Məhkəmə qərarları › İş №2(1-8)-1778/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1778/2026

10.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1778/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. ##.##.2023-cü il və ##.##.2023-cü il tarixlədə İddiaçı üzərində həkim cavabdeh3 tərəfindən cavabdeh2 MMC və cavabdeh1 MMC septoplastika və rinoplastika əməliyyatları icra olunmuşdur.

2. cavabdeh3 həmin dövrdə qeyd edilən əməliyyatların aparılması üçün qüvvədə olan sertifikatı olmamışdır.

3. İddiaçı Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna ərizə ilə müraciət edərək, cavabdeh2 MMC burnundan iki dəfə cərrahiyyə əməliyyatı olunduğunu, əməliyyatların uğursuz keçdiyini, səhhətində ağırlaşmalar yarandığını bildirmişdir.

4. Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı ilə prokurorluqda toplanmış ***C** saylı material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, cavabdeh3 barəsində AR İXM-nin 210.1-ci maddəsi, cavabdeh2 MMC barəsində isə AR İXMnin 215.4-cü maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi qərara alınmış, İddiaçı əməliyyatlar nəticəsində dəymiş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

5. cavabdeh3 prokurorluğa verdiyi izahatında qeyd etmişdir ki, İddiaçı 2023-cü ilin yanvar ayında cavabdeh2 MMC yaxınlaşıb bildirmişdir ki, burnu ilə nəfəs almaqda çətinlik çəkir, həm də burnunda çəpər əyriliyi vardır. O, Klinikada əməliyyat öncəsi müvafiq müayinələrdən keçdikdən sonra ##.##.2024-cü il tarixdə cavabdeh2 MMC tərəfindən septoplastika və rinoplastika əməliyyatı icra edilmiş, əməliyyatdan sonrakı gün xəstə evə buraxılmışdır. ##.##.2023-cü il tarixdə İddiaçı burnundakı sarğını açmış, burnundakı silikon çıxarılmışdır. Həmin vaxt İddiaçı Saaib qızının burnu normal olmuşdur. Təxminən 6 ay sonra İddiaçı müraciət edərək burnunun estetikasından narazı olduğunu bildirmiş, ona 1 ildən sonra korreksiya lazım olacağını bildirmişdir. ##.##.2023-cü il tarixdə cavabdeh1 MMC İddiaçı burnunda təkrar estetik əməliyyat icra edilmişdir. Bir həftə sonra cavabdeh1 MMC sarğını açmış, hər şey yaxşı olmuşdur. Təxminən iki ay sonra 2023-cü ilin noyabr ayının sonunda İddiaçı müraciət edərək burnunun qarşı tərəfində çökmələr olduğunu bildirmiş və bunun normal hal olduğunu bildirmişdir. İddiaçı narazılığı davam etdiyi üçün qardaşı ilə cavabdeh2 MMC gəlmiş və o İddiaçı kart hesabına 3 dəfə cəmi 2.200 manat pul ödəmişdir. Onlar razılaşmış, 1 aydan sonra gəlib yenidən narazılıqlarını bildirmişlər. Cərrahiyyə əməliyyatı etmək səlahiyyəti yoxdur, çünki diplomu və sənədləri təsdiqlənməmişdir. Onun ixtisası cərrah olduğu üçün əməliyyat etmişdir.

6. AR Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nın ## #### 2024-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı cavabdeh1 MMC “Burun donqarlığı; burun əyriliyi; burun çəpər əyriliyi”; cavabdeh2 MMC isə “Rinoplastika cərrahiyyə əməliyyatından sonrakı təkrar əməliyyat” diaqnozları qoyulmuş və diaqnozlar aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. İddiaçı cavabdeh1 MMC “Septoplastika”; cavabdeh2 MMC isə aparılmış “Rinoplastika” cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun olmuşdur, lakin hər iki əməliyyat texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, mütəxəssis müayinəsi zamanı burun girəcəyində sol tərəfdə yeni qığırdaqlı çapığın (içəriyə yatma), burun üstünə sümük əyriliklərinin və dəri piqmentasiyalarının olduğu müəyyən edilmişdir. İddiaçı cavabdeh1 MMC və cavabdeh2 MMC əməliyyatdan sonra göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. İddiaçı aparılmış hər iki cərrahiyyə əməliyyatlarının texniki cəhətdən qüsurlu icrası ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan, AR Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli, ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndinin ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi tələbləri pozulmuşdur.

7. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nın ## #### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə olunmuş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyyası aşağıdakı nəticəyə gəlir: 1). İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş septorinoplastika cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. 2). İddiaçı burun nahiyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

8. AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nın ## #### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə olunmuş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyyası aşağıdakı nəticəyə gəlir: 1). İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı onda sağlamlığa zərər vurmanın qiymətləndirilməsində meyar kimi qiymətləndirilə biləcək hər hansı obyektiv morfoloji əlamət müəyyən edilmədi. 2). İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. 4). İddiaçı oğlunun üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş var, aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. 5). İddiaçı burun ucu qığırdaqlarında və burunun kolumellasında ödemin olması onun üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bu da, təkrar revizyon əməliyyatla aradan qaldırıla bilər.

9. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, təkrar Rinoseptoplastika əməliyyatının sərfiyyat xərcləri əməliyyatın müddəti, həcmi, orqanın hazırdakı strukturu, əməliyyatdan sonrakı bərpa dövrünün spesifikliyi faktorlarından asılı olduğu üçün qiymət yalnız fərdi müayinədən sonra bəlli olur. Təkrar Rinoplastika əməliyyatları rekonstruktiv dəyişikliklər tələb etdiyindən ətraflı kliniki-instrumental müayinələrin nəticələri əsasında, qoyulmuş diaqnoz və planlaşdırılmış cərrahi müdaxilə əsasında xərclər formalaşır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər cavabdeh2 MMC və cavabdeh3 qarşı “həkimin səhlənkarlığı nəticəsində vurduğu maddi və mənəvi zərərə görə təzminat” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, burun əməliyyatı (septoplastika və rinoplastika) üçün cavabdeh2 MMC və həkim cavabdeh3 ödədiyi 1.200 manat, yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərci maddi ziyan və mənəvi zərər kimi tələb etdiyi 10.000 manat pulun cavabdeh2 MMC və həkim cavabdeh3 müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Sonradan, iddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh1 MMC cavabdeh qismində işə cəlb olunmasını, burun əməliyyatı (septoplastika və rinoplastika) üçün cavabdeh2 MMC və həkim cavabdeh3 ödədiyi 1.200 manat, yenidən əməliyyata girməsi üçün tələb olunan 10.000 manat əməliyyat xərci maddi ziyan və mənəvi zərər kimi tələb etdiyi 10.000 manat pulun cavabdeh2 MMC, həkim cavabdeh3 və cavabdeh1 MMC MMC müştərək qaydada tutulmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı burun çəpəri əyriliyi şikayəti ilə əlaqədar cavabdeh2 MMC müraciət etmişdir. ##.##.2023-cü il tarixdə klinikanın həkimi kimi özünü təqdim edən cavabdeh3 iddiaçını müayinə edərək xəstənin şikayətini əməliyyat yolu ilə aradan qaldıracağını bildirmiş və bunun müqabilində ondan hissə-hissə 1.200 manat pul vəsaiti almışdır. Bir neçə ilkin müayinədən sonra iddiaçı ##.##.2023-cü il tarixdə cavabdeh2 MMC burun çəpəri əməliyyatı da daxil olmaqla burun estetik əməliyyatı, yəni septoplastika və rinoplastika əməliyyatı keçirmişdir. Əməliyyat ümumi narkoz verilməklə keçirilmişdir. 1 gün klinikada qaldıqdan sonra səhəri gün evə buraxılmışdır. X3 tərəfindən təyin olunmuş dərmanları vaxtlı-vaxtında qəbul etmişdir. Əməliyyatdan 12 gün sonra ##.##.2023-cü il tarixdə burnundakı sarğının açılması üçün Klinikaya gəlmişdir. Sarğı açıldıqda burnundakı əyriliyi görüb həkimə narazılığını bildirmişdir, həkim isə ona 6 ay sonra yenidən əməliyyata salaraq yaranmış qüsuru aradan qaldıracağını bildirmişdir. Evə qayıtdıqdan sonra iddiaçının nəfəsalma ilə bağlı problemləri şiddətlənməyə başlanmışdır. ##.##.2024-cü il tarixdə cavabdeh3 tərəfindən yenidən əməliyyat olunsa da, nəfəsalma ilə bağlı yaranan şikayəti aradan qalxmamış, eyni zamanda burnunda olan görüntü qüsuru da düzəlməmişdir. İddiaçı tərəfindən həkimin işini düzgün icra etmədiyinə görə səhhətində yaranmış ciddi problemlərlə bağlı Bakı şəhəri, Nəsimi rayon Prokurorluğuna şikayət ünvanlamış, şikayəti araşdırılmışdır. Material üzrə komisyon-məhkəmə tibb ekspertizası keçirilmiş, ##.##.2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, iddiaçının keçirtdiyi hər iki əməliyyat texniki cəhətdən qüsurlu icra edilmişdir. Belə ki, mütəxəssis tərəfindən müayinə zamanı burun girəcəyində sol tərəfdə yeni qığırdaqlı çapığın (içəriyi yatma), burun üstündə sümük əyriliklərinin və dəri piqmentasiyalarının olduğu müəyyən olunmuşdur. İddiaçı burnunda aparılmış hər iki cərrahiyyə əməliyyatın texniki cəhətdən qüsurlu icra olunması Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli, ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 24.1-ci bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi) tələbləri pozulmuşdur. Lakin Bakı şəhəri, Nəsimi rayon Prokurorluğunda aparılmış araşdırmaya əsasən cavabdeh3 Saab qızının əməlində cinayət tərkibi olmaması qənaətinə gəlinmiş və cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərar qəbul olunmuşdur. Eyni zamanda araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh3 lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla AR İXM-nin 210.1-ci maddəsinə uyğun inzibati xətanı törətmişdir. cavabdeh2 MMC tərəfindən AR İXM-nin 215.4-cü maddəsi, yəni sertifikasıyadan keçməyən şəxslərin praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə pozuntu etdiyi müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh3 və cavabdeh2 MMC barədə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırma prossessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda iddiaçıının yenidən septoplastika və rinoplastika əməliyyatı keçirtməsi zəruriyyəti yaranmışdır ki, həkimin qüsurlu əməliyyat etməsi nəticəsində nəfəsalmasında davam edən çətinlik və burnunda yaranan görüntü qüsuru aradan qalxsın. Fərqli klinikalarda olan həkimlər bu əməliyyatın yenidən həyata keçirilməsi üçün iddiaçıya 6.000-10.000 manat arası dəyəri olduğunu bildiriblər. Bu 1 il ərzində iddiaçının keçirtdiyi stress, normal nəfəs ala bilməməsi, təngənəfəslik, beyinə normal oksigen getməməsinə görə yaranan dözülməz baş ağrıları, yatarkən yalnız eyni istiqamətdə qalması məcburiyyətində olduğuna görə onurğa sistemində yaranan problemlərin qarşılığında həm klinika, həm də həkim məsuliyyətə cəlb olunmalıdır. Müvafiq qaydalara əsasən sertifikasiyadan keçməyən səhiyyə mütəxəssislərinin praktiki tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılması qadağan olunsa da, cavabdeh2 MMC əməliyyata girən həkimlərin sertifikatı olmamışdır. Beləliklə, bilərəkdən, qəsdən pasiyentin səhhətinə şüurlu şəkildə zərər yetirilməsi üçün şərait yaradılmışdır. İddiaçının çəkdiyi maddi zərər hər 3 cavabdehdən tutulmalıdır. Belə ki, iddiaçı birinci dəfə “xxxx” MMC əməliyyat olunmuş, cavabdeh3 həmin klinikanın həkimi olmuş, ikinci əməliyyat isə cavabdeh1 MMC icra olunmuşdur.

13. Cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş, iddiaya etiraz təqdim edərək izahatında bildirmişdir ki, “X1” MMC rəhbərliyinin əməliyyatın nəticələrinə görə hüquqi məsuliyyət daşıdığına dair iddialar əsassızdır. Belə ki, deliktin yaranması üçün 4 önəmli element - hüquqazidd hərəkət, zərər, səbəb-nəticə əlaqəsi, qəsd və ya ehtiyatsızlıq tələb olunur. Hazırkı vəziyyətdə isə göstərilən elementlərin heç biri mövcud deyildir. Zərər mövcud olsa belə, “X1” MMC rəhbərliyinin bu və ya digər formada məsuliyyət daşıması iddiası, səbəbli əlaqə mövcud olmadığına görə tamamilə əsassızdır. AR mülki qanunvericiliyinin tələbinə müvafiq olaraq arqumenti irəli sürən tərəfin üzərinə sübutetmə yükü düşür. Belə ki, bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə, bunu məhkəməyi qadağan edir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. AR Ali Məhkəməsinin ##.##.2021-ci il tarixli Qərarının mövqeyindən göründüyü kimi iddiaçı əsaslandığı halları sübut etməlidir, əks halda iddia rədd olunmalıdır. Hazırkı məhkəmə mübahisəsində qeyd olunan zərər faktını təsdiq edən ekspert rəyi olsa belə qüsurun hansı əməliyyatdan sonra yaranması müəyyən edilməmişdir. İddiaçının qeyd etdiyi kimi İddiaçı 1 il 8 ay sonra yəni, ##.##.2024-cü ildə cavabdeh1 MMC yenidən əməliyyat olunmuş və bu əməliyyatdan sonra şikayət etmişdir. Bundan başqa ekspert rəyinin nəticə hissəsinin 1 və 2-ci bəndlərində aydın şəkildə görünür ki, iddiaçının qeyd etdiyi hec biri həyati risk mövcud deyildir və bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. Ümumiyyətlə isə ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçının nə qədər zərərə düşdüyünü müəyyən etmək mümkün deyildir və qarşı tərəfdən zərərin miqdarını təsdiq edən digər hər hansı bir sübut təqdim edilməmişdir. Buradan belə nəticəyə gəlinir ki, cavabdeh2 MMC qarşı maddi və mənəvi ziyan tələbi əsassız və klinikaya qarşı qərəzli şəkildədir. İddia ərizəsində göstərilən İddiaçı əməliyyat qarşılığında klinikanın kassasına 1.200 manat ödəməyi isə reallığı əks etdirmir. Klinikanın kassasına cəmi 350 manat ödəniş edilmişdir və məhkəməyə təqdim olunan çekdə bu öz əksini tapmışdır. cavabdeh2 MMC və cavabdeh3 arasında münasibətlər Xidmət müqaviləsinə əsaslanır. AR Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və yə fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fızıkı şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Buradan da göründüyü kimi, işçi anlayışı təkcə əmək müqaviləsi ilə çalışan şəxslərin dairəsi ilə məhdudlaşmır, bu anlayış həm də mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsləri də əhatə edir. Bu halda belə şəxsin müvafiq hüquqi və ya fiziki şəxsin (mövcud vəziyyətdə “X1” MMC) tapşırığı ilə və onun nəzarəti altında fəaliyyət göstərməsi zəruri şərtdir. Hazırkı halda isə əməliyyat klinikanın birbaşa tapşırığı ilə və nəzarəti altında deyil, həkimin şəxsi təşəbbüsü və pasiyentlə aralarında olan birbaşa razılaşma əsasında həyata keçirilmişdir. Bunu iddiaçının birbaşa olaraq cavabdeh3 müraciət etməsi sübut edir. Qeyd etmək lazımdır ki, mövcud vəziyyətdə klinika yalnız inzibati və texniki şəraiti təqdim etmiş, tibbi müdaxilənin icrası isə həkimin müstəqil məsuliyyəti çərçivəsində baş tutmuşdur. Elə bu səbəblərdən AR Mülki Məcəllənin 1099.2-ci maddəsində göstərilən “tapşırıq və nəzarət elementi” mövcud olmadığından, klinika rəhbərliyinn işəgötürən kimi məsuliyyət daşıması üçün heç bir hüquqi əsas yoxdur. Qanunvericiliyin bu normasına görə, yalnız o halda məsuliyyət yarana bilər ki, əməliyyatı yerinə yetirən şəxs konkret olaraq cavabdeh hüquqi şəxsin (klinikanın) birbaşa nəzarət və göstərişləri ilə hərəkət etmiş olsun. Nəticə etibarilə, AR Mülki Məcəlləsinin 1099.2-ci maddəsi kontekstində işçi anlayışı və məsuliyyət predmeti tətbiq olunmadığından, əməliyyat nəticəsində iddiaçının sağlamlığına dəymiş ehtimal olunan zərərə görə cavabdeh tərəf olan “X1” MMC qarşı mülki məsuliyyətin tətbiqi əsassızdır. “AR Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il tarixli Plenum Qərarında mövqeyinə görə, işəgötürən şəxsin işçisi tərəfindən baş vermiş hüquq pozuntusuna görə mülki məsuliyyət daşıyıb-daşımadığı məsələsinin həlli üçün bu şərtlərin mövcudluğu tələb olunur: Törədilmiş hüquqazidd əməl, əmək və ya mülki hüquqi müqavilə əsasında fəaliyyət göstərən şəxsin tapşırıq və nəzarət altında gördüyü işlə əlaqəli olmalıdır; Bu fəaliyyət nəticəsində üçüncü şəxsə zərər dəyməlidir; İşəgötürənin həmin fəaliyyət üzərində faktiki nəzarət və göstəriş səlahiyyəti olmalıdır. Hüquq pozuntusu ilə tapşırıq verilmiş fəaliyyət arasında funksional və səbəbli əlaqə mövcud olmalıdır. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarı kontekstində, “işəgötürənin məsuliyyəti” institusional formada tətbiq oluna bilməz. Qanunverici, işəgötürənin məsuliyyətini yalnız onun faktiki nəzarətində olan və mənafeyi üçün görülən işlə bağlı məsuliyyət halında mümkün sayır. AR Mülki Məcəlləsinin 1099.2-ci maddəsi də bu yanaşmanı gücləndirərək bildirir ki, əgər şəxs mülki hüquqi müqavilə ilə fəaliyyət göstərirsə, o zaman məsuliyyət yalnız işin işəgötürənin nəzarəti altında və onun təhlükəsizlik öhdəlikləri daxilində yerinə yetirilməsi şərti ilə mümkündür. Konstitusiya Məhkəməsi həmçinin qərarında bildirir ki, zərərçəkənin mülki hüquq pozuntusuna görə iddianı konkret kimin əleyhinə irəli sürməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Konstitusiya Məhkəməsi təhlükə məsuliyyətinin tətbiqi ilə bağlı da aydın mövqe bildirir: əgər mübahisə yüksək təhlükə mənbəyi ilə əlaqəli deyilsə, AR Mülki Məcəlləsinin 1108-ci maddəsinin tətbiqi yolverilməzdir. Estetik əməliyyatlar isə bu anlayışa daxil edilmir və bu maddə ilə məsuliyyət nəzərdə tutulmur. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilərək, əməliyyat üçün ödənilmiş 1.200 manatın 350 manatının cavabdeh cavabdeh2 MMC-dən və 850 manatın isə cavabdeh cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, yenidən əməliyyat olunması üçün 5.000 manat pulun, mənəvi ziyana görə 5.000 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 124 manatın cavabdehlər cavabdeh2 MMC, cavabdeh3 və cavabdeh1 MMC-dən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının üzərində cavabdeh cavabdeh3 tərəfindən cavabdeh qismində cəlb edilmiş cavabdeh2 MMC və cavabdeh1 MMC yuxarıda qeyd edilən cərrahiyyə əməliyyatları icra olunmuş, həmin əməliyyatlar aparılarkən cavabdeh cavabdeh3 həmin dövr üçün qüvvədə olan sertifikatı olmamış, cərrahiyyə əməliyyatları onun tərəfindən taktiki cəhətdən qüsurlu (qeyri-düzgün) aparılmış, nəticədə iddiaçı keyfiyyətli tibbi xidmət almamış, əksinə, revizyon cərrahiyyə əməliyyatına zərurət yaranmışdır. İddiaçı qeyd olunan halla bağlı həm fiziki cəhətdən narahatçılıq, həm də mənəvi iztirab keçirməyə başlamış, bununla bağlı ilk olaraq Bakı şəhəri, Nəsimi rayon prokurorluğuna müraciət etmiş, prokurorluq tərəfindən həmin müraciət üzrə araşdırma aparılmış, izahatlar alınmış, müvafiq ekspertiza təyin edilərək tibbi ekspertin rəyi alınmış, lakin cavabdeh3 əməlində cinayət tərkibi olmaması əsası ilə material üzrə AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilsə də, onun lisenziya olmadan tibbi fəaliyyətlə məşğul olmaqla AR İXM-nin 210.1-ci maddəsinə uyğun inzibati xətanı, cavabdeh2 MMC tərəfindən isə AR İXM-nin 215.4-cü maddəsi, yəni sertifikasıyadan keçməyən şəxslərin praktik tibbi və əczaçılıq fəaliyyətinə buraxılmasına görə pozuntu etdiyi müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh3 və cavabdeh2 MMC barədə inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün ibtidai araşdırma prossessual rəhbərliyi həyata keçirən prokurora təqrirlə müraciət edilməsi nəzərdə tutulmuşdur. İşin bu halları yalnız iddiaçı tərəfin izahatları ilə deyil, həm də prokurorluğun təyin etdiyi və hazırki iş üzrə təyin edilərək keçirilmiş AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nın rəyləri və Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun ## ###### 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarının məzmunu ilə də tam təsdiq edilir.

16. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi AR MPM-nin 76-cı maddəsinin tələbləri baxımından sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksək olur ki, ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Belə ki, bütün rəylərdə aydın göstərilmişdir ki, İddiaçı mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş septorinoplastika cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur.

17. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuranşəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır.

18. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən 1200 manat ödəniş müqabilində onun burun ucu qığırdaqlarında və burunun kolumellasında ödemin olmasının üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olması artıq işin mübahisəsiz halıdır və iddiaçı həmin məbləği maddi ziyan əvəzi olaraq cavabdehlər cavabdeh2 MMC və cavabdeh3 tələb etməkdə haqlıdır. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı ##.##.2023-cü ildə cavabdeh cavabdeh3 600 manat vermiş, sonuncu həmin məbləğin 350 manatını cavabdeh2 MMC-nin hesabına ödəməklə kassa çeki almış, daha sonra iddiaçı 6 ay ərzində hər ay 100 manat olmaqla 600 manatı da cavabdeh3 ödəmişdir. Cavabdeh iddiaçı üzərində cavabdeh1 MMC təkrar əməliyyat aparması ilə bağlı əlavə pul almamışdır. Cavabdeh cavabdeh3 prokurorluğa verdiyi izahatında 2023-cü ilin noyabr ayında iddiaçının narazılıqlarına görə qardaşı tərəfindən onun kartına 3 dəfəyə 2.200 manat göndərməsini göstərsə də, iddiaçı məhkəmə baxışında bu faktı təsdiq etməmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, iddiaçı qeyd edilən halı etiraf etməmiş və cavabdeh də məhkəmə iclasında iştirak etməyərək prokurorluğa verdiyi izahatında göstərilənlərin təsdiqi ilə bağlı sübutlar təqdim etməmişdir, bu halda iddiaçı tərəfin mövqeyi daha üstün, inandırıcı və əsaslı sayılır. Cavabdehin iddiaçının narazılıqlarına görə onun kartına 3 dəfəyə 2.200 manat göndərməsi faktı təsdiq olunmasa da belə, məhkəmənin qənaətinə görə cavabdehin bunu izahatında göstərməsi onun iddiaçıdan həqiqətən də əməliyyatla bağlı pul almasını birbaşa təsdiq edir.

20. Məhkəmə cavabdeh cavabdeh2 MMC-nin rəhbərliyinin əməliyyatın nəticələrinə görə hüquqi məsuliyyət daşıdığına dair iddianın əsassızlığına dair etirazın dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla Klinikanın kassasına cəmi 350 manat ödəniş edilməsi etiraf edilməklə iş materialları ilə təsdiq edilir. Həmçinin iddianın predmeti olmasa da məhkəmə vurğulayır ki, cavabdeh2 MMC-nin lisenziyası olmayan, tibbi fəaliyyətlə məşğul olmaq, cərrahiyə əməliyyatı etmək səlahiyyəti olmayan cavabdeh3 arasında sonuncu tərəfindən tibbi menecer xidmətlərinin göstərilməsi ilə bağlı ## ###### 2023-cü il tarixli müqavilə etibarlı sənəd kimi qiymətləndirilə bilməz. Cavabdeh Klinika cavabdeh3 öz sahəsində iddiaçı üzərində göstərilən əməliyyatı aparmağa bu müqavilə əsasında şərait yaratması özü-özlüyündə qanuna zidd olmaqla, nəticədə həkimin işini düzgün icra etmədiyinə görə səhhətində yaranmış ciddi problemlərlə üzləşmişdir. Buna görə də cavabdeh Klinika da digər cavabdeh cavabdeh3 ilə birlikdə iddiaçı qarşısında mülki məsuliyyət daşıyıcısı kimi qiymətləndirilir və iş materiallarında cavabdeh2 MMC septoplastikanın icra edilməsi üçün 350 manat ödənişlə bağlı ##.##.2023cü il tarixli çekin mövcud olduğu üçün həmin Klinikadan göstərilən məbləğ, digər 850 manat isə cavabdeh cavabdeh3 iddiaçının xeyrinə maddi ziyan əvəzi olaraq tutulmalıdır.

21. Məhkəmə maddi ziyanla bağlı tələbin iddiaçının burun nahiyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin tutulmasına dair hissəsi üzrə qeyd etmişdir ki, iş üzrə ekspertiza rəylərindən göründüyü kimi, onun üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş vardır.

22. Məhkəmə qeyd etmişdir ki, iddiaçının üzərində yenidən septoplastika və rinoplastika əməliyyatı keçirtməsi zəruriyyəti yaranmışdır ki, qüsurlu əməliyyat nəticəsində nəfəs almasında davam edən çətinlik və burnunda yaranan görüntü qüsuru aradan qalxması üçün cavabdehlərdən tələb edilən maddi zərərin tutulması labüddür.

23. Lakin məhkəmə həmin məbləğin məhz 10.000 manat olmasına dair tələbi qismən əsaslı saymışdır. Belə ki, ekspertiza rəyinə əsasən aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. Həmçinin iş materiallarında olan digər tibb müəssisəsinin mülahizəsinə görə təkrar “Rinoseptoplastika” əməliyyatının sərfiyyat xərcləri əməliyyatın müddəti, həcmi, orqanın hazırdakı strukturu, əməliyyatdan sonrakı bərpa dövrünün spesifikliyi faktorlarından asılı olduğu üçün qiymət yalnız fərdi müayinədən sonra bəlli olur. Təkrar Rinoplastika əməliyyatları rekonstruktiv dəyişikliklər tələb etdiyindən ətraflı kliniki-instrumental müayinələrin nəticələri əsasında, qoyulmuş diaqnoz və planlaşdırılmış cərrahi müdaxilə əsasında xərclər formalaşır. Bundan əlavə, iddiaçının özünün də ərizəsində qeyd etdiyi kimi əməliyyatın yenidən həyata keçirilməsi üçün ona konkret məbləğ deyil, təqribi 6-10 min manat məbləğin olması bildirilmişdir. Göründüyü kimi bu hissədə əməliyyatın yenidən həyata keçirilməsi üçün hansı məbləğin ödənilməsi hazırda qeyri-müəyyəndir, lakin bu iddianın bu hissəsinin tam əsassız olması qənaətinə gəlmir. Belə ki, işin araşdırılmış və müəyyən edilmiş halları onu deməyə əsas verir ki, iddiaçının hazırki durumu onun həyat yaşamına psixoloji və mənəvi narahatlıq yaratmasına davam edir və cavabdeh həkimin yol verdiyi nöqsanın aradan qaldırılması üçün yeni əməliyyata zərurət olması aşkar olmaqla bu əlavə maliyyə vəsaiti tələb edir. Məhkəmə əməliyyatın yenidən həyata keçirilməsi üçün tələb olunan konkret məbləğlə bağlı sübut təqdim edilmədiyi üçün ağlabatan məbləğ olaraq bunu 5.000 manat həddində müəyyən edilməsini ədalətli və məqbul sayır və hesab edir ki, bu məbləğ bütün cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

24. Məhkəmə qeyd etmişdir ki, cavabdeh1 MMC qanunsuz hərəkətləri ilə iddiaçıya maddi ziyanın vurulması arasında səbəbli əlaqə mövcuddur. Bu cavabdeh1 MMC cavabdeh cavabdeh3 iddiaçı üzərində yenidən, növbəti qüsurlu cərrahiyə əməliyyatı aparmasına şərait yaratmasında özünü ifadə edir.

25. Beləliklə də məhkəmə qeyd etmişdir ki, iş materialları ilə qeyd edilən cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərərin vurulması arasında səbəbli əlaqə mövcudluğu öz təsdiqini tapmışdır.

26. Həmçinin məhkəmə qeyd etmişdir ki, maddi ziyanın vurulması ilə iddiaçıya həm də cavabdehlər tərəfindən mənəvi ziyanın vurulması arasında da səbəbli əlaqə mövcuddur. Başqa sözlə, hüquq pozuntusunun, qanunsuz hərəkətlərin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

27. Məhkəmə həmçinin qeyd etməyi zəruri saymışdır ki, zərərvuran şəxsin hüquqazidd davranışı ilə mənəvi zərər (şəxsi qeyri-əmlak hüquqlarının pozulması və ya qeyri-maddi nemətlərə qəsd nəticəsində sarsıntı və iztirab keçirməsi) arasında səbəbli əlaqənin mövcudluğu ona dəlalət edir ki, zərərvuranın hüquqa zidd davranışı nəticəsində fiziki və mənəvi sarsıntılar keçirilmişdir. Hazırkı iş üzrə, mənəvi zərərin ödənilməsi tələbi cavabdeh həkim tərəfindən iddiaçı üzərində cərrahiyə əməliyyatının qüsurlu aparılması faktının özüözlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur.

28. Məhkəmə qeyd etmişdir ki, iddiaçının üzərində qüsurlu keçirilmiş cərrahiyyə əməliyyatı nəticəsində onun sağlamlığının qismən pozulması, normal həyatını davam edə bilməməsi, bununla da mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi kimi hallar onun şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur.

29. Məhkəmə göstərilən qənaətə gələrkən iddiaçının psixi-emosional sferasında əhvalruhiyyəsinin bir qədər aşağı olması, narahatlıq, gərginlik, ağrılara qarşı dözümsüzlük, bezikmə, dözüm-iradi səviyyəsində enmə narahatlıq, gərginlik və bununla bağlı müəyyən edilən psixoloji vəziyyətləri keçirdiyi əməliyyatlardan sonrakı fəsadlaşma ilə əlaqədar olmasına dair iddiaçı tərəfin mövqeyi ilə tam razılaşmış və eyni zamanda hesab etmişdir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Belə ki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərməli idi.

30. Məhkəmə iş materiallarına əsasən iddiaçının hazırki sağlamlıq durumu ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə yanaşı mənəvi ziyanın vurulması arasında da səbəbli əlaqə mövcudluğu nəzərə alaraq mənəvi ziyanın məbləğinin insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməli olmasını da qeyd edərək iddiaçının mənəvi ziyana görə tələb etdiyi 10.000 manat kompensasiyanı qeyd olunan meyarlara uyğun hesab etməmişdir.

31. Məhkəmə tutulmalı olan kompensasiya məbləğini işin halları, iddiaçının qüsurlu əməliyyat nəticəsində çəkdiyi mənəvi sarsıntı və iztirabları, eyni zamanda formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 5.000 manat həddində mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab etmişdir.

32. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21, 1096, 1099, 1112, 1118.1, 1128.1-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 24, 49-1, 57, 59-cu, AR Nazirlər Kabinetinin ##.##.2010-cu il tarixli “Praktiki tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiya Qaydası”nın təsdiq edilməsi barədə *** nömrəli Qərarının 5.3cü, AR MPM-nin 14.2, 77.1, 88, 101.7, 103.1, 206.1, 217.4-cü maddələrinə, AR Konstitusiya Məhkəməsinin “AR Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair” ## ### 2002-ci il tarixli qərarındakı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

33. Cavabdeh cavabdeh2 MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Həmçinin cavabdeh cavabdeh1 MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının yenidən əməliyyat olunması üçün 5.000 manat və mənəvi ziyana görə 5.000 manatın cavabdehlərdən müştərək qaydada tutulmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

35. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımov) cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 MMC-nin apellyasiya şikayətləri qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi iddiaçının yenidən əməliyyat olunması üçün 5.000 manatın tutulmasına aid hissədə dəyişdirilmiş və həmin məbləğ 3.500 manat müəyyən edilmiş və qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya cavabdehlər tərəfindən tibbi xidmət göstərilib və tibbi xidmət qüsurlu olub. Belə ki, məhkəmənin təyin etdiyi ilkin məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Məhkəmənin təyin etdiyi əlavə məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. İddiaçının üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş var, aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. İddiaçının burun ucu qığırdaqlarında və burun kolumellasında ödemin olması onun üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bu da təkrar revizyon əməliyyatla aradan qaldırıla bilər.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tibbi xidmət üçün ödənilmiş 1.200 manatın 350 manatının cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir.

38. Belə ki, tibbi xidmət qüsurlu olub və təkrar revizyon əməliyyata ehtiyac var. Odur ki, 350 manat maddi zərərin tərkibinə daxildir, iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik oldiuğuna görə həmin pulun geri qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi 1.200 manat pulun 850 manatının həkim cavabdeh3 tutulmasını qət edib, sonuncu isə apellyasiya şikayəti verməyib, ona görə də qətnamənin 850 manata aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı.

39. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya yenidən tibbi xidmət göstərilməsi üçün 5.000 manat tutulmasını qət etsə də, həmin hissədə qətnamə dəyişdirilməli, bu məqsədlə tutulmalı olan pulun məbləği 3.500 manat müəyyən edilməlidir.

40. Belə ki, məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının burun nahiyyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil. Apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, “xxxx” MMC-nin baş həkiminin cavabdeh1 MMC-nin rəhbərinə ünvanladığı ##.##.2026-cı il tarixli məktuba görə, revizyon rinoplastika əməliyyatının qiyməti 3.000-3.500 manat təşkil edir. İddiaçının burun nahiyyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin məbləği barədə başqa hər hansı sübut mülki işin materiallarında olmadığından hazırkı vəziyyətdə bu vəsaitin məbləğ 3.500 manat həddində qiymətləndirilməlidir. İddiaçıya izah olunmalıdır ki, qüsurların aradan qaldırılması üçün gələcəkdə istifadə edəcəyi tibbi xidmətə (təkrar cərrahi əməliyyat və s.) çəkilən xərcin məbləği 3.500 manatdan çox olarsa, müvafiq sübutları (ödəniş sənədi və s.) məhkəməyə təqdim etməklə həmin xərcin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilər.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, lazımi keyfiyyətdə tibbi xidmətin göstərilməməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirməklə mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 5.000 manat müəyyən edilməsini ağlabatandır.

42. Cavabdeh cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi apellyasiya icraatı zamanı təkrar məhkəmə-tibbi ekspertizanın təyin edilməsiu barədə vəsatət versə də, həmin ekspertizanın təyin edilməsi AR MPM-nin 102.2-ci maddəsində müəyyən edilmiş əsas yoxdur, ilkin və əlavə məhkəmə-tibbi ekspertizanın rəyləri kifayət qədər əsaslandırılıb.

43. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 21.1, 1112-ci, “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 59-cu, MPM-in 102.2-ci maddələrinə, hağelə AR Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarının 4.73-cü bəndindəki hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

44. Cavabdeh cavabdeh1 MMC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin cavabdeh1 MMC-yə aid hissədə ləğv edilməsi və cavabdeh1 MMC-yə aid hissədə iddia tələbinin tam rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

45. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz qətnaməsində ekspert rəylərinə istinad etməklə tibbi xidmətin qüsurlu olduğu nəticəsinə gəlsə də, konkret tibbi qüsurun hansı əməliyyata aid olduğunu, cavabdeh1 MMC-nin hansı konkret hərəkətinin zərərə səbəb olduğunu, zərərin məhz hansı tibbi müdaxilə nəticəsində yarandığını müəyyən etməmişdir. Apellyasiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə təsbit olunmuş ədalətli məhkəmə araşdırması standartlarına cavab verməmişdir. Belə ki, cavabdeh1 MMC işə sonradan cavabdeh qismində cəlb edilmiş, MMC tərəfindən tibbi sənədlər tam şəkildə tələb edilməmiş, təqdim edilmiş etirazlara effektiv hüquqi qiymət verilməmiş, ziddiyyətli və qeyrimüəyyən ekspert rəyləri əsasında məsuliyyət tətbiq edilmiş, təkrar ekspertiza keçirilməsi barədə vəsatət əsassız olaraq rədd edilmişdir. Beləliklə tərəflərin bərabərliyi prinsipi, çəkişmə prinsipi, sübutlarıntam və obyektiv araşdırılması prinsipi, məhkəmənin əsaslandırılmış qərar vermək vəzifəsi pozulmuş, nəticə etibarilə, apellyasiya instansiyası məhkəməsinin yanaşması “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş “ədalətli məhkəmə araşdırması hüququ” ilə uzlaşmamış, cavabdeh1 MMC-nin effektiv müdafiə və ədalətli dinlənilmə hüququ faktiki olaraq məhdudlaşdırılmışdır. İddiaçı tərəfindən cavabdeh1 MMC-nin konkret hüquqazidd əməli, ayrıca təqsiri, zərərə səbəb olan konkret hərəkəti üzrə ayrıca və fərdiləşdirilmiş sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq məhkəmə ümumi xarakterli ekspert rəyinə əsaslanaraq, konkret fərdi sübut olmadan, ehtimal xarakterli mülahizələrlə klinikanın məsuliyyəti nəticəsinə gəlmişdir. Halbuki MPM-nin 14.2-ci maddəsinin mahiyyətinə görə məhkəmə təqdim olunmayan və araşdırılmayan halları özü formalaşdıraraq hüquqi nəticə çıxara bilməz. Məhkəmə bir cavabdehə münasibətdə irəli sürülmüş ümumi iddiaları, digər cavabdehə də avtomatik şəkildə şamil etmişdir. Belə yanaşma isə fərdi məsuliyyət və sübutların fərdiləşdirilmiş qiymətləndirilməsi prinsipinə ziddir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi və Apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun həyata keçirilməmişdir. Məhkəmə qeyri-müəyyən rəyi kifayət qədər və qəti sübut kimi qəbul etmişdir. Halbuki MPM-nin 88-ci maddəsinin mahiyyətinə görə sübutlar arasındaziddiyyət olduqda, sübut natamam və qeyri-müəyyən olduqda, hüquqi nəticəyə təsir edən hallar aydın müəyyən edilmədikdə məhkəmə həmin sübutları tənqidi qiymətləndirməli, zəruri hallarda əlavə araşdırma və ekspertiza aparmalıdır.

46. Cavabdeh cavabdeh2 MMC kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin cavabdeh2 MMC-yə aid hissədə ləğv edilməsi və cavabdeh2 MMC-yə aid hissədə iddia tələbinin rədd olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi sözügedən qətnaməsi qanunsuz və əsassız olub, maddi və prosessual hüquq normalarının ciddi şəkildə pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən qətnamənin cavabdeh2 MMC-yə aid hissəsinin ləğv edilməsi zəruridir. İşə baxan məhkəmələr tərəfindən AR Mülki Məcəlləsinin 1099.1 və 1099.2-ci maddələri səhv təfsir edilmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 1099.2-ci maddəsinə əsasən, işəgötürənin mülki hüquq müqaviləsi üzrə iş görən şəxsin əməlinə görə məsuliyyət daşıması üçün əsas şərt həmin şəxsin hüquqi şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməsidir. İş materiallarından aşkar göründüyü kimi, cavabdeh2 MMC ilə cərrah cavabdeh3 arasında münasibətlər ## ###### 2023-cü il tarixli mülki-hüquqi müqaviləyə (tibbi menecer/xidmət müqaviləsinə) əsaslanmışdır. Həmin müqaviləyə görə həkim müstəqil tibbi fəaliyyət göstərmiş, pasiyent iddiaçı birbaşa olaraq həkimin özünə müraciət etmiş və əməliyyat barədə onunla fərdi razılığa gəlmişdir. Klinika bu prosesdə heç bir “birbaşa tapşırıq” verməmiş və tibbi müdaxilənin gedişatına cərrahi/taktiki cəhətdən nəzarət etmək səlahiyyətinə malik olmamışdır. Klinika yalnız inzibatitexniki şəraiti və cərrahiyyə otağını təqdim etmişdir. AR Konstitusiya Məhkəməsinin “AR Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il tarixli Plenum Qərarında aydın şəkildə vurğulanmışdır ki, işəgötürənin mülki məsuliyyətinin yaranması üçün zərər vuran fəaliyyət üzərində fəaliyyəti tənzimləyən şəxsin (klinikanın) faktiki nəzarət və funksional göstəriş səlahiyyəti olmalıdır. Estetik cərrahiyyə əməliyyatları həkimin tam müstəqil peşəkar biliklərinə əsaslandığı üçün, klinikanın həkimin cərrahi hərəkətlərinə müdaxilə etmək və ya nəzarət etmək imkanı yoxdur. Səbəbli əlaqə və funksional asılılıq elementləri sübut olunmadığından, cavabdeh2 MMC-nin delikt öhdəliyi daşıması qanunsuzdur. İddiaçı ilk əməliyyatdan təxminən 1 il 8 ay sonra – ##.##.2024-cü il tarixdə digər cavabdeh olan cavabdeh1 MMC-də yenidən cərrahi əməliyyata məruz qalmışdır. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizası rəylərində iddiaçının burnundakı hazırkı qüsurların məhz hansı klinikadakı və hansı tarixdəki əməliyyatdan sonra yaranması dəqiq fərqləndirilməmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən, sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı dəymiş zərərin məhz cavabdeh2 MMC-də aparılan ilkin manipulyasiyadan qaynaqlandığını mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Zərərin əvəzinin ödənilməsi öhdəliyi yaranarkən zərərçəkənin öz hərəkətlərinin (məsələn, həkim tövsiyələrinə əməl etməmə, reabilitasiya dövrünü pozma) zərərin artmasına təsiri araşdırılmalıdır. Məhkəmə pasiyentin əməliyyatdan sonrakı qulluq qaydalarına riayət edib-etməməsini və digər klinikalarda icazəsiz manipulyasiyalara yol verib-vermədiyini hüquqi baxımdan qiymətləndirməmişdir. Ekspertiza rəylərində burun nahiyəsindəki fəsadların məhz klinikanın yox, pasiyentin qulluq səhvlərindən və ya sonrakımüdaxilələrdən qaynaqlanması ehtimalı tam istisna edilməmişdir. Zərərçəkənin öz hərəkətləri ilə zərərin yaranmasına və ya artmasına şərait yaratması araşdırılmadan tam həcmdə təzminat tələb edilməsi AR Mülki Məcəlləsinin 1096-cı maddəsinin pozulmasıdır. Apellyasiya məhkəməsi tərəfindən maddi və mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması qanunun tələblərinə ziddir. Müştərək məsuliyyət yalnız zərər birgə fəaliyyət nəticəsində vurulduqda və ya qanun/müqavilə ilə birbaşa nəzərdə tutulduqda yarana bilər. Məhkəmə tamamilə fərqli dövrlərdə və bir-birindən müstəqil şəkildə xidmət göstərmiş iki fərqli hüquqi şəxsi (“Medaura” və “Medicare”) ortaq qəsd və ya birgə fəaliyyət olmadan müştərək məsuliyyətə cəlb etmişdir. İddiaçı cavabdeh2 MMC-də əməliyyat olunduqdan 1 il 8 ay sonra (##.##.2024) digər cavabdeh cavabdeh1 MMC-də növbəti əməliyyatı keçirmişdir. Bu iki klinikanın birgə zərər vurma mexanizmi və ortaq fəaliyyəti yoxdur. Öhdəlik (əgər sübut olunarsa) müştərək deyil, hər bir subyektin fəaliyyətinə uyğun olaraq paylıməsuliyyət prinsipləri ilə (AR Mülki Məcəlləsinin 1114-cü maddəsi) fərdi müəyyən edilməli idi. Mənəvi zərərin əvəzi ödənilərkən təqsirin dərəcəsi, zərərçəkənin çəkdiyi iztirabların xarakteri və ağıllıq, ədalətlilik prinsipləri rəhbər tutulmalıdır. Məhkəmə 5.000 manat mənəvi zərərin hansı meyarlara, hansı psixoloji travmaya və hansı konkret sübutlara əsasən müəyyən edildiyini əsaslandırmamış, subyektiv rəyə əsaslanmışdır. İş materiallarında pasiyentin həyati təhlükəsinin olmadığı, funksional pozuntunun dərəcəsinin mənəvi iztirabın ağırlığı ilə mütənasib olmadığı görünür. Məhkəmə klinikanın hər hansı birbaşa təqsiri (qəsdi və ya ağır ehtiyatsızlığı) sübuta yetirilmədən, ədalətlilik prinsipini pozaraq mənəvi zərər məbləğini həddindən artıq yüksək saxlamışdır. Məhkəmə ekspertiza rəyini yeganə və mütləq sübut kimi qəbul etmiş, lakin cavabdehin həkimlə mülki hüquqi münasibətdə olması, həkimin müstəqil fəaliyyət göstərməsi barədə sənədlərinə hüquqi qiymət verməmişdir. cavabdeh2 MMC tərəfindən məhkəməyə təqdim edilmiş xidmət müqaviləsi və pasiyentin birbaşa həkimlə razılaşmasını əks etdirən sübutlar məhkəmə tərəfindən tamamilə gözardı edilmişdir. Bir sübuta (ekspertizaya) üstünlük verilib digər mötəbər yazılı sübutların qiymətləndirilməməsi AR MPM-nin 82-ci maddəsinin pozulması deməkdir. Sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə, iddiaçının fəsadlarının məhz cavabdeh2 MMC ilk əməliyyatdan qaynaqlandığını mötəbər sübutlarla təsdiq etməməsinə rəğmən, sübutetmə yükünü qanunsuz olaraq cavabdehin üzərinə yıxmışdır. İddiaçı cavabdeh2 MMC-də icra olunan əməliyyatdan 1 il 8 ay sonra başqa bir müəssisədə (cavabdeh1 MMC) yenidən əməliyyat olunmuşdur. İşdəki ekspertiza rəyləri burnundakı deformasiyaların və nəfəsalma çətinliyinin məhz hansı əməliyyatın fəsadı olduğunu ayırd edə bilməmişdir. İddiaçı iddiasınımötəbər sübutlarla əsaslandırmadığı halda, məhkəmənin iddianı təmin etməsi AR MPM-nin 77.1-ci maddəsinin birbaşa pozulmasıdır. Məhkəmə işdə mövcud olan tibbi ekspertiza rəylərini ziddiyyətli və qeyri-müəyyən saxlamış, klinikanın etirazlarını və təqdim etdiyi mülki-hüquqi müqavilə şərtlərini hüquqi qiymətləndirmədən kənarda qoymuşdur. Qətnamə fərziyyələrə və ekspertizanın qəti olmayan rəylərinə əsaslanıb. Ekspert rəylərində cavabdeh2 MMC-nin fəaliyyəti ilə zərər arasında birbaşa və təkzibedilməz səbəbli əlaqə müəyyən edilmədiyi halda, məhkəmənin formal mülahizələrlə qətnamə çıxarması AR MPM 217-ci maddəsinin tələblərinə ziddir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qanunsuz olaraq tətbiq etdiyi “müştərək məsuliyyət” prinsipini və işəgötürənin delikt öhdəliyi ilə bağlı buraxdığı ciddi prosessual nöqsanları araşdırmadan qətnaməni qüvvədə saxlamışdır. Cavabdeh cavabdeh2 MMC öz apellyasiya şikayətində birinci instansiyanın həm faktları səhv müəyyən etdiyini, həm də sübutetmə qaydalarını pozduğunu əsaslandırmışdı. Apellyasiya məhkəməsi isə yalnız maddi ziyanın məbləğini (5000-dən 3500-ə) azaltmaqla kifayətlənmiş, lakin işin mahiyyətinə dair prosessual araşdırma aparmaq vəzifəsindən yayınmışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

48. İddiaçı kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətlərinin təmin edilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

49. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

51. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

52. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

53. Maddə 1099. Hüquqi və ya fiziki şəxslərin öz işçilərinin törətdiyi mülki hüququ pozuntusuna (delikt) görə məsuliyyət daşıyır. Bu zaman isə müvafiq hüquqi və fiziki şəxsin tapşırığı ilə fəaliyyət göstərən şəxs də işçi sayılır.

54. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

55. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, davadərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

56. Maddə 1128.1. Malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər.

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanun

57. Maddə 24. Pasiyentin hüquqları pozulduqda, o, müalicə profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

58. Maddə 49-1. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.

59. Maddə 57. Vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar.

60. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli Qərarı

61. Bənd 4.73. Keyfiyyətsiz tibbi yardıma görə sağlamlığa vurulmuş zərərlə bağlı mənəvi təzminatın ödənilməsi barədə iddia tələbləri araşdırılarkən məhkəmələr aşağıdakı xüsusi bilik tələb edən halları müəyyən etməlidirlər: xəstəyə tibbi yardım göstərilərkən ona düzgün diaqnozun qoyulması, vaxtında və keyfiyyətli bütün zəruri və mümkün olan tədbirlərin görülməsi, müayinə və müalicənin tibbi yardımın göstərilməsi qaydalarına cavab verməsi, tibbi yardımın standartlara və klinik protokollara uyğun olması, tibbi yardımın qüsurlu olubolmaması, qüsurların xəstəliyin davamiyyətinə təsiri (sağlamlığın pisləşməsinə səbəb olması, ağır nəticələrə səbəb olması) və bunun səbəbi kimi onun tibb sahəsində qorunan hüquqlarının pozulmasına gətirib çıxarması.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 64.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 65.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 66.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 67.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 68.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

70. Cavabdehlər cavabdeh2 MMC və cavabdeh1 MMC tərəfindən verilmiş kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

71. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

72. Cavabdehlər kassasiya şikayətlərində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

73. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçıya cavabdehlər tərəfindən tibbi xidmət göstərilib və tibbi xidmət qüsurlu olub. Çünki, məhkəmənin təyin etdiyi ilkin məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da onun üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur.

74. Məhkəmənin təyin etdiyi əlavə məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının mütəxəssis müayinəsi zamanı onun burun ucu qığırdaqlarında, burun kolumellasında ödemin olduğu, həmçinin təkrar revizyon əməliyyata ehtiyac olduğu müəyyən edilmişdir. Bu da nəfəsalma ilə bağlı çətinlik törətmir. İddiaçının üzərində təkrar revizyon əməliyyatın aparılmasına tibbi göstəriş var, aparılacaq əməliyyatın proqnozu barədə öncədən fikir söylənilməsi mümkün deyil. İddiaçının burun ucu qığırdaqlarında və burun kolumellasında ödemin olması onun üzərində icra edilmiş “Septorinoplastika” cərrahiyyə əməliyyatının taktiki olaraq qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bu da təkrar revizyon əməliyyatla aradan qaldırıla bilər.

75. Apellyasiya məhkəməsi cavabdehlərin kassasiya şikayətlərinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tibbi xidmət üçün ödənilmiş 1.200 manatın 350 manatının cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir.

76. Belə ki, tibbi xidmət qüsurlu olub və iddiaçının təkrar revizyon əməliyyata ehtiyac vardır. Odur ki, 350 manat maddi zərərin tərkibinə daxildir, iddiaçı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğuna görə həmin pulun geri qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi 1.200 manatın 850 manatının həkim cavabdeh3 tutulmasını qət edib, sonuncu isə apellyasiya şikayəti verməyib, ona görə də qətnamənin 850 manata aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı.

77. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya yenidən tibbi xidmət göstərilməsi üçün 5.000 manat tutulmasını qət etsə də, həmin hissədə qətnamə dəyişdirilməli, bu məqsədlə tutulmalı olan pulun məbləği 3.500 manat müəyyən edilməlidir.

78. Belə ki, məhkəmə-tibbi ekspertizanın rəyinə görə, iddiaçının burun nahiyyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətinə aid deyil.

79. Apellyasiya icraatı zamanı məhkəməyə təqdim edilmiş, “xxxx” MMC-nin baş həkiminin cavabdeh1 MMC-nin rəhbərinə ünvanladığı ##.##.2026-cı il tarixli məktuba görə, revizyon rinoplastika əməliyyatının qiyməti 3.000-3.500 manat təşkil edir. İddiaçının burun nahiyyəsində yaranmış qüsurların aradan qaldırılması üçün təkrar cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin məbləği barədə başqa hər hansı sübut mülki işin materiallarında olmadığından hazırkı vəziyyətdə bu vəsaitin məbləğ 3.500 manat həddində qiymətləndirilməlidir. İddiaçıya izah olunmalıdır ki, qüsurların aradan qaldırılması üçün gələcəkdə istifadə edəcəyi tibbi xidmətə (təkrar cərrahi əməliyyat və s.) çəkilən xərcin məbləği 3.500 manatdan çox olarsa, müvafiq sübutları (ödəniş sənədi və s.) məhkəməyə təqdim etməklə həmin xərcin əvəzinin ödənilməsi barədə iddia irəli sürə bilər.

80. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, lazımi keyfiyyətdə tibbi xidmətin göstərilməməsi iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirməklə mənəvi zərər çəkmişdir. Mənəvi zərərin əvəzinin 5.000 manat müəyyən edilməsini ağlabatan hesab etmişdir.

81. Cavabdeh cavabdeh1 MMC-nin vəkili və nümayəndəsi apellyasiya icraatı zamanı təkrar məhkəmə-tibbi ekspertizanın təyin edilməsiu barədə vəsatət versə də, həmin ekspertizanın təyin edilməsi AR MPM-nin 102.2-ci maddəsində müəyyən edilmiş əsas yoxdur, ilkin və əlavə məhkəmə-tibbi ekspertizanın rəyləri kifayət qədər əsaslandırılmışdır.

82. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdehdərin kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 MMC-nin ayrı-ayrıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar