzimləyicisinin fəaliyyəti yüksək təzyiqli qazı qəbul edib tənzimləyərək sayğacın qəbul edə bildiyi normada qazla təmin etməkdən ibarətdir. Lakin tənzimləyicinin yeri dəyişdiyi üçün təbii qazı tənzimlənmədən təzyiqlə bir başa qaz sayğacına daxil olduğundan qazın sərfiyyatında artma olmuşdur. Son vaxtlar hava isti keçməsinə və təbii qazdan az istifadə etməyimizə baxmayaraq qaz sərflyyətımız artmış və bizə artıq hesabat aparılmışdır. Buna görə də ona hesablanmış 119140 manat borcu əsassız hesab edir. Bütün hesablanmış borcların silinməsi və mübahisəsinin məhkəmədən kənar həlli üçün "Cavabdehnə" Pritenziya məktubu ilə müraciət ediisədə cavabdeh tərəfindən həmin borclar silinməmişdir.İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddia əsassızdır belə ki, təbii qazdan istifadəyə görə iddiaçının Cavabdehnə borcu yaranmış və həmin borcun tutulması barədə məhkəmə qətnaməsi qəbul edilmişdir. Odur ki, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli abonentin saldosundan görünür ki, abonentin borcu 119140 manatdır. İşə əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 2(83)-499/2020 saylı qətnaməsinin surətindən görünür ki, 119140 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları, yəni borcun əsassız olması və qaz tənzimləyicinin sayğacdan sonraya quraşdırılması barədə sübutlar təqdim etməmişdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və qaz tənzimləyicinin sayğacdan əvvələ qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar