Azәrbaycan Respublikası adından Qətnamə Bakı şәhәri İş № e-2-2(3-6)-987/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı “AS İnşaat Holding” MMC-nin cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: podrat müqaviləsi üzrə əsas borc və dəbbə pulu) Bakı Apellyasiya Mәhkәmәsinin Kommersiya Kollegiyası Hakimlәr Leyla Rauf qızı Əliyevanın sәdrliyi vә mәruzәsi ilә, X3 vә X2 ibarәt tәrkibdә, mәhkәmә iclas katibi Nofәl Rәhman oğlu Abdullayevin katibliyi ilә, İddiaçının qanuni tәmsilçisi Asıf Mamedovun iştirakı ilә, İddiaçı “AS İnşaat Holding” MMC-nin cavabdeh Cavabdeh MMC-yә qarşı “müqavilә üzrә pul” tәlәbinә dair iddiası üzrә Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il il tarixli e-*-*(*-**)-****/**** saylı qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә әsasәn kommersiya mübahisәsinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında, açıq mәhkәmә iclasında baxaraq, müәyyәn etdi İşin halları:
1. “AS İnşaat Holding” MMC ilә Cavabdeh MMC arasında ##.##.2024- cü il tarixli MLKT-S/P-** nömrәli Subpodrat müqavilәsi imzalanmışdır. Hәmin müqavilәnin: 2.1-ci bәndinә әsasәn Subpodratçı dәyәri, hәcmi vә adı bu Müqavilәyә edilәcәk Əlavәdә (bundan sonra Əlavә) göstәrilәn xidmәtlәri yerinә yetirmәyi, Podratçı isә hәmin xidmәtlәri tәhvil alıb müvafiq olaraq dәyәrini ödәmәyi öz öhdәsinә götürür. 2.2-ci bәndinә әsasәn Subpodratçı Müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında Müqavilәnin Əlavәsinә uyğun olaraq işlәrin yerinә yetirilmәsini öhdәsinә götürür. Yerinә yetirilmiş işlәr Subpodratçının tәklifinә vә bu Müqavilәdә göstәrilmiş şәrtlәrә uyğun olmadıqda, Subpodratçı aşkar olunmuş qüsurun Müqavilәnin xüsusi şәrtlәrindә göstәrilmiş qaydada aradan qaldırılmasına tәminat verir. 2.3-ci bәndinә әsasәn podratçı müqavilәdә nәzәrdә tutulmuş şәrtlәr әsasında işlәrin (malların vә xidmәtlәrin) subpodratçıdan qәbul edilmәsini vә müqavilәyә әsasәn yerinә yetirilәn işlәrә görә razılaşdırılmış mәblәği subpodratçıya tәqdim edilәn forma 2 aktlarına әsasәn ödәmәk öhdәliyini götürür. 2.5-ci bәndinә әsasәn Aşağıdakı sәnәdlәr bu müqavilәnin ayrılmaz tәrkib hissәsidir: Müqavilәnin xüsusi şәrtlәri; Texniki şәrtnamәlәr; X4 (Əlavә №*); İşlәrin icra qrafiki; Layihә vә cizgilәr (elektron). 5.1-ci bәndinә әsasәn Subpodratçı malların göndәrilmәsi, işlәrin yerinә yetirilmәsi vә xidmәtlәrin göstәrilmәsi üzrә müqavilәdә nәzәrdә tutulan öhdәliklәri yerinә yetirib malları (işlәri vә xidmәtlәri) Podratçıya müәyyәnlәşdirilmiş qaydada tәhvil vermәlidir. 5.2-ci bәndinә әsasәn Subpodratçı müqavilәnin icrası ilә bağlı olan bütün şәrtlәri, tәlәblәri vә buna aid mәlumatları öyrәndikdәn sonra müqavilәni imzalayır. Subpodratçının bu cür şәrtlәri, tәlәblәri vә mәlumatları bilmәmәsi onu müqavilә üzrә götürdüyü öhdәliklәrdәn azad etmir. 5.9-cu bәndinә әsasәn Podratçı müqavilә üzrә göndәrilmiş malların, yerinә yetirilmiş işlәrin vә göstәrilmiş xidmәtlәrin tәxirә salınmadan (aşkar olunan qüsurların Subpodratçı tәrәfindәn aradan qaldırılması şәrti ilә) qәbul edilmәsini vә ödәnişlәrin vaxtında aparılmasını öhdәsinә götürür. 13.1-ci bәndinә әsasәn Müqavilә üzrә ödәnişlәr Subpodratçı tәrәfindәn hәr 20 (iyirmi) gündәn bir tәqdim edilәn müvafiq tәsdiqedici sәnәdlәr (tәhvil-tәslim aktı, forma 2 vә s.) әsasında, hәmin sәnәdlәr tәqdim edildikdәn vә imzalandıqdan sonra 5 (beş) bank günündәn gec olmayaraq podratçı tәrәfindәn ödәnilir. 13.2-ci bәndinә әsasәn podratçı, satın alınan işlәrin yerinә yetirilmәsi üçün subpodratçıya 25 (iyirmi beş) % avans ödәnilir. 13.3-cü bәndinә әsasәn müqavilәnin icrasını tәmin etmәk mәqsәdilә podratçı hәr ödәnişdәn tәqdim olunan qaimә-faktura әsasında görülәn işlәrin 5% hәcmindә tutulmalar edir. 13.4-cü bәndinә әsasәn podratçı müqavilәnin icrasını tәmin etmәk mәqsәdilә hәr ödәnişdәn müqavilәnin xüsusi şәrtlәrindә göstәrilәn mәblәği tutur. Hәmin vәsait müqavilәnin icrası tam başa çatdırıldıqdan (texniki tәminat müddәti başa çatdıqda) vә bunu tәsdiq edәn sәnәdlәr tәrtib olunduqdan sonra (qüsurların aradan qaldırılması vә s.) hәr hansı etirazsız, bank günü müddәtindә Subpodratçıya ödәnilir.
2. ##.##.2024-cü il tarixli MLKT-S/P-** nömrәli müqavilәnin xüsusi şәrtlәrinin 7-ci bәndinә әsasәn Subpodratçının hüquq vә öhdәliklәrindәn biri Subpodratçı müqavilәnin icrası ilә bağlı hәr 20 gündәn bir görülmüş işlәrin istismara yararlılığını tәsdiq edәn, qarşılıqlı imzalanmış tәhvil-tәslim aktı, forma 2 sәnәdlәrә әsasәn, aktlar sәlahiyyәtli şәxslәr tәrәfindәn imzalandığı tarixdәn etibarәn 5 bank günü әrzindә ödәnişi hәyata keçirmәyi tәlәb edә bilәr.
3. Hәmin müqavilәnin xüsusi şәrtlәrinin 18-ci bәndinә әssasәn müqavilәnin icrasını tәmin etmәk mәqsәdilә hәr ödәnişdәn tutulmalar tәqdim olunan qaimә-faktura әsasında görülәn işlәrin 5%-i hәcmindә tutulur.
4. Hәmin müqavilәnin xüsusi şәrtlәrinin 32-ci bәndinә әssasәn Müqavilә üzrә Subpodratçı tәrәfindәn gecikmәlәrә görә cәrimә sanksiyaları vә mәblәği: Hәr gecikmә günü üçün ümumi müqavilә mәblәğinin 0,4%-i Cәrimә mәblәğinin yuxarı hәddi: Ümumi müqavilә mәblәğinin 10%i,
5. Hәmin müqavilәnin xüsusi şәrtlәrinin 33-cü bәndinә әsasәn Satınalma müqavilәsi üzrә Podratçı tәrәfindәn ödәnişlәrin gecikdirilmәsinә görә cәrimә sanksiyaları vә mәblәği: Hәr gecikmә günü üçün gecikdirilәn mәblәğin 0,4%-i,Cәrimә mәblәğinin yuxarı hәddi: Ümumi müqavilә mәblәğinin 10%-i
6. ##.##.2024-cü il tarixli MLKT-S/P-** nömrәli müqavilәyә әlavә olunan ##.##.2024ci il tarixli qiymәt razılaşma protokoluna әsasәn tәrәflәr protokolda qeyd edilәn ünvanlardakı binalarda cәmi 557725,22 manat mәblәğindә tәmizlik vә abadlaşdırma işlәrinin görülmәsi barәdә razılığa gәlmişlәr.
7. ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhviltәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 75-79 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 67-73 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 65 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 61-63 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 55-59 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 47B ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 47A ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 45 ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 43A ünvanında, ##.##.2024-cü il tarixli ** nömrәli tәmir–bәrpa işlәri başa çatmış tikililәrin tәhvil-tәslimi barәdә akta әsasәn Neftçilәr prospekti 10 ünvanında tәmir bәrpa işlәri başa çatdırılmışdır. Aktlar hәr iki tәrәfin imza vә möhürü ilә tәsdiq edilmişdir.
8. “AS İnşaat Holding” MMC tәrәfindәn ##.##.2024-cü il tarixli MT2406 seriyalı ******** nömrәli 69254,9 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2408 seriyalı ******** nömrәli 71644,4 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2408 seriyalı ******** nömrәli 69081,8 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2408 seriyalı ******** nömrәli 128804,08 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 35542,2 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 70600 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 18744 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 25819,5 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 50398,3 manat mәblәğindә, ##.##.2024-cü il tarixli MT2409 seriyalı ******** nömrәli 17841,65 manat mәblәğindә işlәrin görülmәsinә dair Cavabdeh MMC-yә elektron qaimәlәr göndәrilmişdir.
9. ##.##.2024-cü il tarixli arayışa әsasәn 557725,22 manat mәblәğdә işlәr ##.##.2024-cü il tarixindәn ##.##.2024-cü il tarixinә kimi sonlandırılmışdır. Arayış Cavabdeh MMC-nin vә “AS İnşaat Holding” MMC-nin imza vә möhürü ilә tәsdiq edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat:
10. İddiaçı “AS İnşaat Holding” MMC iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh MMC –dәn 142060,95 manat, 55772,52 manat müqavilә şәrtinә uyğun hesablanmış cәrimә,hüquqi yardımın göstәrilmәsi mәqsәdilә vәkilә ödәnilmiş 500 manat vә ödәnilmiş dövlәt rüsumu 488,76 manat, cәmi 198822,23 manat pulun iddiaçı “AS İnşaat Holding” MMC –nin xeyrinә tutulması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
11. İddia әrizәsi onunla әsaslandırılmışdır ki, iddiaçı “AS İnşaat Holding” MMC (subpodratçı) ilә cavabdeh Cavabdeh MMC (podratçı) arasında (Neftçilәr prospekti 75-79; 67-73; 65;61-63; 55-59; 47 B; 47 A; 45; 43 A; 10)binalarında tәmizlik vә abadlaşdırma işlәri yerinә yetirilmәsinә dair ##.##.2024-cü il tarixli MLKT-S/P-** nömrәli Subpodtart müqavilәsi imzalanmışdır. Hәmin müqavilәyә uyğun olaraq subpodratçı dәyәri, hәcmi vә adı bu müqavilәyә edilәcәk әlavәdә göstәrilәn xidmәtlәri yerinә yetirmәyi, podratçı isә hәmin xidmәtlәri tәhvil alıb müvafiq olaraq dәyәrini ödәmәyi öhdәsinә götürmüşdür. Müqavilәnin şәrtlәrinә әsasәn “AS İnşaat Holding” MMC әdv daxil 557 725,22 manat dәyәrind әtәmizlik vә abadlaşdırma işlәrini göndәrilәn e-qaimәyә әsasәn icra etmişdir. İcra edilmiş işlәr Cavabdeh MMC tәrәfindәn tәhvil alınmış, tәhvil alınmış işlәrә görә 350059,79 manat әsas mәblәğ, 65610,54 manat ƏDV mәblәği ödәniş edilmiş, lakin 142060,95 manat (122593,83 manat әsas 19467,12 manat ƏDV) mәblәği hәlә dә ödәnilmәmişdir. Müqavilәnin 5.9-cu bәndinә әsasәn, podratçı müqavilә üzrә göndәrilmiş malların, yerinә yetirilmiş işlәrin vә göstәrilmiş xidmәtlәrin tәxirәsalınmadan (aşkar olunan qüsurların subpodratçı tәrәfindәn aradan qaldırılması şәrti ilә) qәbul edilmәsini vә ödәmәlәrin vaxtında aparılmasını öhdәsinә götürür. 2024-cü ilin oktyabr ayından etibarәn cavabdehlә aparılmış uzunmüddәtli danışıqlar zamanı Cavabdeh MMC-nin borcunun yarandığı etiraf edilmiş, lakin sifarişçi tәrәfindәn ödәnişlәrintam hәyata keçirilmәdiyimәsi bildirilsәdә, heç nәdәn asılı olmayaraq yarnmış borcun әn qısa zamanda ödәnilәcәyi vә “AS İnşaat Holding” MMC ilә xüsusirazılığa gәlinәcәyi bildirilmişdir MT2409 seriyalı, ******** nömrәli, ##.##.2024-cü il tarixli elektron qimә ilә ödәniş üçün göndәrilәn 50398,37 manat mәblәğdәn 15524,99 manat qismәn ödәnilәrәk 34873,38 manat ödәnilmәmişdir. MT2409 seriyalı, ******** nömrәli ##.##.2024-cü il tarixli elektron qaimә ilә ödәniş üçün göndәrilәn 17 841,65 manat mәblәğ tam ödәnilmәmişdir. MT2409 seriyalı, ******** nömrәli, ##.##.2024-cü il tarixli elektron qimә ilә ödәniş üçün göndәrilәn 70600,06 manat mәblәğ tam ödәnilmәmişdir. MT2409 seriyalı, ******** nömrәli, ##.##.2024-cü il tarixli elektron qimә ilә ödәniş üçün göndәrilәn 18744,06 manat mәblәğ tam ödәnilmәmişdir. Nәticәdә cavabdeh Cavabdeh MMC tәrәfindәn müqavilә şәrtlәrinin tәlәblәri hәyata keçirilmәmiş, öhdәliklәr yerinә yetirilmәmişdir, bunula da Cavabdeh MMC-nin 142060,95 manat (122593,83 manat әsas 19467,12 manat ƏDV) mәblәğindә borcu yaranmışdır. Lakin 2025-ci ilin әvvәllәrindәn etibarәn borcun ödәnilmәsi ilә bağlı tәrәfimizdәn cavabdehә dәfәlәrlә sözügedәn müqavilәnin dәyәrinin tam şәkildә ödәnilmәsi, yәni geri qalan borc pul mәblәğinin qaytarılması tәlәb olunsa da, cavbdeh tәrәfindәn ilkin olaraq qalıq borcun tezliklә ödәnilәcәyinә söz versә dә sonradan olan müraciәtlәrә nә әhәmiyyәt vermәmiş, nә dә ki, borc pul mәblәğini geri qaytarmamışdır.
12. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il il tarixli e-*-*(*-**)-****/**** saylı qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, cavabdеh Cavabdeh MMC-dәn 142060,95 manat әsas borc, 7103 manat dәbbә pulu olmaqla cәmi 149.163,95 manat borc mәblәğinin, vәkil xәrcinin әvәzi olaraq 500 manat vә dövlәt rüsumunun әvәzi olaraq 439 manat pulun (ümumilikdә 150102,95 manat) tutularaq iddiaçı “AS İnşaat Holding” MMC-yә ödәnilmәsi qәt edilmişdir.
13. Mәhkәmә gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, mәhkәmә araşdırılması zamanı müәyyәn edilib ki, iddiaçı ilә cavabdeh arasında ##.##.2024-cü il tarixli MLKT-S/P-** nömrәli Subpodrat müqavilәsi imzalanmışdır. Müqavilәnin 2.1-ci bәndinә әsasәn Subpodratçı dәyәri, hәcmi vә adı bu Müqavilәyә edilәcәk Əlavәdә göstәrilәn xidmәtlәri yerinә yetirmәyi, Podratçı isә hәmin xidmәtlәri tәhvil alıb müvafiq olaraq dәyәrini ödәmәyi öz öhdәsinә götürür. İş materiallarına әlavә edilmiş sәnәdlәrdәn görünüb ki, iddiaçı müqavilә üzrә öhdәliklәrini tam icra edәrәk cavabdehә tәhvil versә dә, cavabdehin müqavilә üzrә iddiaçıya ödәnilmәmiş borcu qalmışdır. Belә ki, iddia әrizәsinә әlavә edilmiş bütün tәhviltәslim aktları, bütün işlәrin icra edilmәsini göstәrәn arayış hәm iddiaçı, hәm cavabdeh tәrәfindәn imza vә möhür ilә tәsdiq edilmişdir. Ümumi işlәrin dәyәrindәn әsaslı hissә cavabdeh tәrәfindәn ödәnilsә dә, 142060,95 manat ödәnilmәmiş qalmışdır. Mәhkәmә xüsusi ilә onu da vurğulayıb ki, baxmayaraq ki, cavabdeh şirkәtin EMİS-dә e-kabineti mövcüddur, bütün mәhkәmә iclaslarının vaxtı vә yeri barәdә mәlumatlı olmuş, lakin heç bir mәhkәmә iclasında iştirak etmәmiş, nә dә ki, tәlәb edilәn borc mәblәğinә dair hәr-hansı yazılı etirazını mәhkәmәyә tәqdim etmәmişdir. Yalnız bir dәfә әsassız vәsatәt ilә mәhkәmәyә müraciәt edәrәk iddia әrizәsinin geri qaytarılmasını xahiş etmişdir. Mәhkәmә işin faktiki hallarını şәrh olunan hüquq normaları әsasında qiymәtlәndirәrәk hesab edib ki, iddia әsas borc hissәsindә tәmin edilmәli, 142060,95 manat qalıq borc mәblәği cavabdehdәn tutularaq iddiaçıya ödәnilmәlidir. Bundan әlavә, iddiaçı iddia әrizәsindә borcun ödәnilmәsinin gecikdirilmәsinә görә tәrәflәr arasında bağlanmış müqavilәyә әsasәn hesablanmış 55772,52 manat dәbbә pulunun cavabdehdәn tutulması tәlәbini dә irәli sürmüşdür. Mәhkәmә hesab edib ki, cavabdehin müqavilә üzrә ödәnişlәrini gecikdirmәsi işin yuxarıda göstәrilәn halları ilә müәyyәn edildiyindәn, vә tәrәflәr arasında bağlanmış müqavilәdә öhdәliklәrin icra edilmәsinin gecikdirilmәsinә görә cәrimә ödәnilmәsi nәzәrdә tutulduğundan iddiaçı cavabdehdәn cәrimәnin ödәnilmәsini tәlәb etmәkdә haqlıdır. Belә olan halda mәhkәmә tәlәb olunan dәbbә pulunun әsas borc mәblәğinә (142060,95 manat) nisbәtini, elәcә dә hәm kreditorun, hәm dә borclunun әsaslı mәnafeyini nәzәrә alaraq hesab edib ki, cavabdehdәn tutulması tәlәb olunan dәbbә pulu tәnasübsüz surәtdә yüksәk olduğundan tutulacaq dәbbә pulu azaldılaraq, 7103 manat mәblәğindә müәyyәn edilmәlidir.
14. Birinci instansiya mәhkәmәsi işi mahiyyәti üzrә hәll edәrkәn Mülki Mәcәllәnin 385.1, 442, 443.1, 448.1, 752.1, 753.1, 769, 462.1, 467-ci maddәlәrinә, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun “xxxx” Mәhdud Mәsuliyyәtli Cәmiyyәtinin direktoru H.Əliyevin şikayәti üzrә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qәrarının Azәrbaycan Respublikasının Konstitusiyasına vә qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2022-ci il tarixli istinadla әsaslandırmışdır.
15. Cavabdeh hәmin qәtnamәdәn apellyasiya şikayәti verәrәk qәtnamәnin iddia tәlәbinin tәmin edildiyi hissәsindә lәğv edilmәsini vә iş üzrә yeni, iddia tәlәbinin tam rәdd edilmәsinә dair qәtnamәnin qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri:
16. Cavabdeh apellyasiya şikayәtini onunla әsaslandırılmışdır ki: -mәhkәmә qәtnamәdә qeyd etmişdir ki, birinci instansiya mәhkәmәsi qәtnamәdә iddiaçı tәrәfindәn tәqdim olunmuş tәhvil-tәslim aktlarının vә digәr sәnәdlәrin hәr iki tәrәfin imza vә möhürü ilә tәsdiq edildiyini qeyd edәrәk, bu sәnәdlәrә әsasәn cavabdehin 142.060,95 manat mәblәğindә borcunun mövcud olması nәticәsinә gәlmişdir. Lakin mәhkәmә hәmin nәticәyә hansı hesablamalar әsasında gәldiyini qәtnamәdә ümumiyyәtlә göstәrmәmişdir. Qәtnamәdә iddiaçının tәqdim etdiyi elektron qaimәlәrin, tәhvil-tәslim aktlarının vә aparılmış ödәnişlәrin hәr biri ayrıca tәhlil edilmәmiş, hәr bir sәnәd üzrә görülmüş işlәrin dәyәri, hәmin işlәrә görә edilmiş ödәnişlәr vә nәticәdә qalan borcun hansı qaydada hesablandığı açıqlanmamışdır. Mәhkәmә yalnız ümumi şәkildә iddiaçının müqavilә üzrә öhdәliklәrini yerinә yetirdiyini vә cavabdehin ödәnilmәmiş borcunun qaldığını qeyd etmiş, lakin 142.060,95 manat mәblәğinin hüquqi әsaslandırmasını qәtnamәdә әks etdirmәmişdir. -Bundan başqa, qәtnamәnin mәzmunundan görünür ki, mәhkәmә müxtәlif tarixli vә müxtәlif mәblәğli elektron qaimәlәri sadalamış, hәmçinin bir neçә tәhvil-tәslim aktına istinad etmişdir. Bununla belә, hәmin sәnәdlәrin hәr biri üzrә hansı mәblәğin ödәnildiyi, hansı mәblәğin ödәnilmәdiyi, ödәnişlәrin hansı qaimәlәrә aid edildiyi vә yekun borcun necә formalaşdığı barәdә heç bir hüquqi vә maliyyә tәhlili aparılmamışdır. Xüsusilә nәzәrә alınmalıdır ki, mәhkәmәnin özünün istinad etdiyi müqavilәnin 13.1-ci bәndinә әsasәn ödәnişlәr tәqdim edilәn tәsdiqedici sәnәdlәr (Forma-2, tәhvil-tәslim aktı vә digәr sәnәdlәr) әsasında hәyata keçirilmәlidir. Lakin mәhkәmә bu sәnәdlәrin tamlığını, onların müqavilә şәrtlәrinә uyğunluğunu vә hәr biri üzrә hesablaşmaların düzgün aparılıb-aparılmadığını araşdırmamışdır. -Bundan әlavә, mәhkәmә iş üzrә faktiki halları tam, hәrtәrәfli vә obyektiv araşdırmadan nәticәyә gәlmiş, xüsusilә dә müqavilәyә әlavә edilmiş X4 nәzәrdә tutulmuş işlәrin tam hәcmdә vә müqavilәnin şәrtlәrinә uyğun icra olunub-olunmadığını müәyyәn etmәmişdir. Belә ki, tәrәflәr arasında bağlanmış ##.##.2024-cü il tarixli MLKT-S/P-** nömrәli Subpodrat müqavilәsinin ayrılmaz tәrkib hissәsi olan X4 subpodratçı tәrәfindәn görülmәli olan işlәrin növü, hәcmi, yerinә yetirilәcәyi obyektlәr vә onların dәyәri konkret şәkildә müәyyәn edilmişdir. Hәmin sәnәd müqavilә münasibәtlәrinin әsas elementlәrindәn biri olmaqla, görülmüş işlәrin mәhz razılaşdırılmış hәcmdә vә keyfiyyәtdә icra edilibedilmәdiyinin müәyyәn olunması baxımından mühüm sübut әhәmiyyәtinә malikdir. Bununla belә, mәhkәmә hәmin protokolda nәzәrdә tutulmuş işlәrin faktiki olaraq tam hәcmdә yerinә yetirilib-yetirilmәdiyini, işlәrin müqavilәnin texniki tәlәblәrinә vә razılaşdırılmış şәrtlәrә uyğun olub-olmadığını araşdırmamışdır. Qәtnamәdә bu mәsәlәlәrlә bağlı hәr hansı hüquqi qiymәtlәndirmә aparılmamış, yalnız tәhvil-tәslim aktlarının mövcudluğuna istinad edilmәklә iddia tәlәbinin әsassız olaraq tәmin edilmәsinә qәrar vermişdir. Birinci instansiya mәhkәmәsi Azәrbaycan Respublikası Mülki Mәcәllәsinin 752.1-ci maddәsinә istinad etsә dә, hәmin normanın hüquqi mәzmununu işin faktiki hallarına düzgün tәtbiq etmәmişdir. Belә ki, qeyd olunan maddәyә әsasәn podrat müqavilәsi üzrә sifarişçinin muzd ödәmәk öhdәliyi podratçının müqavilәdә nәzәrdә tutulmuş işlәri razılaşdırılmış hәcmdә, keyfiyyәtdә vә şәrtlәrә uyğun yerinә yetirmәsi ilә şәrtlәnir. Başqa sözlә, podrat müqavilәsindә sifarişçinin ödәniş etmәk vәzifәsi müqavilәnin bağlanması vә ya tәhvil-tәslim aktının imzalanması ilә deyil, podratçının müqavilәdәn irәli gәlәn bütün öhdәliklәri lazımi qaydada icra etmәsi nәticәsindә yaranır. -Hazırkı iş üzrә isә mәhkәmә subpodratçının müqavilә ilә üzәrinә götürdüyü bütün işlәri tam hәcmdә vә müqavilәnin şәrtlәrinә uyğun yerinә yetirib-yetirmәdiyini araşdırmamışdır. Qәtnamәdә müqavilәnin ayrılmaz hissәsini tәşkil edәn qiymәt razılaşması protokolu, texniki şәrtlәr vә digәr әlavәlәr üzrә nәzәrdә tutulmuş işlәrin faktiki icrası qiymәtlәndirilmәmişdir. Mәhkәmә yalnız tәhvil-tәslim aktlarının mövcudluğunu әsas götürәrәk iddiaçının müqavilә üzrә bütün öhdәliklәrini tam yerinә yetirdiyi qәnaәtinә gәlmişdir. Halbuki podrat müqavilәsinin hüquqi mahiyyәti ondan ibarәtdir ki, sifarişçinin muzd ödәmәk vәzifәsi yalnız müqavilә ilә razılaşdırılmış işlәrin tam vә lazımi qaydada yerinә yetirilmәsi nәticәsindә yaranır. -Müqavilә üzrә ödәnişlәrini gecikdirmәsi işin yuxarıda göstәrilәn halları ilә müәyyәn edildiyindәn vә tәrәflәr arasında bağlanmış müqavilәdә öhdәliklәrin icra edilmәsinin gecikdirilmәsinә görә cәrimә ödәnilmәsi nәzәrdә tutulsa da, hәmin cәrimә mәblәği hәddәn artıq şişirdilmişdir. Mәhkәmә tәrәfindәn müәyyәn edilәn 7103 manat mәblәğindә dәbbә pulu da әsassız olaraq yüksәk müәyyәnlәşdirilmiş mәblәğdә tutulmuşdur.Belә ki, mәhkәmә qәtnamә çıxaran zaman maddi vә prosessual hüquq normalarının tәlәblәri pozulmuş, mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki hallar aydınlaşdırılmamış vә işin hallarına uyğun olamayan qәtnamә qәbul edilmişdir. Mәhkәmә sübutlara obyektiv, qәrәzsiz, hәrtәrәfli vә tam baxdıqdan sonra hәmin sübutlara tәtbiq edilmәli hüquq normalarına müvafiq olaraq qiymәt verir. Lakin mәhkәmә tәqdim edilәn sübutlara düzgün hüquqi qiymәt vermәmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Apellyasiya şikayәtilәrinә qarşı yazılı etiraz tәqdim edilmişdir. Etiraz onunla әsaslandırılmışdır ki, Cavabdeh MMC Bakı Kommersiya Mәhkәmәsinin ## #### 2026-cı il tarixli qәtnamәsinin iddianın tәmin edilmiş hissәsindә lәğvini vә iddianın tam rәdd olunmasın xahiş etmişdir. Apellyasiya şikayәtindә göstәrilәn dәlillәr iş materiallarında olan yazıl sübutlarla tәsdiqlәnmir, qәtnamәnin lәğvi üçün maddi vә ya prosessual әsas yaratmır. Əksinә, şikayәt cavabdehin imza vә möhürü ilә tәsdiqiәdiyi sәnәdliәrin hüquqi nәticәiәrini sonradan, konkret әks-sübut tәqdim etmәdәn aradan qaldırmaq cәhdidir. -İş üzrә müәyyәn edilmiş vә mübahisәlәndirilmәyәn hallar: Tәrәflәr arasında ## ### 2024-cü il tarixli MLKT-S/P-** nömrәli Subpodrat mūqavilәsi bağlanmış, müqavilәyә әlavә edilmiş X4 ilә görülәcәk işlәrin ümumi dәyәri 557.725,22 manat müәyyәn edilmişdir. İşlәrin görülmәsi vә qәbul edilmәsi ## ###### 2024-cü il tarixli 23, 24, 25, 26, 27, 29, 30, 31, 32 vә ** nömrәli tәhvil-tәslim aktları ilә rәsmilәşdirilmişdir. Hәmin aktlar, elәcә dә 557.725,22 manat mәblәğındә işlәrin ## ### 2024-cü ildәn ## ###### 2024-cü ilәdәk tamamlandığını tәsdiq edәn ## ###### 2024-cü il tarixli arayış hәr iki tәrәfin imzası vә möhürü ilә tәsdiqlәnmişdir. Cavabdeh bu sәnәdlәrdәki imzanın vә möhürün hәqiqiliyini, sәnәdlәri imzalayan şәxslәrin sәlahiyyәtini vә ya sәnәdlәrin etibarlılığını konkret әsaslarla mübahisәlәndirmәmişdir. Cavabdehin etdiyi qismәn ödәnişlәr dә müqavilәnin faktiki icrasını vә qәbul edilmiş işlәrә görә ödәniş öhdәliyinin mövcudluğunu tәsdiqlәyir. Birinci instansiya mәhkәmәsi mәhz müqavilәni, qiymәt protokolunu, qarşılıqlı imzalanmış aktları, yekun arayışı, elektron qaimәlәri vә qismәn ödәnişlәri birlikdә qiymәtlәndirәrәk 142.060,95 manat qalıq әsas borcun mövcudluğu qәnaәtinә gәlmişdir. -İşlәrin tam vә lazımi qaydada görülmәdiyi barәdә dәlil sübutsuzdur. Apellyasiya şikayәtindә işlәrin hansı konkret obyekt üzrә, hansı hәcmdә, hansı texniki telebe göre vә hansı qüsurla icra edildiyi gösterilmir. Qüsur aktı, irad mektubu, texniki rәy, ekspert rәyi, qarşılıqlı hesablaşma aktı, alternativ maliyyә hesablaması vә ya qәbul sәnәdlәrinin etibarsızlığını göstәrәn hәr hansı sübut tәqdim olunmamışdır. Ümumi vә ehtimala әsaslanan "tam araşdırılmama" iddiası qarşılıqlı imzalanmış qәbul sәnәdlәrinin sübut qüvvәsini aradan qaldıra bilmәz. Cavabdeh işlәrin tam başa çatmasını özü tәsdiqlәdikdәn, nәticәni qәbul etdikdәn vә ödәnişlәrin әsas hissәsini hәyata keçirdikdәn sonra, qәbul zamanı vә ya ağlabatan müddәtdә bildirdiyi konkret qüsuru göstәrmәdәn bütövlükdә ödәniş öhdәliyinin yaranmadığını iddia edir. Bu mövqe cavabdehin öz әvvәlki davranışı vә iş materiallarındakı sәnәdlәrlә açıq ziddiyyәt tәşkil edir. Etmir -Qalıq borcun müәyyәn edilmәsinә dair şikayәt konkret әks-hesablama ehtiva. Şikayәtçi mәhkәmәnin qalıq borcun hesablanmasını kifayәt qәdәr geniş tәsvir etmәdiyini bildirsә de, hansı qaimәnin sәhv nәzәrә alındığını, hansı ödәnişin hesabdan kәnarda qaldığını vә ya düzgün qalıq mәblәğin nә qәdәr olduğunu göstәrmir. Qәtnamәdә razılaşdırılmış ümumi iş dәyәri, tәqdim edilmiş qaimәlәr, qәbul aktları, yekun arayış vә qismәn ödәnişlәr müәyyәn edilmişdir. Bu sübutlar әsasında qalan 142.060,95 manat borcun tutulması nәticәsi işin hallarına uyğundur. Mülki Prosessual Mecәllәnin 77.1-ci maddәsinә görә hәr bir tәrәf öz tәlәb vә etirazının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. Buna görә, "hesablama açıqlanmayıb" demәk borcun ödәnildiyini vә ya daha az olduğunu sübut etmir. Ödәnişi tәsdiq edәn sәnәdlәr tәbiәtinә görә borclunun sәrәncamında olmalı idi; belә sәnәdlәrin tәqdim edilmәmәsinin prosessual nәticәsi iddiaçının üzәrinә keçirilә bilmәz. deyil -Mülki Mәcәllәnin 769-cu maddәsinә istinad işin müqavilә şәrtlәrinә uyğun. Şikayәtçi Mülki Mәcәllәnin 769-cu maddәsinә istinad ederek muzdun yalnız bütün işlәr başa çatdıqdan sonra ödәnilmәli olduğunu bildirir. Halbuki hәmin norma müqavilәdә muzdun hissә-hissә ödәnilmәsi nәzәrdә tutulmadığı halda tәtbiq edilir. Tәrәflәrin müqavilәsinin 13.1- ci bәndindә isә ödәnişlәrin hәr 20 gündәn bir tәqdim edilәn tәhvil-tәslim aktı, Forma-2 vә diger tәsdiqedici sәnәdlәr әsasında, onların tәqdim vә imza edilmәsindәn sonra 5 bank günündәn gec olmayaraq aparılması birbaşa razılaşdırılmışdır. Demәli, tәrәflәr mәrhәlәli qәbul vә ödәniş qaydasını müәyyәn etmişlәr vә şikayәtçinin 769-cu maddәyә verdiyi şәrh müqavilәnin açıq mәtnini nәzәrә almır. Bununla yanaşı, iş üzrә yalnız mәrhәlәli aktlar deyil, bütün işlәrin 557.725,22 manat hәcmindә tamamlanmasını tәsdiq edәn yekun arayış da mövcuddur. Belәliklә, şikayәtçinin istinad etdiyi yanaşma qәbul edilsә belә, tamamlanma faktı yenә cavabdehin öz tәsdiqi ilә müәyyәn olunmuşdur. -Elektron qaimәlәr barәdә hüquqi mövqe cavabdehin deyil, iddiaçının mövqeyini güclәndirir. Şikayәtdә istinad olunan Konstitusiya Mәhkәmәsi Plenumunun "xxxx" işi üzrә hüquqi mövqeyinә görә elektron vergi sәnәdlәri ayrılıqda deyil, müqavilә, tәrәflәrin 2 münasibәtlәrindә yaranmış praktika vә digәr sübutlarla әlaqәli qiymәtlәndirilmәlidir. Birinci instansiya mәhkәmәsi dә elektron qaimәlәri tәklikdә hәlledici sübut saymamış, onları müqavilә, qarşılıqlı imzalanmış tәhvil-tәslim aktları, yekun arayış vә qismәn ödәnişiәrlә birlikdә qiymәtlәndirmişdir. Buna görә hәmin hüquqi mõvqe qәtnamәnin әsaslandırmasını tәkzib etmir, әksinә, tәtbiq edilmiş sübutetmә üsulunun düzgünlüyünü tәsdiqlәyir. -Cavabdehin birinci instansiyada prosessual davranışı nәzәrә alınmalıdır. Qәtnamәdәn görünür ki, cavabdehin Elektron Mәhkәmә İnformasiya Sistemindә kabineti olmuş, mәhkәmә iclaslarının vaxtı vә yeri barәdә qanunla müәyyәn edilmiş qaydada mәlumatlandırılmış, lakin heç bir iclasda iştirak etmәmiş vә borcun mahiyyәtinә dair yazıl etiraz tәqdim etmәmişdir. İş üzrә altı mәhkәmә prosesindәn xәbәrdar olmasına baxmayaraq, cavabdeh öz seçimi ilә müdafiә imkanlarından istifadә etmәmişdir. Onun yalnız iddia әrizәsinin geri qaytarılmasına dair vәsatәt vermәsi dә işdәn faktiki xәbәrdar olduğunu әlavә olaraq tәsdiq edir. Bundan әlavә, hәr mәhkәmә iclası әrәfәsindә özünü cavabdehin nümayәndәsi kimi tәqdim edәn (Naib әlaqә nömrәsi +*** ** *******) tәrәflәr arasında barışıq sazişinin bağlanması üçün vaxt veriimәsini dәfәlәriә xahiş etmiş, borcun ödәnilmәsinә dair müxtәlif müddәt vә ödәniş şәrtlәri tәklif etmişdir (. Cavabdehin nümayәndәsi barışıq sazişinin layihәsini WhatsApp vasitәsilә (yazışmalar әlavә olunur) iddiaçı tәrәfә göndәrmişdir. Layihә tәrәflәr tәrәfindәn imzalanmadığı üçün bağlanmış barışiq sazişi vә ya icra edilә bilәn müstәqil әqd kimi tәqdim olunmur. Bununla belә, mesajın göndәrildiyi hesabın/nömrәnin cavabdehin nümayәndәsinә mәnsubluğu, yazışmanın bütövlüyü vә layihәnin mәzmunu mәhkәmәyә tәqdim edilәn elektron mәlumatlarla tәsdiqlәndiyi halda, hәmin yazışma cavabdehin mәhkәmә icraatından faktiki vә davamlı mәlumatlı olmasını, danışıqların predmetini vә o dövrdә irәli sürdüyü mövqenin mahiyyәtini göstәrәn sübutlar тәстиsиnun tәrkib hissәsi kimi qiymәtlәndirilә bilәr. İddiaçı imzalanmamış barışıq layihәsinin özlüyündә borcun qeyd-şәrtsiz etirafı vә ya barışıq sazişinin bağlanması kimi qiymәtlәndirilmәsini tәlәb etmir. Lakin cavabdehin nümayәndәsinin ödәniş müddәti vә şәrtlәri tәklif edәn layihәni göndәrmәsi, hәmin dövrdә işlәrin görülmәdiyi vә ya qüsurlu görüldüyü barәdә konkret iradların bildirilmәmәsi ilә birlikdә, apellyasiya şikayәtindә sonradan irәli sürülmüş tezislәrin cavabdehin әvvәlki prosessual davranışı ilә uyğunluğunun qiymәtlәndirilmәsi üçün әhәmiyyәtlidir. Bu davranış hәmçinin cavabdehin prosesdәn xәbәrdar olmasına baxmayaraq birinci instansiya mәhkәmәsinә mahiyyәt üzrә etiraz vә әkssübut tәqdim etmәmәsinin onun öz prosessual seçimi olduğunu göstәrir. Mülki Prosessual Mәcәllәnin 185-ci maddәsi lazımi qaydada xәbәrdar edilmiş tәrәfin gәlmәdiyi halda işә baxılmasına imkan verir. Mәcәllәnin 9, 14.2 vә 77.1-ci maddәlәrindә ifadә olunan çәkişmә, tәrәflәrin prosessuai fәailığı vә sübutetmә yükü prinsiplәri baxımından mәhkәmә cavabdehin әvәzinә etiraz formalaşdırmağa vә onun tәqdim etmәdiyi sübutları toplamağa borclu deyildir. -Apellyasiya baxışının birinci instansiya icraatının tәkrarı olmadığı da nәzәrә alınmalıdır. Cavabdeh birinci instansiyada tәqdim edә bildiyi dәlil vә sübutları üzrlü sәbәb göstәrmәpeu apeiiyasiya mәrhәiәsindә iik dәřә irәii sürmәkiә öz prosessuai hәrәkәtsiziiyinin nәticәiәrini aradan qaldıra bilmәz. Şikayәtdә altı prosesdәn mәlumatlı olduğu halda iştirak etmәmәnin vә sübut tәqdim etmәmәnin cavabdehin iradәsindәn asılı olmayan sәbәblәri açıqlanmır. -Dәbbә puluna dair dәlil әsassızdır. İddiaçı müqavilә üzrә 55.772,52 manat dәbbә pulu tәlәb etmiş, mәhkәmә isә Mülki Mәcәllәnin 467-ci maddәsini tәtbiq etmәklә bu mәblәği 7.103 manata endirmişdir. Başqa sözlә, tәlәb olunan dәbbә pulunun tәxminәn 87 faizi azaldılmış, tutulmuş mәblәğ әsas borcun cәmi 5 faizinә uyğun müәyyәn edilmişdir. Bu hal mәhkәmәnin tәnasüblülüyü ayrica qiymetlendirdiyini ve diskresion selahiyyetini cavabdehin xeyrine tetbiq etdiyin göstәrir. Şikayәtçi 7.103 manatın hansı konkret sәbәbdәn öhdәliyin pozulmasının nәticәlәrinә açıq-aşkar uyğun gәlmәdiyini göstәrmir, gecikmәnin müddәti, borcun mәblәği vә kreditorun menafeyi ilә bağlı alternativ hesab teqdim etmir. Buna göre dә dәbbe pulunun daha da azaldılması vә ya tam lәğvi üçün faktiki-hüquqi әsas yoxdur. İddiaçı Vergi orqanları vә diqәr kreditorlar qarşısında olan öhdәliklәrinin daha tez icra etmәk üçün birinci instansiya mәhkәmәsinin qәtnamәsinin dәbbe pulunun azaldılması hissәsinden apellvasiva sikavәti vermәmisdir. cavabdeh isә aöründüvü kimi әn son anda apellyasiya şikayәti verәrәk prosesin uzadılmasına nailm olmuşdur -Prosessual pozuntu barәdә istinadlar deklarativ xarakter daşıyır. Şikayәtdә Mülki Prosessual Mәcәllәnin 88, 217, 218.1 vә 385-ci maddәlәrinin mәtninә ümumi istinad edilmiş, lakin konkret olaraq hansi sübutun qiymetlәndirilmediyi, hemin sübutun işin nәticәsini necә dәyişәcәyi vә iddia edilәn pozuntunun düzgün qәtnamә qәbul edilmәsinә nә üçün maneә olduğu göstәrilmәmişdir. Əksinә, qәtnamәdә müqavilәnin mühüm müddәaları, qәbul aktları, yekun arayış, elektron qaimәlәr, qismәn ödәniş, tәrәflәrin prosessual davranışı vә tәtbiq edilәn hüquq normaları ayrı-ayrılıqda göstәrilmişdir. Şikayәtin 4.3-cü hissәsindә mübahisәnin predmeti bu işә aid olmayan şәkildә "icarә müqavilәsi üzrә öhdәliklәrin icrasının tәmini..." kimi qeyd edilmişdir. Halbuki hazırkı mübahisә subpodrat müqavilәsindәn irәli gәlәn pul tәlәbinә aiddir. Bu uyğunsuzluq şikayәtin işin konkret faktlarına diqqәtlә uyğunlaşdırılmadığını vә irәli sürülmüş ümumi mülahizәlәrin qәtnamәnin faktiki әsasiarını tәkzib etmәdiyini göstәrir. Birinci instansiya mәhkәmәsi işdә olan sübutları qarşılıqlı әlaqәdә qiymәtlәndirmiş, әsas borcun mövcudluğunu cavabdehin özünün tәsdiqlәdiyi qәbul sәnәdlәri vә qismәn ödәnişlәrlә müәyyәn etmiş, tәlәb olunan dәbbә dulunu әhәmiyyәtli dәrәcәdә azaltmış vә qanuni, әsaslandırılmiş nәticәyә gәlmişdir. Apellyasiya şikayәti isә konkret әks-sübut vә hesablamaya deyil, cavabdehin birinci instansiyada irәli sürmәdiyi ümumi ehtimallara әsaslanır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Mәhkәmә iclasında iddiaçının qanuni tәmsilçisi şikayәtә etiraz edәrәk şikayәtin tәmin edilmәmәsini, qәtnamәnin dәyişdirilmәdәn saxlanılmasını xahiş etdi.
19. Cavabdeh mәhkәmә iclasına gәlmәmiş, gәlmәmәsinin sәbәblәri barәdә mәhkmәyә mәlumat vermәmişdir. Mәhkәmә MPM-in 376.2-ci maddәsinә әsasәn şikayәtә cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
20. Mülki Mәcәllәnin: -385.1-ci maddәsinә görә öhdәliyә әsasәn bir şәxs (borclu) başqa şәxsin (kreditorun) xeyrinә müәyyәn hәrәkәti etmәlidir, mәsәlәn, pul ödәmәli, әmlak vermәli, iş görmәli, xidmәtlәr göstәrmәli vә i.a. vә ya müәyyәn hәrәkәtdәn çәkinmәlidir, kreditorun isә borcludan vәzifәsinin icrasını tәlәb etmәk hüququ vardır. -462.1-ci maddәsinә әsasәn dәbbә pulu (cәrimә, penya) qanun vә ya müqavilә ilә müәyyәnlәşdirilәn, öhdәliyin icra edilmәdiyi vә ya lazımınca icra edilmәdiyi, o cümlәdәn icranın gecikdirildiyi halda borclunun kreditora ödәmәli olduğu pul mәblәğidir. -467-ci maddәsinә görә mәhkәmә işin hallarını nәzәrә alaraq tәnasübsüz surәtdә yüksәk dәbbә pulunu azalda bilәr. Tәnasüb müәyyәnlәşdirilәrkәn kreditorun hәm әmlak mәnafelәri, hәm dә bütün әsaslı mәnafelәri nәzәrә alınır. -752.1-ci maddәsinә әsasәn podrat müqavilәsinә görә podratçı müqavilәdә nәzәrdә tutulan işi icra etmәyi, sifarişçi isә podratçıya razılaşdırılmış muzd ödәmәyi öhdәsinә götürür. -753.1-ci maddәsinә әsasәn sifarişçi podratçıya şәrtlәşdirilmiş muzd ödәmәyә borcludur. - 759.1-ci maddәsinә әsasәn sifarişçi işlәr qurtaranadәk istәnilәn vaxt müqavilәdәn imtina edә bilәr, lakin podratçıya yerinә yetirilmiş işin haqqını vermәli vә müqavilәnin lәğvi ilә vurulan zәrәrin әvәzini ödәmәlidir.
21. Mülki Prosessual Mәcәllәnin: -77.1-ci maddәsinә әsasәn hәr bir tәrәf öz tәlәblәrinin vә etirazlarının әsası kimi istinad etdiyi halları sübut etmәlidir. -119.1-ci maddәsinә görә mәhkәmә xәrclәri ödәnilmiş tәlәblәrin mәblәğinә mütәnasib olaraq işdә iştirak edәn şәxslәrә aid edilir. -119.5-ci maddәsinә görә apellyasiya vә kassasiya şikayәtlәri verilmәsi ilә әlaqәdar işdә iştirak edәn şәxslәrin çәkdiklәri mәhkәmә xәrclәri dә bu Mәcәllәnin 119.1-119.4-cü maddәlәrindә göstәrilәn qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri
22. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 372.6-cı maddәsinә görә apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamәsinin әsaslılığını onun düzünә vә ya dolayısı ilә mübahisәlәndirilәn hissәsindә, şikayәt qәrarın lәğv edilmәsinә yönәldikdә vә ya apellyasiya şikayәtindә vә ona etirazlarda ifadә olunmuş dәlillәrә әsasәn mübahisәnin predmeti bölünmәz olduqda isә tam yoxlayır.
23. Hәmin Mәcәllәnin 372.7-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi vә prosessual hüquq normalarının tәtbiqinin düzgünlüyünü apellyasiya şikayәtinin dәlillәrindәn asılı olmayaraq yoxlayır.
24. Mülki Prosessual Mәcәllәnin 372.6-cı maddәsinin tәlәblәrini, apellyasiya şikayәtinin dәlillәrini nәzәrә alaraq kollegiya qeyd edir ki, birinci instansiya mәhkәmәsinin qәtnamәsi ilә iddia qismәn tәmin edildiyindәn, cavabdeh isә apellyasiya şikayәtindә qәtnamәni iddianın tәmin edilmiş hissәsindә mübahisәlәndirdiyindәn, qәtnamәnin әsaslılığı yalnız iddia tәmin edilәn hissәdә yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
25. Mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәmәli, qәtnamә mübahisәlәndirilәn hissәdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, mәhkәmә araşdırması zamanı müәyyәn edildi ki, iddiaçı “AS İnşaat Holding” MMC (subpodratçı) ilә cavabdeh Cavabdeh MMC (podratçı) arasında ##.##.2024cü il 26. tarixli MLKT-S/P-** nömrәli subpodrat müqavilәsi bağlanmış vә hәmin müqavilәyә әsasәn iddiaçı dәyәri, hәcmi vә adı әlavәdә göstәrilәn işlәrin yerinә yetirmәyi, cavabdeh isә hәmin işlәri tәhvil alıb müvafiq olaraq dәyәrini ödәmәyi öhdәsinә götürmüşdür. Hazırda iddiaçı mübahisәli müqavilәyә әsasәn 557.725,22 manat dәyәrindә işlәr gördüyünü, lakin hәmin işlәrә görә muzdun cavabdeh tәrәfindәn tam hәcmdә ödәnilmәdiyini әsas göstәrәrәk qalıq borc kimi 142.060,95 manat pulun cavabdehdәn tutulmasını tәlәb edir.
27. Mәhkәmә kollegiyası ilk növbәdә qeyd edir ki, müqavilә üzrә görülmüş işlәrә görә muzdun tutulması tәlәbinә dair iddianın qanuni әsasını Mülki Mәcәllәnin 752.1 vә 753.1-ci maddәlәri tәşkil edir.
28. Kollegiya qeyd edir ki, mәhkәmә tәrәfindәn müәyyәn edilmәli olan mübahisәli hal mübahisәli müqavilә üzrә iddiaçı tәrәfindәn görülmüş işlәrin hәcmi vә dәyәri ilә bağlıdır. İddiaçı iddia etdiyi hәcmdә vә dәyәrdә işlәrin görülmәsi faktını sübuta yetirmәk üçün iddiaçı tәrәfindәn görülmüş işlәrin hәcmini vә dәyәrini tәsdiq edәn elektron qaimәlәri, tәrәflәrin imza vә möhürü ilә tәsdiq edilmiş tәhvil-tәslim aktlarını, habelә ümumilikdә 557.725,22 manat dәyәrindә işlәrin görülüb başa çatdırılmasına dair ikitәrәfli arayışı mәhkәmәyә tәqdim etmişdir.
29. Göründüyü kimi cavabdeh tәhvil-tәslim aktlarını vә arayışları imzalamaqla vә möhürlәmәklә görülmüş işlәrin hәcmini vә dәyәrini, elәcә dә hәmin işlәrin tәrәfindәn tәhvil alınması faktlarını tәsdiq etmişdir.
30. Digәr tәrәfdәn cavabdeh apellyasiya şikayәtindә görülmüş işlәrin hәcmini vә ya dәyәrini mübahisәlәndirsә dә, yuxarıda göstәrilәn sәnәdlәri imzalamasının sәbәblәrini ağlabatan şәkildә izah etmәmiş, elәcә dә müqavilә üzrә razılaşdırılmış işlәrin hansı hissәsinin icra edilmәmәsinә vә ya lazımi qaydada icra edilmәmәsinә aydınlıq gәtirә bilmәmişdir. Odur ki, kollegiya hәmin dәlillәri formal mülahizә kimi dәyәrlәndirir.
31. Belәliklә, kollegiya mübahisәli müqavilә üzrә iddiaçı tәrәfindәn 557.725,22 manat dәyәrindә işlәrin görülmәsinin iş materiallarına әsasәn müәyyәn edildiyini, hәmin işlәrә görә iddiaçının cavabdeh tәrәfindәn 415.670,33 manat mәblәğindә pulun ödәnilmәsi faktını tәsdiq etdiyini, cavabdehin isә daha artıq mәblәğdә ödәniş etmәsini sübuta yetirmәdiyini nәzәrә alaraq hesab edir ki, birinci instansiya mәhkәmәsinin mübahisәli müqavilә üzrә cavabdehin iddiaçıya 142.060,95 manat mәblәğindә әsas borcunun olması barәdә gәldiyi nәticә qanuni vә әsaslı olmuşdur.
32. Dәbbә pulunun tutulmasına dair iddia tәlәbi ilә bağlı kollegiya әvvәla qeyd edir ki, birinci instansiya mәhkәmәsi iddiaçı tәrәfindәn tәlәb edilәn 55.772,52 manat dәbbә pulunu olduğu kimi tәmin etmәmiş, Mülki Mәcәllәnin 467-ci maddәsinin tәlәblәrini nәzәrә alaraq onu 7.103 manatadәk azaltmışdır. Buna dair bildirilir ki, cavabdeh tәrәfindәn subpodrat müqavilәsi üzrә malları ödәmәk öhdәliyinin icrasının gecikdirilmәsi iş materialları ilә öz tәsdiqini tapdığından, mübahisәli müqavilәsindә hәmin öhdәliyin icrasının gecikdirilmәsinә görә dәbbә pulu ödәnilmәsi nәzәrdә tutulduğundan, elәcә dә mәhkәmәnin müәyyәnlәşdirdiyi dәbbә pulu tәnasübsüz surәtdә yüksәk olmadığından cavabdehdәn 7103 manat mәblәğindә dәbbә pulunun tutulması hissәsindә dә qәtnamә qanuni vә әsaslıdır.
33. Belәliklә, mәhkәmә kollegiyası belә nәticәyә gәlir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn maddi hüquq normaları düzgün tәtbiq edilmiş, prosessual hüquq pozuntulara yol verilmәmiş, qәtnamәdә (mübahisәlәndirilәn hissәdә) göstәrilәn nәticәlәr işin hallarına uyğundur. Apellyasiya şikayәtindә irәli sürülәn dәlillәr isә yuxarıda göstәrilәnlәrә görә әsassızdır vә mahiyyәtcә düzgün olan birinci instansiya mәhkәmәsinin qәtnamәsinin (mübahisәlәndirilәn hissәdә) lәğvi üçün әsas ola bilmәz. Odur ki, şikayәt tәmin edilmәmәli, qәtnamә (mübahisәlәndirilәn hissәdә) dәyişdirilmәdәn saxlanılmalıdır.
34. Mәhkәmә xәrclәrinә gәldikdә kollegiya hesab edir ki, apellyasiya şikayәti tәmin edilmәdiyindәn hәmin şikayәt verilәrkәn ödәnilmiş dövtlәr rüsumu cavabdehә aid edilmәlidir.
35. Göstәrilәnlәrә әsasәn vә Mülki Prosessual Mәcәllәnin 384.0.1, 392, 393, 405-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası q ə t e t d i: Cavabdeh Cavabdeh MMC tәrәfindәn verilmiş apellyasiya şikayәti tәmin edilmәsin. Bakı Kommersiya Mәhkәmәsinin ##.##.2026-cı il il tarixli e-*-*(*-**)-****/**** saylı saylı qәtnamәsi mübahisәlәındirilәn hissәdә dәyişdirilmәdәn saxlanılsın. Apellyasiya şikayәti üçün ödәnilmiş rüsum cavabdehin özünә aid edilsin. Qәtnamәdәn rәsmi qaydada verildiyi gündәn 2 ay müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti verilә bilәr. Sәdrlik edәn: Leyla Əliyeva Hakimlәr: Tәranә Mahmudova
Ziya Şirinov