Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4122/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 MMC (X4) və həkim stamotoloq cavabdeh2 tərəfindən ona vurulmuş maddi zərərə görə hər birindən ayrı-ayrılıqda 50.000 manat və mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 50.000 manat, cəmi 100.000 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edib, müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-in 266-cı maddəsinə əsasən məhkəmə qərardadının surətlərinin işdə iştirak edən şəxslərə göndərilməsi və yaxud təqdim olunması məhkəmənin vəzifəsidir. Şikayət vermə müddətinin uzadılması barədə ərizəyə ##.##.2026-cı il tarixdə baxılsa da qərardadın surəti çoxsaylı müraciətlərdən sonra ##.##.2026-cı il tarixdə “Elektron” məhkəmə informasiya sisteminə yerləşdirilməmişdir. Bu səbəbdən göstərilən qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsi mümkün olmamışdır. Ona görə də hesab edir ki, iddiaçı ərizəsi üzrə qəbul edilmiş qərardad ləğv edilməklə apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilmə müddətinin başlanğıcı qətnamənin təqdim edildiyi və yaxud alındığı gündən hesablanır. Qərardadda göstərilir ki, qətnamə ##.##.2026-cı il tarixdə “Elektron” məhkəmə informasiya sisteminə yüklənmiş və apelliyasiya şikayəti vermə müddəti ##.##.2026-cı il tarixdə başa çatmışdır. Apellyasiya şikayəti isə ##.##.2026-cı il tarixdə 1 gün sonra verilmişdir. Yuxarıda göstərilən 360-cı maddəyə görə müddətin son günü qeyri iş gününə düşərsə ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Bu halda ##.##.2026-cı il tarixi bazar günü, yəni qeyri iş günü olduğundan şikayət vermə müddətinin qurtarma günü ##.##.2026-cı il hesab edilir. Bu səbəbdən hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuzdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, apellyasiya şikayətinin verilməsi müddəti ötürülməmiş hesab edilməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü madəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi elektron məhkəmə informasiya sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından tərəflərin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını ##.##.2026-cı il tarixdə başlamalı və ##.##.2026-cı il tarixdə bitməli idi. Lakin bitmə, yəni ##.##.2026-cı il tarixinin bazar gününə təsadüf etməsi səbəbindən müddətin qurtarma günü bu tarixdən sonrakı iş günü, yəni ##.##.2026-cı il tarixi hesab olunmalı idi. Bununla belə, iddiaçı İddiaçı apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə, yəni bu prosessual hərəkət üçün müəyyən edilmiş müddətin sonuncu günü hesab edilən gün vermiş, bu baxımdan müddəti ötürməmişdir. Bu səbəbdən apellyasiya şikayəti qeyd edilən əsasla geri qaytarıla bilməz. Bakı şəhəri Xətai Rayon Məhkəməsində tətbiq edilən elektron məhkəmə informasiya sisteminin fasiləsiz, o cümlədən qeyri-iş günlərində fəaliyyət göstərməsi apellyasiya şikayətlərinin bu sistem vasitəsi ilə qeyri-iş günlərində də verilməsini mümkün edir. Lakin yaradılmış bu imkanlar Mülki Prossesual Məcəllənin 129.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi imkanlardan üstün ola bilməz. Bununla belə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin son günü, yəni ##.##.2026-cı il tarixli qeyri-iş gününə düşmüş, bu baxımdan ondan sonrakı iş günü, yəni ##.##.2026-cı il tarixli müddətin qurtarma günü hesab olunur. İddiaçı da məhz ##.##.2026-cı il tarixdə apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən müddətin bərpa edilməsi barədə ərizəyə hər hansı hüquqi zərurət yoxdur, ümumiyyətlə müddət ötürülməmiş hesab olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilməli, həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülkiprosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməmiş hesab edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi, o cümlədən apellyasiyanın mümkünlüyünün yoxlanılması təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-4122/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4122/2026
08.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver