Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(3-9)-667/2026 30.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı torpaq sahəsinə dair xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** saylı qərarına əsasən İddiaçı yaşayış məntəqələri torpaqları kimi ayrılmış 2,0 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Masallı bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli protokolu ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad ərazi idarəsi əsl cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh ilə əvəz edilmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## #### 2026-cı il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Masallı bələdiyyəsinin ##.##.2006-cl il tarixli, ** saylı qərarı ilə İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2,0 hektar torpaq sahəsi alqı-satqı qaydasında satılmışdır. Həmçinin mütəxəssis rəyininə əsasən torpaq sahələrinin koordinatları naturada müəyyən edilərək sxem xəritədə qeyd edilmiş, faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluğun olmadığı, İddiaçı istifadəsində olmaqla və təyinatı üzrə istifadə edildiyi, torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. İddiaçı torpaq sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı bələdiyyəsinin ## #### 2006-cı il tarixli, ** saylı qərarı, Rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi, Torpaqın alqı-satqı aktı, IHB-nin Memarlıq və tikinti şöbəsinin rəyi və Bank rüsümunu ödənilərək ona rəsmi möhürlü və imzalı sənədlər verilmişdir. Torpaq sahəsi üzərində hər hansı bir mübahisə yoxdur. Həmin dövrdən indiyə kimi göstərilən torpaq sahəsindən istifadə edir, həmin torpaq sahəsinə çıxarış almaq üçün Masallı bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə tərəfindən həmin dövrdə bələdiyyələr birləşərkən ümümilikdə Masallı bələdiyyəsinin və eyni zamanda onun sənədlərinin, bələdiyyəyə daxil olmadığı barədə imtina məktubu verilmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, araşdırma zamanı qeydiyyata alınması istənilən torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri ilə birlikdə sənədlərin həqiqiliyini təsdiq edən arxiv çıxarışı təqdim olunmadığından və çölölçmə içlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmadığından çıxarışın verilməsindən imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bələdiyyə tərəfindən İddiaçı yaşayış məntəqələri təyinatlı torpaq sahəsindən 2.0 ha torpaq sahəsi satılmaqla bələdiyyələr haqqında qanunvericiliyin tələblərini pozmuşdur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası qanunun 8.0.1-ci maddəsinə əsasən fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində -0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir. Həmçinin torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarının arxiv nüsxəsi təqdim edilməmişdir. Eyni zamanda bildirilir ki, 2006-cı il tarixdə torpaq sahəsi Dadva bələdiyyəsinin ərazisində olmasına baxmayaraq, alqı-satqı müqaviləsi Masallı bələdiyyəsi tərəfindən həyata keçirilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Iddiaçıya və üçüncü şəxsə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli iclasının qərarından görünür ki, Masallı rayonu Masallı bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan torpaq sahəsindən Masallı rayon sakini İddiaçı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2,0 hektar torpaq sahəsi satılmışdır. -Torpaqların alqı-satqısına dair ##.##.2006-cı il tarixli, 109 nömrə ilə qeydiyyata alınmış aktın surətindən görünür ki, İddiaçı Masallı bələdiyyəsinin ərazisindən 2,0 hektar torpaq sahəsi satılmışdır. -Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı rayon şöbəsinin ##.##.2006-cı il tarixli, *** nömrəli rəyindən görünür ki, satılacaq torpaq sahəsi Masallı şəhərinin Talışxanov prospektində yerləşir, ümumi sahəsi 2,0 ha olmaqla, şərqdən boş torpaq sahəsi ilə, qərbdən xüsusi mülkiyyət ilə, şimaldan Viləşçay mühafizə zolağı ilə, cənubdan xüsusi mülkiyyət ilə həmsərhəddir. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid olduğuna görə Azərbaycan Respublikası Prezidentinin ##.##.1997-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqısı qaydaları”na uyğun olaraq bələdiyyə tərəfindən İddiaçı alqı-satqı yolu ilə satıla bilər. -Masallı bələdiyyəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli məktubunda bildirilir ki, İddiaçı adına 2,0 hektar sahibkarlıq təyinatlı torpaq sahəsinin verilməsi barədə Masallı bələdiyyəsinin 2006-cı il tarixli qərarı və həmin qərarın verilməsinə əsas olan sənədlər 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı rayon Masallı bələdiyyəsinə təhvil verilməmişdir. Bu səbəbdən həmin torpaq sahəsi ilə bağlı arxiv çıxarışın verilməsi mümkün deyildir. -Masallı bələdiyyəsinin ##.##.2026-cı il tarixli, ** nömrəli məktubunda bildirilir ki, 2009-cu ilə qədər Masallı şəhər ərazisində fəaliyət göstərmiş bələdiyyələr tərəfindən torpaqayırma barədə sənədlər 2009-cu ildə bələdiyyələrin birləşdirilməsi ilə yeni yaranan Masallı rayon Masallı bələdiyyəsinə təhvil verilməmişdir. Bu səbəbdən 2009-cu ilə qədər ayrılmış torpaqlar barədə sənədlərin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki, məktubda qeyd olunmuş ünvan 1 ünvanında yerləşən 2,0 ha torpaq sahəsi ilə bağlı araşdırlma zamanı müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi 2006-cı ildə keçmiş Dadva bələdiyyəsinin sərhədləri daxilində olmuşdur. -Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Masallı Rayon Dövlət Arxivinin ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, Masallı şəhər bələdiyyəsinin sənədləri arxivə təhvil verilmədiyindən, İddiaçı 2 ha torpaq sahəsinin verilməsi barədəki, ##.##.2006-cı il tarixli ** saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. -Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Cəlilabad Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*- **/*-****/**** nömrəli mütəxəssis rəyində bildirilir ki, Masallı bələdiyyəsinin ## #### 2006ci il tarixli ** saylı qərarı ilə “Torpaqların alqı-satqısına dair” aktına əlavə edilmiş planı əsasında İddiaçı ayrılmış 2,0 hektar torpaq sahəsi ##.##.2006-cı il tarixdə ayrılan zaman Dadva bələdiyyəsinin yerquruluşu sxemində mülkiyyət növü-bələdiyyə, kateqoriyasıyaşayış məntəqələri torpaqları, uqodiyası şərti yararsız torpaqları (19 bonitet balı) kimi göstərilmişdir. Hal-hazırda Torpaqların elektron kadastr uçotu informasiya sistemində isə mülkiyyət növü bələdiyyə, kateqoriyası-yaşayış məntəqələri torpaqları, təyinatı həyətyanı sahələrin altında olan torpaqlar kimi göstərilmişdir. Iddiaçının iddia etdiyi və naturada göstərdiyi 2.0 ha (faktiki 2.68 ha) torpaq sahəsi Torpaq sahəsi ayrılan zaman Dadva bələdiyəsinin yerquruluşu sxemində bələdiyyə mülkiyyəti kimi saxlanılmışdır və Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” aktına əlavə edilmiş planı əsasında İddiaçı ayrılması nəzərdə tutulan 2,0 hektar torpaq sahəsi ilə onun faktiki istifadəsində olan torpaq sahəsi arasında uyğunsuzluğun olmadığı müəyyən olunmuşdur. Torpaq sahəsi ilə onun faktiki istifadəsi arasında uyğunsuzluğun olmadığı, sənəd üzrə və faktiki istifadə üzrə koordinatları müəyyən edildi, hər iki hal üzrə sözügedən torpaq sahəsi yerində verilən məlumata əsasən iddiaçının istifadəsində olduğu və boş torpaq sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı və “Torpaqların alqı-satqısına dair” aktına əlavə edilmiş planı əsasında İddiaçı ayrılması nəzərdə tutulan 2,0 hektar torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmədiyi və həmin torpaq sahəsinin koordinatları faktiki istifadə vəziyyətinə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahələri ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirildi. Torpaq sahəsinin 0.09 ha hissəsi 35 kV-luq hava elektrik ötürücü xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən olunmuşdur. Sözügedən torpaq sahəsi 2006-cı ildə Masallı bələdiyyəsinin deyil, Dadva bələdiyyəsinə aid torpaq sahəsi olmuşdur. Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -4.1. 2006-cı il ####un #-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. -4.3. 2006-cı il ####un #-dək daşınmaz əmlak üzərində hüquqların dövlətqeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. -8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmişdaşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. -13.11. Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlətreyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Ilk növbədə, qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Belə ki, cavabdeh mübahisələndirilən torpaq sahəsinə dair sənədlərin həqiqiliyini təsdiq edən arxiv nüsxələrinin təqdim edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri səbəbindən baş verən hal deyildir və onun ziyanına şərh edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. 1) Mübahisələndirilən torpaq sahəsinin Dadva bələdiyyəsinə məxsus olduğu halda Masallı bələdiyyəsi tərəfindən satılması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından, həmçinin mütəxəssis rəyindən müəyyən edilir ki, torpaq sahəsi iddiaçıya satıldığı dövrdə (2006-cı ildə) Dadva bələdiyyəsinin mülkiyyətində olmuşdur. Işin faktiki hallarından görünür ki, 2009-cu ildə Masallı şəhəri ərazisində fəaliyyət göstərən bələdiyyələrin (Dadva bələdiyyəsi də həmin bələdiyyələrdən biri olmuşdur) birləşdirilməsi ilə yeni Masallı şəhər bələdiyyəsi yaranmışdır. Beləliklə, Masallı bələdiyyəsinin ##.##.2006-cı il tarixli qərarı onun hüquqi varisi olan Masallı şəhər bələdiyyəsi tərəfindən mübahisələndirilməmiş, eləcə də həmin qərarla iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsi hal-hazırda Masallı bələdiyyəsinin ərazisi hesab olunur. 2) Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları ilə bağlı qanunvericiliyin tələblərinin pozulması ilə bağlı dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin tələb həyətyanı sahələrə münasibətdə tətbiq olunur. Bundan başqa işin faktiki hallarından görünür ki, İddiaçı ayrılması nəzərdə tutulan 2,0 hektar torpaq sahəsinin 0.09 ha hissəsi 35 kV-luq hava elektrik ötürücü xəttinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal torpaq sahəsinin qeydə alınmasına mane olan hal deyildir, həmin ərazilərdə təsərrüfat işlərinin aparılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında qərarının 3.1-ci bəndinə əsasən tənzimlənəcəkdir. “Inzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Konstitusiya Məhkəməsi ## ###### 2021-ci il tarixli Qərarında hesab etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-9)-667/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-9)-667/2026
30.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver