Məhkəmə qərarları › İş №2-1(3-9)-287/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-287/2026

30.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-287/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim A.Hüseynova) ## ###### 2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni əlverişli inzibati aktın ləğvi məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, bu halda, inzibati orqan əvvəlki aktının qanuniliyini qəbul edir, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə aktın ləğv edilməli olduğunu bildirir. Şəxsin sonradan reabilitasiya olunması əsası ilə əvvəlki qanuni aktı ləğv edir. Bu zaman, inzibati orqan özünün əvvəlki aktının qanuni olduğunu qəbul etmiş, lakin şəxsin artıq sonradan sağalması və xəstəliyinin tam reabilitasiya olunması nəticəsinə gəlmişdir. X2 tərəfindən iddiaçının əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə müraciət daxil olması iddiaçı barəsində təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli, ********** saylı məktubundan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə “xxxx” publik hüquqi şəxsdə olmuş, ona odlu silahla yaralanmadan sonra sağ bazu sümüyünün bazu proyeksiyasında bir ədəd sağ saidin yumşaq toxumalarında, bir ədəd sağ əlin V barmağında, bir ədəd sağ budun latovalında bir ədəd, sol diz oynağında bir ədəd, metal qəlpələri, sağ bud ərim-nin orta 1/3-nin bitişmiş sınığı, xoniki osteomiyelitin əlamətləri, hər iki bud çanaq oynağının koksartiozu, sağda II, solda İ dərəcəli, solda yaxınlaşdırıcı kontraktuzası, hər iki diz oynağının II dərəcəli gonartrozu, sol diz oynağının acıcı-bükücü kontraktarası (açma-165 dərəcə, bükmə 90 dərəcə) daimi ağrı sindorumu, dayaq-hərəkət funksiyasının pozulması, bel fəqərələrinin ağrı sindorumu, dayaq-hərəkət-funksiyasının pozulması, bel fəqərələrinin degerenativ dəyişikliyi. XBT kodu üzrə - Y36.2, Y36.4, M79.5, S72.3, M86.6, M16.5, M24.3, M17.3, M24.3, R52.1, R26.8, M42.9 diaqnozları müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri”, 13.1.1 osteomielit-M86; Koksartroz (bud-çanaq oynağının artrozu)-M16; Qonartroz (diz oynağının artrozu)-M17; 13.5.1-osteoxondroz-M42; 6. Sinir sistemi xəstəlikləri bölməsi-sıra 6.1.10- sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr-R25-29; 2. Qan dövranı sisteminin xəstəlikləri bölməsi-sıra 2.4 Yumşaq toxumalarda qalmış yad cisim-M79.5” bəndləri tətbiq edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ildə yaralanmış, sağaldıqdan sonra yenidən müharibəyə getmiş və 1994-cü ildə 2-ci dəfə yaralanmışdır. Belə ki, başından və ayaqlarından qəlpə yaraları almışdır. Bu gün də ayaqlarında qəlpə ilə yaşayır. ## #### 2000-ci ildə Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının qərarı ilə - diaqnoz-Mina partlayışı nəticəsində başın alın təpə nahiyəsinin, sol dizaltı nahiyyənin və sağ budun yuxarı üçdə biri çapıqları, funksiyanın pozulması" Hərbi travması almışdır. 2000-ci ildən ona əmək qabiliyyətsiz olduğundan ömürlük 2-ci qrup əlillik təyin edilmişdir. ## ##### 2025-ci ildə cavabdeh təşkilat ona məktub göndərərək onu əyani müayinəyə dəvət etmiş, o, məcburiyyət qarşısında qalıb ora getmişdir. Vizual 5 dəqiqəlik müayinədən sonra ona yenidən məlumat veriləcəyi bildirilmişdir. ## ### 2025-ci il tarixli cavabdeh təşkilatın məktubu ilə müəyyən olmuşdur ki, əlilliyi ləğv edilmişdir. 30 ildir ki, hərbi xidmət dövrü aldığı xəsarətlə bağlı əziyyət çəkir. Bu xəstəliyinə görə bu gün də üzərində müalicələr gedir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə Biləsuvar RMX-nın ##.##.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başbeynin keçirilmiş qapalı travmasının qalıqları. Asteno-nevrotik vəziyyət. Başın, sağ budun, sol dizin kor qəlpə yarası. Sağ bud sümüyünün xroniki osteomieliti.Tam reabilitasiya olunması - Səbəb: "Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir..Səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işi tam, hərtərəfli, obyektiv araşdırmamış, işə tətbiq etməli olduğu qanunvericilik aktlarını tətbiq etməmiş, işin hallarını düzgün tövsif etməmiş, yanlış hüquqi nəticəyə gəlmişdir. Nəzərə alınmalıdır ki, iddiaçıda hər hansı diaqnozun doğruluğunun müəyyən edilməsi faktı qanunvericiliklə müəyyən edilmiş qaydada şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa hüquqi əsas yaratmır. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Aparılan anamnestik, obyektiv müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit, şəxsiyyət pozuntusu əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Prosessual məsələlər Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Iddiaçı barəsində əlillik altsistemdən çıxarışdan müəyyən edilir ki, ona ##.##.2010-cu il tarixli qərarla “Baş beynin keçirilmiş qapalı travmasının qalıqları. Asteno-nevrotik vəziyyət. Başın, sağ budun, sol dizin kor qəlpə yarası. Sağ bud sümüyünün xr.osteomieliti” diaqnozu üzrə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz 2-ci dərəcəli əlillik təyin edilmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və X6 Sosial Ekspert Komissiyasının ##.##.2025ci il tarixli qərarından görünür ki, təyin edilmiş əlillik “Tam reabilitasiya olması” səbəbi ilə ləğv edilmişdir. -Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının ## #### 2000-ci il tarixli İddiaçıQ00003 nömrəli qərarına əsasən, Biləsuvar RHK-an 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1995-ci ildə fərarilik etdiyinə görə ##.##.1999-cü ildə Tər-Tər Qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya qərarı tətbiq edilmiş, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən ##.##.1994-cü ildə döyüşlərdə aldığı yaralanma - diaqnoz: "Mina partlayışı nəticəsində başın alın-təpə nahiyyəsinin, sol dizaltı nahiyyənin və sağ budun yuxarı 1/3-in çapıqları, funksiyanın pozulması ilə“, nə səbəbə ki, ##.##.1994-cü ildən ##.##.1994-cü ilə kimi Bakı şəhəri Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunmuşdur (RKX-ın verdiyi çıxarış, Biləsuvar RHK-ın */** saylı ##.##.2000-ci il tarixli arayışı, N saylı hərbi hissə komandiri tərəfindən verimiş *** saylı ##.##.1994-cü il tarixli arayış), "HƏRBI TRAVMADIR". -Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının ##.##.2025-ci il tarixli *** nömrəli iş materialından görünür ki, İddiaçı Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuş və ona F07.0 Üzvi mənşəli (1-ci Qarabağ müharibəsi alınmış qapalı KBT-sı) şəxsiyyət pozuntusu, emosional vegetativ əlamətlərlə Ambulator müalicə tövsiyə olunur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsin ##.##.2026-cı il tarixli, ********** saylı məktubundan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə “xxxx” publik hüquqi şəxsdə olmuş, ona odlu silahla yaralanmadan sonra sağ bazu sümüyünün bazu proyeksiyasında bir ədə sağ saidin yumşaq toxumalarında, bir ədəd sağ əlin V barmağında, bir ədəd sağ budun latovalında bir ədəd, sol diz oynağında bir ədəd, metal qəlpələri, sağ bud ərim-nin orta 1/3-nin bitişmiş sınığı, xoniki osteomiyelitin əlamətləri, hər iki bud çanaq oynağının koksartiozu, sağda II, solda İ dərəcəli, solda yaxınlaşdırıcı kontraktuzası, hər iki diz oynağının II dərəcəli gonartrozu, sol diz oynağının acıcı-bükücü kontraktarası (açma-165 dərəcə, bükmə 90 dərəcə) daimi ağrı sindorumu, dayaq-hərəkət funksiyasının pozulması, bel fəqərələrinin ağrı sindorumu, dayaq-hərəkətfunkisyasının pozulması, bel fəqərələrinin degerenativ dəyişikliyi. XBT kodu üzrə -Y36.2, Y36.4, M79.5, S72.3, M86.6, M16.5, M24.3, M17.3, M24.3, R52.1, R26.8, M42.9 diaqnozları müəyyən edilmişdir. -Məhkəmə kollegiyasının qərardadı əsasında təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin ##.##.2026-cı il tarixli, **** saylı ekspert rəyində bildirilir ki, İddiaçı hal-hazırda Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində tez-tez dekompensasiyalar, depressiv daxilolmalarla (F07.0) aşkar olunur. Yoxlanılan şəxs İddiaçı hərbi əməliyyatlar nəticəsində kəllə-beyin travması almışdır. Cavabdeh iddiaçının qeyd edilən diaqnoz üzrə tam reabilitasiya olmasını əsas gətirərək əlillik təyinatından imtina etsə də, yuxarıda qeyd edilən ekspert rəyi ilə iddiaçıda hazırda Üzvi (1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, anamnezində tez-tez dekompensasiyalar, depressiv daxilolmalarla (F07.0) pozuntusunun aşkar edildiyi öz təsdiqini tapır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıya ilkin əlillik təyinatı “Asteno-nevrotik vəziyyət. Başın, sağ budun, sol dizin kor qəlpə yarası. Sağ bud sümüyünün xr.osteomieliti” diaqnozu üzrə təyin edilməsinə, hazırda isə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, anamnezində tez-tez dekompensasiyalar, depressiv daxilolmalarla (F07.0)” pozuntusunun aşkar edilməsinə baxmayaraq, tibb müəssisəsinin rəyi ilə müəyyən edilir ki, hazırda onda olan psixopataloji pozuntular məhz 1-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində yaranmışdır. Başqa sözlə, ilkin əlillik təyinatı nevroloji pozuntu əsasında aparılsa da, həmin pozuntunun sonradan psixi pozuntu ilə əvəzlənməsi halı (ağırlaşması) şəxsin reabilitasiya olunması anlamına gəlmir, əksinə əvvəlki pozuntunun daha da ağırlaşması səbəbindən əlillik vəziyyətində olması qənaətinə gəlməyə əsas verir. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -22.2. Işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. -24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin: -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar