AzərbaycanǝRespublikasıǝadından Qətnamə Bakıǝşəhəri İşǝ№ǝe-2(3-6)-1417/2026 04.05.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI HakimlərǝMərdanovaǝXumarǝAfətǝqızıǝ(sədrlikǝedənǝvəǝməruzəçi), SadıqovǝVahidǝNərimanǝoğluǝvəǝX3ǝibarətǝtərkibdə, MəhkəməǝiclasǝkatibiǝX2ǝiştirakıǝilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı ApellyasiyaǝMəhkəməsininǝbinasında,ǝaçıqǝməhkəməǝiclasındaǝbaxaraq,ǝmüəyyənǝetdi: İşin halları: Cavabdeh ASC-nin işçisi şahid3 ##.##.2014-cü il tarixində kran avtomobilini idarə edərkən Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi Dəniz Qüvvələri Bazasının ərazisində hərəkət edərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi Dəniz Qüvvələri Bazasının ərazisinə ezam olunmuş piyada-Cəlilov İslam Hacı oğlunun üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada İslam Cəlilov hadisəǝyerindəǝölmüşdür.ǝ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2015-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2(iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.ǝ Hazırda iddiaçı, oğlu İslam Cəlilovun həyatdan məhrum edilməsində təqsiri olan şahid3 cavabdeh şirkət Cavabdeh ASC-nin işçisi olması əsası ilə cavabdeh təşkilatdan işçisininǝtörətdiyiǝdeliktəǝgörəǝmənəviǝziyanınǝödənilməsiniǝxahişǝedir. Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi ziyanın ödənilməsi və məhkəmə xərclərinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən mənəvi zərərə görə 35.000 manat məbləğində kompensasiyanın, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 300 manat və dövlət rüsumu olaraq ödənilmiş 195 manat pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya böyük bədbəxtlik üz vermişdir. Bu ərizəni iddiaçı faciə nəticəsində övladını itirən və beləliklə, yaşamaq həvəsini itirmiş çarəsiz bir ana kimi yazır. Bu dünyada yaşamaq üçün iddiaçıya böyük stimul verən oğlu var idi ki, o da faciəvi şəkildə dünyasını dəyişib. İddiaçının oğlu Cəlilov İslam Hacı oğlu Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsnda dəmirçi olaraq işləyib. 2014-cü ilin aprel ayından iddiaçının oğlu göndərişlə Qaradağ rayonu ərazisində yerləşən Hərbi Dəniz Qüvvələrinin tikinti layihəsində işləməyə başlamışdır. ## ###### 2014-cü il tarixində saat 19 radələrində oğlunun iş yerindən 5-6 nəfər şəxs gələrək İslamın yıxılmasını və səhhətinin pis olmasını bildiriblər. Həmin vaxtı iddiaçının gəlininin atası onlarla birgə getmiş, saat 21 radələrində isə evə zəng edərək Cəlilov İslam Hacı oğlunun vəfat etdiyini bildirmişdir. Belə ki, məhkəmə hökmündən də göründüyü kimi, Cəlilov İslam Hacı oğlunun ölümünə səbəb olmuş Cavabdeh ASC-nin işçisi şahid3 ifadəsinə əsasən ## ###### 2014cü il tarixdə saat 16:40 radələrində o, körpülər cəbhəsi sahəsində yük boşaldıb qaraja qayıdarkən həmin sahənin kənarı ilə keçən istinad divarının qurtaracağında dəniz kənarı ilə təxminən 10-20 km/saat sürətlə hərəkət edib. Bu zaman o, istinad divarının kənarı ilə iddiaçının oğlunun yolun sağ kənarı ilə, təxminən 10-12 metr məsafədə onunla eyni istiqamətdə düzünə hərəkət etməsini görmüşdür. O, İslamın dayanması və ona yol verməsi üçün siqnal vermiş, İslam yoldan çıxmamışdır. Buna baxmayaraq, o, maşını sürməyə bir qədər də davam edərək maşınla iddiaçının oğlunu vuraraq üstündən keçmişdir. Oğlu aldığı ağır xəsarətlərə görə hadisə yerindəcə vəfat etmişdir. Bu xəbəri aldığı anda iddiaçı dərin sarsıntı keçirib. Həmin an keçirtdiyi mənəvi sarsıntı və övladını itirməyinin iztirablarını hələ də yaşayır. Çünki oğlunun yoxluğu ilə heç cür barışa bilmir. İddiaçı yaşlı ana olmaqla oğlunun himayəsində yaşayıb. Onun yoxluğunu heç bir dillə izah edə bilmir. Bir ana üçün övladını itirmək çox ağırdır. Oğlunun yoxluğu iddiaçıya həm mənəvi, həm də maddi olaraq ağır zərbə vurub. O, işləyərək iddiaçını və ailəsini saxlayıb. Onun ölümü ilə nəticələnən faciəvi qəza da məhz işdə olduğu vaxtda baş vermişdir. İşlə bağlı məhkəmə istintaqı yekunlaşmış və qəbul edilmiş məhkəmə hökmündə göstərilmişdir ki, şahid3 ##.##.2014-cü il tarixində saat 16:00 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “QY25K- 1” markalı, **-JP-*** dövlət nömrə nişanlı kran avtomobili ilə avtokrançı işlədiyi Bakı-Qazax magistral avtomobil yolunun 17-ci km də, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hǝrbi Dəniz Qüvvələri Bazasının ərazisində dəniz kənarı yolla hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36 cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, habelə mövcud şəraitdə hərəkət zamanı diqqətini daim dəyişməkdə olan yol şəraitindən və avtomobil kranının idarə olunmasından ayırmamalı, yolun sağ kənarından 1,5 metr aralı məsafədə yol boyunca eyni istiqamətdə hərəkətdə olan piyadadan təhlükəsizliyi təmin edən lazımi yan məsafə saxlamaqla onun yanından keçib getməli, yol boyunca hərəkət edən piyadadan lazımi yan məsafəni təmin etmək imkanı məhdudlaşdığı halda vaxtında tormozlama əməliyyatı aparmaqla piyadaya çatmadan idarə etdiyi avtomobilin dayanmasını təmin etməli olduğu halda bu qaydalara riayət etməmiş, atmosfer şəraiti ilə əlaqədar görünüş məsafəsinin kəskin məhdudlaşması səbəbindən idarə etdiyi “QY25K 1” markalı, 90-JP-62 dövlət nömrə nişanlı kran avtomobilini ziq-zaq formada, yəni sağa, daha sonra sola istiqamətləndirərkən avtomaşının arxa sağ şini ilə eyni istiqamətdə yolun sağ hərəkət hissəsində avtomobildən 1,8 metr ara məsafədə hərəkət edən piyada, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCdə dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi Dəniz Qüvvələri Bazasının ərazisinə ezam olunmuş Cəlilov İslam Hacı oğlunu vuraraq üzərindən keçmiş, nəticədə ehtiyatsızlıqdan piyada İslam Cəlilovun hadisə yerində ölümünə səbəb olan qarın və çanaq boşluğu orqanlarının evakuasiyası (bayıra çıxması), sol bud və baldır sümüklərinin yuxarı 1/3-nin, qabırğalarının körpücük sümüklərinin, döş və fəqərələrinin, çanaq sümüklərinin sınıqları ilə müşayiət olunan, darəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarəti ci il tarixli, yetirmişdir. *(***)-***/**** İş saylıüzrə Qaradağ hökmünə şahid3 Məhkəməsinin Rayon əsasən, ## ### 2015- Azərbaycan Respublikasının CMci maddəsi ilə təqsirli bilinib, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun müəssisədə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2015-ci il tarixli, *(***)-***/**** saylı hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs şahid3 təqsiri, yəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaraq o, məhkum edilmişdir. Hökmdən də göründüyü kimi, məhkum olunmuş şahid3 cinayət hadisəsini törədərkən “xxxx ASC də avtokrançı vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının oğlunun ölümü Cavabdeh ASC-nin işçisinin təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar və təqsir Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2015-ci il tarixli, *(***)-***/**** saylı qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Vəfat edən şəxs iddiaçının doğma övladı olub. Cavabdeh hüquqi şəxsin əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya bir ana kimi mənəvi zərər dəymiş, oğlunun faciəvi vəfatı onu çox üzmüşdür. Övladının faciəvi şəkildə həlak olmasından sonra onun psixoloji vəziyyəti pisləşib, səhhətində müxtəlif problemləri yaranıb. Bu günədək onun yoxluğunun iztirabını çəkir. Oğlu ilə birlikdə keçirdiyi günlər gözünün önündə canlanır və hələ də iddiaçının və ailəsinin keçirdiyi stresslər yaralarının və iztirablarının hər gün təzələnməsinə səbəb olur. İşin hallarına əsasən cavabdeh hüquqi şəxsin işçisinin hüquqazidd hərəkəti nəticəsində iddiaçının mənəvi əzab çəkməyi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun faciəvi şəkildə ölməsindən sonra düşdüyü halı hər gün müşahidə edərkən, məhkəmə hökmündə və ekspert rəyində sadalananları dinləyərkən həmin mərhum övladının ölmüş bədəni gözünün önündə canlanır. Məhkəmə-tibbi ekspertizasının rəyində oğlunun hansı hallara düşməsi açıq aşkar qeyd edilib. Bu səbəbdən vurulmuş və vurulmaqla bitməyərək hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbləri baxımından da buna hüququ var. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Cavabdehin inşaat sahəsində podratçılıq fəaliyyəti ilə məşğul olması, sosial şəbəkələrdə olunan reklamları maddi durumlarının kifayət qədər yüksək olduğunu və iddianın tam təmin edilməsinin mümkünlüyünü göstərir. Bu baxımdan mərhum oğlunun faciəvi şəkildə ölməsindən bu günədək davam edən stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq 25.000 manat məbləğində dəymiş mənəvi zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən iddiaçının keçirtdiyi mənəvi iztirabların dərəcəsini, zərərin baş verməsinə səbəb olmuş hadisəsinin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi şəxs olmasını, hüquqi şəxsin maddi vəziyyətinin kifayət qədər olmasını nəzərə almalıdır. Keçirilən mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu iddiaçının çəkəcəyi istisna deyil. Məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən “Ekol” Vəkil bürosu ilə ##.##.2024cü il tarixli, EM ***VK-*****/** saylı müqavilə bağlanaraq 300 manat məbləğində pul ödənilmişdir.ǝHəminǝməhkəməǝxərciǝdəǝalınaraqǝiddiaçıyaǝödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mənəvi zərərə görə 10.000 (on min) manat pul məbləğinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi, hüquqi yardımla bağlı çəkilmiş xərclərə görə 200 (iki yüz) manat pul vəsaiti və ödənilmiş 120,3 (yüz iyirmi manat otuz qəpik) manat dövlət rüsumu olmaqla, 320,3 (üç yüz iyirmi manat otuz qəpik) manat pul məbləğinin cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsiǝqətǝedilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən olunur ki, hadisə ##.##.2014-cü il tarixində Cavabdeh ASC-nin işçisi şahid3 əmək vəzifələrinin icrası zamanı baş vermişdir. Hökmdən görünür ki, şahid3 Cavabdeh ASC-nin işçisi qismində avtokran idarə edərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi Dəniz Qüvvələri Bazasının ərazisinə ezam olunmuşǝCəlilovǝİslamǝHacıǝoğlunuǝvurmuşdur.ǝ Daha sonra hökmlə müəyyən edilir ki, Cavabdeh ASC-də Puta qəsəbəsində Hərbi dəniz qüvvələrinin tikinti layihəsinin Quraşdırma sahəsində sahə rəisi işləyən şahid2 hadisə günü-##.##.2014-cü il tarixdə (sahəyə yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaldılması üçün) bazanın sahə mexaniki İslamdan (burada zərərçəkmiş İslam Cəlilov deyil, digər işçi İslam Məmmədov nəzərdə tutulur) avtokran göndərməsini xahiş etmişdir. Saat 16:00 radələrində şahid3 idarə etdiyi 25 tonluq sarı rəngli avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti altında metal konstruksiyaǝmateriallarıǝboşaldılmışdır. İşdən görünür ki, hadisəni törətmiş şahid3 bilavasitə Cavabdeh ASC-də avtomobil nəqliyyatı və xüsusi təyinatlı maşın mexanizmlərinin istismarı idarəsinin kran təsərrüfatı sexinin rəisi X8 tabe olmuşdur. Sonuncu ifadəsində bildirmişdir ki, kranların və kran sürücülərinin işinə birbaşa iş görülən sahədə sahə rəisi cavabdehlik daşıyır. Tikinti ərazisində kranı idarə edərkən isə sürücü özü cavabdehlik daşıyır. O bildirmişdir ki, hadisə günü Ruslan adlı işçi istirahətdə olduğu üçün Şamil növbətçi kimi avtokranı idarə etmişdir. İşdən görünür ki, Cavabdeh ASC-də Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin tikinti layihəsinin quraşdırma sahəsində quraşdırıcı çilingər vəzifəsində işləmiş X4 ifadəsindən görünür ki, hadisə günü sahəyə “xxxx” MMC-dən yük maşını ilə gətirilmiş metal konstruksiya materiallarını yük maşınından əraziyə boşaltmaq üçün avtokran lazım olduğundan Babaağa müəllim (şahid2) sahəyə avtokran dəvət etmiş, avtokrançı şahid3 avtokranla əraziyə gəlmiş, ərazidə onun nəzarəti ilə metal konstruksiya materiallarını boşaltmışdır.ǝYükǝboşaltmaǝtamǝtəhlükəsizǝşəraitdəǝhəyataǝkeçirilmişdir. Bununla da hadisə günü Cavabdeh ASC-də krançı işləyən şahid3 Cavabdeh ASCnin və sonuncu təşkilatın işçilərinin nəzarəti altında, həmin şirkətin işlərinin görülməsi məqsədilə və sonuncunun iqtisadi maraqları naminə məlum sahədə avtokran idarə etməsi və yükün boşaldılması üzrə işlərin icrası ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının oğlu İ.Cəlilovun ölümü ilə nəticələnmiş hadisə həmin gün yüklərin boşaldılmasındanǝsonraǝbaşǝvermişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, işçisinin törətdiyi deliktə görə mülki məsuliyyəti cavabdeh təşkilat daşıdığından, iddia əsaslı hesab edilərək, qismən təminǝedilməlidir. Hadisə günü yol vərəqəsinin cavabdeh təşkilat deyil, “xxxx” MMC-nin mexaniki İ.Məmmədov tərəfindən verilməsinə dair cavabdehin etirazına münasibətdə məhkəmə qeyd etmişdir ki, yol vərəqəsinin üzərində Cavabdeh ASC-nin möhür əksi olduğu, yol vərəqəsini almış şahid3 “xxxx” ASC-nin işçisi olaraq cavabdeh təşkilatın tapşırığı ilə və sonuncunun maraqları naminə işləməsi öz təsdiqini tapdığı halda, yol vərəqəsinin cavabdeh təşkilat deyil “xxxx” MMC-nin mexaniki İ.Məmmədov tərəfindən verilməsi iddianın rəddi üçün əsas ola bilməz. Həmçinin, işin mübahisəsiz halıdır ki, məlum ərazidə Cavabdeh ASC ilə “xxxx” MMC birgə işlər icra etmiş, zərərçəkmiş İslam Cəlilov hadisə günü “xxxx” MMC-nin işçisi olaraq Cavabdeh ASC ilə birgə işlərinin icrası üçün hadisə yerinə ezam edilmişdir. O, hadisə günü Cavabdeh ASC-nin işçisinin qanunazidd hərəkətləriǝnəticəsindəǝhəyatdanǝməhrumǝolmuşdur.ǝ İddianın əsasının delikt olması əsası ilə iddia müddətinin tətbiqinə dair cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdehin işçisinin delikti nəticəsində baş vermiş hadisə zərərçəkmiş şəxs İ.Cəlilovun həyatdan məhrum edilməsi ilə nəticələndiyindən, oğlunun vəfatı ilə əlaqədar mənəvi ziyanla bağlı verilmiş hazırki iddia tələbinəǝiddiaǝmüddətiǝtətbiqǝedilmir.ǝ(MülkiǝMəcəlləǝ384) Cavabdehin işçisinin vurduğu zərərə görə məsuliyyəti müəyyən edən hallarla bağlı məhkəmə həmçinin qeyd etmişdir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş şahid3 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs şahid3 cavabdeh təşkilatın işçisi olduğundan və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işlədiyindən, iddia qismən təmin edilərək cavabdeh təşkilatdan iddiaçının xeyrinə 10.000ǝmanatǝmənəviǝziyanǝməbləğiǝtutulmalıdır İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçisinin təqsirindən iddiaçının ailə üzvü ölmüşdür. Şübhəsiz ki, ailə üzvünün itirilməsi iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik,ǝyaşamaqǝeşqininǝazalmasıǝvəǝs.ǝkimiǝhallarǝyaratmışdır.ǝ Beləliklə, şərh edilənlər əsasında məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri ilə iddiaçının ailə üzvünün ölməsi nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə əsaslar var. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının oğlunun ölməsini, lakin iddiaçının bu hadisə ilə bağlı mənəvi zərər tələbi ilə hadisədən 11 ilə yaxın müddət sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq, mənəvi zərərə görə tutulmalı olan pul məbləğinin 10.000 manat müəyyənləşdirilməsini ağlabatanǝhesabǝetmişdir. Məhkəmə iddia ərizəsinin hüquqi yardım üçün tələb edilən məbləğə də qiymət verərək, hesab etmişdir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği ağlabatan şəkildə müəyyənləşdirilərək 200 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdənǝtutulmalıdır.ǝ Məhkəmə hesab etmişdir ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu ödəməklə əlavə xərc çəkdiyindən və tələb qismən təmin edildiyindən, iddia tələbi ödənilmiş dövlət rüsumunun 120,3 manat hissəsinin cavabdehdən tutulması hissəsində də təmin edilməlidir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğvǝedilməsiǝvəǝişǝüzrəǝyeniǝqətnaməǝqəbulǝedilməsiniǝxahişǝetmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. Məhkəmə baxışı zamanı o da məlum oldu ki yol vərəqəsi tamamilə başqa bir hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə isə yol vərəqəsinin üzərində möhür olmasını əsas gətirərək bu vacib faktı nəzərə almamışdır. “Deliktin Obyekti” cavabdeh tərəfindən ananın fiziki bütövlüyünə qarşı heç bir hüquqazidd hərəkət edilməyib. Ananın tələbi subyektiv hüququn (övladının itirilməsi ilə əlaqədar) pozulmasına görədir. Bu hüququn pozulması isə birbaşa "sağlamlığa zərər" maddəsinin (384.0.3) subyekti deyil. Əgər hakim yenə də 384-cü maddəni tətbiqində bu qədər israrlı idisə "Müddət keçdikdən sonra irəli sürülən tələblər... keçmiş vaxtın üç ildən çox olmayan dövrü üçün təmin edilir." cümləsinə fikir verməyib. Baxmayaraq ki, bu bənd adətən periodik ödənişlərə (aliment və ya zərər ödənişi) aiddir, mənəvi zərər kimi birdəfəlik ödənişlər 10 il sonra ümumiyyətlə tələb edilə bilməz, çünki bu artıq mülki dövriyyənin sabitliyini pozur. Mülki Məcəllənin 384.0.3-cü maddəsi zərərçəkmişin öz sağlamlığını bərpa etmək və ya itirilmiş qazancını almaq üçün nəzərdə tutulub. İddiaçı (Ana) isə bu hadisədə zərərçəkmiş deyil, zərərçəkmişin yaxın qohumudur. Onun mənəvi zərər tələbi delikt hüququnun ümumi qaydalarına tabedir və hadisədən 10 il keçməsi ilə bu tələb hüququ itirilmişdir." Hakim maddi hüquq normalarını, Ali Məhkəmənin Plenum Qərarını və digər qanunverici aktları düzgün təfsir edə bilməmiş, onların qarşılıqlı əlaqəsini düzgün çözməmiş və işin emosional yükü altında qalaraq işin öhdəsindən gəlməmişdir. Konstitusiya Məhkəməsi bir çox qərarlarında (məsələn, "Mülki Məcəllənin 373.1-ci maddəsinin şərh edilməsinə dair" 2013-cü il qərarı) qeyd edilir ki, iddia müddəti hüquqi müəyyənlik prinsipinin tərkib hissəsidir. Nəzəri əsas: Məhkəmə bildirir ki, iddia müddətinin məqsədi mülki dövriyyənin iştirakçılarını sonsuz müddətə qeyri-müəyyənlikdə saxlamaqdan qorumaqdır. Tətbiqi: Əgər hər bir mənəvi zərər iddiası "sağlamlıq" maddəsi ilə müddətsiz hesab olunsa, bu, cavabdeh tərəf üçün (xüsusən şirkətlər və dövlət qurumları üçün) 20-30 il əvvəlki hadisələrə görə maliyyə riskinin qalması deməkdir ki, bu daǝ"hüquqiǝmüəyyənlik"ǝprinsipinəǝziddir. Məhkəmə işə baxarkən qənaətə gəldiyi məsələlərlə bağlı yalnız ehtimaları ilə əsas verib. Misal üçün öz etirazlarda Mülki Məcəllənin 1108-ci maddəsi göstərilsə də məhkəmə buǝməsələyəǝümumiyyətləǝtoxunmadı. Eyni zamanda iddiaçının dəfələrlə istinad etdiyi yol vərəqəsinə diqqət yetirilsə görünər ki, yol vərəqəsi məhz Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin əməkdaşı olan İslam Məmmədov tərəfindən imzalanmışdır. Buradan da görsənir ki, Cavabdeh ASC-də avtokrançı kimi çalışan şahid3 öz vəzifə təlimatlarını kobud şəkildə pozmuşdur. Belə ki, vəzifə təlimatının 2.1-ci bəndində qeyd edilir ki: Yol vərəqəsində səlahiyyətli rəhbər şəxslərin imzası olmadan işə başlamamalıdır. Göründüyü kimi şahid3 hadisə törətdiyi krana tamamilə ayrı bir hüquqi şəxsin əməkdaşının göstərişinə əsasən qanunsuz sahiblənmiş, Cavabdeh ASC-nin isə bundan xəbəri olmamışdır. Bundan əlavə şahid3 Cavabdeh ASC-nin mülkiyyətində olan kranını idarə edilməsi üçün etibarnamə və kranın idarə olunması üçün digər hüquqi sənədlər verməmiş,ǝgörülənǝişlərǝCavabdehǝASC-ninǝnəzarətindənǝkənarǝolmuşdur. Digər tərəfdən qeyd edildiyi kimi iş materiallarından belə məlum olur ki, iddiaçı ##.##.2014-cü ildə artıq mülkü hüquq pozuntusunun (delikt) baş verdiyi barədə məlumatlı idi.ǝİddiaçıǝisəǝməhkəməyəǝ##.##.2025-ciǝildəǝmüraciətǝetmişdir. Bundan başqa Mülki Məcələnin 384.0.3-cü maddəsi (sağlamlığa zərər) adətən birbaşa zərərçəkmişə (hadisədə yaralanan və ya ölən şəxsə) aid edilir. Bəli, qanunvericilik fiziki şəxsin sağlamlığına vurulan zərər üzrə iddia müddətini tanımır, lakin bu imtiyaz hadisədə fiziki xəsarət alan şəxsə (oğula) aiddir. Ana isə fiziki xəsarət almayıb, o, mənəvi iztirab çəkdiyini iddia edir. Əgər mənəvi zərər tələbi müddətsiz olsa, bu, hüquqi müəyyənlik prinsipinə zidd olar və hər hansı bir şəxs 50 il əvvəlki yaxın qohumunun ölümünə görə bu günǝiddiaǝqaldıraǝbilər. Cavabdeh tərəfindən ananın fiziki bütövlüyünə qarşı heç bir hüquqazidd hərəkət edilməyib. Ananın tələbi subyektiv hüququn (övladının itirilməsi ilə əlaqədar) pozulmasına görədir. Bu hüququn pozulması isə birbaşa "sağlamlığa zərər" maddəsinin (384.0.3) subyekti deyil. Əgər hakim yenə də 384-cü maddəni tətbiqində bu qədər israrlı idisə "Müddət keçdikdən sonra irəli sürülən tələblər... keçmiş vaxtın üç ildən çox olmayan dövrü üçün təmin edilir." cümləsinə fikir verməyib. Baxmayaraq ki, bu bənd adətən periodik ödənişlərə (aliment və ya zərər ödənişi) aiddir, mənəvi zərər kimi birdəfəlik ödənişlər 10 il sonra ümumiyyətləǝtələbǝediləǝbilməz,ǝçünkiǝbuǝartıqǝmülkiǝdövriyyəninǝsabitliyiniǝpozur Bundan başqa məhkəmə sırf ehtimallara əsaslanıb. Məhkəmə "iqtisadi maraq" olduğunu iddia edirsə, bunu konkret sübutlarla əsaslandırmalı idi. Həmin kran o gün hansı Cavabdeh layihəsində işləməli idi? Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin imzaladığı yol vərəqəsi Cavabdehya hansı maddi xeyri gətirib? Qanunun aliliyi tələb edir ki, hakim fərziyyələrlə deyil, sübutlarla qərar versin. Əgər Cavabdehnun bu işdən qazancı sübut olunmayıbsa, iqtisadi maraq arqumenti hüquqi deyil, subyektivdir. Məhkəmə sürücünü sadəcə Cavabdehnun işçisi olduğu üçün şirkəti məsuliyyətli tutub. Lakin qanunvericilikdə "ekspress-icazə" anlayışı var. Əgər işçi işəgötürənin tapşırığı olmadan, tamamilə kənar bir şəxsin (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC) göstərişi ilə texnikanı idarə edibsə, o həmin an üçün Cavabdehnun funksiyasını yerinə yetirmir. Yol vərəqəsindəki imzanın Cavabdehya aid olmamasının məhkəmə tərəfindən hüquqi nəticə yaratmaması isə ümumiyyətlə qəbuledilməzdir. Bununla yanaşı hakim delikt hüququnda "Səbəbli əlaqə" zəncirinin qırmışdır. Mülki məsuliyyət üçün zərərli hərəkətlə nəticə arasında birbaşa əlaqə olmalıdır. Sürücü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin işçisindən əmr alıbsa, səbəbli əlaqə zənciri Cavabdehdan qırılıb Mübahisə predmeti barəsindəǝmüstəqilǝtələbǝirəliǝsürməyənǝüçüncüǝşəxsǝASC-yəǝbağlanır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirakı təmin etmədiklərindən işə onların iştirakı olmadanǝbaxılmasıǝmümkünǝhesabǝedilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraqǝyoxlayırǝ(MülkiǝProsessualǝMəcəlləninǝ372.6-cıǝvəǝ372.7-ciǝmaddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiyaǝşikayətindəǝgöstərilməyənǝəsaslarlaǝdaǝləğvǝedəǝvəǝdəyişdirəǝbilər. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirilmişdir. Həmçinin qətnamə iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsininǝyoxlanılmasınıǝtəşkilǝedir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.ǝ 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.ǝ 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərinǝmüdafiəsiǝhaqqındaǝtələblərəǝiddiaǝmüddətiǝiǝşamilǝedilmir.ǝ 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət vəǝyaǝhərəkətsizlikdir).ǝ 1096.2-ciǝmaddəsinəǝəsasən,ǝdeliktǝtörətmişǝşəxsǝmülkiǝhüquqǝməsuliyyətiǝdaşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərinǝəvəziniǝödəməkǝvəzifəsiǝzərəriǝvurmayanǝşəxsinǝöhdəsinəǝqoyulaǝbilər.ǝ 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanıǝişçisininǝvurduğuǝzərərinǝəvəziniǝödəməlidir.ǝ 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsinǝvəǝyaǝfəaliyyətǝgöstərməliǝolsun. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ** saylı, ##.##.2025-ci il tarixli qərarının 4.36-cı bəndinə görə əmək münasibətlərinin həyata keçirilməsi zamanı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi əsasları və qaydası mülki qanunvericiliyin müvafiq tələblərinə uyğun tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən, işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə onun işəgötürəni məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Bu maddənin məzmunu baxımından işçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən elə fiziki şəxs başa düşülür ki, o, işəgötürənin tapşırığı və işlərin təhlükəsiz aparılmasına nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. İşəgötürən dedikdə isə əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının-işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulur. İşçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə işəgötürənin məsuliyyətə cəlb edilməsi üçün üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində işəgötürənin nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın olmasıdır. Həmin Qərarın 2ci maddəsində qeyd olunub ki, yaşamaq, sağlamlıq və bədən toxunulmazlığı hüququ insanınǝdoğulduğuǝandanǝmalikǝolduğuǝmütləqǝhüquqlardırǝşəxsiyyətǝhüquqlarıdır. Mülki Prosessual Məcəllə: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydadaǝməhkəməǝmüdafiəsindənǝistifadəǝetməkǝhüququnaǝmalikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadəǝetməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alırǝki,ǝonlarǝişdəǝtərəflərinǝtələbləriniǝmüəyyənǝedənǝfaktlarlaǝvəǝhallarlaǝəlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisəninǝolub-olmamasıǝvəǝşəxsinǝhəminǝhadisəyəǝaidiyyətiǝhissəsindəǝməcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğunǝəsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianınǝtəminǝolunub-olunmadığınıǝmüəyyənǝedir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətiniǝisəǝtəminǝetmədənǝsaxlayaǝbilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsininǝqətnaməsiǝmübahisələndirilənǝhissədəǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin faktiki hallarından görünür ki, hadisə ##.##.2014-cü il tarixində Cavabdeh ASCninǝişçisiǝşahid3ǝəməkǝvəzifələrininǝicrasıǝzamanıǝbaşǝvermişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ### 2015-ci il tarixli *(***)-***/**** saylı hökmünün surətindən görünür ki, şahid3 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkumǝedilmişdir. Həmin hökmdən görünür ki, şahid3 Cavabdeh ASC-nin işçisi qismində avtokran idarə edərkən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-də dəmirçi işləyən və müvafiq əmrlə Cavabdeh ASC tərəfindən tikinti işləri aparılan Hərbi Dəniz Qüvvələri Bazasının ərazisinə ezam olunmuş Cəlilov İslam Hacı oğlunu vurmuşdur. İddiaçının oğlu İ.Cəlilovun ölümü ilə nəticələnmiş hadisə həmin gün yüklərin boşaldılmasındanǝsonraǝbaşǝvermişdir. Cavabdehin apellyasiya şikayətində şahid3 hadisə törətdiyi krana tamamilə ayrı bir hüquqi şəxsin əməkdaşının göstərişinə əsasən qanunsuz sahiblənməsi, Cavabdeh ASCnin isə bundan xəbəri olmaması, şahid3 Cavabdeh ASC-nin mülkiyyətində olan kranını idarə edilməsi üçün etibarnamə və kranın idarə olunması üçün digər hüquqi sənədlər verməməməsi, görülən işlərin Cavabdeh ASC-nin nəzarətindən kənar olmamasına, sürücünün Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASCnin işçisindən əmr alıbsa, səbəbli əlaqə zənciri Cavabdehdan qırılıb Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-yə bağlanmasına dair dəlilləri iləǝMəhkəməǝKollegiyasıǝrazılaşmır. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğuǝhalındaǝirəliǝsürülənǝtələbǝtəminǝolunmalıdır. İşin faktiki halları ilə hadisə günü Cavabdeh ASC-də krançı işləyən şahid3 Cavabdeh ASC-nin və sonuncu təşkilatın işçilərinin nəzarəti altında, həmin şirkətin işlərinin görülməsi məqsədilə və sonuncunun iqtisadi maraqları naminə məlum sahədə avtokran idarə etməsi və yükün boşaldılması üzrə işlərin icrası ilə məşğul olması iş materialları ilə öz təsdiqini tapmışdır.ǝ Cavabdehin apellyasiya şikayətinin iddiaçının ##.##.2014-cü ildə artıq mülkü hüquq pozuntusunun (delikt) baş verdiyi barədə məlumatlı olması, mənəvi zərər tələbi müddətsiz olsa, bu, hüquqi müəyyənlik prinsipinə zidd olar və hər hansı bir şəxs 50 il əvvəlki yaxın qohumunun ölümünə görə bu gün iddia qaldıra bilməsi, eləcə də iddiaçının isə məhkəməyə ##.##.2025-ci ildə müraciət etməsinə dair cavabdehin qeyd edilən dəlillərini MəhkəməǝKollegiyasıǝəsassızǝhesabǝedir.ǝ Belə ki, cavabdehin işçisinin delikti nəticəsində baş vermiş hadisə zərərçəkmiş şəxs İ.Cəlilovun həyatdan məhrum edilməsi ilə nəticələndiyindən, oğlunun vəfatı ilə əlaqədar mənəviǝziyanlaǝbağlıǝverilmişǝhazırkiǝiddiaǝtələbinəǝiddiaǝmüddətiǝtətbiqǝedilmir.ǝ Həmçinin işin halları iddiaçının ən yaxın ailə üzvlərindən biri hesab edilən oğlunun ölümü nəticəsində onun psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Bu baxımdan Məhkəmə Kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir və qeyd edir ki, baş vermiş hadisədən xeyli müddət ötmüş olsa belə, ən yaxın ailə üzvlərindən biri hesab edilən oğlunun ölümü iləǝbağlıǝolanǝağırǝruhiǝəzabın,ǝdavamǝedənǝxarakterǝdaşımışdır. Bundan başqa Məhkəmə Kollegiyası qeyd edir ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması işin mübahisəsiz hallarıdır. Cinayət qanunu ilə qadağan edilmiş əməllərlə yanaşı mülki hüquq pozuntusu törətmiş şahid3 hərəkətlərinə görə cavabdeh təşkilatın məsuliyyət daşıması məsələsi ilə bağlı qanuni əsaslar Mülki Məcəllənin qeyd edilən 1099.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə göstərilən şərtlər ödənildiyindən, yəni zərər vurmuş şəxs şahid3 cavabdeh təşkilatın işçisi olduğundan və cavabdehin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında işləməsi müəyyən edildiyindən birinci instansiya məhkəməsinin iddianın mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktkiki hallarınaǝuyğunǝolmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının oğlunun məhz cavabdehin işçisinin qanuna zidd əməlləri nəticəsində ölməsi faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacıǝolmur.ǝ Bununla bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarınınǝpozulmasınınǝmüstəqilǝnəticəsidir.ǝ “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişinǝolmamasıǝbuǝbarədəǝtələbinǝrəddǝedilməsiǝüçünǝəsasǝdeyildir.ǝ Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarınınǝpozulmasıǝnəticəsindəǝmənəviǝsarsıntıǝvəǝiztirabǝkeçirməsiniǝifadəǝedir.ǝ Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının oğlunun ölməsini, lakin iddiaçının bu hadisə ilə bağlı mənəvi zərər tələbi ilə hadisədən 11 ilə yaxın müddət sonra məhkəməyə müraciət etməsini nəzərə alaraq, mənəvi zərərə görə tutulmalı olan pul məbləğininǝ10.000ǝmanatǝmüəyyənləşdirilməsiniǝağlabatanǝhesabǝetmişdir. Bu baxımdan Məhkəmə Kollegiyası iddia tələbinin mübahisələndirilən hissədə mahiyyətǝetibarıǝiləǝəsaslıǝolmasıǝbarədəǝgəldiyiǝnəticəniǝqanuniǝvəǝəsaslıǝhesabǝedir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsininǝmübahisələndirilənǝhissədəǝləğviǝüçünǝqanuniǝəsasǝolaǝbilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilənǝhissədəǝdəyişdirilmədənǝsaxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənǝibarətdir.ǝ Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəǝmütənasibǝolaraqǝişdəǝiştirakǝedənǝşəxslərəǝaidǝedilir.ǝ Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorunǝözünəǝaidǝedilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələriniǝrəhbərǝtutaraqǝMəhkəməǝKollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətı tərəfindən verilmiş apellyasiya şikayəti təminǝedilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixliǝqətnaməsiǝmübahisələndirilənǝhissədəǝdəyişdirilmədənǝsaxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinəǝkassasiyaǝşikayətiǝveriləǝbilər.