Məhkəmə qərarları › İş №2(009)-1113/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-1113/2020

02.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-1113/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı və onun vəkili X7, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh "Cavabdeh1" Bı̇rgə Müəssı̇səsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidməti qeyd edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh1" Bı̇rgə Müəssı̇səsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidməti qeyd edilən) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1ndən 16632 (on altı min altı yüz otuz iki) manat maddi ziyan, 50000 (əlli min) manat mənəvi ziyan olmaqla ümumilikdə, 66632 (altmış altı min altı yüz otuz iki) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki,o, xx.xx.2015-ci il tarixdə Cavabdeh1ndə “4-cü dərəcəli yükləyici” vəzifəsi üzrə işə qəbul olunmuşdur. xx.xx.2016-cı il tarixində səhər saat 05:00 radələrində iş vaxtı bədbəxt hadisə baş vermiş və o, sol ayağının diz nahiyəsindən xəsarət almışdır. O, həmin gün X5 müraciət etmişdir. Müayinə olunduqdan sonra ona sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral retinakulumun zədələnməsi diaqnozu qoyulmuş və o, elə həmin gün xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. İşə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2n Xidmətinə məlumat verilməmişdir. Belə olduqda o, Əmək Müfəttişliyinə baş vermiş hadisəylə bağlı şikayət etmişdir. xx xxxxxx 2017-ci il tarixində Cavabdeh1 Əmək Müfəttişliyinə “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında Məlumat”ı təqdim etmişdir. Bununla da, Cavabdeh1 bədbəxt hadisənin mövcudluğunu, onun işlədiyi yerdə baş verdiyini və borunun sürüşərək onun dizinə dəyməsini təsdiq etmişdir. Bundan sonra Əmək Müfəttişliyi təhqiqat apararaq xx xxx 2019-cu il tarixdə “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” akt tərtib etmişdir. Həmin aktın 14-cü bəndinə əsasən onun bədbəxt hadisə nəticəsində xəsarət aldığı təsdiq olunur. Həmçinin, barəsində Məhkəmə- Tibbi Ekspertiza və X12-Təcrübi və Tədris Birliyinin də rəyi vardır. Həmin rəyə əsasən o, xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində xəsarət almış və bu xəsarətlə onun sağlamlığına az ağır zərər dəymişdir. Qeyd edilən xəsarət həqiqiliyi məlumat, İZ formalı akt, ekspert rəyi və TSEK-in qərarı ilə təsdiqlənir. Cavabdehin təqsiri ondan ibarətdir ki, o qanunvericiliklə müəyyən edilmiş əməyin mühafizəsi şərtlərini təmin etməmişdir. Həmçinin işəgötürən əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsinə, eləcə də binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsinə görə cavabdehlik daşıyır. Səbəbli əlaqə ekspertizanın rəyində, o cümlədən hadisə baş verən vaxtı orda olan işçilərin verdikləri izahatlardan tam aydın müəyyən etmək olur. Onun orta aylıq əmək haqqının itirilmiş əmək qabiliyyətinə olan nisbəti 396 (üç yüz doxsan altı) manat məbləğindədir. Ona görə də qeyd edilən dövr üzrə (xx.xx.2016-xx.xx.2019) sağlamlığa vurulmuş zərərə görə itirilmiş qazancın məbləği 16632 (on altı min altı yüz otuz iki) manat (42X396=16632) məbləğindədir. Cavabdeh xx xxxxxx 2016-cı il tarixində ona heç bir xəbərdarlıq etmədən əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İşdə aldığı xəsarətə hüquqi qiymət verməməkləri, ona qarşı qanunsuz hərəkətləri və onu əsassız olaraq işdən çıxartmaqları ona çox pis təsir etmişdir. Belə vəziyyətə düşməyi, işdən çıxarılmağı və həmin vaxtdan bəri çəkdiyi xərclər, itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar keçirmiş, əsəb və yuxu sistemi də əhəmiyyətli dərəcədə pozulmuşdur. Belə ki, onun həyat yoldaşı xəstədir, işləmir, əməliyyat keçirmiş və hazırda azyaşlı övladı olduğuna görə evdar qadındır. Anası və atası da onunla birlikdə qalırlar, ailəsində işləyən yeganə şəxs odur. O, iş üçün başqa müəssissələrə müraciət etmiş, lakin onlar ayağının axsadığını müşahidə etdikdən sonra iş üzrə təcrübəsi olsa da, axsamağını əsas gətirərək, onunla əmək müqaviləsi bağlamaqdan imtina etmişlər. Bu isə onda gələcək iş fəaliyyəti üçün bədbinlik və mənəvi sarsıntılara səbəb olur. Bununla yanaşı, o, nəinki, bədbəxt hadisə ilə bağlı yol və müalicə məsrəflərini, həmçinin ailəsinin dolanışıq üçün zəruri olan tələbatlarını da ödəyə bilmir. Bu hadisənin baş verməsi nəticəsində onun sağlamlığının uzun müddətə pozulmasına görə ailəsinin dolanışığı və övladlarının gələcəyi barədə olan düşüncələr onu ağır mənəvi sarsıntıya düçar etmişdir. Hesab edir ki, mənəvi zərər kimi ona 50.000 (əlli min) manat məbləğində ziyan dəymişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1ndən 14256 (on dörd min iki yüz əlli altı) manat maddi ziyan, 50000 (əlli min) manat mənəvi zərər, olmaqla ümumilikdə 64256 (altmış dörd min iki yüz əlli altı) manat məbləğində pul vəsaitinin və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun vəkili X10 iddia tələbini müdafiə edib iddia və onun dəqiqləşdirilməsi barədə ərizələrin məzmununa uyğun məzmunda izahat verərək, göstərmişlər ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verildiyi vaxtdan sığorta ödənişi ödənilməyə başlandığı vaxtadək, yəni 2016-cı ilin noyabr ayından 2019-cu ilin dekabr ayınadək 36 ay müddət üçün 396 (hazırki sığorta ödənişi məbləğində) manatdan hesablanmaqla 14256 manat məbləğində dəymiş maddi ziyan və 50000 manat məbləğində mənəvi ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə barədə müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat verilsə və iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət alması rəsmiləşdirilsə idi, iddiaçı qanunla nəzərə tutulmuş qaydada və vaxtda sığorta ödənişini almağa başlayacaq idi. Həmçinin qeyd etmişlər ki, bədbəxt hadisənin vaxtında rəsmiləşdirməməsi nəticəsində sığorta haqqını almamağı ilə itirdiyi vaxt ucbatından iddiaçı ciddi mənəvi sarsıntılar, əsəb və yuxu sisteminin əhəmiyyətli dərəcədə pozulması hallarını da yaşamışdır. Göstərilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək İddiaçı Cavabdeh1 BM-nə qarşı maddi ziyan tələbi ilə bağlı bildirmişdir ki, xx.xx.2016-cı il tarixində baş vermiş hadisə nəticəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı və Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi müəyyən edilmişdir. Buna görə də cavabdeh iddiaçının qarşısında tam məsuliyyət daşıya bilməz. Cavabdeh1 BM-nə qarşı mənəvi ziyan tələbi ilə bağlı isə bildirir ki, İddiaçı Cavabdeh1nə qarşı həm maddi, həm də mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3083/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəyə minmişdir. Odur ki, hazırda mənəvi ziyanın tələb edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh1nə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan iddianın maddi ziyanın tələb edilməsi hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməsini, mənəvi zərər hissəsində isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 nümayəndəsi X13 iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmiş, lakin izahatında eyni zamanda göstərmişdir ki, bədbəxt hadisə barədə işəgötürən tərəfindən Cavabdeh2nə məlumat verilmədiyindən iddiaçının ilkin müraciəti müsbət qaydada cavablandırılmasa da, sonradan aparılmış araşdırma nəticəsində bədbəxt hadisənin istehsalatda baş verdiyi müəyyən edilmiş və bu barədə təhqiqat aktı tərtib edilmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxx 2015-ci il tarixli 189/K saylı əmrdən çıxarışdan görünür ki, istehsalat zərurəti ilə əlaqədar olaraq, müddətli əmək müqaviləsinə əsasən üç ay müddətinə İddiaçı xx.xx.2015-ci il tarixindən Azf-087 layihəsinə 4-cü dərəcəli yükləyici peşəsinə işə qəbul edilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə Cavabdeh1ndə 4-cü dərəcəli yükləyici vəzifəsinə qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12- Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2017-ci il tarixli, 4933 nömrəli ekspert rəyinin surətindən görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizasında aşkar edilmiş xəsarətlər – sol diz ayağının yerdəyişmiş qapalı sınığı, medial, lateral bağların zədələnməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, müddətləri tibbi sənəddə və qərarda göstərilən xx.xx.2016-cı il tarixdə və şəraitdə, yəni dəmir borunun sürüşərək diz nahiyyəsinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 7212 nömrəli epikrizindən görünür ki, İddiaçı sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral etinakulumun zədələnməsi diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 100 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə X3 cərahiyyə və transplantasiya şöbəsinə daxil olmuş, sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral etinakulumun zədələnməsi diaqnozu qoyulmuş, xx.xx.2016-cı il tarixdə sol diz qapağının açıq reduksiyası, veber üsulu ilə osteosintezi, medial, lateral retinakulumun təmiri əməliyyatı icra olunmuş, xx.xx.2016-cı il tarixdə xəstə yaxşılaşma ilə evə yazılmış və ambulator şəraitdə müalicəsi məsləhət görülmüşdür. Xəstənin deməsinə görə xəsarəti işdə yıxılaraq almışdır. - Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli istehsalatda baş vermiş bədbəxt hadisə haqqında məlumatdan görünür ki, xx.xx.2016-ci il tarixdə təxminən saat 05:06 radələrində AZF-087 sifrəli layihə, Sənqəcal qaz terminalı tikintisi ərazisində hadisə baş vermiş və qeyd edilən iş sahəsində istehsalat zərurəti ilə əlaqədar ağırlığı 25-30 kq olan boruların təyin olunmuş yerə yığılması zamanı boru sürüşərək işçi 4-cü dərəcəli yükləyici İddiaçı dizinə dəymişdir. Vizual baxış zamanı heç bir zədə izi görünmədiyindən və işçinin hər hansı bir ağrı hiss etmədiyindən bu barədə heç kimə məlumat verilməmişdir. Sonradan sıgorta xətti ilə şəhər klinikasına müraciət etmiş, ona sağ ayağının diz gapağında qapalı sınıq diaqnozu qoyulmuşdur. - Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinə ünvanladığı şikayət ərizəsində qaldırılan məsələ yerində ətraflı araşdırılmış və bildirilmişdir ki, İddiaçı xx xxx 2015-ci il tarixində AZF-087 layihəsinə 4-cü dərəcəli yükləyici kimi işə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixindən mövcud qaydalara uyğun olaraq, iş bitimi ilə əlaqədar ona 3(üç) aylıq kompensasiya ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verərkən layihənin kadrlar şöbəsində onunla söhbət zamanı layihəyə və müəssisəyə qarşı heç bir iradının olmadığını bildirmişdir. Buna baxmayaraq o, işdən azad olunduqdan təxminən 2 (iki) ay sonra layihədə çalışdığı müddət ərzində iş zamanı güya ağır istehsalat qəzası nəticəsində xəsarət alması və bunun müəssisə tərəfindən qeydiyyata alınmaması iddiası ilə şikayət ərizəsi yazmışdır. Onun ərizəsində qeyd edilən tarixdə, yəni xx xxx 2016-cı il tarixdə onunla birlikdə çalışmış işçilərdən yalnız 1 nəfər hal-hazırda həmin layihədə çalışır. Onunla ətraflı söhbət zamanı məlum oldu ki, həmin gün səhər saat 05:06 radələrində o, İddiaçıı yerdə oturaq vəziyyətdə görüb. Ona yaxınlaşaraq nə olduğu ilə maraqlanıb. O, da ciddi bir şey yoxdur, nədisə dizim ağrıyır deyib, işin sonu olduğu üçün bütün işçilər kimi o, da müəssisənin icarələdiyi vaxt avtobusu ilə evə getmişdir. Həmin gün evdən layihənin sahə klinikasına zəng edərək dizində ağrılar olduğu üçün həkimə müraciət etmək istədiyini bildirmiş, sahə həkimi də ona tibbi sığortası olduğu üçün sığorta şirkəti ilə əlaqə saxlayaraq müəssisənin müqaviləsi olan şəhər klinikalarından birinə müraciət etməyi məsləhət görmüşdür. Xəstəxanadan müayinənin nəticəsi ilə maraqlanan işçimizə, onun sol ayağının diz qapağında çat müəyyən edildiyini və səbəbinin İddiaçı dediyinə görə evdə yıxılması ilə izah etmişdir. Məhz buna görə də, xəsarətin istehsalat qəzası ilə əlaqədar olmadığı nəzərə alınaraq Mərkəzi Ofis və mövcud qaydalara uyğun olaraq Əmək Müfəttişliyi məlumatlandırılmamışdır. - Cavabdeh1 tərəfindən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, vətəndaş İddiaçı xx xxx 2015-ci il tarixində Cavabdeh1 AZF-087 Şahdəniz-2 X15 Tikintisi layihəsində 4-cü dərəcəli yükləyici kimi işə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixindən mövcud qaydalara uyğun olaraq, iş bitimi ilə əlaqədar ona 03 aylıq kompensasiya ödənilməklə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verərkən layihənin kadrlar şöbəsində onunla söhbət zamanı layihəyə və müəssisəyə qarşı heç bir iradının olmadığını bildirmişdir. Buna baxmayaraq o, işdən azad olunduqdan sonra layihədə çalışdığı müddət ərzində iş zamanı sol ayağının diz qapağının zədələnməsi ilə nəticələnən istehsalat qəzasının baş verməsi və bu hadisənin müəssisə tərəfindən qeydiyyata alınmaması iddiası ilə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bu şikayət ərizəsi 4 saylı region üzrə Cavabdeh2 tərəfindən Cavabdeh1nə xx.xx.2017-ci il tarixli məktub ilə ünvanlandırılmışdır. İddiaçı ərizəsində qeyd edilən məsələ 2017-ci ilin yanvar ayında 4 saylı region üzrə Cavabdeh2 nümayəndəsinin iştirakı ilə Şahdaniz-2 X15 Tikintisi layihəsində araşdırılmışdır. - “Mediland” Hospital tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı sümüklərdə diffuz osteoporoz əlamətləri nəzərə çarpır. Diz qapağı normal lokalizasiyalıdır. Rg-ji oynaq yanğı qismən daralıb. Oynaq səthlərinin subxondral sklerozu qeyd edilir və qamış sümüyünün kondiluslar arası çıxıntılarından, diz qapağının oynaq kənarlarından osteofitlər inkişaf etmişdir. Nəticə osteoartroz əlamətləri qeyd edilmişdir. - Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixli 655/K saylı əmrdən çıxarışdan görünür ki, Azf-087 layihəsinin 5-ci dərəcəli yükləyicisi İddiaçı əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “e” bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) son haqq-hesab ödənilməklə xitam verilmişdir. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı - Cavabdeh1nə qarşı onun Cavabdeh1 öz işinə bərpa edilməyi, xəsarət aldığı vaxtdan bəri çəkdiyi maddi xərclərə görə 180.10 AZN və keçirdiyi mənəvi sarsıntılara görə mənəvi zərər qismində 50.000 (əlli min) AZN məbləğində birdəfəlik ödənişin, azyaşlı övladlarının 18 yaşına çatanadək aylıq 200 (iki yüz) AZN məbləğində ödənişin, məhkəmə rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN və hüquqi yardım xidməti üçün ödədiyi 300 (üç yüz) AZN məbləğində ödənişin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri əsassız olduğu üçün və həmin tələblər üzrə iddia müddəti keçdiyi üçün təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3083/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmışdır. - Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı, 4.2-ci bəndinə əsasən Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi müəyyən edilmiş, İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydaları»na müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsi qərara alınmışdır. - Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT-ın (İZ formalı akt) surətindən görünür ki, bədbəxt hadisənin səbəbləri kimi Cavabdeh1 AZF-087 lahiyəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “yükləyici peşəsinin vəzifə təlimatı”nın 2.10-cu bəndinin (iş sahəsində alətlərdən, ləvazimatlardan, yükləmə-boşaltma, yükqaldırma vasitələrindən müvafiq prosedur və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə etmək) tələblərinin pozulması, Cavabdeh1ndə “əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair sənədlər toplusu”nun “briqadirin, manqa rəhbərinin təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsində vəzifə borcu”nun 1-ci bəndinin (briqada və manqa üzvlərinin əmək və istehsalat intizamına, texniki təhlükəsizlik təlimatlarına riayət etmələrinə nəzarət edir) tələblərinin pozulması müəyyən edilmişdir. - X1 arayışının surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edilmişdir. - «xxxxxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, müvafiq ödəniş tapşırıqlarına əsasən İddiaçı plastik kart hesabına xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) xx.xx.2020-ci il tarixə kimi hər ay 396.39 manat olmaqla ümumilikdə 3171,12 manat məbləğində icbari sığorta ödənişi köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. İşin araşdırılmış halları və tədqiq edilən sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 BM-nin baş direktoru N.Q.Həsənovla (işəgötürənlə) İddiaçı (işçi) arasında bağlanmış xx xxx 2015-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu həmin tarixdən cavabdeh müəssisədə 4-cü dərəcəli yükləyici vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixində səhər saat 05:00 radələrində iş vaxtı bədbəxt hadisə baş vermiş və o, sol ayağının diz nahiyəsindən xəsarət almış, həmin gün X5 müraciət etmişdir. Müayinə olunduqdan sonra ona sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral retinakulumun zədələnməsi diaqnozu qoyularaq həmin gün xəstəxananın cərrahiyyə şöbəsində də əməliyyat olunmuşdur. Sonra iddiaçı işinə qayıtmış və cavabdehin xx.xx.2016-cı il tarixli əmri ilə 5-ci dərəcəli yükləyici işinə təyin edilmişdir. İşlədiyi layihə daxilində iş həcminin azaldılması halı yarandığından cavabdehin xx.xx.2016-cı il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «e» bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən həmin tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırmanın aparılması üçün həm cavabdeh müəssisəyə, həm də Cavabdeh2 Xidmətinə dəfələrlə müraciət emiş, lakin istehsalatda bədbəxt hadisə baş verməsi halının təsdiq edilmədiyi əsası ilə onun müraciətlərinə müsbət cavab verilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2018-ci ildə o, Cavabdeh1 BM-nə qarşı «işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin tələbində onun öz iş yerinə bərpa edilməyi, xəsarət aldığı vaxtdan bəri çəkdiyi maddi xərclərə görə 180.10 AZN və keçirdiyi mənəvi sarsıntılara görə mənəvi zərər qismində 50.000 (əlli min) AZN məbləğində birdəfəlik ödənişin, azyaşlı övladlarının 18 yaşına çatanadək aylıq 200 (iki yüz) AZN məbləğində ödənişin, məhkəmə rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN və hüquqi yardım xidməti üçün ödədiyi 300 (üç yüz) AZN məbləğində ödənişin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə (birinci və apellyasiya instansiya məhkəmələrinin qətnamələri) müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia tələbləri ilə bağlı həm 1 aylıq, həm 1 illik iddia müddətləri ötürülmüş, həmçnin də onun cavabdeh "Cavabdeh1" Bı̇rgə Müəssı̇səsində iş yerində xəsarət alması faktı öz təsdiqini tapmamış və bu səbəbdən də iddia tələbləri əsassız sayılmışdır. Lakin, qətnamə qəbul edilərək qanuni qüvvəsini almasına baxmayaraq, iddiaçının təkrar müraciətləri nəticəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmış, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Komissiya tərəfindən bədbəxt hadisənin baş verməsi barədə təhqiqat aktı tərtib edilmişdir. Həmin aktın 4.1-ci bəndinə əsasən Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı, 4.2-ci bəndinə əsasən, Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi müəyyən edilmiş, İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalat xarakterli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydalarına müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” tərtib edilmiş 01 saylı AKTa (İZ formalı akt) əsasən bədbəxt hadisənin səbəbləri kimi Cavabdeh1 AZF-087 lahiyəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “yükləyici peşəsinin vəzifə təlimatı”nın 2.10-cu bəndinin (iş sahəsində alətlərdən, ləvazimatlardan, yükləmə-boşaltma, yükqaldırma vasitələrindən müvafiq prosedur və təhlükəsizlik qaydalarına əməl etməklə düzgün istifadə etmək) tələblərinin pozulması, Cavabdeh1ndə “əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına dair sənədlər toplusu”nun “briqadirin, manqa rəhbərinin təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsində vəzifə borcu”nun 1-ci bəndinin (briqada və manqa üzvlərinin əmək və istehsalat intizamına, texniki təhlükəsizlik təlimatlarına riayət etmələrinə nəzarət edir) tələblərinin pozulması müəyyən edilmişdir. Bundan sonra isə X2 tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edilmiş və ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla müvafiq ödəniş tapşırıqlarına əsasən xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) hər ay 396.39 manat olmaqla icbari sığorta ödənişi ödənilir. İddiaçı tərəfin iddia tələbindən və izahatından da göründüyü kimi, iddiaçı cavabdehdən 14256 manat məbləğində dəymiş maddi ziyan və 50000 manat məbləğində mənəvi ziyan tələb edir və bununla bağlı cavabdeh tərəfindən istehsalatda baş vermiş bədbəxt hadisə barədə Cavabdeh2 Xidmətinə vaxtında məlumat verilməməsinə görə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almasının vaxtında rəsmiləşdirilməməsinə, buna görə də iddiaçının qanunla nəzərə tutulmuş qaydada və vaxtda sığorta ödənişini ala bilməməsinə və s. bu kimi hallara, eləcə də bədbəxt hadisənin vaxtında rəsmiləşdirməməsi nəticəsində sığorta haqqını almamağı ilə itirdiyi vaxt ucbatından ciddi mənəvi sarsıntılar, əsəb və yuxu sisteminin əhəmiyyətli dərəcədə pozulmasına istinad etmişdir. Cavabdeh tərəf isə iddiaya olan etirazının əsası kimi ona istinad etmişdir ki, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Cavabdeh1 5-ci dərəcəli yükləyicisi İddiaçı və Cavabdeh1 briqadiri Bülent Yurtlunun cavabdehliyi, yəni onların qarşılıqlı məsuliyyətlərinin müəyyən edilməsi nəzərə alınmalı, bu xəsarətlə bağlı iddiaçının maddi və mənəvi ziyanla bağlı qaldırdığı iddianın rədd edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan hazırki işin icraatına mənəvi zərərlə bağlı hissədə xitam verilməlidir. Məhkəmə iddia tələblərinə münasibət bildirərək Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, qətnamənin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı olduğunu və hazırkiiş üzrə mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası əmək qanunvericiliyinin müvafiq normalarına müracət edərək aşağıdakıları qeyd edir: Əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq qanunverici əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarını sadalayarkən, onun həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını (Əmək Məcəlləsinin 9-cu maddəsinin “ç” bəndi) və əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini (Əmək Məcəlləsinin 9-maddəsinin “i” bəndi) tələb etmək hüquqlarını göstərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin a və b bəndlərinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına daxil edilmişdir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin və onun təhqiqatının aparılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan təhqiqatı barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin təhqiqatının aparılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-4-cü bəndlərinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin maddənin 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında xx xxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun 18.1-cü maddəsinə əsasən, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” qaydalarının 2.1-ci bəndinə əsasən, sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi X8 (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq aşağıdakı müddətlərdə ödənilməlidir. Aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur. (Həmin Qaydaların 2.1.1-ci bəndi) Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci bəndinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci bəndinin tələbindən görünür ki, həmin maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İş materiallarına əlavə olunmuş Cavabdeh1 Birgə Müəsissəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli əmək müqaviləsininin 4.9-cu bəndindən görünür ki, işəgötürən işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalamalıdır. «xxxxxxxxxxxx» ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, müvafiq ödəniş tapşırıqlarına əsasən İddiaçı plastik kart hesabına xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) xx.xx.2020-ci il tarixə kimi hər ay 396.39 manat olmaqla ümumilikdə 3171,12 manat məbləğində icbari sığorta ödənişi köçürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalı olması və X2 tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edildikdən sonra ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla müvafiq ödəniş tapşırıqlarına əsasən xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) hər ay 396.39 manat olmaqla icbari sığorta ödənişi ödənilməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd edilən əmək qanunvericiliyi aktı normalarının tələbindən aydın olur ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin və onun təhqiqatının aparılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında xx xxx 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması” qaydalarından da görünür ki, icbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi X8 tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq qaydalar ilə nəzərdə tutulmuş müddətlərdə ödənilir. İşin müəyyən edilmiş hallarından da göründüyü kimi, xx.xx.2016-cı il tarixində səhər saat 05:00 radələrində iş vaxtı bədbəxt hadisə baş vermiş və iddiaçı sol ayağının diz nahiyəsindən xəsarət almış, həmin gün X5 müraciət etmişdir. Müayinə olunduqdan sonra ona sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral retinakulumun zədələnməsi diaqnozu qoyularaq həmin gün xəstəxananın cərrahiyyə şöbəsində də əməliyyat olunmuşdur. Sonra iddiaçı işinə qayıtmış və cavabdehin xx.xx.2016-cı il tarixli əmri ilə 5-ci dərəcəli yükləyici işinə təyin edilmişdir. İşlədiyi layihə daxilində iş həcminin azaldılması halı yarandığından cavabdehin xx.xx.2016-cı il tarixli əmri ilə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin «e» bəndinə əsasən (tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hal) əsasən həmin tarixdən xitam verilmişdir. Bundan sonra iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırmanın aparılması üçün həm cavabdeh müəssisəyə, həm də Cavabdeh2 Xidmətinə dəfələrlə müraciət emiş, lakin istehsalatda bədbəxt hadisə baş verməsi halının təsdiq edilmədiyi əsası ilə onun müraciətlərinə müsbət cavab verilməmişdir. İddiaçının təkrar müraciətləri nəticəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmış, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Komissiya tərəfindən bədbəxt hadisənin baş verməsi barədə təhqiqat aktı tərtib edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2000-ci il tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydalarına müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsi qərara alınmışdır. “xx.xx.2019-cu il tarixdə Cavabdeh1” Birgə Müəssisəsi tərəfindən «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” tərtib edilmiş 01 saylı AKTa (İZ formalı akt) tərtib edilmişdir. Bundan sonra isə X2 tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edilmiş və ona xx.xx.2019-cu il tarixdən hesablanmaqla müvafiq ödəniş tapşırıqlarına əsasən xx.xx.2020-ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) hər ay 396.39 manat olmaqla icbari sığorta ödənişi ödənilir. Nəticə etibarilə istehsalatda bədbəxt hadisənin xx.xx.2016-cı il tarixdə baş verməsinə baxmayaraq iddiaçı qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini 2019-cu ilin dekabr ayından hesablanmaqla 2020-ci ilin yanvar ayından almağa başlamışdır. Məhkəmə, istehsalatda bədbəxt hadisənin xx.xx.2016-cı il tarixdə baş verməsinə baxmayaraq cavabdeh müəssisə tərəfindən hadisə barədə Müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada məlumat verməməsini, iddiaçının istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı araşdırmanın aparılması üçün həm cavabdeh müəssisəyə, həm də Cavabdeh2 Xidmətinə dəfələrlə müraciət etməsini, lakin istehsalatda bədbəxt hadisə baş verməsi halının təsdiq edilmədiyi əsası ilə onun müraciətlərinə müsbət cavab verilməməsini, iddiaçının təkrar müraciətləri nəticəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmasını və Cavabdeh2 Xidməti tərəfindən araşdırma aparılaraq istehsalatda bədbəxt hadisənin baş verməsi barədə təhqiqat aktı tərtib edilməsini və “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması Qaydalarına müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilməsinin qərara alınmasını, yalnız bundan sonra X2 tərəfindən İddiaçı xx.xx.2019-cu il tarixdən (əmək qabiliyyətini 40 faiz itirməklə) üçüncü dərəcəli əlillik təyin edilməsini və qanunla müəyyən edilmiş qaydada xx.xx.2019-cu il tarixdən hesablanmaqla müvafiq ödəniş tapşırıqlarına əsasən xx.xx.2020ci il tarixdən (yanvar ayında iki dəfə olmaqla həmçinin 2019-cu ilin dekabr ayı üçün də köçürülməklə) hər ay 396.39 manat olmaqla icbari sığorta ödənişi ödənilməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən dövr üzrə, yəni iddiaçı tərəfin izahatında qeyd etdiyi və iddia ərizəsində tələb etdiyi əmək müqaviləsinə xitam verildikdən sonrakı aydan - 2016-cı ilin dekabr ayından sığorta ödənişi almağa başladığı xx.xx.2019-cu il tarixədək hesablanmaqla 14256 (on dörd min iki yüz əlli altı) manat (36X396=14256) məbləğində maddi zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh əmək qanunvericiliyinin tələblərinə riayət etməklə istehsalatda baş vermiş bədbəxt hadisə barədə müvafiq icra hakimiyyəti orqanına qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada məlumat vermiş olsaydı, həmin hadisə “İstehsalatda baş verən bədbəxt hadisələrin tədqiqi və uçota alınması” Qaydalarına müvafiq olaraq “İZ” formalı aktla rəsmiləşdirilə və X2 tərəfindən İddiaçı əlillik dərəcəsi müəyyən edilməklə o, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalı olduğundan onun qanunla müəyyən edilmiş qaydada icbari sığorta ödənişi almaq hüququ xeyli müddət əvvəl yarana bilərdi. Odur ki, 14256 (on dörd min iki yüz əlli altı) manat (36X396=14256) məbləğində maddi zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaçının tələbinin mənəvi zərərin tutulması hissəsinin qismən əsaslı olması qənaətinə gəlir və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin materiallarından görünür ki, xx.xx.2016-cı il tarixində səhər saat 05:00 radələrində iş vaxtı bədbəxt hadisə baş verərək iddiaçı sol ayağının diz nahiyəsindən xəsarət alsa da, vaxtında baş vermiş bədbəxt hadisə barəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2n Xidmətinə məlumat verilməmişdir. Hadisə günü X4 müayinə olunduqdan sonra ona sol diz qapağının yerdəyişmiş qapalı sınığı, medial, lateral retinakulumun zədələnməsi diaqnozu qoyulmuş və iddiaçı elə həmin gün xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. Əməliyyatdan sonra ayağındakı gips açıldıqdan sonra işə qayıtmış və onun işi dəyişdirilmiş, daha sonra isə xx xxxxxx 2016-cı il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xx xxxxxx 2016-cı il tarixində işdən azad olunmasına və xx.xx.2018-ci ildə Cavabdeh1 BM-nə qarşı «işə bərpa, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin tələbində onun öz iş yerinə bərpa edilməyi, xəsarət aldığı vaxtdan bəri çəkdiyi maddi xərclərə görə 180.10 AZN və keçirdiyi mənəvi sarsıntılara görə mənəvi zərər qismində 50.000 (əlli min) AZN məbləğində birdəfəlik ödənişin, azyaşlı övladlarının 18 yaşına çatanadək aylıq 200 (iki yüz) AZN məbləğində ödənişin, məhkəmə rüsumu olaraq ödənilmiş 30 (otuz) AZN və hüquqi yardım xidməti üçün ödədiyi 300 (üç yüz) AZN məbləğində ödənişin cavabdehdən onun xeyrinə tutulmasını tələb etməsinə, bu tələblərinin isə təmin olunmamasına dair qanuni qüvəsini almış məhkəmə qətnamələrinin olmasına baxmayaraq, İddiaçı xx.xx.2016-ci il tarixdə təxminən saat 05:06 radələrində AZF-087 sifrəli layihə, Sənqəcal qaz terminalı tikintisi ərazisində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalat xarakterli olması - Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən yaradılmış Təhqiqat komissiyası aktı, Cavabdeh1 tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT (İZ formalı akt) ilə tam təsdiq edilmişdir. Başqa sözlə, cavabdeh tərəf hadisə baş verəndən xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsi, eləcə də, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmri qəbul edilənə kimi 4 saylı region üzrə Cavabdeh2nə təqdim etdiyi sənədlərə əsasən sonuncu da iddiaçıya onun iş yerində xəsarət alması faktının öz təsdiqini tapmadığı, İddiaçı səhhətinin pozulması halının istehsalatda əlaqəliyinin müəyyən edilmədiyi barədə cavab məktubları ünvanlamışdır. Göründüyü kimi, Cavabdeh1 İddiaçı səhhətinin pozulması halının istehsalatda baş verməsinə dair Cavabdeh2 Xidmətinə vaxtında və düzgün məlumat verməməsi nəticəsində iddiaçı uzun müddət onun istehsalatda aldığı xəsarətə hüquqi qiymət verilməsi üçün mübarizə aparmış və ona qarşı qanunsuz hərəkətlər fonunda hətta onu əsassız olaraq işdən çıxartmaqları ilə bağlı məhkəmə müdafiəsi huququndan da istifadə etmişdir. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalat xarakterli olması faktının uzun müddət təsdiq edilməməsi ilə bağlı onun keçirdiyi hisslər heç şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, cavabdeh tərəfindən törədilən qanunsuz hərəkətlər onun şüurunda mənfi psixi reaksiyalara səbəb olmuş, bütün bu hadisələrin fonunda o, stress və həyəcan keçirmişdir. Məhkəmə həmçinin hesab edir ki, mənəvi zərərin ödənilməsi tələbi iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalat xarakterli olması faktı cavabdehə məlum olduğu halda, iddiaçının bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə etməsindən məhrum olması, bu halı təsdiq etmək üçün aidiyyəti orqanlara çoxsaylı yazışmaları, hətta bununla əlaqədar məhkəmə qətnaməsi qəbul edilməsinə baxmayaraq, nəticədə cavabdehin belə bədbəxt hadisənin olmasını etiraf etməsi faktının mövcudluğu özü-özlüyündə İddiaçı psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psiloxoji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Həmin Qərarda həmçinin göstərilmişdir ki, “mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.” Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qanuni qüvvəsini almış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 3581/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin mövcudluğuna baxmayaraq hesab edir ki, həmin qətnamə hazırki iş üzrə preydisiyal əhəmiyyət kəsb etmir, eləcə də bu qətnamənin mövcudluğu hazırki iş üzrə icraatın xitam verilməsinə hüquqi əsas yaratmır. Belə ki, iş üzrə tərəflər eyni olsalar da, iddianın predmeti və əsasları fərqlidir və məhkəmə hazırki işdə sözügedən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş halların yenidən mübahisələndirilməsinə yol vermir. Məhkəmə qeyd edir ki, əvvəlki tələbində iddiaçı işə bərpa ilə yanaşı xəsarət aldığı vaxtdan bəri çəkdiyi maddi xərclərə görə 180.10 AZN, azyaşlı övladlarının 18 yaşına çatanadək aylıq 200 (iki yüz) AZN məbləğində ödənişin, hüquqi yardım xidməti üçün ödədiyi 300 (üç yüz) AZN məbləğində ödənişin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdiyi halda, hazırki tələbində bu tələblər yoxdur. Əvvəlki tələbində keçirdiyi mənəvi sarsıntılara görə mənəvi zərər qismində 50.000 (əlli min) AZN məbləğində birdəfəlik ödənişi ilə hazırki tələbin mənəvi ziyanla bağlı hissəsi eynilik təşkil etsə də, bunun əsasları tam fərqlidir. Belə ki, əvvəlki tələbində mənəvi ziyan tələbi əsasən həm işdən qanunsuz çıxarılması ilə bağlı olmuşdur (hazırki tələbində bu əsas göstərilməyib), həm də işəgötürən tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada bədbəxt hadisənin təhqiqatının nəticəsi barədə akt tərtib edilməməsi ilə əlaqəli olmuşdur. İşin materiallarından görünür ki, qətnamə qəbul edilib qanuni qüvvəsini aldıqdan, eləcə də çoxsaylı yazışmalardan sonra Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin xx xxxxx 2019-cu il tarixli **********8 nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2016-cı il tarixdə Cavabdeh1ndə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin tədqiq edilməsi üçün Təhqiqat komissiyası yaradılmış və Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Cavabdeh2 Xidmətinin təhqiqat aktı ilə Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktı ilə təqsirkarlar müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Göründüyü kimi, prosessual qanunvericilik yalnız qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hər hansı faktların preyudisiallığını mümkün hesab edir. Mülki prosessual qanunvericilikdə məhkəmənin hüquqi mövqeyinin preyudisiallığı, yaxud məhkəmə aktlarının presedent əhəmiyyəti nəzərdə tutulmamışdır. Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə, faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Buna görə də, məhkəmə cavabdeh tərəfin sözügedən məhkəmə qətnaməsinin hazırki iş üzrə preyudisiyal əhəmiyyət kəsb etməsinə, eləcə də iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində iş üzrə icraata xitam verilməli olmasına dair dəlilini əsaslı hesab etmir və xüsusi olaraq qeyd etməyi də zəruri sayır ki, cavabdeh iddianı qəbul etməsə də, iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalat xarakterli olması faktının olmasını da inkar etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda iddiaçı mənəviziyanın da ödənilməsinitələbetməkdəhaqlı olmuşdur. Məhkəməiidaçıya dəymiş maddi zərərin həcmini nəzərə alaraq belə qənaətə gəlir ki, dəymiş mənəvi zərərin əvəzi kimi cavabhdehdən iddiaçının xeyrinə 2000 manat pul tutulması ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 9.1.3-cü maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında, 500 manatadək olduqda isə dövlət rüsumunun qiyməti 20 (iyirmi) manat müəyyən edilmişdir. Şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi (iddianın təmin edilmiş hissəsinə münasib olaraq) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh1ndən maddi zərərə görə 14256 (on dörd min iki yüz əlli altı) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən maddi zərərə görə 14256 (on dörd min iki yüz əlli altı) manat, mənəvi zərərə görə 2000 (iki min) manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar