Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-63/2020 11.03.2020 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, Quluzadə Hüseyn Rasim oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızının, Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 Cavabdeh qarşı “fəaliyyətin dayandırılması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N ETDİ : İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “fəaliyyətin dayandırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəhbərlik etdiyi “X4 Mərkəzinin” fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışıdır ki, Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19B saylı binanın birinci mərtəbəsində yerləşən Cavabdeh rəhbərlik etdiyi “X4 Mərkəzi”nin fəaliyyəti ilə bağlı olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” mərkəzinə müraciət daxil olmuş və həmin müraciət üzrə yerində araşdırma aparılmışdır. Araşdırma nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 19B saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən 198 kvadratmetrlik qeyri-yaşayış sahəsinin zoopark kimi istifadəyə verildiyi və orada yerli və xaricdən gətirilimiş müxtəlif cinsli heyvan və quşların saxlandığı müəyyən olunmuşdur. Həmçinin, həmin heyvan və quşların təbii yaşayış mühitinə uyğun olmayan qapalı şəraitdə saxlandığı və zooparkın Ekologiya və Təbii Sərvətlər Nazirlyinin Ekspertiza İdarəsinin rəyi olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. Faktla əlaqədar 4 saylı Regional Ekologia və X3 tərəfindən xx xxxx 2019-cu il tarixində akt tərtib olunmuş və bir ay ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsindən rəy alınmasının təmin olunması üçün həmin ünvanda yerləşən “X4 Mərkəzi”nin icraçısı Cavabdeh icrası məcburi göstəriş verilmişdir. Məcburi göstərişin icrasının yoxlanılması məqsədi ilə 4 saylı Regional Ekologia və X3 tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə yenidən araşdırma aparılmış və həmin araşdırma zamanı məcburi göstərişdə göstərilən tələblərin icra olunmadığı aşkar olunmuşdur. Buna görə də Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və törətmiş olduğu inzibati xəta üzrə cərimə olunmasına dair qərar qəbul olunmuşdur. Cavabdeh tərəfindən rəy verilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciət olunsa da, İdarə tərəfindən cavabdehə “Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 117 saylı qərarının tələblərinə əməl etməklə təkrar müraciət olunması tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və X2 nümayəndəsi Nəcəfquliyeva Könül Rövşən qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində Cavabdeh rəhbərliyi ilə fəaliyyət göstərən “X4 Mərkəzinin” fəaliyyətinin dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx xxxxxx 2020-ci ildə keçirilən məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, o, VÖEN əsasında hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxsdir və “X4 Mərkəzi” onun qazanc yeridir. O, “X4 Mərkəzi”nin fəaliyyətinə icazə verilməsi üçün müvafiq rəyin verilməsindən ötrü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinə müraciət etmişdir. Lakin, həmin İdarədən ona rədd cavabı verilərək, “X4 Mərkəzi”nin fəaliyyətinə müsbət rəyin verilməsindən imtina edilmişdir. O, həmin fəaliyyətinə görə cərimə edilmiş olsa da, həmin cəriməni ödəməyə razıdır. Lakin, həmin cəriməni ödədikdən sonra həmin fəaliyyəti dayandırmaq yox, davam etdirmək istəyir. Buna görə də, rəhbərlik etdiyi “X4 Mərkəzi”nin fəaliyyətinin dayandırılması barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Lakin, cavabdeh Cavabdeh xx xxxx 2020-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin tarixə təyin edilmiş məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh (VÖEN **********) Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində yerləşən 198 kvadratmetrlik qeyri-yaşayış sahəsində “X4 Mərkəzi” kimi istifadə edir. İş materiallarında olan xx xxxx 2029-cu il tarixli 53397 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 198 kvadratmetrlik qeyri-yaşayış sahəsinin zoopark kimi istifadəyə edildiyi və orada yerli və xaricdən gətirilimiş müxtəlif cinsli heyvan və quşların saxlandığı müəyyən olunmuşdur. Araşdırma zamanı həmin heyvan və quşların təbii yaşayış mühitinə uyğun olmayan qapalı şəraitdə saxlandığı və həmin zooparkın Ekologiya və Təbii Sərvətlər Nazirlyi Ekspertiza İdarəsinin rəyi olmadan fəaliyyət göstərdiyi məlum olmuşdur. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli MN № ******* saylı İnzibati xəta haqqinda Protokoldan və xx xxxxxxxx 2019-cu il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində yerləşən 198 kvadratmetrlik qeyri-yaşayış sahəsində “X4 Mərkəzi”nin fəaliyyətinə rəhbərlik edən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati qaydada 3000 manat məbləğində cərimə edilmişdir. “Zooloji kolleksiyaların yaradılması, zənginləşdirilməsi, saxlanması, istifadəsi, dövlət uçotuna alınması, onlarla ticarət, habelə Azərbaycan Respublikasına gətirilməsi, onun hüdudlarından kənara göndərilməsi və aparılması” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 117 saylı qərarına əsasən, heyvanların təbii mühitdən götürülməsi yolu ilə fiziki və hüquqi şəxslər tərəfindən yaradılmış zooparklar, zoobağlar, okeanariumlar və s. canlı kolleksiyalar, habelə heyvan müqəvvaları, preparatları, hissələri və qalıqları şəklində kolleksiyalar zooloji kolleksiyalar adlanır. Elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyəri olan zooloji kolleksiyalar (mülkiyyət formasından asılı olmayaraq) dövlət uçotuna alınmalıdır. Azərbaycan Respublikasında zooloji kolleksiyalar dövlət uçotuna Azərbaycan Respublikası Dövlət Ekologiya və X1 Komitəsi tərəfindən dövlət reyestrinə daxil edilməklə alınır və zooloji kolleksiyaların canlı obyektləri barədə məlumatlar heyvanların dövlət uçotu sənədlərində və dövlət kadastrında öz əksini tapır. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi üçün aşağıdakılar təqdim edilməlidir: a) kolleksiya mülkiyyətçisinin (sahibinin) ərizəsi və kolleksiyanın ona məxsus olmasını təsdiq edən sənəd; b) elmi, mədəni-maarif, təlim-tərbiyə və estetik dəyərə malik olması barədə zooloji kolleksiyalar üzrə ekspert qrupunun rəyi; c) kolleksiyaya daxil olan obyektlərin, kolleksiya materiallarının siyahısı, sayı və qanuni əldə edilməsi barədə sənədlər. Zooloji kolleksiyaların dövlət reyestrinə daxil edilməsi (ekspertizaya təqdim olunan zooloji kolleksiyaya dair mütəxəssis-ekspertin yazılı rəyi ekspert qrupunun yığıncağında müzakirədə səs çoxluğu ilə təsdiq olunandan sonra) Azərbaycan Respublikası Dövlət Ekologiya və X1 Komitəsinin əmri ilə həyata keçirilir. Zooloji kolleksiyaların dövlət uçotuna alınması və dövlət reyestrinə daxil edilməsi barədə onun mülkiyyətçisinə (sahibinə) şəhadətnamə verilir. Elmi, mədəni-maarif, təlimtərbiyə və estetik dəyərinə malik olması barədə ekspert qrupunun mənfi rəyi olduğu halda, zooloji kolleksiya dövlət uçotuna alınmır və bu barədə ərizəçiyə səbəbləri göstərilməklə müvafiq cavab göndərilir. Təqdim edilən zooloji kolleksiyada olan canlı heyvanların qanuni əldə edilməsi barədə sənədlər olmadıqda bu kolleksiya dövlət uçotuna alınmır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülür. Bu barədə zooloji kolleksiyanın mülkiyyətçisinə (sahibinə) müvafiq məlumat verilir. Zooloji kolleksiyaların reyestrə daxil edilməsi barədə verilən şəhadətnamənin tarixi həmin kolleksiyanın dövlət uçotuna alınma tarixi hesab edilir. Dövlət uçotuna alınmış kolleksiyaların mülkiyyətçiləri (sahibləri) tərəfindən hər il (20 yanvar tarixinə kimi) kolleksiyanın vəziyyəti və dövriyyəsi barədə Azərbaycan Respublikası Dövlət Ekologiya və X1 Komitəsinə məlumat verilməlidir. Təqdim olunan məlumatda il ərzində zooloji kolleksiya üçün əldə edilmiş yeni, dəyişdirilmiş, respublikanın hüdudlarından kənara göndərilmiş və sıradan çıxmış obyektlər barədə məlumatlar öz əksini tapmalıdır. “Heyvanlar aləmi” haqqında Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, vəhşi heyvanların qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanmasına və yetişdirilməsinə, habelə kommersiya və digər məqsədlər üçün tutulmasına (əldə edilməsinə) xüsusi icazə əsasında yol verilir. Göstərilən məqsədlər üçün vəhşi heyvanların tutulması (əldə edilməsi) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Fiziki və hüquqi şəxslər tərəfindən qeyri-sərbəst və ya yarımsərbəst şəraitdə saxlanılan, təbii mühitdən götürülməsinə və başqa yollarla qanuni əldə edilməsinə dair sənədləri olmayan vəhşi heyvanlar qanunsuz əldə edilmiş hesab edilir. Xüsusi icazə əsasında təbii mühitdən götürülməsi və ya digər qanuni yollarla əldə edilməsi barəsində sənədləri olmayan fiziki və hüquqi şəxslərdən vəhşi heyvanların alınması qadağandır. Fiziki və hüquqi şəxslərə qeyrisərbəst və ya yarımsərbəst şəraitdə saxlanılmasına və yetişdirilməsinə icazə verilən vəhşi heyvanların siyahısı, habelə onların saxlanmasına, mühafizəsinə və istifadəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54.2-ci maddəsinə əsasən, dövlət ekoloji ekspertizasının obyektlərinə istehsal, sosial, ticarət, ictimai iaşə və digər xidmət obyektləri, infrastruktur obyektləri və komplekslərinin layihələri, onların konservasiyası, ləğv olunması, yeni texnika ilə təchiz edilməsi və genişləndirilməsi üzrə layihələr, texniki-iqtisadi əsaslandırılmalar (TİƏ), ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) və transsərhəd konteksdə ətraf mühitə təsirin qiymətləndirilməsi sənədləri daxildir. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində Cavabdeh rəhbərliyi ilə fəaliyyət göstərən “X4 Mərkəzinin” fəaliyyətinin dayandırılması barədə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli və Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində Cavabdeh rəhbərliyi ilə fəaliyyət göstərən “X4 Mərkəzinin” fəaliyyəti dayandırımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Sumqayıt şəhəri, 3-cü MKR, 19B nömrəli binanın birinci mərtəbəsində Cavabdeh rəhbərliyi ilə fəaliyyət göstərən “X4 Mərkəzinin” fəaliyyəti dayandırılsın. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-63/2020
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-63/2020
11.03.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver