Məhkəmə qərarları › İş №e-2(3-6)-3763/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-6)-3763/2026

14.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № e-2(3-6)-3763/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı İddiaçı ##.##.2008-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinə müddətin keçməsi səbəbindən xitam verilməsini tələb edir. Bu məsələ ilə bağlı əvvəllər məhkəmə çəkişməsi olub. Belə ki, iddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan QSC “xxxx” Kommersiya Bankına qarşı “müddətin keçməsi səbəbindən müqavilə üzrə öhdəliyə xitam verilməsi” tələbinə dair iddiası Səbail Rayon Məhkəməsinin ##.##.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə həmin qətnamə dəyişdirmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kolleglyasının ## ### 2018-ci il tarixili, *(***)-****/** saylı qərarı ilə apellyasiya qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmiş, yeni apellyasiya baxışında isə ##.##.2018-ci il tarixli qətnamə ilə iddia rədd edilmişdir. Hazırkı iddianın mahiyyəti isə bundan ibarətdir ki, iddiaçı həmin kredit borcunun artıq tələb edilə bilməyəcəyini, öhdəliyə müddətin keçməsi ilə xitam verilməli olduğunu bildirir və bunun nəticəsi olaraq kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilməsini, Mərkəzi Bankın reyestrində onun borclu olması barədə məlumatın silinməsini, onun xxxxa borcunun olmaması barədə məlumatın xxxxna təqdim edilməsini Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoymağı xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) “müəyyən öhdəliklərin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “xxxx” KB və İddiaçı arasında bağlanmış ##.##.2008-ci il tarixli, ***A***** №-li kredit müqaviləsi üzrə İddiaçı öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi, Azərbaycan Respublikasının Mərkəzi X4 iddiaçı İddiaçı borcunun olması barədə məlumatın silinməsi və iddiaçı İddiaçı QSC “xxxx” KB-yə hər hansı borcunun olmaması barədə məlumatın iddiaçı İddiaçı və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə təqdim edilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (“Borc alan”) ilə “xxxx” Kommersiya Bankının Sumqayıt filialı (“kreditor”) arasında aşağıdakı şərtlərlə ## ###### 2008-ci il tarixli 100 A05808 №li kredit müqaviləsi imzalanmışdır. Maddə 2.1. “Kreditor” “borc alan”a 85.200 (səksən beş min iki yüz) AZN manat məbləğində kredit verir. Maddə 2.3. Kredit 36 ay müddətinə verilir. Kreditin “Borc alan” tərəfindən ödənilməli olduğu son tarix ## ###### 2011ci ildir. Maddə 5.3.2. Kredit öhdəliklərinin icrasından sonra həmin öhdəliklərin icrasını təmin edən sənədləri “Kreditor”dan tələb etmək “borc alan”ın hüququdur. Kredit müqaviləsinin təminatı olaraq “xxxx” Kommersiya Bankı (“ipoteka saxlayan”), Rizayev Timur (“xxxx”) və İddiaçı (“borc alan”) arasında ## ###### 2008-ci il tarixli, 100 A****** №li ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “ipoteka saxlayan”la “borc alan” arasında bağlanmış ## ###### 2008-ci il tarixli 100 A05808 №li kredit müqaviləsinə müvafiq olaraq “ipoteka saxlayan” “borc alan”a 36 ay müddətinə istehlak məqsədi ilə kreditdən istifadəyə görə illik 25% ödəməsi şərtilə 85.200 (səksən beş min iki yüz) AZN manat məbləğində kredit verir və “borc alan” kreditdən istifadəyə görə faizləri hər ay kredit müqaviləsi və ona əlavələrdə müəyyən edilmiş qaydada “ipoteka saxlayan”a ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə “borc alan” öhdəliyinin icrasını təmin etmək məqsədilə “xxxx” aşağıdakı əmlakını “ipoteka saxlayan” qarşısında ipoteka ilə yüklü edir: ünvan 1 ünvanında yerləşən 58 kv.m ümumi, 35 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı mənzil. İddiaçı (“borc alan”) kredit müqaviləsini imzalasa da, müqavilə üzrə kreditə götürdüyü pul vəsaitini Rizayev Timura (“xxxx”) vermişdir. Rzayev Timur bu halı heç vaxt mübahisələndirməmişir. Kredit müqaviləsi formal olaraq İddiaçı adına rəsmiləşdirilmişdir. Kredit müqaviləsi bağlandığı vaxtdan keçən 17 il müddətində QSC “xxxx” KB tərəfindən kredit borcunun ödənilməsi ilə bağlı iddiaçıya heç bir pretenziya və xəbərdarlıq göndərilməmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, ipoteka predmeti olan mənzil Rizayev Timurun (“xxxx”), onun qohumlarının və QSC “xxxx” KB-nin (“ipoteka saxlayan”) yazılı razılığı və iştirakı ilə alqı-satqı yolu ilə satılmış, lakin satışdan əldə olunmuş vəsait kredit borcunun ödənilməsinə yönəldilməmişdir. Tərəflər arasında əvvəllər mövcud olmuş məhkəmə mübahisəsi üzrə qəbul edilmiş və hazırki iddia ərizəsinə əlavə olunmuş məhkəmə aktlarından görünür ki, QSC “xxxx” KB, İddiaçı (“Borc alan”) ilə Bankın “Sumqayıt filialı” (“kreditor”) arasında imzalanmış ## ###### 2008-ci il tarixli 100 A05808 №li kredit müqaviləsi üzrə ödənişlər ölduğundan mənzilin girovdan azad edilməsini xahiş etmiş, mənzil ipotekadan azad edilmiş və X2 adlı şəxsə satılmışdır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı İddiaçı və LPO QSC “xxxx” KB arasında ## ###### 2008-ci il tarixli 100A05808 №li kredit müqaviləsinin bağlanmasından artıq 17 il keçir. Bu müddət ərzində bank və ya onun ləğvedicisi tərəfindən kredit müqaviləi ilə bağlı iddiaçıya hansı pretenziya, tələb irəli sürülməmişdir. Bu vəziyyətdə hesab edirlər ki, İddiaçı öhdəliyinə müddət keçdiyinə görə xitam verilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, tərəflər arasında eyni kredit müqaviləsindən irəli gələn hüquq münasibətləri əvvəllər də məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, iddiaçı İddiaçı tərəfindən həmin kredit müqaviləsi üzrə öhdəliyinə tələb etmə müddətinin keçməsinə görə xitam verilməsi, kredit borcu barədə məlumatların reyestrdən silinməsi və borcunun olmamasına dair arayışın verilməsi tələbləri qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2018-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə rədd edilmişdir. Bununla yanaşı, hazırkı iş üzrə məhkəmə nəzərə almışdır ki, əvvəlki mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilərkən qeyd edilmişdir ki, iddiaçı əvvəlki məhkəmə baxışından sonra yaranmış yeni hüquqi vəziyyətə, yəni kredit müqaviləsinin bağlanmasından daha uzun müddətin keçməsinə istinad etdiyindən onun məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Apellyasiya instansiyası həmin qərarında göstərmişdir ki, bu halda söhbət eyni iddianın təkrar verilməsindən deyil, iddia tələbinin yeni hüquqi əsaslarla irəli sürülməsindən gedir. Lakin iddianın mahiyyəti araşdırılarkən məhkəmə onun əsaslı olması qənaətinə gəlmir. Belə ki, iddiaçı İddiaçı tələbini əsasən onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin bağlanmasından artıq on ildən artıq müddət keçdiyindən kredit öhdəliyinə xitam verilməli, buna uyğun olaraq kredit borcu barədə məlumatlar kredit reyestrindən silinməli və cavabdehin borcun olmaması barədə arayış vermək öhdəliyi müəyyən edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi mövqeyi Mülki Məcəllənin 551-ci maddəsinin məzmununun öhdəliyin avtomatik xitamına səbəb olması kimi şərhinə əsaslansa da, həmin normanın hüquqi mahiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli qərarı ilə dəqiq izah edilmişdir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətlərin keçməsi öhdəliyin özünə xitam vermir. Bu müddətlər hüquqi təbiətinə görə öhdəliyin mövcudluğunu aradan qaldıran kəsici müddətlər deyil, iddia müddətləri hesab olunur. Başqa sözlə, müəyyən olunmuş müddət keçdikdən sonra kreditorun həmin öhdəliyin məhkəmə qaydasında məcburi icrasını tələb etmək imkanı aradan qalxa bilər, lakin öhdəliyin özü hüquqi mövcudluğunu itirmir. Konstitusiya Məhkəməsi xüsusi olaraq vurğulamışdır ki, belə hallarda öhdəlik natural öhdəliyə çevrilir. Natural öhdəlik məhkəmə müdafiəsi ilə təmin olunmasa da, hüquqi baxımdan mövcudluğunu davam etdirən öhdəlikdir. Belə öhdəlik üzrə borclu icranı könüllü şəkildə həyata keçirərsə, sonradan həmin icranın geri qaytarılmasını tələb edə bilməz. Bu isə onu göstərir ki, müddətin keçməsi öhdəliyin xitamı deyil, yalnız onun məcburi icrasının məhkəmə qaydasında təmin edilməsinə təsir göstərən hüquqi nəticə yaradır. Konstitusiya Məhkəməsi həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsində işlədilən “tələblər qüvvəsini itirir” ifadəsi öhdəliyin özünə deyil, yalnız həmin öhdəliyin məhkəmə vasitəsilə məcburi qaydada həyata keçirilməsi imkanına aiddir. Əks yanaşma qəbul edilərsə, Mülki Məcəllənin iddia müddətləri ilə bağlı digər normaları, o cümlədən borclunun müddətin keçməsinə istinad edib-etməməsinin onun iradəsindən asılı olması, müddətin keçməsindən sonra könüllü icranın hüquqi nəticələri və natural öhdəlik institutu hüquqi əhəmiyyətini itirmiş olardı. Hazırkı iş üzrə iddiaçı İddiaçı məhz müddətin keçməsini öhdəliyin xitamı üçün müstəqil hüquqi əsas kimi göstərir. Halbuki, qüvvədə olan hüquqi mövqe belə nəticəyə gəlməyə imkan vermir. Kredit müqaviləsinin bağlanmasından uzun müddətin keçməsi öz-özlüyündə kredit öhdəliyini ləğv etmir, həmin öhdəliyin mövcudluğunu aradan qaldırmır və borclunun hüquqi statusunun “borcu olmayan şəxs” kimi tanınması üçün əsas yaratmır. Bununla əlaqədar olaraq, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilməsi, kredit borcu barədə məlumatların kredit reyestrindən silinməsi və cavabdehin borcun olmaması barədə arayış verməsi barədə tələbləri yalnız Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsinə istinad edilməklə təmin edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin hüquqi əsası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı məcburi hüquqi mövqe ilə uzlaşmadığından, həmin tələblərin təmin edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcələnin 551-ci maddəsini işin konkret hallarını nəzərə almadan formal tətbiq etmiş, kredit münasibətlərinin sonrakı hüquqi vəziyyətini, ipotekanın bankın razılığı ilə xitam verilməsinin hüquqi nəticələrini və iddia tələblərinin kredit tarixçəsindəki məlumatların düzgünlüyünə dair hissəsini tənzimləyən maddi hüquq normalarını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin mənasına görə, məhkəmə sübutları onların məcmusu şəraitində qiymətləndirməlidir. Hazırkı işdə isə məhkəmə yalnız bir hüquqi arqumenti Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas götürmüş, lakin iş üzrə təqdim edilmiş digər sübutları təhlil etməmiş, onları qiymətləndirməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əvvəlki məhkəmə aktlarından görünür ki, məhz “xxxx” QSC tərəfindən mənzilin ipotekadan çıxarılması üçün müraciət edilmiş, nəticədə ipoteka dövlət qeydiyyatından çıxarılmışdır. Bu hal kredit münasibətlərinin faktiki icra vəziyyətinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, məhkəmə həmin halın kredit öhdəliyinə hüquqi təsirini müəyyən etməmiş, yalnız Mülki Məcələnin 551-ci maddəsinin ümumi şərhi ilə kifayətlənmişdir. Bundan başqa, Nəsimi Rayon Məhkəməsi mübahisənin predmetini düzgün müəyyən etməmişdir. Belə ki, Məhkəmə hesab etmişdir ki, İddiaçı iddiası yalnız Mülki Məcələnin 551-ci maddəsinə əsaslanır. Halbuki, iddia ərizəsinin məzmunundan açıq şəkildə görünür ki, iddiaçının irəli sürdüyü tələblər yalnız öhdəliyə xitam verilməsindən ibarət olmamış, həmin tələblər sırasında həm də Mərkəzi Bankın kredit reyestrində həqiqətə uyğun olmayan məlumatların saxlanılmasının aradan qaldırılması, cavabdehin borcun olmaması barədə arayışın verilməsi, habelə xxxxna düzgün məlumatın təqdim edilməsi barədə tələblər yer almışdır. Qeyd olunan bu tələblərin hər biri ayrıca hüquqi qiymətləndirilməli olduğu halda Nəsimi Rayon Məhkəməsi onların hamısını yalnız Mülki Məcəllənin 551-ci maddəsi prizmasından qiymətləndirmişdir. Bunlardan başqa, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini hazırkı mübahisəyə formal şəkildə tətbiq etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına istinad etmiş və belə nəticəyə gəlmişdir ki, Mülki Məcələnin 551-ci maddəsində nəzərdə tutulan müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur, yalnız həmin öhdəliyin məhkəmə qaydasında məcburi icrası mümkün olmur. Şübhəsiz ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bütün məhkəmələr üçün məcburidir. Lakin birinci instansiya məhkəməsi həmin hüquqi mövqeni hazırkı mübahisənin faktiki hallarına tətbiq etməmiş, yalnız ümumi qayda kimi göstərməklə kifayətlənmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında müzakirə olunan məsələ yalnız Mülki Məcələnin 551-ci maddəsinin hüquqi mahiyyəti olmuşdur. Tərəflər arasında yaranmış mübahisə yalnız Mülki Məcələnin 551-ci maddəsinin tətbiqi və öhdəliyin natural öhdəlik (mövcud olan, lakin məhkəmə yolu ilə icrası tələb oluna bilməyən öhdəlik) kimi qiymətləndirilməsi ilə məhdudlaşmır. Mübahisə eyni zamanda cavabdehin uzun müddət ərzində hər hansı tələb irəli sürməməsinin hüquqi nəticələrini, ipotekanın “xxxx” QSC-nin razılığı ilə xitam verilməsinin təsirini, kredit tarixçəsində saxlanılan məlumatların qanuniliyini və həmin məlumatların düzgünlüyünün sübut edilməsini də əhatə edir. Beləliklə, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi hazırkı iş üzrə bütün mübahisəni həl edən norma kimi deyil, yalnız hüquqi qiymətləndirmənin bir elementi kimi nəzərə alınmalı olduğu halda, məhkəmə həmin qərarı bütün digər halları araşdırmadan tətbiq etmişdir. Mülki Prosessual Məcələsinin 14.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Lakin birinci instansiya məhkəməsi bu vəzifəni yerinə yetirməmiş, iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra halları ümumiyyətlə araşdırmamış, təqdim olunmuş yazılı sübutlara hüquqi qiymət verməmişdir. Kredit müqaviləsi üzrə son ödəniş ##.##.2011-ci il tarixində həyata keçirilmişdir. Həmin tarixdən etibarən 15 ildən artıq müddət keçməsinə baxmayaraq iddiaçıya qarşı kredit borcunun tutulmasına dair məhkəmədə heç bir iddia irəli sürülməmiş, “xxxx” QSC tərəfindən iddiaçıya hər hansı yazılı tələb, xəbərdarlıq və ya pretenziya göndərilməmiş, ipoteka predmeti bankın razılığı ilə özgəninkiləşdirilmiş və sonradan ipotekadan azad edilmiş, bank özü ipotekanın dövlət reyestrindən çıxarılması barədə səlahiyyətli dövlət orqanına müraciət etmişdir. Bu hallar iddia ərizəsində geniş şəkildə göstərilmiş və müvafiq sənədlərlə təsdiq edilmişdir. Lakin Nəsimi Rayon Məhkəməsi iddiaçı tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamış, təqdim edilmiş sübutların mübahisənin həlli üçün hüquqi əhəmiyyəti müəyyən edilməmişdir. Qətnamədə əsasən Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarına istinad edilmiş, lakin Konstitusiya Məhkəməsinin həmin hüquqi mövqeyinin hazırkı işin konkret hallarına hansı əsaslarla tətbiq edildiyi kifayət qədər əsaslandırılmamışdır. Bundan başqa, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsi iddiaçının əsas arqumentlərinə, yəni kredit müqaviləsi üzrə təminat olan ipotekanın “xxxx” QSC-nin razılığı ilə ləğv edilməsinin hüquqi nəticələri, ipoteka predmetinin satılması nəticəsində kredit öhdəliyinin hansı qaydada icra olunmasının araşdırılması, satışdan əldə edilmiş vəsaitin kredit borcuna yönəldilibyönəldilməməsi, bankın uzun illər ərzində heç bir tələb irəli sürməməsinin hüquqi nəticələri, Mərkəzi Bankın kredit reyestrində məlumatın hansı hüquqi əsaslarla saxlanılmasına ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə görə məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Nəsimi Rayon Məhkəməsinin yol verdiyi digər pozuntu isə kredit reyestrində məlumatın saxlanılmasının hüquqi əsaslarının araşdırmamasındadır. Belə ki, iddiaçı İddiaçı iddia tələblərindən biri cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs MMC-yə və müvafiq kredit reyestrlərinə təqdim etdiyi məlumatların düzgünlüyünün təmin edilməsindən ibarət olmuşdur. Lakin qətnamədən görünür ki, məhkəmə ümumiyyətlə cavabdehin hazırda həmin məlumatları saxlamaq üçün hansı hüquqi əsasının mövcud olması, həmin məlumatların aktualığının necə yoxlanılması, kredit münasibətlərinin faktiki vəziyyətinin reyestr məlumatlarında əks olunub-olunmaması, uzun illər ərzində heç bir hüquqi tələb irəli sürülmədiyi halda borcun aktiv öhdəlik kimi göstərilməsinin qanuniliyi ilə bağlı məsələlər üzrə nə hüquqi mövqe bildirmiş, nə də cavabdehdən hər hansı sübut tələb etmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz dəlil və təlbəlrini təsdiq edən sübutları məhkəmyə təqdim etmək vəzifəsi daşıyır. Məhkəmə cavabdeh tərəfin istinad etdiyi halların sübut olunub-olunmadığını araşdırmamış, bununla da kredit tarixçəsində saxlanılan məlumatların hüquqi əsaslarını yoxlamamışdır. Belə olan halda, qətnamənin müzakirə olunan hissədə də əsaslı hesab edilməsi mümkün deyildir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; qida məhsulları satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; məhkəmə qərarına əsasən əmələ gələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsna (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının: 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun: 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ## ###### 2023-cü il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, iddiaçının əsas tələbi ## ###### 2008-ci il tarixli ***A***** nömrəli kredit müqaviləsi üzrə öhdəliyinə müddətin keçməsinə görə xitam verilməsi ilə bağlıdır və bu tələbini əsasən kredit müqaviləsinin bağlanmasından uzun müddət keçməsini, kredit üzrə son ödəniş tarixindən etibarən cavabdeh tərəfindən uzun müddət ərzində tələb irəli sürülməməsini və ipoteka predmetinin bankın razılığı ilə ipotekadan azad edilməsi ilə əsaslandırır. Mülki Məcəllənin 551-ci maddəsində müəyyən edilmiş müddətlərin hüquqi təbiəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarı ilə izah edilmişdir. Həmin hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafında nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddətləridir. Bu müddətlərin keçməsi öhdəliyin özünə avtomatik xitam vermir, yalnız kreditorun həmin öhdəliyin məhkəmə qaydasında məcburi icrasını tələb etmək imkanına hüquqi nəticə yaradır. Belə halda, öhdəlik hüquqi mövcudluğunu davam etdirə və natural öhdəlik xarakteri daşıya bilər. Bu baxımdan, birinci instansiya məhkəməsinin kredit müqaviləsinin bağlanmasından uzun müddət keçməsini öhdəliyin öz-özlüyündə xitamına səbəb hesab etməməsi düzgün olmuşdur. İddiaçının əks mövqeyi isə Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsini öhdəliyə xitam verən kəsici müddət kimi qəbul etməyə əsaslanır ki, bu yanaşma Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan məcburi hüquqi mövqeyinə uyğun deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilən “xxxx” QSC tərəfindən uzun müddət ərzində kredit borcunun tutulması barədə iddia qaldırılmaması, iddiaçıya tələb və ya xəbərdarlıq göndərilməməsi barədə dəlillər də fərqli hüquqi nəticəyə səbəb ola bilməz. Belə ki, kreditorun müəyyən müddət ərzində tələb irəli sürməməsi iddia müddətinin hüquqi nəticələrinə təsir göstərə bilməz, lakin həmin halın özü borcun mövcudluğuna xitam verən müstəqil hüquqi əsas deyildir. Eyni zamanda, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətində ipoteka predmetinin bankın razılığı ilə özgəninkiləşdirilməsi və sonradan ipotekadan azad edilməsinin kredit öhdəliyinə xitam verdiyi irəli sürülsə də, bu dəlil də əsaslı hesab edilə bilməz. Belə ki, ipotekanın əsas öhdəliyin icrasının təmin edilməsi vasitəsi olması nəzərə alınmaqla, ipoteka predmetinə dair təminat münasibətinə xitam verilməsi ilə əsas kredit öhdəliyinin özünə xitam verilməsi eyniləşdirilə bilməz. İpoteka predmetinin ipotekadan azad edilməsinin özü kredit borcunun ödənildiyini və ya kreditorun əsas öhdəlikdən imtina etdiyini təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Hazırkı işdə isə ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin məhz iddiaçının kredit borcunun ödənilməsinə yönəldiyini, yaxud bankın kredit öhdəliyini qəbul edilmiş qaydada xitam üçün əsaslılığı təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. İddiaçının “kredit müqaviləsi üzrə son ödənişin ##.##.2011-ci ildə həyata keçirilməsi və həmin tarixdən sonra uzun müddət ərzində bank tərəfindən tələb irəli sürülməməsi” barədə dəlilləri də kollegiyanın qənaətinə görə yuxarıda qeyd olunan hüquqi mövqedən fərqli nəticəyə gəlməyə imkan vermir. Çünki bu hallar, ən çoxu, kreditorun məhkəmə müdafiəsi vasitəsilə tələb irəli sürməsi imkanının iddia müddəti baxımından qiymətləndirilməsinə səbəb ola bilər. Lakin öhdəliyin özünün avtomatik olaraq xitamına gətirib çıxarmır. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin yalnız Mülki Məcəllənin 551-ci maddəsinə istinad etməsi və digər sübutları araşdırmaması barədə dəlili ilə bağlı Məhkəmə Kollegiyası qeyd edir ki, təqdim olunmuş sübutların hüquqi əhəmiyyəti ilk növbədə iddiaçının tələb etdiyi hüquqi nəticə baxımından müəyyən edilməlidir. Hazırkı işdə iddiaçı kredit öhdəliyinə müddətin keçməsi səbəbindən xitam verilməsini tələb edir. Lakin yuxarıda qeyd edildiyi kimi, müddətin keçməsi belə nəticəni doğurmur. Buna görə də bankın uzun müddət ərzində tələb irəli sürməməsi, ipotekanın sonradan azad edilməsi və digər göstərilən hallar həmin öhdəliyin xitamına dair müstəqil hüquqi əsas yaratmadığı halda, bu halların mövcudluğu iddianın təmin edilməsi üçün kifayət etmir. Apellyasiya şikayətində kredit reyestrində məlumatların saxlanılması məsələsinin ayrıca qiymətləndirilməli olmasına dair dəlil də kollegiyanın qənaətinə görə iddianın təmin edilməsinə əsas vermir. Belə ki, kredit reyestrində və kredit tarixçəsində məlumatların düzgünlüyü ayrıca hüquqi məsələ olmaqla, bu məlumatların silinməsi və ya düzəldilməsi üçün həmin məlumatın həqiqətə uyğun olmadığının müəyyən edilməsi zəruridir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsna məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinin məzmununa görə məlumat təchizatçıları təqdim etdikləri məlumatların dəqiqliyini təmin etməlidirlər. Başqa sözlə, öhdəliyin məhkəmə qaydasında məcburi icrasının tələb edilməsi imkanının iddia müddətinin keçməsi ilə məhdudlaşması həmin borcun heç vaxt mövcud olmadığı və ya borcun faktiki olaraq ödənildiyi barədə nəticə yaratmır. Buna görə də yalnız Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətin keçməsinə istinad edilməklə kredit tarixçəsində borca dair məlumatın həqiqətə uyğun olmadığı qənaətinə gəlmək olmaz. İddiaçının kredit borcunun tam icra edildiyi, ipoteka predmetinin satışından əldə edilmiş vəsaitin həmin kredit borcunun ödənilməsinə yönəldildiyi və ya Bank tərəfindən kredit öhdəliyindən imtina edildiyi barədə dəlilləri isə bunu təsdiq edən mötəbər və kifayət qədər sübutlarla təsdiqlənməmişdir. İddiaçının ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubuna istinadı da bu baxımdan iddianın təmin edilməsi üçün kifayət hesab edilə bilməz. Belə ki, həmin məktub iddiaçının öz tələbi ilə bağlı cavabdehə müraciət etdiyini təsdiq etsə də, kredit öhdəliyinin xitamına dair qanunda nəzərdə tutulmuş ayrıca hüquqi faktı təsdiq etmir. Beləliklə, iş materiallarının məcmusundan kredit müqaviləsi üzrə iddiaçının öhdəliyinə xitam verilməsi üçün Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətin keçməsindən əlavə müstəqil hüquqi əsasın mövcudluğu müəyyən edilmir. Müddətin keçməsi isə öhdəliyin özünə deyil, həmin öhdəliyin məcburi məhkəmə müdafiəsi qaydasında həyata keçirilməsinə hüquqi təsir göstərir. Bu səbəbdən kredit müqaviləsi üzrə öhdəliyə xitam verilməsi tələbinin təmin edilməsi üçün hüquqi əsas olmadığı kimi, həmin tələbdən törəyən kredit reyestrində məlumatların silinməsi və iddiaçının borcunun olmaması barədə arayış verilməsi tələblərinin də təmin edilməsi üçün əsas yoxdur. Nəticə etibarilə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktiki hallara və Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə uyğun olaraq iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar