Məhkəmə qərarları › İş №e-2-2(119)-797/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-797/2025

21.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-797/2025 21.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, İddiaçı Cavabdehnə qarşı verilmiş "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə həmin iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı N-M29 saylı, 08 yanvar 2019-cu il tarixli və NK 10 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələri üzrə 07 yanvar 2019-cu il tarixdən xx.xx.2023cü il tarixədək yaranmış 54920,11 məbləğində əsas borcun, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 15 yanvar 2025-ci il tarixli, e-2-2(121)-253/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, N-M 29 nömrəli, 08 yanvar 2019-cu il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 39893,58 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi, N-K 10 nömrəli, 04 yanvar 2021-ci il tarixli məhsulların alqı-satqı müqaviləsi üzrə 15026,55 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-2(106)-67/2025 nömrəli qətnaməsinə ilə cavabdeh İddiaçı nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 15 yanvar 2025ci il tarixli, e-2-2(121)-253/2025 saylı qətnaməsi cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, qətnamədən işdə iştirak edən şəxslərin 2 ay müddətində kassasiya şikayəti verilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Hazırda isə İddiaçı Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini 08 yanvar 2019-cu il tarixli müqavilə üzrə tələb etmə müddətinin keçməsi səbəbindən öhdəliklərə xitam verildiyindən hüquqi nəticələrin aradan qaldırılmasının, yəni həmin müqavilə üzrə Cavabdeh MMC-nin tələb etdiyi 39893,58 manat məbləğində pul vəsaiti üzrə öhdəliyə xitam verilməsinin zəruriliyi ilə əsaslandırmışdır. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 2- 2(106)-67/2025 nömrəli qətnaməsi qanuni qüvvəsini almadan İddiaçı tərəfindən Cavabdehnə qarşı "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa - iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunur. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Qeyd etmək lazımdır ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmiş olduğundan, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də iddiaçı tərəfindən yaradılmış olan elektron kabinetə yerləşdirilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D İ: İddianın yolverilməzliyinə görə İddiaçı tərəfindən Cavabdehnə qarşı verilmiş "müqavilə üzrə öhdəliyə xitam verilməsi" tələbi barədə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar