Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-990/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından İddiaçı İddiaçı cavabdeh "X3 Merkezi" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi” tələbinə dair ilkin, iddiaçı “X3 Merkezi” MMC-nin cavabdeh İddiaçı qarşı “podrat müqaviləsi üzrə pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Leyla Rauf qızı Əliyevanın sədrliyi və məruzəsi ilə, X7 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı, İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil2 İbadət oğlu, İlkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh "X3 Merkezi" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi” tələbinə dair ilkin, iddiaçı “X3 Merkezi” MMC-nin cavabdeh İddiaçı qarşı “podrat müqaviləsi üzrə pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*- *(***)-****/**** saylı qətnaməsindən ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Sifarişçi “X4 Merkezi” MMC və podratçı İddiaçı arasında bağlanan ##.##.2024-cü il tarixli 01TKT.** saylı podrat müqaviləsinin: 1.1 Bu müqaviləyə görə “Podratçı" müqavilənin 1.2. bəndində göstərilən işi icra etməyi, "Sifarişçi" isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini Podratçıda ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə ünvan 3 ünvanında yerləşən binada görülən tikinti işlərinin üzrə aşağıdakı işlərin yerinə yetirilməsidir: 1.2.1 - divarlara alçipanların vurulması; 1.2.2 - oboylann sökülməsi və yenidən vurulması; 1.2.3 Boyama və santexnik işlərinin aparılması; 2.1.1–ci bəndinə əsasən sifarişçi müqavilənin 1.2. bəndində göstərilən işin vaxtında və qüsursuz icra edilməsini tələb etmək hüququna malikdir. 2.1.2–ci bəndinə əsasən sifarişçi müqavilə müddəti ərzində iş gözlənilməz hallar nəticəsində qüsur və çatışmazlıqla yerinə yetirildikdə, həmin qüsur və çatışmazlığın razılaşdırılmış müddət ərzində aradan qaldırılmasını tələn etmək hüququna malikdir. 2.1.3–cü bəndinə əsasən müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və pozulmasına yol verilməməsini Podratçıdan tələb etmək hüququna malikdir. 3.1-ci bəndinə əsasən, hazırkı Müqavilənin ümumi dəyəri qarşılıqlı razılaşma əsasında və ya qiymət razılaşdırma protokollarına əsasən hesablanacaqdır. 4.1-ci bəndinə əsasən, bu müqavilənin müddəti 1 il müəyyən edilir. 4.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinin dəyişdirilməsinə, ona əlavəlar edilməsinə tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Aparılan dəyişikliklər yazılı formada tərtib edildikdən və tərəflərin imza və möhürü ilə təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz və tərkib hissəsi kimi müqaviləyə əlavə olunur. Birtərəfli qaydada aparılan dəyişikliklər hüquqi qüvvəyə malik deyil.
2. Kassa məxaric orderlərindən görünür ki, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 127 manat, ##.##.2025-ci il tarixdə 2500 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 4475 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 2000 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025-ci il tarixdə 1500 manat, ##.##.2025-ci il tarixdə 5000 manat, ##.##.2025- ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 7938.40 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 998 manat, ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 2300 manat, ##.##.2024-cü il tarixdə 2000 manat, ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 718 manat, ##.##.2024-cü il tarixdə 600 manat, ##.##.2024-cü il tarixdə 600 manat, ##.##.2025-ci il tarixdə 7272 manat, ##.##.2025-ci il tarixdə 2147 manat, ##.##.2025-ci il tarixdə 1500 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2025- ci il tarixdə 2500 manat, ##.##.2025-ci il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 1500 manat təhvil alınmışdır. Kassa Məxaric orderlərinin əksəriyyəti İddiaçı tərəfindən, bir neçəsi Abdullayev Vüsal və Əkbərov Təbriz tərəfindən imzalanmışdır.
3. Azərbaycan Beynəlxalq Bankı ASC-nin ödəniş tapşırıqlarından görünür ki, “X3 Merkezi” MMC tərəfindən İddiaçı hesabına ##.##.2025-ci il tarixdə 733.87 manat, ##.##.2025-ci il tarixdə 1854 manat, ##.##.2025-ci il tarixdə 1992 manat, ##.##.2025-ci il tarixdə 3400 manat, ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 2738.8 manat, ##.##.2024-cü il tarixdə 2500 manat, ##.##.2024-cü il tarixdə 6500 manat, ##.##.2024-cü il tarixdə 3000 manat, ##.##.2024-cü il tarixdə 10000 manat, ##.##.2024-cü il tarixdə 1000 manat, ##.##.2024-cü il tarixdə 6000 manat, ##.##.2025-ci il tarixdə 5585 manat, ##.##.2024-cü il tarixdə 2804 manat, ##.##.2024-cü il tarixdə 5000 manat, ##.##.2024-cü il tarixdə 4000 manat, ##.##.2024-cü il tarixdə 1500 manat, ##.##.2024-cü il tarixdə 5000 manat pul köçürülmüşdür. Ödəniş tapşırıqlarının hər birinin təyinatı qismində ##.##.2024-cü il tarixli müqaviləyə istinad olunmuşdur.
4. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesabına ##.##.2025-ci il tarixdə 350 manat, ##.##.2025-ci il tarixdə 2000 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025ci il tarixdə 500 manat pul köçürülmüşdür. Mpay ödəniş sistemi vasitəsi ilə isə 400 manat pul məbləği köçürülmüşdür.
5. “xxxx” MMC tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə ##.##.2025-ci il tarixli **/**-***/**** saylı hesabatında ilkin olaraq ## ###### 2024-cü il tarixdə bağlanmış 01TKT.** saylı müqavilə üzrə ünvan 2 ünvanında yerləşən binada (“X1”) hər mərtəbələr üzrə aparılmış təmir-tikinti işlərinin həcmi və işçi qaydasında razılaşdırılmış qiymətlərə uyğun dəyəri, daha sonra yerinə yetirilmiş təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri müəyyən olunmuşdur. Hesabatın nəticə hissəsində həmçinin divar səthlərinə tətbiq olunmuş şpaklyovka qatı qeyri-bərabər çəkildiyi, divar və tavanın birləşmə yerlərində boya qatının çəkilişinin bərabər səviyyədə yerinə yetirilmədiyi, döşəməyə tökülmüş beton əsasın (düzləndirici qatın) səthində hamarlanma işlərinin normativ tələblərə uyğun şəkildə aparılmadığı, bu səbəbdən görülmüş təmir-tikinti işlərinin əmək haqqı dəyəri yerinə yetirilmə səviyyəsinə və keyfiyyət göstəricilərinə uyğun olaraq aşağı keyfiyyətli iş kimi qiymətləndirildiyi qeyd olunmuşdur.
6. “X4 Merkezi” MMC tərəfindən təqdim edilən ödənişlərə dair açıqlama cədvəlindən görünür ki, 64107.67 manat ödəniş tapşırıqları əsasında rəsmi olaraq köçürülmüş, 4000 manat card to card əsasında köçürülmüş, 400 manat milliön vasitəsi ilə ödənilmiş, 59409.40 manat isə imzalı kassa məxaric orderləri əsasında əldən verilmişdir.
7. “X3 Merkezi” MMC tərəfindən ##.##.2026-cı il tarixdə (görülməmiş işlərin göstərilməsinə dair məhkəmə tərəfindən açıqlama tələb edildikdən sonra) təqdim edilən sənəddən görünür ki, fərq 3-cü mərtəbə üzrə 26791.26 manat, 1-ci mərtəbə üzrə 3742.39 manat, zirzəmi üzrə 4822 manat, borc olaraq alınmış 350 manat, cəmi 35705.65 manat təşkil etmişdir.
8. “X3 Merkezi” MMC tərəfindən iş materiallarına ƏDV bəyannamələri əlavə olunmuşdur.
9. İddiaçı tərəfindən iş materiallarına dəftərdə aparılmış qeydlər əlavə olunmuşdur. Birinci instansiya məhkəməsindəki icraat: İddiaçı iddia tələbi
10. İddiaçı İddiaçı cavabdeh “X4 Merkezi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, 01TKT.** nömrəli podrat müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə və əlavə razılaşma üzrə görülmüş işlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, ##.##.2024-cü il tarixli, 01TKT.** nömrəli podrat müqaviləsi üzrə yerinə yetirilmiş və əvəzi ödənilməmiş işin haqqı qismində 3670 manat məbləğində pul vəsaitinin cavabdeh “X4 Merkezi” MMC-dən tutularaq iddiaçı İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, 01TKT.** nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə podratçı müqavilənin 1.2-ci bəndində göstərilən işi icra etməyi, sifarişçi isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Podrat müqaviləsi əsasında podratçı tərəfindən ünvan 2 ünvanında yerləşən binada olan işlərin görülməsinə başlanılmış və tam yerinə yetirilmişdir. Lakin hazırda “X3 Merkezi” MMC tərəfindən müqavilə üzrə öhdəliklərə əməl edilməyərək müqavilədə göstərilən və görülmüş işlərin qəbul edilməsindən imtina edilmiş, əlavə olaraq görülmüş işlərə görə ödənilmiş pul vəsaiti geri tələb edilmiş, həmçinin İddiaçı ödənilməli olan 3670 manat pulun ödənilməsi təmin edilməmişdir. Həmçinin İddiaçı tərəfindən qeyd edilən ünvanında yerləşən binada digər əlavə işlər də görülmüşdür. Hazırda müqavilə üzrə görülmüş işlərin qəbul edilməsindən cavabdeh tərəfindən imtina edildiyidən iddiaçı podrat müqaviləsinin ləğv edilməsini, müqavilə üzrə işlərin və əlavə razılaşma üzrə görülmüş işlərin cavabdeh tərəfindən qəbul edilməsini və yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edir.
12. İlkin iddia tələbinin hüquqi əsası qismində AR MM-in 752.1, 753.3, 756.1, 760.2, 770-ci maddələrinə istinad olunmuşdur. “X3 Merkezi” MMC-nin iddia tələbi
13. ##.##.2025-ci il tarixdə cavabdeh “X2 Merkezi” MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi, daha sonra isə onun dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək dəymiş zərərə görə hesablanan 36000 manat, əldən çıxmış faydaya görə isə hesablanan 940331,55 manatın, 330 manat vəkil üçün ödənilmiş xərcin, 1267 manat dövlət rüsumunun ümumilikdə isə 977928,55 manat məbləğin İddiaçı tutularaq “X4 Merkezi” MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli 01TKT.** nömrəli podrat müqaviləsinə əsasən, İddiaçı tərəfindən təmir-tikinti xidmətləri göstərilmişdir. Təmir-tikinti işləri ünvan 2 ünvanında yerləşən binada (“X1”) aparılmışdır. Podrat müqaviləsinin 1.1 -ci bəndinə əsasən bu müqaviləyə görə “Podratçı” müqavilənin 1.2ci bəndində göstərilən işi icra etməyi, “Sifarişçi” isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş qiymətini “Podratçı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin xidmətlər əsasında İddiaçılə aşağıdakı qiymətlər razılaşdırılmış və göstərilən bütün xidmətlər qarşılığın əmək haqqısı tam olmaqla həm avans yolu ilə həm də köçürmə üsulu ilə rəsmi şəkildə ödənilmişdir:
1. Arakəsməni dəmir profildən yığılması və alçipanın quraşdırılması 1 kv.m. -5.5 manat; 2.Tavanın dəmir profildən yığılması və alçipanın quraşdırılması 1 kv.m. -5.5 manat; 3.Divarın daş yunundan yığılması 1 kv.m. -1 manat; 4. Kafelmetlağın vurulması 1 kv.m -12,0 manat; 5.Sanitar qovşağında xətlərin çəkilməsi və avadanlıqların quraşdılması 1 ədəd - 250 manat; 6.1 ədəd moydadırın quraşdırılması, su və kanalizasiya xəttinin çəkilməsi ilə birlikdə - 50 manat; 7.1 ədəd su və kanalizasiya xəttinin çəkilməsi - 40 manat; 8.Beton kəmərin qəlibinin qurulması və betonun tökülməsi -11 manat. 9.Divara və tavana şpaklyovka çəkilməsi 1 kv.m. -6 manat; 10. Divarın və tavanın boya ilə rənglənməsi 1 kv.m. -1 manat; 11. Döşəməyə beton məhlulu ilə düzləndirici qatın vurulması -9.5 manat. Görülmüş işlərlə bağlı olaraq isə, bütün məlumatlar, işlərin ölçülməsi, təhvil verilməsi, hesablanması, məlumatların daxil edilməsi bu prosseslər zamanı yalnız İddiaçı həvalə edilmişdir. Beləliklə də, bütün proseslərin ona həvalə edilməsi məlumatların saxtalaşdırılmasına, qiymətlərin şişirdilməsinə və yalan məlumatların daxil edilməsinə yol açmışdır. Göstərilən şişirtmələr və yalanlarla bağlı şübhələrin yarandığı üçün ##.##.2025-ci il tarixli, *** nömrəli xidmət müqaviləsinə əsasən “xxxx” MMC-yə müraciət olunmuşdur. Göstərilən hesabat üzrə həm orta bazar qiymətləri ilə yanaşı kv üzrə razılaşdırılmış qiymətlər qarşılaşdırılmış, həm də görülən iş ilə yanaşı İddiaçı işin həcminin bilərəkdən şişirdilmiş formada göstərilməsini açıq formada ortaya çıxarmışdır. Eyni zamanda hesabat nəticəsində görülmüş işin keyfiyyətsizliyi qeyd olunmaqla bərabər, binanın üçüncü mərtəbəsində aparılmış təmir-tikinti işlərinin baxışı zamanı müəyyən edilmişdir ki, divar səthlərinə tətbiq olunmuş şpaklyovka qatı qeyri-bərabər çəkilmiş, divar və tavanın birləşmə yerlərində boya qatının çəkilişi bərabər səviyyədə yerinə yetirilməmişdir. Həmçinin döşəməyə tökülmüş beton əsasın (düzləndirici qatın) səthində hamarlanma işləri normativ tələblərə uyğun şəkildə aparılmamışdır. Şişirdilmələr nəticəsində İddiaçı hesablamalar nəticəsində 36.000 manat dəyərində əlavə pul ödənilmişdir. Qeyd olunan şişirdilmələr aşkar edildikdən sonra MMC tərəfindən İddiaçılə danışıqlar aparılmış, göstərilən nüansların hər biri özünə bildirilsə də, razılıq əldə olunmamış, əksinə məhkəməyə müraciət İddiaçı etmişdir. Eyni zamanda əldə çıxmış fayda olaraq isə 2024-cü il üzrə dövriyyə - 5 641 989,34 manat olmuşdur. Aylıq gəlir üçün hesabladıqda 12 aya böldükdə = 470.165,77 manat olmaqla, tərəfindən 900 kv ərazi üzrə hesabladıqda 235.082,88 manat edir. Həmin miqdarı isə 4 aydır bu səbəblə təmirin bağlı olduğunu nəzərə alaraq əldən çıxmış faydanın məbləğinin 940.331,55 manat hesablanmasına zərurət yaranmışdır.
15. Qarşılıqlı iddia ərizəsinin hüquqi əsası qismində AR MM-in 399.1, 443.1, 443.5, 462.1, 581.1-ci maddəsinə istinad olunmuşdur. Daha sonra məhkəməyə təqdim edilmiş “iddia tələbinin hüquqi əsasının izahı” adlı ərizədə isə MM-in 21.1, 21.2, 21.3-cü maddələri göstərilmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh "X3 Merkezi" MMC-yə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi və müqavilənin ləğvi” tələbinə dair ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, İddiaçı 35705.65 manat pul məbləğinin, hüquqi xidmət göstərilməsinə görə vəkilə ödənilmiş 330 manat və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 198 manatın tutularaq "X3 Merkezi" MMC-yə ödənilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ilkin iddia üzrə iddiaçı İddiaçı tutularaq AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X5 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ013160100000000003944 SWIFT BİK CTREAZ 22) ödənilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, 01TKT.** saylı podrat müqaviləsindən irəli gəlmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, sifarişçi “X3 Merkezi” MMC və podratçı İddiaçı arasında bağlanmış ##.##.2024-cü il tarixli 01TKT.** saylı podrat müqaviləsinə əsasən podratçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işlərini yerinə yetirməyi, sifarişçi isə yerinə yetirilmiş işi qəbul edib, onların dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən podratçı tərəfindən icra edilməli işlərə divarlara alçipanların vurulması (1.2.1), oboylann sökülməsi və yenidən vurulması (1.2.2) və boyama və santexnik işləri (1.2.3) aid edilmişdir. Bundan əlavə müqavilənin 4.1-ci bəndinə əsasən onun qüvvədə olma müddəti 1 il müəyyən edilmişdir. Hazırda ilkin iddia üzrə iddiaçı görülmüş işlərin sifarişçi tərəfindən tam həcmdə qəbul edilmədiyinə və dəyərinin tam şəkildə ödənilmədiyinə istinad edərək müqavilə üzrə görülmüş işlərin qəbul edilməsinin cavabdehin üzərinə qoyulması, ödənilmədiyini iddia etdiyi işlərə görə 3670 manat pulun tutulması və podrat müqaviləsinin ləğv edilməsini xahiş edib. Qarşılıqlı iddiaçı isə podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulan işlərin tam həcmdə yerinə yetirilmədiyini, faktiki görülmüş işlərin həcmi ilə ona edilmiş ödənişlər arasında uyğunsuzluğun mövcud olduğunu bildirərək icra edilməmiş işlərə görə artıq ödənilmiş pul vəsaitinin, eləcə də əldən çıxmış faydanın qarşı tərəfdən tutulmasını xahiş edib. Məhkəmə ilkin olaraq ilkin iddia tələbinin müqavilənin ləğv edilməsi hissəsinə hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edib. Məhkəmə qeyd edib ki, AR MM-in müqavilənin dəyişdirilməsi və ləğvini tənzimləyən 421-424-cü maddələrinin təhlili göstərib ki, mülki qanunvericilik yalnız müqavilənin qüvvədə olma müddəti ərzində onun ləğv edilməsi mümkünlüyü əsaslarını müəyyən etmişdir. Belə ki, ləğvetmə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, müqavilənin vaxtından əvvəl xitamına səbəb olur. Bu baxımdan müqavilənin ləğv edilməsi institutu yalnız hüquqi qüvvəsini saxlayan müqavilələrə münasibətdə tətbiq oluna bilər. İş materiallarından isə görünüb ki, tərəflər arasında bağlanan ##.##.2024-cü il tarixli podrat müqaviləsinin 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti 1 il müəyyən edilmişdir. Bununla da mübahisəli podrat müqaviləsinin qüvvədə olma müddəti ##.##.2025ci il tarixdə başa çatmış, müqavilədə onun qüvvədə olma müddətinin uzadılmasını nəzərdə tutan hər hansı bir əlavə şərt nəzərdə tutulmamış, həmçinin iş üzrə tərəflər məhkəmə icraatının gedişində müqavilə müddətinin uzadılmasına dair hər hansı sübut təqdim etməmişlər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edib ki, müqavilənin ləğvi üçün hüquqi əsas ##.##.2025-ci il tarixdə aradan qalxmışdır və müqavilə hazırda qüvvədə olmadığından ilkin iddiaçının onun yenidən məhkəmə qaydasında ləğv edilməsi tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə ilkin iddianın qalan - görülmüş işlərin cavabdeh tərəfindən qəbul edilməsi və işlərin dəyərinin ödənilməsi hissəsinin, habelə qarşılıqlı iddiaçının podratçıya pul vəsaitinin geri qaytarılması hissəsinin bir-biri ilə əlaqəli olmasını, həmin tələblər üzrə araşdırmanın işlərin faktiki həcminin, dəyərinin və tərəflər arasında razılaşdırılmış qiymətlərin müəyyən edilməsindən asılı olmasını nəzərə alaraq, onlara birlikdə hüquqi qiymət verilməsini məqsədəuyğun hesab edib. Belə ki, podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri podratçının həmin sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il ## #### tarixli Qərarı). Məhkəmə podrat müqaviləsi üzrə İddiaçı tərəfindən görülmüş işlərin həcmi və dəyərinin müəyyən edilməsi, o cümlədən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülüb-görülməməsi, görüldüyü təqdirdə həmin işlərin həcmi və dəyərinin müəyyən edilməsi üçün ##.##.2026-cı il tarixli qərardad əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəməyə daxil olmuş ##.##.2026-cı il tarixli **/*** saylı ekspert rəyinin nəticəsindən görünüb ki, ünvan 1 ünvanında yerləşən bina üzrə aparılmış tikinti və təmir işlərinə sərf ediləcək materialların və işlərin həcmi ekspert tərəfindən müəyyən edilərək müvafiq smeta tərtib edilmişdir. Rəydə göstərilmişdir ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. Bununla yanaşı ekspert rəyində santexnika və elektrik işlərinin, eləcə də söküntü işlərinin smetada və tədqiqatda nəzərə alınmadığı qeyd olunmuşdur. Beləliklə, məhkəmə iş üzrə digər sübutlarla məcmu halında qiymətləndirməklə hesab edib ki, podratçı tərəfindən görülmüş işlərin həcmini müəyyən etmək üçün Məhkəmə Ekspertiza Mərkəzinin rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alıb ki, iş üzrə tərəflər məhkəməyə ekspert rəyinin düzgünlüyünü və həqiqiliyini şübhə altına alacaq hər hansı sübut təqdim etməmişlər. Podratçı tərəfindən faktiki yerinə yetirilmiş işlərin həcmi müəyyən edildikdən sonra həmin işlərin razılaşdırılmış qiymətlər əsasında dəyərinin müəyyən edilməsi zərurəti yaranmışdır. İş materiallarında olan “xxxx” MMC-nin hesabatında ayrı-ayrı iş növləri üzrə qiymətlər göstərilsə də, məhkəmə həmin qiymətlərin yenidən müzakirə edilməsini məqsədəuyğun hesab etmişdir. Belə ki, hər iki tərəfin nümayəndələrinin iştirakı ilə keçirilmiş ##.##.2026-cı il tarixli məhkəmə iclasında smetada əks olunmuş bütün iş növləri üzrə razılaşdırılmış qiymətlər ayrı-ayrılıqda (hər iş üzrə hər iki tərəfdən ayrı-ayrı soruşulmaqla) müzakirə edilmiş, tərəflərin izahatları əsasında razılaşdırılmış qiymətlər təsdiq edilmişdir. Göstərilən hallar ##.##.2026-cı il tarixli məhkəmə iclas protokolunda öz əksini tapmışdır. Bu səbəbdən məhkəmə işlərin dəyərinin hesablanması zamanı tərəflərin məhkəmə iclasında təsdiq etdikləri qiymətləri əsas götürməyi zəruri hesab edib. Tərəflər arasında razılaşdırılmış qiymətlər və məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmiş iş həcmləri əsas götürülərək aparılmış sadə riyazi hesablamalar nəticəsində aşağıdakı göstəricilər müəyyən edilmişdir: Birinci mərtəbə üzrə
1. Divarlara alçıpan vurulması - 5.5 manat x 298 kv.m = 1639 manat
2. Tavana alçipanın vurulması - 5.5 manat x 81 kv.m = 445.5 manat 3/4. Divarların və tavanın şpaklyovkalanması (boya ilə rənglənməsi) – 7 manat x 396 kv.m = 2772 manat
5. Kafelin süpürgəliklə birlikdə vurulması – 12 manat x 18 kv.m = 216 manat
6. Moydadırların quraşdırılması – 90 manat x 4 ədəd = 360 manat Üçüncü mərtəbə üzrə
1. Divarlara alçıpanın vurulması ( 523 kv.m hissədə birtərəfli) - 5.5 manat x 1763 (523 kv.m hissədə 4 manat) = 8912 manat
2. Tavana alçipanın vurulması – 5.5 manat x 818 kv.m = 4499 manat 3/4. Divarların və tavanın şpaklyovkalanması (boya ilə rənglənməsi) – 7 manat x 3104 kv.m = 21728 manat
5. Divarların hörülməsi – 5.5 manat x 28 kv.m = 154 manat
6. Divarların suvanması – 4 manat x 56 kv.m = 224 manat
7. Kafel və metlaxın vurulması - 12 manat x 325 kv.m = 3900 manat
8. Döşəmənin beton məhlulu hamarlanması - 9.50 manat x 766 kv.m = 7277 manat
9. Moydadırların quraşdırılması - 90 manat x 23 ədəd = 2070 manat
10. Unitazın quraşdırılması – 250 manat x 15 ədəd =3750 manat
11. Sanitariya qovşaqlarında qapı altına mərmər vurulması- 25 manat x 15 ədəd = 375 manat
12. Metal qapı və barmaqlığın quraşdırılması - 120 manat x 1 ədəd = 120 manat Zirzəmi mərtəbə üzrə
1. Divarlara alçipanın vurulması – 5.5 manat x 714 kv.m = 3927 manat
2. Tavanın dəmir profillə yığılması – 3.50 manat x 206 kv.m = 721 manat
3. Şpaklyovkanın vurulması - 6 manat x 548 kv.m = 3288 manat
4. Divarların hörülməsi - 5.50 manat x 163 kv.m = 896.5 manat
5. Divarların suvanması - 4 manat x 158 kv.m = 632 manat
6. Kafel və metlaxın vurulması - 12 manat x 29 kv.m = 348 manat
7. Penaplast vurulan divarın şpaklyovkalanması – 6 manat x 100 kv.m = 600 manat
8. Beton kəmər – 11 manat x 78 kv.m = 858 manat Əlavə işlər
1. Zirzəmidə tavana metal konstruksiyanın yığılması – ümumilikdə 3000 manat
2. Həyətyanı sahədə transformatorun altı hörülüb və aqlay vurulub – ümumilikdə 250 manat
3. Mansardda döşəməyə beton tökülməsi - 10 manat x 24 = 240 manat
4. Havalandırma kanalları sink materialı ilə izolyasiya olunub – ümumilikdə 1000 manat Beləliklə, aparılmış hesablamalar nəticəsində podratçı tərəfindən faktiki olaraq ümumilikdə 74.202 manat dəyərində iş görüldüyü müəyyən edilmişdir. Eyni zamanda iş materiallarında olan kassa məxaric orderləri, ödəniş tapşırıqları və digər ödəniş sənədləri ilə təsdiq olunur ki, sifarişçi tərəfindən podratçıya ümumilikdə 127.917,07 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan əlavə, məhkəmə iclaslarında iştirak edən İddiaçı sədrlik edənin suallarına cavab olaraq sifarişçidən təxminən 127000 manat məbləğində pul aldığını təsdiq etmişdir. Bu baxımdan məhkəmə hesab edib ki, podratçıya ümumilikdə 127.917,07 manat məbləğində ödəniş həyata keçirilməsi faktını işin mübahisəsiz hal kimi qəbul edir. Bundan əlavə ##.##.2026-cı il tarixli məhkəmə iclasında İddiaçı işlərin görülməsi üçün 127000 manat pul aldığını, lakin çertyoja əsasən 119000 manat həcmində iş gördüyünü və 9000 manat həcmində fərq yarandığını bildirmişdir. Məhkəmə xüsusi olaraq qeyd edib ki, mülki qanunvericiliyin ümumi əsaslarından irəli gələn estoppel prinsipi vicdanlılıq prinsipinin xüsusi təzahür forması olmaqla hüquq münasibətləri iştirakçılarının ardıcıl davranışını təmin etməyə yönəlmiş hüquqi mexanizm kimi müəyyən edilir. Bu prinsipin mahiyyətinə əsasən, hüquqda tərəf daha öncə qəbul etdiyi faktları, (hərəkətləri) sonradan inkar etmək və ya mübahisələndirmək, əvvəlki davranışına zidd mövqe tutmaq imkanından məhrum edilir (estopped from denying). Hər hansı bir fakt şəxs tərəfindən təsdiq edilə, eyni zamanda inkar edilə və ya mübahisələndirilə bilməz. Beləliklə ödənilmiş məbləğ (127917.07 manat) və faktiki görülmüş işlərin dəyəri (74202 manat) arasında əhəmiyyətli fərqin mövcud olması onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçının podratçıya artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə tələbi əsaslı olmuşdur. Bununla belə məhkəmə ilkin iddiaçıdan tutulmalı olan məbləğin həddini müəyyən edərkən “X3 Merkezi” MMC tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli arayışın əsas götürülməsini məqsədəmüvafiq hesab edib. Belə ki, məhkəmənin tələbi əsasında qarşılıqlı iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2026-cı il tarixli açıqlama sənədindən görünüb ki, qarşılıqlı iddiaçı görülməmiş işlərə görə artıq ödənildiyini hesab etdiyi məbləği yenidən hesablamış və həmin məbləğin 3-cü mərtəbə üzrə 26.791,26 manat, 1-ci mərtəbə üzrə 3.742,39 manat, zirzəmi mərtəbəsi üzrə 4.822 manat və borc qismində verilmiş 350 manat olmaqla, ümumilikdə 35.705,65 manat təşkil etdiyini göstərmişdir. Göstərilənlərə əsasən məhkəmə qarşılıqlı iddianı həmin hissədə 35.705,65 manat məbləğində əsaslı hesab edir. Belə olan halda məhkəmə hesab edib ki, ilkin iddiaçının qeyd etdiyi görülmüş işlərə görə 3.670 manat borcun mövcudluğu iş materialları ilə təsdiqlənmir. Əksinə, toplanmış sübutlar əsasında sifarişçinin deyil, podratçının borclu qismində çıxış etdiyi müəyyən olunur. Odur ki, məhkəmə ilkin iddia tələbini 3670 manat pulun tutulması hissədində əsassız hesab edib. Məhkəmə ilkin iddianın müqavilə üzrə görülmüş işlərin qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinə münasibətdə qeyd edib ki, AR MM-in 756.1-ci maddəsinə əsasən, əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Belə ki, podratçı müqavilə üzrə əlavə işlərin görüldüyünə istinad etdiyindən, sifarişçi isə həmin işlərin görülməsini mübahisələndirdiyindən podratçı tərəfindən həqiqətən də əlavə işlərin görülməsini sübut etmək vəzifəsi ilkin iddiaçının (podratçının) üzərinə düşür. Lakin məhkəmə icraatının gedişində ilkin iddiaçı tərəfindən cavabdehə əlavə işlərin görülməsi və təhvil verilməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. İlkin iddiaçı tərəfindən iş materiallarına əlavə edilən dəftər qeydlərinə münasibərdə məhkəmə qeyd edib ki, həmin qeydlər birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunmaqla, yalnız onun hesablamalarını əks etdirir və istinad olunan işlərin həqiqətən də görülməsi faktinı təsdiq etmək üçün kifayət etmir. Odur ki, məhkəmə hesab edib ki, ilkin iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Bundan başqa qarşılıqlı iddiaçı tələbində 940331,55 manat əldən çıxmış faydanın tutulmasını xahiş edib. Məhkəmə icraatının gedişində qarşılıqlı iddiaçıya tələbin həmin hissədə hüquqi əsasının aydınlaşdırılması təklif olunmuş, bundan sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə və məhkəməyə təqdim etdiyi “iddia tələbinin hüquqi əsasının izahı” adlı ərizədə 940331,55 manat məbləğin əldən çıxmış fayda olduğunu göstərmiş, həmin məbləği hesablayarkən şirkətin 2024-cü il üzrə dövriyyəsini əsas götürərək onu aylara bölmüş və mübahisəli obyekin 900 kv.m sahəsi üzrə hesablama aparmışdır. Qarşılıqlı iddiaçı sübut qismində ƏDV bəyannamələrini iş materiallarına əlavə etmişdir. Məhkəmə iddia tələbini həmin hissədə əsassız hesab edib. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Əldən çıxmış fayda hadisələrin normal axışına, ümumi qəbul görən həyat təcrübələrinə görə əmlak vəziyyətində meydana gələcə biləcək artışların zərər verən hərəkət səbəbindən qismən və ya tamamilə qarşısının alınması nəticəsində meydana gələn azalmanı (zərəri) ifadə edir. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Əldən çıxmış faydanın həcmini müəyyənləşdirərkən əgər borclu tərəfindən öhdəlik lazımınca icra edilməmişdirsə, ancaq dəqiq əsaslar, dəlillər pul miqdarının və ya digər əmlakın real əldə edilməsinin mübahisəsiz sübut edən məlumatlar nəzərə alınmalıdır. Buna görə də MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Əldən çıxmış faydanın məbləği öhdəlik icra olunduğu təqdirdə kreditorun çəkməli olacağı ağlabatan xərclər nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Bundan başqa, əldən çıxmış faydanın məbləği müəyyən edilərkən öhdəliyin borclu tərəfindən lazımi qaydada icra olunduğu təqdirdə kreditorun pul məbləğini və ya digər əmlakı əldə etmək imkanını mübahisəsiz təsdiq edən dəqiq məlumatlar nəzərə alınmalıdır. Göründüyü kimi, qarşılıqlı iddiaçı əldən çıxmış faydanı tələb etmək üçün MM-in 21, 443, 449-cu maddələrində göstərilən halların mövcudluğunu sübut etməyə borclu idi. Lakin iş materiallarından görünüb ki, qarşılıqlı iddiaçı əldən çıxmış faydanı müəyyənləşdirərkən onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işlərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, qarşılıqlı iddiaçının təqdim etdiyi yeganə sübut ƏDV bəyannamələridir. Tələb edilən 940331,55 manat isə şirkətin illik dövriyyəsininin aylara bölünməsi ilə formalaşmış məbləğ olmaqla, ehtimal xarakteri daşıyır. (MPM-in 76.1,81, 88) Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlib ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı 35705.65 manat pul məbləği tutularaq X3 Merkezi" MMC-yə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edib. (MPM 107, 115, 119.1, 121.1) Məhkəmə qeyd edib ki, ilkin iddia tələbi təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş tələbin məbləğinə mütənasib olaraq 198 manat və hüquqi xidmətə görə vəkilə ödənilmiş 330 manat pul məbləği İddiaçı tutularaq "X3 Merkezi" MMC-yə ödəilməlidir. Bundan əlavə ekspertiza xərclərinə dair bildirişdən görünüb ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə hesab edib ki, ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
18. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən Mülki Məcəllənin 21.1, 21.3, 386.1, 390.1, 398.1, 399.1, 442, 752.1, 753.1. 753.3, 367.1, 367.2, 369.1, 399.3, 762.1, 762.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
19. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətlərinin dəlilləri:
20. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında işlərin görülməsi bağlanmış müqavilə əsasında aparılmış, müqavilədə ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən müxtəlif işlərin görülməsi öz əksini tapmış, həmin işlər İddiaçı tərəfindən görülmüş, həmçinin İddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsinin razılığı ilə müqavilədə öz əksini tapmayan digər işlər də görülmüş, görülmüş işlər həm ilk iddia üzrə iddiaçı, həmçinin qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi tərəfindən müvafiq qeydiyyat kitablarında öz əksini tapmışdır. Həmin qeydiyyat kitabları ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, həmin kitablarda görülmüş işlərin növü, ölçüsü, dəyəri, tarixləri öz əksini tapmış, həmin qeydlərin həqiqiliyinin yoxlanılması üçün ilk iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı ilə araşdırma aparılması xahiş edilmiş, lakin məhkəmə tərəfindən qeyd olunan qeydiyyat kitablarında olan və görülmüş işlərin növü, ölçüsü, dəyəri, tarixləri ilə bağlı iş üzrə əhəmiyyətli xüsusatlar araşdırılmamışdır. Hansı ki, həmin vacib xüsusatların araşdırılması məhkəmə üçün iş üzrə qanuni və obyektiv qətnamə çıxarılması baxımından zəruri olmuş, lakin həmin xüsusatlar araşdırılmadığından məhkəmənin ilk iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia üzrə iddiaçıdan görülməmiş işlərə görə artıq məbləğdə pul alındığı qənaətinə gəlməsinə səbəb olmuşdur. Bundan başqa, ilk iddia üzrə iddiaçı tərəfindən məhkəmə araşdırması zamanı görülmüş işlərin həcmi və ödənilmiş pul məbləği barədə təqdim edilmiş layihə əsasında yenidən hesablama aparılmış, bununla bağlı yazılı qeydlər tərtib edilmiş, həmin qeydlər məhkəməyə təqdim edilmiş, lakin həmin qeydlərdə göstərilən məlumatlarla bağlı birinci instansiya məhkəməsi tərəfindən yenə də heç bir araşdırma aparılmamış, həmin qeydlərdə olan məlumatlarla bağlı ilk iddia üzrə cavabdehin mövqeyi öyrənilməmiş, həmin qeydlərdə olan işlərin həqiqətən də ilk iddia üzrə iddiaçı tərəfindən görülüb-görülməməsi araşdırılmamışdır. Hansı ki, həmin qeydlərdə göstərilən işlərin həcmi ilə bunun qarşılığında İddiaçı ödənilən pul məbləğləri arasında demək olar ki, uyğunsuzluq mövcud olmamış, həmin məlumatlar əsasında İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıdan görülməmiş işlərə görə artıq pul alınmadığı öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı qeyd olunan işlər görülərkən işlərin görülməsinə nəzarət etmiş və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən məhkəməyə gətirilməsi zəruri olan şəxslərin məhkəməyə dəvət edilməsinin təmin edilməsini xahiş etmiş, lakin həmin şəxslərin məhkəmədə iştirakı təmin edilməmişdir. Bundan başqa, məhkəmə araşdırması nəticəsində qəbul edilmiş qətnamədə iş üzrə aparılmış hesablamalar nəticəsində İddiaçı tərəfindən faktiki olaraq ümumilikdə 74.202 manat dəyərində iş görüldüyünün müəyyən edildiyi, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı ümumilikdə 127.917,07 manat məbləğində pul vəsaitinin ödənildiyi göstərilmiş, həmin hesablama üzrə aradakı fərq 53.715,07 manat olmuş, lakin qarşılıqlı iddia ərizəsində qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən İddiaçı 53.715,07 manat deyil, 35.705,65 manat pulun tutulması tələb edilmişdir. Əgər İddiaçı qarşılıqlı iddia üzrə iddiaçıdan görülmüş işlərə görə 53.715,07 manat artıq pul vəsaiti almışdısa, qarşılıqlı iddia üzrə iddiaçı İddiaçı 35.705,65 manat deyil, 53.715,07 manat pulun tutulmasını tələb etməli idi. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi də İddiaçı tərəfindən görülmüş işlərə görə onlardan artıq pul vəsaitinin alınmadığını bilirdi və buna görə İddiaçı 35.705,65 manatdan əlavə, 18.009,42 manat pulun tutulmasını tələb etməmişdir. Lakin birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan mübahisəli hallarla bağlı araşdırma aparılmasını təmin etmədən, yalnız verilmiş ekspert rəyində göstərilən, bir çox işlərin görülməsini, digər müxtəlif ödəmələrin edilməsini özündə əks etdirməyən, yalnız ekspert tədqiqatı zamanı yalnız gözlə görünən işlərə uyğun verilmiş rəyi əsas götürərək qarşılıqlı iddia tələbini qismən təmin etməklə tamamilə yanlış nəticəyə gəlmişdir.
21. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
23. Məhkəmə iclasında ilkin iddiaçı və ilkin iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə və vəkil izahatında bildirdi ki, ekspert rəyində gözlə görünməyən işlərin dəyərini nəzərə almayıb, eləcə də görünən işlərin həcmini düzgün hesablanmayıb.
24. Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. -1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
26. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia rədd edildiyindən, qarşılıqlı iddia isə qismən təmin edildiyindən cavabdeh apellyasiya şikayətində iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunan hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlilləri qətnamənin yalnız örülmüş işlərə görə muzdun ödənilməsinə dair ilkin iddianın rədd edilmiş və qarşılıqlı iddianın təmin edilmiş hissələrinin mübahisələndirilməsinə yönəldilyindən, qətnamənin əsaslılığı həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı (podratçı) ilə ilkin cavabdeh, qarşılıqlı iddiaçı X4 Merkezi” MMC (sifarişçi) arasında bağlanmış ##.##.2024-cü il tarixli 01TKT.** saylı podrat müqaviləsinə əsasən ilkin iddiaçı ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində təmir işlərini yerinə yetirməyi, ilkin cavabdeh isə yerinə yetirilmiş işi qəbul edib, onların dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən podratçı tərəfindən icra edilməli işlərə divarlara alçipanların vurulması (1.2.1), oboyların sökülməsi və yenidən vurulması (1.2.2) və boyama və santexnik işləri (1.2.3) aid edilmişdir. Hazırda ilkin iddiaçı görülmüş işlərin sifarişçi tərəfindən tam həcmdə qəbul edilmədiyinə və dəyərinin tam şəkildə ödənilmədiyinə istinad edərək müqavilə üzrə görülmüş işlərin qəbul edilməsinin cavabdehin üzərinə qoyulması, ödənilmədiyini iddia etdiyi işlərə görə 3670 manat pulun tutulması və podrat müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı isə podratçı tərəfindən müqavilə üzrə nəzərdə tutulan işlərin tam həcmdə yerinə yetirilmədiyini, faktiki görülmüş işlərin həcmi ilə ona edilmiş ödənişlər arasında uyğunsuzluğun mövcud olduğunu bildirərək icra edilməmiş işlərə görə artıq ödənilmiş pul vəsaitinin, eləcə də əldən çıxmış faydanın qarşı tərəfdən tutulmasını xahiş etmişdir.
32. Apellyasiya şikayətində mübahisələndirilən hallar kontekstində araşdırma aparan kollegiya ilk növbədə qeyd edir ki, 3670 manat məbləğində muzdun tutulmasına dair ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1. 753.1-ci maddələri, artıq ödənilmiş muzdun qaytarılması tələbinə dair qarşılıqlı iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 439.4-cü , 1092.1-ci maddələri təşkil edir.
33. Bununla yanaşı o da qeyd edilməlidir ki, mübahisələndirilən hissələrdə ilkin və qarşılıqlı iddia tələblərinə baxılması eyni faktiki halların araşdırılmasını tələb etdiyindən sözügedən tələblərə paralel şəkildə qiymət verilməlidir.
34. İşin mübahisəli halı mübahisəli podrat müqaviləsi üzrə ilkin iddiaçı, qarşılıqlı cavabdeh tərəfindən görülmüş işlərin tərkibi, həcmi və həmin işlərə görə müqavilə şərtlərinə əsasən hesablanmalı muzdun məbləği ilə bağlıdır. Həmin halların müəyyən edilməsi, o cümlədən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülüb-görülməməsi, görüldüyü təqdirdə həmin işlərin həcmi və dəyərinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert rəyində ilkin iddiaçı, qarşılıqlı cavabdeh tikinti və təmir işlərinə (gözlə görünən işlərə) sərf edilmiş materialların və işlərin həcmi ekspert tərəfindən müəyyən edilərək müvafiq smeta tərtib edilmişdir. İlkin iddiaçı ekspert rəyində əks olunmuş iş və materialların həcminin müqavilə üzrə faktiki gördüyü işləri tam şəkildə əhatə etmədiyini iddia etsə də, icra etdiyi işlərin həcminin ekspert rəyində müəyyən ediləndən daha artıq həcmdə olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, kollegiya ilkin iddiaçının istinad etdiyi əlyazma qeydlərin birtərəfli qaydada tərtib edildiyini nəzərə alaraq həmin sənədlərin işlərin həcmini müəyyən edən sübutlar qismində qəbul edilməsini mümkün hesab etmir.
35. Beləliklə, kollegiyanın ekspert rəyi ilə razılaşmaması üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi gözlə görünən işlərə görə muzdu həmin rəydə əks olunmuş iş və materialların həcmləri və müvafiq işlər üçün tərəflər arasında razılaşdırılmış qiymətləri (məhkəmə iclasında tərəflər iştirakı ilə dəqiqləşdirilmişdir) əsas götürməklə 74.202 manat məbləğində müəyyən etməkdə haqlı olmuşdur.
36. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində əks edilmiş smetada gözlə görünməyən işlərin nəzərə alınmaması barədə ilkin iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, ilkin cavabdeh həmin işlərin bəzilərinin (daş yunu, su və kanalizasiya xətlərinin çəkilməsi) görülməsi faktını mübahisələndirməmiş, əksinə sözügedən növ işlərin tərkibi və həcmi ilkin cavabdehin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində də əks olunmuşdur. Kollegiya ilkin iddiaçının müqavilə üzrə görülmüş gözlə görünməyən işlərin ilkin cavabdehin etiraf etdiyindən daha artıq həcmdə və daha geniş çeşiddə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyini nəzərə alaraq hesab edir ki, sözügedən işlərə görə muzd tərəflərin razılaşdırdıqları qiymətlər əsas götürülməklə ilkin cavabdehin təqdim etdiyi mütəxəssis rəyinə əsasən müəyyənləşdirilməlidir.
37. Beləliklə, ekspert rəyində əks olunmamış görünməyən işlərə görə muzdun mütəxəssis rəyində əks olunmuş həcmlər və tərəflərin razılaşdırdıqları qiymətlər əsas götürülməklə zirzəmi mərtəbəsi üzrə sanitar qovşağına su və kanalizasiya xəttinin çəkilməsi işlərinə görə 200 manat (2 ədəd.x 100manat); daş yunun qurulması işlərinə görə 356,9 manat (356,9 x1 manat), birinci mərtəbə üzrə su və kanalizasiya xəttinin çəkilməsi işlərinə görə 40 manat (1 ədəd x 40 manat); daş yunun qurulması işlərinə görə 149 manat (149x1 manat) və üçüncü mərtəbə üzrə su və kanalizasiya xəttinin çəkilməsi işlərinə görə 120 manat (3 ədəd.x40 manat); daş yunun qurulması işlərinə görə 1142,9 manat (1142,9x1 manat) manat, yeni divarların alçıpan ilə yığılması işlərinə görə 6818,9 manat (1239,8 kv.m.x5,5 manat) olmaqla, ümumilikdə 8827,7 manat təşkil etməsi müəyyən edilir.
38. Belə olan halda kollegiya mübahisəli podrat müqaviləsi üzrə podratçı tərəfindən 83.029,7 (74.202+8827,7) manat məbləğində işlərin faktiki icra edilməsinin iş materialları ilə öz təsdiqini tapdığını, digər tərəfdən işin mübahisəsiz hallarına görə sifarişçi tərəfindən podratçıya ümumilikdə 127.917,07 manat məbləğində pul vəsaiti ödənildiyini nəzərə alaraq və işə iddia həddində baxaraq hesab edir ki, qarşılıqlı iddianı artıq ödənilmiş 35705,65 manat muzdun qaytarılması tələbinə dair hissədə təmin etməklə, eləcə də görülmüş işlərə görə muzdun tutulması hissəsində ilkin iddianı rədd etməklə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.
39. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
40. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İlkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçı, qarşılıqlı cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov