Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-852/2026 07.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsi geri qaytarılıb, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi” tələbinə dair mülki iş üzə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunmuş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Eləcə də İddiaçı Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərardaddan iddiaçı İddiaçı tərəfindən ## ###### 2026-cı il tarixli apellyasiya şikаyəti ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının ## ### 2000-ci il tarixli, ***-IQ nömrəli Qanununun 6-cı maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## #### 2000-ci il, *** nömrəli Fərmanının 2.2 və 2.3cü bəndlərinə əsasən, vərəm əleyhinə yardım ali tibb təhsili almış və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada xüsusi razılıq əsasında fəaliyyət göstərən həkim-ftiziatrlar və bu növ yardım üçün müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xüsusi razılıq alan ixtisaslaşdırılmış dövlət, bələdiyyə və özəl tibb müəssisələri tərəfindən göstərilir. Mülkiyyət formasından asılı olmayaraq, vərəm əleyhinə bütün tibb müəssisələrində xəstələrin qeydiyyatı və uçotu müvafiq icra hakimiyyəti orqanı – Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Qanunun 11-ci maddəsinin birinci hissəsinə və həmin Fərmanının 2.5-ci bəndlərinə əsasən, vərəmlə əlaqədar aşkar olunmuş bütün hallar ərazi üzrə vərəm əleyhinə tibb müəssisələrində qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi qeydiyyata və uçota alınmalıdır. Bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinə dərhal məlumat verilməlidir. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikasının ## ### 2005-ci il tarixli, ***-IIQ nömrəli Qanununun 1ci maddəsinə əsasən, bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. yetkinlik yaşına çatmayanlar - on səkkiz yaşınadək olan şəxslər; 1.0.2. baxımsız - təlimtərbiyə vermək, yaxud saxlamaq vəzifəsinin valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi nəticəsində davranışına nəzarət olunmayan yetkinlik yaşına çatmayan; 1.0.4. sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan – baxımsızlıq və ya kimsəsizlik nəticəsində həyatına və ya sağlamlığına təhlükə yaranan, yaxud tərbiyə edilməsi və ya saxlanması üçün tələblərə cavab verməyən şəraitdə olan, yaxud hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayan. Həmin Qanunun 16.1.7-ci maddəsinə və həmin Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2005-ci il tarixli, *** nömrəli Fərmanının 2.5.1-ci bəndinə əsasən əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) – Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi öz səlahiyyətləri daxilində baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların müalicəsini aparırlar. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi səhiyyə sahəsində fəaliyyət göstərən mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədardır. Beləliklə də, hesab etmişdir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən ərizənin yolverilməzliyinə görə imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, iddiaçıya izah edilməlidir ki, Cavabdeh vərəm xəstəsi kimi qeydiyyat və uçotunun aparılması, bu səbəbdən azyaşlı qızı X2 qorunması məqsədilə zəruri tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinə müraciət edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-10)-852/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-852/2026
07.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver