Məhkəmə qərarları › İş №e-2-2(3-6)-1030/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-1030/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-1030/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh Cavabdeh qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsi üzrə 13700 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh Cavabdeh MMC arasında bağlanmış podrat müqaviləsi üzrə 11300 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 125 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı iddiası təmin edilmiş, cavabdeh Cavabdeh 13700 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilməsi, cavabdeh Cavabdeh 11300 manat məbləğində pulun tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdeh Cavabdeh 131 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı, 124 manat məbləğində pulun tutularaq müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qərardadı ilə ##.##.2026-cı il tarixli apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdehin elektron kabineti olmadığından Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-ci il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ## ### 2026cı il tarixdə məktubla Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanına göndərilmişdir. Lakin həmin ünvanda nə MMC yerləşdiyindən, nə də ki qanuni təmsilçi orada faktiki olaraq yaşadığından qətnamə rəsmi qaydada əldə edilməmişdir. Cavabdehin sözügedən qətnamədən ümumiyyətlə məlumatı olmamışdır. Həmin qətnamə haqqında cavabdehə müvafiq icra qurumunda məlumat verilmişdir. Bundan dərhal sonra cavabdeh rəsmi qaydada məhkəməyə müraciət edərək ##.##.2026-cı il tarixdə qətnaməni qəbzə imza etməklə əldə etmişdir. Cavabdeh tərəfindən müvafiq qətnamədən apellyasiya şikayəti verilmiş, lakin müvafiq apellyasiya şikayətinin verilməsi müddət ötürüldüyü səbəbindən geri qaytarılmışdır. Cavabdehə bildirilmişdir ki, iş materiallarında olan xəbərnamədən görünür ki, sözügedən qətnamə ##.##.2026-ci il tarixdə poçt vasitəsi ilə “Məzahir” adlı şəxs tərəfindən alınmışdır. Lakin cavabdehin qanuni təmsilçisi həmin ünvanda faktiki yaşamadığımdan heç bir xəbərnaməyə imza etməmişdir. Qətnamənin kimin tərəfindən əldə olunması cavabdehə məlum deyildir. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2-2(113)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini, apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında açıq şəkildə bildirilmişdir ki, poçt göndərişi qərardadda göstərilən ünvana (Babək pr., ev 58, mənzil 31) deyil, tamamilə başqa ünvana (ev 60, mənzil 72) aparılmışdır və göndərişin faktiki harada, kimə və hansı şəraitdə təhvil verildiyi məlum deyildir. Buna baxmayaraq, məhkəmə işin faktiki hallarını dəqiqləşdirmək üçün poçt şöbəsinə rəsmi sorğu verməmiş, göndərişin hansı ünvanda və kimə təhvil verilməsinə dair kuryer reyestrini tələb etməmişdir. Məhkəmə yalnız formal olaraq "xəbərnamədə imza və qeyd var, deməli sənəd rəsmi çatdırılıb" deyərək məsələyə səthi yanaşmış, poçt tərəfindən yol verilmiş açıq pozuntunu və uyğunsuzluğu araşdırmaqdan imtina etmişdir. Çatdırılma faktı cavabdeh tərəfindən mübahisələndirildiyi halda, sorğu verilmədən çıxarılan qərardad natamam araşdırmaya söykənir. Cavabdeh MMC-nin qanuni təmsilçisi— Qanuni nümayəndədur. Sənədi alan şəxs kimi göstərilən Məzahir adlı şəxs MMC-nin vəzifəli şəxsi, təsisçisi və ya işçisi deyildir. Hüquqi şəxslə rəsmi və hüquqi bağlılığı olmayan şəxsə göndərişin təhvil verilməsi hüquqi şəxsə rəsmi çatdırılma hesab edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Faktiki hallar və hüquqi dəyərləndirmə: -İş materialları ilə müəyyən edilir ki, ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** nömrəli qətnamə xəbərnaməli məktubla cavabdehin hüquqi ünvanına göndərilmiş və həmin ünvanda ##.##.2026-cı il tarixdə Məzahir adlı şəxs tərəfindən qəbul edilərək xəbərnaməyə imza edilmişdir. EMİS-dən müəyyən edilir ki, həmin ünvanda qeydiyyatda olan X1 cavabdehin ailə üzvü-atasıdır. Odur ki, MPM-in 135.3-cü maddəsinə əsasən qətnamə cavabdehin qanuni təmsilçisinə rəsmi çatdırılmış hesab edilir. Cavabdeh tərəfindən isə həmin qətnamədən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət ##.##.2026-cı il tarixdə başlamış və müddətin son günü qeyri-iş gününə düşdüyündən sonraki iş günü olan ##.##.2026-cı il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, yuxarıda da qeyd edildiyi kimi poçt göndərişi cavabdehin hüquqi şəxsin ünvanına göndərilməklə həmin ünvanda qanuni təmsilçinin ailə üzvü tərəfindən qəbul edilmişdir. Odur ki, poçt göndərişinin başqa ünvanda və ya kənar şəxs tərəfindən qəbul edilməsi barədə dəlillər formal mülahizə kimi dəyərləndirilir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətli bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar