Məhkəmə qərarları › İş №e-2-2(123)-334/2024

Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(123)-334/2024

05.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2-2(123)-334/2024 05.11.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ KOMMERSİYA MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsinin hakimi Elşən Fizuli oğlu Salmanovun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların geri qaytarılması tələbinə dair kommersiya mübahisəsinə dair işin materiallarına açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı 10 may 2024-cü il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ümumi dəyəri 26.40 manat 12 ədəd boşqab (21 sm), ümumi dəyəri 72 manat 6 ədəd şəkilli boşqab, ümumi dəyəri 33.60 manat 12 ədəd boşqab (25 sm), ümumi dəyəri 14.40 manat 12 ədəd qaşıq, ümumi dəyəri 14.40 manat 12 ədəd çəngəl, ümumi dəyəri 24 manat 12 ədəd bıçaq, ümumi dəyəri 26 manat 2 ədəd bulud boşqab (30 sm), ümumi dəyəri 48 manat 4 ədəd bulud boşqab (12D-906 sm), ümumi dəyəri 40 manat 4 ədəd bulud boşqab (10D-906 sm), ümumi dəyəri 80 manat 10 ədəd boşqab (10D-906 sm), ümumi dəyəri 60 manat 5 ədəd boşqab (10D-906 sm), ümumi dəyəri 50 manat 5 ədəd boşqab (NPV-6W- 613), ümumi dəyəri 150 manat 15 ədəd boşqab (43x84), ümumi dəyəri 30 manat 2 ədəd çaxıraçan, ümumi dəyəri 30 manat 5 ədəd boşqab (12x44x25x01 sm), ümumi dəyəri 30 manat 30 ədəd sousqabı, ümumi dəyəri 80 manat 20 ədəd çörəkqabı, ümumi dəyəri 162 manat 54 ədəd boşqab (25 sm), ümumi dəyəri 135 manat 54 ədəd boşqab (23 sm), ümumi dəyəri 45 manat 15 ədəd güldan, ümumi dəyəri 56 manat 8 qutu stəkan (böyük, balaca; 42-439), ümumi dəyəri 28 manat 2 qutu visqi stəkanı, ümumi dəyəri 16 manat 1 qutu vaktel bakalı (403), ümumi dəyəri 40 manat 2 qutu şampan bakalı (44-688), ümumi dəyəri 75 manat 15 ədəd zeytun qabı ümumi dəyəri 135 manat 30 ədəd çaşqa, ümumi dəyəri 160 manat 10 ədəd şlyapa sezar qabı, ümumi dəyəri 54 manat 54 ədəd çəngəl-qaşıq, ümumi dəyəri 54 manat 54 ədəd qaşıq, ümumi dəyəri 97.2 manat 54 ədəd bıçaq, ümumi dəyəri 120.96 manat 54 ədəd qaşıq, ümumi dəyəri 86.40 manat 54 ədəd bıçaq-desert, ümumi dəyəri 90 manat 10 qutu armudu stəkan, ümumi dəyəri 75 manat 10 ədəd çaynik, ümumi dəyəri 136 manat 17 qutu duz-qabı dəst, ümumi dəyəri 1990 manat olmaqla 1 ədəd touch screen, 3 pos-printer, proqram təminatı, ümumi dəyəri 550 manat çaydan və qazanlar (irili-xırdalı) onlar olmadıqda onların dəyərinin, ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu olmaqla cəmi 4984,36 (dörd min doqquz yüz səksən dörd manat otuz altı qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində onun xx.xx.2022-ci il tarixində Cavabdeh məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakı etibarnamə əsasında Nümayəndə notarial qaydada icarəyə götürdüyünü, restoranın yeni təmirdən çıxdığını və orada heç bir qab və ya ləvazimat olmadığını, gərəkli qablar və ləvazimatları özünün aldığını, May ayının əvvəlindən o obyekti çalışdıra bilmədiklərinə görə sahibinə bu barədə xəbər verdiyini, bir neçə gün keçəndən sonra isə obyekt boş qalmasın deyə yeni icarədar taparaq onları Nümayəndə təqdim etdiyini, bu zaman Ş. Tağıyevin başqa şəxslərin də obyekti icarəyə götürmək istədiklərini və onlarla da görüşüb obyekti göstərmək istədiyini və obyekti kimə icarəyə verəcəyi barədə qərarını sonra bildirəcəyini ona dediyini, bir neçə gün sonra isə ona telefon açaraq yeni icarədarlara göstərmək üçün obyektin açarlarını ondan istədiyini, onun heç bir şübhə etmədən, obyektin içində onlara məxsus külli miqdarda mallar, qablar, ləvazimatlar, musiqi alətləri olduğu halda açarları ona verdiyini, bir neçə gün sonra ona zəng edərək nə qərara gəldiyini və obyekti kimə icarəyə verəcəyini soruşduğunu, onun özünün tapdığı şəxslərlə anlaşdığını ona dediyini, onun orada onların mallarının olduğunu onun diqqətinə çatdırdığını, onun, onların restoranda qalan qabları və başqa ləvazimatları yeni icarədarlara satmaq və ya götürmək istədiklərini ondan soruşduğunu, onun "sata bilərik" deyə cavab verdiyini, onun yaxın günlərdə təhvil-təslim olacağını bildirdi və ona bir neçə gün gözləmək lazım olduğunu dediyini, bir neçə gün sonra onunla telefonla danışanda ona obyektdə kassa aparatının qeydiyyatdan çıxarmaq lazım olduğunu dediyini, bu zaman onun həmin "restorana gedib yəni oranı işlədən şəxslərlə təhvil-təslim barədə danışımmı?" deyə soruşanda Ş. Tağıyevin ona "yox hələ getməyin, onlar işlərini bitirməyiblər" kimi sözlər deyərək onun restorana getməyinə mane olduğunu, onun bir neçə gün ərzində kassa aparatını qeydiyyatdan çıxardığını, daha 15 gün gözləyəndən sonra restorana getdiyini və orada onların başqa şəxsdən alıb müvəqqəti işlətdikləri pianonun yerində olmadığını gördüyünü, oranı yeni çalışdıran şəxslərdən bu barədə soruşanda "Şöhrət müəllimdən soruşun" deyə cavab verdiklərini, onun Ş. Tağıyevə telefon açdığını, onun telefonu götürmədiyini, daha 4 gün sonra 24 iyun tarixində whatsapda ona bu barədə yazdığını, onlara məxsus malların qaytarılmasını tələb etdiyini, onun da cavabında ona üzlü olduğunu, 2 ayın kirayəsini ödəmədiklərini və ona qara yaxdığını yazdığını, onun hansı 2 ayın kirayəsini ödəmədiklərini və ona hansı şəkildə qara yaxdığını yazıb soruşduğunu, cavab olmadığını, onların dəyəri təxminən 1500-2000 azn olan ərzaq və ət məhsullarını da restoranda qaldığını və çox güman ki, xarab olduğunu, artıq hadisənin üzərindən uzun müddət keçməsinə baxmayaraq Ş. Tağıyevin ona məxsus malları, ləvazimatları qaytarmadığını, onun mallarının restoranı yeni işlədən şəxslər tərəfindən icazəsiz olaraq istifadə olunduğunu, həmin obyektdə ona məxsus, dəyəri təxmini göstərilən mallar və ləvazimatlar bunlar:

1. Qablar - dəyəri 2374.36 manat; 2. Dəyəri – 1990 manat (touch screen 2 ədəd, pos printer, proqram təminatı 3. Qazanlar, çaydanlar və s - dəyəri 550 azn, cəmi: 4914.36 manat olduğunu, Bundan əlavə dəyəri təxminən 5000 (beş min) manatdan çox olan pianinonun icarəyə götürdükləri obyektdən götürüldüyünü, həmin obyektdə olan kamera görüntülərinə baxdıqları zaman pianinonun Nümayəndə tərəfindən götürüldüyünün aşkar göründüyünü, bu barədə DİN 102 xidmətinə məlumat verdikdən sonra Nümayəndə başqa çarəsinin olmadığını gördükdən sonra pianinonu geri qaytardığını, lakin yuxarıda qeyd edilən əşyaları isə qaytarmaqdan imtina etdiyini, göstərilənlərə əsasən iddia ərizəsində göstərilən əşyaların, bu mümkün olmadıqda həmin əşyaların dəyərinin cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinin zəruri olduğunu qeyd etmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. 04 sentyabr 2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə ünvanlanaraq, həmin ərizədə 1. ümumi dəyəri 26.4 manat boşqab (21 sm), ümumi dəyəri 72 manat 6 ədəd şəkilli boşqab, ümumi dəyəri 33.6 manat 12 ədəd boşqab (25 sm), ümumi dəyəri 14.4 manat 12 ədəd qaşıq, ümumi dəyəri 14.4 manat 12 ədəd çəngəl, ümumi dəyəri 24 manat 12 ədəd bıçaq, ümumi dəyəri 26 manat 2 ədəd bulud boşqab (30 sm), ümumi dəyəri 48 manat 4 ədəd bulud boşqab (12 D-906 sm), ümumi dəyəri 40 manat 4 ədəd bulud boşqab (10 D-906 sm), ümumi dəyəri 80 manat 10 ədəd boşqab (10 D-906 sm), ümumi dəyəri 60 manat 5 ədəd boşqab (10 D-906 sm), ümumi dəyəri 50 manat 5 ədəd boşqab (NPV-6W-613), ümumi dəyəri 150 manat 15 ədəd boşqab (43x84), ümumi dəyəri 30 manat 2 ədəd çaxır açan, ümumi dəyəri 30 manat 5 ədəd boşqab (12x44x25x01 sm), ümumi dəyəri 30 manat 30 ədəd sous qabı, ümumi dəyəri 80 manat 20 ədəd çörək qabı, ümumi dəyəri 162 manat 54 ədəd boşqab (25 sm), ümumi dəyəri 135 manat 54 ədəd boşqab (23 sm), ümumi dəyəri 45 manat 15 ədəd güldan, ümumi dəyəri 56 manat 8 qutu stəkan (böyük, balaca, 42-439), ümumi dəyəri 28 manat 2 qutu viksi stəkanı, ümumi dəyəri 16 manat 1 qutu vaktel bakalı (403), ümumi dəyəri 40 manat 2 qutu Şampan bakalı (44-688), ümumi dəyəri 75 manat 15 ədəd zeytun qabı, ümumi dəyəri 135 manat 30 ədəd çaşqa, ümumi dəyəri 160 manat 10 ədəd şlyapa sezar qabı, ümumi dəyəri 54 manat 54 ədəd çəngəl qaşıq, ümumi dəyəri 120.96 manat 54 ədəd qaşıq, ümumi dəyəri 86.4 manat 54 ədəd bıçaq desert, ümumi dəyəri 90 manat 10 qutu armudu stəkan, ümumi dəyəri 75 manat 10 ədəd çaynik, ümumi dəyəri 136 manat 17 qutu duz qabı dəsti, ümumi dəyəri,1990 manat olmaqla 1 ədəd touch serren, 3 pos-printer, program təminatı, ümumi dəyəri 550 manat çaydan ve qazanlar (irili va xırdalı) onlar olmadıqda onların dəyərinin, ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu olmaqla cəmi 4984.36 (dörd min doqquz yüz səksən dörd manat otuz altı qəpik) manat pulun; 2. Vəkil üçün ödənilmiş olan xidmət haqqı (qonorar haqqı) olan 470 (dörd yüz yetmiş) manat pulun və vəkil orderi üçün ödənilmiş 20 (iyirmi) manat marka pulunun, ümumilikdə 490 (dörd yüz doxsan) manat pulun cavabdehden alınaraq iddiaçıya qaytarılması barədə qatnamə qabul edilməsi xahiş edilmişdir. 06 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil ərizəsi təmin olunmaqla iddia tələbinə bundan sonra ərizədə göstərilən çərçivədə baxılması qərara alınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin vəkili və nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Keçirilən məhkəmə iclaslarında iddiaçının vəkili və nümayəndəsi Vəkil verdiyi izahatlarında iddianı müdafiə etdiklərini, İddiaçı Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan daşınmaz əmlakı etibarnamə əsasında Nümayəndə icarəyə götürdüyünü, İddiaçı həmin yeri icarəyə götürdükdən sonra obyektin işlədilməsi üçün iddia ərizəsində sadalanan bir sıra əşyaları restoranda yerləşdirərək obyekti bir müddət işlətdiyini, bundan sonra qazanc götürə bilmədiklərinə görə restoranı Cavabdeh nümayəndəsi Nümayəndə qaytarmaq istədiyini və həmin müddətdə yeni müştəri tapılana qədər əşyaların həmin obyektdə qalması, əgər obyekti alan əşyalarla birlikdə alarsa əşyaların həmin şəxsə satılması, restoranın işlədilməsinin həmin şəxsə verilməsi barədə tərəflər arasında razılıq olduğunu, lakin açarlar iddiaçı tərəfindən alındıqdan sonra əşyaların qaytarılmasından imtina olunduğunu, iki aylıq kirayəsi bəhanə olunaraq tərəfə nalayiq formada imtina olunduğunu, həmin əşyaların qaytarılması üçün iddiaçının məcbur qalıb məhkəməyə müraciət etdiyini, orada əşyaların sayının artıq olduğunu, iddianın qiymətinin daha artıq ola biləcəyini, lakin özlərində qalan faktura hesabına bu iddianı qaldırdıqlarını, iddiada da 4984.36 (dörd min doqquz yüz səksən dörd manat otuz altı qəpik) manat pulun qarşı tərəfdən tələb olunması iddiası qaldırıldığını, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə bundan əvvəl keçirilən məhkəmə prosesində də iddiaçının tələbinin demək olar ki, sübut olunduğunu, bütün bu əşyaların İddiaçı tərəfindən alınmasının verilmiş qaimə-fakturalardan da İddiaçı adına və "xxxx" restoranının adına ödənildiyini, təqdim etdiyi fotoşəkillərdən və videogörüntülərdən də qeyd edilən əşyaların İddiaçı tərəfindən alındığının və həmin restoranda qaldığının sübut olunduğunu, üstündən xeyli müddət keçməsinə baxmayaraq cavabdehin həmin əşyaları iddiaçıya qaytarmadığını, nə də dəyərini ödəmədiyini, cavabdehin nümayəndəsinin ifadəsində onlarla bərabər hər yerə getdiyini və pulu özünün ödədiyini bildirdiyini, lakin qaimə-fakturalardan da cavabdeh tərəfindən hər hansı ödəniş aparılmadığının göründüyünü, cavabdeh tərəfindən həmin ödənişin özü tərəfindən edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilmədiyini, bu səbəbdən məhkəmədən iddialarının təmin olunmasını, 4984.36 (dörd min doqquz yüz səksən dörd manat otuz altı qəpik) manat pulun və müdafiəçiyə ödənilmiş 490 (dörd yüz doxsan) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qabaqcadan rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin nümayəndəsi vasitəsilə təmsil olunmuşdur. Keçirilən məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatında İddiaçı ilə yoldaşının adına olan restoranı notariusda qanun çərçivəsində icarə müqaviləsi bağladıqlarını, adresin iki dənə çıxarışı olduğuna görə, 07 fevral 2022-ci ildə iki dənə birinin 200 (iki yüz) manat dəyərində, birinin 400 (dörd yüz) manat dəyərində müqavilə bağladıqlarını, Azərin bütün vergi öhdəliklərini, kommunalları hamısını özünün ödəyəcəyinin orada göstərildiyini, aylıq vergisini də ödəmək şərti ilə 600 (altı yüz) manat onlara icarə haqqı ödəyəcəyini, restoranı tam-tamına full remont edib verdiyini, içinə kofe maşınına qədər, qazına qədər, kabab peçinə qədər hərşeyi alıb qoyduğunu, ondan sonra adam ora girəndən sonra təbii ki, qənddan aldığını, duz qabı aldığını, sonradan lazım olan əşyaları aldığını, hərşeyi özünün aldığını, Sədərək yarmarkasına getdiklərini, adamın yanında 3 dənə qadın poveri olduğunu, o qadınları onun görmədiyini, birinci dəfə idi gördüyünü, Sədərək bazarından adamların dükanlardan hərşeyi seçdiklərini, orada onlara ödəniş elədiyini, aldığını, ondan sonra özü nə alıbsa aldığını, onun restorana aid çox şey aldığını, amma sonradan bu tarelkaları o alıb, özü alıb onları bilmədiyini, üstündən 3 il keçdiyini, amma onun çox şey aldığını, həddindən artıq çox şey aldığını, bunların hamısını özünün aldığını, adamların 3 dənə qadınla getdiklərini, orada nə lazımdır seçdiklərini, onun pulunu özünün ödədiyini, oradan çıxıb gəldiklərini, 2500 civarında, 2000-3000 arasında birşey ödədiyini, ondan sonra nə alıbsa onun onlardan xəbərsiz olduğunu, onun heç nəyi saymadığını, heç nəyi təhvil almadığını, onun listurundan pərdəsinə qədər, kondisonerinə, televizoruna qədər hərşeyini, restoranı full remont elədiyini, ondan sonra onların ona kofe makinası aldırdıqlarını, yekə-yekə peçlər aldırdıqlarını, fırın peçi aldırdıqlarını, pizza peçi aldırdıqlarını, təndir qoydurduqlarını, kababxana qoydurduqlarını, atapleniya çəkdirdiklərini, hər şeylərini aldığını, yüz minlərlə pul xərclədiyini, ondan sonra yoldaşlarla Sədərək bazarına getdiklərini, bunlarla üç dənə də qadın getdiyini, iki dənə də ortaq getdiyini - Azər və Azərin artist ortağı-oxuyan ortağı, adı yadında olmadığını, Sədərək bazarında üç dənə qadının qab-qaşıq seçməyə başladığını, onların adlarını bilmədiyini, onun üçün maraqlı deyildi deyə onun bir kənarda durduğunu, onun ödənişi elədiyini, ondan sonra bunların yenə gəzərək, “duz alaq, qənddan alaq”-dediklərini, onlara “qardaş bu qədər də olmaz da, bax bura qədərini mən aldım, bundan sonra gedib diş çöpü alacaqsız onu da mənə aldırmayın ki, mən sizə kira vermirəm” dediyini, razılaşdıqlarını, onun getdiyini, ondan sonra onların nə alıblarsa, 100 dənə qaşıqmı alıblar təzədən, vilkamı alıblar onun ondan xəbərsiz olduğunu, çünki 6 ay onlar orada qaldıqlarını, əlində olan icarə müqaviləsinə görə ona heçnə ödəmədiyini, heç bir qəpik də ödəmədiyini, Elməddin adında şəxsin onun sözlərini təsdiq edə biləcəyini, Elməddin adında oğlanın o yeri Azərgildən qabaq ondan kira istədiyini, onun Elməddinə vermədiyini, bunlara verdiyini, hətta onun “bunlar təshilli adama oxşayır sözdən təmiz olar”- dediyini, lakin yanıldığını, Elməddinin ona “sənin xəbərin var restoran işləmir”-deyə ona xəbər elədiyini, onun da yolunun oradan heç vaxt düşmədiyini, yay günü axşam saat 8- 9 olarkən yolunu oradan salanda restoranın açıq olduğunu, içində də 5-6 nəfərin stol qoyub oturduğunu gördüyünü, ama işlək olmadığını, 5-6 aydır kiranı ödəmədiyi üçün narahat olduğunu, 3-4 nəfər İranlı və bir də bunu gördüyünü, stolu çəkib oturduğunu, Azər müəllimin “yer yiyəsidir”-deyə tanış etdiyini, danışıqdan sonra Azər müəllimin yeri İranlılara kira verdiyini başa düşdüyünü, xətrinə susduğunu, heçnə demədiyini, söz dağılandan sonra “Azər müəllim bəs Elməddin buranı istəyir. Mən ona neçə vaxtdır ki, söz vermişəm Azər müəllim nə vaxtsa ayrılsa sənə verəcəm. Bəs mənim yerimi sən niyə icarəyə verirsən, 5 aydır pul ödəmirsən?”-dediyini, Azər müəllimlə 6 ay – 07 fevral 2022-ci ildən müqavilə bağladığını, 6 aydan sonra, iyun ayının axırında Elməddinlə müqavilə bağladığını, bu tarixlər arası Azər müəllimin ona bir qara qəpik ödəmədiyini, ondan sonra Elməddinə verdiyini, Elməddinə də “burda çox şeyi mən almışam, amma Azər müəllim də nəsə alıb dediyinə görə. Mənim pulumu ödəyəndən sonra gəlib götürəcək”-dediyini, onun da “hə. Gəlib götürər”-dediyini, Azər müəllimin onun pulumu ödəmədiyini, özünün ora da getmədiyini, Azər müəllimin onu o məhkəməyə, bu məhkəməyə verdiyini, mövzunun bu olduğunu, adamın orda nəyi varsa götürməsinə etiraz etmədiyini, bugün də gəlib götürə biləcəyini, əslində 3 illik müqavilə bağladıqlarını, 6 ay işlətdiyi, arendasını ödədikdən, nəyi varsa götürməsinə onun etiraz etmədiyini, amma adamın orada nəyi olduğunu bilmədiyini, xəbərsiz olduğunu, onun 6 ay ərzində oranın qapısını açıb bir dəfə də içinə girmədiyini, onların səhnə düzəltdirdiklərini, Teymur Əmrahın oxuyacaq olduğunu, bir dənə də pianino qoyduğunu, Elməddinin oranı götürəndən sonra “Şöhrət müəllim, mən bunu istəmirəm, bu mənə mane olur, mən ora 3 dənə də stol qoya bilərəm. O səhnənin yerinə”- dediyini, bu adamların da gəlib-getmədiklərini, heçnə ödəniş etmədiklərini, 1-2 dəfə də dediyini, gəlib götürmədiklərini, onun səhnəni sökdüyünü pianino ortalıqda qalmasın deyə öz iş yerində kabinet kimi yerə apardığını, orada qaldığını, sonra bu adamın onu götürüb polisə verdiyini, yəqin ki, icarə haqqını ödəməmək üçün siyasət yeritdiyini, onun da iş yerlərinə yaxın polisə getdiyini, “mən adamın heç nəyini götürməmişəm”- dediyini, hal vəziyyəti izah elədiyini, adamın ona “qaytara bilərsən?”-dediyini, onun “Əlbəttə ki, qaytararam”- dediyini, elə həmin gün qoyub göndərdiklərini, insanlıq elədiyini, bu günə kimi də heç bir məhkəməyə vermədiyini, heç bir iddia qaldırmadığını, onun bir dənə əlindəki müqaviləyə dayandığını, əgər ona adamın bir dənə ödəniş edibsə, bir dənə çeki varsa təqdim etsə, onun on dəfə üzr istəyəcəyini, insanlıq elədiyini, inandığını, ondan sonra yüzlərlə, minlərlə qaşıq ala biləcəyini, onun onların heç birini görmədiyini, onun qab-qaşığı almasını onun ortağının Fəridin də təsdiq edə biləcəyini, Azər müəllim, özü və üç dənə də qadının Sədərək yarmarkasında birinci cərgədə Paşabahçeyə getdiklərini, adamların bir qazel qab-qaşıq seçdiklərini hamısının da pulunu özünün ödədiyini, onun bu adamlarla yolunun belə olacağını düşünmədiyini, onun illərlə işləyəcəklərini, ailə kimi olacaqlarını, mehriban olacaqlarını düşündüyünü, şirniyyatda, onun çəkilib kənarda bir yerdə dayandığını, oranın dar olduğunu, üç dənə qadının seçib yığdıqlarını, onun sadəcə olaraq ödənişi etdiyini, onun restorana 10 dənə qaşıq, 5 dənə vilka almaq lazım olduğunu bilmədiyini, amma Paşabahçedə iynəsindən sapına nə alınıbsa hamısının pulunu özünün ödədiyini, amma onun içində nə var, nə alınıb yadında olmadığını, icarə müqaviləsini bağladıqdan sonra 6 ay pul ödəmədiyini, bu tarixlər arası bu adamın ona bir qara qəpik də ödəmədiyini, ancaq zənglə əlli dəfə istədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, məhəllə 501, ev 2 ünvanında yerləşən 92.2 kv/m qeyri-yaşayış sahəsi İddiaçı icarəyə verilmişdir. İcarə müqaviləsinin: 3-cü bəndinə əsasən, icarə müddəti xx.xx.2025-ci il tarixdədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il uzadılmış hesab edilir. 4-cü bəndinə əsasən, “İcarəyə götürən” İddiaçı “İcarəyə verən” Cavabdeh aylıq 200 manat 00 qəpik (iki yüz manat sıfır qəpik) icarə haqqı ödəyir. xx.xx.2022-ci il tarixli qaimə-fakturalardan görünür ki, Ote Porselen tərəfindən İddiaçı müxtəlif sayda və ölçülərdə restoran ləvazimatları satılmışdır. 88-105-ci, 107-151-ci və 157-171-ci səhifələrdəki müxtəlif sayda və müxtəlif ölçülərdə restoran ləvazimatlarının fotoşəkilləri təqdim edilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı kassa mədaxil orderindən görünür ki, "xxxx" restoranı tərəfindən AC-M MMC-yə 680 (altı yüz səksən) manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı kassa mədaxil orderindən görünür ki, "xxxx" restoranı tərəfindən AC-M MMC-yə 510 (beş yüz on) manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixli ********* saylı kassa mədaxil orderindən görünür ki, "xxxx" restoranı tərəfindən AC-M MMC-yə 800 (səkkiz yüz) manat ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli 04/104 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə Naxçıvan Vəkil Bürosunun vəkili Vəkil arasında hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli 1915 saylı qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə Naxçıvan Şəhər Vəkil Bürosunun bank hesabına 470 (dörd yüz yetmiş) manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar X2 vasitəsilə dövlət büdcəsinin AZ47AİİB******************** saylı xəzinə hesabına 70 (yetmiş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, mülahizələrini və dəlillərini, iş materiallarını öyrənərək, təqdim edilmiş sübutları araşdıraraq və onlara tam, hərtərəfli və obyektiv surətdə hüquqi qiymət verərək aydınlaşdırdı ki, iş materiallarında olan qaimə-fakturalardan və iş materiallarına əlavə olunmuş digər sənədlərdən iddia ərizəsində qeyd edilmiş restoran ləvazimatlarının İddiaçı tərəfindən alındığı sübut olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə 680 (altı yüz səksən) manatın, xx.xx.2022-ci il tarixdə 510 (beş yüz on) manatın və xx.xx.2022-ci il tarixdə 800 (səkkiz yüz) manatın MEH restoranı tərəfindən və “OTE PORSELEN” RESTORAN VƏ OTEL QABLARİ satış mərkəzi tərəfindən İddiaçı adına kəsilmiş 2369.20 manat məbləğində fakturanın iddiaçı tərəfindən ödənildiyi mötəbər sübutlarla sübut olunmaqdadır. Cavabdehin nümayəndəsi Nümayəndə verdiyi izahatında iddia ərizəsində qeyd edilən restoran ləvazimatlarını özünün aldığını qeyd etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iddia ərizəsində qeyd edilən malların dəyərinin cəmi 4763,16 (dörd min yeddi yüz altmış üç manat on altı qəpik) manat təşkil etmişdir. Belə ki, İddiaçı iddia ərizəsində restoran ləvazimatları onlar olmadıqda isə onların dəyəri olan 4914,36 (dörd min doqquz yüz on dörd manat otuz altı qəpik) manat məbləğində pul vəsaitini tələb etmişdir. İddia ərizəsində qeyd edilən tələb restoran ləvazimatlarının ümumi dəyərindən çox olduğundan, iddia tələbi qismən təmin edilərək restoran ləvazimatları onlar olmadıqda isə onların dəyəri olan 4763,16 (dörd min yeddi yüz altmış üç manat on altı qəpik) manat pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilməsi qənaətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevin şikayəti üzrə 2020-ci il 14 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci və 108.1.1-ci maddələrinə əsasən iddia ərizəsi verildikdə mülki məhkəmə icraatında dövlət rüsumu ödənilir. 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. 112.1-ci və 112.1.1-ci maddələrinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə bildirir ki, hazırkı iddia ərizəsi üzrə 69,14 (altmış doqquz manat on dörd qəpik) manat dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixli qəbzlə 70 (yetmiş) manat məbləğində dövlət rüsumu ödəyərək 0.86 (səksən altı) qəpik məbləğində artıq dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 iyun tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydalarının 4.1-ci bəndinə əsasən, Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun büdcədən qaytarılması üçün dövlət rüsumunun ödəyicisi dövlət rüsumunu tutan orqana ərizə ilə müraciət etməlidir. Ərizədə dövlət rüsumunun ödəyicisinin adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi, bu sənədi verən orqanın adı, düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun məbləği, onun yaranma tarixi və səbəbləri, habelə düzgün tutulmamış və ya artıq ödənilmiş rüsumun qaytarılma üsulu (nağd və ya köçürmə yolu ilə) göstərilməlidir. Dövlət rüsumunun ödəyicisi vergi ödəyicisi kimi qeydiyyatda olduqda, ərizədə dövlət rüsumunun ödəyicisinin VÖEN-i (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) göstərilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 69,14 (altmış doqquz manat on dörd qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 67,01 (altmış yeddi manat 01 qəpik) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilməli, iddianın təmin edilməmiş hissəsinə münasibətdə 2,13 (iki manat on üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0.86 (səksən altı) qəpik dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara tam, hərtərəfli, qərəzsiz, və obyektiv surətdə baxdıqdan sonra həmin sübutlara və işin hallarına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ümumi dəyəri 26.4 manat boşqab (21 sm), ümumi dəyəri 72 manat 6 ədəd şəkilli boşqab, ümumi dəyəri 33.6 manat 12 ədəd boşqab (25 sm), ümumi dəyəri 14.4 manat 12 ədəd qaşıq, ümumi dəyəri 14.4 manat 12 ədəd çəngəl, ümumi dəyəri 24 manat 12 ədəd bıçaq, ümumi dəyəri 26 manat 2 ədəd bulud boşqab (30 sm), ümumi dəyəri 48 manat 4 ədəd bulud boşqab (12 D-906 sm), ümumi dəyəri 40 manat 4 ədəd bulud boşqab (10 D-906 sm), ümumi dəyəri 80 manat 10 ədəd boşqab (10 D-906 sm), ümumi dəyəri 60 manat 5 ədəd boşqab (10 D- 906 sm), ümumi dəyəri 50 manat 5 ədəd boşqab (NPV-6W-613), ümumi dəyəri 150 manat 15 ədəd boşqab (43x84), ümumi dəyəri 30 manat 2 ədəd çaxır açan, ümumi dəyəri 30 manat 5 ədəd boşqab (12x44x25x01 sm), ümumi dəyəri 30 manat 30 ədəd sous qabı, ümumi dəyəri 80 manat 20 ədəd çörək qabı, ümumi dəyəri 162 manat 54 ədəd boşqab (25 sm), ümumi dəyəri 135 manat 54 ədəd boşqab (23 sm), ümumi dəyəri 45 manat 15 ədəd güldan, ümumi dəyəri 56 manat 8 qutu stəkan (böyük, balaca, 42- 439), ümumi dəyəri 28 manat 2 qutu viksi stəkanı, ümumi dəyəri 16 manat 1 qutu vaktel bakalı (403), ümumi dəyəri 40 manat 2 qutu Şampan bakalı (44-688), ümumi dəyəri 75 manat 15 ədəd zeytun qabı, ümumi dəyəri 135 manat 30 ədəd çaşqa, ümumi dəyəri 160 manat 10 ədəd şlyapa sezar qabı, ümumi dəyəri 54 manat 54 ədəd çəngəl qaşıq, ümumi dəyəri 120.96 manat 54 ədəd qaşıq, ümumi dəyəri 86.4 manat 54 ədəd bıçaq desert, ümumi dəyəri 90 manat 10 qutu armudu stəkan, ümumi dəyəri 75 manat 10 ədəd çaynik, ümumi dəyəri 136 manat 17 qutu duz qabı dəsti, ümumi dəyəri,1990 manat olmaqla 1 ədəd touch serren, 3 pos-printer, program təminatı, ümumi dəyəri 550 manat çaydan və qazanlar (irili va xırdalı) olmaqla sadalanan əşyaların qaytarılması, onlar olmadıqda onların cəm dəyəri olan 4763.16 (dörd min yeddi yüz altmış üç manat on altı qəpik) manat məbləğin, vəkil üçün ödənilmiş xidmət haqqı (qonorar haqqı) olan 470 (dörd yüz yetmiş) manat və vəkil orderi üçün ödənilmiş 20 (iyirmi) manat marka pulu olmaqla 490 (dörd yüz doxsan) manat məbləğ Cavabdeh qızndan alınıb İddiaçı ödənilməli, iddia qismən təmin edilməli olduğundan qanunvericiliyin tələbinə müvafiq olaraq 69,14 (altmış doqquz manat on dörd qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 67,01 (altmış yeddi manat 01 qəpik) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilməli, iddianın təmin edilməmiş hissəsinə münasibətdə 2,13 (iki manat on üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 0.86 (səksən altı) qəpik dövlət rüsumu “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən İddiaçı geri qaytarılması qanunamüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358.0.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

q ə t e t d i:

İddiaçı Cavabdeh qarşı əşyaların geri qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN-**********) ümumi dəyəri 26.4 manat boşqab (21 sm), ümumi dəyəri 72 manat 6 ədəd şəkilli boşqab, ümumi dəyəri 33.6 manat 12 ədəd boşqab (25 sm), ümumi dəyəri 14.4 manat 12 ədəd qaşıq, ümumi dəyəri 14.4 manat 12 ədəd çəngəl, ümumi dəyəri 24 manat 12 ədəd bıçaq, ümumi dəyəri 26 manat 2 ədəd bulud boşqab (30 sm), ümumi dəyəri 48 manat 4 ədəd bulud boşqab (12 D-906 sm), ümumi dəyəri 40 manat 4 ədəd bulud boşqab (10 D-906 sm), ümumi dəyəri 80 manat 10 ədəd boşqab (10 D-906 sm), ümumi dəyəri 60 manat 5 ədəd boşqab (10 D-906 sm), ümumi dəyəri 50 manat 5 ədəd boşqab (NPV-6W-613), ümumi dəyəri 150 manat 15 ədəd boşqab (43x84), ümumi dəyəri 30 manat 2 ədəd çaxır açan, ümumi dəyəri 30 manat 5 ədəd boşqab (12x44x25x01 sm), ümumi dəyəri 30 manat 30 ədəd sous qabı, ümumi dəyəri 80 manat 20 ədəd çörək qabı, ümumi dəyəri 162 manat 54 ədəd boşqab (25 sm), ümumi dəyəri 135 manat 54 ədəd boşqab (23 sm), ümumi dəyəri 45 manat 15 ədəd güldan, ümumi dəyəri 56 manat 8 qutu stəkan (böyük, balaca, 42-439), ümumi dəyəri 28 manat 2 qutu viksi stəkanı, ümumi dəyəri 16 manat 1 qutu vaktel bakalı (403), ümumi dəyəri 40 manat 2 qutu Şampan bakalı (44-688), ümumi dəyəri 75 manat 15 ədəd zeytun qabı, ümumi dəyəri 135 manat 30 ədəd çaşqa, ümumi dəyəri 160 manat 10 ədəd şlyapa sezar qabı, ümumi dəyəri 54 manat 54 ədəd çəngəl qaşıq, ümumi dəyəri 120.96 manat 54 ədəd qaşıq, ümumi dəyəri 86.4 manat 54 ədəd bıçaq desert, ümumi dəyəri 90 manat 10 qutu armudu stəkan, ümumi dəyəri 75 manat 10 ədəd çaynik, ümumi dəyəri 136 manat 17 qutu duz qabı dəsti, ümumi dəyəri,1990 manat olmaqla 1 ədəd touch serren, 3 pos-printer, program təminatı, ümumi dəyəri 550 manat çaydan və (irili va xırdalı) qazanlar olmaqla sadalanan əşyalar alınaraq İddiaçı qaytarılsın, onlar olmadıqda onların dəyəri olan 4763,16 (dörd min yeddi yüz altmış üç manat on altı qəpik) manat Cavabdeh alınaraq İddiaçı (VÖEN-**********) ödənilsin. Vəkil üçün ödənilmiş xidmət haqqı (qonorar haqqı) olan 470 (dörd yüz yetmiş) manat və vəkil orderi üçün ödənilmiş 20 (iyirmi) manat marka pulu olmaqla, 490 (dörd yüz doxsan) manat məbləğində pul məbləği Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia qismən təmin edildiyindən qanunvericiliyin tələbinə müvafiq olaraq 69,14 (altmış doqquz manat on dörd qəpik) manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 67,01 (altmış yeddi manat 01 qəpik) manat məbləği Cavabdeh alınıb İddiaçı ödənilsin, iddianın təmin edilməmiş hissəsinə münasibətdə 2,13 (iki manat on üç qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin Dövlət rüsumunun qanunvericiliklə müəyyən edilmiş miqdarından artıq ödənilmiş 0.86 (səksən altı qəpik) manat məbləği “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən İddiaçı geri qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Salmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar