Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-168/2025 10.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı tərəfindən Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı verilmiş “ümumi yığıncağın keçirilməsi, cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi və bundan irəli gələn digər məsələlərin həll edilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ümumi yığıncağın keçirilməsi, cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi və bundan irəli gələn digər məsələlərin həll edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçılarının ümumi yığıncaqlarının keçirilməsi, həmin Cəmiyyətlərin iştirakçısının dəyişilməsi ilə əlaqədar nizamnamələrinə dəyişikliklər edilməsi və bu dəyişikliklərin təsdiq edilməsi, iddiaçının həmin Cəmiyyətlərin direktoru (qanuni təmsilçisi) vəzifəsindən azad edilməsi və digər şəxsin direktor vəzifəsinə təyin edilməsi, Cəmiyyətlərin təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması və bundan irəli gələn digər zəruri məsələlərin həll edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən reyestrdə 3M-1284 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalında özünə məxsus olan nominal dəyəri 10 manat təşkil edən payı, iddiaçı və cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən reyestrdə 3M- 1285 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalında özünə məxsus olan nominal dəyəri 10 manat təşkil edən payı, həmçinin iddiaçı və cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən reyestrdə 3M-1286 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalında özünə məxsus olan nominal dəyəri 10 manat təşkil edən payı və iddiaçı və cavabdeh arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat kontorunun notariusu tərəfindən reyestrdə 3M-1287 nömrə ilə qeyd edilməklə təsdiq edilmiş 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin (VÖEN: **********) nizamnamə kapitalında özünə məxsus olan nominal dəyəri 10 manat təşkil edən payı tam şəkildə cavabdehin mülkiyyətinə vermişdir. Müvafiq qanunvericiliyin tələbinə əsasən, cavabdeh adıçəkilən hüquqi şəxslərin nizamnamə kapitalındakı payları əldə etdikdən sonra, ayrı-ayrılıqda hər bir hüquqi şəxsin ümumi yığıncağını keçirməli və hüquqi şəxslərin iştirakçısının dəyişilməsi ilə əlaqədar müvafiq qərarları (nizamnaməyə dəyişikliyin edilməsi və s.) qəbul etməli, habelə hüquqi şəxslərin təsis sənədlərinə edilən dəyişikliklərin dövlət qeydiyyatına alınması istiqamətində müvafiq tədbirləri görməli olduğu halda, bunları icra etməmiş, nəticədə iddiaçı hazırkı vaxtadək həmin hüquqi şəxlərin dövlət qeydiyyatı məlumatlarında iştirakçı kimi qalmışdır. İddiaçının həmin hüquqi şəxslərin qanuni təmsilçisi (direktoru) qismində qalması onun mənafeyinə toxunduğundan cavabdehlə mübahisənin məhkəmədən kənar həll edilməsinə cəhd edilsə də, bu, mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirdi ki, iddia ərizəsində adları qeyd edilmiş hüquqi şəxslərin təsis sənədlərinə müvafiq dəyişikliklərin edilməməsi səbəbindən həmin hüquqi şəxslərin vergi və digər məcburi dövlət ödənişləri ilə əlaqədar yaranmış borclarına görə iddiaçının ölkədən getmək hüququna məhdudiyyət qoyulmuşdur. İddiaçının nümayəndəsi göstərilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh, o cümlədən üçüncü şəxsin nümayəndəsi məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməlidir. İş materialları: İş materiallarında olan tərəflər arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli (3M- 1284 reyestr nömrəli) müəssisədəki payın alqı-satqı müqaviləsinin 1.1-1.3-cü bəndlərinə əsasən, satıcı (İddiaçı) "xxxx" MMC-nin təsisçisi kimi nizamnamə kapitalında özünə məxsus 10 manatlıq 10 payını alıcıya (Cavabdeh) 10 manata nağd şəkildə satdı və pulunu nağd şəkildə aldı. Həmin müqavilənin “Mübahisələrin həll edilməsi” adlı hissəsinə əsasən, bu müqavilənin icrası, ona dəyişiklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizama salınır. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin təsisçisi 10 paya malik olmaqla İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş (verildiyi tarix: xx.xx.2024) çıxarışdan görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 manatdır, təsisçilər kimi İddiaçıdur və payının miqdarı 10 paydır, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarında olan tərəflər arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli (3M- 1285 reyestr nömrəli) müəssisədəki payın alqı-satqı müqaviləsinin 1.1-1.3-cü bəndlərinə əsasən, satıcı (İddiaçı) "xxxx" MMC-nin təsisçisi kimi nizamnamə kapitalında özünə məxsus 10 manatlıq 10 payını alıcıya (Cavabdeh) 10 manata nağd şəkildə satdı və pulunu nağd şəkildə aldı. Həmin müqavilənin “Mübahisələrin həll edilməsi” adlı hissəsinə əsasən, bu müqavilənin icrası, ona dəyişiklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizama salınır. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin təsisçisi 10 paya malik olmaqla İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş (verildiyi tarix: xx.xx.2024) çıxarışdan görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 manatdır, təsisçilər kimi İddiaçıdur və payının miqdarı 10 paydır, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarında olan tərəflər arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli (3M- 1286 reyestr nömrəli) müəssisədəki payın alqı-satqı müqaviləsinin 1.1-1.3-cü bəndlərinə əsasən, satıcı (İddiaçı) "xxxx" MMC-nin təsisçisi kimi nizamnamə kapitalında özünə məxsus 10 manatlıq 10 payını alıcıya (Cavabdeh) 10 manata nağd şəkildə satdı və pulunu nağd şəkildə aldı. Həmin müqavilənin “Mübahisələrin həll edilməsi” adlı hissəsinə əsasən, bu müqavilənin icrası, ona dəyişiklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizama salınır. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin təsisçisi 10 paya malik olmaqla İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş (verildiyi tarix: xx.xx.2024) çıxarışdan görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 manatdır, təsisçilər kimi İddiaçıdur və payının miqdarı 10 paydır, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarında olan tərəflər arasında bağlanmış 27 oktyabr 2018-ci il tarixli (3M- 1287 reyestr nömrəli) müəssisədəki payın alqı-satqı müqaviləsinin 1.1-1.3-cü bəndlərinə əsasən, satıcı (İddiaçı) "xxxx" MMC-nin təsisçisi kimi nizamnamə kapitalında özünə məxsus 10 manatlıq 10 payını alıcıya (Cavabdeh) 10 manata nağd şəkildə satdı və pulunu nağd şəkildə aldı. Həmin müqavilənin “Mübahisələrin həll edilməsi” adlı hissəsinə əsasən, bu müqavilənin icrası, ona dəyişiklər olunması və pozulması ilə bağlı mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən nizama salınır. İş materiallarında olan "xxxx" MMC-nin nizamnaməsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər biri 1 manat olmaqla 10 paydan ibarətdir. Cəmiyyətin təsisçisi 10 paya malik olmaqla İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən təqdim edilmiş (verildiyi tarix: xx.xx.2024) çıxarışdan görünür ki, "xxxx" MMC-nin nizamnamə kapitalının miqdarı 10 manatdır, təsisçilər kimi İddiaçıdur və payının miqdarı 10 paydır, qanuni təmsilçisi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnter vergi idarəsinin rəsmi portalının “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsinin məlumatlarına əsasən, ərizədə adları qeyd edilmiş hüquqi şəxslərin - "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 14 saylı notariat ofisinin 03 dekabr 2024-cü il tarixli 4204 nömrəli məktubundan görünür ki, iddiaçı və cavabdeh arasında "xxxx" MMC-də, "xxxx" MMC-də, "xxxx" MMC-də və "xxxx" MMC-də paya dair həmin notariat ofisində bağlanmış müəssisədəki payın alqısatqı müqavilələri və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri iddiaçının nümayəndəsinə ünvanlanmışdır. Həmin sənədlər iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Həmin Məcəllənin 47.1-ci maddəsinə əsasən, hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir.“Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 47.3-cü maddəsinə əsasən, nizamnamədə dəyişikliklər dövlət qeydiyyatına alındığı andan üçüncü şəxslər üçün hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirilir. Həmin Məcəllənin 91.1-2-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının növbəti ümumi yığıncağı icra orqanı tərəfindən nizamnamədə müəyyən edilmiş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Həmin Məcəllənin 91.1-7-ci maddəsinə əsasən, bir iştirakçıdan ibarət olan cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar həmin iştirakçı tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Həmin Məcəllənin 91.3.1-ci və 91.3.2-ci maddələrinə əsasən, cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, cəmiyyətin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsin əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2004-cü il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2-ci maddəsinin birinci və üçüncü cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya hüquqi şəxslərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, aralarında bağlanmış 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqavilələri əsasında iddiaçı təsisçisi olduğu hüquqi şəxslərin - "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin nizamnamə kapitallarında təsisçi kimi özünə məxsus olmuş cəmi 10 manat miqdarında olan 10 ədəd payını cavabdehə satmış, cavabdeh isə həmin təsis paylarına mülkiyyət hüququ əldə etdikdən, yəni faktiki olaraq adları çəkilən hüquqi şəxslərin iştirakçısına çevrildikdən sonra həmin müqavilələrin icra edilməsi zərurətindən irəli gələn hərəkətləri icra etməmiş, yəni həmin Cəmiyyətlərin iştirakçısının dəyişilməsi ilə əlaqədar onların nizamnamələrinə müvafiq qaydada dəyişikliklər etməli və bu dəyişiklikləri təsdiq etməklə dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (və ya onun müvafiq qurumuna) müraciət etməli olduğu halda, bunları həyata keçirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin təsis payının iddiaçı tərəfindən cavabdehə satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin, "xxxx" MMC-nin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin, "xxxx" MMC-nin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin, "xxxx" MMC-nin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin icrası və bu müqavilələrin icrası ilə əlaqədar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Bundan başqa, iş materiallarında olan 20 noyabr 2024-cü il tarixli **********71 nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı iddia tələbi təmin edildiyindən aşağıda göstərilənlər nəzərə alınmaqla həmin məbləğdə pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının İddiaçı tərəfindən Cavabdeh satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin icra edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin icra edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin icra edilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsis payının satılması ilə əlaqədar 27 oktyabr 2018-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinin icra edilməsi və bu müqavilələrin icrası ilə əlaqədar müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun və ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-168/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-168/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver