Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4007/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X6 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı “əmlakın geri qaytarılması və zərərin ödənilməsi” üzrə qarşlıqlı iddia tələbinə dair iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından ilk iddia üzrə iddiaçının nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "zərərin ödənilməsi" tələbinə dair ilk iddia ərizəsi ilə, Cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması və zərərin ödənilməsi üzrə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026- cı il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "zərərin ödənilməsi" tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı əmlakın geri qaytarılması və zərərin ödənilməsi üzrə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə icraatın dayandırılması, əlavə ekspertizanın təyin edilməsi, Mütəxəssis qarşısında “İddiaçı həyətyanı sahəsində olmuş Cavabdeh məxsus 2 ədəd sland gardena, 4 ədəd başlıq, 1 ədəd perexodnik (birləşdirici və ya keçid alət), 1ədəd ayaqaltı roliklə Metak dəst, 1 ədəd yüngül ayaqaltı, 4 ədəd lesa dəst, 1 ədəd betonqarışdıran və 220 metr armaturun adi dövriyyə və istifadə şəraitində, bütün imkanları ilə istifadə edilsəydi hər biri üzrə günlük (##.##.2025-ci il tarixdən ##.##.2026-cı il tarixədək hesablanmaqla) nə qədər qazanc əldə edilmiş olardı?” sualının qoyulması qərara alınmışdır. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026- cı il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(008)- ****/**** saylı qərardadından ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Daha sonra ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından yenidən şikayət verərək, iş üzrə icraatın təzələnməsini xahiş etmişdir və şikayətin verilməsi üçün ötürülmüş müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili vəkil1 ərizəsi təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından şikayət vermə üçün müddətinin buraxılmasının səbəbləri üzürlü hesab edilmiş, buraxılmış müddət bərpa edilərək, iş şikayət ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, Məhkəmənin icraatı dayandırmaq hüququ siyahısı Mülki-Prosessual Məcəllənin 255-ci maddəsində verilmişdir. Həmin hüquqlardan biri də məhkəmə tərəfindən ekspertiza təyin olunmasıdır. Məhkəmə tərəfindən iş üzrə həm ilkin iddianın, həm də qarşılıqlı iddianın tələblərinin obyektiv araşdırılması üçün ekspertiza təyin edilmiş və prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq icraat dayandırılmışdır. Qeyd edilməlidir ki, ekspertizanın təyin edilməsi həm tərəflərin vəsatəti əsasında, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər və prosessual qanunvericilik məhkəmənin bu qərarından şikayət verilməsi imkanını nəzərdə tutmamışdır. Bu isə o deməkdir ki, ekspertiza təyin edilməsi məhkəmənin səlahiyyətində olan prosessual qərardır və həmin qərarın dəyişdirilməsi üçün hüquqi əsas mövcud deyildir. Mülki-Prosessual Məcəllə ekspertiza təyin edilməsi zamanı icraatın dayandırılması imkanını dispozitiv normada nəzərdə tutub və bu məsələni məhkəmənin qiymətləndirməsinə buraxır. Məhkəmə hazırkı iş üzrə hesab edir ki, ekspert rəyi olmadan icraatın davam etdirilməsi prosessual baxımdan məqsədəuyğun deyil və işin obyektiv araşdırılmasına xidmət etmir. Bu səbəbdən də, icraatın bərpası üçün tələb olunan şərtlər mövcud olmadığından, icraatın bərpası mümkün deyil. Bundan əlavə, məhkəmə hesab edir ki, ekspert rəyi təqdim olunmadan icraatın davam etdirilməsi prosessual baxımdan məqsədəuyğun deyil və əksinə, tərəflərin məhkəmə iclaslarına əsassız olaraq cəlb edilməsi, onların vaxt itkisinə və süni suründürməçiliyə məruz qalmasına gətirib çıxara bilər. Məhkəmə işin gedişinin hər bir mərhələsində prosessual hərəkətlərin məqsədəuyğunluğunu qiymətləndirməli və lazımsız iclasların keçirilməsinə yol verməməlidir. Hazırkı halda isə ekspert rəyi olmadan icraatın bərpası nə hüquqi, nə də faktiki zərurət kimi özünü doğrultmur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 255.0., 255.0.5, 256 və 256.0.2-ci maddələrini nəzərə alaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-4007/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4007/2026
02.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver