Məhkəmə qərarları › İş №e-2-2(123)-17/2025

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-17/2025

25.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-17/2025 25.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X3 məhkəmə iclas katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC-nin vəkili-nümayəndəsi Vəkil1 09 oktyabr 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26958.47 (iyirmi altı min doqquz yüz əlli səkkiz manat 47 qəpik) məbləğində əsas borc, 4852.53 (dörd min səkkiz yüz əlli iki manat 53 qəpik) manat məbləğində ƏDV borcu olmaqla, 31811 (otuz bir min səkkiz yüz on bir) manat məbləğində əsas borcun, 200 (iki yüz) manat dövlət rüsumunun və 720 (yeddi yüz iyirmi) manat məbləğində Vəkil Xərclərinin cavabdeh "xxxx" MMC-dən (Əvvəlki adı “X6”) tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsində cavabdeh "xxxx" MMC (Əvvəlki adı “X6”) ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023 tarixli, Françayzinq, Biznesin idarə edilməsi və Məsləhət xidmətləri barədə Müqavilənin 2.6-cı bəndinə əsasən aylıq ƏDV daxil 3540 (üç min beş yüz) manatın (ƏDV xaric 3000 AZN) xalis gəlir kimi "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olduğunu, hazırda ƏDV daxil 17700 (on yeddi min yeddi yüz) manat məbləğində Françayzinq haqqının hələ də ödənilməmiş qaldığını, müqavilənin 3.1.4-cü maddəsinə əsasən Naxçıvan şəhəri, Saat meydanı Kompleksində yerləşən Kinoteatra nümayiş üçün göndərilmiş Filmlərə görə Film istehsalçılarına (Distribütorlara) İddiaçı MMC büdcəsindən ödənilmiş royaltilərin əvəzi olaraq ödənişlərin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olduğunu, ƏDV daxil 12859.37 AZN (on iki min səkkiz yüz əlli doqquz manat 57 qəpik) manat məbləğində Françayzinq haqqının hələ də ödənilməmiş qaldığını, həmçinin tərəflər arasındakı müqavilənin 2.1-ci maddəsinə əsasən, EBDP Nömrə 330036 nömrəli, xx.xx.2023 tarixli qaimə üzrə Naxçıvan şəhəri, Saat meydanı Kompleksində yerləşən Kinoteatra göndərilmiş malların əvəzinin "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olduğunu, lakin ƏDV daxil 1252.24 (bir min iki yüz əlli iki manat 24 qəpik) məbləğində göndərilmiş malların əvəzinin hələ də ödənilməmiş qaldığını, nəticə etibarilə ƏDV daxil 31811 (otuz min min səkkiz yüz on bir) manat məbləğində əsas borcun bu günə qədər iddiaçıya ödənilməmiş qaldığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə etdiyini və həyata keçirdiklərini, onların müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst olduqlarını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxsin (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli olduğunu, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququnun olduğunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməli olduğunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsinin (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşüldüyünü, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclunun onun risq dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğunu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il qərarına əsasən Mülki Məcəllənin 449.1-ci maddəsində əksini tapmış “ondan faydalanmağa görə” müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutduğunu, həmçinin borclu şəxsin yalnız bu dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalandığını: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirdiyini, həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı olduğunu, istifadədən faydanın gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bildiyini, bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutduğunu, həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, onun MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğunu qeyd etməklə əsaslandırmışdır. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 04 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, məhkəmədən öncə aralarında fikir olmuşdur ki, qarşılıqlı hərəkətlər olsun, əvəzinə mal verilsin və s. Onlar malı nə etdiklərini, ödənişlərinin aparılmasını demişlər. Belə ümumi qarşı tərəf də etiraf edir ki, borcları var. Etirafa dair sənəd yoxdur. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iş üzrə mübahisəli olan məsələlər barədə məhkəməyə iddia ərizəsilə müraciət olunmuşdur. İddia ərizəsində də qeyd olunmuşdur ki, Cavabdeh MMC əvvəlki adı ilə X6 İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli, Françayzinq, Biznesin idarə edilməsi və Məsləhət xidmətləri barədə müqavilə əsasında öhdəlik yaranmışdır. Müqaviləyə uyğun olaraq qaimələr tərtib olunmuşdur və qarşı tərəf hazırkı vəziyyətdə Françayzinq haqqı ilə əlaqədar olaraq eyni zamanda İddiaçı büdcəsindən ödənilmiş royaltilərin əvəzi olaraq ödənclərin həmçinin, müqavilənin 2.1-ci maddəsinə əsasən qaimə əsasında Naxçıvan şəhər Saat Meydanı kompleksində yerləşən kinoteatrlara göndərilmiş malların əvəzinin Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olan vəsaitlərin İddiaçı MMC-yə ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Konkret olaraq qaimələr və öhdəliklər üzrə ƏDV Daxil olmaqla ümumilikdə 26958,47 manat əsas borcun, 4852,53 manat ƏDV borcu olmaqla, ümumilikdə 31811 manat əsas borcun, 200 manat dövlət rüsumunun və 720 manat məbləğində vəkil xərcinin cavabdeh “APF OTELLƏR QRUPU MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi məhkəmədən xahiş olunur. İş üzrə iddia ərizəsinə sübutları əlavə olunaraq məhkəməyə təqdim olunmuşdur. Hazırda iddialarını müdafiə edirlər. Bağlanmış müqavilə əsasında onlara ödəmələr aparılmışdır. Cavabdehin vəkili Vəkil2 22 noyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, 01 aprel 2023-cü il tarixli müqavilə sistemə yüklənmişdir. Həmin müqaviləyə diqqət etdikdə müqavilənin 6-cı səhifəsinə qədər, 1-5 səhifələrini nəzərdə tutur, heç birində möhür və imza yoxdur. Hansı ki orda İddiaçı-un möhürünün olması nəzərdə tutulur və bu, imzalanıb möhürlənməmişdir. Təkcə müqavilənin axırıncı vərəqinə möhürün vurulduğu görünür, X6 tərəfindən möhürün vurulduğu görünür və təbii ki, Cınema Plus tərəfindən möhür vurulmamışdır. Bunu da müəyyən mənada qəbul edərdi ki, axırıncı vərəqdə heç olmasa sonradan da olsa möhür vurardılar ki, axırıncı səhifədə hər iki təşkilatın möhürü və imzası görünsün. Nəticə etibarilə belə bir müqavilənin olmadığı görünür, digər müqavilənin səhifələrində də bu nəzərdə tutulduğu halda möhürün olmaması belə bir müqavilənin olmadığını göstərir. Əgər müqavilə yoxdursa iddia barədə onların geniş danışmalarına ehtiyac yoxdur. Əlavə olaraq eqaimənin vurulması və s. şirkət məlumat vermiş, Otellər Qrupunun payları satış predmeti olmuş, 2023-cü ildə 4 nəfərin mülkiyyəti olmuşdur. Birinci mülkiyyətçi, ikinci payçı, ikinci payçı üçüncü payçıya satmış, üçüncü payçı da 2-3 ay ərzində dördüncü payçıya satmışdır. İdarəetmə ilə əlaqədar rəhbərliklər tez-tez dəyişdiyinə görə məsələyə çox da diqqət yetirilməmişdir. Müqavilədə olan möhürdən də görünür ki, APF Qrup olmamışdır, indiki APF Qrupdan, onun təsisçilərindən qabaq olmuşdur. Onlar onu soruşub aydınlaşdıra bilərlər ki, bu proses necə həyata keçirilibdir. Aydınlıq gətirərlər, növbəti məhkəmədə bu barədə informasiya verib bölüşər. Hər bir halda bugün hüquq əsasdır. Sübutlar siyahısında əsas sübut qismində çıxış edən, hətta iddia ərizəsində sübutlar sıralamasında 6-cı sırada qeyd olunan müqavilənin sübut əhəmiyyəti daşımadığını müşahidə edirlər. İddianı qəbul etmirlər, belə bir müqavilə mövcud deyildir. Bağlanmış müqavilə əsasında hər hansı ödəmənin aparılmasına dair məlumatı yoxdur, amma onun şəxsi fikridir ki, hər hansı e-qaimənin qəbul edilməsi, ödəmənin hansı formada aparılması hansısa iddianın predmeti ola bilər, amma bu iddia ilə əlaqədar bu kontekstdə olduğuna dair onda informasiya yoxdur. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 11 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iş üzrə iddia ərizəsinə həm müqavilələri, həm də vergi ödəyicisinin tarixçələrini əlavə etmişlər. Həmçinin də Naxçıvan Kinoteatrında 1 aprel 2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixə qədər Naxçıvan Muxtar Respublikasında CİNEMA club tərəfindən göstəriləcək filmlərin təsdiq olunmuş arayışını məhkəməyə təqdim etmişlər. Eyni zamanda vergi ödəyicisi tarixçəsini ona görə təqdim etmişdirlər ki, keçən məhkəmə prosesində cavabdeh tərəf “biz müqavilə bağlamamışıq, biz öhdəlik daşımırıq, biz o şirkət deyilik” fikirlərini irəli sürmək kimi vəziyyət yaratdığından sübut olaraq təqdim edirlər ki, konkret olaraq bu məsələlər ola bilməz. X6 Məhdud Məsuliyyətli Cəmiyyəti sonradan adını dəyişərək APF Otellər qrupu Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. VÖEN-i eynidir. Adının dəyişməsi o demək deyil ki, öhdəliyi dəyişilir və ya öhdəlikdən kənarda qalır. Eyni zamanda 2023-cü ilə qədər qüvvədə olmuş müqaviləni, 2023-cü ildə yenidən təzələnmiş müqaviləni məhkəməyə sübut qismində təqdim etmişlər. Cavabdehin vəkili Vəkil2 11 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, ola bilsin ki, keçən məhkəmə iclasında o fikrini yanlış ifadə etmişdir. Amma dəqiqləşdirmə aparmaq istəyir. Həmin şirkətin onlar olmadığını demək istəməmişdir və ya ola bilsin yanlış anlaşılma olmuşdur. O əsas həmin müqavilə ilə əlaqədar mövqeyini bildirmişdir ki, qarşı tərəf məhz bu müqavilədə göstərilən şirkətin, hansı ki möhür, imza yox idi o vərəqlərdə, həmin vərəqlərdə bəhs olunan şirkətin məhz onların şirkətinin olmasını sübut kimi, yəni onlara sübut etsin. Axı onların möhür, imzası yoxdur. O bilsin ki, həqiqətən onların şirkəti ora möhür imza atıbdır, o vərəqlər, müqavilənin tərkib hissəsi onlara məxsusdur. Müqavilənin mətnini əhatə edən bütün vərəqlərin heç birində imza, peçat (möhür) yox idi. Nəticə etibarilə sadəcə olaraq axırda bank rekvizitləri olan vərəqdə möhür, imza olubdur və o vərəqin digər vərəqlərlə əlaqəsinin olduğu sübut olunmalı idi. Qısa konkret mövqeləri bu olmuşdur. Bu kontekstdə o demək istəyir ki, yəni əvvəlki vərəqlərdə bəhs olunan öhdəliklərin onlara aid olduğu sübut olunsun. Bu mənada demişdir. Ola bilər ki, yanlış ifadə olunmuşdur. O da elə bu tarixçədən çıxarışlar olunduğunu görür, yəqin ki bu anlaşılmazlıq burdan yaranmışdır ki, bu çıxarışlar olubdu, yoxsa onların bununla əlaqədar bir etirazları yoxdur. Hal-hazırda da bəllidi, vöen bir vöendir. Bir məsələni də demişdi, o da ola bilər ondan da qaynaqlanar ki, əvvəlki təsisçilərin dəyişməsilə əlaqədar ola bilər ifadə etmişdir ki, o, heyətdi, yeni gələn təsisçi əmək məcəlləsinə görə bütün işçi heyətini dəyişmək hüququna malikdir və dəyişmişdir. Dəyişdiyinə görə həmin sənəd sübutların da olmaması əsasında onlar bundan əmin deyillər ki, borc həqiqətən də sənəd sübutla nə qədərdir, nə qədər mövcuddur, nə qədər realdır, nə qədər real deyil. Sübutlara münasibətdə isə, keçən dəfə də bu məsələ vurğulandı ki, müqavilənin əsli təqdim olunsun, çünki onlarda çox ciddi şübhə yaratdı. Bu şübhə daha da dərinləşib. Artıq bu günkü prosesdə onlar bunu görürlər. İkinci bir eyni müqavilənin ikinci forması elektron qaydada onlara təqdim olunmuşdur. Ola bilər deyərlər ki, o birinci təqdim olunan əvvəl çəkilmiş pdf şəkli olmuşdur, indiki ayrıdı. Amma onlar müqavilənin beşinci vərəqində yeddinci bəndə diqqət eləsələr, həm iddia qaldırılarkən onlara göndərilmiş pdf-in, həm də indi göndərilmiş pdf-in məhz eyni kağız üzərindən çəkildiyi görünür. Bu portala vurulan sənədlər məhkəmə üçün rəsmi sənəd kimi qəbul edilir. Portala bu sənədlər vurularkən bunun məsuliyyətini o belə başa düşür ki, onlar düşünməlidirlər. Əvvəl peçatsız vurulur, məhkəmə iclasında protokolda da, video görüntüdə də, audio səsdə də var, o demişdir ki, heç olmasa bunu edirdiniz, öz peçatınızı vurub edərdiniz. O bu sözü səhvliklə deməmişdir, nöqsan tutmaq üçün də deməmişdir. O bilərəkdən bu sözü müdafiə xarakterli demişdir, amma çox nadirən düşünmüşdür ki, qarşı tərəf bu səhvə gedər, ora peçat vurub bir də sistemə yükləyər. Qanun vəkillərə imkan verir ki, portala, sistemə onlar və ya tərəf özü vuranda bunun orjinalını vurur. Yeddinci maddəyə diqqət edilsə, eyni kağız üzərində vurulduğu görünür. Sadəcə olaraq ikinci möhür vurulub, tamam, qəbul eliyək ki, başqa-başqa kağızlar olmuşdur. Orjinalını arxivdən tapmış, gətirmiş, əllərində olan bunu vurmuşlar. Deyək ki, bu da qəbul edildi. O zaman ikinci sual çıxır. Möhür vurulmuşdur, belə çıxır ki, özləri möhür vurub göndərmişdir. Onlar da möhür vurmalıdır, ama ora da boş qalmışdır. Qarşı tərəf möhürü vurmaqla onların bu vərəqdən, bu müqavilədən xəbərsiz olduğunu sübut edir. Burada qarşı tərəf möhür vurub özü də sübut etmişdir ki, yəni sizin xəbəriniz yoxdu, mən möhür vurdum, sizin tərəf xəbərsizdir, siz nə vaxt təsdiqləsəniz qüvvəyə minəcək ki, burada təsdiqlənmədiyi görünür. Ya odur, ya budur, ikisindən biridir. Üçüncü məsələ belə bir güvənsiz mühitin olması onlara müqavilənin orjinalının təqdim olunmasını yenə vurğulamağa əsas verir ki, onlar bunu istəsinlər. Bu orjinal gələnə qədər o bu sənədlərin işə əlavə olunmamasını xahiş edir. Onlar ümumiyyətlə sübutu qəbul eləmirik demirlər, hər bir halda məhkəməyə gəlsin, sübutdur, bu məhkəmənin öhdəsindədir. Sadəcə olaraq bu formatda sübutun qəbul edilməsini onlar necə rza göstərə bilərlər ki indidən, belə çıxır ki, onlar bunu artıq sübut kimi qəbul edirlər, sübut kimi də məhkəmə qiymətləndirsin deyirlər. Bu baxımdan həmin müqavilənin hansı ki, ilkin yüklənən müqavilənin ikinci versiyasının, möhürlü qaydada yüklənməsinə mövqeyidir. Tarixi qeyd olunmayan, görünməyən müqaviləyə, hansı ki, əvvəllər bağlanmış olduğu qeyd olunan müqaviləyə gəldikdə isə tarix yeri də boşdur. Bu müqaviləyə diqqət etdikdə müqavilənin həcm olaraq kiçildilmiş formada salındığı görünür, yəqin ki, orjinalı qarşı tərəfdə var. Çünki möhürlər də kiçikdir, həcm də və s. Burada da bir yerdə möhür var, bir yerdə imza var, başqa yerdə imza yoxdur, vərəqlərin birincisində görünür imza qeyd olunur, sonra bir də görünür ki, beşinci vərəqdə imza var, həmçinin iki möhür vurulub, daha sonra bir də axırıncı vərəqdə görünür. Portalda edilən əvvəlcə bir möhürlü, sonra möhürsüz vurulması da təəssüf ki, portalda sənədlərin vurulmasından sui-istifadə olunduğu görünür. Bu baxımdan sonuncu yüklənənlərdən iki müqavilənin əlavə olunmamasını xahiş edir. X10-un arayışı ki təqdim olunmuşdur, qeyd olunur ki, əgər qarşılıqlı müqavilə münasibəti yoxdursa bu arayış nədir. Əvvəla bu arayışı hələ siyahıya əlavə etmişlər, sübut kimi bu məhkəmədə müzakirə olunacaqdır. Onun indidən buna fikir bildirməyi düzgün deyil. Lazım olarsa, mütəxəssislər dəvət olunar və s. APF qrupun belə bir kino zalı vardır. O zalda iş necə gedir, bu araşdırma predmeti olacaqdır. O ona görə demişdir ki, əlavə eliyək, araşdıraq, o demək deyil ki sübutu qəbul edir. Sadəcə sübut kimi siyahıya, işə əlavə olunmasına razılıq vermişdir. O ki, qaldı müqavilə münasibətinə, orada müqavilənin maddəsinə istinad olunur. Onlar hələ o müqaviləni qəbul eləmirlər, mübahisələndirirlər. O maddəyə riayət edilməsi öhdəlikdir. Qəbul etmədikləri müqavilənin öhdəliyindən danışa bilməzlər. Bu müqavilələrin etibarlılığı, qüvvədə olması ilə əlaqədar arxayınlıq olsun, sonra məbləğinə, öhdəliyinə qayıtsınlar. Şirkətin bütün heyəti, təsisçisi də dəyişmişdir. O təsisçiyə, direktora sual verdikdə onlar o prosesdə olmadıqlarını deyirlər. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 27 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilə bağlananda tərəflər arasında uzunmüddətli, etibarlı tərəfdaşlıq olmuşdur. Sonradan şirkətdə hakimiyyət dəyişəndə, yəni şirkət başqa adama keçdiyi dönəmdə yenə də İddiaçı-la işləmək arzularında olduğunu bildirmişlər. Müqavilə hazırlanmış, İddiaçı tərəfindən təsdiqlənmiş, möhürlənmiş, qarşı tərəfə göndərilmişdir. Qarşı tərəf də təsdiqləmiş, elektron qaydada İddiaçı-a göndərmişdir. Müqavilənin əsli cavabdeh təşkilatda qalmışdır. Bugün müqaviləni kağız variantda təqdim edə bilmirlər, İddiaçı-a elektron variantda qaytarılmışdır. Bu müqavilənin kökü də bundan öncəki dövrə əsaslanır. Tərəflər olaraq bir-birinə vicdanlılıq, etibarlılıq çərçivəsində işləri davam etmişdir. 2023-cü il ərzində müqavilə dəyişikliyi olandan sonra kinolar, uşaq cizgi filmləri 01 aprel 2023-cü ildən 31 oktyabr 2023-cü ilə qədər göstərilmişdir. Təəssüf ki, ödəmələri aparılmadığına görə bugün məhkəməyə müraciət olunmuşdur. Öncəki ödənişlər aparılmış, amma bunlar aparılmamışdır və bununla bağlı da bu müqaviləni tərtib edənlər, bu müqavilənin içində olan bəzi şəxslərlə şəxsən əlaqə saxlamış, onlar bunu danmağın mümkün olmadığını demişlər. Həmin şəxslər Bakıya getmişlər, artıq şirkətlə əlaqələrinin olmadıqlarını, sadəcə hazırlanan vaxt orada olduqlarını demişlər. Nə qədər filmlər seyr olunmuşdur. Əgər tərəf müqavilə öhdəliyindən etiraz edirsə, ortada ya etibardan sui-istifadə yaranır, ya dələduzluq, ya əmtəə nişanlarından qanunsuz istifadə yaranır. Cavabdehin vəkili Vəkil2 27 dekabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, qarşı tərəf belə bir sənədin əslinin onlarda olmadığını, amma faktiki olaraq bu münasibətlərin olduğunu deyir. Keçən məhkəmə iclasında Vüsal müəllim həmin sənədin orijinalının onların tərəfində olduğunu qeyd etmişdir. Hətta o özünün yüklədiyini soruşanda Vüsal müəllim pdf-in ona atıldığını, sonra da yüklədiyini dedi. Onlar əvvəlki məhkəmə iclaslarından etibarən sənədin orijinalını görmək istəyirlər, görə bilmirlər. Hətta təkidlə iki məhkəmədir ki, məhkəmənin sənədin orijinalını istəməsi və tərəfin müəyyən bəhanələrlə gətirməməsi və sonda bu sənədin əsli bizdə yoxdur deməsi vaxt itkisidir. Bunu biləbilə portala olmayan bir müqavilə əlavə olunmuş, hər vərəqinə möhür vurulmuşdur, hansı ki, o vərəqlərin ona məxsus olduğunu onlar bilmirlər. Bunu portala yükləyirlər. Məhkəmə portalına sənədlərin yüklənməsi prosesi sadələşdirmək üçündür, sürətləndirmək üçündür, bu o demək deyil ki, orada hüquqa zidd fəaliyyətə imkan yaratmış olsun. Nəticə etibarilə sistemə yükləyəndə dərk etmək lazımdır ki, nə yüklənir. Tərəfi təmsil edən şəxs bugün məhkəmədə deyir ki, sənədin əsli bizdə yoxdur. O zaman məhkəməyə hansı sübutun təqdim olunduğu sualı çıxır. Ksereosurəti sübut kimi təqdim edirsə desin ki surətdir, surət üzərindən də araşdırma getsin. Qarşı tərəfin təqdim etdiyi surətlərin birində möhür var, birində yoxdur. İkinci tərəfdən şirkətdə dəyişiklik edilmədən əvvəlki müqaviləyə gəldikdə o da ortada yoxdur. O müqavilə də məhkəməyə gətirilməli, ekspertizaya getməlidir. Cavabdehin vəkili Vəkil2 09 yanvar 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi qaimələrin sübut etmə mövqeyini qəbul etmir. Ona görə ki, qaimə sübut sayılmır. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 05 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, afişa, şəkillər linklə İddiaçı-un özünün səhifəsi və eyni zamanda qarşı tərəfin səhifəsində paylaşılan şəkillərdir, bununla bağlı da yazışmalar var ki, üst-üstə düşür. O yazışmalarda da göstərir ki, 31 dekabrda filan film göstəriləcək. Yazışmalarda olan şəxslərin şahid kimi ifadəsi bu məsələlərə aydınlıq gətirəcək. Cavabdehin vəkili Vəkil2 05 fevral 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında verdiyi izahatında bildirmişdir ki, qarşı tərəfin təqdim etdiyi materialların sənəd olmasının həqiqiliyi onlar üçün şübhə altındadır. Əvvəla çəkilmiş şəkillərdən belə görünür ki, hardansa elektron götürülübdür. Bunların kim tərəfindən, hansı tarixdə çəkilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmalıdır. Elektron imzanın yüklənməsi hələ o demək deyil ki, sənəd həqiqidir. Sadəcə yükləyən şəxs tərəfindən aparıldığı görünür. Digər tərəfdən aparılmış qeydiyyatdan adresin kimə məxsus olması, ip adresindən informasiyalar çıxarılmalıdır. İp-lə əlaqədar olan informasiyalar sadə formada onlara təqdim edilə bilməz. Əsli olmadığına görə, sübut materialı ola biləcəyi şübhə altında olduğuna görə, əsl olduğunu sübut edən dəlillər əlavə edilmədiyinə görə afişa və şəkillərin iş materiallarına əlavə edilməməsini xahiş etmişdir. Rifat bəyin göndərdiyi protokolun ümumiyyətlə bu işə aidiyyəti yoxdur, çünki o hüquqi şəxs, başqa hüquqi şəxsdir. İki ayrı hüquqi şəxsdən söhbət gedir. Whatsapp yazışması məhkəmədə tədqiq edilməlidir. Telefon buraya gəlməlidir. Texniki vasitələrdən istifadə tələb edən sübutdur. Telefonlar məhkəməyə gətirilməli, həmin adamların iştirakı təmin edilməlidir. Hər iki tərəfin yazışması telefondan görünməlidir. Ən azından nömrələrin kimə məxsus olduğu görünməklə yazılan adamın özü də iştirak etməlidir, həmin vaxt bu şirkətin əməkdaşı olub-olmadığı müəyyən ediməlidir. İddiaçının vəkili-nümayəndəsi Vəkil3 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, iş barədə ətraflı məlumat verərək İddiaçı kinoteatrı olaraq ölkənin ən böyük kinoteatrlar şəbəkəsi olduqlarını, cavabdehlə münasibətlərinin onlara françayzinq xidmətləri verməkdən ibarət olduğunu, Françayz verən olaraq İddiaçı markasının əmtəə nişanı patent olaraq iddiaçıya məxsus olduğunu, həmin patent üzrə iddiaçıya məxsus olan əmtəə nişanını istifadə etmək hüququnu cavabdehə verdiklərini və İddiaçı əmtəə nişanından istifadə etdiklərini, əlavə olaraq onların reportuarını, xarici film istehsalı üzrə danışıqlarını apardıqlarını, filmləri gətirdiklərini, iddiaçının 10 kinoteatrı var ki, bunlardan biri də Naxçıvanda olduğunu, bütün kinoteatrlarda, o cümlədən Naxçıvanda da həmin filmlərin göstərildiyini, əlavə olaraq iddiaçının işçilərinin orada müəyyən təlimlər keçdiklərini, popcorn qabları və.s verdiklərini, həmçinin iddiaçının təqdim etdiyi françayzinq müqaviləsinin 2.6-cı bəndində françayzinq xidmətlərinin aylıq standart ödənişi nəzrədə tutulub ki, həmin ödənişin ƏDV daxil 3504 manat olduğunu, eləcə də, iddiaçı onlara aylıq olaraq iyun, iyul, avqust, sentyabr, oktyabr aylarında qaimələr göndərdiklərini, həmin qaimələrin də bu dəqiqə sistemdə olduğunu və qüvvədə göründüyünü, ləğv oluna biləcəyini, ancaq ləğv olunmadığını, bütün bunlar iddiaçının françayzinqlə bağlı hissəsi olduğunu və ümumilikdə ədv daxil 17700 manat etdiyini, əlavə olaraq iddiaçıya münasibətdə yaranmış başqa xərclər də olduğunu, belə ki, iddiaçı filmləri xarici prosedurlar var ki, oradan xüsusi kodlarla aldıqlarını, müəyyən icazə alınmış kinoteatrlarda və müəyyən icazə alınmış saatlar üzrə kodlarla göstərdiklərini, rentrakt deyilən bir sistem var ki, vaxtı ilə iddiaçı cavabdehi də oraya qoşduğunu və həmin sistem film istehsalçılarının hüquqlarını qoruduğunu, bütün kinoteatrlarda kameralar mövcud olduğunu və həmin rentrakt sistemi bütün kinoteatrlardakı mövcud kameralara qoşulduğunu, nəticədə hansı kinoteatrda hansı filmin nümayiş etdirildiyi, neçə nəfər tamaşaçının gəldiyinin aydın göründüyünü, həmin tamaşaçı və bilet sayına uyğun olaraq gəlirin hesablandığını ki, həmin gəlirin 50%-i produserin, 50%-i isə kinoteatrın olduğunu, iddiaçı nəinki 9 kinoteatrdan əlavə cavabdehə də münasibətdə həmin rentrakt sistemindən arayışda təqdim etdiyini, orada da həmin müddətdə və həmin saatda filmlərin Naxçıvan kinoteatrında da göstərildiyinin göründüyünü, iddiaçı orada göstərilmiş rəqəmlərə və satılmış biletlərə uyğun olaraq produserə ödənilməli olan məbləği yəni produser haqqını ödədiyini, sonra iddiaçı həmin məbləği onlara qaimə vurmuşdur ki, həmin məbləğ ödənilsin, ancaq cavabdeh ödənişi etmədiyini və may, iyun, iyul, avqust, sentyabr, oktyabr aylarının qaimələri olduğu kimi qaldığını, nəticədə onların iddiaçıya produser haqqı olaraq ədv daxil 12859 manat borcu qaldığını, eyni zamanda iddiaçı onlara üzərində İddiaçı loqosu olan qablar, formalar, xüsusi sifariş etdikləri popcornlar, yağlar, soslar göndərdiklərini və onlara münasibətdə də üçüncü qisim qaimələr vurulduğunu, həmin malların məbləğinin isə ədv daxil 1252 manat təşkil etdiyini, nəticə etibarilə onların iddiaçıya ümumilikdə bugünə qədər 32811 manat ədv daxil olmaqla borcları olduğunu, bununla əlaqəli iddiaçı müqavilənin notarial qaydada təsdiq edilmiş surətini onlara təqdim etdiklərini, rentraktdan arayış və elektron qaimələr təqdim etdiklərini ki, hansı ki bugündə ləğv olunmayıb və qüvvədə olduqlarını, bundan əlavə sosial şəbəkələrdən çıxarışlar da verdiklərini bildirərək ifadəsini bitirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil3 ona verilən suallara cavabında aşağdakıları bildirmişdir. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Malların verilnməsi ilə əlaqədar hər hansı bir akt tərtib olunubmu və ya bunu sübut edəcək sənəd varmı? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Malların verilməsi ilə əlaqədar elektron qaimə təqdim etmişik və həmin qaimələr onlar tərəfindən ləğv olunmayıb. Cavabdehin vəkili Vəkil2: Mən elektron qaimələri soruşmuram. Belə ki, elektron qaimə hüquqi sənəd sayılmır, maliyyə sənədi kimi istifadə olunur. Digər bir tərəfdən elektron qaimə 3 gün müddətində sistemdə görünmədisə və bundan imtina edilməmişdirsə qəbul edilmiş sayılır. Hazırki Vergi Məcəlləsində buna dəyişiklik edərək ləğv edirlər ki, geri qaytarıla bilsin, lakin təəssüf ki, geri qaytarmaqda olmur. Mənim isə sizdən soruşduğum aktdır. Malların verilməsi ilə bağlı hər iki tərəfin imzaladığı akt varmıdır? Hansı ki, Mülki Məcəllə bunu əsas götürür. İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Biz əlavə sübut kimi şahidləri dəvət etmişik ki, həmin şəxslərdən biri bizim baş müsahibimizdir. Bu səbəbdən biz malların göndərilməsinin sübut edilməsi qismində şahidin ifadəsini təqdim edirik. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Hansı ki, o şahid sizin əməkdaşınız, sizin işçinizdir və mənafeyinizdən çıxış edəcək. Digər tərəfdən xidmətlərin təslimi ilə əlaqədar bunu təsdiq edəcək bir prosedur olubmu? Xidmətlərin təhvil aktı aranızda razılaşdırılmışmıdır? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Françayzinq xidmətləri icarə haqqı kimi birşeydir. Biz onlarla razılaşdığımız andan etibarən hesablanmağa başlayır. Yəni bu mal deyil ki, bunun təhvil təslimi olsun. Həmin məsələ ilə də bağlı biz müqavilənin notarial qaydada təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişik. Cavabdehin vəkili Vəkil2: Nə qədər ki, müqavilənin təsdiq edilmiş surəti və ya iki tərəfin də imzaladığı əsli yoxdur, biz bu sualları verməliyik. Digər tərəfdən qeyd etdiniz ki, əmtəə nişanı ilə əlaqəli səlahiyyətlər sizə məxsusdur və bununla əlaqədar bizim tərəfə səlahiyyət vermisiniz ki, əmtəə nişanından istifadə olunsun. Hansı ki belə bir müqavilə mövcud deyilsə, hansı səlahiyyətin verilib-verilməməsi və ya kimə verilməsi məsələsini sübut etmək yükü sizə düşür. Biz də olan məlumatlara əsasən başqa bir şirkətdən söhbət gedir, hansı ki, VÖEN-ləri də fərqlidir. Yəni burada iki şirkət göstərilib və siz müqaviləni digər şirkətlə bağlamısınız. Həmin müqavilənin də bizim şirkətlə əlaqəsi yoxdur. Yəni əvvəl başqa şirkətlə müqavilə bağlanıb, daha sonra ona xitam verilib. Siz isə iddia ərizənizdə həmin françayzinq müqaviləsini bizimlə bağlanmış kimi göstərmisiniz. Bu barədə nə deyə bilərsiniz? İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Müqavilə yoxdur yanaşması sizin yanaşmanızdır və biz sizin yanaşmanıza hörmətlə yanaşırıq. Bizim yanaşmamız odur ki, müqavilə və razılaşma var. Hər bir halda da buna hüquqi qiyməti məhkəmə verəcək və biz xahiş edirik ki, həmin məsələyə münasibətdə məhkəmə özü hüquqi qiymət versin. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Bəs birinci müqavilə barədə nə deyə bilərsiniz? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Birinci müqavilə dedikdə nəyi nəzərdə tutursunuz? Cavabdehin vəkili Vəkil2: Belə ki, X4 İttifaqının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN:**********) bağladığı müqaviləyə 01 iyun 2023-cü il tarixdə birtərəfli qaydada xitam verilmşidir. Nəticədə xitam razılaşması protokolu imzalanmış, siz imza etməsəniz də onlar imzalamış və möhür vurulmuşdur. Sizin özünüz isə sistemə yükləmisiniz. Ancaq iş materiallarından belə məlum olur ki, siz bu şirkətlərin eyni şirkət olduğu qənaətinə gəlmisiniz. İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Həmin sənəd ona görə təqdim olunub ki, bizim məhkəməyə təqdim etdiyimiz yazışmalarda, əvvəllki dövrə aid yazışmalar da var idi və həmin yazışmaların nəyin əsasında aparıldığını sübut etmək üçün məlumat məqsədilə sistemə yükləmişik. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Sizin françayzinq müqaviləsi əsasında həmin şirkətə əmtəə nişanıından istifadə ilə əlaqədar səlahiyyət verdiyiniz halda, onun istifadə edilməsini bizim şirkətlə əlaqələndirməyiniz nə dərəcədə düzgündür? Yəni bir başqasına səlahiyyət verdiyiniz halda, onun bizim tərəfimizdən istifadə edildiyini göstərməyiniz nə dərəcədə düzgün bir yanaşmadır? Hansı ki aprel ayından müqavilə bağladığınızı desəniz də aprel ayından sentyabr ayına qədər deyirsiniz ki, bu müqavilə təsdiq olunmayıb. Hətta bu barədə yazışmalar da təqdim etmisiniz və həmin yazışmalardan da görünür ki,müqavilə təsdiq olunmayıb. Bunun üçün hər ay müraciət etmisiniz, lakin müqavilə yenə təsdiq olunmayıb. Buna baxmayaraq, xidmət aparmaqda davam edirsiniz, ancaq müqavilə təsdiq edilmir. Bu səbəbdən əvvəlki şirkətə verilmiş səlahiyyətləri bu şirkətə də verilmiş kimi göstərirsiniz ki, əmtəə nişanından istifadə olunub və oradakı işçilər həmin işçilərdir. Həmin işçilərin bu işçilər olması haqqında nə sübut təqdim edə bilərsiniz? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Qeyd edim ki, razılaşmanın nə vaxt imzalanması əhəmiyyət kəsb etmir. Çünki Mülki Məcəllənin birbaşa maddəsi var ki, orada razılığın növləri kimi əvvəlcədən razılıq və sonradan bəyənmə anlayışları var. Yəni, istənilən müqavilə 10 il sonra bağlansa belə sonradan bəyənmə kimi əvvəlki münasibətlərə də tətbiq olunur. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Sonradan bəyənmə deyirsiniz, bəs bizim tərəfin bu müqavilə üçün birtərəfli qaydada imzayla və ya notarial qaydada təsdiq etdiyi imzalı hər hansısa bir sənəd varmı? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Hər iki tərəfin imzaladığı müqavilənin skan edilmiş nüsxəsi Mülki Prosessual Məcəlləyə uyğun olaraq elektron sistemə yüklənmişdir. Cavabdehin vəkili Vəkil2: Sizin vəkil və nümayəndəniz əvvəlcə birtərəfli qaydada və sonuncu səhifəsi təsdiq olunmuş müqaviləni sistemə yüklədi, sonra onu ikitərəfli qaydada təsdiq olunmuş kimi sistemə yüklədi və əvvəlki 4 səhifədə yenə bir tərəfin imzası və möhürü yox idi. Üçüncü dəfə onu yükləyəndə birinci versiyanı yüklədi və keçən məhkəmə iclaslarında dedi ki, həmin müqavilələrin əsli yoxdur. Hətta bu barədə məhkəmənin sizdən həmin sənədin əslinin təqdim edilməsini dəfələrlə tələb etməsinə baxmayaraq, siz məhkəmənin sisteminə onun kopyasını yükləmisiniz. Biz isə bu barədə Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə sorğu verdik, nəticədə onların bizə cavabı belə oldu ki, elektron məhkəmənin portalına yüklənən sənədlə əlaqədar həmin sənədin əslinin olub-olmaması ilə bağlı məsuliyyəti tərəf özü daşıyır və kopyasını yükləyə bilər. Əgər ki onun əslini Mülki Prosessual Məcəlləyə əsasən, hakimin tələbi ilə təqdim etmirsə demək ki, onun əsli yoxdur. Nəticə etibarilə Mülki Prosessual Məcəlləyə görə də məhkəmə iclasına sədrlik edənin birbaşa göstərişi ilə 2 dəfə həmin sənədin əslinin təqdim olunmaması və şübhənin yaranması ilə əlaqədar müraciət olundu, lakin həmin sənədin əsli təqdim olunmadı. Bu zaman belə nəticəyə gəlmək olar ki, sonradan bəyənmə ilə əlaqədar sənəd yoxdur. Siz isə deyirsiniz ki, sonradan bəyənmə olubdur. Müqavilə yoxdur, lakin sonradan bəyənmə varsa bu barədə məlumat verin ki, biz də müdafiəmizi ona görə qura bilək. İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Sonradan bəyənmə o demək deyil ki, orada ayrıca razılaşma olmalıdır. Məsələn, müqavilədə müqavilənin tarixi olaraq 1 aprel göstərilə bilər. Lakin tərəf onu 1 aprel imzalayıb 50 il sonra bizə göndərə bilər və ya 50 il sonra imzalamış ola bilər. Bunun fərqi yoxdur. Biz hesab edirik ki, o hər bir halda qüvvədədir və müqavilədir. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Elektron qaimələrə münasibətdə isə belə başa düşürəm ki, siz həmin elektron qaimələrin vurulmasını və sistemdə avtomatik olaraq qəbul edilməsini xidmətlərin icrası kimi qəbul edirsiniz. Düzdürmü? Cavabdehin vəkili Vəkil2 sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Əgər sistemdə elektron qaimə ləğv olunmursa, bu onlara xərc, bizə münasibətdə isə gəlir sayılır. Sədrlik edənin iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı:Onların qaimələri ləğv etməyə ixtiyarı varmı? Sədrlik edənin sualına iddiaçının vəkil-nümayəndəsi Vəkil3 cavabı: Bəli, orada ləğv etmə funksiyası var və istənilən vaxt ləğvə göndərə bilərlər, lakin onlar bugünə qədər onu ləğvə göndərməyiblər. Nəticədə belə bir sual yaranır ki, onlar niyə ləğvə göndərməyiblər? Digər tərəfdən ləğv etməyiblərsə deməli onlar həmin qaimələri xərc kimi tanıyıblar. Əgər onlar həmin qaimələri tanımırdısa, niyə xərc kimi tanıyıblar, niyə indiyə kimi ləğv etməyiblər və nə üçün bu barədə bizdən soruşmayıblar ki, bu qaimələr nədir, nə üçün bizə durmadan qaimə vurursunuz? Cavabdehin vəkili Vəkil2: Siz Vergi Xidmətinə də müraciət etmisiniz və mən də bu barədə şirkətlə də əlaqə saxlamışam. Belə ki, ümumiyyətlə 1 manat belə olsun xərc göstərilməyib. Vardısa və göstərilibsə bu barədə sənəd təqdim edin. Elektron qaimələrə münasibətdə isə qeyd edim ki, kiminsə həmin qaimələri görüb görməməsi və ya ondan imtina etməsi hüquqi nəticə doğurmur. Ona görə ki, həmin şəxs şirkətin mühasibi olmaya da bilər və ya ümumiyyətlə hər hansı hərəkətin edilməməsi o demək deyil ki, həmin qaimələr qəbul edilir.Yəni bizim yanaşmamız odur ki, 1 manat belə olsun xərc yoxdur. Cavabdehin vəkili Vəkil2 iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Mən belə başa düşdüm ki, beynəlxalq sistemlə əlaqədar nəzarətin olduğu, zalın müşahidə altında olduğu, neçə nəfər tamaşaçının olması haqqında qarşı tərəf məlumata sahibdir. Və bizim xahişimiz odur ki, qarşı tərəf zalda, həmin məkanda, həmin görünütünün oraya aid olmasına dair sənədlər, sübutlar, audio-video yazılar təqdim etsinlər. Nəticədə biz bununla bağlı ekspertiza aparılması üçün vəsatət verək. Çünki həmin sübutların heç biri hələki məhkəməyə təqdim olunmayıb. Nə portalda, nə də ki burda var. Keçən iclasda müəyyən sənədlər təqdim olundu ki, filan sayda film nümayiş etdirilib. Biz isə qeyd etdik ki, elektron sistemə girişə şərait yaradılsın, nəticədə biz onların reallığı ilə bağlı ekspertiza keçirilməsini tələb edək. İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Qarşı tərəf elektron sistem dedikdə nəyi nəzərdə tutur? Sədrlik edən: Video-audio yazılarının məhkəmənin elektron sisteminə vurulmasını nəzərdə tutur. Belə ki, siz çıxışınızda qeyd etdiniz ki, beynəlxalq rentrakt sistemində hər hansı kino zalda gedən filmin qeydiyyatı aparılır. Nəticədə xərclər hesablanır ki, onun 50%-i produserindir, qalan 50%-i isə şirkətindir. İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Möhtərəm hakim, bizim həmin sistemə ümumiyyətlə çıxışımız yoxdur. Belə ki, o produserin hüquqlarını qoruyan sistemdir və produserlər rentraktdan qeydiyyatdan keçməyə pul ödəyirlər. Nəticədə rentrakt produserlərə nəzarət edir ki, hər hansı kinoteatrda produserləri aldadırlar yoxsa yox. Çünki biz onlara hesabat veririk. Sədrlik edənin iddiaçının vəkil-nümayəndəsi Vəkil3 sualı: Yəni həmin video-audio yazılar sizdə yoxdur? İddiaçının vəkil-nümayəndəsi Vəkil3: Təbii ki, bizdə yoxdur. O bizdə ola da bilməz. Çünki produserlərə aid bir şeydir. Əlavə olaraq qeyd edim ki, qarşı tərəf ƏDV ilə bağlı, elektron qaimələrlə bağlı qeyd etdi ki, biz girib ona baxmalı deyilik. Ən azından cavabdeh ƏDV ödəyicisidir. Heç olmasa ayda bir dəfə onların öhdəliyi var ki, girib hesabat versinlər və aydan-aya mümkün deyil ki, onlar bu qaimələri görməsinlər. Cavabdehin vəkili Vəkil2: ƏDV ilə əlaqədar qeyd edim ki, Vergi Məcəlləsinə əsasən ƏDV depozit hesabı ilə əlaqədar bizim məsuliyyətimiz nəzərdə tutulub. Belə ki, bizim ƏDV-dən yayınma halımız olduqda bu məsuliyyət yaranır. Əgər bunu qarşı tərəf aşkar edibsə, Vergilər Nazirliyinə şikayət edərlər, onlar da buna görə tədbir görərlər. Ancaq görüb-görməmək, ona reaksiya verib-verməmək hüquqi nəticə doğurmur. Təsəssüf ki VÖEN elektron kargüzarlıq sistemi maliyyə üçün yaradılır. Lakin buna baxmayaraq, qətimkan tədbirindən tutmuş bütün sənədlər bizim VÖEN hesabımıza gəlir. Və oradakı hüquqi sənədlər bizim şirkətin mühasibinin başı çıxmayan sənədlərdir. Bizim mühasib onu bilmir. Reaksiya verməyə də bilər. Yəni bu o demək deyil ki, hər sənədə o reaksiya verməlidir. Əgər vurulubsa bu onu qəbul etmək demək deyil. Məhkəmə təcrübəsi bunu göstərir ki, hansı xidmətin qarşılığında akt varsa, o hüquqi nəticə yaradır. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, whatsapp yazışmalarından aydın görünür ki, cavabdehin nümayəndəsi mülkiyyətçidən işlərin görülməsini mütəmadi olaraq istəmişdir. Hər gecə yazmışdır ki, bu filmi at, bu kinonu at. Elektron qaimələr də bu görülən işlərə münasibətdə vurulmuşdur. Onların özləri də dəfələrlə həmin kinoteatra getmişlər. İşlər görülüb və xidmətlər göstərilibsə əvəzi ödənilməlidir. Əks halda bu əsassız varlanma olur. Cavabdehin vəkili Vəkil2 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, malların verilməsi ilə bağlı iddiaçının təqdim etdiyi elektron qaimə hüquqi sənəd sayılmır, maliyyə sənədi kimi istifadə olunur. Digər bir tərəfdən elektron qaimə 3 gün müddətində sistemdə görünmədisə və bundan imtina edilməmişdirsə qəbul edilmiş sayılır. Hazırki Vergi Məcəlləsində buna dəyişiklik edərək ləğv edirlər ki, geri qaytarıla bilsin, lakin təəssüf ki, geri qaytarmaqda olmur. Digər tərəfdən iddiaçının vəkili qeyd edir ki, əmtəə nişanı ilə əlaqəli səlahiyyətlər onlara məxsusdur və bununla əlaqədar cavabdeh tərəfə səlahiyyət vermişdirlər ki, əmtəə nişanından istifadə olunsun. Hansı ki belə bir müqavilə mövcud deyilsə, hansı səlahiyyətin verilib-verilməməsi və ya kimə verilməsi məsələsini sübut etmək yükü iddiaçının üzərinə düşür. Onlarda olan məlumatlara əsasən başqa bir şirkətdən söhbət gedir, hansı ki, VÖEN-ləri də fərqlidir. Yəni burada iki şirkət göstərilib və qarşı tərəf müqaviləni digər şirkətlə bağlamışdır. Həmin müqavilənin də onların şirkəti ilə əlaqəsi yoxdur. Yəni əvvəl başqa şirkətlə müqavilə bağlanmış, daha sonra ona xitam verilmişdir. Qarşı tərəfin vəkil və nümayəndəsi əvvəlcə birtərəfli qaydada və sonuncu səhifəsi təsdiq olunmuş müqaviləni sistemə yükləmiş, sonra onu ikitərəfli qaydada təsdiq olunmuş kimi sistemə yükləmişdir və əvvəlki 4 səhifədə yenə bir tərəfin imzası və möhürü olmamışdır. Üçüncü dəfə onu yükləyəndə birinci versiyanı yükləmiş və keçən məhkəmə iclaslarında demişdir ki, həmin müqavilələrin əsli yoxdur. Hətta bu barədə məhkəmənin iddiaçıdan həmin sənədin əslinin təqdim edilməsini dəfələrlə tələb etməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmənin sisteminə onun kopyasını yükləmişdir. Onlar isə bu barədə Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə sorğu vermiş, nəticədə onların cavabı belə olmuşdur ki, elektron məhkəmənin portalına yüklənən sənədlə əlaqədar həmin sənədin əslinin olub-olmaması ilə bağlı məsuliyyəti tərəf özü daşıyır və kopyasını yükləyə bilər. Əgər ki onun əslini Mülki Prosessual Məcəlləyə əsasən, hakimin tələbi ilə təqdim etmirsə demək ki, onun əsli yoxdur. Nəticə etibarilə Mülki Prosessual Məcəlləyə görə də məhkəmə iclasına sədrlik edənin birbaşa göstərişi ilə 2 dəfə həmin sənədin əslinin təqdim olunmaması və şübhənin yaranması ilə əlaqədar müraciət olunmuş, lakin həmin sənədin əsli təqdim olunmamışdır. Bu zaman belə nəticəyə gəlmək olar ki, sonradan bəyənmə ilə əlaqədar sənəd yoxdur. İddiaçı tərəf isə deyir ki, sonradan bəyənmə olmuşdur. Müqavilə yoxdur, lakin sonradan bəyənmə varsa bu barədə məlumat verilsin ki, onlar da müdafiələrini ona görə qura bilsinlər. İddiaçı tərəf Vergi Xidmətinə də müraciət etmişdir və o da bu barədə şirkətlə də əlaqə saxlamışdır. Belə ki, ümumiyyətlə 1 manat belə olsun xərc göstərilməmişdir. Vardısa və göstərilibsə bu barədə sənəd təqdim edilsin. Elektron qaimələrə münasibətdə isə kiminsə həmin qaimələri görüb-görməməsi və ya ondan imtina etməsi hüquqi nəticə doğurmur. Ona görə ki, həmin şəxs şirkətin mühasibi olmaya da bilər və ya ümumiyyətlə hər hansı hərəkətin edilməməsi o demək deyil ki, həmin qaimələr qəbul edilir. Yəni onların yanaşması odur ki, 1 manat belə olsun xərc yoxdur. Whatsapp yazışmalarına gəldikdə isə onu yükləyən və göndərən adamın kim olduğu bilinmir. Çünki whatsapp tətbiqində ad və soyad yazıb istənilən adamı qoymaq mümkündür. Hətta ad, soyad yerinə telefon nömrəsi belə qeyd etmək mümkündür. Nəticə etibarilə bu cür yazışmaların da aparılması mümkündür. Digər tərəfdən müəssisənin rəhbəri müəssisəni təmsil edir ki, Mülki Məcəllədə bu birmənalı olaraq göstərilir. Bir şirkətin bir neçə direktoru ola bilər. Ancaq onların şirkətinin bir direktoru var və vergi sistemindən bir direktor görünür. Həmin direktorun etdiyi hərəkətlərə görə şirkət cavabdehlik daşıyır. Eynisilə direktor da etdiyi hərəkətlərə görə şirkət qarşısında cavabdehlik daşıyır. Belə bir hal və belə bir bəyənmə də yoxdur. Belə bir vəziyyətdə öz mənafeləri ilə iştirak edən bir şahidin gəlib nəsə deməsi düzgün deyil. Belə ki, həmin müəssisənin işçiləri olduqları üçün müəssisənin mənafeyi ilə çıxış edəcəklər. Hətta Konstitusiya Məhkəməsinin də əmək mübahisələrinin həlli ilə əlaqədar qərarında deyilir ki, əgər bir şəxs müəssisənin əməkdaşı, işçisidirsə, işçi və işəgötürən arasındakı münasibətlərdə işəgötürən güclü mövqedə durur. Yəni bərabər sayıla bilməz. İşçi ona tabelik münasibətindədir. Nəticə etibarilə bu əməkdaşlar da şirkətin mənafeyi ilə çıxış edəcəklər. Nə qədər ki, neytral şahidin və ya qarşılıqlı olaraq şahidlərin dindirilmə prosesi, çəkişmələr yoxdur, bu sübutlarla əlaqədar onların deyə biləcəyi bir söz olmayacaq və hüquqi nəticə doğurmayacaq. İddiaçının vəkili dəfələrlə həmin kinoteatra getdiyini bildirir, əgər belə birşey varsa qəbz təqdim etsin. Digər tərəfdən nə cavabdehin nümayəndəsi ilə təsdiq edilmiş portal üzərindən rəsmi bir yazışma var, nə də ki, hüquqi şəxsin adı qeyd olunmuş rəsmi bir yazışma və ya e-mail üzərindən bir yazışma mövcuddur. Həmçinin cavabdehin nümayəndəsinin kimliyi haqqında, yəni onun həqiqətən cavabdehin nümayəndəsi olması haqqında sübut yoxdur. Rus dilindən Azərbaycan dilinə tərcumə olunmuş sənədin işə əlavə olunmasını istəmirlər. Səbəb də ondan ibarətdir ki, Naxçıvanda hər şəhərdə bir kinoteatr vardır. Hansı kinoteatr olduğu bilinmir, elektron ünvan də yoxdur. Burda bilet sistemindən avtomatik yüklənmə vasitəsilə əldə edilməsi barədə bir məlumat verir. Cavabdehin adı ilə əlaqədar identifikasiyaedici bir məlumat yoxdur. Şahid2 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, müqavilənin 2023-cü ilin aprel ayında bağlandığını, qarşı tərəfdən Elgün Məmmədov tərəfindən imzalandığını, daha sonra onların direktorunun dəyişdiyini, daha sonra ödənişlə bağlı problemlər yarananda onun şəxsən Yasin müəllimlə danışdığını, oranın maliyyə direktoru olduğunu, daha sonra ödənişlə bağlı problemlərdən sonra rəhbərliklə görüşləri olduğunu, bildiyi qədəri ilə qarşı tərəf ödənişin əvəzində avadanlıq təklif etdiyini, lakin bu məsələ onlara uyğun olmadığı üçün qaldığını, onların xarici ölkələrdən filmlərlə bağlı yayım hüququ aldığını, X5 də filmlərin yayımlanması üçün onlarla müqavilə imzaladığını, həm onlara kimofilmlərin nümayişi ilə bağlı texniki məsələlərə bağlı dəstək göstərildiyini, qida məhsullarının göndərilməsi ilə bağlı köməklik göstərdiklərini, istədikləri filmlərlə bağlı hamısını göndərildiyini, heç bir ödəniş etməmələrinə baxmayaraq öz dəstəklərini kəsmədiklərini, lakin ödəniş edə bilmədiklərinin deyildiyini, onların artıq kinoteatr fəaliyyətini davam elətdirə bilmədiklərini, ama onların borcunun da borc olaraq qaldığını bildirmişdir. Şahid2 verilən suallara cavabında isə heç bir ödəniş olmadığını,1 aprel 2023-cü ildən əvvəl başqa şirkətin olduğunu, sonra da heç bir ödəniş olmadığını, eyni kinoteatr olduğunu, amma hüququ şəxsin dəyişdiyini, əvvəlki şirkətlə problemlərinin olmadığını, onların ödədiyini, lakin X6 ilə müqavilə bağladıqdan sonra bu şirkətin iddiaçıya heç bir ödəniş etmədiyini, ama iddiaçı tərəfdən həm malların göndərildiyini, həm də filmlər göndərildiyini, Nümayəndə1 X6nun direktoru kimi gəldiyini, borclarla bağlı danışıqlar getdiyini ki, hansı formada ödəniləcəyini, necə ödəniləcəyini, hazırda iddia edilən 31 min 811 manat 63 qəpikdən söhbət getdiyini, cavabdehin nümayəndəsinin görüşə gələndən sonra fəaliyyətlərinin davam etmədiyini, yəni cavabdeh tərəf fəaliyyətlərini dayandırdığını ki, onların işlədə bilmədiklərinin deyildiyini, iddiaçı tərəfin cavabdeh tərəfə öncədən bildirildiyini ki, sizə göstərilən xidmət bu qədər olub deyildiyini, onların da təsdiqlədiyini, bunların şifahi formada danışıqlar əsasında olduğunu, qaimələrin hamısının da şahiddə olduğunu, bir qaimədə 1252 manat 24 qəpiklik malların, burda popkorn qatqıları eynəklər stəkanlar və s. Müqavilənin aylıq 3 min 540 manatlıq Ədv daxil xidmət haqları olduğunu, mal qaiməsi cavabdeh tərəfə 2023 sentyabr 28-də göndərildiyini, digər xidmətlərlə bağlı da 2023-cü ildə noyabr ayında, sentyabr ayında da olduğunu, bir də kinofilmlərin nümayişi ilə bağlı qarşı tərəfə elektron qaimələr kəsdiklərini, ümumiyyətlə kinofilmlərdə rentrak adında bir sistem vardır ki mərkəzi amerikada yerləşdiyini, o sistemdən də çıxarışları var, hansı ki Naxçıvan kinoteatrlarına da icazələr aldıqlarını, tamaşaçı sayı, ödənişlər hamısı rentraktda göstərildiyini, filmi satan şirkətin də yoxladığını, iddiaçı ilə müqayisə etdiyini, aktlaşdırıldıqdan sonra naxçıvanın payının müəyyən olunduğunu, iddiaçının ona uyğun qaimə kəsdiyini, kəsilmiş qaimələrə 2023-cü ildən bu günə hər hansı etiraz, pretenziya daxil olmadığını, qarşı tərəfin borcu qəbul etdiyini, cavabdehin bu borcun qarşılığında iddiaçıya kinoteatr avadanlığı təklif etdiyini, iddiaçının başda etiraz etmədiyini, lakin sonradan iddiaçı tərəfin həmin avadanlığın bir hissəsini verə bilmədiyinin deyildiyini, bütöv şəkildə verə biləcəklərinin bildirildiyini, iddiaçı tərəfin də xeyir eləmirdi deyə qəbul etmədiklərini, iddiaçının onları o vəziyyətdən çıxarmaq üçün həmin dəyərdə kinoteatr avadanlığı götürüb istifadə edə biləcəklərini, amma cavabdeh tərəfin tam olaraq satmaq istədiklərini, iddiaçının da razılaşmadığını, həmin avadanlıqların kinoproyektorlar, platalar və s., olduğunu, şahiddə müqavilənin əslinin olmadığını, elektron qaydada görüb qaimələri təqdim etdiyini, müqavilənin elektron daşıyıcıda pdf formasında olan müqavilə olduğunu, müqavilənin 5-6 səhifədən ibarət olduğunu, iddiaçı tərəfdən Murat Camcının və qarşı tərəfdəndə də Elgün bəyin imzalarının olduğunu, həmin müqavilənin şahiddə olmadığını, müqavilənin bütün səhifələrində möhürlərini gördüyünü, bir də sonuncu səhifəsində onlar tərəfdən Murad bəyin qarşı tərəfdən də Elgün bəyin imzalarını gördüyünü, bütün səhifələrində direktorun möhürü imzası olduğu halda niyə səhifələrin yarısında cavabdehin möhürü imzası olmadığının şahidə sual yaratmadığını, çünki onların təxminən 10-a yaxın müqavilələri olduğunu, eyni zamanda Bakı şəhərində 300-ə yaxın işlədikləri şirkət olduğunu, hansı ki, onlarla il ərzində 1 milyon manatlıq mal dövriyyə etdirdiklərini, yəni bunların heç birində mübahisəli bir hal olmayıb ki müqaviləni kim imza edib deyə maraqlanmadığını, müqaviləni imzalandıqdan qısa müddət sonra gördüyünü, aprel ayında peçatların olduğu müqaviləni gördüyünü bildirərək ifadəsini bitirmişdir. Şahid3 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, o Cinema Plusun planlaşdırma şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Cədvəli o qurur. Naxçıvanda yerləşən kinoteatr ilə mütəmadi olaraq Qafar bəylə ünsiyyətdə olmuşlar. Ünsiyyəti whatsapp qrupu vasitəsilə saxlamışlar. Ondan əlavə demək olar ki, kinoteatrın bütün əməkdaşları həmin qrupda olmuşdur. Qarşı tərəfin öz əməkdaşları da həmin qrupda olmuşdur. Nə problem yaşanırdısa, həmin qrupda yazışırdılar. Qrupu onların əməkdaşı Elnarə xanım yaratmışdır. Qafar Naxçıvan kinoteatrında administrator olmuşdur. Qafarla kontent vaxtı gəlib çatanda əlaqə saxlayırdılar. 2023-cü ilin aprel ayından əlaqələri olmuşdur. O Qafarı üzdən tanımamışdır, qrupda, zənglə əlaqə saxlamışdır. Onlar qarşı tərəfə mütəmadi kontentləri göndərmişlər. Materiallar böyük flaşkartlarda olmuşdur. Həmin materialları təyyarə ilə göndərmişlər. Bu həftədə bir dəfə baş verirdi. Filmləri yazır, daha sonra açarları verirdilər. Açarsız həmin o hard disk, yəni CCD yararsızdır. Filmi göstərmək mümkün deyil. Qafar bəylə ünsiyyətdə olanda filan filmin açarı qurtarır deyə müraciət edir, onlar da qarşı tərəfi açarlarla təmin edirdi. Apreldən oktyabra kimi ünsiyyətləri olmuş, daha sonra səs çıxmamışdır. Aydınlaşdırmışdır ki, bəzi müəyyən səbəblərə görə fəaliyyətləri dayanmışdır. Oktyabrının axırıncı günləri idi. Onların xüsusi bir proqramı var, Ümumdünya Monitorinq proqramıdır. Sistemdə göndərdikləri filmlərin Naxçıvan kinoteatrında nümayiş etdirilib-etdirilməməsi barədə bütün məlumatlar qeyd olunur. Şahid1 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, aprel ayından oktyabr ayınadək Cinema Plus olaraq işləmişlər. O Cinema Plusda repertuar menecer olaraq təşkil etmişdir. Bir neçə filmlər göndərilmişdir, adlarını da çəkə bilər. Hamısı sistemə vurulmuşdur. Distribüterlərlə danışıb onlara film təklif etmişdir. Prakatlardan uğurla keçmişdir. Bütün aktlar, rəqəmlər qeydə alınmışdır. Onlarda rentrakt sistemi var, hansı ki, həmin sistem olmadan film verilmir. Dünya üzrə bir sistemdir. Əgər distribüter filmi verirsə, həmin sistemdə qeydə alınır. Eyni ilə Naxçıvan Kinoteatrda gedən filmlər də həmin sistemdə qeydə alınmışdır. Film prakatdan çıxandan sonra aktlar hazırlanır. Onlar distribüterdən filmi götürürlər. Film nümayiş olunandan sonra prakatdan çıxır. Kinoteatr və distribütor tərəfindən, hər iki tərəfdən imzalanır. O ancaq Qafar bəylə əlaqə saxlamışdır. Amma iş yoldaşları digər əməkdaşlarla da əlaqədə olmuşdur. Onlarda whatsapp vasitəsilə qrup yaradılmışdır. Qrupda Qafar bəy də olmuşdur, digərlərinin adlarını xatırlamır. X1 nümayəndəsi olmuşdur, onlar yalnız whatsapp vasitəsilə, bəzən də telefon danışığı ilə kontentə görə ünsiyyətdə olmuşlar. Şahid5 03 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, o Kino Distrubition MMC-nin əməkdaşıdır, Cinema Plusda distribüter menecer vəzifəsində işləyir. Naxçıvan kinoteatrına həm Hollywood istehsalı, həm də Türkiyə istehsalı filmlər vermişdir. Onlarla tanış edilən tərəf Naxçıvanda Qafar bəy olmuşdur. O email üzərindən filmi göndərir, Qafar filmi öz kinoteatrında proyektora yükləyirdi, o açarları təqdim edirdi. Bu açarlar üzərindən kinoteatrları filmlərdə nümayiş etdirə bilirdi. Ayrıca olaraq onların qarşı tərəflə marketinq qrupu da olmuşdur. Həmin qrupda qarşı tərəfin xüsusi tələb və istəkləri var idisə, onlar təqdim edirdilər. Qafar bəylə görüntülü danışıqları olmamışdır. Whatsapp yazışmalarında və yaxud email üzərindən əlaqələri olmuşdur. Bunların hamısı da telefonunda var. Ən son əlaqələri sentyabrın 28-də olmuşdur. Demək olar ki, Qafardan başqa əməkdaşla əlaqə saxlamamışdır. Qafar bütün işlərə baxırdı. İşlədikləri müddət ərzində qarşı tərəfdən hər hansı bir narazılıq olmamışdır. Qafar haqqında rəsmi bir bildiriş verilməmişdir. Sadəcə olaraq onlara deyilmişdir ki, X2 adında administrator var. Bütün işləri o yerinə yetirir. Soyadını yalnış xatırlamırsa Sadıqov olmalı idi. Onlaraın rəsmi yazışmalarında onun soyadı getməmişdir. Ona görə də onu Qafar kimi şəxsiyyət olaraq tanımışlar. Bu Email yazışmaları korporativ yazışma olmuşdur. O Cinema Distrubition MMC-nin korporativ emaili ilə danışırdı. Qafargilin emaili X9 email olaraq gedirdi. Naxçıvan Kinoteatrını şirkət olaraq tanıyır, rekvizitləri haqqında məlumatı yoxdur. O Naxçıvan Kinoteatrının gündəlik hesabatlarını görürdü. Bir film üzrə bir saatda nə qədər izləyici baxışı olduğunu görürdü. Cavabdehin nümayəndəsi Nümayəndə1 08 aprel 2025-ci il tarixdə elektron qaydada məhkəməyə izahat ünvanlayaraq, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbi barədə e-2-2(123)-17/2025 (e-2-2(123)-542/2024) saylı kommersiya mübahisəsinə dair işin icraatda olduğunu, iş ilə əlaqədar xx.xx.2025-ci il tarixli məhkəmə iclasında vəkilləri Vəkil2 Cəmaləddin oğlunun onlara verdiyi məlumata görə İddiaçı MMC-nin baş mühasibinin Cavabdeh MMC-nin direktoru Nümayəndə1 Bakı şəhərində İddiaçı MMC-nin əməkdaşı ilə görüşmüş və borcu etiraf etmişdir” qeyd etdiyini, görüş zamanı bu borcun kinoteatrdakı əşyalar qarşılığında barter (dəyişmə) üsulu ilə əvəz olunmasını təklif etdiyini, sonra da bundan imtina etdiyini, lakin belə bir halın baş vermədiyini, ümumiyyətlə görüş zamanı bu borcun onlara aid olmadığını bildirdiyini, aralarında bu və ya digər formada bir razılaşma olmadığını, hətta onların sonradan ona telefonla zəng vurduqlarında onlara qəzəbli şəkildə cavab verdiyini, ardınca Cavabdeh MMC-nin işçilərinə vurulmuş e-qaimələrin geri qaytarılması barədə göstəriş verdiyini, onların isə bunu unutduğunu və icra etmədiklərini, özünün bu məsələdən yeni xəbəri olduğunu və xəbər aldığı an dərhal eqaimələrin geri qaytarılması barədə təkrar göstəriş verdiyini və e-qaimələrin geri qaytarıldığını bildirmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil1 23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında çıxışında bildirmişdir ki, İddiaçı MMC-ti məhkəməyə müraciət edərək iddia ərizəsində, tərəflər arasında bağlanmış müqaviləyə əsasən qaimələr üzrə 2023-cü ilin iyun ayı üzrə 3540 manat, iyul ayı üzrə 3540 manat, avqust ayı üzrə 3540 manat, sentyabr ayı üzrə 3540 manat, oktyabr ayı üzrə 3540 manat, ümumilikdə 17700 manat məbləğində françayz haqqı ilə əldə olunmalı olan ödənişlərin ödənilməsini, eyni zamanda 2023-cü ilin aprel ayı üzrə 1353 manat 29 qəpik, may ayı üzrə 2273 manat 93 qəpik, iyun ayı üzrə 1457 manat, iyul ayı üzrə 2670 manat, avqust ayı üzrə 1523 manat, sentyabr və oktyabr ayları üzrə 3582 manat, ümumilikdə 12859 manat 37 qəpik manat həcmində borc məbləğinin ödənilməsini tələb etmişdir. Məhkəməyə müraciət olunduqdan sonra isə uzunmüdətli məhkəmə araşdırması aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlik mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyin predmetini əmlak dövriyyəsinin müxtəlif obyektlərinin, o cümlədən əşyaların verilməsi, görülmüş işlər, göstərilmiş xidmətlər üzrə borclu şəxslərin davranışı təşkil edir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələnirdiyi hüquqi faktlar başa düşülür. Bununla bağlı AR Konstitusiya Məhkəməsinin Plenum qərarı da var. Həmçinin Mülki Məcəllənin bir çox maddələrində müqaviləyə anlayış verilmişdir. Belə ki, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Müqavilədən aydın görülür ki, cavabdeh qurumun nümayəndəsi müqaviləni imza və möhürü ilə təsdiq etmişdir. Bu isə təqdim olunmuş müqavilənin artıq təsdiq olunmuş müqavilə kimi qəbul olunmasını zəruri edir. Həmçinin Mülki Məcəllənin 425ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş üzrə araşdırma geniş bir zaman çərçivəsində aparılmış, şahidlər dindirilmiş, qarşı tərəf müəyyən məsələlərə aydınlıq gətirmişdir. Nəticədə bir daha sübut olunmuşdur ki, tərəflər arasında üzün müddət davam edən sahibkarlıq münasibətləri mövcud olmuş, müəyyən işlərin və xidmətlərin göstərilməsi müqabilində qaimələr vurulmuşdur. Hətta keçən dövr ərzində qaimələrlə bağlı vergi və tutqular hesablanmışdır ki, bunu şahidlərin ifadələri təsdiq edir. Cavabdeh təşkilat müqavilə öhdəliyini qəbul etmirsə, inkar edirsə onda onlar əsassız olaraq varlanmışdır ki, bu da mülki hüquqi baxımdan pozuntudur və mülki məsuliyyət yaradır. Tərəflər arasında bağlanmış 01 aprel 2023-cü il tarixli müqavilənin 7.1-ci bəndində göstərilmişdir ki, bu müqavilə hər iki tərəfdən imzalandığı tarixdən etibarən qüvvəyə minir və cari ilin sonuna qədər qüvvədədir. Yuxarıdakılara əsasən iddia tam əsaslıdır, dəlil və sübutlarla öz təsdiqini tapmaqdadır, bu səbəbdən də təmin olunmasını xahiş edir. Cavabdehin vəkili Vəkil2 23 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında verdiyi izahatında bildirmişdir ki, ümumiyyətlə kommersiya mübahisələrində də bu bilinən bir təcrübədir ki, elektron qaimələrin mövcud olması və ya olmaması hansısa bir borcun olmasını təsdiq edən bir sübut kimi nəzərə alınmır. Bunun üçün hər hansısa bir aktın olması, yəni xidmətlərin və malların təqdim edilməsinə dair aktların olması lazımdır. Elektron qaimə mühasibatçılıqla əlaqədar hər hansısa bir mübahisə olarsa, mühasibin işdən çıxarılması, hesablama səhvləri, şirkətdaxili məsələlərin həlli və vergi məsələlərinin mübahisələndirilməsi zamanı ortaya sübut kimi qoyula bilər. Elektron qaimə sadəcə qarşı tərəfə göndərilmiş xərclə əlaqədar məlumatdır. Digər tərəfdən qeyd etdikləri iclasda edilən müzakirədə həmin ay üçün vurulan elektron qaimələr, təxminən 10-cu və ya 11-ci ayın elektron qaimələridir ki, onlar da geri qaytarılmışdır. Cavabdehin vəkili Vəkil2 25 aprel 2025-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında çıxış edərək bildirmişdir ki, iddiaçının iddiası sübut olunmamış, bununla bağlı sübut təqdim edilməmişdir və buna görə də proses uzanmışdır. İddiaçının sözünü etdiyi müqavilə barədə cavabdeh tərəf olaraq məlumatsızdırlar. Belə bir müqavilə onlar tərəfdən nə imzalanmış, nə təsdiq olunmuş, nə də bu barədə iradə ifadə edilmişdir. İş üzrə şahidlər xüsusilə də Cinema Plusun distribüteri Aydan xanım, digər iki Şahid1 və Şahid3 ifadələrində onlar bir çox məqamları aşkar edə bildilər. Həmçinin baş mühasibin ifadəsində də bəzi digər məqaları aşkar etdilər. Belə çıxır ki, iddia yönələn şəxs onlar olmamalı idilər. Başqa cavabdehə qarşı iddia yönəlməli idi. Belə ki, həmin şahidlərin ifadələrindən məulum olmuşdur ki, cavabdeh APF MMC-ni heç biri tanımır. Hər hansı əməkdaşı ilə rəsmi əlaqə qurulmamışdır. Tamamilə başqa şirkətdən bəhs olunur. Hansı ki dedikləri Nəqşi-cahan şirkətidir. Şahidlər əvvəllər həmin şirkətlə işlədiklərini deyiblər. Həmçinin Vüsal müəllim mart ayında olan iclasda, iclasın 1 saat 41-ci dəqiqəsində belə bir ifadə işlətmişdir ki, “etibarlı sahibkarlıq müqavilələri olub. İllərlə bu formalaşıb”. Onlar iş materiallarından görürlər ki, Nəqşi-cahanla onların arasında bir müqavilə olubdur. Həmin müqaviləni də sübut kimi təqdim eləmişdi ki, güya bu gün mübahisələndirilən müqavilə ikinci müqavilədir, birinci müqavilənin davamı kimi olmuş, yeni şərtlərlə bağlanmışdır. Onlar onu aşkar elədilər ki, onlar o şirkət deyil, onun VÖEN-ni fərqlidir. Onların şirkətinin adı dəyişə bilər. Amma o Nəqşi-cahan şirkətinin onlarla əlaqəsi yoxdur. Belə çıxır ki, iddiaçı tərəf birmənalı olaraq əvvəllər də Nəqşi-cahanla işləmişdir. Onlar Nəqşi-cahanla əlaqədar iddia qaldırmalı idilər. Cavabdeh Nəqşi-cahan olmalı idi. Onlar bu iş üzrə əsl cavabdeh deyillər. Şahidlər onların şirkətinə aid hər hansı bir e-mail (elektron məktub), hər hansı digər yazışma barədə heç bir məlumat verə bilmədilər. Xüsusi ilə də, Şahid5, Şahid1, Şahid3 “Naxçıvan Kinoteatrı” adlı təşkilatın əməkdaşı ilə yazışdıqlarını və həmin əməkdaşın şəxsiyyətini müəyyən etməyə imkan verən məlumatlara malik olmadıqlarını bildirdilər. Ümumiyyətlə, şirkətlərinə aid hər hansı bir telefon yazışması mövcud olmadığından və “Naxçıvan Kinoteatrı” adlı bir müəssisə tanımadıqlarından, belə bir müəssisə ilə əlaqələrinin olmadığından, onlara aid olmayan hansısa bir telefon yazışmasının heç bir əsaslı sübut olmadan onlara aid edilməsini qəbul edə bilməzlər. Hansı ki müəyyən telefon yazışmaları təqdim eləmişdilər. Təbii ki vəsatət verən istəməli idi ki, həmin whatsapp yazışmalarının qarşı tərəf ilə olduğu aydınlaşdırılmalı idi. Bəlkə özləri özləri ilə yazışıblar. Mütəxəssis rəyi istəsəydilər, özləri dəvət edərdilər. Whatsappda qarşı tərəfin yerinə telefon nömrəsi də yazıla bilər və istənilən şəxsin adı da yazıla bilər. Telefon nömrəsi yazılanda elə görünür ki, bu nömrəni işlədən həmin o şəxsdir. Bunu da skrin edib sübut kimi təqdim edə bilərlər. Bir sözlə, iddiaçının əməkdaşı və partnyoru olan şirkətlərin əməkdaşlarının məhkəmədə verdiyi ifadələr iddia edilən “müqavilə”nin mövcudluğunu sübut edən dəlil kimi qiymətləndirilə bilməz. Belə bir müqavilənin bağlandığına və ya onun orjinalının olduğuna, habelə, bu barədə iradə bəyanına şahid olmayan, onların şirkətinin adını belə bilməyən, şirkətləri ilə heç bir ünsiyyəti olmayan şəxslərin ifadələri iddianın təmini üçün dəlil (sübut) ola bilməz. Şahid3 xx.xx.2025 tarixində keçirilən məhkəmə iclasında - iclasın 01:53:55-ci dəqiqəsində “Naxçıvanda yerləşən kinoteatr” adlı ifadə, iclasın 01:55:50-ci dəqiqəsində “o qrupu biz yaratmışıq”, iclasın 01:58:10-ci dəqiqəsində “qrupu yaradan bizdə işləyir, Naxçıvanda yerləşən bütün əməkdaşları əlavə etmişdi”, Naxçıvanda işləyən əməkdaşlar deyəndə nəyi nəzərdə tutduğunu özləri aydınlaşdırmalı idilər. İclasın 01:58:35-ci dəqiqəsində “X7 kinoteatrında işləyirdi” ifadələrini işlətmişdir. Burada cavabdeh Naxçıvan Kinoteatrlar təşkilatıdı deyil, vəkil və nümayəndələri də Naxçıvan adı ilə suallar verir. Kimdən söhbət getdiyi bilinmir. Şahid1 Nizamı qızı həmin iclasda - iclasın 02:03:30-ci dəqiqəsində “aprel ayından oktyabr ayınadək Naxçıvan kinoteatrı ilə işləmişik”, iclasın 02:06:50-ci dəqiqəsində “Naxçıvan kinoteatrının nümayəndəsi idi... şirkətdir, biz şirkətlə əvvəllər də işləmişik” deyir, orada Qafar adında şəxsdən bəhs olunur. Həmin şəxsin adı soyadı ata adı kimi rekvizitləri təqdim etməli idilər. Həmçinin onun cavabdehlə əlaqəsi olması haqqında vəkilləri tərəfindən nəsə reaksiya verilmirdi. Həmçinin şahid əvvəl də işlədiyini qeyd elədi. Hakim pulun ödənilib-ödənilməməsi soruşulduqda ödənilmədiyini dedilər. Nümayəndə deyir ki, əvvəllər şirkətlə işləmişik. Bunlar ümumiyyətlə düşünürlər ki, Nəqşi-cahan şirkəti ilə işləməklərinin davamını bu şirkət aparır. Dəfələrlə fərqli şirkətlər olduğu bildirildi. İclasın 02:07:50-ci dəqiqəsində “Cinemaplus-da korporativ mail açmışdıq”, iclasın 02:09:00-cu dəqiqəsində “distribüter ilə bizim aramızda akt var”, burada distribüter Şahid5 idi. Şahid5la işlədiyi Cinema Plus şirkəti arasında akt olub. Hətta sual verdilər ki, o aktdan birini də APF otellər qrupu ilə də tərtib edərdiniz. İclasın 02:09:37-ci dəqiqəsində “Naxçıvan kinoteatrı ilə bizim aramızdakı akt maliyyədə olar” ifadələrini işlətmişdir. Şahid5 həmin iclasda - iclasın 02:12:09-ci dəqiqəsində “Naxçıvan kinoteatrına təqdim etmişik”, hansı ki Naxçıvan Kinoteatrı adında bir şirkət yoxdur. İclasın 02:16:30-ci dəqiqəsində “Naxçıvan kinoteatrı”, iclasın 02:17:26-ci dəqiqəsində “korporativ e-mail bizdən verilmişdir”, iclasın 02:18:20ci dəqiqəsində “aktlar mühasibdə olar” ifadələrini işlətmişdir. Baş mühasib Şahid2 həmin iclasdaiclasın 01:13-ci dəqiqəsində “rəhbərliklə müqavilə bağlanıb, rəhbərliklə görüşdüyünü bilirdim” ifadəsində belə bir məhlumatın olması o zaman əsalı götürülə bilər ki, həmin şəxslər vəfat edibdir. Bu zaman şahid ifadəsi sübut kimi qiymətləndirilə bilər, iclasın 01:15:50-ci dəqiqəsində “qida məhsulları göndərilib, açarlar yazışma ilə təqdim edilib” ifadəsində qida məhsullarının göndərilməsini açarların verilməsini sübut edən rəsmi e-mailləri təqdim edə bilməmişdilər, iclasın 01:16:16-ci dəqiqəsində “dedilər bu kinoteatrın fəaliyyətini davam etdirə bilmirik” ifadəsinə də heç bir sübut təqdim edə bilməyiblər, iclasın 01:16:40-ci dəqiqəsində “heç bir ödəniş olmayıb” ifadəsində həm Vüsal müəllimin həm də şahidlərin də qeyd elədiyinə əsasən ki bizim aramızda əvvəllər də icarə müqaviləsi olubdur, bu etibarlı sahibkarlıq münasibətinin qurulduğunu qeyd edirdilər. Bu ümumiyyətlə ticari münasibətin olduğuna dəlil gətirəcək bir hal deyil, iclasın 01:16:52-ci dəqiqəsində “bundan əvvəl başqa şirkət olub”, iclasın 01:25:32-ci dəqiqəsində “yox, müqavilənin əsli məndə olmur, pdf formatında görmüşəm”, iclasın 01:25:10-ci dəqiqəsində “Murat Çamcının imza və möhürü var idi” iclasın 01:26:50-ci dəqiqəsində “bütün səhifələrdə Murat çamcının imzası möhürü var idi”, iclasın 01:28:14-ci dəqiqəsində “pdf-ni imzaladıqdan qısa müddət sonra görmüşəm” ifadəsini xüsusilə diqqətə çatdırmaq isəyir ki, keçən məhkəmə iclaslarında konkret olaraq həmin müqavilənin əslinin olmadığını, əvvəllər şirkət tərəfindən imzalanma hallarının olmadığını, sonradan şirkət tərəfindən imzaladıqlarını ifadə eləmişdi. Burada da şahidin necə öyrədildiyini, şirkətin mənafeyindən çıxmamağa çalışdığını gördülər. Çünki mümkün deyil ki, belə bir müqaviənin pdf-ni şahid görmüş olsun, iclasın 01:44:50-ci dəqiqəsində “aktlar göndərilib, qayıtmayıb, poçt vasitəsilə...”, iclasın 01:45:37-ci dəqiqəsində “onu yalan deyərəm” ifadəsində isə hakim konkret poçtla göndərildiyini soruşduqda onlar belə cavab verdi. Nəticə etibarı ilə belə bir aktın olmadığı gün işığına çıxdı. İclasın 01:46:20-ci dəqiqəsində “indi gəlib ora getmişik... Saat meydanıdır.” Bu ifadəni xüsusilə vurğulamaq istəyir ki, baş mühasib saat meydanı adlanan yeri Naxçıvana gələndə aparıb göstəriblər deməli işlədiklərini iddia etdikləri müddətdə 2023-cü il may-oktyabr ayları ərzində ümumiyyətlə həmin məkanın yeri haqqında məlumatları olmamışdır. Sadəcə bura gəldikdə aparıb göstəriblər ki, həmin yer buradır, iclasın 01:48:42-ci dəqiqəsində “bəli”. İclasın 01:49:32-ci dəqiqəsində “Nümayəndə1 belə bir öhdəlik götürməsi barədə... yox” ifadələrini işlətmişdir, onlar burada öhdəliyin yazılı olması haqqında sual vermiş, hətta o soruşmuşdur ki, ola bilər ki qarşılıqlı borcun müəyyən edilməsi, üzləşmə aktının olması ilə barədə hər hansı sənədin olmadığını bildirdilər. Emin Bədəlovun göndərdiyi yazılı izahatdan da aydın olur ki, həmin şirkətin rəhbərinə etiraz məqsədilə öz fikrini bildirib, Bakıya gedib, onlarla görüşüb fikrini konkret olaraq bildirib ki, belə qaimələrin vurulmaması, belə manipulyasiyaların edilməməsi bildirilibdir və ardınca noyabr ayında qaimələrin ləğv olunması həyata keçirilib. Əvvəlki şirkətlərlə kiminsə ticari münasibətləri varsa, cavabdeh dəqiq müəyyən edilməlidir. VÖEN-i dəqiq müəyyən edilməlidir. Bir şirkətin adı dəfələrlə dəyişə bilər. Yuxarıda qeyd olunan ifadələrdən məlum olur ki, APF Otellər QRUPU MMC və onun əməkdaşları ilə hər hansı bir ticari əlaqələrin olması haqqında ifadə işlədə bilməmişlər. Saat meydanı kinoteatrının olduğu yeri isə baş mühasibin etirafına əsaslanılsa, həmin gün məhkəməyə gəldikdə vəkilləri tərəfindən aparılıb göstərilmişdir. Buna qədər məkan haqqında da, yer haqqında da məlumatları olmamışdır. İddia etdikləri ticari münasibətlərin qurulduğu dövr ərzində qarşı tərəfin kim olduğunu həmin şahidlər, xüsusilə də hazırki iş üzrə cavabdeh olduğunu görməmişlər. Yəni onlar haqqında bu şahidlərin ümumiyyətlə məlumatları yoxdur. İddiaçının nümayəndəsi Vəkil1 MPM-nin 10-1.3-ci maddəsinə və “Elektron imza və elektron sənəd haqqında” Qanunun 3.5-ci maddəsinə müvafiq olaraq şəxsi kabinet vasitəsilə təqdim etdiyi sənəd orjinal sənəd kimi yükləmiş (həqiqi sənədin “edoc” formatı kimi, yəni surətinin surəti kimi deyil), ancaq həmin sənədin əsli ortaya çıxarılmamışdır (əvvəlcə mövcud olduğunu bildirsə də). Daha sonra, həmin “orjinal sənəd”in başqa versiyası (əlavə möhür vurulmuş versiyası) həmin nümayəndə tərəfindən şəxsi kabinet vasitəsilə yüklənilmişdir. MPM-nin 78.1-1., 89.3 və 89.4-cü maddələrinə müvafiq olaraq əvvəlcə xx.xx.2024-ci il tarixdə (video-qeydiyyatın 10:53-11:15-ci dəqiqəsində) keçirilmiş hazırlıq iclasında, daha sonra xx.xx.2024-cü il tarixdə (video-qeydiyyatın 16:35-17:49 dəqiqələrində) keçirilmiş hazırlıq iclasında hakim nümayəndədən “müqavilə” adlı yazılı sübutun İddiaçı MMC-nin möhürünün və imzasının olmadığı versiyanın, sonuncu iclasda isə həmin sübutun İddiaçı MMC-nin möhürünün və imzasının olduğu versiyanın əslini (hər ikisini birlikdə) və ya lazımi qaydada təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etməsini təkidlə tələb etdikdə, o əvvəlcə gətirəcəyini desə də, sonra (xx.xx.2024-cü il tarixli iclasın videoqeydiyyatın 01:16-02:12 dəqiqələrində) “mövcud deyil” deyərək etiraf etmək məcburiyyətində qalmışdır. Bu etiraf edici hərəkətlə o məcbur olmuşdur, çünki müqavilənin əsli həqiqətən də yox idi. xx.xx.2025-ci il tarixli iclasın əvvəlində isə, həmin “müqavilə” adlanan kağızın notariusda surətdən surət təsdiqli formasını təqdim etmişdir ki, bu da sübutların siyahısına əlavə edilmədi. Səbəb isə bu oldu ki, surətdən surət onsuzda işin içində var, məhkəmə orjinalını tələb etmişdir, bu heç orjinalının notarial təsdiqli surəti belə deyil. Baş mühasib Şahid2 isə onların şirkəti ilə bir yazışma və ya digər hər hansı cür əlaqəsi olmamışdır, onun iddia etdiyi kimi şirkətlərinin qanuni təmsilçisi Emil bəy hər hansı bir borcun qəbul olunması və onun əvəzləşdirilməsi ilə əlaqədar heç bir etirafedici ifadələr işlətməmiş, əvəzləşdirmələr barədə razılıq verməmişdir. Bunu Nümayəndə1 yazılı izahatından da aydın şəkildə görmək olar. Baş mühasibin arqument kimi irəli sürdüyü hallardan biri də odur ki, müqavilənin hər iki tərəfdən imzalanıb təsdiq olunmuş orijinal formasının mövcud olmasına dair fakt da öz təsdiqini tapmamışdır. Həmçinin, həmin mühasibin özünün də etiraf etdiyi kimi, iddiaçı ilə cavabdeh arasında malların və xidmətlərin təqdim edilməsinə (təhvil verilməsinə) dair hər hansı bir təhvil-təslim aktı mövcud olmamışdır. Bu günə qədər 1 AZN belə olsa qarşılıqlı maliyyə əməliyyatları aparılmamışdır. Habelə, bu və digər şahidlərin heç biri cavabdeh tərəfindən iddia olunan filmlərin yayımlanması (nümayiş etdirilməsi) ilə əlaqədar sübut təqdim edə bilmədilər. Eyni zamanda qarşı tərəfin (iddiaçının) internet resurslarından götürdüyü və cavabdehə aid olduğunu iddia etdiyi sosial şəbəkələrin də məhz cavabdehə aid olduğunu sübut edə bilməmişdir. Həqiqətən də həmin sosial şəbəkələrin heç birinin nə əvvəllər, nə də hal hazırda sahibi cavabdeh olmamışdır. O sosial şəbəkələrə diqqət yetirdikdə də onların yaradıldığı dövrdə ümumiyyətlə onların şirkəti mövcud olmamışdır. Hansısa bir şirkətlə iddiaçının əvvəllər ticari münasibətlərdə olması və onların şirkətinin də həmin şirkətin zamanında fəaliyyət göstərmiş olduğu binada otelçilik fəaliyyəti göstərmələri onların həmin şirkətlə eyni şirkət olmaları anlamına gəlmir. Vergi ödəyicisinin eyniləşdirmə nömrələrinin (VÖEN) fərqli olması da ifadə etmiş olduqları fikrin bariz nümunəsidir. İddiaçının bildirmiş olduğu və onların da toxunduqları məsələyə - iddiaçı tərəfindən vurulmuş bəzi elektron qaimələrə gəldikdə isə onu qeyd etmək istəyir ki, şirkətin yeni yarandığı dövrdə mühasibat xidmətini təşkil edə bilməmələri səbəbindən, xəbərləri olmadan vurulmuş həmin e-qaimələr heç bir hüquqi və faktiki əsas təşkil etməməkdədir. Məhz buna etiraz əlaməti olaraq da şirkətin qanuni təmsilçisi iddiaçının şirkətinə şəxsən gedərək onlara öz iradını bildirmişdir. Bundan sonra tərəflərindən sonuncu e-qaimələr də geri qaytarılmışdır. Təbii ki təlimatda göstərilən 3 günlük müddət keçdiyi üçün digər e-qaiməni geri vurmaq mümkün olmamışdır. Hər bir halda, vurulmuş e-qaimələr xidmətlərin və malların təqdim olunmasını sübut edən sənəd sayılmır. Məhz buna görə də Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən, malların və xidmətlərin təqdim olunması tərəflər arasında qarşılıqlı tərtib olunan akt ilə sübut olunur. Əks təqdirdə həmin qanun elektron qaimənin vurulmasını hər bir halda təlimatda nəzərdə tutulmuş müddət bitdiyi andan xidmətlərin və malların təqdim olunması kimi qəbul edərdi. Həmin elektron qaimələrin heç biri 2024-cü ilin müvafiq dövrü üçün şirkətləri tərəfindən xərclərə salınmamış, dövri olaraq tərtib etdikləri vergi hesabatlarında qeyd edilməmişdir. Təbii ki, geri qaytarılması üçün təlimatda nəzərdə tutulan 3 günlük müddət ötürülsə də, onların xərcə salınmamasının sübutu kimi tərəflərindən iddiaçı şirkətə düzəliş qeydi edilməklə geri qaytarılmasına müvafiq qaydada cəhdlər edilmişdir. Buna baxmayaraq qarşı tərəf elektron qaimələrin tərəflərindən xərclərə salındığını iddia edərək Dövlət Vergi Xidməti və MR Prokurorluğuna müraciət etsə də (həmin müraciətlər işə əlavə edilmişdir), onlara öz iddialarını sübut edəcək hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Dolayısıyla iddiaçı da belə bir sənəd təqdim etməmişdir. Məhz geri vurmamanı bununla əsaslandırdılar ki, siz xərcə salmısınız. Onlar məhkəmənin sonunda çıxışlar ərəfəsində işə əlavə olunsa da, sübut kimi qiymətləndirilməsə də, onu bilərəkdən vurdular ki, onlar həqiqətən hesabatlarında bu çıxarışı verməmiş, bu qaimələrə istinad etməmişlər. Bu qaimələr ümumiyyətlə onların xərclərində görünmür. Ümumiyyətlə, iş üzrə söylənən fikirlər və reaksiyalardan başa düşüldüyü üzrə iddiaçının elektron qaimələrlə əlaqədar mövqeyi ondan ibarətdir ki, VÖEN-i olan hər hansı bir şəxsə e-qaimənin göndərilməsi və qarşı tərəfin (elektron qaimənin ünvanlandığı tərəfin) 3 gün müddətində buna etiraz etməməsi elektron qaimənin qəbulu və təsdiqi hesab olunaraq müvafiq borc yaradır.Təsəvvür edin ki, həmin müddət qanunvericiliklə 3 iş günü kimi nəzərdə tutulmadığından (3 gün olaraq qeyd edilmişdir) bayramlara düşən 3-4 günlük qeyri-iş günlərinin olduğu vaxtda, yaxud bayramdan öncəki sonuncu iş gününün sonuncu dəqiqələrində vurulmuş və 3-4 gündən sonra ilk iş gününə başlayarkən qarşı tərəfdən aşkar edilən, lakin müddət bitmiş olduğundan avtomatik olaraq qəbul edilmiş sayılan həmin elektronqaimələr borc yaratmış olar və təbii ki, bu hallardan istifadə etmək yolu ilə sahibkarlar birbirilərinə borc yaratmağa çalışarlar. Ümumiyyətlə müqavilə hansı hallarda bağlana bilir, bunlardan 1-cisi tərəflər müqavilən şərtləri barədə razılığa gəldikdə MM 405.1-ci maddəsinə əsasəndir. Tərəflər dedikdə isə bu günkü gün cavabdeh və iddiaçıdan söhbət gedir. Yəni onların tərəflərindən hər hansı müqavilə mövcud deyil. 2-ci bir hal müqavilədə oferta göndərmiş şəxsin onun akspektini aldığı anda müqavilə bağlanmış sayılır (MM-nin 407.1-ci maddəsində). Sual yarana bilər k,i ofertanı kim göndərib, aksepti kim qəbul edib, yəni kimlik məsələsi, hansı şirkət məsələsi müzakirə olunmalıdır. Onu qarşı tərəf sübut edə bilmədi ki, o bir vəkil kimi müvəkkilinə müraciət edib belə bir dəlillərin olduğunu desin. 3-cü bir hal sadə yazılı müqavilə müvafiq qaydada imzalandıqda ( MM 407.2-ci maddəsinə əsasən) sual ola bilər ki, yazılı müqavilə mövcuddur mu, təbii ki, belə bir müqavilə yoxdur. Buna görə də onlara qarşı qaldırılmış iddianın rədd edilməsini və tərəflərindən çəkilmiş məhkəmə xərclərinin qarşı tərəfin üzərinə qoyulmasını xahiş edir. İş materiallarında olan: EBDP seriyalı, 331900 nömrəli, EBDP seriyalı, 332472 nömrəli, EBDP seriyalı, 313010 nömrəli, EBDP seriyalı, 312461 nömrəli, EBDP seriyalı, 331749 nömrəli, EBDP seriyalı, 330036 nömrəli, EBDP seriyalı, 312816 nömrəli, EBDP seriyalı, 331533 nömrəli, EBDP seriyalı, 178006 nömrəli, EBDP seriyalı, 180970 nömrəli, EBDP seriyalı, 332035 nömrəli, EBDP seriyalı, 313010 nömrəli, EBDP seriyalı, 312461 nömrəli, EBDP seriyalı, 312816 nömrəli, EBDP seriyalı, 178006 nömrəli elektron qaimə-fakturalardan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC üçün yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin yekun dəyəri müvafiq olaraq 1457,01 manat, 1523,01 manat, 3540 manat, 3540 manat, 2273,93 manat, 424,80 manat, 3540 manat, 1353,29 manat, 7080 manat, 3582,15 manat, 2670 manat, 3540 manat, 3540 manat, 3540 manat, 7080 manat olduğu iddia edilirdi. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 20151776 nömrəli şəhadətnaməsindən görünür ki, 001961 nömrəli əmtəə nişanının sahibi İddiaçıdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi və direktoru Nümayəndə1 ilə Vəkil2 arasında müvafiq şərtlərlə 028 nömrəli, 05 noyabr 2024-cü il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən Cavabdeh MMC tərəfindən Vəkil2 1300 (min üç yüz) manat ödənilmiş, bu hal 10897444 nömrəli, 19 noyabr 2024-cü il tarixli elektron-qaimə faktura və 22 noyabr 2024-cü il tarixli, **********0/899244183 nömrəli ödəniş tapşırığı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları araşdırıb onlara obyektiv, qərəzsiz, hərtərəfli və tam hüquqi qiymət verərək müəyyən etmişdir ki, İddiaçı MMC-ti xx.xx.2023 tarixli, Françayzinq, Biznesin idarə edilməsi və Məsləhət xidmətləri barədə Müqaviləyə əsaslanaraq Cavabdeh MMCnə qarşı pul tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2 və 14.2.1-ci maddələrinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. İddiaçının iddia tələbini əsaslanaraq ilk dəfə məhkəməyə təqdim etdiyi xx.xx.2023 tarixli, Françayzinq, Biznesin idarə edilməsi və Məsləhət xidmətləri barədə Müqavilənin surətində İddiaçı MMC-nə məxsus möhür və imza olmamışdır. Daha sonra sənəd barəsində şübhələr olduğundan Məhkəmə tərəfindən müqavilənin əsli tələb edilmiş, iddiaçı tərəfdən axırınçı vərəqədə möhürü və nümayəndəsinin imzası əvvəlki vərəqələrdə isə yalnız iddiaçının möhürü olan müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Təqdim edilən müqavilənin əvvəlki vərəqələrində yalnız iddiaçının möhürü olduğundan, həmin vərəqələrin iddia edilən müqavilənin vərəqələri olduğu bu hal təkrar ciddi şübhə yaratdığından məhkəmə tərəfindən iddiaçıdan müqavilənin əslinin yenidən məhkəməyə təqdim olunması tələb olunmuşdur. Lakin Məhkəməyə müqavilənin əsli təqdim olunmamış, müqavilənin əslinin təqdim edilməsi hərəkətsizliyi müşahidə olunmuşdur. Sonrakı mərhələlərdə isə iddiaçı məhkəməyə müqavilənin notarial qaydada fotosürətinin təsdiq edilmiş nüsxəsini təqdim etsə də, həmin sənəddə yalnız fotosurətin düzgünlüyünün təsdiq edildiyi göstərildiyindən müqavilənin olmasını təsdiq edən sübut növü kimi qiymətləndirilməməkdədir. Göründüyü kimi iddiaçının iddia tələbinin əsaslandığı müqavilə mülki qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun tərtib edilməmiş və bağlanması təmin edilməmişdir. İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Həmçinin İddiaçı MMC-ti elektron qaimə-fakturaları məhkəməyə sübut kimi təqdim etsə də, Məhkəmə elektron qaimə-fakturaların ayrılıqda heç bir sübut əhəmiyyəti daşamadığını qeyd etməkdədir. İddiaçı MMC-nin məkməyə təqdim etdiyi Beynəlxalq Comscore (Rentrak) şirkətinin İBOE məlumatlar bazasından xx.xx.2023 – xx.xx.2023-cü il tarixlərində ictimai qaydada nümayiş edilmiş filmlər və filmlərə görə kassa yığımları barədə arayış və Rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş sənəddə cavabdehin adı ilə əlaqədar identifikasiya edici bir məlumat yoxdur. Həmçinin sosisal media vasitələrindən çıxarışların cavabdehə aid sosial şəbəkələrdən çıxarılması və iddiaçı tərəfindən təqdim edilən Whatsapp yazışmaları və digər təqdim edilən sübut xarakterli məlumatlar tərəflər arasında olduğu sübut edilə bilinmədiyindən sübut kimi öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi müqaviləyə münasibətdə və iş üzrə ümumilikdə mötəbər və təsdiqedici sübutlar təqdim edilmədiyindən, əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan göründüyü kimi, həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Həmin Məcəllənin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 115.0 və 115.0.6-cı maddələrinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumu 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində hesablanır. Belə ki, hazırkı iş üzrə iddianın qiymətinin 31811 (otuz bir min səkkiz yüz on bir) manat olduğunu nəzərə alaraq ödənilməli olan dövlət rüsumunun məbləğinin 185,43 (yüz səksən beş manat 43 qəpik) manat olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. İş materiallarında olan **********62 nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən 200 (iki yüz) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC tərəfindən ödənildiyi görünür. Hazırki iş üzrə iddia tələbi təmin olunmadığından iddia ərizəsinin verilməsinə görə ödənilməli olan 185,43 (yüz səksən beş manat 43 qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş xərclər iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 14,57 (on dörd manat 57 qəpik) manat dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” Qaydalarına əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin cavabdehlə onun vəkili arasında bağlanmış 05 noyabr 2024-cü il tarixli, 028 saylı hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən vəkilə 1300 (min üç yüz) manat məbləğində xidmət haqqı ödədiyini nəzərə alaraq və iş üzrə iddianın təmin edilməməsi qənaətində olduğu göz önündə tutularaq vəkilə ödənilmiş xərəclərin, məhkəmə məsrəflərinin, iddia təmin edilməyəcəyindən iddiaçıdan alınaraq cavabdehin hesabına ödənilməsi qənaətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalı, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 185,43 (yüz səksən beş manat 43 qəpik) manat məbləğində dövlət rüsumu və hüquqi xidmətə görə vəkilə ödənilmiş xərclər iddiaçının özünə aid edilməli, İddiaçı tərəfindən dövlət büdcəsinə artıq ödənilmiş 14,57 (on dörd manat 57 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıya qaytarılmalı, cavabdeh tərəfindən vəkilinə ödənilmiş olan 1300 (min üç yüz) manat məbləğində xidmət haqqının iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qənaətindədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233.1, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı pul tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən artıq ödənilmiş 14,57 (on dörd manat 57 qəpik) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli, 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması” qaydalarına əsasən İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh tərəfindən hüquqi yardım üçün vəkilə ödənilmiş 1300 (min üç yüz) manat vəkil xərci, qanunvericiliyə uyğun olaraq İddiaçındən (VÖEN: **********) alınaraq cavabdeh "APF TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN:**********) ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Salmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar