Məhkəmə qərarları › İş №e-2-2(3-6)-714/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2-2(3-6)-714/2026

25.06.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(3-6)-714/2026 25.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Ziya Allahverdi oğlu Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq, M ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh3 MMC,cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 (bundan sonra – cavabdehlər ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xxxx MMC, cavabdeh1 və cavabdeh4: - Kredit Müqaviləsi üzrə(i) 14,248,125 AZN əsas məbləğ; (ii) ## ###### 2023-cü il tarixinə 1,450,993.98 AZN məbləğində hesablanmış faiz; (iii) ## ###### 2023-cü il tarixinə 1,443,619.12 AZN məbləğində hesablanmış defolt faizi; və (iv) # ####### 2023-cü il tarixində/tarixinədək yığılmış və tələb edilmiş 71,273.36 ABŞ dolları məbləğində ödənilməmiş rüsumlar, haqlar və xərclərdən ibarət olmaqla ümumilikdə 17,142,738.10 AZN və 71,273.36 ABŞ dolları; - IPTY Bildirişlərinin qeydə alınması üçün ödənilmiş 1,765.40 manat dövlət rüsumu və xidmət haqqı; - Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 9,422 manat dövlət rüsumu; və - 410 manat mediasiya xərcinin tutulması; 2. Eynizamanda ipoteka predmeti olan əmlaklara münasibətdə: - Tutmanın cavabdeh1, cavabdeh5 və cavabdeh2 məxsus qeyri-yaşayış sahələrinə və əmlak kompleksi kimimüəssisəyə yönəldilməsi; - Qeyri-yaşayış sahələrinin və əmlak kompleksi kimimüəssisənin Ipoteka Müqavilələrində göstərilən ilkin satış qiyməti ilə açıq hərracdan satılması; - Ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin satışından əldə olunacaq vəsait hesabına Kredit Müqaviləsi üzrə Borcun ödənilməsi; - Ipoteka predmeti olan əmlak kompleksi kimimüəssisənin satışından əldə olunacaq vəsait hesabına əvvəlki ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan vəsait hesabına Kredit Müqaviləsi üzrə Borcun ödənilməsi; 3. Ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakların boşaldılaraq alıcılara təhvil verilməsi; 4. Girov predmeti olan əmlakların AYIB-in sahibliyinə verilməsi; və 5. Ipoteka və girov predmeti olan əmlakların satışından əldə olunacaq vəsait Iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi həddə, qalan borc məbləğinin Cavabdehlər xxxx MMC, cavabdeh1 və cavabdeh4 tutularaq AYIB-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdehlər xxxx MMC, cavabdeh1 və cavabdeh4:kredit Müqaviləsi üzrə (i) 14,437,347.39 AZN əsas məbləğ; (ii) ## ###### 2023-cü il tarixinə 678,342.32 AZN məbləğində hesablanmış faiz; (iii) # #### 2025-ci il tarixinə 4,890,464.74 AZN məbləğində hesablanmış defolt faizi; və (iv) # ####### 2023-cü il tarixində/tarixinədək yığılmış və tələb edilmiş 71,273.36 ABŞ dolları məbləğində ödənilməmiş rüsumlar, haqlar və xərclərdən ibarət olmaqla ümumilikdə 20,006,154.45 AZN və 71,273.36 ABŞ dolları;IPTY Bildirişlərinin qeydə alınması üçün ödənilmiş 1,765.40 manat dövlət rüsumu və xidmət haqqı;məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 9,422 manat dövlət rüsumu və 410 manat mediasiya xərcinin tutulması;eyni zamanda ipoteka predmeti olan əmlaklara münasibətdə:tutmanın cavabdeh1, cavabdeh5 və cavabdeh2 məxsus qeyriyaşayış sahələrinə və əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi;qeyri-yaşayış sahələrinin və əmlak kompleksi kimi müəssisənin Ipoteka Müqavilələrində göstərilən ilkin satış qiyməti ilə açıq hərracdan satılması;ipoteka predmeti olan qeyri-yaşayış sahələrinin satışından əldə olunacaq vəsait hesabına Kredit Müqaviləsi üzrə Borcun ödənilməsi;ipoteka predmeti olan əmlak kompleksi kimi müəssisənin satışından əldə olunacaq vəsait hesabına əvvəlki ipoteka saxlayanın tələbləri ödənildikdən sonra qalan vəsait hesabına Kredit Müqaviləsi üzrə Borcun ödənilməsi;ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra həmin əmlakların boşaldılaraq alıcılara təhvil verilməsi;girov predmeti olan əmlakların AYIB-in sahibliyinə verilməsi; və ipoteka və girov predmeti olan əmlakların satışından əldə olunacaq vəsait Iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi həddə, qalan borc məbləğinin Cavabdehlər xxxx MMC, cavabdeh1 və cavabdeh4 tutularaq AYIB-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, kredit Müqaviləsi üzrə (i) 14,437,347.39 AZN əsas məbləğ; (ii) ## ###### 2023-cü il tarixinə 678,342.32 AZN məbləğində hesablanmış faiz; və (iii) # #### 2026-cı il tarixinə 6,128,469.43 AZN məbləğində hesablanmış defolt faizindən ibarət olmaqla ümumilikdə 21,244.159.14 AZN; - # ####### 2023-cü il tarixində/tarixinədək yığılmış və tələb edilmiş 71,273.36 ABŞ dolları məbləğində ödənilməmiş rüsumlar, haqlar və xərclər; - IPTY Bildirişlərinin qeydə alınması üçün ödənilmiş 1,765.40 manat dövlət rüsumu və xidmət haqqı; - Məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 12,272 manat dövlət rüsumu; və - 410 manat mediasiya xərci tutulmasını, tələb üzrə tutmanın aşağıdakı əmlaklara yönəldilməsini Bakı ş., Binəqədi r., Binəqədi şosesi 45D ünvanında yerləşən qeyriyaşayış sahəsin (reyestr nömrəsi: 001013005188-06302, qeydiyyat tarixi: ##.##.2020); 2.2. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 4, mərtəbə 13 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083007, qeydiyyat tarixi: ##.##.2020); 2.3. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 4, mərtəbə 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083017, qeydiyyat tarixi: ##.##.2020); 2.4. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 4, mərtəbə 14 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043- 06101-083021, qeydiyyat tarixi: ##.##.2020); 2.5. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 3, mərtəbə 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083025, qeydiyyat tarixi: ##.##.2020); 2.6. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 1, mərtəbə 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083034, qeydiyyat tarixi: ##.##.2020); 2.7. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 1, mərtəbə 11 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083035, qeydiyyat tarixi: ##.##.2020); 2.8. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 2, mərtəbə 10 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083037, qeydiyyat tarixi: ##.##.2020); 2.9. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 2, mərtəbə 11 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043- 06101-083038, qeydiyyat tarixi: ##.##.2020); 2.10. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 3, mərtəbə 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083039, qeydiyyat tarixi: ##.##.2020); 2.11. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 3, mərtəbə 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083020, qeydiyyat tarixi: ##.##.2020) ; 2.12. Bakı ş., Xətai r., Babək pr. 12A, blok C, qapı 1, mərtəbə 9 ünvanında yerləşən qeyriyaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083029, qeydiyyat tarixi: ##.##.2020), Həmin əmlaklar açıq hərracda satılsın. Satışdan əldə edilən məbləğ borc məbləğindən artıq olduqda, həmin artıq hissə Cavabdehlərə qaytarılsın. 4. Ipoteka və girov predmeti olan əmlakların satışından əldə olunacaq vəsait Iddiaçının tələblərini ödəməyə kifayət etmədiyi həddə, qalan borc məbləği Cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh4, cavabdeh1 və cavabdeh3 MMCdən müştərək qaydada 13 277 503,63 (on üç milyon iki yüz yetmiş yeddi min beş yüz üç min altmış üç qəpik) manat məbləğində əsas borc, 678 342, 32 (altı yüz qırx yetmiş səkkiz min üç yüz qırx iki manat otuz iki qəpik) manat məbləğində faiz borcu, 318 768,02 (üç yüz on səkkiz min yeddi yüz altmış səkkiz manat iki qəpik) manat məbləğində defolt faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 7927,31 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi,tələb üzrə tutma 1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 45D ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 001013005188-06302, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 4 500 000 manat); 2. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 4, mərtəbə 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101- 083007, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 504 000 manat); 3. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 4, mərtəbə 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101- 083017, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 504 000 manat); 4. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 4, mərtəbə 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101-083021, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 504 000 manat);

5. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 3, mərtəbə 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101-083025, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 436 500 manat); 6. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 1, mərtəbə 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101-083034, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 436 500 manat); 7. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 1, mərtəbə 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101- 083035, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 447 300 manat); 8. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 2, mərtəbə 10 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101- 083037, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 450 000 manat); 9. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 2, mərtəbə 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (reyestr nömrəsi: 010011003043-06101-083038, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 447 300 manat);

10. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 3, mərtəbə 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043- 06101-083039, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 441 000 manat); 11. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 3, mərtəbə 9 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101-083020, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 437 400 manat); 12. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, blok C, qapı 1, mərtəbə 9 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (reyestr nömrəsi: 010011003043-06101- 083029, qeydiyyat tarixi: ##.##.2020, likvid qiyməti 445 500 manat) yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsaitin hesabına İddiaçı satılması, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin cavabdehlər cavabdeh5 və cavabdeh2 qaytarılması, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər cavabdeh4, cavabdeh1 və cavabdeh3 MMC-dən müştərək qaydada tutulması, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqat dəyəri olan 1500 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası “xxxx” MMC-nin bank hesabına (Kod 512565, VÖEN **********, Müxbir Hesab AZ02NABZ01350100000000022944, SWIFT AZRT AZ 22, hesab: AZ30AZRT40060019440019299007) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Cavabdeh cavabdeh3 MMC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qətnaməsinin cavabdeh cavabdeh3 MMC -ə münasibətəd olan hissəsinin ləğv edilməsini və həmin hissədə iddianın rədd olunması barədə qərarın qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın qiymətinin 21.315.402,97 manat təşkil etdiyini nəzərə alaraq, Elektron Məhkəmə Sistemi Dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 5723.85 manat təşkil edir.1 Lakin işdən görünür ki, cavabdeh şikayət verərkən cəmi 3970.00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh “xxxx “ MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq,

qərаrа аldı:

Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-**/**** saylı qətnaməsindən cavabdeh “xxxx “ MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. 1.Ali Məhkəmə, Iş № *-2(1-8)-271/2026 ( https://sc.supremecourt.gov.az/decision-search/ ) §(12)

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar