Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3808/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, müəyyən etdi: Iddiaçı İddiaçı MMC cavabdehlər cavabdeh7, X2, cavabdeh5, X4, cavabdeh2 və cavabdeh1 qarşı “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh7 mülkiyyətində olan ünvan 3 12 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə cavabdeh7, cavabdeh5, X2, X4, cavabdeh2, cavabdeh1 mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh7 49.65 kv.m və onun 20% hissəsi olan 9.93 kv.m əlavə edilməklə mənzillə (59.58 kv.m) təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ilə təmin Tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsi tərəfindən ##.##.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL***/**** nömrəli, ## ###### 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini” aparmaq icazəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə müddətsiz verilmişdir. Bakı şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş ##.##.2022-ci il tarixli, *** nömrəli Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu sərəncam əsasında, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski,Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin yerquruluşu planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, "Azərdövlətlayihə" Dövlət Baş Layihə Institutunun Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı va Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə ##.##.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyrinti, bioloji zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. Istər yaşayış binalarına bitişik, istərsə də, həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə başlanmışdır. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə cavabdeh cavabdeh7 şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəməyə müraciət olunmuşdur. Belə ki, iş üzrə cavabdeh ünvan 3 12 ünvanında olan mənzilin mülkiyyətçisidir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən çıxarışa əsasən sözügedən əmlak üzərində mülkiyyət hüququ cavabdeh7 adına ##.##.2013-cü il tarixində qeydiyyata alınmışdır. Həmin çıxarışa əsasən, mənzilin ümumi sahəsi 49.65 kv.m təşkil edir. Ümumi formalaşmış praktika nəzərə alınaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq ## ######## 2023-cü il tarixində MS/XS/**** nömrəli məktubla cavabdeh7 dəvət edilmiş və o, məktubu rəsmi olaraq qəbul etmişdir. Lakin hazırda cavabdeh və onunla birgə yaşayan şəxslər həmin mülkiyyətdən çıxmaq istəmir. Tərəflər arasında razılaşma olmadığından, hesab edirik ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə müəyyən edirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. Iddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə etmiş, müqavilə imzalayaraq, onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlanmışdır. Iddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdə olduğundan, binadakı sakinlər köçürülməli və yeni binanın inşasına başlanılmalıdır ki, şirkət sakinləri yeni tikiləcək bina ilə müqavilədə göstərilən vaxtda təmin etsin. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayış sahəsi ilə təmin olunmaq aqibətini sual altına qoyur. Bu hal qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq, məhkəmədən cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mənzilin əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh cavabdeh7 mülkiyyətinə 49.65 kv.m və onun 20% hissəsi olan 9.93 kv.m əlavə edilməklə cəmi 59.58 kv.m mənzillə təmin olunması və həmçinin aylıq olaraq 450 (dörd yüz əlli) manat miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı MMC-nin nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixində iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, cavabdeh cavabdeh7 mülkiyyətində olan ünvan 3 12 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə cavabdeh7, cavabdeh5, X2, X4, cavabdeh2, cavabdeh1 mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh7 49.65 kv.m və onun 20% hissəsi olan 9.93 kv.m əlavə edilməklə bina A2, mərtəbə 14, mənzil 75, 2 otaqlı, 59.58 kv.m təmirli mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ödənilməsi öhdəliyinin iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı İddiaçı MMC ##.##.2026-cı il tarixində iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək, cavabdeh6 cavabdeh kimi mülki işə cəlb olunmasını, cavabdeh cavabdeh7 mülkiyyətində olan, ünvan 4 12 ünvanında yerləşən mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə cavabdeh7, X1, X2, X4, cavabdeh2, cavabdeh1 və cavabdeh6 mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh7 49,65 kv.m və onun 20% hissəsi olan 9.93 kv.m əlavə edilməklə və eləcə də, kompensasiya formasında 7.42 kv.m əlavə edilməklə bina A2, mərtəbə 14, mənzil 75, 2 otaqlı, 67 kv.m təmirli mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 12 mənzil 12-yə dair mülkiyyət hüququna xitam verilməsi, cavabdeh7, X2, cavabdeh5, X4, cavabdeh2, cavabdeh1 və cavabdeh6 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 12 mənzil 12-dən çıxarılmaları, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 12 mənzil 12- nin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan binada cavabdeh7 bina A2, mərtəbə 14, mənzil 75, 2 otaqlı, 49,65 kv.m və onun 20 faiz hissəsi olan 9,93 kv.m, eləcə də əlavə 7,42 kv.m kompensasiya sahəsi olmaqla, cəmi 67 kv.m təmirli mənzillə təmin olunması və cavabdeh7 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh7 nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il, e-2(5-101)-***/**** №-li qətnaməsinin qismən ləğv edilməsini, cavabdeh7 bina A2, mərtəbə 14, mənzil 75, 2 otaqlı, 49,65 kv.m və onun 20 faiz hissəsi olan 9,93 kv.m, eləcə də əlavə 7,42 kv.m kompensasiya sahəsi olmaqla, cəmi 67 kv.m təmirli mənzillə təmin olunması hissəsində ləğv edilməsini, cavabdeh7 bina A2, mərtəbə 14, mənzil 75, 4 otaqlı, 80.35 kv.m və onun 20 faiz hissəsi olan 15,93 kv.m, eləcə də əlavə 7,42 kv.m kompensasiya sahəsi verilməsini və cavabdeh7 mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 500 (beş yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin İddiaçı MMCnin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh cavabdeh7 nümayəndəsi və vəkili vəkil1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, qətnamədən verilmiş şikayətdən sonra tərəflər yəni, İddiaçı MMC-və cavabdeh cavabdeh7 mübahisə predmeti olan ünvan 2 12, ünvanında yerləşən ** saylı mənzilin sökülməsi ilə bağlı yeni razılaşmaya gəlmiş və ##.##.2026-cı il tarixdə mənzilin köçürülməsi və sahənin əvəzləşdirilməsi haqqında müqavilə bağladılar. Bağlanmış müqaviləyə əsasən cavabdeh mülkiyyətində olan mənzilin sökülməsinə razılıq verir, iddiaçı İddiaçı MMC isə həmin mənzilin müqabilində mənzilin yerləşdiyi ünvanda tikiləcək hündürmərtəbəli A * №-li binanın 3-cü mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 96 kv.metr olan ** №-li mənzil verməyi öhdəsinə götürür. Eyni zamanda iddiaçı İddiaçı MMC cavabdeh və onun ailə üzvləri köçürüldüyü gündən yeni mənzil verildiyi vaxtadək başqa yerdə mənzil kirayələnməsi üçün ayda 450 manat kirayə haqqını ödəməyi öhdəsinə götürür. Hesab edir ki, mübahisələndirilən məhkəmə qətrnaməsindən sonra tərəflər arasında müqavilə bağlandığına görə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il, e-2(5- 101)- ***/**** №-li qətnaməsinin heç bir əhəmiyyəti qalmamışdır. Bu səbəbdən cavabdeh cavabdeh7 öz istəyini nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin ##.##.2026-cı il, e-2(5-101)-***/**** №-li qətnaməsindən verimiş apellyasiya şikayətini geri götürür və hazırkı işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni, iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh cavabdeh7 birinci instansiya məhkəməsinin qətnaməsindən vermiş olduğu apellyasiya şikayətindən imtinasına dair ərizəsi qəbul edilməli və mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinin 1 və 2-ci bəndində əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəlləsinin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayətindən imtinaya dair ərizə qəbul edilməklə iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Cavabdeh cavabdeh7 nümayəndəsi və vəkili vəkil1 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtinaya dair ərizəsi qəbul edilsin və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3808/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3808/2026
09.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver