Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-598/2025 08.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat məbləğində borcun, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 1400 (min dörd yüz) manat məbləğində xidmət haqqının və 327,49 (üç yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək cavabdehə xx.xx.2024-cü il tarixdə ƏDV daxil 5972,2 manat dəyərində M-350 markalı və 5097,6 manat dəyərində M-100 markalı əmtəə betonu, xx.xx.2020-ci il tarixdə ƏDV daxil 1274,4 manat dəyərində M-100 markalı əmtəə betonu, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 11044,8 manat dəyərində M-100 markalı əmtəə betonu, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 11752,8 manat dəyərində M-350 markalı əmtəə betonu, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 11469,6 manat dəyərində M-100 markalı əmtəə betonu, xx.xx.2024-cü il tarixdə ƏDV daxil 8637,6 manat dəyərində M-350 markalı əmtəə betonu və xx.xx.2024-cü il tarixdə ƏDV daxil 17416,8 manat dəyərində M-350 markalı əmtəə betonu satmışdır. İddiaçı tərəfindən cavabdehə qeydə olunan markada, məbləğdə betonun satılması, cavabdeh tərəfindən isə həmin malın alınması hazırki iddia ərizəsinə əlavə olunmuş elektron qaimə-fakturalar ilə təsdiq olunur. Həmin qaimələr əsasında məlum olur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü tarixdən xx.xx.2024cü il tarixdək ümumilikdə 72640,8 manat dəyərində beton satmışdır. Cavabdehin iddiaçıya 72640,8 manat məbləğində borcunun yaranması, tərəflər arasında xx.xx.2024-cü il tarixdə tərtib edilərək imzalanmış və möhürlə təsdiq edilmiş üzləşmə aktında öz əksini tapmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 13 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilə üzrə, satıcı alıcını bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşma protokolunda göstərilən betonla təchiz etməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən alıcı müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib betonu satıcıdan müəyyənləşdirilmiş qaydada təhvil almağı öz öhdəsinə götürür və alıcı öz növbəsində müqavilə ilə aldığı betonun ödənişlərini vaxtında aparılmasını öhdəsinə götürür. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən alıcı qəbul etdiyi betonun dəyərini 30 gün ərzində satıcının hesablaşma hesabına ödəməlidir. Qarşılıqlı razılaşmaya əsasən alıcı satıcının hesabına sifariş verəcəyi betonun həcminə uyğun olaraq avans köçürə bilər. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 11044,8 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 14 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10910761 nömrəli, 1274,4 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 15 avqust 2024-cü il tarixli MT2408 seriyalı 10981231 nömrəli, 11044,8 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 16 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11035948 nömrəli, 11752,8 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 20 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11274744 nömrəli, 11469,6 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 26 avqust 2024-cü il tarixli MT2408 seriyalı 11636235 nömrəli, 8637,6 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 31 avqust 2024-cü il tarixli MT2408 seriyalı 12033313 nömrəli və 17416,8 manat dəyərində əmtəə betonu satılması ilə əlaqədar 14 sentyabr 2024-cü il tarixli MT2408 seriyalı 10962364 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan İddiaçı və Cavabdeh tərəfindən imzalanaraq möhürlə təsdiqlənmiş 11 dekabr 2024-cü il tarixli üzləşmə aktına əsasən Cavabdeh İddiaçınə həmin tarixə olan ümumi borc məbləği 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda təsvir olunanlarla müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 13 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdehnə 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat dəyərində əmtəə betonu satmış, lakin Cavabdeh həmin müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməyərək satılan malların dəyərini ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin müqavilə üzrə ödənilməmiş 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat məbləğində borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, işin konkret halları və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 1400 (min dörd yüz) manat məbləğində xidmət haqqının” tutulması hissəsi qismən əsaslıdır. Belə ki, iddiaçı - hazırkı iddia tələbində “hüquqi yardımla əlaqədar ödənilmiş 1400 (min dörd yüz) manat məbləğində xidmət haqqının” da cavabdehdən tutulmasını xahiş etmiş və bununla bağlı məhkəməyə İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına hüquqi xidmətə görə 1400 (min dörd yüz) manat məbləğində pul ödənilməsini təsdiq edən 18 fevral 2025-ci il tarixli ödəniş tapşırığını və hüquqi xidmətlərin göstərilməsi haqqında 10 fevral 2025-ci il tarixli müqaviləni təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinin tələblərinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yəni, bu normanın tələbinə görə fiziki şəxs olaraq işdə iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin ağlabatan məbləğdə tutulmasına yol verilir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabına köçürülmüş 1400 (min dörd yüz) manat məbləğində pulun da cavabdehdən tutulması tələb olunur ki, bu məbləğ bu iş üzrə vəkilin göstərdiyi yardıma görə cavabdeh tərəfindən ödənilməli olan ağlabatan məbləğ hesab edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov və Ağazadə Azərbaycana qarşı” iş üzrə 18 dekabr 2008-ci il tarixli qərarında da qeyd olunur ki, ərizəçi - xərc və məsrəflərin ödənilməsi hüququna yalnız o halda malikdir ki, onların həqiqətən və zərurətlə xərcləndiyi göstərilsin və bu məbləğlər həcminə görə əsaslı olsun. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə məhkəmə proseslərində iştirak edən nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərcin “ağlabatan məbləğdə və zərurətlə xərcləndiyi” halda tutulmasına yol verilir. Bu halda, iddiaçı tərəfindən cavabdehdən tələb olunan “hüquqi yardımla əlaqədar ödənilmiş 1400 (min dörd yüz) manat məbləğində xidmət haqqının tutulması”, yəni hüquqi xidmətlərə görə 1400 manat məbləğində pul vəsaiti - hazırkı iş üzrə ağlabatan və zərurətlə xərclənən məbləğ hesab edilə bilməz. Buna görə də, həmin məbləğin hamısı deyil, yalnız hazırkı iş üzrə mövcud şəraitdə və dövrdə ağlabatan və zərurətlə xərclənən hissəsi cavabdehə aid edilə bilər. Odur ki, hüquqi yardıma görə cavabdehdən tələb olunan 1400 (min dörd yüz) manat məbləğində pulun həqiqətən və zərurətlə xərcləndiyi sübut edilmədiyindən və bu məbləğ həcminə görə ağlabatan və əsaslı olmadığından, həmin hissədə iddia tələbi qismən təmin edilməli və cavabdehdən hüquqi xidmətlərlə əlaqədar çəkilmiş xərcə görə ağlabatan məbləğdə, yəni 600 (altı yüz) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “327,49 (üç yüz iyirmi yeddi manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, hazırkı iddia tələbi üzrə ödənilməli olan 307,92 (üç yüz yeddi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 307,92 (üç yüz yeddi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 73548,72 (yetmiş üç min beş yüz qırx səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 72640,8 (yetmiş iki min altı yüz qırx manat səksən qəpik) manat məbləğində əsas borc, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində xidmət haqqı və 307,92 (üç yüz yeddi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 73548,72 (yetmiş üç min beş yüz qırx səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-598/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-598/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver