Məhkəmə qərarları › İş №e-2-2(3-6)-974/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2-2(3-6)-974/2026

16.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2-2(3-6)-974/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta müqaviləsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Abdullayev Elşən Uğur oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi X5 iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Işin halları

1. X8 və Bitkiçilik Məhsullarının Sığortası üzrə BS-**********-XS saylı sığorta şəhadətnaməsinə əsasən sığortalı İddiaçı X8 və bitkiçilik məhsulları ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, normadan artıq yağan qar yağıntıları, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına) risklərindən sığorta edilmişdir.

2. ##.##.2023-cü il tarixli X8 və Bitkiçilik Məhsullarının Sığortası üzrə Sığorta Hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən 962 hektar buğda sahəsində aparılan ekspertiza zamanı buğda məhsulunun boruyaçıxma fazasında olduğu və sahədə dəmyə əkinçiliyinin aparıldığı, quraqlıq səbəbi ilə bitkinin kök və gövdəsində yetərincə inkişafın olmadığı, quraqlıq səbəbilə bitkilərin kollanma olmadan boruyaçıxma fazasına keçdiyi və bitkilərin sünbülllənmə aparmadan 5-15 sm boyunda olarkən inkişafının dayandığı aşkar olunmuşdur. Sahədə təminat daxilində zərər olmadığı müəyyən edilmişdir.

3. Cavabdeh ##.##.2024-cü il tarixli **-*/*-H-**-**/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

4. Azərbaycan Respublikasının Ekologiya və X11 yanında Milli Hidrometologiya Xidmətinin ##.##.2023-cü il tarixli məktubuna əsasən ##.##.2023-cü tarixində Cənub- Cənub-Qərb istiqamətli küləyin gücü 12 bal olmuşdur, Bofort şkalasına əsasən 12 bal qasırğadır.

5. X3 izahatında qeyd etmişdir ki, 50 hektar əkin sahəsi var, mart ayında Aqrar Sığortaya zəng etdi, aprelin sonu – mayın əvvəli nümayəndə sahəyə gəldi, quraqlıq əlamətinin olmadığı sübuta yetirildi, ödənməli məbləğ 40,000 manat idi, lakin yalnız 8,200 manat ödənildi.

6. X1 izahatında qeyd etmişdir ki, 57 hektar torpaq sahəsi var, onlardan 52 hektarı əkilmişdi, qasırğa baş vermiş və bütün məhsul tamamilə məhv olmuşdur, ona 7970.44 manat məbləğində sığorta ödənilmişdir.

7. ##.##.2026-cı il tarixli məhkəmə iclasında iddiaçının cavabdehə sığorta hadisəsi baş verilməsi ilə bağlı səs yazısı dinlənilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

8. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə sığorta ödənişi kimi 173.484 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin payızında Füzuli rayonu ərazisində 962 ha ərazidə taxıl bitkisi əkmişəm. ## ###### 2022-ci ildə cavabdeh Cavabdeh adından "xxxx" ASC ilə BS-**********-XC saylı müqavilə baglamışam. Müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh bank hesabına 43683.00 AZN pul köçürmüşəm (qəbz əlavə edilir) X8 və Bitkiçilik məhsullarının Sığortası Üzrə Sığorta Şəhadətnaməsinin (bundan sonra sığorta şəhadətnaməsi) Sığorta risqləri, X6 bəndinin tələbinə əsasən "Aqrar sığorta haqqında "Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrar Sığorta qaydalarına əsasən aşagıdakı risklərin baş verməsi nəticəsində sığortalanmış bitkilər və bitkiçilik məhsulları təminat altına alınır: Təbii fəlakətlər (dolu; yangın; zəlzələ; torpaq sürüşməsi; qasırga; fırtına; sel və ya su basma; normadan artıq yağan qar yağıntıları (azadolma 10 faiz) müəyyən olunmuşdur. ##.##.2023-cü il tarixdə Füzuli rayonu ərazisində mənim də əkin sahəmi əhatə edən ərazidə Bofort şkalasına əsasən 12 bal gücündə qasırga olmuşdur. Qasırga nəticəsində 962 ha sahədə əkdiyim taxıl bitkisi yararsız hala düşmüş məhsul vermək imkanından məhrum olmuşdur. Baş vermiş təbii fəlakətlə baglı Cavabdeh məlumat verilmişdir. Cavabdeh faktı dəqiqləşdirmək üçün Azərbaycan Respublikasının Ekologiya və təbii Sərvətlər Nazirliyi yanında Millihidrometerologiya Xidmətinə sorgu ünvanlamışdır. Milli Hiderometerologiya xidməti ## ###### 2023-cü il tarixli 3-14-20/2- ****/**** saylı məktubu ilə "Aqrar Sığorta Müştərək Sığorta Şirkət) ASC-nin idarə heyyətinin sədri Elnarə Abbasovaya cavab vermişdir. Həmin cavabla müəyyən olunmuşdur ki, ##.##.2023-cü ildə Füzuli rayonu ərazisində Bofort şkalası üzrə ən güclü 12 bal qasırğa olmuşdur. (Məktub və Arayış əlavə olunur) Cavabdeh müraciət edərək sögörta ödənilməsini xahiş etsəm də müxtəlif bəhanələrlə cavab verməkdən yayınmışlar. Sığorta şəhadətnaməsinin mübahisələrin həlli qaydası bölümündə nəzərdə tutulduğu kimi Cavabdeh Apellyasiya şurasına müraciət etmişəm. ##.##.2025-ci il tarixdə Pretenziya məktubu cavabdeh Cavabdeh imeil ünvanına yerləşdirilsədə heç bir cavab verilməmişdir (məktub əlavə olunur). Cavabdeh Apellyasiya Şurası ## #### 2025-ci il tarixli AŞ **/** saylı qərarı ilə şikayətimi təmin etməmişdir. Həmin qərarda göstərilmişdir ki, Fondun (yəqin X2 nəzərdə tutulub) ## ###### 2024-cü il tarixli *-*/*-h-**-**/**** saylı qərarı ilə mənə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Cavabdeh Apellyasiya Şurasının qərarında həmçinin göstərilmişdir ki, güya mənə zərər quraqlıq nəticəsində dəymişdir. Əgər quraqlıq baş vermişdisə onda Cavabdeh Hansı səbəbdən Milliniderometerologiya xidmətinə müraciət etmişdi? Milli hiderometerologiya Xidmətinin quraqlıq deyil 12 bal gücündə qasırga baş verdiyinə dair arayış verdiyini bilə-bilə Cavabdeh sığorta ödənişini ödəməmək üçün həqiqətə uygun olmayan məlumatlardan istifadə etmişdir.

10. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, sığortalı İddiaçı ilə Fondun adından “xxxx” ASC (bundan sonra – Cəmiyyət) arasında BS-**********-XS nömrəli sığorta müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən sığortalanmış 962 hektar buğda sahəsinə ##.##.2022-ci il tarixindən ##.##.2023-cü il tarixinədək müqavilənin “sığorta riskləri” bölməsində qeyd olunmuş (yanğın, üçüncü şəxslərin hərəkətləri, sel və ya subasma, vəhşi heyvanların hücumu, normadan artıq yağan qar yağıntıları, dolu, zəlzələ, torpaq sürüşməsi, qasırğa və fırtına) risklərin baş verməsi nəticəsində dəymiş zərərlərə təminat verilməsi nəzərdə tutulmuşdur. ##.##.2023-cü il tarixdə sığortalı tərəfindən Cəmiyyətin “1651” Çağrı Mərkəzinə ona məxsus buğda sahəsinə ##.##.2023-##.##.2023-cü il tarixlərində zərər dəyməsi ilə bağlı müraciət daxil olmuşdur. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir. ##.##.2023-cü il tarixdə 962 hektar buğda sahəsində aparılan ekspertiza zamanı buğda məhsulunun boruyaçıxma fazasında olduğu və sahədə dəmyə əkinçiliyinin aparıldığı, quraqlıq səbəbi ilə bitkinin kök və gövdəsində yetərincə inkişafın olmadığı, quraqlıq səbəbilə bitkilərin kollanma olmadan boruyaçıxma fazasına keçdiyi və bitkilərin sünbülllənmə aparmadan 5-15 sm boyunda olarkən inkişafının dayandığı aşkar olunmuşdur. Nəticədə quraqlıq sığorta risklərindən istisnaya daxil olduğu üçün sahədə təminatdaxili zərər müəyyən edilməmiş və Fondun 2024-cü il ## ###### tarixli 12-9/2-H-42- **/**** nömrəli Qərarı ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Sözügedən Qərardan sığortalı tərəfindən verilmiş 2025-ci il # #### tarixli apellyasiya şikayəti Fondun Apellyasiya Şurasının 2025-ci il ## #### tarixli **/**** nömrəli Qərarı ilə təmin edilməmiş və sığorta ödənişinin verilməsindən imtina barədə 2024-cü il ## ###### tarixli **- */*-H-**-**/**** nömrəli Qərar dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi”ndə sığortalanmış aqrar sığorta predmetləri üzrə quraqlıq riskinə təminat verilməsi nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 2.3.1-ci yarımbəndinin 5-ci abzasına əsasən quraqlıq nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

12. Iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

 Məhkəmə iclasında tədqiq edilən sübutlarla, həmçinin iddiaçının dinlənilən səs yazısı ilə müəyyən edilmişdir ki, iddiaçı ##.##.2023-cü il tarixdə Cəmiyyətin “1651” Çağrı Mərkəzinə müraciət edərək ona məxsus buğda sahəsinə quraqlıq səbəbi ilə zərər dəyməsi ilə bağlı müraciət etmişdir. Sığortalının müraciətinə əsasən baş vermiş hadisənin ətraflı araşdırılması və dəymiş zərərin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ####### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın (bundan sonra – Qaydalar) 1.19.3-cü yarımbəndinə əsasən müstəqil ekspert təyin edilmişdir.  ##.##.2023-cü il tarixli X8 və Bitkiçilik Məhsullarının Sığortasi üzrə Sığorta Hadisəsinin araşdırılması barədə müstəqil ekspertin rəyinə əsasən 962 hektar buğda sahəsində aparılan ekspertiza zamanı buğda məhsulunun boruyaçıxma fazasında olduğu və sahədə dəmyə əkinçiliyinin aparıldığı, quraqlıq səbəbi ilə bitkinin kök və gövdəsində yetərincə inkişafın olmadığı, quraqlıq səbəbilə bitkilərin kollanma olmadan boruyaçıxma fazasına keçdiyi və bitkilərin sünbülllənmə aparmadan 5-15 sm boyunda olarkən inkişafının dayandığı aşkar olunmuşdur.  Belə ki, mülki qanunvericilikdə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçı Cavabdeh mümkün olan vasitə ilə xəbər vermək sığortalı İddiaçı vəzifəsi kimi nəzərdə tutulmuşdur. Həmçinin bu vəzifənin yerinə yetirilməməsi Cavabdeh sığorta ödənişindən imtina etməsi üçün əsas kimi nəzərdə tutulmuşdur.  Iddiaçının əkin sahəsinin qasırğa hadisəsi nəticəsində məhv olması barədə arqumenti əsassız hesab edərək məhkəmə qeyd edir ki, Füzuli rayonunda qasırğa hadisəsi, iddiaçının müraciətindən təxmini 2 ay əvvəl, ##.##.2023-cü il tarixində baş vermiş və həmin ərəfədə bununla bağlı Fonda müraciət olunmamışdır. Məhkəmə iddiaçının vəsastəi əsasında şahid qismində dindirilən şahidlərin ifadələrinə qiymət verərək qeyd edir ki, həmin şəxslərin fırtına əsası ilə əkin sahələrinə zərər dəyməsi hazırkı halda iddiaçıya məxsus sahəyə fırtına əsası ilə zərər dəyməsi nəticəsinə gəlinməsi üçün sübut hesab edilə bilməz. Belə ki, qeyd edilən ərazidə firtına hadisəsi 06 mart tarixində olsa da, iddiaçı ondan 2 ay sonra quraqlıq səbəbi ilə müracət etmiş, və ekspert də quraqlıq səbəbi ilə bitkilərin kollanma olmadan boruyaçıxma fazasına keçdiyi və bitkilərin sünbülllənmə aparmadan 5-15 sm boyunda olarkən inkişafının dayandığı aşkar etmişdir.  Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları sübut edə bilməmiş, iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir.  Sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.  Belə ki, Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.  Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.  Ümumiyyətlə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır.  Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.  Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, baş vermiş (quraqlıq) hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinin sığorta ödənişinin verilməsindən imtina üçün əsas olduğunu, həmçinin sığorta müqaviləsi əsasında sığortalanmış buğda sahəsinə sığorta təminatı verilən risklər üzrə, hazırki iş üzrə qasırğa hadisəsi nəticəsində zərər dəydiyinin iş materialları ilə müəyyən olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbinin rədd edilməlidir.  Məhkəmə MPM-in 119-cu maddəsinə əsasən hesab edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 883.1, 904.2, 922.1, 922.2, 926.1, 926.2, 926.3, 935.1.8-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 il 30 oktyabr tarixli *** nömrəli Qərarı ilə təsdiq 3ediolmiş “Aqrar sığorta Qaydaları”nın 1.5.1, 1.6.9, 1.10.2, 1.22.1, 2.3.1, 2.4.1, 2.4.2, 2.4.4, -ci bəndlərinə istinad etmişdir.

17. Bakı Kommersiya Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq, iş üzrə icraat zamanı hərtərəfli, tam və obyektiv araşdırma aparılmadığını və həqiqətin müəyyən edilmədiyini irəli sürmüşdür. Apellyasiya şikayətinə qarşı etiraz

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. Maddə 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.

22. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

23. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

24. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

25. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

26. Maddə 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.

27. Maddə 935.1.8. Baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişinin verilməsindən imtina üçün əsasdır

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020 il 30 oktyabr tarixli *** nömrəli Qərarı ilə təsdiq 3edilmiş “Aqrar sığorta Qaydaları”:

28. 1.5.1-ci yarımbəndinə əsasən sığorta müqaviləsinə görə Fond tərəfindən sığorta ödənişinin birbaşa sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə sığorta müqaviləsi üzrə təminat verilən risklərin baş verməsi nəticəsində sığortalanmış predmetə zərər dəyməsi faktı sığorta hadisəsi sayılır.

29. 1.6.9-cu yarımbəndinə əsasən X8 və bitkiçilik məhsullarının sığortası üzrə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

30. 1.10.2-ci yarımbəndinin 2-ci abzasına əsasən sığorta müqaviləsi yazılı olaraq sığortalının Qaydalarla tanış olmasını və onun şərtləri ilə razılaşmasını təsdiq etməsi şərti ilə idarəedici qurum tərəfindən sığortalıya sığorta şəhadətnaməsinin verilməsi yolu ilə bağlanılır.

31. 1.22.1-ci yarımbəndinin 1-ci abzasına əsasən baş vermiş hadisə sığorta müqaviləsinə və bu Qaydalara əsasən sığorta hadisəsi hesab edilmədikdə Fond sığorta ödənişinin verilməsindən imtina edə bilər.

32. 2.3.1-ci yarımbəndinin 5-ci abzasına əsasən quraqlıq nəticəsində yaranan zərərlərə görə sığorta təminatı verilmir.

33. 2.4.1-ci yarımbəndinə əsasən sığorta predmeti hesab olunan X8ni və bitkiçilik məhsullarını sığortalamaq istəyən hüquqi və ya fiziki şəxslər vasitəçi aqrar sığortaçıya müraciət edirlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə “Aqrar sığorta” informasiya sistemində (bundan sonra – ASIS) qeydiyyatdan keçirlər.

34. 2.4.2-ci yarımbəndinə əsasən sığorta müqaviləsi bağlamaq istəyən şəxsin təqdim etdiyi məlumatların doğruluğu “Elektron kənd təsərrüfatı” informasiya sistemində (bundan sonra – EKTIS) olan məlumatlarla müqayisə edilərək yoxlanıldıqdan sonra onun müraciəti qəbul edilir.

35. 2.4.4-cü yarımbəndinə əsasən şəxsin təqdim etdiyi məlumatlarla EKTIS-də qeyd olunan məlumatlar eyni olduqda onunla idarəedici qurum Fondun adından sığorta müqaviləsi bağlayır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

41. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

45. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və tətbiq edilmiş maddi-prosessual hüquq normalarına uyğundur.

46. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

47. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

48. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı X4 ilə cavabdeh Cavabdeh adından “xxxx” ASC arasında BS-**********-XS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçıya məxsus Füzuli rayonu ərazisində yerləşən 962 hektar buğda sahəsi müqavilədə nəzərdə tutulmuş risklər, o cümlədən qasırğa və fırtına riskləri üzrə sığortalanmışdır.

49. Işdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatından ##.##.2023-cü il tarixdə Füzuli rayonu ərazisində Bofort şkalası üzrə 12 bal gücündə qasırğanın baş verdiyi müəyyən edilir.

50. Lakin ərazidə sığorta müqaviləsi ilə əhatə olunan təbiət hadisəsinin baş verməsi özlüyündə sığorta ödənişinin həyata keçirilməsi üçün kifayət etmir. Sığorta ödənişinin tələb edilməsi üçün həmin hadisənin konkret sığorta predmetinə zərər vurması, zərərin məhz sığorta riskinin reallaşması nəticəsində yaranması və tələb olunan zərərin həcmi arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

51. Hazırkı halda isə ##.##.2023-cü il tarixli qasırğanın məhz iddiaçıya məxsus 962 hektar buğda sahəsinə zərər dəyməsinə səbəb olması iş materiallarında olan sübutlarla təsdiq edilmir.

52. Əksinə, iş materiallarında olan səs yazısından müəyyən olunur ki, iddiaçı qasırğanın baş verdiyi tarixdən təxminən iki ay sonra – ##.##.2023-cü ildə çağrı mərkəzinə etdiyi müraciəti zamanı özü əkin sahəsinə quraqlıq səbəbindən zərər dəydiyini bildirmişdir.

53. Həmin müraciət əsasında sahəyə baxış keçirilərək müstəqil ekspert tərəfindən aparılmış araşdırma zamanı buğda məhsulunun boruyaçıxma fazasında olduğu, sahədə dəmyə əkinçiliyinin aparıldığı, bitkinin kök və gövdəsində kifayət qədər inkişafın olmadığı, bitkilərin kollanma mərhələsini keçmədən boruyaçıxma fazasına daxil olduğu və sünbüllənmədən 5–15 sm hündürlükdə inkişafının dayandığı müəyyən edilmiş, bu vəziyyət quraqlıqla əlaqələndirilmişdir.

54. Kollegiya nəzərə alır ki, quraqlıq sığorta müqaviləsi ilə təminat verilmiş risklər sırasına daxil edilməmişdir. Buna görə də iddiaçının məhsul itkisinə məhz qasırğanın səbəb olduğunu təsdiq edən mötəbər sübut olmadığı halda, yalnız həmin tarixdə ərazidə qasırğanın qeydə alınması sığorta ödənişinin həyata keçirilməsi üçün əsas yarada bilməz.

55. Iddiaçı qasırğanın əkin sahəsinə tələb olunan həcmdə zərər vurduğunu təsdiq edən sübut təqdim edə bilməmişdir.

56. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. Iddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

57. Beləliklə, iş materialları ##.##.2023-cü ildə Füzuli rayonu ərazisində qasırğanın baş verdiyini təsdiq etsə də, həmin qasırğanın iddiaçıya məxsus sığortalanmış 962 hektar buğda sahəsində iddia edilən zərərə səbəb olması, eləcə də tələb olunan 173.484 manat məbləğində zərərin məhz həmin sığorta riskinin reallaşması nəticəsində yaranması mötəbər, kifayət və bir-birini tamamlayan sübutların məcmusu ilə təsdiq edilməmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətlərində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən

58. qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

59. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDI:

Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli kommersiya mübahisəsi üzrə ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar