Məhkəmə qərarları › İş №e-2-2(117)-687/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-687/2025

26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-687/2025 26.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “icarə müqaviləsi üzrə pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilələrə əsasən Göyçay rayonu, Dövranlı və Alxasafa kəndlərində icarəyə götürdüyü ümumilikdə 47,99 ha torpaq sahəsi üçün illik icarə haqqı üzrə qalıq 4.559,92 manat olmaqla əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 228,00 manat məbləğində faiz borcu, müqavilənin 4.3-cü maddəsinə əsasən hesablanmış 68,39 manat cərimə məbləği olmaqla, cəmi 4.856,31 manat borcun və ödənilmiş 68,60 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh fərdi sahibkar Cavabdeh arasında xx.xx.2021 və xx.xx.2021-ci il tarixli aşağıdakı icarə müqavilələri (bundan sonra – müqavilə) bağlanmışdır: 1. xx.xx.2021-ci il tarixli, 3M-1851 nömrəli icarə müqaviləsi – Göyçay rayonu, Alxasafa kəndi – 7.99 ha 2. xx.xx.2021-ci il tarixli, 3M-1852 nömrəli icarə müqaviləsi – Göyçay rayonu, Alxasafa kəndi – 14.0 ha 3. xx.xx.2021-ci il tarixli, 3M-1853 nömrəli icarə müqaviləsi – Göyçay rayonu, Alxasafa kəndi – 10.0 ha 4. 0

4. 9.07.2021-ci il tarixli, 3M-2284 nömrəli icarə müqaviləsi – Göyçay rayonu, Dövranlı kəndi – 16.0 ha müqaviləyə əsasən cavabdeh cəmi 47,99 ha torpaq sahəsini iddiaçıdan təhvil almışdır. Həmin müqavilələrə əsasən ümumilikdə 47.99 ha üçün xx.xx.2025-ci il tarixinə qədər ödənilməli olan icarə haqqı 13.073,26 manat (on üç min yetmiş üç manat, iyirmi altı qəpik) müəyyən edilmişdir. Müqaviləyə əsasən cavabdeh məhsulun qiyməti müqabilində əvvəlcədən avans qaydasında 50 % hissəsini ödəməyi, icarənin qalan hissəssini hər bir icarə ilinin sonuna kimi ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə borc məbləğini tam həcmdə ödəməmişdir. Tərəflərindən 6.046,49 manat (altı min qırx altı manat, qırx doqquz qəpik) məbləğində vəsait cavabdehin xeyrinə güzəşt edilmişdir. Müqavilə üzrə qalıq borc məbləği 4.559,92 manat (dörd min beş yüz əlli doqquz manat, doxsan iki qəpik) təşkil edir. İddiaçı cavabdehlə olan işgüzar münasibətini nəzərə alaraq cavabdehə icarə haqqının ödənişi üçün möhlət vermişdir. Lakin cavabdeh müəyyən edilmiş müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilmişdir. Tərəfimizdən xx.xx.2025-ci tarixində rəsmi xəbərnaməli pretenziya bildirişi göndərilmişdir. Cavabdeh müqavilə üzrə pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 faiz tətbiq edilməklə 228,00 manat (iki yüz iyirmi səkkiz manat, sıfır qəpik) məbləğində faiz borcu hesablanmışdır. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o müqavilə üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən Müqavilənin 4.3-cü maddəsinə əsasən, icarəçi (cavabdeh) İcarə haqqı məbləğinin ödənişini gecikdirdiyi təqdirdə, İcarəçi İcarəyə verənə İcarə haqqının ödənişinin gecikdirildiyi hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0.1 % (sıfır tam onda bir faiz) həcmində dəbbə pulu ödəməlidir. İddiaçı müqaviləyə əsasən qalıq borc məbləğindən əlavə 68,39 manat (altmış səkkiz manat, otuz doqquz qəpik) dəbbə pulu tətbiq edilməsini zəruri hesab edir. II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə (icarəyə verən) Cavabdeh (icarəçi) arasında xx.xx.2021-ci il tarixli Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilən 3M-1852 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1.1-ci bəndinə əsasən icarəyə verən Göyçay rayonu Alxasafa kəndi, reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan 14.0 ha kənd təssərüfatı təyinatlı torpaq sahəsini icarəçinin müvəqqəti istifadəsinə verir. 1.2-ci bəndinə əsasən icarəçi hazırki müqavilənin şərtlərinə əsasən icarə obyektini istifadəsi üzrə müəyyən edilmiş icarə haqqını icarəyə verənə ödəməyi öz öhdəsinə götürür. 4.1-ci maddəsinə əsasən icarə obyekti üzrə illik icarə haqqı bir ha torpaq sahəsi üçün 200 manat müəyyən edilir. İcarəçi illik icarə haqqının məbləğinin ümumi icarə müddətinə cəmi icarə obyektinin sahəsinə müvafiq olaraq hesablanmaqla hər təqvim ili üzrə aşağıdakı qaydada ödəməlidir: 1400 manat avans qaydasında 1 ay ərzində, qalan 1400 manat tam həcmdə hər bir icarə ilinin sonuna kimi. 4.3-cü bəndinə əsasən icarəçi müqavilənin 4.1-ci bəndinə göstərilən icarə haqqı məbləğini ödənişin gecikdiridiyi təqdirdə, icarəçi icarəyə verənə gecikdirən hər bir təqvim günü üçün icarə haqqı məbləğinin 0,1 % həcmində dəbbə pulu ödəyir. Daha sonra İddiaçı ilə (icarəyə verən) Cavabdeh (icarəçi) arasında Göyçay rayonu Alxasafa kəndində yerləşən, reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi ********** olan 10.0 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında, 3M-1853 reyestr nömrəli, Göyçay rayonu Alxasafa kəndində yerləşən, reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi ********** olan 7.99 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında, 3M-1851 reyestr nömrəli və Göyçay rayonu Dövranlı kəndində yerləşən, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 21 ha olan torpaq sahəsinin, 16 ha hissəsinin icarəyə verilməsi haqqında, 3M-2284 reyestr nömrəli müqavilələr imzalanmışdır. Həmin müqavilələrin məzmunu icarə haqları müxtəlif olmaqla 3M-1852 reyestr nömrəli müqavilə ilə eynilik təşkil etmişdir. Qeyd olunan müqavilələr iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə həmçinin Ədliyyə Nazirliyi 53 saylı Notariat ofisi tərəfindən təsdiq edilməklə imzalanmış və etibarsız olmamışdır.

7. Hüquqların qeydiyyata alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışlardan görünür ki, Göyçay rayonu Alxasafa kəndində yerləşən, reyestr nömrəsi **********1, qeydiyyat nömrəsi ********** olan 14.0 ha torpaq sahəsi, Göyçay rayonu Alxasafa kəndində yerləşən, reyestr nömrəsi **********59, qeydiyyat nömrəsi ********** olan 10.0 ha torpaq sahəsi, Göyçay rayonu Alxasafa kəndində yerləşən, reyestr nömrəsi **********58, qeydiyyat nömrəsi ********** olan 7.99 ha torpaq sahəsi və Göyçay rayonu Dövranlı kəndində yerləşən, reyestr nömrəsi **********73, qeydiyyat nömrəsi ********** olan 21 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

8. İddiaçı tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanan icarə müqavilələri üzrə ümumi olaraq 13073,26 manat borc formalaşmış, həmin borcun 3000 manat hissəsi cavabdeh tərəfindən ödənilmiş, 6046,49 manat hissəsi cavabdehə güzəşt edilmiş və yerdə ödənilməmiş 4559,92 manat borc qalmışdır. Bundan əlavə müqavilə üzrə dəbbə pulu 68,39 manat, gecikmə faizi isə 228 manat olmaqla ümumilikdə cəmi əsas borcla birgə 4856,31 manat borc formalaşmışdır.

9. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

V. Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə əsasən Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 11.“Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 3. Torpaq üzərində icarə münasibətləri İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası; fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər.

VI. Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

13. Məhkəmə ilk öncə tərəflər arasında bağlanan müqavilənin etibarlı olubolmamasına münasibətdə qeyd edir ki, müqavilə bağlandığı müddətdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməklə imzalanmış, hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmiş və etibarsız olmamışdır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış icarəsi müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqavilələri üzrə göstərilən torpaq sahələrini cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqının bir hissəsini ödəmiş, yerdə qalan hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə 4559,92 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə həmçinin müqavilə üzrə illik 5 %-lə hesablanmış faiz borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.

17. Belə ki, Mülki Məcəllənin tələbinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

18. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan icarə müqavilələri üzrə cavabdehin öhdəliyi gecikdirilməsi faktı müəyyən olunduğundan iddiaçı illik 5 %-lə hesablanmış 228 manat pulun tələb etməkdə haqlı olmuş və iddia tələbi həmin hissədə təmin edilməldir.

19. Məhkəmə icarə müqavilələri üzrə dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə də təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin müddəlarına əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Hazırki iş üzrə də tərəflər arasında müqavilə münasibəti olduğundan və həmin müqavilədə gecikdirilən ödənişə görə dəbbə pulu nəzərdə tutulduğundan, həmin müqavilələr əsasasında yaranan öhdəliyin icrası cavabdeh tərəfindən gecikdirildiyindən iddaçı 68,39 manat dəbbə pulunun tələb etməsində haqlı olmuş və iddia tələbi həmin hissədə də təmin edilməlidir.

20. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normaların tələblərini tətbiq etməklə və iş materiallarında olan sübutları araşdırıb onlara hərtərəfli qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanan icarə müqavilələri üzrə 4559,92 manat əsas borc, 228 manat illik 5 % faiz borcu və 68,39 manat cərimə borcu olmaqla cəmi 4856,31 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 68,60 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

Vİl. Nəticə:

22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh icarə müqaviləsi üzrə 4559,92 manat əsas borc, 228 manat illik 5 % faiz borcu və 68,39 manat cərimə borcu olmaqla cəmi 4856,31 manat məbləğində borc və 68,60 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul vəsaiti tutularaq İddiaçın ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar