Məhkəmə qərarları › İş №e-2-2(3-1)-21/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №e-2-2(3-1)-21/2026

25.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Naxçıvan şəhəri İş № e-2-2(3-1)-21/2026 25.05.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Naxçıvan Мuxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddia ərizəsinin qaytarılması barədə qərardaddan verilmiş şikayətin təmin olunmaması Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası, hakimlər - X2 (məruzəçi), X7 və X8 ibarət tərkibdə Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ##### tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılmışdır. Işin halları

1. İddiaçı MMC (bundan sonra - iddiaçı) 2026-cı il ## ##### tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 (bundan sonra - cavabdeh) ödənilməmiş 7400 manat borcun və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 94 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. Naxçıvan MR Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ##### tarixli qərardadı ilə iddiaçının cavabdehə qarşı qeyd olunan iddia tələbi üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ödənilmiş 1,00 manat dövlət rüsumunun iddiaçının nümayəndəsinə qaytarılması barədə qərardad qəbul olunmuşdur. (hakim X9)

3. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Sistemində ((bundan sonra - AVIS)) və ya Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlər iddia ərizəsinə əlavə edilməmişdir.

4. Həmçinin hazırkı iddia tələbi üzrə iddianın qiyməti 7.400 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan dövlət rüsumunun məbləği 94 manat olmasına baxmayaraq iddiaçının nümayəndəsi tərəfindən ##.##.2026-cı il tarixdə, Hökumət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** nömrəli qəbz ilə 1,00 manat dövlət rüsumu ödənilmişdir.

5. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmədiyindən geri qaytarılmalı, ödənilmiş 1,00 manat dövlət rüsumu iddiaçının nümayəndəsinə qaytarılmalıdır.

6. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 150.1, 150.1.4 və 150.1.6, 150.2, 152.1, 152.1.4, 152.1.5, 152.1.6, 152.2, 152.3 və 152.4-cü, "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 və 8.1.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

7. Həmin qərardadın ləğv olunması və iddia ərizəsinin qəbul edilərək iş üzrə icraata başlanılması barədə iddiaçının nümayəndəsi tərəfindən Kommersiya Məhkəməsinə 2026-cı il # ### tarixdə verilmiş şikayətə 2026-cı il # ### tarixdə baxılaraq təmin edilməmiş və Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinin tələblərinə müvafiq olaraq işlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Şikayətin dəlilləri

8. Məhkəmə geri qaytarılmanı pretenziya qaydasına riayət edilməməsi, iddia ərizəsinin surətinin göndərilməsinin sübut edilməməsi və dövlət rüsumunun az ödənilməsi ilə əsaslandırmış, işin faktiki hallarına düzgün qiymət verilməmiş və prosessual normalar yanlış tətbiq edilmişdir.

9. Məhkəməyədək nizamlama (pretenziya) və iddia ərizəsinin surətinin göndərilməsi barədə - məhkəmə qərardadında iddiaçının cavabdehə pretenziya göndərmədiyini və sənədlərin surətini çatdırmadığını qeyd etmişdir. Lakin iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə cavabdehə rəsmi pretenziya (xəbərdarlıq məktubu), ##.##.2026-cı il tarixdə isə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər AVIS üzərindən cavabdehin elektron kabinetinə təqdim edilmişdir. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinə tam riayət olunsa da, məhkəmə sistem üzərindən göndərilmiş bu sənədləri və göndərişi təsdiq edən məlumatları nəzərə almamışdır.

10. Dövlət rüsumunun ödənilməsi və texniki səhvlər barədə - iddia ərizəsi ilk dəfə verilərkən sistemdə texniki səhvə yol verilərək aidiyyət üzrə Naxçıvan MR Kommersiya Məhkəməsi yerinə Naxçıvan Şəhər Məhkəməsi seçilmiş və həmin iş (№ e-2(5-88)- 508/2026) geri qaytarıldıqdan sonra səhvləri iddiaçıya məlum olmuşdur. Həmin vaxt iddia qiymətinə (7400 AZN) uyğun olaraq 94 manat dövlət rüsumu ********** nömrəli qəbzlə ödənilmişdir. Yeni iddia ərizəsi Kommersiya Məhkəməsinə təqdim edilərkən, sistem tərəfindən əvvəlki 94 manatlıq qəbz “istifadə olunub” kimi göstərildiyi üçün, iddia ərizəsinin sistem üzərindən göndərilməsini təmin etmək məqsədilə əlavə olaraq 1 manat (№**********) rüsum ödənilmişdir. Əsas rüsumun - 94 manatın ödənilməsini təsdiq edən qəbz sənədlər bölməsinə əlavə edilərək qeyd hissəsində bu barədə məlumat verilmişdir. Məhkəmə isə faktiki ödənilmiş rüsumu deyil, yalnız sonuncu 1 manatlıq texniki ödənişi əsas götürərək rüsumun az ödənilməsi qənaətinə gəlmişdir.

11. Mülki Prosessual Məcəllənin 150.2-ci maddəsinin tələblərinin pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və birinci instansiya məhkəməsinin qərardadda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi barədə dəlillərdə eyni ilə yuxarıda göstərilənlərə istinad olunmuşdur.

Tətbiq edilən hüquq

12. Mülki Prosessual Məcəllə; Maddə 10. Məhkəmə baxışının aşkarlığı 10.8-1. Bu Məcəllənin 159, 269,... 394-1, 397.2-ci ... maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 150. Iddia ərizəsinə əlavə edilən sənədlər 150.1. Iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: ... 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; ... 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi HYPERLINK "https://e-qanun.az/framework/282" \o "Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X6 Sistemi"orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 151. Iddia ərizəsinin mümkünlüyü Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. Iddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: ... 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.3. Iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır... Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi

400. Apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

13. Icarə haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Icarə haqqında” Qanun) Maddə 14. Icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı mübahisələrə baxılması Icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.

14. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu; Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi;

Apelyasiya məhkəməsinin hüquqi mövqeyi

15. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının nümayəndəsinin şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

16. Məhkəmə kollegiyası şikayətin dəlillərini kommersiya mübahisəsi üzrə işin materialları ilə birlikdə araşdırıb onlara hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məlumdur ki, pretenziya öhdəliklərin icrası zamanı pozuntuların aradan qaldırılması barədə borcluya ünvanlanmış yazılı tələb, mübahisənin məhkəməyə qədər olan mərhələdə həllini nəzərdə tutan sənəddir. Pretenziyada kreditorun tələblərinin mahiyyəti, onların səbəbləri və təmin edilməsi müddətləri, o cümlədən tələbin borclu tərəfindən icra olunmadığı təqdirdə məhkəməyə müraciət edilməsinin mümkünlüyü barədə xəbərdarlıq göstərilir.

17. Şikayətin qərardadın 9-cu bəndində göstərilən dəlilləri ilə bağlı kollegiya bildirir ki, birinci instansiya məhkəməsi 2026-cı il ## ##### tarixli qərardadında “iddiaçının cavabdehə pretenziya göndərmədiyini və sənədlərin surətini çatdırmadığını” deyil, “iddiaçı tərəfindən pretenziya bildirişinin (xəbərdarlıq məktubunun), iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehin AVIS-də və ya Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış elektron kabinetinə göndərildiyini təsdiq edən müvafiq sənədlərin iddia ərizəsinə əlavə edilmədiyini” qeyd etmişdir.

18. Yəni cavabdehin AVIS-də yaradılmış elektron kabinetinə pretenziyanın göndərilməsi deyil, həmin pretenziyanın göndərilməsini təsdiq edən sənədin (iddiaçının elektron kabinetindən cavabdehin elektron kabinetinə pretenziyanın göndərilməsini sübut edən “çıxarış”ın və s.) iddia ərizəsinə əlavə olunmaması nəzərdə tutulmuşdur. Bu isə Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinin tələbidir.

19. Lakin Mülki Prosessual Məcəllənin 150.1.6 və 152.1.6-cı maddələrinin məzmunundan göründüyü kimi, iddiaçı ilə cavabdehin arasındakı mübahisənin məhkəməyə qədər nizama salınması və ya pretenziya qaydasına riayət edilməməsi yalnız o halda iddia ərizəsinin qaytarılması üçün əsas ola bilər ki, bu qaydaya riayət edilməsinin məcburiliyi müqavilədə və ya qanunda və ya Azərbaycan Respublikasının tərəfadr çıxdığı beynəlxalq müqavilədə birbaşa göstərilmiş olsun. Qalan hallarda iddia ərizəsinin bu əsasla geri qaytarılması yolverilməzdir.

20. Iş materiallarında olan, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli daşınmaz əmlakın subicarə müqaviləsində, ##.##.2025-ci il tarixli əlavə razılaşmada (daşınmaz əmlakın subicarə müqaviləsinə dəyişiklik edilməsi barədə) və mövcud borcun etirafı və ödəniş qaydası haqqında müqavilədə pretenziya qaydasına riayət edilməsinin məcburiliyi nəzərdə tutulmamışdır.

21. “Icarə haqqında” Qanunun 14-cü maddəsinə görə isə, icarə müqaviləsinin bağlanması, icrası, dəyişdirilməsi və pozulması zamanı əmələ gələn mübahisələrə məhkəmə baxır.

22. Kollegiya qeyd edir ki, iddia ərizəsinin qaytarılmasının qanuni əsaslarından biri də kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınmasına dair sübutun təqdim olunmamasıdır. Bu Mülki Prosessual Məcəllənin 150.1.4 və 152.1.4-cü maddələrinin birbaşa tələbidir.

23. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasını təsdiq edən sənədlərə iddiaçının elektron kabineti vasitəsilə (elektron poçt və SMS vasitəsi ilə) həmin şəxslərin “Elektron məhkəmə” informasiya sistemində və ya AVIS-də yaradılmış elektron kabinetlərinə qeyd olunan sənədlərin göndərilməsini sübut edən “çıxarış”, poçt göndərişinin çatdırılması haqqında bildiriş, bildirişli teleqaram, iddia ərizəsinin surəti və ona əlavə edilmiş sənədlər iddiaçı tərəfindən digər şəxslərə şəxsən təqdim olunduqda isə onların təqdim olunmasını təsdiq edən və alan şəxsin imzası və zəruri olan hallarda möhürü olan sənədlər (qəbz, bildiriş və s.), habelə müvafiq sənədin iddiaçıda qalan nüsxəsində həmin sənədin surətinin cavabdeh və ya digər şəxs tərəfindən alınmasına dair imza və (və ya) möhürlə təsdiq edilmiş qeyd aiddir.

24. Iddia ərizəsinin surətinin və ona əlavə olunmuş sənədlərin cavabdeh və digər şəxslər tərəfindən alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilmədikdə, məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.4-cü maddəsinə əsasən iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarmalıdır.

25. Şikayətin qərardadın 10-cu bəndində göstərilən dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçının həmin dəlili əsaslıdır. Belə ki, iş materiallarının 7-ci və 45-ci vərəqində olan dövlət rüsumunun ödənilməsinə aid sənədlərdən (delallar, qəbz haqqında məlumat), həmçinin Naxçıvan Şəhər Məhkəməsinin e-*(*-**)-***/**** saylı 2026-cı il ## ##### tarixli qərardadından məlum olur ki, hazırkı iddia tələbi üzrə iddianın qiyməti 7.400 manat təşkil etdiyindən, həmin məbləğ üzrə qanunvericiliyin tələbinə müvafiq olaraq ödənilməli olan 94 manat dövlət rüsumu iddiaçı tərəfindən elektron hökumət ödəniş portalına ##.##.2026-cı il tarixdə ********** saylı (i/v.7-də HÖP qəbz nömrəsi kimi göstərilmişdir) qəbzlə təyinatı üzrə Naxçıvan MR Kommersiya Məhkəməsinə ödənilmiş və istifadə olunmamışdır. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytararkən Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə istinad etməkdə haqlı olmamışdır.

26. Beləliklə, kollegiya hesab edir ki, e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ##### tarixli qərardadın ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 150.1 və 150.1.4, 152.1 və 152.1.4-cü maddələrinə istinad etməklə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri qaytarmaqda düzgün nəticəyə gəlmişdir. Ona görə də həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı qərardaddan Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə müvafiq olaraq kassasiya şikayəti verilə biməz. Nəticə

28. Mülki Prosessual Məcəllənin 365, 397.2, 398.0 və 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin e-*-*(*-**)-***/**** saylı 2026-cı il ## ##### tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar