Məhkəmə qərarları › İş №e-2-2(3-6)-681/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-681/2026

19.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-681/2026 19.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 məruzəsi ilə, X6 və X5 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2xxxxcavabdeh1 ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın əldə edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-*- *(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2xxxxcavabdeh1 ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın əldə edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilərək, Göyçay rayonu, Potu kəndində, Bakı–Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyri-yaşayış binasının və onun yerləşdiyi 0,085 ha torpaq sahəsinin “xxxx” KB ASC-yə əldə olunmasına dair “xxxx” KB ASC ilə cavabdeh2 MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli, *** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Hərracın yekunları barədə Protokol”un və ##.##.2022-ci il tarixli “ipoteka predmentinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqavilənın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2xxxxcavabdeh1 ASC-yə qarşı “hərracın yekunlarına dair protokolun və əmlakın əldə edilməsinə dair müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilərək, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı (qəbz nömrəsi: 1998821764) geri qaytarılması qərara alınmışdır. Hazırda iddiaçı İddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(4- **)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki: -Göyçay Rayon Məhkəməsinin ## ##### 2013- cü il tarixli qətnaməsi ilə ## ##### 2011-ci il tarixli **MFB/** saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış ## ##### 2011ci il tarixli **MFB/**-A saylı əlavə kredit müqaviləsi üzrə 97.096 manat əsas kredit borcu, 6.177 manat 76 qəpik faiz borcu, 647 manat 10 qəpik cərimə olmaqla, cəmi 103.920 manat 86 qəpik məbləğində borcun, həmçinin ## ###### 2012-ci il tarixli **MFB/**-B saylı əlavə kredit müqaviləsi üzrə 90.695 manat 28 qəpik əsas kredit borcu, 5.033 manat 52 qəpik faiz borcu, 294 manat 14 qəpik cərimə olmaqla, cəmi 96.022 manat 94 qəpik məbləğin, habelə ödənilmiş 30 manat dövlət rüsumu və 30 manat xidmət haqqının cavabdeh X1 tutularaq “xxxx” KB ASC-yə ödənilməsi qət edilmişdir. Eyni zamanda tələb üzrə tutmanın cavabdeh İddiaçı mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində, Bakı–Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyriyaşayış binasına və onun yerləşdiyi 0,0850 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ilkin satış qiymətinin 350.000 manat müəyyən edilməsi qərara alınmışdır. Satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılmaması halında isə məcburi boşaldılması da qətnamə ilə müəyyən edilmişdir. -Ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd edilən qətnamə üzrə verilmiş icra vərəqəsinin icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilmiş və həmin qurumun ##.##.2022-ci il tarixli sifarişi əsasında sözügedən əmlakın açıq hərrac yolu ilə satılması məqsədilə cavabdeh2 MMC-yə sifariş verilmişdir. ##.##.2022-ci il tarixli hərrac bildirişinə əsasən, əmlakın ilkin satış qiyməti 350.000 manat müəyyən edilərək ##.##.2022ci il tarixində saat 11:00-da ilkin hərrac təyin olunmuş və bu barədə “525-ci qəzet”in ## ######## 2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. ##.##.2022-ci il tarixli hərrac (İlkin hərrac) keçirilmiş, lakin hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmişdir. Bundan sonra ##.##.2022-ci il tarixli hərrac bildirişi ilə ##.##.2022-ci il tarixində saat 11:00-da təkrar hərrac təyin edilmiş və bu barədə “525- ci qəzet”in ## ####### 2022-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Lakin “525-ci qəzet”in ## ###### 2022-ci il tarixli nömrəsindən müəyyən edilir ki, təkrar hərrac da baş tutmamış elan olunmuşdur. cavabdeh2 MMC-nin ##.##.2022-ci il tarixli məktubuna əsasən, hərraclar baş tutmadığından “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə uyğun olaraq ipoteka saxlayana əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə almaq hüququ barədə “xxxx” KB ASC-yə məlumat verilmişdir. “xxxx” KB ASC-nin ##.##.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, bank qeyd olunan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almağa etiraz etmir və bu məqsədlə zəruri sənədlər təqdim edilmişdir. Nəticədə, “xxxx” KB ASC, cavabdeh2 MMC ( Göyçay rayon İcra və Probasiya şöbəsi tərəfindən imzalanmamış) tərəfindən imzalanmış ##.##.2022-ci il tarixli, *** saylı protokola əsasən, Göyçay rayonu, Potu kəndində yerləşən qeyriyaşayış binası və onun yerləşdiyi 0,085 ha torpaq sahəsi 262.500 manat qiymətlə “xxxx” KB ASC tərəfindən əldə edilmişdir. -Qeyd etmək istəyir ki, tərəfindən hazırda yeni iddia predmeti və yeni faktiki-hüquqi əsaslarla Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Hazırkı iddia əvvəlki iddiada araşdırılmamış və məhkəmə qiymətləndirilməsinin predmeti olmamış başqa hüquqi faktlara əsaslanır. Bu səbəbdən hazırkı iddia əvvəlki iş üzrə araşdırılmış hüquqi münasibətlərin təkrarı deyil, fərqli faktiki əsaslardan irəli gələn müstəqil mübahisə olmaqla ayrıca məhkəmə müdafiəsi predmetini təşkil edir. Lakin Bakı Kommersiya Məhkəməsinine-2-2(4-11)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad edərək eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olduğunu göstərmişdir. Lakin məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, hazırkı iddia ilkin iddia ərizəsi ilə eynilik təşkil etmir. Hazırkı mübahisə fərqli faktiki hallara və müstəqil hüquqi əsaslara söykənir. Bundan əlavə, hazırkı iddia üzrə irəli sürülmüş tələblərin həcmi də əvvəlki işdən fərqlənir və mübahisənin predmetini genişləndirir. Bu səbəbdən MPM-in 153.2.2-ci maddəsinin tətbiqi üçün zəruri olan eyni tərəflər, eyni predmet və eyni əsas şərtlərinin məcmu halda mövcud olması barədə nəticəyə gəlmək mümkün deyildir. Əksinə, hazırkı iddia öz predmeti və əsası etibarilə əvvəlki iddiadan fərqləndiyindən, ayrıca və müstəqil iddia kimi qiymətləndirilməli və məhkəmənin icraatına qəbul edilməli idi. Belə ki, İddianın əsasını "İpoteka haqqında" Qanunun 42.1, 43.5 və 47.4-cü maddələrinin pozulması, hərrac bildirişlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim edilməməsi, bununla da onun hərracda iştirak etmək və hüquqlarını müdafiə etmək imkanının məhdudlaşdırılması, habelə ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılmaması və həmin vəsaitin qanunla müəyyən edilmiş qaydada bölüşdürülməsinin həyata keçirilməməsi təşkil edir. Halbuki ilkin iddia ərizəsi tamamilə fərqli hüquqi və faktiki əsaslara söykənmişdir. Belə ki, həmin iddiada hərracın etibarsızlığı "İpoteka haqqında" Qanunun 43.3, 43.4 və 43.7-ci maddələrinin pozulması ilə əsaslandırılmış, hərracın təşkili zamanı qanunla müəyyən edilmiş prosedurlara əməl edilməməsi, təkrar hərracın keçirilməsi qaydalarının pozulması və ipoteka predmetinin qanunvericiliyin tələblərinə zidd olaraq aşağı qiymətlə realizə edilməsi halları mübahisələndirilmişdir. Bundan əlavə, hazırkı iş üzrə iddianın predmeti də əvvəlki iddiadan fərqlənir. Belə ki, əvvəlki iş üzrə yalnız hərracın nəticələrinin etibarsız hesab edilməsi tələb olunduğu halda, hazırkı iş üzrə həm hərracın nəticələrinin, həm də həmin hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələb edilir. Beləliklə, hazırkı iddia həm predmeti, həm də əsası baxımından əvvəlki iddiadan fərqlənir. Bu baxımdan, məhkəmənin hazırkı iddianı əvvəlki iddia ilə eyni hesab etməsi əsassızdır. Təqdim olunmuş iddia ərizəsi yeni predmet və yeni faktiki əsaslara söykəndiyindən, ayrıca və müstəqil iddia kimi qiymətləndirilməli, mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatına qəbul edilməli idi. Qeyd edilməlidir ki, mövqeylərini təsdiq edən hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Qərarında da öz əksini tapmışdır. Belə ki, həmin Qərarın 7.1-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsində nəzərdə tutulmuş əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o halda yol verilə bilər ki, digər iş eyni tərəflər arasında, eyni predmet üzrə və eyni əsaslarla bağlı olsun. Qərarda xüsusi olaraq vurğulanmışdır ki, sadalanan elementlərdən hər hansı biri üzrə fərq mövcud olduqda, ərizənin həmin əsasla baxılmamış saxlanılması yolverilməzdir. Hazırkı halda isə əvvəlki və hazırkı iddialar arasında yalnız tərəflərin eyniliyi mövcuddur. İddiaların faktiki əsasları fərqli olmaqla yanaşı, onların predmetləri də eyni deyildir. Belə ki, əvvəlki iddia hərracın keçirilməsi prosedurunun və satış qiymətinin müəyyən edilməsinə dair qanun pozuntularına əsaslandığı halda, hazırkı iddia hərrac bildirişlərinin qanunvericiliyin tələblərinə uyğun təqdim edilməməsi, iddiaçının hərracda iştirak hüququnun pozulması, habelə ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin bölüşdürülməsi və qaytarılması qaydalarının pozulması kimi müstəqil hüquqi faktlara əsaslanır. Bundan başqa, hazırkı iş üzrə hərracın nəticələri ilə yanaşı, həmin hərracın nəticəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunması da tələb edilir. Beləliklə, həm iddianın əsası, həm də predmeti əvvəlki iddiadan fərqləndiyindən, hazırkı mübahisənin əvvəlki işlə eyniyyət təşkil etməsi barədə nəticə nə MPM-in 259.0.4-cü maddəsinə, nə də Ali Məhkəmə Plenumunun göstərilən hüquqimövqeyinə uyğun hesab edilə bilər. Azərbaycan Respublikası MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin və ya qərardadının ləğvi üçün yalnız o halda əsas ola bilər ki, həmin pozuntu iş üzrə düzgün olmayan məhkəmə aktının qəbul edilməsinə səbəb olmuş olsun. Hazırkı halda məhkəmə tərəfindən MPM-in 153.2.2- ci maddəsinin düzgün tətbiq edilməməsi, yəni həmin normanın tətbiqi üçün zəruri olan “eyni tərəflər, eyni predmet və eyni əsas” şərtlərinin mövcudluğunun tam araşdırılmaması, iddia ərizəsinin mahiyyəti üzrə səhv hüquqi qiymətləndirilməsinə və nəticə etibarilə onun icraata qəbulundan əsassız imtinaya səbəb olmuşdur. Beləliklə, yol verilmiş prosessual pozuntu formal xarakter daşımamış, iş üzrə qəbul edilmiş qərardadın nəticəsinə birbaşa təsir göstərmiş və onun qanunsuz və əsassız olmasına gətirib çıxarmışdır. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*-*(*-**)-****/**** saylı saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Faktlar: -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il nömrəli qərarından görünür ki, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli iş üzrə ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- ****/**** saylı, ##.##.2024-cü il nömrəli qərarından müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdehlər “xxxx” KB ASC və cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayonu, Potu kəndi, Bakı-Qazax avtomobil yolunun cənub tərəfində yerləşən qeyriyaşayış binası və onun yerləşdiyi 0,085 ha torpaq sahəsinin “xxxx” KB ASC-yə satılmasına dair “xxxx” KB ASC ilə cavabdeh2 MMC arasında imzalanmış ##.##.2022-ci il tarixli, *** saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” hərracın yekun protokolunun etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(006)- ***/**** saylı qətnaməsi ilə iddia rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## #### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Fuad Abdıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(006)- ***/**** saylı qətnaməsi ##.##.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi MPM-in 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsinə əsas kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(006)- ***/**** saylı qətnaməsi) mövcudluğuna istinad etmişdir. Kollegiya məhkəmənin istinad etdiyi qətnamənin aid olduğu mübahisə ilə hazırkı işin eyni tərəflər arasında olması, eləcə də hər iki iddianın eyni hüquqi nəticənin əldə edilməsinə, yəni hərracın nəticələrinin etibarsız hesab edilməsinə yönəlməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, hər iki iddianın eyni əsaslar üzrə qaldırılması şərtinin mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, əvvəlki işdə iddia tələbinin faktiki əsası qismində hərrac keçirilərkən satış qiymətinin düzgün müəyyən edilməsinə və təkrar hərracın baş tutmamış hesab edilməsi və ipoteka saxlayanın əmlakı əldə etmə proseduru ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına istinad edildiyi halda hazırkı iddia ərizəsində iddiaçı iddia tələblərini hərracın keçirilməsi barədə bildirişlərin ipoteka qoyana göndərilməməsi, həmçinin satışdan əldə olunan vəsaitin bölüşdürülməməsi və fərqin qaytarılmaması kimi hallarla əsaslanmışdır. Birinci instansiya məhkəmə isə göstərilən halları nəzərə almadan və hər ik iddianın faktiki əsaslarının eynilik təşkil edib-etməməsini araşdırmadan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qənaətə bilmişdir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Odur ki, hazırkı halda şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş əvvəlki işin eyni əsaslarla baxılıb-baxılmaması, hazırkı işdə iddianın əsası kimi istinad edilən halların əvvəlki iş üzrə məhkəmənin araşdırma predmetinə daxil olub-olmması, məhkəmə tərəfindən həmin hallara da qiymət verilib-verilməsi araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(*-**)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar