Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-2474/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-97)- ****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMCyə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-97)- ****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə qərardaddan şikayət ilə məhkəməyə müraciət edərək, geri qaytarılma barədə qərardadın ləğv edilərək, iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Mən, İddiaçı-Paşayeva, uzun illərdir Azərbaycan səhiyyəsinin inkişafı, qadın və uşaq sağlamlığının qorunması, eləcə də davamlı tibbi təhsilin yüksəldilməsi istiqamətində vicdanla fəaliyyət göstərmişəm. Həm ölkə daxilində, həm də ölkə xaricində keçirilən çoxsaylı beynəlxalq elmi-praktiki konfranslarda, simpoziumlarda, master-klasslarda və təlim proqramlarında iştirak etmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş davamlı tibbi təhsil proqramları üzrə çoxsaylı DTT kredit vahidləri əldə etmişəm. Mən yalnız şəxsi inkişafım üçün deyil, Azərbaycan səhiyyəsinin inkişafı, gələcək nəslin sağlam böyüməsi və övladlarımızın təhsil alması naminə daim çalışmışam. Həm tibbi biliklərimin artırılması, həm də cəmiyyətə faydalı olmaq məqsədilə müxtəlif beynəlxalq və yerli tədbirlərdə iştirak etmişəm. Belə ki: ## ######## 2024-cü il tarixində Azərbaycan Pediatriya Cəmiyyətinin Şəki şəhərində keçirilmiş Regional Konfransında iştirak etmiş və 5 DTT kredit vahidi qazanmışam. “12 Mart Azərbaycanda Kistik Fibroz Günü” mövzusunda keçirilən tədbirdə iştirak etmiş və 3 DTT kredit vahidi əldə etmişəm. # ##### 2025-ci il tarixində keçirilmiş “2ci Bakı Spondiloartritlər Konfransı”nda iştirak edərək 10 DTT kredit vahidi qazanmışam. ## #### 2023-cü il tarixində keçirilmiş “X6 Problemləri” Beynəlxalq ElmiPraktiki Konfransında iştirak etmiş və 8 DTT kredit vahidi əldə etmişəm. “Pediatriyada Yeniliklər” Simpoziumunda iştirak etmiş və 8 DTT balı qazanmışam. “2-ci X9 və Radiologiyası” adlı beynəlxalq tibb konfransında iştirak etmiş və 12 DTT kredit balı əldə etmişəm. “Mamalıq və Ginekologiya üzrə 7-ci Beynəlxalq Konqres”, “Bakı Mütaliələri”, “Endokey”, “X10 Aktual Problemləri”, “Neonatologiya və Pediatriyada Yeniliklər”, “X11 X12” və digər çoxsaylı beynəlxalq elmi tədbirlərdə iştirak etmiş, ümumilikdə onlarla DTT kredit vahidi toplamışam. X2 Mərkəzi, Milli Onkologiya Mərkəzi və digər nüfuzlu tibbi qurumların təşkil etdiyi masterklass və laparoskopik təlimlərdə iştirak etmişəm. X1 Hospitalın “Hamiləlik Məktəbi” proqramını uğurla tamamlamışam. Beynəlxalq mütəxəssislər, o cümlədən professorlar və genetik tibb sahəsində tanınmış ekspertlərlə elmi müzakirələrdə iştirak etmişəm. Bundan əlavə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının müdafiəsi, inklüziv təhsil və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi fəaliyyətləri daim dəstəkləmiş, autizmli və sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması məsələlərinə xüsusi həssaslıqla yanaşmışam. Mən, İddiaçı-Paşayeva, Azərbaycan dövlətinə, xalqına və cəmiyyətinə xidmət etməyi həyat amalına çevirmiş, ziyalı ailəsində formalaşmış bir Azərbaycan qadınıyam. Mənsub olduğum ailə və nəsil hər zaman yüksək mənəvi dəyərlərə, dövlətçiliyə, milli-mənəvi ənənələrə sadiqliyi ilə seçilmişdir. Ailəmiz cəmiyyət içində nüfuzu, davranışı, danışıq mədəniyyəti və dövlətə bağlılığı ilə tanınmış ziyalı nəsillərdən biridir. Mənim üçün ailə tərbiyəsi, milli əxlaq, dövlətə hörmət və xalqa xidmət anlayışları həyat prinsipi olmuşdur. Bu səbəbdən mənim haqqımda səsləndirilən nalayiq ifadələr, böhtan xarakterli yazılar və əsassız ittihamlar yalnız mənim şəxsiyyətimə deyil, həm də mənsub olduğum ailənin və nəslin nüfuzuna toxunur. Ata tərəfdən yaxın qohumlarımız arasında Azərbaycan dövlətinə uzun illər xidmət etmiş görkəmli dövlət xadimləri olmuşdur. X8 Azərbaycan dövlətçiliyinə və iqtisadi inkişafına mühüm töhfələr vermişdir. Həmçinin ailə bağlarımız vasitəsilə Mehriban Əliyeva ilə qohumluq münasibətlərimiz mövcuddur. Atamın anasıƏsilə Paşayeva ilə cənab Arif Paşayev yaxın qohum olmuşlar. Mən hər zaman Mehriban xanım Əliyevanın Azərbaycan qadınının dünyadakı nüfuzunun yüksəldilməsi, humanitar fəaliyyət, təhsil, səhiyyə, mədəniyyət və xeyriyyəçilik sahəsində gördüyü böyük işləri örnək götürmüşəm. Onun Azərbaycan qadını haqqında formalaşdırdığı yüksək mənəvi obraz mənim üçün daim ilham mənbəyi olmuşdur. Azərbaycan qadınının zəkası, müdrikliyi, vətənpərvərliyi və dövlətçilik ənənələrinə bağlılığı tarix boyu xalqımızın inkişafında mühüm rol oynamışdır. Mən də bir Azərbaycan qadını olaraq təhsil, səhiyyə və ictimai fəaliyyət sahəsində dövlətimə layiqli xidmət göstərməyi qarşıma məqsəd qoymuşam. Uzaq qohumlarımız sırasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva kimi dövlətə xidmət edən şəxslərin olması da ailəmizin dövlətçilik ənənələrinə bağlılığının göstəricisidir. Mən uzun illər təhsil və səhiyyə sahəsində çalışaraq cəmiyyətə faydalı gənclərin yetişdirilməsinə də töhfə vermişəm. Təhsil fəaliyyətim dövründə müxtəlif tanınmış dövlət xadimlərinin, ictimai-siyasi şəxslərin və ziyalı ailələrinin övladları mənim rəhbərlik etdiyim təhsil müəssisəsində təhsil almış, onların bir çoxu Böyük Britaniya başda olmaqla nüfuzlu xarici universitetlərə yüksək nəticələrlə qəbul olmuş və Azərbaycanı layiqincə təmsil edən gənclərə çevrilmişlər. Mən bütün fəaliyyətim boyu Azərbaycan dövlətinə sadiq olmuş, peşəkar inkişafım üçün ölkədaxili və beynəlxalq elmi tədbirlərdə iştirak etmiş, səhiyyə və təhsil sahəsində öz bilik və bacarıqlarımı daim artırmağa çalışmışam. Dövlətə və xalqa xidmət prinsipi mənim həyat mövqeyim olmuşdur. “Həmçinin idarə etdiyim təhsil müəssisəsində və pedaqoji fəaliyyətim dövründə Azərbaycanın tanınmış dövlət, ictimai və mədəniyyət xadimlərinin övladları və nəvələri təhsil almışlar. Bunların sırasında Milli Məclisin deputatı Cavanşir Paşazadə ailəsinin üzvləri, Dövlət Neft Şirkətinin (SOCAR) vitseprezidenti Fərhad Əliyev ailəsinin övladları, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə nəvələri, keçmiş müdafiə sənayesi naziri Yavər Camalov ailəsinin nəvələri, Bank Respublikanın İdarə Heyətinin sədri Elçin Quliyev ailəsinin üzvləri, Azərbaycan Respublikasının xalq artisti Zülfiyyə Xanbabayeva ailəsinin övladları, eləcə də Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku və AFB Bank kimi nüfuzlu maliyyə qurumların və keçmiş Daxili İşlər Naziri Ramil Usubovun ailəsinin üzvləri də vardır. Mən bütün fəaliyyətim boyu dövlətimə, xalqıma, xüsusilə uşaqların və qadınların sağlamlığına xidmət etmişəm. Bu səbəbdən mənim haqqımda yayılan nalayiq ifadələr, şər və böhtan xarakterli yazılar tamamilə əsassızdır, mənim şərəf və ləyaqətimə ciddi zərbə vurur və uzun illər ərzində qazandığım nüfuza xələl gətirir.” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-97)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 28.1-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. 29.7-ci maddəsinə əsasən, bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. 150.0.8-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Kollegiya qeyd edir ki, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tərəflər məhkəməyə iddia ərizəsi ilə müraciət etməzdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak etməli, bu iştirakla bağlı müvafiq sənədi əldə etdikdən sonra, həmin sənədi iddia ərizəsinə əlavə etməklə məhkəməyə müraciət edə bilər. Göstərilən tələblərə əməl etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi isə iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. İddia ərizəsinin məzmunundan və ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi, hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir və bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsindən əvvəl “Mediasiya haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş MŞB/13/2024- ***** nömrəli ##.##.2024-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə “mediasiya arayışı”nın surətindən görünür ki, həmin mediasiya arayışı iddiaçı X3 arasında olan ailə münasibətlərindən irəli gələn mübahisəyə dair verilmiş mediasiya arayışdır, hazırkı iddia tələbi üzrə qaldırılmış mübahisənin mediasiya prosesində həll edilməsi ilə əlaqəsi yoxdur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya sessiyasında iştirak edilməsinə dair sənəd əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edilmədən geri qaytarmaqda haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 157-158, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-97)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-2474/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-2474/2026
24.06.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver