Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2-2(121)-790/2020 08.09.2020 ŞİRVAN KOMMERSİYA MƏHKƏMƏSİ Hakim İsmayılov Rafiq Tofiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Pərviz Taleh oğlunun katibliyi, İddiaçı “X5 Xidməti” MMC-nin nümayəndəsi X3, Cavabdeh, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı “X5 Xidməti” MMC-nin Cavabdeh qarşı qanunsuz yaradılmış giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair işə Şirvan Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X5 Xidməti” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, M-3 indeksli respublika əhəmiyyətli Lənkəran rayonu Kosalar kəndi ərazisində X15 Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 210 km-də yolun sağ tərəfində Lənkəran rayonu Xolmili kəndində yaşayan vətəndaş Cavabdeh tərəfindən ona məxsus “Len Petrol” yanacaq doldurma məntəqəsinə qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin cavabdehə məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, M-3 indeksli Respublika əhəmiyyətli X15 Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 210 km-də yolun sağ tərəfində Lənkəran rayonu Xolmili kəndində yaşayan Cavabdeh tərəfindən ona məxsus “Len Petrol” yanacaq doldurma məntəqəsinə qanunsuz giriş-çıxış yolu yaradılmışdır. Vətəndaş Cavabdeh yaratdığı giriş–çıxış yolunun ləğv edilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Qanunsuz olaraq yaradılmış giriş–çıxış yolunun (yol birləşməsi) ləğv edilməsinə dair cavabdehə rəsmi qaydada xx xxxxxx 2019-cu il tarixli, 115/G nömrəli xəbərdarlıq verilməsinə baxmayaraq cavabdeh bu günə qədər qeyri-qanuni yaradılmış giriş–çıxış yolunu (yol birləşməsini) ləğv etməmişdir. Perspektiv inkişaf, nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkəti baxımından mövcud qanunvericiliyə əsasən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli, 933 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxxx 2015-ci il tarixli 298 nömrəli Qərarı ilə dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri Respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. Hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir. Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir. Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Yolkənarı xidmət obyektlərinin giriş, çıxış və birləşmə yollarının, keçid-sürət zolaqlarının tikintisi, yenidən qurulması, saxlanılması, habelə onların lazımi sanitar vəziyyətinin təmin olunması həmin obyektlərin sahibləri tərəfindən yerinə yetirilir. Yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. Qeyd olunanlara əsasən, hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5 Xidməti” MMC-nin nümayəndəsi X11 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və üçüncü şəxs X4 iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri tam, hərtərəfli və obyektiv araşdırıb, tərəfləri və üçüncü şəxsi dinləyib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X5 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, 115/6 saylı xəbərdarlıq məktubundan görünür ki, M-3 indeksli Respublika əhəmiyyyətli Ələt-Astara avtomobil yolunun 210 km-də yolun hərəkət hissəsinin mərkəzinin 10 metrliyində Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsinin əsas yola qanunsuz giriş-çıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmışdır. İş materiallarında olan “X5 Xidməti” MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, (M-3) Ələt-Astara Rəspublika əhəmiyyətli avtomobil yolunun 210 km-də yolun sağ tərəfində yerləşən qeyri-yaşayış obyektinin sahibi “YDM” Cavabdeh Azərbaycan Respublikasının Avtomobil Yolları haqqında Qanunun 17-ci maddəsinin tələblərinə pozaraq Lənkəran rayonunun Xolmili kəndi ərazisində heç bir icazə olmadan qanunsuz olaraq giriş-çıxış yol birləşməsi yaratmışdır. Qanun vətəndaş Cavabdeh izah edilmişdir. Akt onu tərtib edən şəxslərin imzaları ilə təsdiq olunmuş, Cavabdeh aktı imzalamaqdan imtina etdiyi barədə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı X14 xx xxxx 2020-ci il tarixli, **********24 saylı məktubunda qeyd olunur ki, Lənkəran rayonu, Kosalar kəndi ərazisində yerləşən qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsi) ilkin hüquqmüəyyənedici sənəd olaraq xx.xx.2001-ci il tarixli, 348 saylı qeydiyyat vəsiqəsi əsasında əvvəlki hüquq sahibi kimi X9 məxsus olmuşdur. Sonradan həmin şəxs sözügedən qeyri-yaşayış binasını X4 və Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Təqdim olunmuş həmin alqı-satqı müqaviləsi əsasında sonuncu mülkiyyətçi olaraq X4 və Cavabdeh adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq çıxarış verilmişdir. İş materiallarında olan xx.xx.2001-ci il tarixli, 348 saylı qeydiyyat vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu, Kosalar kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X12 mülkiyyətində olan Lənkəran rayonu, Kosalar kəndi ərazisində yerləşən, ümumi sahəsi 11,06 m2 olan qeyriyaşayış binasını X4 və Cavabdeh satmışdır. İş materiallarında olan seriya RX ******* saylı, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu, Kosalar kəndində yerləşən, ümumi sahəsi 11,1 m2 olan qeyri-yaşayış binasına X1 və Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Beləliklə məhkəmə müəyyən etdi ki, Lənkəran rayonu, Kosalar kəndi ərazisində yerləşən qeyri-yaşayış binası (yanacaqdoldurma məntəqəsi) xx.xx.2001-ci il tarixli, 348 saylı qeydiyyat vəsiqəsi əsasında X9 məxsus olmuşdur. Sonradan həmin şəxs tərəfindən sözügedən qeyri-yaşayış binası xx.xx.2018-ci il tarixli, 4Ə-69 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X2 və Cavabdeh satılmışdır. Sonuncuların yanacaqdoldurma məntəqəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X5 Xidməti” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli, 115/6 saylı xəbərdarlıq məktubu ilə M-3 indeksli Respublika əhəmiyyyətli Ələt- Astara avtomobil yolunun 210 km-də yolun hərəkət hissəsinin mərkəzinin 10 metrliyində Cavabdeh məxsus yanacaqdoldurma məntəqəsinin əsas yola qanunsuz giriş-çıxış yolunun 30 gün müddətində ləğv edilməsinin təmin olunması, əks halda qanunsuz yaradılmış giriş-çıxış yolunun ləğv edilməsi və yolun ilkin vəziyyətinə, bərpa olunmasına çəkiləcək xərclərin ondan tutulması barədə qanunamüvafiq tədbirlər görüləcəyi barədə Cavabdeh məlumatlandırılmış, həmçinin xx.xx.2019-cu il tarixdə bununla bağlı akt tərtib edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir: “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərə mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinə, yenidən qurulmasına və təmirinə yalnız müəyyən edilmiş qaydada təsdiq olunmuş layihə sənədi əsasında icazə verilə bilər. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə avtomobil yolunun kateqoriyasına uyğun olaraq digər avtomobil yoluna birləşmənin giriş və çıxış yolları müvafiq keçid - sürət zolaqları ilə təmin olunmalıdır. Avtomobil yollarına ümumi istifadə üçün qovuşan, birləşən avtomobil yollarının örtüyünün möhkəmliyi bütün yol boyunca mövcud avtomobil yolları üçün müəyyənləşdirilmiş layihə normalarından az olmamalıdır. Qovuşma və kəsişmənin tikintisi ilə bağlı bütün xərcləri bu işlərin sifarişçisi ödəyir.Kəsişmə və qovuşmanın tikintisi zamanı texniki normalara əməl edilmədikdə müvafiq yol təsərrüfatı orqanları onların tikintisindən imtina etmək hüququna malikdir. Avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququna malikdir.Belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürə bilərlər. Müxtəlif mülkiyyətçilərində olan avtomobil yollarının kəsişmə və qovuşma yerlərində sərhədlər, həmin yolların təhkim zolaqları ilə birlikdə müəyyən edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, yolkənarı xidmət obyektlərinin avtomobil yollarına birləşmələrin yenidən qurulması və təmiri avtomobil yolu sahibinin qeyd edilən işlərin görülməsi üçün verdiyi texniki şərtlər və tələblər əsasında yerinə yetirilir. “Dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetininxx xxxxxxxx 2015-ci il tarixli, 298 saylı Qərarına əsasən, dövlət mülkiyyətində olan avtomobil yollarının qorunma (mühafizə) zolaqlarının ölçüləri respublika əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 30 metr enində, yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12,5 metr enində təsdiq edilmişdir. İşin faktiki hallarından və yuxarıda qeyd edilən normalardan göründüyü kimi, cavabdeh tərəfindən “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır. Belə ki, cavabdeh tərəfindən mövcud avtomobil yolları ilə birləşmə və kəsişmə qovşaqlarının tikintisinin, yenidən qurulmasının və təmirinin aparılması müəyyən olunmur. Qanunvericilikdə isə yalnız həmin işlərin aparılması üçün layihə sənədi əsasında icazə verilməsi, avtomobil yollarının mülkiyyətçiləri onların razılığı olmadan müvafiq qovuşma və kəsişmənin tikintisini, yenidənqurma və təmirini sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən onları dərhal dayandırmaq, sökmək və avtomobil yollarını ilkin vəziyyətə gətirməyi tələb etmək hüququnu, belə işlərin icrasından imtina və ya razılaşdırılmış müddətdə onların icrası üzrə qəbul olunmuş öhdəliklərdən yayınma hallarında yolun mülkiyyətçisi qeyri-qanuni hərəkət etmiş hüquqi və fiziki şəxslərə qarşı avtomobil yollarını ilkin vəziyyətə gətirməklə, bu səbəbdən sərf olunan xərcləri ödəmələri barədə iddia irəli sürülməsi nəzərdə tutulmuşdur. Digər tərəfdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Kostitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Kostitusiyasının 29-cü maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyası müddəalarının və X19 Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası “İnsan Hüquqlarının və X10 Haqqında” Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə X19 Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. İş materiallarından görünür ki, Lənkəran rayonu Kosalar kəndi ərazisində X15 Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 210 km-də yolun sağ tərəfində yerləşən qeyri-yaşayış binası - “Len Petrol” yanacaq doldurma məntəqəsi 2001-ci ildən 2018-ci ilədək kimi X8 mülkiyyətində olmuş, 2018-ci ildən hal-hazıradək, 2 ildən artıq müddətdir ki, Cavabdeh və üçüncü şəxs X1 mülkiyyətindədir. Sonuncular sözügedən yanacaq doldurma məntəqəsinə sahiblik və ondan istifadə edirlər. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən, cavabdehin (üçüncü şəxs X4 ilə birlikdə) mülkiyyətində olan əmlaka (yanacaqdoldurma məntəqəsinin) mövcud olan giriş-çıxış yolunun sökülməsi və həmin giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılmasıcavabdehin konstitusion hüququ olan mülkiyyət hüququnu öz əmlakından istifadə hüququnu pozur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki,iddiaçı “X5 Xidməti” MMC-nin Cavabdeh qarşı giriş-çıxış yolunun cavabdehin vəsaiti hesabına sökülməsi və giriş-çıxış yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddiaçı “X5 Xidməti” MMC-nin Cavabdeh qarşı M-3 indeksli Respublika əhəmiyyətli avtomobil yolundun 210-cu kilometrində, yolun sağ tərəfində Cavabdeh məxsus “Len Petrol” yanacaq doldurma məntəqəsinə qeyri-qanuni yaradılmış giriş-çıxış yolunun (yol birləşməsinin) cavabdehin vəsaiti hesabına sökülməsi və qanunsuz olaraq yaradılmış giriş-çıxış (yol birləşməsi) yolundan istifadənin məhdudlaşdırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan Kommersiya Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq İsmayılov
Məhkəmə qərarları › İş №e-2-2(121)-790/2020
Şirvan Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(121)-790/2020
08.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver