Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-5675/2020 24.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı cavabdeh Sumqayıt şəhər Corat qəsəbə Bələdiyyəsinə qarşı «torpağın xüsusi mülkiyyətə alınması» tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında məhkəmə iclasından qaydada baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıt şəhər Corat qəsəbə Bələdiyyəsinə qarşı «torpağın xüsusi mülkiyyətə alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki istifadəsində olan 1012,0 kv.m torpaq sahəsinə aid olan 398,4 kv.m zəbt hesab edilən torpaq sahəsinin xüsusi mülkiyyətinə əvəzsiz olaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəni qəbul etmək imtina olunmalıdır. Belə ki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, ….. habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəyə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı andan əmələ gəlir. İddiaçı müvafiq səlahiyyətli subyektə müraciət etməklə bu hüququnu həyata keçirə bilər. Səlahiyyətli orqan iddiaçının müraciətindən imtina etdiyi halda ərizəçi həmin orqanının hərəkətini mübahisələndirməklə inzibati qaydada və ya məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etmək imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Corat qəsəbə Bələdiyyəsinə qarşı «torpağın xüsusi mülkiyyətə alınması» tələbinə dair iddia ərizəsini qəbul etməkdən imtina olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqaytı Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-5675/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-5675/2020
24.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver