Məhkəmə qərarları › İş №e-2-2(3-6)-431/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-431/2026

20.05.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-431/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “audit rəyinin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: auditor rəyinin təqdim edilməsi) hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) nümayəndə2, cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 iştirakları ilə, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı “audit rəyinin təqdim edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: Işin halları

1. ##.##.2025-ci il tarixli audit xidmətlərinin göstərilməsi haqqında #CS-**/**/****-* saylı müqavilədən görünür ki, İddiaçı MMC-nin həmtəsisçisi cavabdeh1 (sifarişçi) ilə cavabdeh2 MMC (icraçı) İddiaçı MMC-nin maliyyə-təsərrüfat vəziyyətinin 2023 və 2024-cü illər üzrə auditin aparılması barədə razılığa gəlmişlər.

2. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi tapşırır, icraçı isə sifarişçinin 2023-cü və 2024-cü illər dövr aralığında maliyyə və təsərrüfat vəziyyətinin auditini aparmağı və aparılmış hər bir auditin nəticələri üzrə hesabatı və yekun rəyini Sifarişçiyə təqdim etməyi öhdəsinə götürür.

3. ##.##.2025-ci il tarixli məktubunda cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru qeyd etmişdir ki, ##.##.2025-ci il tarixli, “Audit Xidmətlərinin Göstərilməsi haqqında” #CS-**/**/****-* nömrəli müqavilə şərtlərinə əsasən, sifarişçi cavabdeh1dır və həyata keçirilən yoxlama prosedurlarının nəticələri aidiyyəti üzrə təqdim edilmişdir. Ətraflı məlumat almaq üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi cavabdeh1 müraciət edilməsi xahiş olunur.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 qarşı iddia və iddiaya əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş auditin nəticələri üzrə hesabatın və yekun rəyin cavabdehlər tərəfindən iddiaçıya təqdim edilməməsi qanunsuz və ##.##.2025-ci il tarixli müqaviləyə zidd hesab edilməsi, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair yekun auditor rəyini tərtib edərkən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin öz səlahiyyətlərindən kənara çıxması, rəydə səlahiyyətinə aid olmayan qeydlər etməsi, habelə cavabdeh tərəfindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun əməllərinə hüquqi qiymət verilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin həmtəsisçisi cavabdeh1 ilə ##.##.2025-ci il tarixdə, “Audit Xidmətlərinin Göstərilməsi haqqında” #CS-**/**/****-* nömrəli müqavilə (bundan sonra Müqavilə) imzalanmışdır. Qeyd edilən Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçinin, (yəni iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin) 2023 və 2024-cü illər dövr aralığında maliyyə və təsərrüfat vəziyyətinin auditini aparmağı və aparılmış hər bir auditin nəticələri üzrə hesabatı və yekun rəyini Sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə audit yoxlamasının aparılması üçün bütün zəruri sənədlər təqdim edilmiş və lazımi şərait yaradılmışdır. Lakin, hazıra qədər cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən auditin nəticələri üzrə hesabat və yekun rəy Sifarişçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməmişdir. Qeyd etməliyik ki, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə yazılı müraciət edilərək, auditin nəticələri üzrə hesabatın və yekun rəyin, habelə audit yoxlaması ilə əlaqədar bütün sənədlərin təsdiq edilmiş surətlərinin 3 (üç) iş günü ərzində İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsi xahiş olunmuşdur. Lakin, ##.##.2025-ci il tarixli məktubunda cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nəzərimizə çatdırmışdır ki, ##.##.2025-ci il tarixli, “Audit Xidmətlərinin Göstərilməsi haqqında” #CS-**/**/****-* nömrəli müqavilə şərtlərinə əsasən, sifarişçi cavabdeh1dır və həyata keçirilən yoxlama prosedurlarının nəticələri aidiyyəti üzrə təqdim edilmişdir. Ətraflı məlumat almaq üçün İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi cavabdeh1 müraciət edilməsi xahiş olunmuşdur. Cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2025-ci il tarixli məktubunda bildirdikləri müqavilə şərtlərinə zidd olduğu kimi, həmçinin də qüvvədə olan qanunveriliyin tələblərinə uyğun deyildir. Belə ki, Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçinin, yəni iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023 və 2024-cü illər dövr aralığında maliyyə və təsərrüfat vəziyyətinin auditini aparmağı və aparılmış hər bir auditin nəticələri üzrə hesabatı və yekun rəyini Sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Eyni zamanda “Audit Xidmətlərinin Göstərilməsi haqqında” #CS-**/**/****-* nömrəli müqaviləninin nəticə hissəsində cavabdeh1 öz adından deyil, “Sifarişçi” adından həmin müqaviləni imzalamışdır. Bundan başqa, iddiaçı hesab edir ki, cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti adından müqaviləni imzalamış həmtəsisçisi cavabdeh1 iddiaçının fəaliyyətinin yoxlanılmasına dair audit rəyini iddiaçıya təqdim etməməsi, habelə Cəmiyyətin həmtəsisçisi cavabdeh1 ilə Cəmiyyətin digər təsisçisi və direktoru arasında mübahisə olduğunu və məhz bu səbəbdən yoxlama zamanı iddiaçının iştirakının təmin edilməməsi həmin rəyin obyektiv olmadığını, yalnız Cəmiyyətin həmtəsisçisi cavabdeh1 mənafeyinə və istəyinə uyğun tərtib edildiyini təsdiq edir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili nümayəndə2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin və cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 iddiaya etiraz edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, iddianın iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair yekun auditor rəyini tərtib edərkən cavabdeh cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin öz səlahiyyətlərindən kənara çıxması, rəydə səlahiyyətinə aid olmayan qeydlər etməsi, cavabdeh tərəfindən iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun əməllərinə hüquqi qiymət verilməsinin qanunsuz hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

9. Birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş auditin nəticələri üzrə hesabatın və yekun rəyin cavabdeh1 tərəfindən iddiaçıya təqdim edilməməsi qanunsuz hesab edilməsi, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş auditin nəticələri üzrə hesabatın və yekun rəyin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsi öhdəliyi cavabdeh1 üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Iddiaçı hazırda cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib ounmuş auditor rəyinin cavabdehlər tərəfindən təqdim edilməməsinin qanunsuz hesab edilməsini tələb edir.  Cavabdehlərin nümayəndəsi cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinin auditor rəyini cavabdeh1 təqdim edildiyini, cavabdeh1 müqavilə tərəfi olduğunu, audit yoxlaması məqsədilə öz hesabına müqavilə bağladığını və rəyi təqdim etmək kimi öhdəliyinin olmadığını bildirərək, iddiaya etiraz etmişdir.  Məhkəmə qeyd edir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin hər hansı iştirakçısının tələbi və onun hesabına cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışının aparılması imkanı qanunvericiliklə nəzərdə tutulmuşdur.  Hazırda da, göründüyü kimi, İddiaçı MMC-nin təsisçilərindən biri olan cavabdeh1 sifarişi ilə cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-nin maliyyə vəziyyətinə dair audit keçirilmiş və yekun rəy və yaxud hesabat tərtib edilmişdir.  Qeyd edilməlidir ki, hazırda yoxlanılan hüquqi şəxs məhz İddiaçı MMC-dir. Ona görə də, əgər onun fəaliyyəti yoxlanılmışdırsa, dolayısı ilə tərtib edilmiş yekun rəy və yaxud hesabat məhz ona aiddir.  Nəzərə alınmalıdır ki, ##.##.2025-ci il tarixli audit xidmətlərinin göstərilməsi haqqında müqavilə cavabdeh1 ilə cavabdeh2 MMC arasında bağlanmışdır. Qeyd edilmiş müqavilədə də, cavabdeh2 MMC-nin audit rəyini digər şəxsə yəni İddiaçı MMC-yə təqdim etmə kimi bir öhdəliyi müəyyən olunmamışdır.  Ona görə də, iddia cavabdeh2 MMC-yə münasibətdə təmin edilə bilməz.  Ancaq o da, qeyd edilməlidir ki, cavabdeh1 İddiaçı MMC-nin təsisçisi olduğundan və onun sifarişi və hesabına audit keçirildiyindən, yekun rəy və yaxud hesabatın da, məhz İddiaçı MMC-yə aid olduğundan, cavabdeh1 qeyd edilmiş yekun rəyi İddiaçı MMC-yə təqdim etmə öhdəliyi vardır.  Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər  Iddianın məzmunundan görünür ki, iddiaçı tərəf audit rəyinin ona təqdim edilməməsinin qanunsuz hesab edilməsini tələb edir. Qeyd edilməlidir ki, qeyd edilən ifadə həmçinin də, audit rəyinin tələb edilməsi halını özündə ehtiva edir.  Ona görə də, Məhkəmə hesab edir ki, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş auditin nəticələri üzrə hesabatın və yekun rəyin cavabdeh1 tərəfindən iddiaçıya təqdim edilməməsi qanunsuz hesab edilməli, auditin nəticələri üzrə hesabatın və yekun rəyin İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilməsi öhdəliyi cavabdeh1 üzərinə qoyulmalıdır.

11. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 87.1, 91.4-ci maddələrinə, Mülki Prossesual Məcəllənin 218.3-cü maddəsinə istinad etmişdir.

12. Iddiaçının nümayəndəsi (vəkili) qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüş və qeyd etmişdir ki, müqavilənin 1.1-ci bəndinəəsasən sifarişçi məhz İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilmişdir. Konstitusiyasının 32-ci maddəsinin V hissəsində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır. Cavabdeh cavabdeh2 MMC-nin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərindən biri, digər cavabdeh cavabdeh1 ilə bağlanılmış ##.##.2025- ci il tarixli “Audit Xidmətlərinin Göstərilməsi haqqında”#CS-**/**/****-* nömrəli Müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyət Sifarişçinin, yəni iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin 2023 və 2024-cü illər dövr aralığında maliyyə və təsərrüfat vəziyyətinin auditini aparmağı və aparılmış hər bir auditin nəticələri üzrə hesabatı və yekun rəyini Sifarişçiyə təqdim etməyi öhdəsinə götürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

14. Iddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.

15. Cavabdehlərin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 87.1. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

17. Maddə 91.4. Məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maadə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh2 MMC tərəfindən İddiaçı MMC-nin fəaliyyətinin yoxlanılmasına dair tərtib edilmiş auditin nəticələri üzrə hesabatın və yekun rəyin cavabdeh2 MMC tərəfindən iddiaçıya təqdim edilməməsinin qanunsuz hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi hissəsində qanuniliyi və əsaslılığının yoxlanması təşkil edir.

30. Belə ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə, iddianın iddiaçı İddiaçı MMC-nin fəaliyyətinin yoxlanılmasına dair yekun auditor rəyini tərtib edərkən cavabdeh cavabdeh2 MMC-nin öz səlahiyyətlərindən kənara çıxması, rəydə səlahiyyətinə aid olmayan qeydlər etməsi, cavabdeh tərəfindən iddiaçı İddiaçı MMC-nin direktorunun əməllərinə hüquqi qiymət verilməsinin qanunsuz hesab edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

31. Eyni zamanda iddia tələbi qismən təmin olunsa da, cavabdeh X2 mübahisəli qətnamədən apellyasiya şikayəti verməmişdir. Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki halları və tətbiq edilməli hüquq normaları baxımından qanuni və əsaslı hesab edir.

33. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ##.##.2025-ci il tarixli “Audit xidmətlərinin göstərilməsi haqqında” müqavilə X2 ilə cavabdeh2 MMC arasında bağlanmışdır. Müqavilə üzrə sifarişçi qismində X2 çıxış etmiş və audit nəticələri üzrə hesabatın, eləcə də yekun rəyin təqdim edilməsi öhdəliyi də müqavilə münasibətləri çərçivəsində məhz sifarişçiyə münasibətdə müəyyən edilmişdir.

34. Birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, audit yoxlaması İddiaçı MMC-nin fəaliyyəti ilə bağlı aparıldığından, audit nəticələri üzrə hesabat və yekun rəyin iddiaçıya təqdim edilməsində İddiaçı MMC-nin hüquqi marağı mövcuddur. Məhz bu səbəbdən də məhkəmə həmin sənədlərin iddiaçıya təqdim edilməsi vəzifəsini müqavilə üzrə sifarişçi olmuş X2 üzərinə qoymuşdur.

35. Apellyasiya şikayətində iddiaçı qeyd etmişdir ki, müqavilədə sifarişçi qismində İddiaçı MMC göstərildiyindən, audit nəticələri üzrə hesabat və yekun rəyin təqdim olunması öhdəliyi birbaşa cavabdeh cavabdeh2 MMC tərəfindən iddiaçı qarşısında icra edilməlidir.

36. Müqaviləni nəzərdən keçirən kollegiya qeyd edir ki, müqavilənin məzmunundan göründüyü kimi, X2 müqavilədə İddiaçı MMC-nin həmtəsisçisi qismində göstərilsə də, müqavilənin tərəfi kimi məhz o çıxış etmişdir. Müqavilədə “Sifarişçi” anlayışı X2 aid edilmiş, müqavilə üzrə hüquq və vəzifələr də onunla cavabdeh2 MMC arasında müəyyən olunmuşdur.

37. Müqavilədə auditin predmetinin İddiaçı MMC-nin fəaliyyəti olması və cəmiyyətin adının göstərilməsi özlüyündə həmin hüquqi şəxsi müqavilə tərəfinə çevirmir. Çünki hüquqi şəxsin müqavilə tərəfi hesab olunması üçün onun müqavilədə tərəf qismində iştirak etməsi və iradəsinin səlahiyyətli orqan vasitəsilə ifadə olunması tələb olunur. Hazırkı halda isə müqavilə İddiaçı MMC ilə deyil, X2 ilə bağlanmışdır.

38. Eyni zamanda müqavilənin “Tərəflərin rekvizitləri” hissəsində sifarişçi kimi X2 göstərilməsi, müqavilənin onun tərəfindən imzalanması və müqavilə üzrə hüquq və vəzifələrin həmin şəxsə aid edilməsi bunu təsdiq edir.

39. Kollegiya həmçinin qeyd edir ki, müqavilə hüquq münasibətlərində tərəflərin hüquq və vəzifələri, eləcə də məsuliyyət dairəsi ilk növbədə bağlanmış müqavilənin şərtləri ilə müəyyən edilir. Hazırkı halda ##.##.2025-ci il tarixli “Audit xidmətlərinin göstərilməsi haqqında” müqavilənin tərəfləri X2 və cavabdeh2 MMC olmuşdur. Müqavilədən irəli gələn hüquq və öhdəliklər də məhz həmin tərəflər arasında yaranmışdır.

40. Eyni zamanda, cavabdeh2 MMC-nin İddiaçı MMC qarşısında audit hesabatı və yekun rəyi birbaşa təqdim etmək öhdəliyi müqavilə ilə nəzərdə tutulmamışdır.

41. Bu baxımdan audit nəticələri üzrə hesabatın və yekun rəyin təqdim edilməsinə dair öhdəliyin kim tərəfindən icra edilməli olması məsələsi qiymətləndirilərkən, müqavilə üzrə tərəflərin məsuliyyət dairəsi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən də düzgün olaraq müəyyən edilmişdir ki, İddiaçı MMC həmin müqavilənin tərəfi olmadığından, cavabdeh2 MMC-nin iddiaçı qarşısında birbaşa müqavilə öhdəliyi yaranmamışdır.

42. Belə olan halda müqavilə münasibətlərindən irəli gələn məsuliyyətin müqavilənin tərəfi olmayan şəxs qarşısında birbaşa tətbiqi üçün hüquqi əsas müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin cavabdeh2 MMC-yə münasibətdə iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı olmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların pozuntusuna yol verilməmiş; birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar