Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-1823/2024 17.09.2024 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Abdullayev Elşən Uğur oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əmirli Fərid Teymur oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı – pul tələbi barədə iddiasına dair kommersiya mübahisəsinə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2022-ci il tarixli, 22/340 №-li müqavilə üzrə ƏDV daxil 500.00 AZN (beş yüz Azərbaycan manatı, 00 qəpik)məbləğində pul vəsaitinin, habelə qanunvericiliklə müəyyən edilmiş ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilməli olan haqqın da daxil olduğu 30.00 AZN (otuz Azərbaycan manatı, 00 qəpik) məbləğində dövlət rüsumunun,cəmiƏDV daxil 530.00 AZN (beş yüz otuzAzərbaycan manatı, 00 qəpik) məbləğinin Cavabdehdən İddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra “İddiaçı”, VÖEN: **********) ilə Cavabdeh (bundan sonra C“ avabdeh”, VÖEN: **********) arasındaAzərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m. təşkil edən qeyri-yaşayış sahəsinin (bundan sonra “İcarəyə Verilən Əmlak(lar)”) icarəyə verilməsi haqqında 01 iyul 2022-ci il tarixli, 22/340 №-limüqavilə (bundan sonra “İcarə Müqaviləsi”) bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq 01 iyul 2022-ci il tarixindən başlayaraq İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində İcarəyə Verilən Əmlak(lar) üçün ƏDV daxil 400.00 AZN (dörd yüz Azərbaycan manatı, 00 qəpik)məbləğində aylıq icarə haqqı müəyyən edilmişdir. İcarə Müqaviləsinin 3.2-ci bəndinə əsasən İcarə Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh İcarəyə Verilən Əmlak(lar)da istifadə etdiyisu və çirkab sularının axıdılması, məişət tullantılarının daşınması, təbii qaz, elektrik enerjisi, telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), internet xidmətləri, istismar yığımı və digər kommunal xidmətlərə görə xərclər də daxil olmaqla, bütün kommunal xidmət haqlarının ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. İcarə Müqaviləsinin 3.5-ci bəndinə əsasən müqavilənin 3.2-ci bəndi ilə Cavabdehə aid edilən xərclər İcarə haqqına daxil deyil və onlar Cavabdeh tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. İcarə Müqaviləsinin 3.8-ci bəndinə əsasən İcarə haqqını ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesabfaktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilərək, Cavabdeh tərəfindən İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə Müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq İcarə haqqı və Müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək Cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə Müqaviləsinin 7.2-ci bəndinə əsasən Cavabdeh müqavilə üzrə ödəniş vaxtı çatmış İcarə haqqının və ya müqavilədən irəli gələn digər ödənişlərin ödənilməsində yol verilmiş hər gecikmə gününə görə gecikdirilmiş ümumi ödəniş məbləğinin 0,1%-i (sıfır tam onda bir faizi) məbləğində İddiaçıya dəbbə pulu ödəmək öhdəliyini daşıyır. İcarə Müqaviləsinin 8.7-ci bəndinə əsasən bu müqaviləyə hər hansısa əsasla xitam verilməsi Cavabdehi İcarə haqqının və İcarə Müqaviləsi üzrə digər ödənişlərin həyata keçirilməsi daxil olmaqla, lazımınca yerinə yetirilməmiş öhdəliklərin icrasından azad etmir. Bununla belə, İcarə Müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (25 aprel 2023-cü il tarixində FMG-02/23/659 №-li pretenziya bildirişi təqdim edilib) Cavabdeh tərəfindən İcarə Müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və İddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. İcarə Müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında Tərəflər istənilən vaxt Müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə İcarə Müqaviləsinə31 oktyabr 2022-ci il tarixində (bundan sonra “Xitam tarixi”) xitam verilmişdir. Tərəflər arasında imzalanmış 31 oktyabr 2022-ci il tarixli xitam razılaşmasının (bundan sonra “Xitam razılaşması”) 2-ci bəndinə əsasən Cavabdeh İcarə Müqaviləsinin şərtlərinə uyğun olaraq İcarəyə Verilən Əmlak(lar)ın İddiaçıya təhvil verildiyi Xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən İcarə Haqqının və İcarə Müqaviləsində nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən Cavabdehin Xitam tarixinədək İcarə Müqaviləsi üzrə İddiaçıya ödəməli olduğu ümumi borcununƏDV daxil 500.00 AZN (beş yüz Azərbaycan manatı, 00 qəpik) təşkiletməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq İcarə Müqaviləsinə xitam verilməsi Cavabdehi İcarə Müqaviləsi üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin Cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Qeyd olunur ki, yuxarıda göstərilən borc məbləğicəmi 4 ay davam edən icarə müddətinin son 2 ayı, yəni 2022-ci ilin sentyabr və oktyabr ayları üçün təmin edilməli olan ödəniş öhdəliklərinin Cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində yaranmışdır. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 25 aprel 2023-cü il tarixində Cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında İddiaçı tərəfindən FMG-02/23/659 №-li pretenziya bildirişi göndərilmiş və sözügedən borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə İddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, Cavabdehin İddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin Cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və Xitam tarixindən 1 (bir) il 4 (dörd) aya yaxın bir müddətin keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Xüsusilə vurğulamaq istəyirlər ki, iddiaçının İcarə Müqaviləsinin 7.2-ci bəndində təsbit edilmiş dəbbə pulu tətbiq etmək hüququ olsa da, cavabdehə güzəşt olaraq İddiaçı sözügedən hüququndan istifadə etmir və yalnız cavabdehə qarşı əsas borc məbləğinin təmin edilməsi tələbi ilə çıxış edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddianın təmin edilərək yekun məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/340 saylı icarə müqaviləsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m təşkil edən qeyri-yaşayış sahəsini (bundan sonra “icarəyə verilən əmlak(lar) icarəçiyə icarəə verməyi, icarəçi isə icarəyə verilən əmlak(ları) qəbul edib, icarə haqqını və digər ödənişləri bu Müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. - Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m təşkil edən qeyri-yaşayış sahəsi ƏMDK yanında DƏDRX-nin xx.xx.2015-ci il tarixli çıxarışa əsasən "xxxx" MMC-nin xüsusi mülkiyyətindədir. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı MMC tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. - 25.04.2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/340 saylı icarə müqaviləsinə əsasən 500 manat pulun 5 gün müddətinə ödənilməsini, əks halda aidiyyəti üzrə məhkəməyə müracitə olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 22/340 saylı icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X2 küçəsi 15/1 ünvanında yerləşən, ümumi sahəsi 119.55 kv.m təşkil edən qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixə kimi, aylıq icarə haqqı ƏDV daxil 400 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. Daha sonra tərəflərin qarşılıqlı razılaşması ilə icarə müqaviləsinə 31 oktyabr 2022-ci il tarixində xitam verilmişdir. Xitam razılaşmasına əsasən cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcu 500 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər 01 il 04 ay davam etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı icarə haqqı olaraq 500 manat manat pulu (ƏDV daxil) cavabdehdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı icarə müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 500 manat icarə haqqının cavabdehdən tələb etməsi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə, həmçinin iddianın 30 manat mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227-ci, 233-cü və 357-ci maddələrinə əsasən məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 22/340 saylı icarə müqaviləsinə əsasən 500 manat pul və 30 manat məbləğində mediasiya xərci olmaqla, ümumilikdə 530 (beş yüz otuz) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Abdullayev
Məhkəmə qərarları › İş №e-2-2(121)-1823/2024
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-1823/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver